Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


§ GƏLƏCƏYİN STRATEGİYASINI


Download 5.08 Mb.
Pdf ko'rish
bet37/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   33   34   35   36   37   38   39   40   41
§ GƏLƏCƏYİN STRATEGİYASINI  

FORMALAŞDIRARKƏN 

 

Ölkəmizin  gələcək  inkişafını  mən  çox  açıq 



və  parlaq  görürəm.  Azərbaycan  hansı  ölkəyə 

çevriləcək, beş ildən, on ildən, iyirmi ildən sonra 

Azərbaycanın  mövqeləri  necə  olacaq,  Azərbay‐

canın  iqtisadi  potenisialı  necə  olacaq,  insanların 

həyat  səviyyəsi  necə  olacaq  –  bütün  bunlar  bizi 

düşündürür. Çünki biz ölkəmizin gələcəyi üçün, 

Azərbaycanın hərtərəfli inkişafı üçün işləyirik

1



 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bu kitabı yazmağa məni ruhlandıran son onillikdə Azər-



baycanda baş verən böyük dəyişikliklər olmuşdur. Kitabı ba-

şa çatdırarkən hazırda dünya məkanında baş verən proses-

lərin təhlilini davam etdirirəm və aydın şəkildə başa düşürəm 

ki, demokratiya ona xas olan bütün spesifik əlamətləri ilə bir-

likdə insan beyninin çox qiymətli bir ixtirası olub, insanların 

harmonik cəmiyyətdə yaşamasını reallığa çevirmək, onların 

öz hüquq və azadlıqlarını təmin etmək, eləcə də ən əlverişli 

yaşayış mühiti yaratmaq məqsədi daşıyır.  Əgər biz Adəm 

peyğəmbərin öz həyat tərzini demokratikləşdirməyə çalışdı-

ğını desək, səhv etmərik. Çünki o, özünə seçim azadlığı ver-

mişdi. Musa, İsa, Məhəmməd peyğəmbərlər də  bəşəriyyətə 

                                                 

1

 

Üçüncü çağırış Milli Məclisin payız sessiyasının açılışında Prezident 



İlham Əliyevin nitqindən. “Azərbaycan” qəzeti, 3 oktyabr 2006-cı il.

 


 

 

712 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

vicdan azadlığına və dini etiqad azadlığına inam bəxş et-



mişlər. Fransa inqilabı gələcək liberal cəmiyyətin konturları-

nı bir qədər açıb göstərməklə insanın hüquq və azadlıqlarının 

yeni tərzdə anlaşılmasını vermişdir. ABŞ-da vətəndaş mü-

haribəsi dərisinin rəngindən və irqindən asılı olmayaraq, ha-

mının azad olmasını  bəyan etmişdir. Rusiyada təhkimçilik 

hüququnun ləğvi mahiyyət etibarilə quldarlığa son qoymuş, 

SSRİ-nin dağılması isə “yeni demokratiyaların” sərhədlərini 

genişləndirməyə imkan vermiş və bununla da insanın hüquq 

və azadlıqlarının müdafiəsinin prioritet məsələ olduğu mə-

kanı genişləndirmişdir. 

Adətən, biz demokratiyadan danışanda insan azadlıqları və 

hüquqlarını  nəzərdə tuturuq. Eyni zamanda, biz çox tez-tez 

“demokratiya” sözünü işlədir, lakin bu anlayışın real 

mahiyyəti barədə düşünmürük. “Xalq hakimiyyəti” və ya 

“demokratiya” ifadələri o qədər adiləşmişdir ki, onlardan istər 

mətbəx söhbətlərində, yemək məclislərində, istərsə  də siyasi 

debatlarda tez-tez  istifadə edilir. Bəşəriyyət açıq birgəyaşayış 

forması olan demokratiyaya çox böyük ümid bəsləyir. Deməli, 

demokratiyanın mahiyyətini və  cəmiyyətin inkişafı üçün 

açdığı perspektivləri daha dərindən dərk etmək üçün ona öz 

mülahizələrimizdə daha artıq diqqət yetirməliyik. Sərbəst 

polemika, diskussiyalar demokratik birgəyaşayış ənənələrinin 

və müvafiq normaların lap əvvəldən şübhəli səviyyədə olduğu 

transformasiya cəmiyyətlərində mühüm rol oynayır. 

Mən kitabın  əvvəlində qeyd etmişdim ki, bu əsər qlobal 

transformasiya proseslərinin mürəkkəb dövründə hazırlan-

mışdır. Lakin xüsusi vurğulamalıyam ki, bəşəriyyət daim 

tranzit vəziyyətindədir. Daha mükəmməl cəmiyyət qurmaq 

istəyi bizi dünya tarixinin lap əvvəlindən izləyir, buna görə 

də tranzit labüd olaraq bizim əbədi yol yoldaşımızdır. 



 

 

713



Sözardı 

əvəzi 


Mən bu kitab üzərində işi Azərbaycanda təməli ümummilli 

lider Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlətçilik 

xəttinin təkmilləşdirildiyi bir vaxtda tamamlayıram. Lakin heç 

bir kitab dövlətdə  həyata keçirilən layihələrin və görülən 

işlərin bütün həcmini  əhatə edə bilməz. Son onillikdə 

Azərbaycanda dövlətin demokratik inkişafına kömək edən 

sabit siyasi sistem bərqərar olmaqla yanaşı, həm də vətəndaş 

cəmiyyətinin əsas postulatları formalaşmışdır. Milli iqtisadiy-

yat  əhəmiyyətli dərəcədə inkişaf etmiş  və möhkəmlənmişdir. 

Ölkədə möhkəm səhiyyə sistemi, keyfiyyətli təhsil və əhalinin 

sosial müdafiəsi sistemləri yaradılır. SSRİ dağılandan sonra 

ölkənin bərpa edilməsinə və onun real müstəqil subyekt kimi 

inkişafına yönəlmiş strateji xətt uğurla həyata keçirilir. 

Lakin dövlətin inkişaf səviyyəsinin göstəricisi təkcə iqti-

sadi, siyasi və sosial nailiyyətlərdən ibarət deyildir. Əhalinin 

ictimai  şüuru və siyasi mədəniyyəti demokratik dövlətin və 

vətəndaş  cəmiyyətinin təşəkkülünün  əsas seqmentidir. Bu 

kitabda mən tranzitar cəmiyyətlərin demokratik inkişafının 

həm tarixi, həm də müasir meyillərini araşdırmağa çalışmı-

şam. Yeni və ən yeni dövr mütəfəkkirlərinin dünyada məşhur 

olan əsərlərini təhlil etməklə, tarixin müxtəlif mərhələlərində 

dünya məkanında demokratik ideyaların inkişaf dinamikasını 

göstərmək istəmişəm. Mən “Amerikanı  kəşf etmək” fikrin-

dən uzaq olmuşam, lakin bu və ya digər mütəfəkkirlərin so-

sial gerçəkliyi demokratik anlayışlarını bəşəriyyətin inkişafı-

nın müasir dövrünün reallıqlarına tətbiq etməyə  və  ən baş-

lıcası, bu ideyaları inkişafın milli modeli nümunəsində  tək-

rarlamağa çalışmışam. 

Kitab üzərində  işləyərkən və bununla yanaşı  Qərb müəl-

liflərinin demokratiya məsələlərinə dair əsərləri ilə tanış olar-

kən yəqin etdim ki, demokratiyanın cəmiyyətdə heç də bütün 


 

 

714 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

problemləri həll etmədiyini düşünən tədqiqatçılar haqlıdırlar. 



Bu demokratiyanın seçkili demokratiya

1

, yoxsa liberal de-



mokratiya

2

 olmasının fərqi yoxdur. Düzdür, demokratiya, 



idarəetmənin  ən yaxşı formasıdır, lakin bəzən hesab edil-

diyinin əksinə olaraq, o, mütləq nemət deyildir. Hələ demok-

ratik siyasi təfəkkürün  əsas generatorları olan Aristotel və 

Platon hesab edirdilər ki, “idarəetmənin həyata keçirilə bilə-

cək ən real forması qarışıq və ya konstitusiyalı idarəetmə for-

masıdır. İdarəetmənin bu prinsiplərinə əsaslanan azadlıq qa-

nunun çərçivələri ilə, xalqın suverenliyi isə asayiş və sabitlik 

yaradan dövlət təsisatları ilə məhdudlaşır”

3



Hazırda elmi və siyasi dildə “demokratiya” termini sırf si-



yasi məna daşıyır. Demokratiyanın praktik təyinatına gəldik-

də isə, tanınmış  tədqiqatçılar arasında belə bir fikir var ki

hətta liberal demokratik dövlətlər də çox vaxt demokratik 

ideallardan geri qalır.  İtaliya, Yaponiya, Belçika, Fransa, 

ABŞ və bəzi başqa demokratik sənaye dövlətlərində baş ve-

rən siyasi proseslər göstərir ki, siyasi təsisatları tamamilə 

möhkəmlənmiş, konsolidasiya olunmuş demokratik rejimlər 

də seçicilərin  ətaləti, sinizm, siyasi prosesdən uzaqlaşma 

faktları bir yana, korrupsiyadan, siyasi hakimiyyətdən 

bərabər istifadə etmək imkanının olmamasından  əziyyət çə-

                                                 

1

 



S e ç k i l i  d e m o k r a t i y a elə konstitusiyalı sistemdir ki, burada 

qanunverici və ali icra hakimiyyəti orqanları müntəzəm, bəhsləşmə  şəraitində 

keçən, çoxpartiyalı ümumi seçkilər yolu ilə formalaşır.

 

2



 

L i b e r a l  d e m o k r a t i y a seçkili demokratiyanın elementləri ilə yanaşı, 

tələb edir ki, birincisi, hakimiyyət seçicilər qarşısında birbaşa və ya dolayısı ilə 

hesabat verməyən hərbçilərin və digər qrupların təsiri altında olmasın.  İkincisi, 

idarə edənlərin idarə edilənlər qarşısında  şaquli istiqamətdə hesabat verməsi ilə 

yanaşı, vəzifəli şəxslərin üfüqi istiqamətdə bir-birinə hesabat verməsi tələb olunur. 

Üçüncüsü, liberal demokratiya bir-biri ilə rəqabətdə olan maraqların və dəyərlərin 

daşıyıcılarının müntəzəm seçklərdən asılı olmadan öz aralarında açıq rəqabət 

aparmaq imkanının olması üçün şəxsi və ümumi azadlıqlar kimi, siyasi və 

vətəndaş plüralizmi üçün də şərait olmasını nəzərdə tutur.

 

3

 



Теория и практика демократии. Избранные тексты. М., 2006, стр. 25.

 


 

 

715



Sözardı 

əvəzi 


kir. Həmin ölkələrdə demokratiyadan bezmək müşahidə olu-

nur. Bu hal gənclər arasında daha çox hiss olunur və haki-

miyyət orqanlarını ciddi narahat edir. 

Dünyada bütün vətəndaşların bərabər siyasi resurslara ma-

lik olduğu, hakimiyyətin özünün bütün vətəndaşlar qarşısında 

tamamilə və ya demək olar ki, tamamilə cavabdeh olduğu mü-

kəmməl demokratiya yoxdur və heç vaxt da olmamışdır. Məhz 

buna görə də sosioloq Robert Dal demokratiyanın bu gün üçün 

mümkün olan daha məhdud formasını səciyyələndirən "poliar-

xiya" terminindən istifadə edir. Poliarxiya konsepsiyası iki aş-

kar şərti nəzərdə tutur: müxalifət və siyasi iştirak. Bu iki şərtlə 

sıx bağlı olan üçüncü şərt vətəndaş azadlığıdır, bunsuz həmin 

şərtlər öz əhəmiyyətini itirir. 

Mövcud konsepsiyalara görə, dünyadakı nemətlərin heç 

də hamısı demokratiyadan asılı deyildir. Sosioloq Xuan 

Lintsin fikrincə, siyasi demokratiya bizim demokratik cə-

miyyət adlandırdığımız anlayışa hətta təxmini də olsa uyğun 

gəlməyə təminat vermir. Filipp S.Şmitter və Karl de Şveynts 

(kiçik) isə belə hesab edirlər ki, avtokratik rejimlərlə müqa-

yisədə, demokratiya iqtisadi və inzibati baxımdan heç də 

daha səmərəli olmalı deyildir. Lakin demokratik dövlətlər 

azadlığın geniş yayılmasına, alternativ hökumət və siyasət 

seçməyin real şəkildə mümkünlüyünə, habelə  mənafelərinə 

toxunulan qrupların təşkilatlanmasına və səfərbər edilməsinə 

imkan verməklə sosial ədalətsizliyin azaldılması, yanlış si-

yasi qərarların və hakimiyyətdən sui-istifadənin aradan qaldı-

rılması üçün zəmin yaradır. 

Demokratiyanı inkişaf etməkdə olan fenomen kimi başa 

düşmək lazımdır. Hətta ölkə seçkili və ya liberal demokratiya-

nın standartlarından uzaq olduqda belə, demokratik təsisatların 



 

 

716 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yaxşılaşması və dərinləşməsi mümkündür. Demokratiyanın in-



kişaf etməsi və möhkəmlənməsi cəmiyyətin üzləşdiyi bütün 

sosial və iqtisadi problemləri həll etməyəcəkdir. Lakin ictimai 

müzakirə sahəsinin genişlənməsi, demokratiyaları  dərinləş-

dirən və genişləndirən islahatlar əhalinin  şüur səviyyəsini və 

seçkili hakimiyyət orqanlarının legitimliyini artıra bilər. Və-

təndaşların səriştəlilik səviyyəsinin artması  və onların siyasi 

prosesdə  fəal iştirakı ictimai həyatın başqa sahələrinə  də ya-

yılacaqdır. Xeyriyyə təşkilatlarında və ictimai tədbirlərdə işti-

rak etmək kimi vətəndaş aksiyaları qarşılıqlı etimada, qarşı-

lıqlı əlaqəyə və əməkdaşlığa gətirib çıxarır, bu isə cəmiyyətin 

siyasi fəallığının artmasına, iqtisadi inkişafa, demokratik 

sabitliyə və sosial problemlərin həllinə kömək edir. 

Bəşəriyyətin inkişaf perspektivləri baxımından demokra-

tiyanın taleyi birmənalı şəkildə müəyyən edilməmişdir. Libe-

ral demokratiya elementləri ayrı-ayrı ölkələrdə müxtəlif ardı-

cıllıqla, müxtəlif dərəcədə  və müxtəlif sürətlə yaranır. Bu-

nunla belə, demokratik dəyişikliklər müxtəlif istiqamətlərdə 

həyata keçirilə bilər. Seçkili demokratiyalar daha demokratik 

– liberal, konstitusiyalı, bəhsləşən, məsuliyyətli, hesabat ve-

rən və bütün vətəndaşların siyasi prosesdə  iştirak etməsinə 

imkan yaradan rejim ola bilər. Lakin onlar eyni dərəcədə da-

ha az demokratik, yəni daha mərkəzləşmiş, sərt, korrupsiya-

ya qurşanmış, özünə qapanmış, məsuliyyətsiz və heç kəsə 

hesabat verməyən rejimlərə çevrilə bilər. Liberal demokrati-

yalar da siyasi məsuliyyətin, hesabat verməyin, əlverişlilik və 

bəhsləşmə  səviyyəsini yaxşılaşdıra və ya pisləşdirə bilərlər. 

Demokratiyanın inkişafının yalnız bir istiqamətdə getməsinə 

heç bir zəmanət yoxdur. Lakin belə güman etməyə kifayət 

qədər  əsas vardır ki, əgər vaxtaşırı islahatlar keçirilməsə  və 

yeniləşdirilməsə, bütün siyasi sistemlər daha sərt olur, kor-



 

 

717



Sözardı 

əvəzi 


rupsiyaya qurşanır və qeyri-həssas olur. Demokratiya nəinki 

keyfiyyətcə pisləşə bilər, hətta formal hakimiyyət təsisat-

larının iflasa uğraması və daha gizli şəkildə gedən daxili par-

çalanma prosesləri nəticəsində tamamilə yox ola bilər

1



Fikrimizcə, tranzitar cəmiyyətlərdə demokratiya mühüm 



və aktual problemdir. Əvvələn, demokratiya yeni siyasi və 

sosiomədəni təriflər sistemi kimi təzahür edir. İkincisi, o, 

tranzitar cəmiyyətlərdə daxili transformasiyalar üçün zəmin 

yaradır. Üçüncüsü, o, dövlətin iqtisadi və siyasi xəttinin mər-

hələlərlə  dəyişməsində özünü göstərir. Bütün bu cəhətlər 

dünyada və regionda yeni qayda yaranmasına ciddi təsir edir. 

Aydındır ki, demokratiya təkcə politoloji ideya kimi deyil

həm də həyat və təfəkkür tərzi, birgəyaşayış və dünyada baş 

verən proseslərə  fəal cəlbolunma tərzi kimi xalqın öz ira-

dəsini sadəcə ifadə etməsindən daha geniş məfhumdur. 

Mənim bu əsərdə  təhlil etməyə çalışdığım Azərbaycanın 

demokratik inkişafı hazırda konsolidasiyaya doğru hərəkət 

mərhələsindədir. Biz hazırlıq fazasının çətinliklərini uğurla 

dəf edərək, E Pluribus Unum

2

 formulu ilə ifadə edilə biləcək 



qlobal dünya nizamının tərkib hissəsinə çevrilməyə, qərarlar 

qəbul edilməsi, demokratiyanın bərqərar olması fazasını ger-

çəkləşdirməyə nail olmuşuq. Bu formul insan hüquqları  və 

azadlıqlarının ümumi və universal dəyərləri, liberal ideyalar, 

ədalətin təntənəsi və öz həyat tərzini yaxşılaşdırmağa qabil 

olan yeganə instansiya kimi insanın gücünə inam əsasında 

formalaşan qlobal qaydanın vəhdətini əhatə edir. 

Unutmamalıyıq ki, keçmişimiz gələcəkdə bizi nələr göz-

ləyəcəyinin parlaq sübutu, habelə dövlətin inkişafının düzgün 

                                                 

1

 

Теория и практика демократии. Избранные тексты. М., 2006, стр.32-33.



 

2

 



“Çoxludan əmələ gələn vəhdət”, yaxud “Müxtəliflikdə vəhdət” (lat).

 


 

 

718 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

strategiyasının müəyyən edilməsində bizə köməkçidir. Tarixi 



reallıqları  nəzərə almadan möhkəm dövlətçilik, sabit sistem 

və inkişaf etmiş cəmiyyət qurmaq çətindir. Bir qədər geriyə, 

keçmişə qayıdaraq yada salaq ki, 1991-ci il avqustun 30-da 

Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan 

Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haq-

qında bəyannamə, elə həmin il oktyabrın 18-də isə “Azərbay-

can Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı” 

qəbul edilmişdi. 1991-ci il dekabrın 29-da Azərbaycan Res-

publikasında ümumxalq referendumu keçirilmiş  və  əhalinin 

95 faizi referendumda iştirak edərək, ölkənin müstəqilliyinə 

və suverenliyinə səs vermişdi. Beləliklə, XXI əsrin astanasın-

da, SSRİ-nin dağılması ilə başlanmış yeni dünya nizamının 

formalaşması dövründə qüvvəyə minmiş müstəqillik haqqın-

da Konstitusiya aktı Azərbaycan Xalq Cümhuriyyətinin 

(1918-1920-ci illər) hüquqi varisi kimi Azərbaycanın müs-

təqilliyini şərtləndirmiş oldu. 

Müstəqillik yoluna qədəm qoymaq Azərbaycanın tari-

xində yeni səhifə açmaqla bərabər, taleyüklü məsələlərin 

həlli zərurətini də irəli sürdü. Bu böyük məsələlərin həlli 

məqsədyönlü daxili və xarici siyasət xəttinin işlənib 

hazırlanması  və  həyata keçirilməsini, ölkənin mədəni-

intellektual, sosial-iqtisadi və ictimai-siyasi potensialından 

səmərəli istifadə olunmasını  tələb edirdi. Lakin Azərbay-

canın müstəqilliyinin ilk illərində dövlət quruculuğunun 

bütün mövcud imkanlarını reallaşdırmaq mümkün olmadı. 

Ona görə  də ölkənin problemlərinin çoxu həll edilməmiş 

qaldı. SSRİ dağılandan sonra ölkəmizin dünya sisteminə 

inteqrasiyasının guya avtomatik olaraq təmin ediləcəyi, 

tranzitin isə  təbii  şəkildə baş verəcəyi barədə  əsassız 

ümidlər də doğrulmadı. 



 

 

719



Sözardı 

əvəzi 


Respublikada cərəyan edən və heç də birmənalı olmayan 

proseslər, xüsusən Azərbaycanın bir hissəsinin Ermənistan 

tərəfindən işğalı milli identiklik problemlərinin yenidən dərk 

olunmasına kömək etdi. Cəmiyyətdə millətçilik  əhvalı 

güclənir, ictimai-siyasi məkanda anarxiya və  hərc-mərclik 

get-gedə artırdı. Müstəqilliyin ilk illərində tətbiq edilən ida-

rəetmə metodları, o vaxt qəbul olunmuş bir sıra qanunlar 

bomba partlayışı effekti doğurur, cəmiyyəti monolit qüvvə 

kimi birləşdirmək  əvəzinə, separatçılıq meyillərinin güclən-

məsinə zəmin yaradırdı. 

Azərbaycanın siyasi müstəqilliyi davamlı və sabit inkişaf 

üçün perspektiv açırdı. Lakin dinamik tərəqqi və  səmərəli 

inkişaf yalnız bərqərar olmuş  və ya ən azı, formalaşmaqda 

olan demokratik dəyərlərə malik açıq cəmiyyətlərdə müm-

kündür. Beləliklə, demokratiya xalqın iradəsinin ifadəsinə 

çevrilmişdi. 1991-ci ilin oktyabr ayından, yəni müstəqillik əl-

də ediləndən bəri Azərbaycan iqtisadiyyatı tamamilə bərbad, 

siyasi sistemi son dərəcə qeyri-sabit olduğu, totalitar sovet 

cəmiyyətinin qalıqlarının hökm sürdüyü bir vəziyyətdən 

davamlı siyasi xətti, sabit və dinamik inkişaf edən iqtisadi 

sistemi, formalaşmaqda olan vətəndaş  cəmiyyəti, get-gedə 

möhkəmlənən demokratik təsisatları mövcud olan, ictimai 

şüurun tədricən yeni davranış stereotipləri məcrasına trans-

formasiya etdiyi bir dövlətə çevrilmək üçün böyük bir yol 

keçmişdir. 1988-1993-cü illərdə Azərbaycanda hakimiyyət-

sizliyin hökm sürdüyü vaxtda formalaşmış anarxiya sindro-

mu ölkənin siyasi, iqtisadi və ictimai həyatının bütün sahə-

lərini bürümüşdü. Yalnız 1993-cü ildə ümummilli lider 

Heydər  Əliyev respublika rəhbərliyinə qayıdandan sonra 

Azərbaycan səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyya-

tın dirçəldilməsi strategiyasına uyğun olaraq və Azərbaycan 


 

 

720 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

xalqının sosiomədəni irsinə  əsaslanaraq, demokratik tranzit 



yoluna qədəm qoydu. Məhz sonrakı illərdə Azərbaycan 

cəmiyyəti müstəqil siyasi və iqtisadi xəttin reallaşdırılmasına 

səfərbər edildi: hakimiyyət boşluğu aradan qaldırıldı, sepa-

ratçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təh-

lükəsinin qarşısı alındı, Azərbaycanın dövlətçiliyinə, müstə-

qilliyinə  və  ərazi bütövlüyünə  qəsd edən cinayətkar qruplar 

cəmiyyətdən təcrid olundu, nizami silahlı qüvvələr yaradıl-

ması ilə əlaqədar tədbirlər görüldü. Nəticədə demokratik təsi-

satların və  ənənələrin formalaşması prosesi başlandı, vətən-

daşların və dövlətin qarşılıqlı  mənəvi məsuliyyətinə  əsasla-

nan dövlətçiliyin və sosial sabitliyin təməli qoyuldu. Dövlət 

cəmiyyətin bütövlüyünün etibarlı təminatçısına çevrildi. 

Azərbaycanın gələcəyi üçün məsuliyyəti öz üzərinə götür-

müş Heydər Əliyev son onillikdə hədsiz gərgin zəhmət baha-

sına yeni milli inkişaf strategiyası formalaşdırmağa müvəffəq 

olmuşdur. Bu strategiya suveren demokratiya ideyasına, 

dövlətin bütövlüyünə, hər bir vətəndaşın maddi rifahın, bütün 

vətəndaşlar üçün, Azərbaycanı  təşkil edən bütün sosial 

qruplar və xalqlar üçün azadlığın və ədalətin təmin olunma-

sına əsaslanırdı. 

Bu illər  ərzində ictimai, iqtisadi və sosial sahələrdə de-

mokratik islahatlar keçirilmiş, maliyyə sahəsində yüksək nə-

ticələr  əldə edilmişdir. Hüquq mühafizə orqanlarında, məh-

kəmə sistemində və penitensiar sistemdə dünya standartları-

na uyğun islahatlar aparılmışdır. Dövlət idarəçiliyi strukturu-

na ciddi dəyişikliklər edilmiş, milli ordunun formalaşması və 

möhkəmlənməsi sahəsində mühüm tədbirlər görülmüşdür. 

Torpaq islahatı aparılmış, torpaq xüsusi mülkiyyətə verilmiş-

dir. Dövlət özəlləşdirmə proqramları genişmiqyaslı islahat-

ların aparılmasında böyük rol oynamışdır. Sosial yönümlü 



 

 

721



Sözardı 

əvəzi 


islahatlar və əhalinin sosial müdafiəsinə dair tədbirlər iqtisadi 

siyasətdə mühüm yer tutmuşdur. Ölkənin bank-kredit, vergi 

və büdcə sistemlərinə ciddi dəyişikliklər edilmişdir, vətən-

daşların real gəlirlərinin artırılması sahəsində nəzərəçarpacaq 

uğurlar vardır. Söz və vicdan azadlığı,  şəxsiyyətin toxunul-

mazlığı, insan hüquqları təmin edilmişdir; ölkədə tolerantlıq 

mühitinin bərqərar olması sayəsində  vətəndaş  cəmiyyətinin 

formalaşdırılması yolunda əhəmiyyətli tərəqqi vardır. Bütün 

bunlar 1995-ci il noyabrın 12-də  qəbul edilmiş Azərbaycan 

Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Bu 

Konstitusiya demokratiyaya keçid şəraitində “qərarlar qəbul 

edilməsi fazasına” tranzitin bazisinə çevrilmişdir. 

XX əsrin son onilliyində ölkəmiz dövlət təsisatlarının və 

ictimai təsisatların tənəzzülünün qarşısını almaq üçün çox çə-

tin məsələləri həll etməyə məcbur olmuşdur. Eyni zamanda, 

irəlicədən bir neçə illər, onilliklər üçün ölkənin inkişafının 

təməlini yaratmaq lazım idi. Başqa sözlə desək, biz uçqunları 

təmizləyir və tədricən irəliləyirdik. Bu baxımdan sabitləşmə 

siyasəti, əslində, yığılıb qalmış problemlərə münasibət bildir-


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling