Радиопередающие устройства
Download 273.22 Kb. Pdf ko'rish
|
1 2
Bog'liq1.1.radioverici qurgular-onlarin struk-tur sxeml-r.doc
1 RADİOVERİCİ QURĞULAR RADİOVERİCİ QURĞULAR HAQQINDA ÜMUMİ MƏLUMAT 1. Vericilərin struktur sxemləri Radioverici qurğu informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün isti- fadə olunur. Yüksək tezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiya- nın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: — yüksək tezlikli rəqsin generasiyası; — yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazası- nın) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır. Modulyasiya olmadıqda vericinin antenasında yüksək tezlikli modulyasiyasız rəqs yaranır və o fəzaya şüalandırılır. Modulyasiyalı və ya modulyasiyasız yüksək tezlikli rəqslərin gücləndirilməsi üçün güc gücləndiricisindən istifadə olunur. Güc gücləndiricisini, həmçinin xaricdən təsirlənən generator da adlandırırlar. İş rejimlərinə nəzərən vericidə istifadə olunan gücləndiriciləri üç əsas qrupa bölmək olar: bufer gücləndiriciləri, gücləndirici-vurucular və çıxış gücləndiriciləri. Sadə vericidə birinci iki növ gücləndirici olmaya, çıxış gücləndiricisi isə həmdə tezlik vurucusu ola bilər. Bir çox radiolokasiya vericilərində gücləndirici olmur. Belə vericilər impuls rejimin- də işləyir. Bu halda avtogenerator kifayət qədər böyük gücə malik olur. Radiolokasiya vericisinin tipik güclü impuls avtogeneratoru maqnetrondur. Metal-keramik lampalar, xüsusi ifrat yüksək tezlikli (İYT) cihazlar və adi lampalar üzərində yığılmış güclü avtogeneratorlardan da istifadə olunur. Sadə AM rəqs radiovericisinin struktur sxemi şək.1.1-də təsvir olunmuşdur. Orada, həmçinin hər bir pillənin çıxışındakı gərginliyin diaqramı verilmişdir. Verici generatorda (VG) parametrləri dəyişməyən yüksək tezlikli rəqslər yaradılır. Güc gücləndiricilərində (GG) onlar gücləndirilir və amplitudaları modulyatorda (M) informasiya siqnallarının təsiri ilə dəyişdirilir. Nəticədə tələb olunan gücə malik amplitud modulyasiyalı siqnal alınır. Bu siqnal verici antenaya istiqamətləndirilir və fəzaya şüalandırılan AM radiodalğa yaradır. Sadə TM rəqs vericisinin sxemi şək.1.2-də təsvir olunmuşdur. Belə vericidə modul- yator (M) verici generatorun (VG) rəqs konturuna təsir edərək onun kökləmə tezliyini informasiya siqnalına uyğun olaraq dəyişdirir. Bu səbəbdən generasiya olunan rəqslərin tezliyi dəyişir. Bu dəyişmə orta qiymətə nəzərən kiçik intervalda həyata keçirilir. 2 Güc gücləndiricisində (GG) TM rəqslər gücləndirilir. Verici antena fəzaya TM dalğa şüalandırır. TM yalnız (ultraqısa dalğalı) UQD diapazonda tətbiq olunur. Digər diapazonda onun tətbiqi mümkün deyil. Şək. 1.1. Rabitə AM rəqs vericisinin struktur sxemi Verici Verici antena VG GG VG u GG u M u Şək. 1.2. Rabitə TM rəqs vericisinin struktur sxemi VG u Verici Verici antena VG GG GG u Sadə radiolokasiya vericisinin struktur sxemi şək.1.3- də verilir. Bu sxemdə modulyator (M) dövri olaraq təkrarlanan düzbucaqlı formalı gərginlik videoimpulsları formalaşdırır. Onlar güclü UQD avtogenerator üçün qida gərginliyi kimi istifadə olunurlar. Ona görə də onların amplitudaları kilovoltlarla ölçülür. Avtogenerator dövri olaraq yüksəktezlikli radioimpulslar generasiya edir və onları verici antenaya istiqamətləndirir. Şüalandırılan radioimpulsların davametmə müddəti adətən bir mikrosaniyə, təkrarlanma dövrü isə yüzlərlə və ya minlərlə mikrosaniyə ətrafında olur. Onları zondlayıcı radioimpulslar da adlandırırlar. Şək. 1.3. Radiolokasiya vericisinin struktur sxemi Verici antena G u Güclü UQD avtogenerator M u İmpuls radiorabitə vericilərində (o cümlədən radiolokasiya vericilərində) şüalandırı- lan radioimpulsların davametmə müddəti, onların amplitudaları və ya təkrarlanma tezliyi dəyişə bilər. Bundan əlavə radioimpulsların generasiya vaxtı müəyyən takt momentlərinə nəzərən də dəyişə bilər. Ona görə də impuls modulyasiyası ümumi şəkildə çox müxtəlif ola bilər. Əsas istifadə məqsədinə nəzərən radiorabitə, radioyayım, televiziya, radiolokasiya, radionaviqasiya və s. vericilərini fərqləndirirlər. Quraşdırılma yerinə nəzərən stasionar və 3 mobil vericiləri fərqləndirirlər. İşçi tezlik diapazonuna nəzərən uzundalğalı, ortadalğalı, qısadalğalı və UQD vericiləri fərqləndirirlər. Öz növbəsində UQD vericiləri metrlik, desimetrlik, santimetrlik və millimetrlik vericilərinə bölürlər. Optik diapazon (lazer) vericilərini xüsusi qrup kimi ayırırlar. Vericiləri həmçinin iş növünə, modulyasiya növünə, gücünə və digər əlamətlərinə nəzərən fərqləndirirlər. Download 273.22 Kb. Do'stlaringiz bilan baham: |
1 2
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling