Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
mək siyasəti idi. Bu siyasət bütövlükdə özünü doğrultdu. 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan öz inki- şafında şərti olaraq bir neçə mərhələdən keçmişdir. Bu mər- hələlərin birincisi əvvəlki iqtisadi sistemin sökülməsi ilə bağ- lıdır. O, vərdiş etdiyimiz həyat tərzinin kökündən dəyişdiril- məsi, kəskin siyasi və sosial münaqişələrlə müşayiət olunur- du və Azərbaycan cəmiyyəti bu mərhələni çox çətinliklə keç- di. İkinci mərhələ “köhnə binanın dağıdılması” nəticəsində yaranmış uçqunları təmizləmə dövrü idi. Bununla bərabər, iqtisadiyyatda və siyasi sahədə ən təhlükəli meyilləri dayan- dırmaq mümkün oldu. Həmin illərdə qəbul edilən qərarların heç də hamısı uzunmüddətli xarakter daşımırdı. Əslində, ölkə
722 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
müasir dövlət quruculuğunun üçüncü mərhələsinə, yüksək sürətlə inkişaf etmək, genişəhatəli ümummilli məsələləri həll etmək imkanını yenicə qazanmışdı. İndi, kifayət qədər təcrü- bə topladığımız, zəruri imkanlar yaratdığımız bir vaxtda biz öz qarşımıza, həqiqətən, uzunmüddətli məqsədlər qoya bilərik. Nəhayət, ölkəmiz həm hüquqi, həm də faktik baxımdan öz birliyini bərpa etmişdir: dövlət hakimiyyəti möhkəmlənmişdir; müstəqil məhkəmələr yaradılması üçün qanunvericilik qayda- sında ciddi işlər görülür, seçki sistemi təkmilləşdirilmişdir; tam mənada vətəndaş cəmiyyətinin inkişafı üçün, o cümlədən yeni və sivilizasiyalı siyasi strukturun inkişafı üçün şərait yaradılmışdır; Azərbaycan vergi islahatı yolunda xeyli irəlilə- mişdir; pensiya sistemində, infrastruktur inhisarlarında islah- atlar aparılması üçün tədbirlər görülmüşdür və sair. Son on ildə Azərbaycanda qurulmuş siyasi məkan demok- ratik, sivilizasiyalı, dünyəvi və vətəndaş cəmiyyətinin forma- laşmasına yönəlmiş ideyaların məcmusudur. Demokratiyaya zərər vurmadan suverenliyi saxlamaq və identikliyi itirmədən demokratik olmaq – milli inkişaf strategiyasının əsasını bun- lar təşkil edir. Bununla bərabər, başa düşmək lazımdır ki, ayrı- lıqda götürülmüş hər bir məkanda demokratiyanın məxsusi qravitasiya itkiləri vardır və mahiyyət etibarilə demokratiya bütün cəmiyyətlərdə eyni ola bilməz. Mədəniyyət, mentalitet, siyasi mədəniyyətin səviyyəsi, tarix və ənənələr, dövlətin iqtisa- di inkişaf səviyyəsi dövlətin və cəmiyyətin demokratik inkişaf imkanlarını müəyyənləşdirən təriflərin kompleksini ifadə edir. Lakin çox vaxt demokratiya qondarma “qərbləşmə” la- yihəsinin tərkib hissəsinə çevrilir ki, bu da ictimai şüurun cə- miyyətə tamamilə yabançı olan, kənardan “reseptlə” təqdim edilmiş norma və stereotiplər məcrasına qismən və ya tama-
723 Sözardı əvəzi
milə transformasiyası deməkdir. Belə vəziyyətdə demokratik tranzit uğursuzluğa məhkumdur, çünki tranzitar cəmiyyətin xüsusiyyətləri nəzərə alınmadan, bu və ya digər məkanda de- mokratiya bərqərar olduqca onun üzləşəcəyi çətinlikləri başa düşmədən sabit demokratik rejim qurmaq mümkün deyildir. Azərbaycanda demokratikləşmə prosesi dövlətdə həyata keçirilən ümumi islahatlarla ahəngdar şəkildə gedirdi. Buna görə də ölkəmiz uzun bir yol – hazırlıq fazasını, qərarların qəbul edilməsi, demokratiyanın bərqərar olması fazasını ke- çərək, konsolidasiya olunmuş demokratiya yoluna qədəm qoymalı olmuşdur. Demokratik tranzit Azərbaycan cəmiyyə- tinin yeniləşdirilməsinin məqsədi və vasitəsinə, siyasi siste- min və sosial münasibətlərin humanistləşdirilməsi proqramı- na çevrilmişdir. Demokratiya ölkədə hökm sürən anarxiya və hərc-mərcliyin, Azərbaycan cəmiyyətinn bir hissəsinə aid olan ictimai ümidsizlik və marginallaşma hallarının öhdəsin- dən gəlmiş, ordunun və dövlət aparatının parçalanması pro- sesini dayandırmış, dövlətin oliqarxiya kapitalizminə doğru yuvarlanmasının qarşısını almış və səmərəli dövlətçilik me- xanizmləri yaradılması üçün qəti hücuma keçmişdir. Lakin müşahidələr aparmaq üçün vaxt çox azdır və cəsarətli nəticə- lər çıxarmaq, bəlkə də, hələ tezdir. Bununla belə, yolun bir hissəsi artıq keçilmişdir və cəmiyyətimiz həqiqətən azaddır. Lakin qeyd etmək lazımdır ki, demokratiya mühiti həmişə radikallarla dolu olur. Əgər onlardan milli immuniteti zəiflət- mək üçün istifadə etməyə cəhd göstərməsəydilər, bəlkə də, onları heç yada salmağa dəyməzdi. Demokratik təsisatların qərarlaşmaması, sabitləşməməsi və möhkəmlənməməsi bəzi- lərində kvazivassal sistemi yaratmaq, ayrı-ayrı kliyentalist qruplar tərəfindən hakimiyyətin ələ keçirilməsi kimi iştahalar oyadır. Azərbaycanın cəlbediciliyi onun müstəqilliyindədir.
724 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Buna görə də müəyyən qüvvələrin hadisələrin radikal inqila- bi ssenari əsasında inkişafına meyil etməsini aktuallaşdırır. Lakin Azərbaycanda demokratiya yeni davranış stereotipləri formalarına uyğunlaşır. Bu formalar isə anarxist meyilləri, artıq keçmişdə qalmış sosial israfçılığı rədd edir. Yeni Azərbaycan sabit siyasi rəqabət, sivilizasiyalı, şəffaf və rəqabətədavamlı məkan yaradılmasına yönəlmiş yeni si- yasi texnologiyalar deməkdir, çünki siyasi müxtəliflik da- vamlı inkişafın şərtidir. E.Toffler yazır: “Üçüncü dalğa şə- raitində demokratiyanı yenidən yaratmaq üçün biz adamları qorxudan, lakin saxta xarakterli belə bir fərziyyəni kənara at- malıyıq ki, müxtəlifliyin çoxluğu avtomatik olaraq cəmiy- yətdə gərginliyin və münaqişələrin də çox olmasına gətirib çıxarır. Əslində, bunun əksi düz ola bilər. Cəmiyyətdə mü- naqişə nəinki zəruridir, hətta müyyən həddə qədər onun ol- ması arzuediləndir. Əgər yüz nəfər mis üzüyə sahib olmağı çox istəyirsə, onları həmin üzük uğrunda savaşmağa məcbur etmək olar, yox əgər bu yüz nəfərin hər birinin məqsədi var- sa, onların öz arasında sövdələşməsi, əməkdaşlıq etməsi və simvolik münasibətlər yaratması qat-qat sərfəlidir. Müvafiq sosial şəraitdə müxtəliflik təhlükəsiz və sabit sivilizasiyaya gətirib çıxara bilər” 1 . Biz Azərbaycanda yeni müxalifət formalaşmasının zəru- riliyi barədə tez-tez danışırıq. Bu cür mühakimələr üçün ta- mamilə haqlı və real əsaslar var. Əvvəlki stereotiplərə və xu- rafata sadiq qalan milli radikal müxalifət bir siyasi opponent kimi gərəksiz olmuşdur. İndiki dövrün reallıqları siyasi səh- nədə “vəzifə naminə” düşmənçilik etməyə yox, rəqabət apar- mağa hazır olan yeni texnokratların yaranmasını şərtləndirir.
1
725 Sözardı əvəzi
Müasir siyasi məkan milli müxalifətə xas olan avtoritarizmi və tənəzzülü qəbul etmir. Müsavat Partiyası Divanı üzv- lərindən birinin aşağıdakı sözləri milli müxalifət hərəkatında daxili siyasi tənəzzülün və durğunluğun əyani nümunəsidir: “Müxalifət avtoritar idarəetməni ən ideal metod hesab edir”. 1
Məhz avtoritarizm radikal müxalifət daxilində disfunksiyaya səbəb olmuş və son on ildə onun yetərli siyasi struktura çev- rilməsinə imkan verməmişdir. Azərbaycan demokratiya yolu ilə inkişaf etdikcə, siyasi məkan yeni aktorların və zamanın tələblərinə cavab verən, postindustrial cəmiyyətin tranzit imkanlarını üzə çıxaran siyasi mədəniyyətinin olmasını tələb edir. Ümumiyyətlə, son illərdə Azərbaycan siyasi təsisatları və ənənələri əhəmiyyətli dərəcədə təkmilləşdirmişdir. Qərbin tanınmış mass-media bosslarından biri ilə söhbə- tim yada düşür. O deyirdi ki, Qərbdə Azərbaycanı “demok- ratiya məktəbinin birinci sinif şagirdi deyil, yuxarı sinif şagirdi hesab edirlər”. Kifayət qədər tez-tez eşitdiyimiz bu sözlər Azərbaycan demokratiyasının keçdiyi yolu düzgün əks etdirir. Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyayanın söylədiyi çox mənalı fikir buna əyani sübutdur: “Son altı il ərzində Azərbaycanda iyirmi ildəki qədər dəyişikliklər baş vermişdir. Mən dünyanın heç bir başqa ölkəsində belə qısa müddətdə bu cür inkişaf görməmişəm”. Milli demokratik tranzit təkcə daxili dəyişikliklər nəticə- sində deyil, həm də dünyada yenidən demokratikləşməyə doğru qlobal dönüş sayəsində mümkün olmuşdur. Sovet İtti- faqı dağılandan sonra keçmiş sovet respublikalarında fəal surətdə “demokratikləşmə” prosesi başlandı. Lakin demokra-
1
http://www/day.az/news/politics/65824.html
726 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
tikləşmə təkcə daxili sosiallaşmanın yoxluğu problemləri ilə deyil, həm də siyasi mədəniyyət səviyyəsinin aşağı olması, siyasi ənənələrin və təsisatların formalaşmaması, iqtisadi xarakterli çətinliklər kimi problemlərlə də üzləşirdi. Ona görə də bir sıra dövlətlərdə bütövlükdə cəmiyyətin deyil, əs- lində, ayrı-ayrı sosial qrupların maraqlarını ifadə edən kvazi- demokratik sistemlər yaranırdı. Sovet İttifaqı dağılandan son- ra Azərbaycan demokratik cəmiyyət formalaşdırmaq və sa- bitlik yaratmaq dilemması qarşısında qalmışdı. Dövlətin universal rolu onun sabitliyində və qüvvəsindədir, davamlı inkişafı yalnız sabitlik və güc təmin edə bilər. F.Fukuyama da bu fikirdədir. O yazır: “Biz böyük güclərin bir-biri ilə mü- naqişə apardığı dünyaya qayıtmağı arzulamasaq da, həqiqə- tən, gücə tələbatın qeydinə qalmağa ehtiyac duyuruq. “Döv- lətçiliyin görüntüsünün” tərəfdarı olanlar azad bazarın müda- fiəçiləri olmasından, yaxud çoxtərəfli müqavilələr ideyasına sadiqliyindən asılı olmayaraq izah etməlidirlər ki, müasir dünyada milli dövlətlərin gücünü məhz nə əvəz edəcəkdir” 1 . Beləliklə, dövlət daxilində sabitlik onun gücünü təmin edir, bu isə son nəticədə davamlı demokratik inkişaf üçün imkan yaradır. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra məhz bu prioritet yeni dövlətçilik qurulmasının əsası kimi qəbul edilmişdir. Bütün bu illər ərzində məhz sabitlik milli inkişaf strategiyasının prioriteti olmuş və Azərbaycanın dərin islahat- lar və dəyişikliklər yoluna qədəm qoymasına imkan vermişdir. Struktur dəyişiklikləri nəticəsində 2003-cü ildə milli siya- si məkan yeni dövrə – Etimad, Fəallıq və Dinamika dövrünə daxil oldu. Məhz bu üç komponent Prezident İlham Əliyevin varislik siyasətini şərtləndirmişdir və XXI əsrin əvvəlində
1
727 Sözardı əvəzi
səmərəli dövlətçiliyin mahiyyətini təşkil edir. 2003-cü ilin oktyabr ayında İlham Əliyevə göstərilən etimad sivilizasiyalı siyasi strukturun təşəkkülünə və dinamik iqtisadi layihələrin reallaşdırılmasına yönəlmiş yeni, daha fəal addımların təməli oldu. Ümumən, son üç ildə ölkədə partiyalararası dialoqun möhkəm təməli formalaşmışdır, üçüncü sektor yeni yaran- maqda olan vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsinə çevrilməkdədir, demokratik təsisatlar və ənənələr mərhələlər üzrə, xaotik sıçrayışlara yol verilmədən və sosial gerçəkliyin reallıqları nəzərə alınmaqla təkmilləşdirilir. “Üçüncü demokratik dalğa” bəşəriyyətin postindustrial dövrünün dəyərlərinə qlobal dönüşünün yekunu olmuşdur. Eyni zamanda, “Üçüncü demokratik dalğa” avtoritar rejim- dən demokratik rejimə tranzit nəticəsində vətəndaş simasının formalaşdığı bir sıra dövlətlərdə yeni davranış formalarının və təfəkkür tərzinin bərqərar olmasına kömək etmişdir. Dün- ya məkanının tədricən demokratiləşməsi labüd olaraq, siyasi prosesin iştirakçılarına münasibətdə idarəetmə formasının şəffaflığı və tolerantlığı ilə fərqləndiyi dövlətlər zolağının yaranmasına gətirib çıxarmışdır. 1974-cü ildə Portuqaliyada başlanmış Şərqə “Demokratiyanın yürüşü” təkcə 1991-ci ildə sovet rejiminin süqutu ilə deyil, həm də demokratik tranzitin yeni dalğasının təsiri altında keçmiş sovet dövlətlərinin daha da transformasiya etməsi ilə əlamətdar oldu. Yeni dalğa siyasi və iqtisadi sistemə postindustrial təzyi- qin təsiri altında baş verən “məxməri” inqilablarda özünü göstərirdi. E.Toffler haqlı olaraq yazırdı ki, "bu, yeni sivili- zasiyadır, çünki o, köhnə sivilizasiyaya qarşı çıxır, bürokra- tiyanı rədd edəcək, milli dövlətin rolunu azaldacaq, postim- perialist dünyanın yarımmuxtar iqtisadiyyatlarının tərəqqi- sinə kömək edəcəkdir. O, yeni, daha sadə, səmərəli və de-
728 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mokratik hökumətlərin olmasını tələb edir. Bu sivilizasiyanın dünya haqqında özünəməxsus təsəvvürü, zaman, məkan, məntiq və səbəbiyyət amillərindən istifadə barədə özünəməx- sus üsulları vardır” 1 . Məlum oldu ki, keçmiş sovet avtarkiyası dövlətlərinin yenidən transformasiyası və dövlət idarəetmə sisteminin tək- milləşdirilməsi labüddür. Qloballaşma təkcə iqtisadi səmtlərin dəyişməsi üçün deyil, həm də bir sıra dövlətlərin siyasi xəttinin dəyişməsi üçün zəmin yaratmış və bu, daha trans- parent rejimlər yaranmasında özünü göstərmişdir. Beləliklə də biz Serbiya, Gürcüstan, Ukrayna və Qırğızıstanda “inqi- labların” şahidi olduq. İnqilabi eyforiya keçmiş postsovet mə- kanının, demək olar, bütün dövlətlərini əhatə etdi, Yaxın Şərqə də gəlib çatdı. Hətta Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatından olan radikal islamçılar da çadır şəhərciklərinin yaradılması, hökumətlərin istefası barədə tələblərlə dinc nümayişlər keçirilməsi, siyasi rəqabətin yalnız sivilizasiyalı vasitələrindən istifadə olunması kimi üsullar tətbiq edirdi. “Məxməri” inqilablar metodikası yeni minilliyin əvvəlində Qərbi qane etməyən hakimiyyətin qan tökulmədən dəyiş- dirilməsi üçün uğurlu ssenari oldu. “Zərif” transformasiyalar zamanı istifadə edilən üsullar bir neçə dövlətdə tətbiq edilmişdi və demək olar ki, onlar hər yerdə “arzu edilən nə- ticəni” verirdi: silah işlədilmədən, qan tökulmədən rejim dev- rilir, iqtidar özü “kreslosunu” tərk edərək qeyb olur, nəinki öl- kənin daxili siyasi ukladını, həm də xarici siyasət xəttini də dəyişən yeni siyasi elita meydana çıxırdı. Beləliklə, XXI əsrin əvvəlində baş vermiş “məxməri” tranzitlər dünya nizamının yenidən formalaşdırılmasına və qlobal homogen sistem yara- dılmasına dair qlobal geosiyasi layihənin nəticəsi olmuşdur.
1
Э. Тоффлер. Третья волна. М., 1999, стр. 34.
729 Sözardı əvəzi
2005-ci ilin noyabr ayında keçirilmiş parlament seçkiləri ərəfəsində Azərbaycan da bu cür “məxməri” inqilab həddinə çatmışdı. Milli müxalifət də “inqilab” eyforiyasına uyaraq, milli reallıqlara məhəl qoymadan dövlətin inkişaf vektorunu dəyişməyə çalışırdı. Milli müxalifət hərəkatının sıralarında olanların çoxunun heç ağlına da gəlmirdi ki, “inqilabın ge- dişini qabaqcadan söyləmək hətta ən çox məlumatı olan müşahidəçilər üçün də mənasız işdir” (M.Veber). Radikal müxalifətin nümayəndələri milli təhlükəsizliyi, sabitliyi, iqti- sadi inkişafı taleyin ümidinə buraxaraq, öz iddiaları naminə ölkəni 1991-1993-cü illərdə gördüyümüz özbaşınalıq və hərc-mərclik girdabına sürükləməyə çalışırdılar. Azərbayca- nın hələ formalaşmamış müxalifət elitası siyasi rəqabət apar- maq metodikasının vaxtı keçmiş anlaşılmasının hüdudların- dan kənara çıxa bilmədi və üstəlik, yeni ideyalar və ideolo- giya multiplikasiya edə biləcək yeni siyasi qüvvə obrazını yaratmağı bacarmadı. Müxalifət liderlərinin sosial gerçəkliyi mənimsəməsi onların öz siyasi təşkilatlarının daxilində par- tikulyarizmlə məhdudlaşırdı. Nəticədə bu cür vəziyyət radi- kal müxalifətin marginallaşmasına səbəb oldu və refleksləş- dirilməmiş struktur kimi o, cəmiyyətin “ağırlıq mərkəzi”ni gizli şəkildə yeni qurumlar tərəfə dəyişəcəkdir. Bununla bərabər, yeni siyasi strukturların daxilindəki cəmləşmə siyasi rəqabət şəraiti sənaye dövrünün siyasi rəqabət formulundan əhəmiyyətli dərəcədə fərqlənən postindustrial dövrün çağırış- larına cavabı nümayiş etdirəcəkdir. Təəssüf ki, müxalifətin keçmiş uğursuzluqları iqtidara qarşı siyasi opponentliyin müasir reallıqlarına çevrilmişdir. “İnqilab” Qərbin müyyən qüvvələrinin cəbbəxanasında onu qane etməyən hökumətlərin və onların yeritdiyi siyasi xəttin istiqamətinin dəyişdirilməsi üçün mühüm vasitələrdən
730 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
biri olaraq qalmaqdadır. Səciyyəvi haldır ki, Qərb mətbuatı bu “inqilabları” cəmiyyəti demokratikləşdirmək cəhdləri ki- mi qələmə verir. Postsovet respublikalarında “rəngli” inqila- bın ideoloqlarının əsas leytmotivlərindən biri budur ki, bu respublikalar “Qərb sivilizasiyasına” uyğun gəlmir, öz tə- biətinə görə Qərb demokratiyalarının tərəfdaşları olmağa ya- ramır. Bu məsələdə ideoloqlara haqq qazandırmalıyıq, onla- rın geosiyasi layihəsi onun reallaşdırılması üçün şərait yara- dılmış ölkələrdə çox vaxt “uğur qazanır”. “Britaniya Ensiklopediyası”nda siyasətdə inqilaba dövlə- tin idarəedilməsinin bütün qaydasını sürətli və fundamental şəkildə, adətən, zorakılıqla müşayiət olunmaqla dəyişdirən hadisə kimi tərif verilir. Bir qayda olaraq, bu inqilabın nəti- cəsində iqtisadi sistemdə, sosial strukturlarda və mədəni də- yərlərdə qarşısıalınmaz dəyişikliklər baş verir. Professor P.Qureviç E.Tofflerin “Üçüncü dalğa” kitabı çı- xandan əvvəl yazdığı məqalədə göstərir ki, “inqilab kütlələ- rin həyatının maddi və mənəvi şəraitini yaxşılaşdırmağın ən pis üsuludur. Sözdə ən böyük dəyərlərin reallaşdırılacağı vəd edilir, nəticə isə, bir qayda olaraq, tamamilə başqa olur. Pitirim Sorokinin fikrincə, inqilablar insanları sosiallaş- dırmır, əksinə, onları biolojiləşdirir. Fəhlə sinfinin iqtisadi vəziyyətini yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirir. Bü- tün əsas azadlıqları artırmır, əksinə azaldır... Bütün funda- mental və həqiqətən mütərəqqi proseslər inqilabı labüd şəkil- də müşaiyət edən nifrətin, vəhşiliyin, sərsəm mübarizənin nəticəsi deyil, əksinə, biliyin, həmrəyliyin, kooperasiyanın və sevginin nəticəsidir. İnqilabları kompleks səbəblər yetişdirir. Necə yaşamaq la- zım olduğunu bilməyən, inkişaf etmək iqtidarında olmayan
731 Sözardı əvəzi
cəmiyyət tədricən islahatlara məruz qalır, gözlənilmədən par- tlayış mərhələsindən keçir. Hər bir sabit cəmiyyət “naşı” radikalizm baxımından nə dərəcədə qeyri-mükəmməl görün- sə də, çox böyük milli təcrübənin toplanmasının nəticəsi, ən məqbul sosial formalar axtarmaq yolunda göstərilən saysız- hesabsız cəhdlərin, səylərin, aparılan eksperimentlərin, əldə edilənlərin yekunudur” 1 . İnqilabı müşayiət edən zorakılığa gəldikdə isə, bu tərif bir qədər köhnəlmişdir. Məsələn, Şərqi Avropa dövlətlərində kommunizmin məğlub olması inqilabi prosesdir, lakin həmin ölkələrin əksəriyyətində bu prosesdə kütləvi şəkildə zorakı- lıqdan istifadə edilməmişdir. Göründüyü kimi, müasir inqi- lablarda qan tökülməməsi mümkündür, lakin bütün siyasi və sosial quruluşda sistemli dəyişikliklər aparılmadan inqilab ola bilməz. Çexoslovakiya, Almaniya Demokratik Respubli- kası, Macarıstan və Polşada “məxməri” inqilablardan sonra baş vermiş hadisələrdə qan tökülmədi, lakin onlar inqilabi hadisələr idi, çünki cəmiyyətin siyasi, sosial, iqtisadi və mədəni həyatının bütün sistemini əsaslı şəkildə sarsıtmışdı. Lakin postsovet dövlətlərində, xüsusən Gürcüstanda, Uk- raynada, Qırğızıstanda isə biz tamam başqa mənzərənin şa- hidi olduq. Bu dövlətlərdə baş verən hadisələr onların haki- miyyət sistemlərinin hakim qrupun öz hakimiyyətinin varisli- yinə təminat yaratmaq cəhdi və cəmiyyətin inkişafını ləngi- dən problemləri aradan qaldırmağı bacarmaması arasında olan daxili ixtilafı həll edə bilməməsindən irəli gələn siyasi böhranın nəticəsi idi. Bunlarla yanaşı, unutmamalıyıq ki, geosiyasi amil də mühüm rol oynamışdır. Lakin bu dövlət- lərdə “rəngli” inqilabların təşkilatçıları təkamül yolu ilə
1
Э. Тоффлер. Третья волна. М., 1999, стр. 10-11.
732 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
keçidin tərəfdarları deyildilər və sistemli dəyişiklikləri heç də istəmirdilər, amma inqilab etmək iddiasında idilər. Onların əsas məqsədi siyasi elitanı dəyişmək idi. “İnqilaba” başçılıq edənlər arasında əvvəllər hakimiyyətin yüksək eşelonlarına daxil olan şəxslər az deyildi. Buna görə də “rəngli” inqilabın təşkilatçılarının sözdə bəyan etdikləri məqsəd yox, onların real məqsədi qisas sayıla bilər. Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling