Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet114/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   110   111   112   113   114   115   116   117   ...   183

 

MƏHSULDARLIQ

  –  nəticələrin  (ölkə  üzrə 

ÜDM  və  fəaliyyət  növləri  və  müəssisələr  üzrə 

əlavə  dəyərin  həcmi),  bu  nəticələrin  alınmasını 

təmin 

etmiş 


xərclərə 

nisbətidir, 

nəticənin 

vahidlərinin sayının məsrəflər vahidinə nisbəti ilə 

ölçülür.  Nəticələr  natural,  şərti  və  ya  pul 

vahidlərində,  xərclər  də  eyni  vahidlərdə  və  ya 

əmək  məsrəfləri  vahidində  ölçülə  bilər.  Əmək 

məsrəfləri vahidi: adam-saat, adam-gün, adam-ay, 

adam-il 

hesab 


olunur. 

Nəticələrin 

əmək 

məsrəflərinə  nisbəti  kimi  ölçülən  məhsuldarlıq 



əmək 

məhsuldarlığı 

adlanır. 

Məhsuldarlıq 

ölçülərkən  nəticə  və  məsrəflərin  ölçülməsinin 

zaman  sərhədinin  eyni  olmasına  riayət  etmək 

lazımdır.  Məsələn,  illik  ümumi  milli  məhsulun 

nəticələri  (“Ümumi  milli  məhsul”a  bax),  illik 

ümumi  daxili  məhsul  (“Ümumi  daxili  məhsul”a 

bax) və ya digər həcm göstəriciləri ölçülərkən,  bu 

nəticələrin  alınması  üçün  məsrəflər  də  bu  ilə 

uyğun olaraq ölçülməlidir. 

 

MƏHSULLAR  ÜZRƏ  MALĐYYƏ  YAR-

DIMLARI

  -  istehsal  olunmuş  mal  (xidmət) 

vahidinə  görə  dövlət  tərəfindən  istehsalçıya 

ödənilən  yardım  növüdür.  Ən  çox  sosial 

əhəmiyyətli 

mallara 

(xidmətlərə) 



yardımlar 

göstərilir. Bu, ondan irəli gəlir ki, bu məhsulların 

istehsalına  yardımlar  ayrılmasa,  onlar  kütləvi 

istehlak üçün çox yüksək qiymətə başa gələrdi.  



 

MƏHSULLARA  VERGĐLƏR

  –  miqdarı 

bilavasitə  istehsal  olunan  məhsulun  və  ya 

xidmətlərin  dəyərindən  asılı  olan  vergiləri 

göstərən,  MHS-də  tətbiq  olunan  termindir. 

Məhsullara  vergilərə  dövriyyədən  vergi,  əlavə 

dəyər vergisi, aksizlər və s. daxildir. 

 

MƏHSULLARIN  ÇEŞĐDĐ

  –  istehsal  olunan 

məhsulların (mal və xidmətlərin) adlarının sayıdır. 

Məhsulların  çeşidinin  genişliyi  (məhsulların 

adlarının  sayı)  və  əhatəliliyi  (bir  məhsul  adında 

olan  məmulat  növlərinin  sayı)  fərqləndirilir. 

Məsələn,  toxuculuq-bəzəkvurma  fabriki  1  il 

ərzində  10  müxtəlif  növ  parça  üçün  100  çeşiddə 

rəsm  təklif  edə  bilər.  Bu  o  deməkdir  ki,  çeşid 

1000  məmulatdan  ibarətdir.  Bazarda  tələbat 

artdıqca, 

məhsul 

çeşidi 


məhsul 

satışının 

tənzimləmə alətinə çevrilir. 

 

MƏHSULLARIN  QALIĞI



  –  müəyyən  tarixə 

müəssisə  və  təşkilatlarda  məhsulların  faktiki 

mövcudluğudur. 

Cari 


hesabatlar 

əsasında, 

həmçinin  material  ehtiyatlarının  dövri  olaraq 

keçirilən  siyahıyaalınmasında  inventarlaşdırılma 

yolu ilə müəyyən edilir. 

 

MƏHSULLARIN  TĐPĐ  ÜZRƏ  DÖVRĐY-



YƏNĐN  FAĐZ  ĐFADƏSĐNDƏ  BÖLÜŞDÜ-

RÜLMƏSĐ

  -  əmtəələrin  alınmasına  və  yenidən 

satılmasına 

yönəldilmiş 

ticarət  fəaliyyətinin 

dövriyyəsidir ki, bunun əsasında da mallar növlər 

(siniflər, kateqoriyalar) üzrə bölüşdürülə bilər. Bu 

növlər  məhsul  növləri  təsnifatında  və  müvafiq 

izahlı  qeydlərdə  müəssisənin  əsas  fəaliyyət 

növünü  müəyyən  etmək  və  təsnifləşdirmək  üçün 

müəyyən edilmişdir. 

Belə 

bölüşdürmə 



satışın 

həcminin 

xüsusi 

hesablanmasına əsaslana bilməz. Satışın həcminin 



müəyyənləşdirilməsində 

təxmini 


düzgün 

 

438 


kəmiyyətlərdən  istifadə  edilməsi,  xüsusən  kiçik 

müəssisələr  üçün  qaçılmazdır  və  təcrübədə  geniş 

istifadə edilir. 

 

MƏHSULUN  FĐZĐKĐ  HƏCM  ĐNDEKSĐ



  -  

layihələrlə,  müqavilələrlə  müqayisədə    ərazilər 

üzrə  dinamikada  məhsulun  həcminin  dəyişmə 

səviyyəsini 

qiymətləndirmək 

üçün 


nəzərdə 

tutulur.  Natural  ifadədə  götürülmüş  ayrı-ayrı 

məhsullar  və  eynicinsli  məhsul  qrupları  üzrə 

məhsulun  fərdi  fiziki  həcm  indeksi  hesablanır. 

0

1

q



q

i

q

÷

=



,  burada  q

1

  və  q



0

  –  hesabat  və  baza 

dövründə  istehsal  edilmiş,  satılmış,  istehlak 

edilmiş və s. məhsulun həcmləridir. 

Müxtəlifcinsli  (ölçülü)  məhsul  qrupları  üzrə 

məhsulun 

aqreqat 

fiziki 


həcm 

indeksi 


müəyyənləşdirilir: 

 



=

0



0

0

1



p

q

p

q

I

q

 

 



burda  p

0

  –  müxtəlifcinsli  məhsulların  müqayisə 



əmsalıdır, adətən baza dövründə məhsul vahidinin 

qiyməti  və  ya  müqayisə  qiyməti  adlandırılır. 

Onlar məhsul qrupları üzrə, alt sahə, sahə, sahələr 

qrupu  üzrə  və  ya  bütün  sahələr  üzrə  hesablana 

bilər.  

Fərdi 


0

1

q



q

i

q

÷

=



 indeksinin və məhsulun dəyəri 

q

0



p

0

  haqqında  məlumatların  mövcudluğunda 



ümumi indeksin hesablanması üçün aqreqat deyil, 

orta ölçü indeksindən istifadə edilir: 

                              



=

0

0



0

0

p



q

i

p

q

I

q

q

 

 



Həmçinin  qrup  indekslərindən  istifadədə  də  Đ

qr

 



daxil  olur.  Kütlələr  qismində  məhsulun  dəyəri 

q

0



p

0

  deyil,  onun  ümumi  cəmdə  xüsusi  çəkisi 



istifadə edilə bilər: 

 



=

0

0



0

0

0



p

q

p

d

d

 

 



Belə  olduqda  ümumi  məhsulun  fiziki  həcmi 

aşağıdakı iki halda ola bilər. 

 



=



q

q

i

d

I

0

və ya 



=

q



q

I

d

I

0

 qr. (d



0

=1) 


 

Məhsulun real dövriyyəsi hər qiymət vahidi üçün 

müxtəlif  olduqda,  bazar  şəraitində,  məhsulun 

fiziki  həcm  indeksinin  qiymətləndirilməsi  ilkin 

olaraq  cari  qiymətlərlə  hesablanır,  sonra  isə 

həcmin  alınmış  dəyər  indeksinin  qiymətinin 

(indeks-deflyator)  dəyişmə  səviyyəsinə  uyğun 

düzəlişlər  aparılır.  Nəticədə,  Đ

q

  aşağıdakı  şəklə 



düşür: 

  



=

0



0

1

1



p

q

p

q

I

q

: Đ – deflyator. 

 

Belə  hesablamalar  ÜDM  və  onun  tərkib  hissələri 



olan sahələr üzrə ümumi buraxılış və əlavə dəyər 

və s. üçün aparılır. Bu qayda ilə həyata keçirilmiş 

xidmətlərin həcm indeksi qurulur.   

Đstifadə  olunan,  müqayisəli  X

0

  (fondların,  güc  və 



istehsal maşınlarının qiymətləndirilməsi, dövriyyə 

vasitələri vahidinin qiyməti və s.)   əmsalına malik 

olan  Q

1

  və  Q



2

  ehtiyatlarının  həcminin  dəyişmə 

səviyyəsini 

qiymətləndirmək 

üçün 

aqreqat 


indeksdən  

 



=

0



0

0

1



X

Q

X

Q

I

q

 və ya 


 

orta ölçülü indeksdən 

 





=

0

0



1

0

X



Q

X

Q

I

Q

 

 



istifadə edilir. 

 

MƏHSULUN  ĐSTEHSALI  VƏ  SATIŞINA 



XƏRCLƏR

 

– 

istehsal 

prosesində 

əsas 


fondlardan,  təbii  ehtiyatlardan,  xammal  və 

materiallardan,  yanacaq,  enerji,  əmək,  qeyri-

maddi  aktivlərindən  istifadəsi  ilə  bağlı  xərclərin, 

həmçinin  məhsulun  istehsalı  və  satışına    digər 

xərclərin pul ifadəsində dəyəridir. Xərclərin uçotu 

haqqında  məlumatlardan  müəssisənin  maliyyə 

fəaliyyətinin  nəticələrinin  (gəlir  və  ya  ziyanın), 

əlavə  dəyərin,  ümumi  daxili  məhsul  istehsalının, 

onun ayrı-ayrı mərhələlərinin  hesablanması üçün 

istifadə  edilir.  Göstərilən  xərclərə  qüvvədə  olan 

qanunvericiliklə  müəyyənləşdirilmiş  normalar 

həddində  və  yaxud  faktiki  xərcləri  aid  etmək 

lazımdır. 

Vergi  məqsədləri  üçün  faktiki  xərclər  qüvvədə 

olan  qanunvericiliklə  müəyyən  edilmiş  limit, 

norma  və  normativlər  nəzərə  alınmaqla  təshih 

edilir. 

Məhsulun  maya  dəyərinə  daxil  olan  xərclər 

aşağıdakı  iqtisadi  elementlərin  xərc  maddələri 

üzrə  qruplaşdırılır:  material  xərcləri;  əməyin 

ödənilməsi  xərcləri;  sosial  ehtiyaclara  ayırmalar; 

əsas fondların amortizasiyası; digər xərclər.  

Xərclərin 

elementlər 

üzrə 

qruplaşdırılması 



xərclərin  bu  və  ya  digər  sahələrdə  məhz  hansı 

məhsul  istehsalına  sərfini  göstərir,  sahələrarası 



 

439


axını  müəyyənləşdirir.  Đstehsal  xərcləri  müxtəlif 

sahələrdə xərclərin strukturunu xarakterizə edir.   

 

MƏHSULUN  MATERĐAL  TUTUMU

  – 


məhsul  vahidinin  istehsalına  sərf  olunan  material 

ehtiyatları göstəricisidir və ümumi ictimai məhsul 

və  yaxud  milli  gəlir,  sahənin  ümumi  və  yaxud 

xalis məhsul vahidinə hesabı ilə hesablanır, MHS-

də  isə  ÜDM  və  yaxud  sahənin  əlavə  dəyər 

vahidinə  hesablanır.  Məhsulun  material  tutumu 

istehsala  sərf  olunan  material  ehtiyatlarının 

ümumi  həcmi,  cari  material  sərfinin  həcmi  (əsas 

fondların  amortizasiyası  daxil  edilmədən)  və 

yaxud  material  ehtiyatlarının  ayrı-ayrı  növlərinin 

sərfi  (yanacaq,  enerji,  metal  və  s.)  nəzərə 

alınmaqla  hesablanır.  Məhsulun  material  tutumu 

(material  ehtiyatı)  hesablanarkən  dəyər  və  ya 

natura ifadəsindən istifadə edilə bilər. 

 

MƏHSULUN 



RƏQABƏTƏ 

DAVAM-

LILIĞI 

–  baxılan  dövrdə  məhsulun  daxili  və 

xarici  bazarın  tələbatını  ödəmə  qabiliyyətini 

müəyyənləşdirən 

keyfiyyət 

və 

dəyər 


xarakteristikalarının 

məcmusudur. 

Məhsulun 

rəqabətə  davamlılığının  qiymətləndirilməsi  onun 

məcmu  xarakteristikasının,  rəqib-malın  konkret 

tələbatı (etibarlılıq, texnologiya, enerji və material 

tutumu, ekoloji estetik keyfiyyətləri, təhlükəsizlik 

və  s.  göstəriciləri)  ödəmə  səviyyəsi  və  qiyməti 

üzrə  xarakteristikası  ilə  müqayisəsinə  əsaslanır. 

Məhsulun 

rəqabətə 

davamlılığının 

qiymətləndirilməsi 

üçün 


nümunə-oxşarın 

seçilməsi  marketinq  tədqiqatları  (“Marketinq”ə 

bax) 

prosesində 



satış 

bazarlarının 

konyunkturasının  təhlili  əsasında  həyata  keçirilir. 

Məhsulun  rəqabətə  davamlılığının  dolayı  (əlavə) 

qiymətləndirilməsinə  məhsulun  ixrac  göstəriciləri 

(ixrac  olunan  məhsulun  həcmi),  məhsulun 

yeniləşdirilməsi  (prinsipial  yeni  məhsulların 

istehsalı),  patent-lisenziya  göstəriciləri  (“Yeni 



məhsul statistikası”na bax) xidmət edə bilər.  

 

MƏLUMATLAR'>MƏXFĐ  MƏLUMATLAR



  –  Fərdi  statistik 

məlumatların  məxfiliyi  rəsmi  statistikanın  əsas 

prinsiplərindən  biridir.  Əgər  məlumatlar  statistik 

vahidin  birbaşa  və  ya  dolayısı  ilə  tanınmasına  və 

beləliklə də, fərdi xarakterli məlumatın sızmasına 

şərait  yaradırsa,  bu  halda  rəsmi  statistikanın 

aparılması üçün toplanmış, işlənilmiş və məlumat 

bazalarına  daxil  edilmiş  bütün  məlumatlar  məxfi 

sayılır.  Statistik  vahidin  birbaşa  tanınması 

dedikdə,  vahid  üçün  ayrılmış  rəsmi  identifikasiya 

kodunun  və  ya  vahidin  adı,  ünvanı  haqqında 

məlumatların  açıqlanması  başa  düşülür.  Statistik 

vahidin dolayı yolla tanınması isə - digər məlumat 

vasitəsilə  (birbaşa  tanınmadan  başqa)  onun 

eyniləşdirilməsini 

mümkün 


edən 

imkandır. 

Statistik  vahidlərin  dolayı  yolla  tanınması 

imkanını  müəyyənləşdirərkən  həmin  statistik 

vahidin  tanınmasında  istifadəsi  mümkün  olan 

bütün 


vasitələr 

nəzərə 


alınmalıdır. 

Əgər 


yayımlanan  statistik  məlumatlar  fərdi  statistik 

məlumatların 

açılmasına 

gətirib 


çıxarırsa, 

istifadəçilərə  belə  məlumatların  təqdim  edilməsi 

qadağandır.  Ümumiləşdirilmiş  məlumatlarda  ən 

azı  3  vahidin  məlumatı  öz  əksini  tapmalı,  hər  bir 

vahidin  payı  isə  yekun  məlumatın  85%-dən  çox 

olmamalıdır. Yalnız bu şərtlə statistik məlumatlar 

yayımlana  bilər.  Yəni  statistik  qrup  1-2  müəssisə 

ilə  təmsil  olunubsa  və  ya  öyrənilən  məcmuda  bir 

müəssisənin  payı  85%-dən  çoxdursa,  belə 

məlumatlar  yayımlana  və  heç  kimə  təqdim  edilə 

bilməz.  Həqiqətən  də,  yalnız  2  vahidi  özündə 

ehtiva  edən  yekun  məlumat  nəşr  olunduğu  halda, 

bir  müəssisə  öz  məlumatını  yekundan  çıxaraq 

ikinci  müəssisənin  məlumatını  asanlıqla  əldə  edə 

bilər, bu isə qanun pozuntusu deməkdir.  

 

MƏKTƏBDƏNKƏNAR  TƏHSĐL  ÜÇÜN 



TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐ

  –  əsas  vəzifələri 

şəxsiyyətin 

inkişafı 

üçün 


zəruri 

şəraitin 

yaradılmasının  təmin  olunması,  sağlamlığının 

möhkəmləndirilməsi,  peşənin  və  yaradıcı  əməyin 

müəyyən 

edilməsi; 

ümumi 

mədəniyyətin 



formalaşdırılması;  xüsusilə  6-18  yaşda  olan  uşaq 

və  yeniyetmələrin  asudə  vaxtlarının  maraqlı 

təşkili 

hesab 


edilən 

müəssisələrdir. 

Məktəbdənkənar təhsil üçün təhsil müəssisələrinin 

aşağıdakı 

növləri 

vardır: 


uşaq 

yaradıcılıq 

mərkəzləri,  uşaq-gənclər  idman  məktəbləri,  uşaq-

gənclər  şahmat  məktəbləri,  ekoloji  tərbiyə  və 

təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, 

turizm 


və 

diyarşünaslıq 

mərkəzləri, 

məktəbdənkənar  iş  mərkəzləri,  estetik  tərbiyə  və 

bədii yaradıcılıq mərkəzləri və s. 

 

MƏKTƏBƏQƏDƏR  TƏHSĐL  MÜƏSSĐ-



SƏLƏRĐ

 

– 

müxtəlif 

istiqamətlərdə 

məktəbəqədər  təhsilin  ümumtəhsil  proqramını 

həyata  keçirən  təhsil  müəssisəsinin  növüdür. 

Məktəbəqədər  təhsil  müəssisələri  2  aylıqdan  6 

yaşa  qədər  olan  uşaqların    tərbiyəsini,  təhsil 

verilməsini, 

nəzarət 

edilməsini, 

 

qulluq 


göstərilməsini  və  sağlamlaşmasını  təmin  edir. 

Məktəbəqədər 

təhsil 

müəssisələri 



öz 

istiqamətlərinə  görə  aşağıdakı  növlərə  ayrılır: 

körpələr  evi;  körpələr  evi-uşaq  bağçası;  uşaq 

bağçası; xüsusi uşaq bağçası. 

 

MƏKTƏBƏQƏDƏR 

YAŞDA 

OLAN 

UŞAQLARIN  MƏKTƏBƏQƏDƏR  TƏH-

SĐL  MÜƏSSĐSƏLƏRĐNDƏ  YERLƏRLƏ 

TƏMĐNATI 

B=a/b*100 



düsturu 

ilə 


 

440 


hesablanan 

göstəricidir 

və 

burada 


– 

məktəbəqədər  təhsil  müəssisələrində  uşaqların 



sayı,  b  -  onlarda  yerlərin  sayı,  B  –  hər  100  yerə 

düşən  uşaqların  sayıdır.  Göstərici  bütün  region, 

həmçinin şəhər və kənd yerləri üzrə hesablanır. 

 

MƏQSƏDLĐ 

REGĐSTR

 

– 



fəaliyyətin 

müəyyən  sahəsində  həll  edilən  məsələlərə  uyğun 

olaraq 

yaradılan 



vahidlərin 

(müşahidə 

obyektlərinin) siyahısıdır. 

 

MƏLUM  (DAŞINAN)  MALLAR

  –  ölkə 

ərazisinə gətirilən və ölkə ərazisindən çıxarılan və  

gömrük  baxışına  aid  olan  mallardır.  Yüklərin 

növləri,  müvafiq  olaraq,  nəqliyyat  statistikası 

üçün yük təsnifatı üzrə statistik uçota alınır. 

 

MƏLUMAT  AXTARIŞ  DĐLĐ



  –  sonradan 

məlumat  axtarış  sistemində  istifadə  etmək 

məqsədi  ilə  semantik  məlumat  yazılışı  üçün 

vasitəyə malik olan süni dildir. 

 

MƏLUMAT  BANKI

  –  cədvəllər,  kartoçka, 

dosye  və  ya  kağızsız  informasiya  texnologiyası 

(disket,  maqnit  lent)  şəklində  formalaşdırılan 

məlumatların  saxlanması  və  istifadəsi  üzrə 

operativ sistemidir.   

 

MƏLUMAT 



BAZALARININ 

ĐDARƏ 

EDĐLMƏSĐ  SĐSTEMĐ  (MBĐES)

  –  çoxsaylı 

istifadəçilərə  məlumatlar  bazasının  yaradılması, 

aparılması  və  rəqabət  istifadəsi  üçün  nəzərdə 

tutulmuş, 

dil 

və 


proqram 

vasitələrinin 

məcmusudur. 

 

MƏLUMAT  BAZASININ  ĐNZĐBATÇISI



  - 

məlumat 


bankının 

layihələndirilməsinə, 

reallaşdırılmasına,  səmərəli  istifadəsinə  nəzarət 

edən şəxsdir.  

 

MƏLUMAT 

BOLLUĞU

 

– 

məlumat 


sisteminin  etibarlılığının  yüksəldilməsi  məqsədi 

ilə, sistemdə onların vacib minimal sayından əlavə 

komponentlərin  mövcud  olmasıdır.  Məlumatların 

işlənməsinin 

avtomatlaşdırılmış 

sistemində 

məlumat 


bolluğu 

məlumatların 

inteqrasiya 

olunmuş saxlanması və istifadəsi hesabına azalır. 



 

MƏLUMAT  EHTĐYATLARININ,  MƏLU-

MAT  SĐSTEMLƏRĐNĐN,  TEXNOLOGĐYA-

LARININ  SAHĐBĐ  (SAHĐBKARI)  –  göstərilən 

obyektlərə  malik  olan,  onlardan  istifadəni  həyata 

keçirən  və  qanunvericilik  hüquq  normaları 

daxilində  sərəncam  vermək  ixtiyarını  reallaşdıran 

subyektdir. 

 

MƏLUMAT 



FORMATI

 

– 



verilən 

informasiyanın  qeyd  edilməsinin,  saxlanılmasının 

və  yenidən  verilməsinin  təşkil  edilmiş  maddi 

mühitidir. 

 

MƏLUMAT 

ĐSTĐFADƏÇĐSĐ 

(ĐSTEH-

LAKÇISI)

  -  sonradan  istifadə  etmək  məqsədilə 

ona  lazım  olan  məlumatları  əldə  etmək  üçün 

məlumat sisteminə və ya vasitəçiyə müraciət edən 

subyektdir. 

 

MƏLUMAT  KĐTABI

  (illik  siyahı)  -  bir  sıra 

ölkələrdə  fayl  və  ya  registrin  sinonimi  kimi 

istifadə  olunan  illik  siyahıdır.  Adı  hər  il  nəşr 

olunma ideyasından irəli gəlmişdir.  

 

MƏLUMAT  MASSĐVLƏRĐ  ÜZƏRĐNDƏ 

ƏMƏLĐYYATLAR

 – EHM-də yerinə yetirilən 

və  mövcud  verilənlər  əsasında  yeni  məlumatlar 

massivinin alınmasını nəzərdə tutan fəaliyyətdir.  

 

MƏLUMATLANDIRMA 



SAHƏSĐNDƏ 

BEYNƏLXALQ  STANDARTLAR

  –  sosial-

iqtisadi  hadisələrə dair  məlumatların  yığılması  və 

tədqiq  edilməsi  sahəsində  mütərəqqi  texnologiya 

və metodika standartlarıdır.  

 

MƏLUMATLAR

 

– 

hesablama 

texnikası 

vasitələrinin  köməyi  ilə  ötürülməsi  və  ya 

işlənməsinə 

imkan 


verən, 

formallaşdırılmış 

şəkildə 

təqdim 


edilən 

informasiyalardır. 

Məlumatlar 

adətən 


kağızlarda 

(blanklarda, 

cədvəllərdə  və  s.)  və  elektron  vasitələrdə  (lazer 

disklərində,  maqnit  disklərində,  maqnit  lentlərdə 

və s.) təqdim edilir.  

 

MƏLUMATLAR  BAZASI  (MB)



  –  statistik 

məlumatların  işlənməsi  prosesində  formalaşan  və 

istifadə  edilən  informasiya  sistemidir  (arxivdir). 

Statistik  məlumatların  işlənməsi  prosesindəki 

roluna  görə, 5  qrup  funksional  məlumatlar  bazası 

mövcuddur:  1)  məlumatların  işlənməsi  və 

istifadəçilərə təqdim edilməsi üçün istifadə olunan 

və 


özündə 

metaməlumatları 

əks 

etdirən 


məlumatlar 

bazası; 


2) 

statistik 

hesabat 

formalarından  məlumatların  daxil  edilməsindən 

və  ya  müşahidə  obyektlərindən  elektron  formada 

daxil  olan  (faylların  yüklənməsindən  sonra 

məlumatları qəbul edən) - giriş məlumatlar bazası; 

3)  məlumatların  cari  işlənməsi  əsasında  alınan 

cari  (əməliyyat)  məlumatlar  bazası;  4)  uzun 

müddət  saxlanılan  məlumatlar  bazası  –  bir  çox 

müşahidə 

dövrləri 

üzrə 

ardıcıl 


yüklənmiş 

informasiyanı  saxlamaq  və  onunla  işləmək  üçün 

məlumatlar  bazası.  Bu  qrupda  məlumatlar 

bazasının  2  növü  fərqləndirilir:  sahə,  tematik 



 

441


məlumatlar  bazaları  –  ayrı-ayrı  mövzular  və  ya 

fəaliyyət  növləri  üzrə  uzun  müddət  saxlanılan 

məlumatlar  bazası  və  statistik  məlumatların 

mərkəzi  bazası  –  bütün  fəaliyyət  növləri  üzrə 

mühüm 


göstəriciləri 

özündə 


əks 

etdirən 


məlumatlar  bazası;  5)  məlumatların  yayılması 

üçün  məlumatlar  bazası (hazır  sənədlərin  bazası). 

Məlumatlar  bazasında  saxlanılan  məlumatlardan 

asılı olaraq, statistik məlumatlar bazalarını iki cür 

təsnifləşdirmək  olar:  saxlanma  vahidi  statistika 

göstəricisi  olan  və  bir  qayda  olaraq,  statistik 

məlumatların 

işlənməsində 

istifadə 

olunan 


faktoqrafik məlumatlar bazası və saxlanma vahidi 

sənəd  (cədvəl,  mətn  və  s.)  olan  və  məlumatların 

yayılmasında 

istifadə 

olunan 

sənədli-qrafik 



məlumatlar bazası. Məlumatlar bazasını aşağıdakı 

formalara  bölmək  olar:  mikro,  mezo  və  makro-

məlumatlar bazası. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   110   111   112   113   114   115   116   117   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling