Радиопередающие устройства


Vericilərin əsas göstəriciləri


Download 239 Kb.
bet2/2
Sana09.02.2023
Hajmi239 Kb.
#1180504
1   2
Bog'liq
1.1.radioverici qurgular-onlarin struk-tur sxeml-r

2. Vericilərin əsas göstəriciləri
Radiovericilər müəyyən texniki göstəricilərinə nəzərən xarakterizə olunurlar.
1) Vericinin işçi dalğa diapazonu. Vericilərin əksəriyyəti işçi dalağa uzunluğunu dəyişməyə imkan verən kökləmə elementinə malik olur. Adətən vericini geniş dalğa diapazonunda kökləmək mümkün olur. Bu kökləmə səlis və ya diskret ola bilər. Səlis kökləmə zamanı verici verilmiş diapazonun istənilən tezliyində işləyə bilər. Diskret kökləmə zamanı isə verici yalnız müəyyən edilmiş (fiksə olunmuş) tezliklərdə işləyə bilir.
Bir çox hallarda vericinin işçi tezlik diapazonu bir neçə alt diapazona bölünür. Bu alt diapazonlardan hər biri örtmə əmsalı ilə, yəni dağa uzunluğunun maksimal qiymətinin onun minimal qiymətinə nisbəti ilə xarakterizə olunur. Adətən örtmə əmsalı 3-4 həddində olur. Alt diapazonların örtmə əmsallarının eyni olması məqsədəuyğun hesab edilir.
2) Vericinin gücü. Vericidən antenaya istiqamətləndirilən elektrik rəqslərinin gücüdür. Müxtəlif vericilər üçün bu güc vattın hissələrində onlarla meqavatta qədər ola bilər. İmpuls rejimində işləyən vericilər üçün impuls gücünü və impulsların təkrarlanma dövrü ərzində olan orta gücü fərqləndirirlər. Adətən impuls gücü vericinin orta gücündən yüzlərlə və ya minlərlə dəfə böyük olur.
3) Vericinin faydalı iş əmsalı (FİƏ). Bu parametr antenaya ötürülən gücün vericinin qida mənbəyindən sərf etdiyi gücə nisbəti kimi tapılır. Vericinin FİƏ-si onun iqtisadi cəhətdən əlverişli olmasını müəyyən edir. Az güclü vericilər üçün FİƏ 10-20 %, böyük güclü vericilər üçün isə 40-60 % həddində olur.
4) Vericinin tezliyinin stabilliyi. Bu parametr konkret şəraitdə işləyən vericinin daşıyıcı tezliyinin müəyyən olunmuş zamanda buraxıla bilən meylini xarakterizə edir. Vericinin tezliyinin stabilliyi ədədi qiymətcə nisbi qeyri-stabillik əmsalı ilə xarakterizə olunur. Bu əmsal vericinin daşıyıcı tezliyinin buraxıla bilən maksimal meylinin onun nominal qiymətinə nisbəti kimi tapılır. Vericinin tezliyinin stabilliyi nə qədər böyük olursa nisbi qeyri-stabillik əmsalı bir o qədər kiçik olur. O adətən həddində olur.



Download 239 Kb.

Do'stlaringiz bilan baham:
1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling