Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- KLAVĐŞA
- Beynəlxalq valyuta hesablaşmaları
- KLĐRĐNQ SAZĐŞĐ
- KLUB TĐPLĐ MƏDƏNĐYYƏT MÜƏS- SĐSƏLƏRĐ
- KOBA-DUQLAS ĐSTEHSAL FUNKSĐYA- SI
- KODLAŞDIRMA
- Kodun uzunluğu
- Hərfi kod əlifbası
- Rəqəmli kod əlifbası
- KODLAŞDIRMA (əhalinin siyahıyaalınması və müayinəsi materiallarının kodlaşdırılması)
- KODLAŞDIRMA (məlumatların işlənmə- sində)
- KOQORTA
- KOQORTA ÖLÜM CƏDVƏLLƏRĐ
- KOLLEKTĐV ƏMƏK MÜBAHĐSƏSĐ
KLAVĐATURA - informasiyanın kompüterə və ya digər qurğulara daxil edilməsində istifadə edilən, üzərində düymələr olan
qurğudur. Kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşına istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
düymələrdir. Bəzən açar da adlandırılır.
tələb və öhdəlik hesablaşmalarına əsaslanan, mal və xidmətlərə görə nağdsız hesablaşma sistemidir. Banklararası klirinq (ölkə daxili) və beynəlxalq valyuta klirinqi fərqləndirilir.
klirinqdə (ölkə daxili)
banklar arasında hesablaşmalar hər hansı bir ölkənin hüquqi şəxslərinin qarşılıqlı pul tələblərinin hesablaşması yolu ilə həyata keçirilir. Beynəlxalq valyuta
sahəsində klirinq dövlətlər arasında ödəmə sazişləri (klirinq sazişləri) əsasında həyata keçirilir. Klirinqin mahiyyəti aşağıdakından ibarətdir. Müəyyən təqvim dövründə (adətən, il götürülür) qarşılıqlı mübadilənin məbləği xüsusi klirinq
bank hesablarında dövr edir. Klirinqi həyata keçirərək hər bir ixracçı-tərəf öz bankından ixrac etdiyi əmtəənin dəyərini alır. Bank, öz tərəfindən, idxalçı bankdan köçürməni gözləmədən öz müştərisindən klirinq hesabını debetə yazır və debet avizosunu (bildiriş vərəqəsini) müvafiq banka göndərir. Adətən klirinq sazişi dövrünün sonunda tərəflərdən biri öz xeyrinə üstünlük, yəni avuar əldə edir. O, onun ödənilməsini tələb edə və ya vasitəçi vasitəsilə üçüncü tərəfə sata bilər.
– qarşılıqlı ticarətdə tarazlığın əldə olunması məqsədilə idxalçı ilə hesablaşmaq üçün ixracatçının gəlirlərindən istifadə edilməsini nəzərdə tutan ticarət sazişidir.
Onlara əhalinin istirahətlərini təşkil edən klublar, mədəniyyət evləri,
istirahət mərkəzləri; avtoklublar; bazalar və s., özfəaliyyət xalq yaradıcılığı kollektivlərinin fəaliyyəti və digər klub formalaşmaları aid edilir.
Statistika göstəricilərinə aşağıdakılar daxildir: maddi- texniki baza, klub formalaşmalarının, mədəni istirahət tədbirlərinin və onların tamaşaçılarının sayı, işçilərin sayı və onların təhsil səviyyəsi.
və L canlı əmək xərclərini əlaqələndirən funksiyadır. Bu funksiya aşağıdakı kimi təsvir olunur:
Y = q· α
· α
1 L
ABŞ-ın emal sənayesi üzrə statistik məlumatlar əsasında 1899-1922-ci illər üzrə aşağıdakı nəticələr əldə olunmuşdur: Y = 1,01 · 27 , 0 K · 73 , 0
Funksiya müxtəlif müəlliflərlə ümumiləşdirilmişdir. Beləliklə, texniki tərəqqinin
vuruğu daxil edilmişdir, burada e – natural loqarifmlərin əsası;
v – inkişaf artımını xarakterizə edən sabitdir. Dinamiki istehsal funksiyası: P = q · α
· β
· vt e kimi göstərilirdi, 362
burada α və β məhsul buraxılışının xərclərin hər bir komponentinə nisbətən elastiklik əmsalıdır. Koba-Duqlas istehsal funksiyasının təkmilləşdirilməsi davam etdirilir.
(şərti ixtisarlar sistemi) – təsbit edildikləri məlumat elementlərinin və siqnalların köməyi ilə onlar
arasında uyğun
olaraq ötürülən məlumatların əks
etdirilməsinin universal üsuludur. Kod
məlumatı verilmiş söz görünüşündən bir neçə əlifbanın simvollarında təsvir edir. Koddan məlumatın ötürülməsi, işlənməsi və saxlanmasında istifadə olunur. Kodun köməyi
ilə məlumatlar hesablama sistemləri qurğularının işi üçün yararlı formada təqdim edilir. Đstənilən kod öz əlifbasına malik olur. EHM-nin işində proqramların alqoritmik dildə yazılması üçün kodlardan və EHM ilə bilavasitə əlaqədar olan maşın kodlarından istifadə edilir.
– işarələrin (simvolların) köməyi ilə seçilmiş kodlaşdırma metoduna uyğun olaraq, təsnifatlarda təsnifləşdirmə qruplarının və ya
təsnifat obyektlərinin eynimənalı identifikasiyasını təmin etmək üçün onlara kodun verilməsidir. Kodlaşdırma verilmiş obyektlər çoxluğunun formalaşdırılmış təsviri üçün nəzərdə tutulmuşdur ki,
bu da məlumatların səmərəli avtomatlaşdırılmış işlənməsini yerinə yetirməyə imkan verir. Kodlaşdırma prosesinin təsvir edilməsi üçün anlayışların aşağıdakı termin və təriflərindən istifadə edilir. Kod – təsnifləşdirmə qruplarının və (və ya) təsnifat obyektinin qeyd edilməsi üçün qəbul edilmiş işarə və ya işarələr məcmusudur. Kodun sinonimi kimi aşağıdakı anlayışlardan istifadə edilir: kod işarəsi, kod kombinasiyası, obyektin kodu. Kod işarəsi kodlaşdırmanın verilmiş sistemində qəbul edilmiş kodlaşdırma qaydalarına uyğun olaraq yaradılır və işarələrin uzunluğu-sayı (dərəcə) və strukturu – tərkibin şərti işarələri və kodda işarələrin yerləşmə ardıcıllığı ilə xarakterizə olunur. Kodlaşdırma sistemi – verilmiş çoxluğun təsnifləşdirmə qrupunun və təsnifat obyektlərinin kodlaşdırma metod və qaydalarının məcmusudur. Kodun uzunluğu – boşluqlar nəzərə alınmadan, kodda işarələrin sayıdır. Kodun dərəcəsi – işarələrin kodda mövqeyidir. Kodun strukturu - kodda işarələrin tərkibinin və
yerləşmə ardıcıllığının şərti işarələridir. Kod əlifbası – kodun yaradılması üçün qəbul edilmiş işarələr sistemidir. Hərfi kod əlifbası – işarələri adi əlifba hərfləri olan kod əlifbasıdır. Hərfli-rəqəmli kod əlifbası – işarələri adi dillərin əlifbasının hərfləri və rəqəmlərdən ibarət olan kod əlifbasıdır. Rəqəmli kod əlifbası – işarələri rəqəmlər olan kod əlifbasıdır. Kodlaşdırmanın bir neçə növü mövcuddur. Ardıcıl kodlaşdırma metodu – təsnifləşdirmənin iyerarxiya metodu ilə (“Təsnifləşdirmə”yə bax) əldə edilmiş, tabe qrupların ardıcıl yerləşmə kodlarından istifadə etməklə
təsnifləşdirmə qruplarının və ya təsnifat obyektlərinin kodlarının yaradılmasıdır. Paralel kodlaşdırma metodu – təsnifləşdirmənin faset metodu
ilə (“Təsnifləşdirmə”yə bax) əldə edilmiş, müstəqil qrupların kodlarından istifadə etməklə
təsnifləşdirmə qruplarının və ya
təsnifat obyektlərinin kodlarının yaradılmasıdır. Sıra kodlaşdırma metodu – təbii sıra rəqəmlərindən kodun yaradılmasıdır. Seriyalı-sıra kodlaşdırma metodu – natural ədədlərin ayrı-ayrı seriyalarının və ya diapazonlarının eyni əlamətli təsnifat obyektlərinə təhkim edilməsi (qoşulması) yolu ilə təbii rəqəmlərdən kodun yaradılmasıdır
əhalinin siyahıyaalınması və müayinəsi, yaxud demoqrafik hadisələrin cari uçotu zamanı alınan məlumatlara, həmçinin başqa fərdi və ya qrup məlumatlara şərti işarələrin (kodların) verilməsi; onların
hesablama texnikası vasitəsilə qavranmasını, işlənməsini və saxlanmasını təmin edir. Adətən, şərti işarələr rəqəmli koddur, o sorğu vərəqəsində, müşahidə blankında, yaxud digər uçot sənədində sözlə yazılmış hər cavaba verilir. Yeri və vaxtına görə 3 kodlaşdırma üsulu fərqlənir: xüsusi hazırlanmış işçilər tərəfindən insanlarla sorğu prosesini həyata keçirən qeydçilər (siyahıyaalma sayıcıları) tərəfindən; əhalinin siyahıyaalınması, müayinəsi qurtardıqdan sonra, yaxud emal üçün sənədlər daxil olduqca, həmçinin məlumatları sənəddən maqnit informasiya daşıyıcısına heyət EHM köməyi ilə keçiriləndə; birinci ikisinə görə ikinci adlanan avtomatik kodlaşdırma – informasiyanın EHM-də emalı zamanı, bu, qabaqcadan əl ilə siyahı vərəqlərində, müşahidə blanklarında, başqa sənədlərdə, yaxud heyət EHM-lə qoyulmuş kodlar əsasında aparılır. Birinci kodlaşdırma üsulu siyahı vərəqələrində (müşahidə blanklarında, anketlərdə və başqa sənədlərdə) suallara qabaqcadan çap olunmuş cavablar variantlarının və hər variantın kodlarının olması ilə təmin olunur. Sorğu gedişində siyahıyaalma sayıcıları müvafiq cavabın və kodun altından xətt çəkməklə cavab variantını kodlaşdırır. Belə üsul əl ilə kodlaşdırmada daha səmərəlidir, çünki kodlaşdırmanın təşkilinə xüsusi vaxt və vəsait məsrəfi tələb edilmir. Lakin o sualların cavablarını kodlaşdırmaq olar ki, 363
variantlarının sayı nisbətən kiçik olsun və onları siyahı vərəqinin (müşahidə blankının) müvafiq zonasında əvvəlcədən yerləşdirmək mürəkkəb olmasın, məsələn, cins,
nikah vəziyyəti, miqrasiyanın səbəbi, yaşayış evinin tipi və s. Sorğu
zamanı məlumatların siyahıyaalma sayıcıları vasitəsi ilə kodlaşdırılması əksər ölkələrdə ümumi siyahıyaalmalarda geniş tətbiq olunur. Kodlaşdırma qabaqcadan çap olunmuş cavab variantlarının birinin və onun rəqəmli kodunun altından xətt çəkmək yolu ilə aparılır. Đkinci kodlaşdırma üsulu siyahıyaalma sayıcısının sözlə deyilən yazılar əsasında siyahı vərəqində (müşahidə blankında) kodların yazılmasından ibarətdir. O, adətən, daha mürəkkəb suallara qarşı tətbiq olunur,
onlara cavablar variantı müxtəlifliyinə görə lap çox saydadır və siyahı vərəqələrində çap
oluna bilmir
(məsələn, doğulduğu yer, işlədiyi yer, məşğuliyyəti). Kodlaşdırmanın özü
isə mərkəzləşdirilmiş qaydada xüsusi hazırlaşmış heyət tərəfindən yerinə yetirilir. Bu üsul əmək tutumludur, çünki xüsusi vasitələrin: təlimatların, siyahıların, sorğu kitabçalarının, əlifba və sistematik lüğətlərin tətbiqini tələb edir. Əmək tutumu və beləliklə, əl ilə
kodlaşdırmanın keyfiyyəti kodların əhəmiyyətindən (dərəcələrindən) və onların yaxşı yadda saxlanmasından asılıdır. Buna görə də, az əhəmiyyətli, həm də asan yadda qalan kodlar ən çox rast gələn əlamətlərin kəmiyyətinə verilir. Siyahı vərəqində (müşahidə blankında) ya müvafiq suala yazılan cavabın yanında, ya da adətən maşınla oxunan sənədlərdə, sənədin xüsusi zonasında qoyulur. Üçüncü
kodlaşdırma üsulu
siyahıyaalma, müşahidə materiallarının işlənməsi üçün yalnız EHM tətbiq edilməklə mümkündür. Xüsusi alqoritmə müvafiq olaraq, maşın qoyulmuş, yaxud əl ilə
daxil edilmiş
kodlar və
onların uyğunlaşdırılması əsasında avtomatik zəruri törəmə kodlarını formalaşdırır, məsələn, ailə tipinin kodunu ailə başçısına, cinsə, yaşa, hər bir ailə üzvünün nikahda olmasına, həmçinin ailə üzvlərinin sayına verilən kodlar əsasında. Törəmə kodlaşdırma fərdi
məlumatları istənilən əlamətlərin uzunluğu üzrə qruplaşdırmağa imkan verir.
KODLAŞDIRMA (məlumatların işlənmə- sində) – kodların köməyi ilə hesablama texnikası vasitəsilə məlumatların qəbul edilməsi, onların işlənməsi və saxlanması imkanını təmin edən prosesdir; bir kodun simvolu və ya simvollar qrupu ilə, uyğun olaraq, digər kodun simvolları və ya simvollar qrupu qoyulur (müəyyən edilir). EHM ilə işləyərkən daxil olan məlumatlar EHM- də işlənmə və saxlanılma üçün əlverişli formaya gətirilməsi üçün kodlaşdırılır.
– eyni bir vaxt dövrü ərzində müəyyən
demoqrafik hadisələrin (məsələn: təqvim ili ərzində nikaha girmiş şəxslərin sayı; təqvim ilinin bir müddətində ilk övlad dünyaya gətirmiş qadınlar, eyni bir ildə nikahları pozulmuş və ya dul qalmışlar və s.) baş verdiyi insanların məcmusudur. Təqvim dövrünün bir müddətində doğulmuş insanları həm də nəsil adlandırırlar. Koqortanın ayrılması üçün seçilmiş vaxt intervalı (bir və ya bir neçə il) əsas materialın təhlilinin məqsədindən və xüsusiyyətlərindən asılıdır. “Koqorta” termini 1947-ci ildə P.Uelpton tərəfindən uzununa təhlil metodu çərçivəsində tətbiq edilmiş, lakin sonralar universal xarakter almışdır. Müasir demoqrafiyada real (eninə təhlil obyekti) və hipotetik (uzununa təhlil obyekti) koqorta fərqləndirilir. Hər bir koqorta demoqrafik hadisə ilə, onun başlanması ilə insanları koqortada birləşdirir və formalaşmasının təqvim dövrü ilə müəyyən edilir. Bu və ya digər demoqrafik prosesin təsviri
zamanı real
koqortanın formalaşma dövrünün tezliyi ölçülən hadisədən qabaq olan demoqrafik hadisənin başlanması dövrü
hesab olunur. Hipotetik koqortanın formalaşma dövrü tezliyi ölçülən demoqrafik hadisənin başlanması dövrü hesab olunur. Beləliklə, real koqortada insanları koqortada birləşdirən bütün hadisələr təqvim vaxtının müəyyən intervalında baş verir, tezliyi ölçülən mümkün ola bilən sonrakı hadisələr koqortanın formalaşmasının təqvim dövrünə dair vaxta görə gələcəyə uzanır. Məsələn, real nikah koqortasında doğumu təsvir etdikdə, həmin təqvim dövründə nikaha daxil olmuş şəxslərin məcmusu və sonrakı nikahlıq həyatı dövründə bu koqortada hər bir doğuş anına nikahın müddəti üzrə bölüşdürülmüş doğumlar öyrənilir. Bu zaman nikahın müəyyən müddətində doğuşların tezliyi bərabərdir:
τ τ + =
burada W t – t ilində (real nikah koqortanın formalaşmasının təqvim ili) nikaha daxil olan qadınların sayı; τ – nikaha daxil olan anından uşağın doğulması anınadək keçən interval; τ + t N –
t nikahın davamiyyəti τ + t N real koqortada doğuşların sayı. Tezlikləri ölçülən bütün hadisələr hipotetik koqortada təqvim vaxtının müəyyən intervalında baş verir və hipotetik koqortanın formalaşması dövrü hesab olunur; qabaqkı hadisə isə bu dövrə nisbətən vaxta görə keçmişə uzanır. Məsələn, 364
hipotetik nikah koqortasında doğum təsvir olunduqda, müəyyən təqvim dövründə bu dövrdə yaşamış bütün ərdə olan qadınlarda uşağın doğulması anına ( τ ) nikahın müddəti üzrə bölüşdürülmüş bütün doğuşlar öyrənilir. Hipotetik nikah koqortasında doğuşların tezliyi bərabərdir: τ τ
W N f t , = burada
τ ,
N – τ nikah uzunluğunda t təqvim dövründə doğuşların sayı; τ
–
τ nikah
uzunluğunda həmin t təqvim ilində ərdə olan qadınların sayıdır. Koqortada demoqrafik proseslərin təhlili bu və ya digər demoqrafik hadisənin əvvəlki hadisənin başlanması anından keçən vaxt intervalından asılı olaraq,
başlanması tezliyinin ölçülməsinə əsaslanır. Məsələn, müəyyən təqvim dövründə birinci uşağı doğmuş qadınların koqortasında doğumun təhlili birinci doğuşdan sonra keçmiş vaxt intervalından asılı olaraq, ikinci doğuşların tezliyinin ölçülməsinə əsaslanır; doğulma illəri üzrə koqortada ölümün təhlili doğulduğu andan, yəni yaşından keçmiş intervaldan asılı olaraq, ölüm hallarının tezliyinin ölçülməsinə əsaslanır. Koqortada bu və ya digər demoqrafik prosesi xarakterizə edən qarşılıqlı əlaqədə olan sistemi demoqrafik cədvəl təşkil edir.
– rəqəmlər sırasıdır, yaşlaşdıqca ölüm nəticəsində koqortanın azalmasını göstərir. Doğulduğu il üzrə koqorta olduqda, koqorta ölüm cədvəlləri real əhalinin ölüm cədvəlləri ilə üst-üstə düşür.
- əmək şəraitinin (əmək haqqı daxil edilməklə) yaradılması və
dəyişdirilməsi; kollektiv müqavilələrin bağlanması, dəyişdirilməsi və yerinə yetirilməsi; sosial-əmək münasibətləri məsələləri ilə bağlı sazişlər üzrə muzdlu işçilərlə işverən (sahibkar) və ya müəssisə rəhbərliyi arasında tənzimlənməmiş fikir ayrılığıdır. Kollektiv əmək mübahisəsinin həll olunmasının son həddi tətillər hesab edilir. Statistikada tətillə nəticələnmiş kollektiv əmək mübahisələri ayrıca nəzərə alınır. Kollektiv əmək mübahisələri üzrə məlumatlar aşağıdakı əsas göstəriciləri əhatə edir: əmək mübahisələrinin, o cümlədən tənzimlənmiş əmək mübahisələrinin sayı; əmək
mübahisələrində iştirak edən işçilərin sayı; əmək mübahisələrinin baş vermə səbəbləri. Kollektiv əmək mübahisələrinin sayına müəssisə daxilində tənzimlənməmiş və tətildən əvvəl barışıq
qaydalarının aparılması üçün verilmiş; kollektiv müqavilələrin bağlanması, dəyişdirilməsi, əlavələr edilməsi və
ya sosial-əmək münasibətləri məsələləri üzrə işçilərin tələblərinə baxılmasına dair danışıqlarda fikir ayrılığı üzrə protokollaşdırılmış mübahisələr; kollektiv müqavilələrin bağlanması, dəyişdirilməsi və ona əlavələr edilməsi və ya işçilərin sosial-əmək münasibətləri məsələləri üzrə işçilərin tələblərinə baxılmasından imtina nəticəsində yaranan mübahisələr; mitinqlər, yığıncaqlar, sosial-əmək münasibətləri məsələləri üzrə tələblə piketlərdə irəli sürülən tələblərin işverən tərəfindən təmin edilməməsi nəticəsində yaranan mübahisələr daxil edilir. Kollektiv əmək mübahisələrinin sayına mübahisələr, kollektiv müqavilələrin bağlanması, dəyişdirilməsi və ona əlavələr edilməsi və ya işçilərin sosial-əmək münasibətləri məsələləri üzrə tələblərinə baxılması zamanı danışıqlar aparılarkən tətillə nəticələnmiş mübahisələr, həmçinin onların həll edilməsi prosesində tənzimlənən mübahisələr daxil edilmir.
– cəmiyyətə, həm bütün ev təsərrüfatlarına, həm də onun ayrı- ayrı qruplarına pulsuz və ya nominal ödənişlə göstərilən xidmətdir. Kollektiv xidmətlərin buraxılışına şərtilik daxilində həmişə qeyri-bazar xidmətləri sayılan (məsələn, dövlətin, milli müdafiə ilə, məcburi sosial təminatın, ictimai işlə,
həmkarlar ittifaqlarının, dini təşkilatların və s. göstərdiyi xidmətlər), həmçinin əgər istehsal vahidinin vəsaitləri (pul) əsas etibarı ilə (50% və ya daha çox) satışdan deyil, digər mənbələrdən əldə edilərsə (məsələn, məktəb və uşaq bağçaları, elmi- tədqiqat müəssisələri, xəstəxana və klinikalar, peşəkar
assosiasiyalar, həmçinin iqtisadi təşkilatlar, kitabxanalar, dövlət
arxivləri, muzeylər, botanika və zoologiya bağları və s.), qeyri-bazar xidmətləri kimi baxılan xidmətlər daxildir. Kollektiv xidmətlər xidməti göstərən institusional vahidin dövlət sektoruna və ya xüsusi qeyri- kommersiya təşkilatlarına aid olmasından asılı olaraq, dövlətin qeyri-bazar sektorları və ya ev təsərrüfatlarına xidmət
göstərən qeyri-
kommersiya təşkilatları tərəfindən həyata keçirilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling