Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet109/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   105   106   107   108   109   110   111   112   ...   183

MALĐYYƏ 

XƏRCLƏRĐ

 

ödənilmiş 

faizlərdən və oxşar xərclərdən ibarətdir.  

Ödənilmiş 

faizlər 

bu 


aktivlərin 

nominal 


dəyərindən  əvvəlcədən  müəyyən  edilmiş  vaxtda 

qeyd  edilmiş  faizlərin  ödənilməsinə  xarakterik 

olan  bəzi  maliyyə  aktivlərinin  (depozitlər, 

veksellər,  istiqraz  və  kreditlər)  ödənilməsinə 

uyğun  gəlir.  Əsasən,    bu  xərclərə  istiqraz 

vərəqələri  (və  digər  istiqraz  növləri),  ticarət 

kreditləri,  cari  hesab  üzrə  kredit  kreditorlarının 

faizləri və s. daxildir. 

Maliyyə  xərclərinə  müştərilərlə  razılaşdırılmış 

əlavə  gəlir  və  nağd  pulların  itirilməsi  (valyuta 

bazarlarında itkilər) də daxil edilə bilər.  

 

MALĐYYƏ  XĐDMƏTĐ



  –  akkreditivlər,  bank 

akseptləri,  xarici  valyuta,  maliyyə  lizinqləri, 

kredit xətlərinin verilməsi və s. ilə əməliyyatlarda 

maliyyə  vasitəçilərinin  xidmətinin  ödənilməsi  aid 

edilən 

xidmətdir. 



Valyuta 

əməliyyatlarında 

xidmətə  görə  ödəniş  valyuta  məzənnəsinin  orta 

kəmiyyəti  ilə  alıcı  (və  ya  satıcı)  məzənnəsinin 

arasındakı  fərqə  bərabər  nəzərdə  tutulur.  Bu 

kateqoriyaya 

həmçinin 

qiymətli 

kağızlarla 

əməliyyatlar  üzrə  komisyon  haqları  və  broker 

sövdələşmələrinə, 

qiymətli 

kağızların 

yerləşdirilməsinə,  borcun  alınmasına,  svopların, 

opsionların  və  xedjerləşdirmənin  digər  alətlərinin  

təşkilinə,  maliyyə  aktivlərinin  saxlanmasına, 

maliyyə  bazarlarının  təşkilinə,  bank  kreditlərinin 

istifadə  olunmamış  hissəsinə  və  s.  görə  ödəmələr 

də daxil edilir. 

 

MALĐYYƏ  ĐCARƏSĐ,  MALĐYYƏ  LĐZĐN-



QĐ 

–  bu,  lizinq  növündə  icarə  müddəti  əmlakın 

nəzərdə tutulmuş xidmət müddətini təxminən tam 

əhatə  edir,  icarədar  onun  istifadəsindən  ümumi 

mənfəət  əldə  edir  və  əmlaka  sahib  olma  ilə 

əlaqədar  bütün  riskləri  öz  üzərinə  götürür. 

Nəticədə,  mövcud  əmlak  satıla  və  ya  satılmaya 

bilər.  Verilmiş  lizinq  növünə  eyni  zamanda 

əməliyyat lizinqi də daxil edilir.  

 

MALĐYYƏ 

ĐDARƏLƏRĐ

 

(“Maliyyə 



korporasiyaları bölməsi (sektoru)”na bax). 

 

MALĐYYƏ ĐLĐ

 – dövlət büdcəsinin işləndiyi və 

qüvvədə 


olduğu 

müddətdir. 

Maliyyə 

ili 


astronomik, təqvim ili üst-üstə düşməyə bilər.  

 


 

420 


MALĐYYƏ  ĐNVESTĐSĐYALARI

  –  maliyyə 

aktivlərində 

vəsaitlərin 

yerləşdirilməsidir. 

Maliyyə  investisiyası  səhmlər,  istiqrazlar,  digər 



qiymətli kağızlar şəklində çıxış edə bilər. Maliyyə 

investisiyasının  yaranması  ayrı-ayrı  bölmələr  və 

institusional 

vahidlər 

arasında 

maliyyə 


vəsaitlərinin yenidən bölüşdürülməsi və buna görə 

də qarşılıqlı tələb və vəzifələrin meydana gəlməsi 

ilə  bağlıdır.  Maliyyə  investisiyasından  məqsədli 

istifadə  müəyyənləşdirilməmişdir,  onlar  həm 

kapital  qoyuluşunun  əlavə  mənbəyi,  həm  də 

qiymətli  kağızlar  bazarında  birja  oyunlarının 

obyekti ola bilərlər. 

Maliyyə 

investisiyaları 

qısamüddətli 

və 


uzunmüddətli investisiyalardan ibarətdir. Maliyyə 

hesabatlarının  beynəlxalq  standartlarına  uyğun 

olaraq,  qısamüddətli  investisiyalara  öz  dövründə 

sərbəst  satılan  və  bir  ildən  çox  olmayaraq 

mülkiyyətdə 

olma 


üçün 

nəzərdə 


tutulan 

investisiyalar 

daxildir. 

Digər 


investisiyalar 

uzunmüddətli investisiyalar hesab edilirlər. 

 

MALĐYYƏ  KAPĐTALI

  –  sənayenin  inhisarçı 

kapitalı  ilə  birləşən  bankın  inhisarçı  kapitalıdır. 

XIX  əsrin  sonunda  -  XX  əsrin  əvvəlində 

yaranmışdır. 

Đstehsalın 

təmərküzləşməsi 

prosesinin  bilavasitə  təsiri  ilə  bank  kapitalının 

yığılması  və  mərkəzləşdirilməsi  güclənir,  bu  da 

bankların  rollarının  dəyişməsinə  gətirib  çıxarır: 

onlar  kiçik  vasitəçilərdən  qüdrətli  inhisarçılara 

çevrilirlər.  Həmçinin,  sənaye  ilə  bank  arasındakı 

qarşılıqlı 

münasibətlərin 

xarakteri 

dəyişir: 

sonuncular  sənaye  müəssisələrinə  məhdudiyyət 

qoymadan kredit verməklə daha çox onlara tətbiq 

olunur,  onlara  şərik  çıxırlar.  Qovuşmanın  yol  və 

formaları 

müxtəlifdir: 

bankların 

sənaye 

müəssisələrinin  səhmlərini  alması;  bankların 



sənaye şirkətlərinin səhmlərini yerləşdirməsi; yeni 

səhmdar  müəssisələrin  yaradılmasında  bankların 

iştirak  etməsi.  Bank  inhisarçılığının  sənayeyə 

nüfuz  etməsi  ilə  eyni  zamanda,  inhisarçı  sənaye 

kapitalının  da  bank  sahəsinə  tətbiqi  baş  verir. 

Yəni,  bank  və  sənaye  inhisarçıları  arasında  çox 

sıx qarşılıqlı əlaqə yaranır. 

 

MALĐYYƏ  KORPORASĐYALARI

  -  əsasən 

maliyyə  vasitəçiliyi  ilə  məşğul  olanlar  və  ya 

maliyyə fəaliyyəti ilə əlaqəli müəssisələrdir.  

 

MALĐYYƏ  KORPORASĐYALARI  BÖL-

MƏSĐ  (SEKTORU)

  –  əsas  fəaliyyət  növü 

maliyyə vasitəçiliyi hesab olunan korporasiyaların 

və  kvazikorporasiyaların  məcmusudur.  Maliyyə 

korporasiyalarına  Mərkəzi  Bank;  kommersiya 

bankları,  digər  maliyyə  vasitəçiləri  (investisiya 

fondları,  lizinq  təşkilatları  və  s.);  köməkçi 

maliyyə  idarələri  (fond  birjaları),  qiymətli 

kağızlarla əməliyyatlar üzrə dəllallar və brokerlər; 

sığorta  korporasiyaları  və  pensiya  fondları 

daxildir. 

Dövlət, 

milli, 


xüsusi 

və 


xarici 

korporasiyaları fərqləndirmək lazımdır. 

 

MALĐYYƏ  LĐZĐNQĐ

  -  (I)  icarəyə  verənlə 

icarəyə  götürən  arasında  müqavilədir  ki,  onun 

əsasında  da  icarəyə  verən  əmtəə  kapitalını  alır, 

icarəyə  götürən  isə  icarəyə  verənə  xərclərinin 

ödənməsi və faiz əldə etməsi imkanını verən icarə 

haqqının  ödənilməsinə  dair  öhdəlik  götürür. 

Əməliyyat  lizinqinin  əksinə  olaraq,  maliyyə 

lizinqi  istehsal  fəaliyyətinin  növü  sayılmır;  o 

özündə 

kreditə 


alternativi, 

maşın 


və 

avadanlıqların  alınmasının  maliyyələşdirilməsi 

üsulunu  əks  etdirir.  Đcarə  haqqına  bu  halda 

kreditin  qaytarılması  və  faizin  ödənişi  kimi 

baxılır. 

Belə  ki,  lizinq  alan  lizinq  müqaviləsinin  qüvvədə 

olduğu  dövrdə  lizinq  şirkətinə,  amortizasiyanın 

tam  dəyərinə  və  avadanlıqlardan  istifadəyə  görə 

əldə  edilən  mənfəətdən  ona  çatası  paya  bərabər 

məbləği 


ödəyir. 

O, 


müqavilə 

müddəti 


qurtardıqdan  sonra  avadanlıqları  qalıq  dəyəri  ilə 

almaq,  avadanlıqları  qaytarmaq  və  ya  müqavilə 

müddətini uzatmaq hüququnu əldə edir.   

(II)  -  maşın  və  avadanlıqların  alınmasının 

maliyyələşdirilməsi 

metodu 

kimi, 


alternativ 

kreditləşdirmə hesab olunur. Bu, kreditordan borc 

alana  verilən  vəsait  üzrə  müqavilədir:  icarəyə 

verən  avadanlığı  alır,  icarədar  isə  müqavilədə 

qeyd  edilmiş  dövr  ərzində,  faizlər  də  daxil 

olmaqla,  icarəyə  verənə  bütün  və  ya  praktiki 

bütün  xərcləri  əhatə  etməyə  imkan  verən  icarə 

haqqını ödəməyi öhdəsinə götürür.  



(III)  -  gözlənilməz  risklərin  və  hadisələrin  bütün 

növlərinin  böyük  hissəsinin  icarəyə  verəndən 

(əmlak  sahibindən)  hüquqi  sahibkara  (icarəyə 

götürənə)  ötürdüyü  lizinqdir.  Zəruri  hallarda 

mülkiyyətə  sahiblik  hüququnu  təsdiq  edən  sənəd 

verilə və ya verilməyə bilər. AĐ-nin xarici ticarəti 

və  üzv  dövlətlər  arasında  ticarət  üzrə  statistik 

məlumatların tərtib olunmasında qərara alınmışdır 

ki,  növbəti  lizinq  ödəmələri  hesablansın  və 

əmtəənin  əhatə  etdiyi  bütün  dəyər  orada  əks 

olunsun.  Müqavilə  bitdiyi  vaxt  icarədar  qanuni 

sahibkara çevrilir.  

 

MALĐYYƏ  LĐZĐNQĐNDƏN  ĐSTĐFADƏ 

ETMƏKLƏ  ƏLDƏ  EDĐLMĐŞ  MADDĐ 

ƏMTƏƏLƏRĐN  DƏYƏRĐ

  -  lizinq  (kirayəyə 

vermək,  icarəyə  vermək)  –  tərəflər  arasındakı 

razılaşma  əsasında  müəyyən  vaxt  ərzində  icarəyə 

verən  öz  əmlakının  bir  hissəsindən  istifadə 

hüququnu  icarəyə  götürənə  verməsi  haqqında 

razılaşma  kimi  müəyyənləşdirilir.  Maliyyə  lizinqi 

lizinqin  formalarından  biridir  və  bunun  əsasında 


 

421


əmlakın bir hissəsinə sahib olma hüququ ilə bağlı 

bütün  risk və öhdəliklər nəzərəçarpacaq dərəcədə 

icarəyə  götürənə  ötürülür.  Mülkiyyətə  sahiblik 

adətən verilə və verilməyə də bilər. Bu göstəriciyə 

maliyyə  lizinqi  haqqında  müqavilə  əsasında 

vahidin  istifadə  etdiyi  bütün  maddi  əmtəələrin 

dəyəri  (və  ya  dəyərin  qiyməti)  daxil  olunur. 

Maliyyə  lizinqi  üzrə  istifadə  olunan  əmtəələrin 

dəyəri  lizinq  haqqında  müqavilənin  fəaliyyətə 

başladığı  hesabat  dövrünün  hesabatında  nəzərə 

alınmalıdır.  

“Maddi  kapital  əmtəələrinə  ümumi  investisiya” 

bölgüsünə  uyğun  olaraq  maddi  əmtəələrin  bütün 

kateqoriyaları daxil edilir: 

-  binaların  tikintisi  və  yenidən  qurulmasına 

ümumi investisiya; 

- mövcud bina və tikililərə ümumi investisiya; 

- tikilməmiş (boş) əraziyə ümumi investisiya; 

- maşın və avadanlıqlara ümumi investisiya. 

Maliyyə lizinqi üzrə istifadə olunan aktivlərə görə 

ödəmələr  çıxılmalıdır.  Həmçinin  maliyyə  lizinqi 

üzrə  istifadə  olunmayan  əmtəələrin  dəyəri  də 

çıxılmalıdır. 

1993-cü ilin MHS və Avropanın baxılmış 1995-ci 

il  MHS  versiyasına  uyğun  olaraq,  müəssisələrin 

struktur  statistikası  haqqında  Əsasnaməyə  görə, 

lizinq 

formaları 



arasında 

müxtəliflik 

müəyyənləşdirilir. 

Əməliyyat  lizinqi  üzrə  icarə  haqqı  aralıq  istehlak 

forması  kimi  izah  edildiyi  halda,  maliyyə  lizinqi 

üzrə  alınmış  əmtəələrin  dəyəri  milli  hesablar 

sistemində  “Əsas  kapitalın  ümumi  yığımı”nın  bir 

hissəsini təşkil edir.  

Lakin  maliyyə  və  əməliyyat  lizinqləri  arasındakı 

fərqlər çox vaxt icarəyə verənə aid edilir. Avropa 

Đttifaqına daxil olan bir sıra üzv ölkələrdə maliyyə 

lizinqi əvvəllər hüquqi cəhətdən müəyyən maliyyə 

institutlarına  xas  idi,  eyni  vaxtda  bu  əməliyyat 

lizinqinə aid deyildi. 



 

MALĐYYƏ MƏNFƏƏTĐ

 – dividentlər, faizlər 

və  analoji  gəlirlər  kimi  maliyyə  gəlirləri  və 

ödənilmiş  faizlər  və  analoji  xərclər  kimi  maliyyə 

xərcləri arasında olan fərqdir.  

Maliyyə mənfəəti aşağıdakı kimi hesablana bilər: 

maliyyə  gəlirləri  çıxılsın  (-)  maliyyə  xərcləri, 

bərabərdir (=) maliyyə mənfəəti. 

Dividentlər,  faizlər  və  analoji  gəlirlər  qısa  və 

uzun  müddətli  bank  depozitlərinə,  borc  və 

istiqrazdan 

gəlirlərə 

aid 

olan 


faizlər, 

razılaşdırılmış  borclar  və  cari  hesab  üzrə 

debitorların borclarından faizlər, ticarət kreditləri, 

mal  göndərənlərdən  gələcək  dövrlərdə  gəlir  və 

əlavələr,  mübadilə  kurslarının  fərqliliyindən 

gəlirlər, səhmlərin satılmasından mənfəət və digər 

analoji gəlirlər kimi müəyyən edilə bilər.    

Faizlər və oxşar ödəmələr bu aktivlərin nominal 

dəyərindən  əvvəlcədən  müəyyən  edilmiş  vaxtda 

qeyd  edilmiş  faizlərin  ödənilməsi  xarakterik  olan 

bəzi  maliyyə  aktivlərinin  (depozitlər,  veksellər, 

istiqraz  və  kreditlər)  ödənilməsinə  uyğun  gəlir. 

Bura  borclar,  ticarət  kreditləri  və  cari  hesab  üzrə 

kreditorların kreditləri üzrə faizlər də daxil edilir. 

Aşağıdakı  maddədən  maliyyə  xərcləri  kimi 

şirkətin  mühasibat  uçotunda  tez-tez  rast  gəlinir: 

müştərilərlə  razılaşdırılmış  qabaqcadan  ödənişlər 

və 

əlavə 


gəlirlər, 

mübadilə 

kurslarının 

müxtəlifliyindən  zərərlər  (valyuta  bazarlarında 

zərərlər),  maliyyə  aktivlərinin  satışından  zərərlər 

(qeyd edilmiş maliyyə aktivləri və cari investisiya 

aktivləri) və oxşar xərclər. 

 

MALĐYYƏ  RĐSKLƏRĐNĐN  SIĞORTA-

LANMASI

 

– 



sığortaçının, 

şərtləşdirilmiş 

hadisələrdən sonra istehsalın dayandırılması və ya 

istehsal həcminin azaldılması; iş yerinin itirilməsi 

(fiziki  şəxslər  üçün),  müflisləşmə;  gözlənilməyən 

məsrəflər; 

sövdələşmə 

üzrə 


kreditor 

olan 


sığortalanan 

şəxsin 


kontragenti 

tərəfindən 

müqavilə 

vəzifələrinin  yerinə 

yetirilməməsi 

(yerinə yetirilməsi lazım olmayan); sığorta olunan 

şəxsin  xidməti  xərcləri  (məsrəfləri)  və  digər 

hadisələr  nəticəsində  gəlirlərini  itirmiş  şəxslərin 

qismən  və  ya  tam  ölçüdə  kompensasiyalarının 

sığorta  ödənişləri  ilə  əlaqədar  bağlanılan  sığorta 

müqavilələri  üzrə  vəzifələrini  nəzərdə  tutan 

sığorta növlərinin məcmusudur. 



 

MALĐYYƏ  STATĐSTĐKASI

  –  sosial-iqtisadi 

statistika  sahəsidir.  Onun  tədqiqat  obyekti  təkrar 

istehsal 

prosesində 

yaranan 

maliyyə-pul 

münasibətlərinin 

kəmiyyət 

və 

keyfiyyətinin 



təhlilidir.  Maliyyə  statistikası  tərəfindən  həll 

edilən  məsələlərə  aşağıdakılar  daxildir:  maliyyə-

kredit idarə, müəssisə və təşkilatları üçün, hesabat 

formalarının  işlənib  hazırlanması  da  daxil 

edilməklə,  maliyyə  ehtiyatları  üzərində  statistik 

müşahidələrin  təşkili  və  metodologiyanın  işlənib 

hazırlanması;  xüsusi  balans  hesablamalarının 

aparılması;  məlumatların  işlənməsinin  statistik 

metodlarının  seçilməsi;  nəşrlər  sisteminin  işlənib 

hazırlanması. 

Azərbaycanda 

statistika 

praktikasında  uzun  müddət  ərzində  maliyyə 

statistikası aşağıdakı bölmələrə ayrılmışdır: dövlət 

maliyyəsinin statistikası; sığorta statistikası; kredit 

və  hesablaşmalar  statistikası;  əmanət  kassaları  və 

istiqrazlar  statistikası;  maliyyə  müəssisələrinin 

statistikası.  

XX  əsrin  sonlarından  etibarən,  Azərbaycan 

Respublikasında  maliyyə  statistikasının  tədqiqi 

sahəsi  dövlət  statistika  orqanları  çərçivəsində 

dövlət maliyyəsi və pul-kredit sferasının vəziyyəti 

ilə 

məhdudlaşdırılmışdır. 



Bu 

keçid 


 

422 


mərkəzləşdirilmiş  iqtisadiyyatla  müqayisə  üzrə 

keçid 


iqtisadiyyatında 

maliyyə 


sferasının 

vəziyyətindəki  –  maliyyə  bazarlarının  inkişafı, 

Maliyyə  Nazirliyi  və  Mərkəzi  Bankın  rolları  və 

funksiyalarındakı 

dəyişikliklər, 

müəssisələrin 

fəaliyyətinin bazar prinsiplərinə keçidi kimi əsaslı 

dəyişmələrin  nəticəsində  olmuşdur.  Đnkişaf  etmiş 

ölkələrdə  maliyyə  statistikası  dövlət  maliyyəsi 

statistikası, vergi statistikası, eyni zamanda dövlət 

idarəetmə  orqanlarının  işçilərinin  sayı  haqqında 

və  dövlət  idarəetmə  orqanlarının  büdcələrinin 

balanslaşdırılmış statistikası deməkdir. 

 

MALĐYYƏ 

TƏHLĐLĐ

 

– 

təsərrüfat 

subyektlərinin,  sahələrin  və  ərazilərin  maliyyə 

vəziyyətinin  araşdırılmasına  yönəldilmiş  təhlildir. 

Bu  iş  maliyyə  təhlilinin  istiqamətlərindən  və 

tərkibindən  irəli  gələn  göstəricilər  sisteminin 

işlənməsi  və  onun  tətbiqi  metodlarının  seçilməsi 

yolu  ilə  həyata  keçirilir.  Onların  arasında  pul 

vəsaitlərinin  qalıqlarının  və  dövriyyəsinin  balans 

uyğunluğu 

(əlaqəsi) 

metodunu; 

indeks 

metodundan  və  orta  kəmiyyət  metodundan 



istifadə 

etməklə 


maliyyə 

göstəriciləri 

dinamikasının 

statistik 

xüsusiyyətlərini; 

qruplaşdırma  metodunu;  hadisələrin  struktur 

xüsusiyyətlərini; 

maliyyə 


vəziyyətinin 

trendlərinin  müəyyənləşdirilməsini:  maliyyə-pul 

dəyişmələrinin  reqressiyalı,  korrelyasiyalı  və 



dispersiyalı  təhlilini;  təhlil  olunan  hadisələrin 

qrafiki xüsusiyyətlərini ayırmaq olar.  

 

MALĐYYƏ 

TƏLƏBĐ

 

öz 


aralarında 

razılaşdırılmış müqavilədə göstərilmiş bəzi xüsusi 

vəziyyətlərdə 

sahiblərinə, 

kreditorlara 

digər 


vahiddən,  debitordan  ödəmə  və  ya  bir  sıra 

ödəmələr  almaq  hüquqi  verən  aktivlər  hesab 

olunur. 

 

MALĐYYƏ  UÇOTU

  –  (I)  -  müəssisənin 

fəaliyyətinin  maliyyə  nəticələri  haqqında  (onun 

gəlirli  və  ya  zərər  gətirən  olması)  məlumatların 

formalaşmasıdır. Bu məlumat daxili istifadə üçün 

nəzərdə tutulduğu kimi, istənilən kənar hüquqi və 

fiziki 


şəxslər: 

investorlar, 

səhmdarlar, 

təchizatçılar,  banklar,  vergi  orqanları  üçün  də 

nəzərdə tutulur. 

Maliyyə  uçotunun  predmeti,  müvafiq  mühasibat 

hesablarında əks olunan maliyyə əməliyyatlarıdır; 

onun  məqsədi  –  mənfəətliliyin,  müəssisənin 

özünün və alınmış vəsaitlərinin vəziyyətinin, onun 

istifadəsinin  və  pula  çevrilə  bilməsinin  maliyyə 

sabitliyinin 

müəyyən 


edilməsidir. 

Maliyyə 


hesabının  vəzifəsi  –  müəssisə  fəaliyyətini  xarici, 

konyunktur  (müəyyən  qədər  vergi  vasitəçiləri 

vasitəsilə 

yaranan) 

şəraitlər 

və 


idarəetmə 

uçotunun  istifadəsi  ilə  müəyyən  edilən  daxili 

(istehsalat) 

imkanlarla 

əlaqələndirməkdir. 

Maliyyə  uçotunun  yekunları  aşağıdakı  maliyyə 

hesabatlarında  öz  əksini  tapır:  balansda,  mənfəət 

və  zərər    haqqında  hesabatda,  maliyyə  vəziyyəti 

haqqında 

hesabatda, 

xalis 


gəlirlərin 

bölüşdürülməsi haqqında hesabatda, hesablar üzrə 

izahatlarda.  

Maliyyə  uçotu  müəssisələrin  maliyyə  fəaliyyəti 

göstəriciləri  ilə  sahələrarası  maliyyə  axınları  və 

Milli hesablar sistemində özünün son əksini tapan 

təsərrüfat 

fəaliyyəti 

sahələri 

arasında 

əlaqələndirici 

halqadır. 

Kommersiya 

müəssisələrinin  illik  maliyyə  hesabatı  auditor 

yoxlamalarından sonra nəşr olunur. 

Analitik  maliyyə  uçotu  müəssisənin  gəlirlərlə, 

vergilərlə, pul vəsaitlərinin hərəkəti və s. ilə bağlı 

olan 


xarici 

statistika 

məlumatlarının 

formalaşmasının əsasıdır. 



(II) - standartlaşdırılmış dildə müqayisəli maliyyə 

hesabatlarının  tərtib  edilməsi  üçün  nəzərdə 

tutulmuş mühasibat uçotu metodudur. 

 

MALĐYYƏ  VASĐTƏÇĐLƏRĐNĐN  ŞƏRTĐ 



HESABLANMIŞ MƏHSULLARI

 – maliyyə 

vasitəçilərinin  (“Maliyyə  korporosiyaları  bölməsi 



(sektoru)”na  bax)  ümumi  buraxılışının  şərti 

dəyərini  xarakterizə  edən,  MHS-də  qəbul  edilmiş 

göstəricidir. Cəlb olunmuş investisiyalaşdırmadan 

əldə 


olunmuş 

bütün 


gəlirlərlə 

faizlərin, 

mükafatların və s. bütün ödəmələri arasındakı fərq 

kimi  hesablanır.  Maliyyə  vasitəçilərinin  şərti 

hesablanmış 

məhsullarının 

istehlakının 

əks 


etdirilməsinin  xüsusiyyətləri,  onun  bütünlükdə 

şərti  sahənin  istehlakına  “maliyyə  vasitəçilərinin 

xidmətlərinin 

ödənilməsinin 

şərti 

hesablanması”na  aid  edilməsi  hesab  edilir,  o 



müvafiq  sahələrin  aralıq  istehlakına  aid  edilmir. 

MHS-93-ün  tövsiyələrinin maliyyə  vasitəçilərinin 

şərti  hesablanmış  məhsulları  təcrübəsində  tətbiqi, 

bu  xidmətlərin  istehlakçı  –  sahələrin  aralıq 

istehlakı 

arasında 

bölüşdürülməsinə 

imkan 


yaratmışdır. 

 

MALĐYYƏ  VASĐTƏÇĐLĐYĐ

  –  (I)  -  istehsal 

fəaliyyətidir, bu zaman maliyyə vasitəçiləri kredit 

verəndən  kapitalı  alır  və  borc  alanların  tələbatını 

ödəmək 


üçün 

onları 


dəyişdirirlər. 

Onlar, 


depozitləri  qəbul  etmək  və  veksel,  istiqraz  və 

digər  qiymətli  kağızlar  buraxmaqla  kapital  əldə 

edirlər və avans ssuda və borc verməklə, qiymətli 

kağızlar  almaqla,  bu  kapitaldan  istifadə  edirlər. 

Maliyyə  vasitəçiləri  özlərinin  sonda  gəlir  əldə 

etmək  məqsədləri  ilə  öhdəlikləri  öz  üzərlərinə 

götürərək, riskə gedirlər. 

(II)  -  bazarda  maliyyə  əməliyyatlarından  gəlir 

əldə  etmək  məqsədilə,  institusional  vahidin  öz 

üzərinə götürdüyü öhdəlik istehsal fəaliyyəti növü 


 

423


kimi 

müəyyənləşdirilə 

bilər. 

Maliyyə 


vasitəçilərinin 

rolu 


onların 

vasitəçiliyi 

ilə 

vəsaitlərin  kreditorlardan  borc  alanlara  hərəkətini 



təmin etməkdən ibarətdir.  

 

MALĐYYƏ  VASĐTƏÇĐLĐYĐ  ÜZRƏ  XĐD-



MƏTLƏR

  –  sığorta  və  pensiya  təminatı 

məqsədləri  üçün  nəzərdə  tutulmuşlardan  başqa, 

maliyyə  vəsaitlərinin  alınması  və  yenidən 

bölüşdürülməsi ilə bağlı xidmətlərdir. Ona dövlət, 

kommersiya  banklarının  və  pul  və  maliyyə 

vasitəçiliyinin  sair  formaları  (maliyyə  lizinqi, 

müxtəlif 

növlərdə 

kreditləşdirmə, 

maliyyə 


aktivlərinin  formalaşdırılması)  üzrə  xidmətlər 

daxildir. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   105   106   107   108   109   110   111   112   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling