110
Əsasən ixrac üçün nəzərdə tutulub.Avtomatik silah qatlanan
qundağa malikdir. Qundaq, xəzinə və daraq plastik materialdan
hazırlanıb (şəkil 46).
Şəkil 46. 5,56 mm-lik «
EM-14
» avtomatı (Azərbaycan MSN)
MSN silah mütəxəssisləri tərəfindən hazırlanan EM-14
avto-
matı NATO standartlarına uyğun hazırlanmışdır, 6 pilləli
tənzimlənmə qundağına, kolimatora və lülə üzərində şəffaf da-
rağa sahibdir.
Silah xarici görünüşünə görə, Sovet istehsalı olan «
Kalaş-
nikov
» silahlarından az fərqlənir.
Lakin daxili konstruksiyası və iş prinsipi fərqlidir. İlk dəfə
EM-14 avtomatı Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə
həsr olunmuş hərbi paradda, Dövlət Təhlükəszilik Xidmətinin
hərbi qulluqçuları ilə nümayiş etdirilmişdir.
Hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri
və başqa silahlı birləşmələr Azərbaycan Müdafiə Sənayesinin
mühəndisləri tərəfindən hazırlanmış «
EM-14
» avtomatı ilə
111
təchiz edilir. Gəlin atıcı silahların döyüş xassələri ilə tanış olaq
(cədvəl 2).
Cədvəl 2
Avtomatın quruluşu. Avtomatın quruluşu aşağıdakı
kimidir
(şəkil 47): lülə, lülə qutusu, nişangah tərtibatı və qundaq; lülə
qutusunun qapağı; süngü-bıçaq; qaytarıcı
mexanizmi; çaxmaq
çərcivəsi qaz porşeni ilə birlikdə;
qaz borusu; çaxmaq; lülə
yatağı; daraq; buraxıcı–zərbə mexanizmi.
Do'stlaringiz bilan baham: