Referat Plan Atropatena dövlətinin yaranması. Atropatenanın adlandırılması. Atropatenanın paytaxtı


Download 42.59 Kb.
bet1/7
Sana28.12.2022
Hajmi42.59 Kb.
#1017085
TuriReferat
  1   2   3   4   5   6   7
Bog'liq
Az t


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İqtisadiyyat və idarəetmə

İxtisas: T22B
Kurs: 1

Fənn: Azərbaycan tarixi

Mövzu: Atropatena tarixi

Müəllim: Axundova Nigar

Tələbə: Rəvanə Həsənova
Referat


Plan

  1. Atropatena dövlətinin yaranması.

  2. Atropatenanın adlandırılması.

  3. Atropatenanın paytaxtı.

  4. Atropatenanın siyasi tarixinin başlıca məsələləri



Giriş
Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb. آذربایجان) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İranın bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra)

Atropatena.dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniya dövlətinin parçalanmasından sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir.




2500 illik Azərbaycan dövləti- Atropatena
Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E. ə. 328-ci ildə o. Makedoniyalı İsgəndər tərəfindən Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada adlandınlan gələcək Atropatena torpaqlan Makedoniya işğalından xilas oldu. E. ə. 324-cü ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran Atropat qızını İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı çəkilməmişdir, E. ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e. ə. 321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi.

Download 42.59 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling