Referat şöbə: Tibb bacısı (qardaşı) işi Fənn: Tibb bacısı işi
Download 58.59 Kb.
|
Ailə və sağlamlıq, ailənin sosioloji və psixoloji problemləri
- Bu sahifa navigatsiya:
- İstifadə edilmiş ədəbiyyat siyahısı
REFERAT Şöbə:Tibb bacısı (qardaşı) işi Fənn: Tibb bacısı işi Mövzu: Ailə və sağlamlıq, ailənin sosioloji və psixoloji problemləri Tələbə: Mərdanova Sevda Qrup: 226 Müəllim: Axundova Leyla Ailə və sağlamlıq, ailənin sosioloji və psixoloji problemləri Plan: 1)Ailənin sosial psixoloji strukturu. Ailə və onun funksiyaları; 2)Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil.
Ailənin gücü və cazibəsi, mahiyyəti onun sosial birlik, kiçik sosial qrup və sosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailənin bütövlüyü onu təşkil edən cinslərin qarşılıqlı anlaşma mühitində “tək androgen” varlıq yaratması ilə əlaqədardır. Ümumiyyətlə, insanların bu bütövlüyü anlamadan onların birgə yaşaması, hərəkətlərini ümumi maraq naminə həyata keçirmələri qeyri-mümkündür. Yəni, ailə insanın bir deyil, bir çox mühüm tələbatlarının kompleks şəkildə təmin edilməsi üçün yaradılır. Ailə bu xüsusiyyətlərinə görə, digər kiçik qruplardan, birlik və korporasiyalardan fərqlənir və istehsal sahələrində çalışan mütəxəssisləri birləşdirən peşəkar maraqlar kimi, ailəni quran insanları da mövcudluqlarının bütövlüyü birləşdirir. Digər sosial birliklərdən fərqli olaraq, ailə insanın özünüinkişaf və təşkiletmə xüsusiyyətlərini reallaşdırmağa şərait yaradan fiziki və psixi tələbatları akultivasiya edən çoxfunksiyalı keyfiyyətlərinə görə, şəxsi-kollektiv-ictimai maraqları birləşdirmək kimi unikal qabiliyyətə malikdir. 1)Ailə özündə ictimai əlaqələrin bütün sistemlərini - nikah və qohumluq, hüquqi və siyasi, iqtisadi, etnik, psixoloji və emosional - birləşdirir. Məhz, bu amilin sayəsində ailə sosial birliyin ilkin elementi olduğu üçün şəxsiyyət-cəmiyyət münasibətlərinin vasitəçisi qismində çıxış edir. Ailə yeni doğulmuş körpənin sosial normalar və əlaqələr haqqında təsəvvürünün formalaşmasını da həyata keçirir. Ailə, həmçinin, sosial irs qanununun da yaşamasına təsir göstərən ən güclü institutdur. Şəxsiyyətin sosiallaşması həm də valideyn və uşaqların dünyada olduğu müddətdə daimi və uzunmüddətli xarakter daşıyan valideynlik institutunu da möhkəmləndirir, effektini artırır. Bütün bunlarla yanaşı, sosial-ictimai institut kimi ailə bir sıra mühüm funksiyaları da həyata keçirir. Onların sırasında şəxsiyyətin sosiallaşması, mədəni irsin yeni nəslə ötürülməsi, ailə üzvlərinin sosial və emosional müdafiəsi, iqtisadi və təsərrüfat, sosial status, rekreativ, asudəlik və digər funksiyalar var. Bütün bu funksiyalar isə ailənin həqiqətən cəmiyyətin, dövlətin inkişafında müstəsna rol oynadığını sübut edir. Çoxsaylı təriflərin verildiyi ailə hər bir xalqın mədəniyyətinin təməl dəyərlərinin varisliyini təmin edən, hər yeni gələn nəslin böyüdüyü, vətəndaş kimi sosiallaşdığı bənzərsiz sosial institutdur. Bu qisimdə ailə fərdlə cəmiyyət arasında vasitəçi olmaqla sosial proseslərə təsir edən çox ciddi amildir. Ailənin potensialı müasir cəmiyyətdə ciddi dəyişikliklərə məruz qalan əsas funksiyalarını yerinə yetirməsi ilə həyata keçirilir. Əgər bu funksiyaları ailə artıq yerinə yetirə bilmirsə, deməli, dövlətin varlığı ən yaxın gələcəkdə bilavasitə təhlükəyə məruz qala bilər. Ailə və dövlətin ayrılmaz, sıx bağlarla birləşməsi hələ qədim sivilizasiyalarda, müxtəlif ideyalarda əksini tapıb. İstənilən tarixi mərhələdə cəmiyyətdə baş verən bütün dəyişikliklər ailənin nümunəsində bir damla suda olduğu kimi əksini tapan reallıqdır. Fransız yazıçısı Viktor Hüqoya görə, ailə cəmiyyətdə baş verən münasibətlərin əks olunduğu kristaldır. Alman sosioloqu Alfred Adler isə qeyd edib ki, ailə taleyindən bütün bəşər cəmiyyətinin təhlükəsizliyinin asılı olduğu “miniatür cəmiyyətdir”. Dövlətin təməlini sağlam ailə, sağlam nəsil, sağlam xalq/millət təşkil edir. Ümummilli Lider, Azərbaycan xalqının ailə örnəyi, etalon nümunəsini yaradan Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq vurğulayırdı: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Mövcud qənaətə görə, müasir ailə ənənəvi ailədən fərqli olaraq, sosial inqilab proseslərinin nəticəsi olmaqla paralel şəkildə, həm də fasiləsiz təsir və təzyiqlərə məruz qalır. Bununla yanaşı, günümüzdə də ailə ən vacib sosial institut olaraq qalmaqda davam edir. Əsrlər boyu mədəniyyət, dünyagörüşü, dəyər istiqamətləri, ər-arvad münasibətləri, qadınların mövqeyi, valideyn-övlad münasibətləri dəyişikliyə uğrasa da, ailə cəmiyyətin təməlini təşkil edib. Belə vəziyyətdə ailə institutu qərq olduğu “turbulent böhran zolağından” çıxmağa, özünün təbii missiyası və taleyini reallaşdırmaq üçün çətinlikləri kortəbii, spontan dəf etməyə cəhd edir. Müasir reallığın qeyri-müəyyənliyi şəraitində ailə özünü qeyri-müəyyənliyə birtəhər uyğunlaşdırmağa çalışır. Bu proseslər familistik tədqiqatlarda hətta “ailənin öz taleyini-müqəddəratını müəyyən etməsi” adlandırılır. Müasir ailənin “öz müqəddəratını təyin etməsi” ailə üzvlərinin müstəqil qərar verməsində ifadə olunur. XXI əsrdə Azərbaycan ailəsi yeni minillikdə bəşər cəmiyyətinin ən fundamental hərəkətverici qüvvəsinin, elmiinformasiya inqilabının mühərriki hesab edilən, zamanımızın ən böyük sərvəti/ statusu olan dəyərin - insan kapitalının formalaşdırıldığı strateji mühitdir. Sürətli templərlə dəyişən müasir cəmiyyətdə Azərbaycan ailəsi bir tərəfdən cəmiyyətdə dayanıqlı, tarixi zamanın sınağından çıxmış köklü dəyərləri və ənənələri, norma və idealları, təsəvvür və münasibətləri nəsildən-nəslə ötürmək imkanını qoruyub saxlayır. Digər tərəfdən, qloballaşan, sərhədləri davamlı olaraq “şəffaflaşan”, internet mə kanında ümumiyyətlə sərhədlərin mövcud olmadığı radikal dəyişikliklərin əhatəsindədir. Belə şəraitdə ailə təcrid edilmiş, yaxud tam olaraq sabitliyin “adası” qismində, problemsiz mövcud ola bilmir. Beləliklə, ənənəvi ailə modeli çoxşaxəli təsirlərə, obyektiv, xüsusilə də daha çox subyektiv - qlobal mərkəzlərdən yönəldilən manipulyasiya siyasətinin hədəfinə çevrilir. Dövlət müstəqilliyinin bərpa edilməsi ilə Azərbaycan cəmiyyətinin qədəm qoyduğu tamamilə yeni siyasi quruluş, onun sosial strukturunda, sosial münasibətlərində dəyişikliklərin baş verməsinə, tamamilə yeni sosial münasibətlərin formalaşmasına və inkişafına təkan verdi. Cəmiyyətin bütün sosial qurumlarında baş verən bu proseslər ailə institutuna, ailə dəyərlərinə, bütövlükdə sosiallaşma institutları adlanan, gənc nəslin dünyaya gəlməsi və yetişdirilməsi ilə bağlı olan bütün strateji sistemə nüfuz etdi. Dövlətin sosial siyasət kursunun formalaşması, yeni institutların yaradılması və təkmilləşdirilməsi başlanğıcını götürdü. Bununla yanaşı, müstəqillikdən ötən 30 ildə xalqımızın ən vacib mənəvi və əxlaqi milli dəyəri, sərvəti olan Azərbaycan ailəsi nəinki ən etibarlı ənənəvi sosiallaşma institutu, həm də dövlətin inkişafını təmin edən təməl sosial institutlardan biri olaraq mövcud olub. 2)Müasir Azərbaycan cəmiyyətində də ailədaxili münasibətlər, ailə dəyərləri təsəvvürləri dəyişiklikliyə uğrayır, bir sıra institusional funksiya və xüsusiyyətlərin itirilməsi baş verir. Bu dəyişikliklərin məzmunu nədən ibarətdir? Əvvəla insanların şəxsi - karyera, iqtisadi və s. yönlü inkişaf və maraqlarını ailə həyat tərzi ilə müqayisədə üstün tutması artmağa başlayıb. Ailə davranışının, həyat tərzinin fərdi-müstəqil tənzimləmə səylərindən, kollektiv-normativ tənzimləmə meyarlarından önə çıxması aşkar reallıqdır. Ailənin istehlakçı-subyekt xüsusiyyəti getdikcə daha çox artmaqdadır ki, buda kişi və qadınların ailədə rollarının dəyişməsini şərtləndirir. Qloballaşma və informasiya sivilizasiyasının formalaşması ailənin coğrafi və sosial planda daha çevik-mobil bir institut olmasını şərtləndirib. XXI əsrin əvvəllərinə qədər ailə institutu inkişafın bir neçə - patriarxal və ya ənənəvi, uşaq mərkəzli və ya müasir (modern) mərhələlərindən keçib, hazırda postmodern, eyni zamanda natamam və nikahdankənar çoxsaylı alternativ ailə-nikah modelinə doğru yön alıb. Hazırda kişi və qadınların ailə dəyərləri və ailənin strukturu, funksiyaları və s. ilə bağlı dünyagörüşünün dərin transformasiyası baş verir. Bu da müasir ailənin mənəvi təməllərində və potensialında dərin böhranla müşayiət olunan dəyişikliklərdə özünü büruzə verir. Ailə sosiologiyasının təməli fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur. Fr.Le-Ple cəmiyyəti müşahidə etdikdə ailəni cəmiyyətin özəyi və sadə modeli kimi qəbul edirdi. Onun fikirləri Kont’un ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi. Ailənin sosial psixoloji təhlili dedikdə onun sosial cəmiyyətdə necə bir yer tutduğu, onun psixologiyası, sosial cəmiyyətdə necə davrandığı, övladına verdiyi tərbiyə nəzərdə tutlur. Əgər biz cəmiyyətdən danışacağıqsa bu kiçik cəmiyyətin (ailənin) rolu danılmazdır. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəmidir. Bəs ailə qavramı psixologiyada necə təhlil edilir? Ailənin psixoloji təhlilini aparaq; ata – ana, valideyn – övlad münasibətlərini araşdıraq. Ailə insanlığın, bəşəriyyətin davamı üçün vacib bir qurumdur. Və bu qədər vacib bir yerə sahib olan bu kiçik cəmiyyətin psixoloji sağlam olması önəmli faktorlardandır. Bəs niyə? Əgər bəşəriyyətə faydalı şəxsiyyətlər yetişdirmək istəyiriksə bunların təməlinin qoyulduğu yerə – ailəyə baxmalıyıq. Ailənin funksiyalarına nəzər yetirək: 1.Reproduktiv funksiya- sonrakı uşaqların doğulması ilə cinsi əlaqələrin qurulmasını əhatə edir. 2.İqtisadi funksiya – maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə büdcəsinin qaydaya salınması və s. missal göstərilir. 3.Yenidənqurma funksiyası – ailə mühiti sağlamlaşdırıcı, bərpaedici təsirə malikdir. Bu cəhətin qorunub saxlanmasıdır. 4.Tərbiyə və təhsil funksiyası -uşaqların layiqli əxlaqi və psixoloji inkişafının həyata keçirilməsidir. Ailə qurulduğu ilk andan etibarən bu funksiyaların icra edilməsi, hər kəsin üzərinə düşən öhdəliyi sahiblənməsi vacibdir. Övlad dünyaya gəldiyi zaman isə onların təlim və tərbiyəsi ilə məşğul olmaq lazım gəlir. Ata-ana münasibətlərinin rolu uşağın inkişafında danılmazdır. Və bu rol daha çox psixoloji inkişafına təsir göstərir. Sırf buna görə də, valideynlər gələcəyə bir şəxsiyyət yetişdirdiklərini unutmamalıdır. 0-7 yaş aralığında yəni xarakterin təməlinin qoyulduğu bu dövrdə valideynlər böyük rola sahibdir. Bu dünya haqqında heç bir məlumata sahib deyillər və hətta yuxudan belə qorxub ayılan o məsum körpələri hər şeylə tanış edən, onların ilk gülümsədiyi varlıqlar valideynləridir. Valideynlərin övladlarına verdiyi təlim-tərbiyə qədər vacib isə ata-ana arasındakı münasibətdir. Aralarında problem olan və bunu həll edə bilməyən, hər dəfə dava-dalaşın olduğu amma uşaqlarına daim gülümsəyən, hər ehtiyacını qarşılayan bir cütlük düşünün. Onlar həqiqətən də övladlarının hər ehtiyacını qarşılamış olurlar mı? Bu ailədə uşaq nə qədər xoşbəxt və cəmiyyətə, özünə faydalıdır? Bəli. Uşağın ən təbii və ən gərəkli ehtiyacı sevgidir. Yalnız valideynlərin verdiyi sevgi deyil, cütlüklər arasında olan bağ da uşağın inkişafına təsir edən ən önəmli ünsürdür. Valideynlik övladın qida ilə bədəni doyurmaq deyil, eyni zamanda sevgi ilə ruhunu doyurmaqdır. Unutmamalıyıq ki, heç bir uşaq dünyaya hər hansısa bir şəxsiyyət pozuntusu ilə gəlməz. Bəli… Uşaq biraz artıq səs tonundan belə travma ala bilər. Və bu travma daha pis nəticələrə gətirib çıxara bilər. Valideyn heç fərqində belə olmadan da övladı davranış pozuntusuna sahib ola bilər. Bunlara səbəb cütlüklərin valideynlərindən gördüyü tərbiyə metodunu tətbiq etmələri, müəyyən qədər bu mövzularda məlumata sahib olmamalarıdır. Valideyn –övlad münasibəti hər zaman qədərini qorumalıdır. Yəni yeri gələndə övladla dost, yeri gələndə isə ata(ana) olmaq lazımdır. Uşağa bu güvən hissi verilməlidir ki, gələcəkdə nə iləsə problem yaşasa, vacib qərarlar almalı olsa valideynlə məsləhətləşməyi, valideynin onu anlayacağını düşünsün. Uşağa da bir şəxsiyyət kimi davranılmalıdır. Fikirlərinə, arzularına, xəyallarına hörmət edilməlidir. Onları anlamalı, onlara lazımi qədər sevgi verilməlidir ki, gələcəkdə oda insanları anlasın, empati qura bilsin, onlara sevgi ilə yanaşsın. Ancaq bu zaman özgüvənli, ətrafına faydalı, vicdanlı, məsuliyyətli bir şəxsiyyət yetişəcək. Unutmayaq ki, sevginin sağaltmayacağı yara, gözəlləşdirməyəcəyi qəlb yoxdur. Ailə hər bir övlad üçün, eyni zamanda ata-ana üçün sağlamlaşdırıcı və terapiya qədər güclü təsirə malik olmalıdır. Ailə kiçik cəmiyyət olsa da, onların toplusu bütün dünyadır. Ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir. Bu baxımdan, ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Ailə- daxili münasibətləri təhlil etmək üçün ilk növbədə bu münasibətlərin psixoloji mahiyyətini, ona təsir edən amilləri araşdırmaq lazımdı. Ailə cəmiyyətdə formalaşır və onun başlıca özəyini təşkil edir. Ailənin ümumi sosioloji inkişaf qanuna- uyğunluqları da məhz cəmiyyətlə bağlıdır. Ailə ictimai tarixi hadisədir. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə şərtlənir. Ailə – cəmiyyətin təməl bir vahididir. Cəmiyyətdə dəyişikliklər baş verdikcə, bu ailəyədə təsir göstərir, ailədə dəyişir və inkişaf edir. Ailə kiçik sosial qrup olmasına baxmayaraq çox mürəkkəbdir. Ailənin öyrənilməsi həmişə aktual mövzu olmuşdur. Etnoqrafik tədqiqatlara görə insanları 3 dövrə ayırmaq mümkündür: vəhşilik, varvarlıq və sivilizasiya və bu dövrlərin hər birinin özünəməxsus davranışları, münasibətləri və ailə formaları mövcud idi. Ailə mövzusu ümumiyyətlə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemi hesab olunur. Ailə ən vacib sosial dəyərdir. Cəmiyyətin hər bir üzvü, sosial statusundan, etnik mənsubiyyətindən, əmlakından və maddi vəziyyətindən əlavə, doğulduğu andan həyatın sonuna qədər ailə və ailə vəziyyəti kimi bir xüsusiyyətə malikdir.İstənilən ailənin əsasını müəyyən bir nikah cütlüyü, obrazlı şəkildə deyilsə, bir kişi ilə bir qadın arasında özünəməxsus şəkildə yaranan ittifaq təşkil edir. Mütəfəkkirlər cəmiyyəti insanların qarşılıqlı təsirinin məhsulu hesab edərək göstərirdilər ki, cəmiyyət fərdlərdən ibarət deyil; bu fərdlərin arasında mövcud olan rabitə və münasibətlərin məcmusunu ifadə edir. Ailə də belədir. Onun mahiyyəti ailə münasibətləri ilə ölçülür. Lakin ailə münasibətlərini yalnız ər- arvad münasibəti kimi başa düşmək olmaz. Ərlə-arvad arasına münasibətlər ailə münasibətlərinin ancaq bir tərəfini ifadə edir. Ailənin çox mühüm sahəsi valideynlərlə övlad arasındakı münasibətlərlə bağlıdır. Mütəfəkkirlər: ailə, ər-arvad, valideynlər və uşaqlar arasındakı münasibətdən ibarətdir. Ailə bir çox emlərin tədqiqat obyektidir – sosiologiya, iqtisadiyyat, hüquq, etnoqrafiya, psixologiya, demoqrafiya, pedaqogika və s. Bu elmlərin hər biri öz predmetinə uyğun olaraq ailəni müxtəlif tərəflərdən öyrənir. İqtisadiyyat – ailənin istehlak aspektlərini və onun maddi faydasının və xidmətinin istehsalda iştirakını öyrənir. Etnoqrafiya – müxtəlif etnik xüsusiyyətlərə malik ailənin həyat tərzini öyrənir. Demoqrafiya – nəsil artırmada ailənin rolu. Pedaqogika – tərbiyə bacarıqlarını öyrənir. Ailə münasibətlərinin psixologiyası ailə- daxili münasibətləri, ailədə şəxsiyyətlərarası münasibətləri öyrənir. Azərbaycan cəmiyyətində baş verən köklü, əsaslı dəyişikliklər həyat və fəaliyyətin bütün sahələrinə, o cümlədən ailədaxili münasibətlərin formalaşmasına ciddi şəkildə təsir göstərmişdir və təsir göstərməkdə davam edir. Bunun isə bir sıra sosial-psixoloji əsasları vardır. Cəmiyyət həyatında baş verən dəyişikliklər, iqtisadi-siyasi sistemin dəyişməsi bir tərəfdən özünü sosial, hüquqi təsirini göstərirsə, digər tərəfdən də mənəvi əxlaqi dəyişikliklərə səbəb olur. Cəmiyyət həyatında baş verən dəyişikliklər, insanlardan bir tərəfdən dünya dövlətlərinə inteqrasiyanı tələb edirsə, digər tərəfdən də milli xüsusiyyətlərimizin, adət-ənənələrin qorunmasını, inkişaf etdirilməsini tələb edir. Bütün bunlar həm ayrı-ayrı şəxslərin həyat və düşüncə tərzinə təsir göstərir, həm də bütövlükdə ailə həyatına, ailədaxili münasibətlərə təsir göstərir. Lakin insanlar cəmiyyət həyatında baş verən belə dəyişikliyə psi xoloji baxımdan hazır deyillər və bu hal cəmiyyətdə, eləcə də ailələrdə bir sıra problemin yaranmasına səbəb oldu. İnsanlar obyektiv təsirləri özlərinin subyektiv baxışları əsasında qavrayırlar. Ailədaxili münasibətlər problemini biz də məhz sistem yanaşma mövqeyindən tədqiq etməyi qarşıya məqsəd qoymuşuq. Odur ki, “sistem yanaşma” və “sistem” anlayışları ilə əlaqadar bəzi cəhətləri nəzərdən keçirmək zəruridir. Nəticə Ailə, ailədaxili münasibətlər problemi bütün dövrlərdə müxtəlif ölkələrdə, müxtəlif ixtisas sahiblərinin daim diqqət mərkəzində olan problemlərdəndir. Bu, təsadüfi deyildir. Çünki ailə cəmiyyətin əsası kimi çox vacib olan bir sıra sosial funksiyaları həyata keçirir. Həmin funksiyaların yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi cəmiyyətin özünün mövcudluğu üçün böyük təhlükələr yaradır. Bu funksiyaların yerinə yetirilməsi nəinki iqtisadi, sosial-demo qrafik, etik, hüquqi, pedaqoji, həm də psixoloji əsaslara istinad edir. Ailənin çoxcəhətli, çoxaspektli və mürəkkəb təbiətə malik olması ilə bərabər, bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, qeyd edilən əsaslar nəinki müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlər, xalqlar, millətlər, etnoslar üçün, hətta eyni bir dövrdə, eyni bir millətin daxilində yaşayan etnoslar üçün məx- susi cəhətlərə malikdir. Yəni ailə- daxili münasibətlərin öyrənilməsi zamanı nəzərə almaq lazımdır ki, burda bütün cəmiyyətlər üçün həm ümumi, həm də xüsusi olan vacib məqamlar vardır. Problemin məhz bu cəhəti onun öyrənilməsinin bütün dövrlər üçün aktual olmasını şərtləndirir. Bu, bir tərəfdən, ailənin iqtisadi, hüquqi, sosial-demoqrafik və s. əsas- larda təzahür edən fərqli cəhətləri ilə əlaqədardırsa, digər tərəfdən, sosial- psixoloji planda, xüsusən hər bir xalqın, millətin, etnosun adət-ənənələri, streotip və yönümləri, sərvət meyil- ləri, sosial davranış normaları sfera- sında özünü büruzə verən fərqli xüsusiyyətlərlə bağlıdır. Bəzən ailənin yuxarıda qeyd etdiyimiz əsaslarından hər hansı biri müxtəlif dövrlərdə həmin etnosun nümayəndələri üçün fərqli sosial-psixoloji məna kəsb edir, fərqli yönümdə dəyərləndirilir. Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillər: iqtisadi amil – işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması; asosial amil – ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat sürməsi; psixoloji amil – ailədə zorakılıq, aqresivlik, hədsiz qısqanclıq və s.; tibbi amil – xroniki zöhrəvi və infeksiyalı xəstəlik, psixi və seksual pozuntu; pedaqoji amil – mənəvi dəyərlərdə dünya görüşü məs. uşaqların tərbiyəsinə münasibət. Ailə münasibətlərində baş verən digər bir dəyişiklik ənənəvi ailə mü- nasibətlərinin eqolitar – ailədə ər və arvadın sosial-iqtisadi funksiyalarının bərabərləşməsi sferasına transformasiyası ilə bağlıdır. Əgər əvvəllər ailənin idarəsi kişiyə məxsusidisə, indi bu idarəçilik müəyyən qədər ər-arvad arasında bölünür. Tədqiqatlar göstərir ki, sosial-iqtisadi təminatı yüksək olmayan ailələrdə münasibətlərdə də problem yaranır. Bu, özünü ilk növbədə ər-arvad münasibətlərində, onların vasitəsiylə övlada münasibətdə öz əksini tapır. Problemli, xüsusilə qeyri-sabit ailələrdə maddi vəziyyətin çətinliyi dağıdıcı faktora çevrilir. Sabit ailələrdə də bu amil özünü göstərir, lakin qeyri-sabit ailələrdən fərqli olaraq bu dağıdıcı amilə çevrilmir. Burda ər-arvadın bir birini başa düşməsi, qarşılıqlı adaptasiya öz təsirini göstərir. Bu, daha çox psixoloji problemlər formasında təzahür edir. Daha çox isə ər-arvad hər ikisinin və ya onlardan birinin dözülməz xarakteri ilə bağlı olur. Yuxarda deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, hər ailədə ailədaxili münasibətlər müxtəlif cür qurulur. Ailə münasibətlərində ailə həyatı ilə bağlı kişi və qadınların yanaşmalarında da fərqlər mövcuddur. Ailədəki münasibətlər ərlə-arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. İstifadə edilmiş ədəbiyyat siyahısı: Qurbanova L.M. Ailənin psixoloji problemləri və həlli yolları. Bakı: Bilik, 2012, 232 s. Çələbiyev N.Z. Ailə psixologiyası. Bakı, Mütərcim, 2015, 422 s. Download 58.59 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling