Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet94/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   90   91   92   93   94   95   96   97   ...   183

KLAVĐATURA

 - informasiyanın kompüterə və 

ya  digər  qurğulara  daxil  edilməsində  istifadə 

edilən, 

üzərində 

düymələr 

olan 


qurğudur. 

Kompüterə məlumatı (verilənləri və əmrləri) daxil 

edən  əsas  xarici  qurğulardan  biri  hesab  olunur. 

Klaviaturanın  köməyi  ilə  maşına  istənilən 

simvolları  (rəqəm,  hərf,  heroqriflər  və  s.)  daxil 

etmək mümkündür. 

 

KLAVĐŞA

  -  klaviaturanın  üzərində  olan 

düymələrdir. Bəzən açar da adlandırılır. 

 

KLĐRĐNQ

 

(dövlətlər 

arasında 

banklar 

vasitəsilə  nağd  pulsuz  haqq-hesab)  –  qarşılıqlı 

tələb  və  öhdəlik  hesablaşmalarına  əsaslanan,  mal 

və xidmətlərə görə nağdsız hesablaşma sistemidir. 

Banklararası  klirinq  (ölkə  daxili)  və  beynəlxalq 

valyuta 

klirinqi 

fərqləndirilir. 

Banklararası 

klirinqdə 

(ölkə 

daxili) 


banklar 

arasında 

hesablaşmalar  hər  hansı  bir  ölkənin  hüquqi 

şəxslərinin qarşılıqlı pul tələblərinin hesablaşması 

yolu  ilə  həyata  keçirilir.  Beynəlxalq  valyuta 

hesablaşmaları 

sahəsində 

klirinq 

dövlətlər 

arasında  ödəmə  sazişləri  (klirinq  sazişləri) 

əsasında həyata keçirilir.  

Klirinqin  mahiyyəti  aşağıdakından  ibarətdir. 

Müəyyən  təqvim  dövründə  (adətən,  il  götürülür) 

qarşılıqlı  mübadilənin  məbləği  xüsusi  klirinq 

sazişi  əsasında  yalnız  müxtəlif  tərəflərin  konkret 

bank  hesablarında  dövr  edir.  Klirinqi  həyata 

keçirərək  hər  bir  ixracçı-tərəf  öz  bankından  ixrac 

etdiyi əmtəənin dəyərini alır. Bank, öz tərəfindən, 

idxalçı  bankdan  köçürməni  gözləmədən  öz 

müştərisindən  klirinq  hesabını  debetə  yazır  və 

debet  avizosunu  (bildiriş  vərəqəsini)  müvafiq 

banka  göndərir.  Adətən  klirinq  sazişi  dövrünün 

sonunda tərəflərdən biri öz xeyrinə üstünlük, yəni 

avuar əldə edir. O, onun ödənilməsini tələb edə və 

ya vasitəçi vasitəsilə üçüncü tərəfə sata bilər. 

 

KLĐRĐNQ  SAZĐŞĐ



  –  qarşılıqlı  ticarətdə 

tarazlığın  əldə  olunması  məqsədilə  idxalçı  ilə 

hesablaşmaq  üçün  ixracatçının  gəlirlərindən 

istifadə edilməsini nəzərdə tutan ticarət sazişidir.  

 

KLUB  TĐPLĐ  MƏDƏNĐYYƏT  MÜƏS-

SĐSƏLƏRĐ

  -  mədəni-maarif  müəssisələridir. 

Onlara  əhalinin  istirahətlərini  təşkil  edən  klublar, 

mədəniyyət 

evləri, 


istirahət 

mərkəzləri; 

avtoklublar;    bazalar  və  s.,  özfəaliyyət  xalq 

yaradıcılığı  kollektivlərinin  fəaliyyəti  və  digər 

klub 

formalaşmaları 



aid 

edilir. 


Statistika 

göstəricilərinə 

aşağıdakılar 

daxildir: 

maddi-

texniki  baza,  klub  formalaşmalarının,  mədəni 



istirahət  tədbirlərinin  və  onların  tamaşaçılarının 

sayı, işçilərin sayı və onların təhsil səviyyəsi.  

 

KOBA-DUQLAS ĐSTEHSAL FUNKSĐYA-

SI

 – Y buraxılışı ilə K istehsal fondlarının həcmini 

və  L  canlı  əmək  xərclərini  əlaqələndirən 

funksiyadır.  Bu  funksiya  aşağıdakı  kimi  təsvir 

olunur: 


q·

α

K

·

α



1

L

 

ABŞ-ın  emal  sənayesi  üzrə  statistik  məlumatlar 



əsasında  1899-1922-ci  illər  üzrə  aşağıdakı 

nəticələr əldə olunmuşdur: 



Y = 1,01 · 

27

,



0

K

·

73



,

0

L

 

Funksiya 



müxtəlif 

müəlliflərlə 

ümumiləşdirilmişdir.  Beləliklə,  texniki  tərəqqinin 

vt

e

  vuruğu  daxil  edilmişdir,  burada  e  –  natural 

loqarifmlərin 

əsası; 


v 

– 

inkişaf 



artımını 

xarakterizə  edən  sabitdir.  Dinamiki  istehsal 

funksiyası:  P  =  q  ·

α

L

·

β

K



·

vt

e

  kimi  göstərilirdi, 



 

362 


burada  α  və  β  məhsul  buraxılışının  xərclərin  hər 

bir komponentinə nisbətən elastiklik əmsalıdır. 

Koba-Duqlas 

istehsal 

funksiyasının 

təkmilləşdirilməsi davam etdirilir. 

 

KOD

 (şərti ixtisarlar sistemi) – təsbit edildikləri 

məlumat  elementlərinin  və  siqnalların  köməyi  ilə 

onlar 


arasında 

uyğun 


olaraq 

ötürülən 



məlumatların 

əks 


etdirilməsinin 

universal 

üsuludur. 

Kod 


məlumatı 

verilmiş 

söz 

görünüşündən  bir  neçə  əlifbanın  simvollarında 



təsvir  edir.  Koddan  məlumatın  ötürülməsi, 

işlənməsi  və  saxlanmasında  istifadə  olunur. 

Kodun 

köməyi 


ilə 

məlumatlar 

hesablama 

sistemləri  qurğularının  işi  üçün  yararlı  formada 

təqdim  edilir.  Đstənilən  kod  öz  əlifbasına  malik 

olur.  EHM-nin  işində  proqramların  alqoritmik 

dildə  yazılması  üçün  kodlardan  və  EHM  ilə 

bilavasitə  əlaqədar  olan  maşın  kodlarından 

istifadə edilir.  

 

KODLAŞDIRMA'>KODLAŞDIRMA



  –  işarələrin  (simvolların) 

köməyi ilə seçilmiş kodlaşdırma metoduna uyğun 

olaraq,  təsnifatlarda  təsnifləşdirmə  qruplarının  və 

ya 


təsnifat 

obyektlərinin 

eynimənalı 

identifikasiyasını təmin etmək üçün onlara kodun 

verilməsidir.  

Kodlaşdırma  verilmiş  obyektlər  çoxluğunun 

formalaşdırılmış təsviri üçün nəzərdə tutulmuşdur 

ki, 


bu 

da 



məlumatların 

səmərəli 

avtomatlaşdırılmış  işlənməsini  yerinə  yetirməyə 

imkan  verir.  Kodlaşdırma  prosesinin  təsvir 

edilməsi  üçün  anlayışların  aşağıdakı  termin  və 

təriflərindən istifadə edilir. 



Kod  –  təsnifləşdirmə  qruplarının  və  (və  ya) 

təsnifat  obyektinin  qeyd  edilməsi  üçün  qəbul 

edilmiş  işarə  və  ya  işarələr  məcmusudur.  Kodun 

sinonimi  kimi  aşağıdakı  anlayışlardan  istifadə 

edilir:  kod  işarəsi,  kod  kombinasiyası,  obyektin 

kodu.  Kod  işarəsi  kodlaşdırmanın  verilmiş 

sistemində qəbul edilmiş kodlaşdırma qaydalarına 

uyğun olaraq yaradılır və işarələrin uzunluğu-sayı 

(dərəcə)  və  strukturu  –  tərkibin  şərti  işarələri  və 

kodda 

işarələrin 



yerləşmə 

ardıcıllığı 

ilə 

xarakterizə  olunur.  Kodlaşdırma  sistemi  – 



verilmiş  çoxluğun  təsnifləşdirmə  qrupunun  və 

təsnifat  obyektlərinin  kodlaşdırma  metod  və 

qaydalarının  məcmusudur.  Kodun  uzunluğu  – 

boşluqlar  nəzərə  alınmadan,  kodda  işarələrin 

sayıdır.  Kodun  dərəcəsi  –  işarələrin  kodda 

mövqeyidir.  Kodun  strukturu  -  kodda  işarələrin 

tərkibinin 

və 


yerləşmə 

ardıcıllığının 

şərti 

işarələridir.  Kod  əlifbası  –  kodun  yaradılması 



üçün  qəbul  edilmiş  işarələr  sistemidir.  Hərfi  kod 

əlifbası  –  işarələri  adi  əlifba  hərfləri  olan  kod 

əlifbasıdır.  Hərfli-rəqəmli  kod  əlifbası  –  işarələri 

adi  dillərin  əlifbasının  hərfləri  və  rəqəmlərdən 

ibarət olan kod əlifbasıdır. Rəqəmli kod əlifbası – 

işarələri rəqəmlər olan kod əlifbasıdır.  

Kodlaşdırmanın  bir  neçə  növü  mövcuddur



Ardıcıl  kodlaşdırma  metodu  –  təsnifləşdirmənin 

iyerarxiya  metodu  ilə  (“Təsnifləşdirmə”yə  bax) 

əldə  edilmiş,  tabe  qrupların  ardıcıl  yerləşmə 

kodlarından 

istifadə 

etməklə 


təsnifləşdirmə 

qruplarının və ya təsnifat obyektlərinin kodlarının 

yaradılmasıdır.  Paralel  kodlaşdırma  metodu  – 

təsnifləşdirmənin 

faset 

metodu 


ilə 

(“Təsnifləşdirmə”yə  bax)  əldə  edilmiş,  müstəqil 

qrupların 

kodlarından 

istifadə 

etməklə 


təsnifləşdirmə 

qruplarının 

və 

ya 


təsnifat 

obyektlərinin  kodlarının  yaradılmasıdır.  Sıra 

kodlaşdırma  metodu  –  təbii  sıra  rəqəmlərindən 

kodun  yaradılmasıdır.  Seriyalı-sıra  kodlaşdırma 

metodu  –  natural  ədədlərin  ayrı-ayrı  seriyalarının 

və  ya  diapazonlarının  eyni  əlamətli  təsnifat 

obyektlərinə təhkim edilməsi (qoşulması) yolu ilə 

təbii rəqəmlərdən kodun yaradılmasıdır 

 

KODLAŞDIRMA

  (əhalinin  siyahıyaalınması 

və müayinəsi materiallarının kodlaşdırılması) – 

əhalinin  siyahıyaalınması  və  müayinəsi,  yaxud 

demoqrafik  hadisələrin  cari  uçotu  zamanı  alınan 

məlumatlara,  həmçinin  başqa  fərdi  və  ya  qrup 

məlumatlara  şərti  işarələrin  (kodların)  verilməsi; 

onların 


hesablama 

texnikası 

vasitəsilə 

qavranmasını,  işlənməsini  və  saxlanmasını  təmin 

edir. Adətən, şərti işarələr rəqəmli koddur, o sorğu 

vərəqəsində,  müşahidə  blankında,  yaxud  digər 

uçot  sənədində  sözlə  yazılmış  hər  cavaba  verilir. 

Yeri  və  vaxtına  görə  3  kodlaşdırma  üsulu 

fərqlənir:  xüsusi  hazırlanmış  işçilər  tərəfindən 

insanlarla sorğu prosesini həyata keçirən qeydçilər 

(siyahıyaalma  sayıcıları)  tərəfindən;  əhalinin 

siyahıyaalınması,  müayinəsi  qurtardıqdan  sonra, 

yaxud  emal  üçün  sənədlər  daxil  olduqca, 

həmçinin 

məlumatları 

sənəddən 

maqnit 

informasiya  daşıyıcısına  heyət  EHM  köməyi  ilə 



keçiriləndə;  birinci  ikisinə  görə  ikinci  adlanan 

avtomatik kodlaşdırma – informasiyanın EHM-də 

emalı  zamanı,  bu,  qabaqcadan  əl  ilə  siyahı 

vərəqlərində, 

müşahidə 

blanklarında, 

başqa 

sənədlərdə, yaxud heyət EHM-lə qoyulmuş kodlar 



əsasında aparılır. 

Birinci  kodlaşdırma  üsulu  siyahı  vərəqələrində 

(müşahidə  blanklarında,  anketlərdə  və  başqa 

sənədlərdə)  suallara  qabaqcadan  çap  olunmuş 

cavablar variantlarının və hər variantın kodlarının 

olması  ilə  təmin  olunur.  Sorğu  gedişində 

siyahıyaalma sayıcıları müvafiq cavabın və kodun 

altından 

xətt 

çəkməklə 



cavab 

variantını 

kodlaşdırır.  Belə  üsul  əl  ilə  kodlaşdırmada  daha 

səmərəlidir, çünki kodlaşdırmanın təşkilinə xüsusi 

vaxt  və  vəsait  məsrəfi  tələb  edilmir.  Lakin  o 

sualların  cavablarını  kodlaşdırmaq  olar  ki, 



 

363


variantlarının  sayı  nisbətən  kiçik  olsun  və  onları 

siyahı  vərəqinin  (müşahidə  blankının)  müvafiq 

zonasında  əvvəlcədən  yerləşdirmək  mürəkkəb 

olmasın, 

məsələn, 

cins, 


nikah 

vəziyyəti, 

miqrasiyanın  səbəbi,  yaşayış  evinin  tipi  və  s. 

Sorğu 


zamanı 

məlumatların 

siyahıyaalma 

sayıcıları  vasitəsi  ilə  kodlaşdırılması  əksər 

ölkələrdə  ümumi  siyahıyaalmalarda  geniş  tətbiq 

olunur.  Kodlaşdırma  qabaqcadan  çap  olunmuş 

cavab  variantlarının  birinin  və  onun  rəqəmli 

kodunun altından xətt çəkmək yolu ilə aparılır.  

Đkinci kodlaşdırma üsulu siyahıyaalma sayıcısının 

sözlə  deyilən  yazılar  əsasında  siyahı  vərəqində 

(müşahidə  blankında)  kodların  yazılmasından 

ibarətdir. O, adətən, daha mürəkkəb suallara qarşı 

tətbiq 

olunur, 


onlara 

cavablar 

variantı 

müxtəlifliyinə  görə  lap  çox  saydadır  və  siyahı 

vərəqələrində 

çap 


oluna 

bilmir 


(məsələn, 

doğulduğu  yer,  işlədiyi  yer,  məşğuliyyəti). 

Kodlaşdırmanın 

özü 


isə 

mərkəzləşdirilmiş 

qaydada  xüsusi  hazırlaşmış  heyət  tərəfindən 

yerinə  yetirilir.  Bu  üsul  əmək  tutumludur,  çünki 

xüsusi  vasitələrin:  təlimatların,  siyahıların,  sorğu 

kitabçalarının,  əlifba  və  sistematik  lüğətlərin 

tətbiqini  tələb  edir.  Əmək  tutumu  və  beləliklə,  əl 

ilə 


kodlaşdırmanın 

keyfiyyəti 

kodların 

əhəmiyyətindən  (dərəcələrindən)  və  onların  yaxşı 

yadda  saxlanmasından  asılıdır.  Buna  görə  də,  az 

əhəmiyyətli,  həm  də  asan  yadda  qalan  kodlar  ən 

çox  rast  gələn  əlamətlərin  kəmiyyətinə  verilir. 

Siyahı  vərəqində  (müşahidə  blankında)  ya 

müvafiq  suala  yazılan  cavabın  yanında,  ya  da 

adətən maşınla oxunan sənədlərdə, sənədin xüsusi 

zonasında qoyulur.  

Üçüncü 


kodlaşdırma 

üsulu 


siyahıyaalma, 

müşahidə  materiallarının  işlənməsi  üçün  yalnız 

EHM  tətbiq  edilməklə  mümkündür.  Xüsusi 

alqoritmə müvafiq olaraq, maşın qoyulmuş, yaxud 

əl 

ilə 


daxil 

edilmiş 


kodlar 

və 


onların 

uyğunlaşdırılması  əsasında  avtomatik  zəruri 

törəmə  kodlarını  formalaşdırır,  məsələn,  ailə 

tipinin  kodunu  ailə  başçısına,  cinsə,  yaşa,  hər  bir 

ailə  üzvünün  nikahda  olmasına,  həmçinin  ailə 

üzvlərinin sayına verilən kodlar əsasında. Törəmə 

kodlaşdırma 

fərdi 


məlumatları 

istənilən 

əlamətlərin  uzunluğu  üzrə  qruplaşdırmağa  imkan 

verir. 


 

KODLAŞDIRMA

  (məlumatların  işlənmə-

sində) – kodların köməyi ilə hesablama texnikası 

vasitəsilə  məlumatların  qəbul  edilməsi,  onların 

işlənməsi  və  saxlanması  imkanını  təmin  edən 

prosesdir;  bir  kodun  simvolu  və  ya  simvollar 

qrupu ilə, uyğun olaraq, digər kodun simvolları və 

ya  simvollar  qrupu  qoyulur  (müəyyən  edilir). 

EHM  ilə işləyərkən  daxil olan  məlumatlar  EHM-

də  işlənmə  və  saxlanılma  üçün  əlverişli  formaya 

gətirilməsi üçün kodlaşdırılır.  

 

KOQORTA



  –  eyni  bir  vaxt  dövrü  ərzində 

müəyyən 


demoqrafik 

hadisələrin 

(məsələn: 

təqvim  ili  ərzində  nikaha  girmiş  şəxslərin  sayı; 

təqvim  ilinin  bir  müddətində  ilk  övlad  dünyaya 

gətirmiş qadınlar, eyni bir ildə nikahları pozulmuş 

və  ya  dul  qalmışlar  və  s.)  baş  verdiyi  insanların 

məcmusudur.  Təqvim  dövrünün  bir  müddətində 

doğulmuş  insanları  həm  də  nəsil  adlandırırlar. 

Koqortanın ayrılması üçün seçilmiş vaxt intervalı 

(bir  və  ya  bir  neçə  il)  əsas  materialın  təhlilinin 

məqsədindən  və  xüsusiyyətlərindən  asılıdır. 

“Koqorta”  termini  1947-ci  ildə  P.Uelpton 

tərəfindən  uzununa  təhlil  metodu  çərçivəsində 

tətbiq  edilmiş,  lakin  sonralar  universal  xarakter 

almışdır. 

Müasir  demoqrafiyada  real  (eninə  təhlil  obyekti) 

və  hipotetik  (uzununa  təhlil  obyekti)  koqorta 

fərqləndirilir.  Hər  bir  koqorta  demoqrafik  hadisə 

ilə,  onun  başlanması  ilə  insanları  koqortada 

birləşdirir  və  formalaşmasının  təqvim  dövrü  ilə 

müəyyən  edilir.  Bu  və  ya  digər  demoqrafik 

prosesin 

təsviri 


zamanı 

real 


koqortanın 

formalaşma  dövrünün  tezliyi  ölçülən  hadisədən 

qabaq  olan  demoqrafik  hadisənin  başlanması 

dövrü 


hesab 

olunur.  Hipotetik 

koqortanın 

formalaşma  dövrü  tezliyi  ölçülən  demoqrafik 

hadisənin başlanması dövrü hesab olunur.  

Beləliklə,  real  koqortada  insanları  koqortada 

birləşdirən  bütün  hadisələr  təqvim  vaxtının 

müəyyən  intervalında  baş  verir,  tezliyi  ölçülən 

mümkün  ola  bilən  sonrakı  hadisələr  koqortanın 

formalaşmasının  təqvim  dövrünə  dair  vaxta  görə 

gələcəyə uzanır. Məsələn, real nikah koqortasında 

doğumu  təsvir  etdikdə,  həmin  təqvim  dövründə 

nikaha daxil olmuş şəxslərin məcmusu və sonrakı 

nikahlıq  həyatı  dövründə  bu  koqortada  hər  bir 

doğuş  anına  nikahın  müddəti  üzrə  bölüşdürülmüş 

doğumlar  öyrənilir.  Bu  zaman  nikahın  müəyyən 

müddətində doğuşların tezliyi bərabərdir:  

t

t

W

N

f

τ

τ



+

=

 



burada  W

t

  –  t  ilində  (real  nikah  koqortanın 

formalaşmasının  təqvim  ili)  nikaha  daxil  olan 

qadınların  sayı; 

τ

–  nikaha  daxil  olan  anından 



uşağın  doğulması  anınadək  keçən  interval;

τ

+



t

N

– 

W



t

  nikahın  davamiyyəti 

τ

+



t

N

  real  koqortada 

doğuşların sayı. 

Tezlikləri  ölçülən  bütün  hadisələr  hipotetik 

koqortada  təqvim  vaxtının  müəyyən  intervalında 

baş  verir  və  hipotetik  koqortanın  formalaşması 

dövrü  hesab  olunur;  qabaqkı  hadisə  isə  bu  dövrə 

nisbətən  vaxta  görə  keçmişə  uzanır.  Məsələn, 



 

364 


hipotetik  nikah  koqortasında  doğum  təsvir 

olunduqda,  müəyyən  təqvim  dövründə  bu  dövrdə 

yaşamış  bütün  ərdə  olan  qadınlarda  uşağın 

doğulması  anına  (

τ

)  nikahın  müddəti  üzrə 



bölüşdürülmüş bütün doğuşlar öyrənilir. Hipotetik 

nikah koqortasında doğuşların tezliyi bərabərdir: 

τ

τ

τ



W

N

f

t

,

=



 

burada 


τ

,

t



N

– 

τ



  nikah  uzunluğunda  t  təqvim 

dövründə  doğuşların  sayı; 

τ

W

  – 


τ

  nikah 


uzunluğunda  həmin  t  təqvim  ilində  ərdə  olan 

qadınların sayıdır. 

Koqortada demoqrafik proseslərin təhlili bu və ya 

digər  demoqrafik  hadisənin  əvvəlki  hadisənin 

başlanması anından keçən vaxt intervalından asılı 

olaraq, 


başlanması 

tezliyinin 

ölçülməsinə 

əsaslanır.  Məsələn,  müəyyən  təqvim  dövründə 

birinci  uşağı  doğmuş  qadınların  koqortasında 

doğumun  təhlili  birinci  doğuşdan  sonra  keçmiş 

vaxt  intervalından  asılı  olaraq,  ikinci  doğuşların 

tezliyinin  ölçülməsinə  əsaslanır;  doğulma  illəri 

üzrə  koqortada  ölümün  təhlili  doğulduğu  andan, 

yəni  yaşından  keçmiş  intervaldan  asılı  olaraq, 

ölüm  hallarının  tezliyinin  ölçülməsinə  əsaslanır. 

Koqortada  bu  və  ya  digər  demoqrafik  prosesi 

xarakterizə  edən  qarşılıqlı  əlaqədə  olan  sistemi 

demoqrafik cədvəl təşkil edir. 

 

KOQORTA  ÖLÜM  CƏDVƏLLƏRĐ 

– 

rəqəmlər  sırasıdır,  yaşlaşdıqca  ölüm  nəticəsində 



koqortanın azalmasını göstərir. Doğulduğu il üzrə 

koqorta  olduqda,  koqorta  ölüm  cədvəlləri  real 

əhalinin ölüm cədvəlləri ilə üst-üstə düşür. 

 

KOLLEKTĐV  ƏMƏK  MÜBAHĐSƏSĐ



  - 

əmək  şəraitinin  (əmək  haqqı  daxil  edilməklə) 

yaradılması 

və 


dəyişdirilməsi; 

kollektiv 

müqavilələrin  bağlanması,  dəyişdirilməsi  və 

yerinə  yetirilməsi;  sosial-əmək  münasibətləri 

məsələləri  ilə  bağlı  sazişlər  üzrə  muzdlu  işçilərlə 

işverən  (sahibkar)  və  ya  müəssisə  rəhbərliyi 

arasında 

tənzimlənməmiş 

fikir 

ayrılığıdır. 



Kollektiv  əmək  mübahisəsinin  həll  olunmasının 

son  həddi  tətillər  hesab  edilir.  Statistikada  tətillə 

nəticələnmiş  kollektiv  əmək  mübahisələri  ayrıca 

nəzərə  alınır.  Kollektiv  əmək  mübahisələri  üzrə 

məlumatlar aşağıdakı əsas göstəriciləri əhatə edir: 

əmək  mübahisələrinin,  o  cümlədən  tənzimlənmiş 

əmək 

mübahisələrinin 



sayı; 

əmək 


mübahisələrində  iştirak  edən  işçilərin  sayı;  əmək 

mübahisələrinin  baş  vermə  səbəbləri.  Kollektiv 

əmək  mübahisələrinin  sayına  müəssisə  daxilində 

tənzimlənməmiş 

və 

tətildən 



əvvəl 

barışıq 


qaydalarının  aparılması  üçün  verilmiş;  kollektiv 

müqavilələrin bağlanması, dəyişdirilməsi, əlavələr 

edilməsi 

və 


ya 

sosial-əmək 

münasibətləri 

məsələləri  üzrə  işçilərin  tələblərinə  baxılmasına 

dair 

danışıqlarda 



fikir 

ayrılığı 

üzrə 

protokollaşdırılmış 



mübahisələr; 

kollektiv 

müqavilələrin  bağlanması,  dəyişdirilməsi  və  ona 

əlavələr  edilməsi  və  ya  işçilərin  sosial-əmək 

münasibətləri  məsələləri  üzrə  işçilərin  tələblərinə 

baxılmasından 

imtina 

nəticəsində 



yaranan 

mübahisələr;  mitinqlər,  yığıncaqlar,  sosial-əmək 

münasibətləri  məsələləri  üzrə  tələblə  piketlərdə 

irəli  sürülən  tələblərin  işverən  tərəfindən  təmin 

edilməməsi nəticəsində yaranan mübahisələr daxil 

edilir.  Kollektiv  əmək  mübahisələrinin  sayına 

mübahisələr,  kollektiv  müqavilələrin  bağlanması, 

dəyişdirilməsi  və  ona  əlavələr  edilməsi  və  ya 

işçilərin  sosial-əmək  münasibətləri  məsələləri 

üzrə  tələblərinə  baxılması  zamanı  danışıqlar 

aparılarkən  tətillə  nəticələnmiş  mübahisələr, 

həmçinin  onların  həll  edilməsi  prosesində 

tənzimlənən mübahisələr daxil edilmir. 

 

KOLLEKTĐV  XĐDMƏTLƏR

  –  cəmiyyətə, 

həm  bütün  ev  təsərrüfatlarına,  həm  də  onun  ayrı-

ayrı  qruplarına  pulsuz  və  ya  nominal  ödənişlə 

göstərilən xidmətdir. 

Kollektiv 

xidmətlərin 

buraxılışına 

şərtilik 

daxilində  həmişə  qeyri-bazar  xidmətləri  sayılan 

(məsələn,  dövlətin,  milli  müdafiə  ilə,  məcburi 

sosial 

təminatın, 



ictimai 

işlə, 


həmkarlar 

ittifaqlarının,  dini  təşkilatların  və  s.  göstərdiyi 

xidmətlər),  həmçinin  əgər  istehsal  vahidinin 

vəsaitləri  (pul)  əsas  etibarı  ilə  (50%  və  ya  daha 

çox)  satışdan  deyil,  digər  mənbələrdən  əldə 

edilərsə (məsələn, məktəb və uşaq bağçaları, elmi-

tədqiqat  müəssisələri,  xəstəxana  və  klinikalar, 

peşəkar 


assosiasiyalar, 

həmçinin 

iqtisadi 

təşkilatlar, 

kitabxanalar, 

dövlət 


arxivləri, 

muzeylər,  botanika  və  zoologiya  bağları  və  s.), 

qeyri-bazar  xidmətləri  kimi  baxılan  xidmətlər 

daxildir. 

Kollektiv xidmətlər xidməti göstərən institusional 

vahidin  dövlət  sektoruna  və  ya  xüsusi  qeyri-

kommersiya  təşkilatlarına  aid  olmasından  asılı 

olaraq,  dövlətin  qeyri-bazar  sektorları  və  ya  ev 

təsərrüfatlarına 

xidmət 


göstərən 

qeyri-


kommersiya təşkilatları tərəfindən həyata keçirilir. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   90   91   92   93   94   95   96   97   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling