SƏmayə MƏMMƏD qızı mustafayeva


ABŞ Ronald Reyqanın prezidentliyi dövründə


Download 4.51 Kb.
Pdf просмотр
bet9/24
Sana12.05.2017
Hajmi4.51 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

ABŞ Ronald Reyqanın prezidentliyi dövründə  
(1980-1988-ci illər). 
 
 1980-ci ildə ABŞ-ı yenidən iqtisadi böhran bürüdü. Ölkə 
daxilində sağ neomühafizəkar qüvvələr fəallaşdılar. Karter 
komandasına etiabar azaldı. 1979-cu ildə prezidentin təcrid olunması 
prosesi daha da gücləndi. İnzibati dairənin bir çox nüfuzlu xadimləri 
istefaya getdilər.  
1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri 
demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların 
əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş verdi. Sağ respublikaçılar 
dairəsinə mənsub olan, məşhur aktyor, gözəl natiq, hələ 1964-cü ildə 
Qolduoteri müdafiə etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ 
tarixində    ən populyar prezident kimi tanınan Ronald Reyqan bu 
vəzifəyə seçildi. Reyqanın fəaliyyətində özünə  məxsus cəhətlərdən 
biri onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı bacarması 

 
127 
idi. Reyqanın dövründə ABŞ-da universal dövlət yaradılmış oldu. 
Bütün bunlara görə o tarixə böyük kommuniator kimi daxil oldu.Xalq 
onu «böyük ünsiyyət ustası» adlandırırdı. 
Yeni iqtisadi böhran 1982-ci ilə  qədər davam etdi. Sənaye 
məhsulu istehsalı 1979-cu illə müqayisədə 1980-ci ildə 3,6% aşağı 
düşdü. 1982-ci ildə isə bu rəqəm 8,2% oldu. Böhrandan 
avtomobilqayırma, qara metallurgiya, sənayenin digər qabaqcıl 
sahələri zərər çəkdilər. Böhran kənd təsərrüfatına və qeyri-istehsal 
sahələrinə  də toxundu. Ölkədə 12 milyon işsiz var idi. ABŞ ancaq 
1983-cü ildə iqtisadi böhrandan çıxmağa başladı. Həmin ilin 
payızında sənayedə artım 6,6% oldu. Reyqan fəaliyyətində 
«mühafizəkar inqilab» xəttini götürdü. Reyqan inzibati idarəsi daxili 
siyasət sahəsində bütün diqqətini ölkənin iqtisadi böhrandan 
çıxarmağa verdi. Bu sahədə ilk addım 1981-ci ilin avqustunda 
konqres tərəfindən bəyənilmiş vergi islahatı idi. Reyqanın dövründə 
şəxsi vergilər 5%-dən 20%-ə  qədər azaldıldı.1980-1982-ci illərdəki 
energetika böhranından sonra Reyqan xaricdən gətirilən neft üzərində 
hökümət nəzarətini aradan götürdü. Neft və neft məhsullarının 
qiyməti 20 % qalxdı. Bu isə ölkədə neftin sərbəst satışını  təmin 
etməyə imkan verdi. Bir sözlə, Reyqan istehsalın texnoloji struktur 
baxımdan yenidən qurulmasını  təmin etdi. Sosial xərclər 54%-dən 
təxminən 48%-ə endirildi. Onun dövründə ölkədə trans- milli 
korporasiyaların mövqeyi gücləndi.  ABŞ-da bu illərdə ümumi 
məhsul istehsalı xeyli artdı.  (Ümumi məhsul dedikdə ölkənin həm 
daxilində, həm də  həmin ölkənin başqa ölkələrdəki müəssisələrində 
istehsal edilən məhsul nəzərdə tutulur). Reyqanın dövründə 
inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirildi. 
Onun hakimiyyətdə olduğu 8 il ərzində inflyasiya 2%-ə endi. 13 
milyon iş yeri açıldı. Məşğulluq problemi həll edilmiş oldu Reyqanın 
görduyu bu tədbirlər «Reyqanomika», yəni Reyqan iqtisadiyyatı kimi 
tarixə düşdü. 1984-cü ildə xalq onu yenidən prezident seçdi. Xalq 
artıq onu «tefton prezident» adlandırırdı. 
1970-ci illərin sonundan etibarən ABŞ-da iqtisadiyyatın uzun 
sürən struktur-texnoloji yenidən qurulması başlandı. Bu 
yenidənqurmanın mahiyyəti istehsalatın elmi-texniki tərəqqi 
sahəsində  ən yeni nailiyyətlərinin tətbiqi ilə texniki cəhətdən  əsaslı 
surətdə yenidən təchiz etmək idi. İstehsalın yenidən qurulması üzrə 
iri proqramların məqsədi keyfiyyətcə daha yüksək  əmək 
 
128
məhsuldarlığına, defisit xammal növlərinə  qənaətə nail olmaq, 
yanacaq enerji-balansını  əsaslı surətdə yaxşılaşdırmaq idi. 
Avtomatlaşdırılmış sistemlərin, sənaye robotlarının, lazer texnikası 
və texnologiyasının geniş  tətbiqi metallurgiya, maşınqayırma, 
avtomobilqayırma və digər aparıcı istehsal sahələri üçün səciyyəvi 
idi. Radioelektron, aerokosmik, cihazqayırma və s. bu kimi elm 
tutumlu sahələr sürətlə inkişaf edirdi. Mikroprosessor 
texnologiyasından istifadənin miqyası getdikcə genişlənirdi. 1987-ci 
ildə EHM-nin sayı  20 milyon ədəddən artıq ( o cümlədən 19 milyon 
personal komputer )  olmuşdur. 
Prezident Ronald Reyqan hökuməti iri kapitalın mənafeyinə 
xidmət edərək inflyasiyanı cilovlamaq və iqtisadiyyatı yenidən 
qurmaq, ABŞ-ın dünya bazarında rəqabət mövqeyini gücləndirmək 
siyasəti yeritməyə başladı. «Reyqanomika» ( yəni Reyqan 
iqtisadiyyatı) adı almış  və proqram milli gəlirin iri kapitalın və 
əhalinin varlı  təbəqələrinin xeyrinə sonrakı yenidən bölgüsünə  və 
burada fəhlə sinfinin payının azalmasına gətirib çıxardı. Sosial 
xərclər azaldıldı. Eyni zamanda hərbi təxsisatlar getdikcə artırıldı. 
Lakin elmi-texniki inqilabın inkişafı  və hökumətin biznesi 
təşviq etmə proqramı iqtisadiyyatın inkişafının mövcud qeyri-
stabilliyini aradan qaldıra bilmədi.  İqtisadiyyatın struktur- texnoloji 
baxımdan yenidən qurulması bir sıra müəssisələrin bağlanması, iş 
yerlərinin ləğv edilməsi, işsizliyin  artması ilə müşayiət olundu. 
1980-1983-cü illərdə ABŞ-da istehsal növbəti dəfə azaldı  və yalnız 
sonrakı illərdə sənaye yüksəlişi başladı. 
ABŞ üçün istehsalın və kapitalın, o cümlədən bank işinin, 
yüksək dərəcədə  təmərgüzləşməsi maliyyə oliqarxiyasının təzyiq 
göstərməsi ilə  səciyyələndirdi. 200 iri korporasiya ölkənin sənaye 
istehsalının təxminən yarısına nəzarət edir. 
80-ci illərdə    Cənub  və    Cənub-Qərb  ştatlarının sənaye 
cəhətdən coşğun inkişafı ilə əlaqədar olaraq inhisarçı kapitalın Texas 
və Koliforniya qruplarının xüsusi çəkisi artmışdı. Eyni zamanda 
onların və maliyyə burjuaziyasının köhnə qrupları arasında 
iqtisadiyyatın və siyasətə nəzarət uğrunda mübarizə kəskinləşmişdi. 
Kapitalist ölkələrini və inkişafda olan ölkələri geniş miqyasda 
istismar edən Amerika transmilli korporasiyasının fəaliyyəti böyük 
vüsət almışdı. 80-ci illərin birinci yarısında Qərb ölkələrindəki 50 iri 
transmilli korporasiyalardan 24-ü Amerika kapitalına məxsus olmuş, 

 
129 
bütün xalis mənfəətin 2/3-dən çoxu onun payına düşmüşdür. 
Amerika transmilli korporasiyalarının xarici ölkələrdəki müəssisələri 
AFR, Fransa, yaxud İngiltərədən çox məhsul buraxırdı. 
Məlumdur ki, ABŞ-da hərbi sənaye kompleksi 60-cı illərdə 
təşəkkül etmişdir. Həmin kompleksə silah istehsal edən inhisarlar, 
generalitetin yuxarı  təbəqələri, dövlət-hökumət bürokratiyasının bir 
hissəsi, Amerika imperializminin ideoloji aparatı,  
militaristləşdirilmiş elm daxildir. Bu qüvvələr birlikdə  hərbi məhsul 
istehsalının artırılmasında və  təcavüzkar siyasətin həyata 
keçirilməsində başlıca vasitə idi. 
80-ci illərdə Hərbi sənaye kompleksinin əsasını silah istehsalını 
inhisara alan iri hərbi-sənaye firmaları  təşkil  едирди. Hərbi 
sifarişçilərin 2/3 hissəsini Pentaqonun 100 əsas podratçısı alırды. Bu 
sifarişlərin yerinə yetirilməsindən gələn mənfəət mülki istehsalat-
dakına nisbətən 2-3 dəfə yüksək idi. Hərbi istehsalın artırılması milli 
sərvətin Amerika xalqının mənafeyinə yad olan qeyri-məhsuldar 
məqsədlərə sərf edilməsi demək idi. Hərbi xərclər hər il artırılırdı. 
İstehsalın militaristləşdirilməsi iqtisadi qeyri-sabitliyi artırır, 
maliyyə disproporsiyası yaradırdı. Məsələn, hərbi xərclərin daim 
artırılması  nəticəsində ABŞ-ın dövlət büdcə  kəsiri 1986-cı ildə 220 
milyard dollardan artıq olmuş, dövlət borcu 2 trilyon dollar 
astronomik məbləği keçmişdi. 
Hərbi-sənaye inhisarların nümayəndələri dövlə departamenti  
və Konqresdə ABŞ siyasətinin formalaşdırılmasında mühüm rol 
oynayırdı. Hərbi sənaye, Pentaqon və icraiyyə hakimiyyəti arasında 
bütün səviyyələrdə daim kadr mübadiləsi praktikası yaranmışdır. 
Reyqanın dövründə senatda təhlükəsizlik və terrorizmə qarşı 
mübarizə aparmaq üçün xüsusi komissiya yaradıldı. Bu dövrdə 
xüsusi diqqət yetirilən sahələrdən biri də xidmət sahəsinin inkişafı 
idi. Məşğulluğun artmasının  əsas mənbəyinin biri bu, digəri isə 
hərbiləşdirmənin sürətləndirilməsi idi. 80-ci illərdə ABŞ transmilli 
korporasiyalarının xarici ölkələrdəki müəssisələri AFR, Fransa və ya 
İngiltərənin istehsal etdiyi məhsuldan daha çox məhsul buraxırdı. 
ABŞ dövlət-inhisarçı kapitalizminin bu dövrdə ən mühüm əlamətləri 
kredit, borc vermək və digər kapital ixracı formalırı idi. 80-ci illərdə 
ölkəyə mühacirət edənlərin sayı xeyli artdı. ABŞ-a Asiya və Latın 
Amerikasından axın gücləndi. 80-cı ildə  təkcə Vyetnamdan buraya 
800 minə qədər  adam gəldi.  
 
130
Muzdlu işçilərin 75%-i qeyri-maddi istehsal sahələrində 
çalışırdı  və bu işçilər içərisində 44%-ini qadınlar təşkil edirdi. 
Cəmiyyətin «avara» adamları hesab edilən aktyorların, jurnalistlərin 
vəziyyəti yaxşılaşdı. Onlar cəmiyyətdə öz yerlərini tutdular. ABŞ-da 
artıq kompüterlərin kütləvi istehsalı sürətləndi. Onların sayı 20 
milyonu ötüb keçdi. Bu zaman ABŞ cəmiyyətini varlılar, orta sinfin 
üç təbəqəsi,  yoxsullar, dilənçilər, evsizlər kimi sosial qruplara 
bölmək olardı. 
Bu qruplar arasında gəlirlərin və  yığılmış  sərvətlərin 
səviyyəsinə görə böyük fərq var idi. 80-cı illərdə yüksək 
təminatlıların sayı artdı. Ailələrin böyük əksəriyyəti orta rifaha malik 
qrupa aid edildi. Bir çox amerikalılar müxtəlif kampaniyaların 
səhmlərini əllərində cəmləşdirərək əmək haqlarından başqa, kollektiv 
mülkiyyətdən də hər il gəlir əldə edirdilər. 
Renald Reyqanın respublikaçı hökuməti iqtisadiyyatın 
inkişafına kömək etməyə, inflyasiyanın qarşısını almağa və sabitliyi 
təmin etməyə çalışaraq, dövlətin iqitsadiyyata qarışmasını 
məhdudlaşdırmaq yolunu götürdü. 80-cı illərdə  gəlir vergisinin və 
mənfəətə görə verginin norması  əhəmiyyətli dərəcədə azaldıldı, 
kapital qoyuluşu üçün vergi güzəştləri edildi. Dövlət biznesin bir çox 
növlərini nizama salmaqdan imtina etdi, trest əleyhinə qanunçuluğun 
tətbiqi sahəsini kəskin surətdə ixtisara saldı,  şəxsi təşəbbüs üçün 
əlverişli şərait yaratdı. Korporasiyaların gəlirləri görünməmiş şəkildə 
artdı. Eyni zamanda sosial proqramlar azaldıldı  və bu proqramlar 
qismən hissə-hissə ştatlara və yerli orqanlara verildi. 
«Reyqanomika»  şəraitində Amerika sənayesi elmi-texniki 
tərəqqinin  ən müasir nailiyyətlərini səmərəli surətdə  tətbiq edirdi. 
Onun beynəlxalq miqyasda rəqabətə davamlılığı artdı.  İşsizliyin və 
inflyasiyanın səviyyəsi aşağı düşdü. Bu, istehlak tələbatının 
artmasına səbəb oldu. Bu nəticələrə 
hərbiləşdirmənin 
sürətləndirilməsi şəraitində, daxili və xarici borcun çox böyük ölçüdə 
artması hesabına nail olunmuşdu. 
80-ci illərin ikinci yarısından başlayaraq ABŞ iqtisadiyyatına 
xarici kapital axını güclənməyə başladı. Bu, başlıca olaraq qiymətli 
dövlət kağızlarının, bank əmanətlərinin qoyulmasından,  şəxsi 
kompaniyaların səhmlərinin  əldə edilməsindən, müstəqil kapital 
qoyuluşundan ibarət idi. Sabitliyə və yüksək mənfəətə ümid bəsləyən 
Böyük Britaniya, Niderland, Yaponiya, Kanada, AFR daha çox 

 
131 
fəallıq göstərirlər. 80-ci illərin axırına yaxın xarici kapital qoyuluşu 
Amerikanın xarici aktivlərini 0,5 trln. Dollar ötüb keçdi. ABŞ borclu 
ölkə oldu. Xarici firmalar daha çox Amerikanın emaledici sənayesinə 
və müasir elmtutumlu sahələrinə geniş yayılmağa başladı. Xarici 
kapital Amerika iqtisadiyyatında  əsaslı keyfiyyət dəyişiklikləri 
edilməsinə, onun beynəlxalq kooperasiyada və elmi-texniki 
mübadilədə  iştirakına kömək edir. Bu, ABŞ-ın daha açıq tipli 
təsərrüfatı keçdiyini göstərir. 
Eyni zamanda xarici ticarətin müvazinətsizliyi saxlanır: ABŞ-
ın idxalı ixracını  əhəmiyyətli dərəcədə üstələyir. Yaponiya ilə 
ticarətdə fərqin onun xeyrinə xeyli artması xüsusilə diqqəti cəlb edir. 
Federal büdcə defisiti böyük problem idi. Bu, Reyqan 
idarəsindən qalan miras idi. O zaman 8 il ərzində  hərbi məqsədlər 
üçün 2,5 trln. Dollar xərclənmişdi. Dünyada baş verən dəyişikliklər 
və bir sıra hərbi proqramların ixtisarı Pentaqona büdcəsini azaltmaq 
üçün  əlverişli  şərait yaratdı. Lakin silahların müasirləşdirilməsi və 
yeni silah növlərinin yaradılması davam etdirilir. 
Demoarktik partiyası uzun zaman ABŞ-ın  Ən nüfuzlu və 
kütləvi partiyası olub. Bu partiya sosial manevr etməyi yaxşı 
bacarırdı. 60-cı illərin ikinci yarısından başlayaraq o, uzunmüddətli 
böhran vəziyyətinə düşdü. Buna səbəb ölkədəki sosial fəlakətlər, 
ABŞ-ın Vyetnamda təcavüzü və sosial-iqtisadi tənzimləmənin 
səriştəsizliyi idi. Altı prezident seçkisindən (1968-1988) beşində 
demokratlar məğlub oldular. Orta təbəqədən olan seçicilərin 
uzaqlaşması  və aztəminatlı seçicilərin süstlüyü hesabına onların 
sosial bazası daraldı. Partiya ideya-siyasi istiqamətini dəyişdirmək və 
yeni uzunmüddətli proqram axtarışı perspektivi qarşısında qaldı. 
İri kapitalın köməyindən istifadə etməsinə baxmayaraq 
respublikaçılar partiyası uzun müddət azlığın partiyası olaraq qalırdı. 
60-cı illərin axırından etibarən partiyanın rəhbərliyi özünün siyasi 
strategiyasını seçicilərin kütləvi bazasını yaratmağa yönəltdi. 70-ci 
illərin ikinci yarısında ABŞ-da yeni siyasi dövr başlandı – 
mühafizəkar sağların üstünlüyü, respublikaçılar partiyasının 
hakimiyyətə  gətirilməsi ilə başlanan bir dövr. Onların proqramı 
dövlətin iqtisadi və sosial tənzimləmədəki rolunu məhdudlaşdırmağı, 
«böyük biznesin» mövqeyinin möhkəmləndirilməsi üçün əlverişli 
şərait yaradılmasını, «güclü Amerikanın bərpasını» tələb edirdi. 
1983-1984-cü illərdə özünün zirvəsinə çatmış «reyqanizm» bu 
 
132
kursun təcəssümü oldu, sonra mühafizəkar dalğa tədricən enməyə, 
Amerikanın siyasi həyatında mərkəzə doğru hərəkət etmək meyli 
üstünlük qazanmağa başladı. 
80-ci illərdə dövlətin sosial siyasətinə mühafizəkar mbvqedən 
yeni baxış meydana çıxdı. Reyqan idarəsi sosial bərabərsizliyi 
yumşaltmaq və böyük sosial ədalətə nail olmaq üçün dövlətin 
məsuliyyət daşıması ideyasını rədd tdi. Bu çoxlu sosial proqramlara 
çəkilən xərclərin ixtisar edilməsinə  və kasıbların, gəliri yoxsulluq 
həddindən aşağı olanların sayının artmasına səbəb oldu. Cəmiyyətdə 
sosial və əmlak bərabərsizliyi daha da gücləndi. Yeni iş yerləri açıldı. 
Yeni iş yerləri başlıca olaraq xidmət sahəsində açılırdı. Burada əmək 
haqqı xalq təsərrüfatındakı orta əmək haqqında aşağıdır. Eyni 
zamanda emaledici sənayedə  işçilərin sayı azaldı. Elmtutumlu və 
işgüzar xidmət sahələri işçilərinin sayı və onların əmək haqqı artdı. 
80-ci illərdə  əmək münasibətlərinin nizama salınması 
həmkarlar ittifaqları  əleyhinə    açıq mübarizə xarakteri aldı.  İnzibati 
hakimiyyət  əmək münaqişələrinə birbaşa müdaxiləni gücləndirdi. 
Bunu 1981-ci ildə tətil etmiş 12 min aviasiya dispetçerinin Reyqanın 
əmri ilə işdən çıxarılması və onların həmkarlar ittifaqının qovulması 
açıq göstərdi. Korporasiyalara həmkarlar ittifaqları ilə sazişi 
pozmağa, müəssisələri bağlamağa, istehsalı muzdla qeyri-mütəşəkkil 
işçi qüvvəsi tutmaq mümkün olan rayonlara köçürməyə icazə 
verilmşidi. Həmkarlar ittifaqlarını zəiflətmək və ləğv etmək, onların 
sıralarının artmasına yol verməmək üçün müxtəlif üsullardan eniş 
istifadə olunmağa başladı. Nəticədə  həmkarlar ittifaqları üzvlərinin 
sayı on il ərzində 4 mln. nəfər azaldı. 1990-cı ilin başlanğıcında 
muzdla işləyənlərin ancaq 17%-i həmkarlar ittifaqlarının üzvü idi. 
Tətillərin fəallığı kəskin surətdə azaldı. 
İşçiləri bir-birindən ayırmaq üçün kollektiv müqavilələrə 
«ikiyarusluəmək haqqı sistemi» barədə maddə  əlavə olundu. Köhnə 
işçilər və muzdla tutulmuş yeni işçilər üçün müxtəlif saathesabı 
tariflər müəyyən edildi. Bu, həmkarlar ittifaqının bərabər əmək üçün 
bərabər haqq prinsipinin ləğv olunması demək idi. Sahibkarlar 
qüvvələrinin həm də kollektiv müqavilələrdəki «sürüşkən  şkala» 
maddəsinin ləğv olunmasına yönəltmişdilər. Bu şkalaya  əsasən 
yaşayış vasitələri bahalaşdıqda saathesabı tarif avtomatik surətdə 
artırdı. 

 
133 
Reyqan dünya siyasətində özünəməxsus məktəb açmış bir 
prezident kimi qaldı. O, siyasətin özündə bir incəsənət yaratdı. 
Reyqanın dövründə silahlanma daha yüksək mərhələsinə qalxdı. Belə  
ki, onun dövründə hərbi büdcə ölkənin federal büdcəsinin 23%-indən 
27%-nə qalxdı. Hərbi sənaye komplekslərinin (bu komplekslərə 
hərbiçilərin yüksək dairəsi, dövlətin müəyyən quluqçuları, Silah 
istehsal edən korporasiyalar və  hərbiləşdirilmiş elm  daxildir) 
fəaliyyəti gücləndi. Onlardan on ikisi ABŞ-ın Müdafiə nazirliyi olan 
Pentaqonun sifarişlərini həyata keçirirdi. ABŞ-da  ən çox inkişaf 
edən və böhranlı vəziyyət keçirməyən sahə hərbi sahə idi. Çünki bu 
sahə hökumətin nəzarəti altında idi. Hərbi xərclər 1979-1980-cı 
illərdəki 134 milyard dollardan 1988-ci ildə 291 milyard dollara 
qalxdı.  
Reyqanın xarici siyasəti C.Karterin siyasətinin, demək olar  ki
davamı idi. Reyqan da C.Karter kimi NATO-nun hərbi xərclərinin 
3% artırılması  və  Qərbi Avropada orta mənzilli raketlərin 
yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-cü ildə ABŞ 
Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta mənzilli raketlərini 
yerləşdirməyə başladı. O da Əfqanıstan məsələsi ilə  əlaqədar SSRİ 
ilə münasibətləri gərgin  şəkildə saxladı. ABŞ Latın Amerikası 
ölkələrinə qarşı yenidən «Böyük dəyənək» siyasətinə qayıtdı. Reyqan 
hökuməti Latın Amerikası ölkələrinə münasibətdə panamerikan 
həmrəyliyi prinsipini irəli sürdü. Karib höfzəsində öz mövqelərini 
möhkəmləndirdi, Nikaraquaya qarşı elan edilməmiş müharibə apardı, 
Salvadorun mühafizəkar dairələrinə hər cür kömək göstərdi. 1982-ci 
ildə Malvin (Folklend) adaları üstündə  İngiltərənin Argentina ilə 
müharibəsində  İngiltərəni müdafiə etdi. İsrail-Ərəb münaqişələrində 
İsrailin dayağına çevrildi. 1982-ci ildə Yaxın  Şərqin  əzab çəkmiş 
xalqları üçün «Amerika sülh təşəbbüsləri»nin irəli sürdü. 1983-cü 
ildə  cəmisi 100 min əhalisi olan Qrenadaya qoşun çıxartdı. Reyqan 
hökuməti xarici siyasətində Asiya və Sakit okean regionuna xüsusi 
diqqət yetirirdi. 1986-cı ilin sonunda ABŞ bu regiona 35,7 milyard 
dollar sərmayə ayırdı. 
1983-cü ildə «Demokratiya və kütləvi diplomatiya proqramını» 
qəbul etdildi ki, bundan da məqsəd sosialist ölkələrinə qarşı 
fəaliyyətinin istiqamətləri və metodlarını müəyyən etmək idi.  
1985-ci ilə qədər o, SSRİ-ni «Şər imperiyası» elan edərək onu 
iqtisadi cəhətdən zəiflətməyi ABŞ-ın  əsas məqsədi olduğunu 
 
134
bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail Sergeyiviç 
Qorbaçov gəldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə 
mülayimləşmə baş verdi. Reyqan sosializmi «zibilliyə» atmaq planını 
həyaia keçirməyə başladı. Qorbaçovla Reyqan 1985-ci ildə 
Çenevrədə, 1986-cı ilin oktyabrında isə  İslandiyanın paytaxtı 
Reykyavikdə görüşdülər. 1987-ci ilin dekabrın 7-8-də M.S.Qorbaçov 
Vaşinqotonda oldu. Vaşinqtonda «Qısa mənzilli raketlərin məhv 
edilməsi haqqında» iki dövlət arasında saziş bağlandı. Bu tarixdə 
nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan 
bu sazişi bağlayarkən etdiyi çıxışlarında göstərdi  ki, biz SSRİ ilə 
saziş bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək 
istəyirəm: «İnan, lakin yoxla». 1988-ci ilin mayında Reyqan 
Moskvaya gəldi. Danışıqlar mehribanlıq  şəraitində keçdi. Reyqan 
Moskvadan qayıdarkən bildirdi  ki, onun sosializm cəmiyyəti 
haqqında təsəvvürlərində yanlışlıqlar var və sosializmdən də çox şey 
öyrənmək olar.  
80-ci illərdə ABŞ-ın dünya ölkələri barəsində siyasəti iki 
prinsipin müəyyən ahəngi üzərində qurulmuşdu: dünyada baş verən 
dəyişikliklərə qüvvə ilə müqavimət göstərilməsi və  həmin 
dəyişikliklərə uyğunlaşma. Bir çox amillərin təsirindən asılı olaraq 
bu prinsiplərin konkret tətbiq nisbəti dəyişirdi.  
Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın hərbiçilik 
tendensiyaları yenidən baş qaldırmış hakim dairələri Sovet-Amerika 
münasibətlərinin pozitiv inkişafını pozdular və  əslində,  əldə edilmiş 
razılaşmalardan imtina yolu tutdular. Onlar mövcud hərbi- strateji 
tarazlığı pozmaq və SSRİ üzərində  hərbi üstünlüyə nail olmaq 
qərarına gəldilər. 70-80-ci illərin hüdudunda, xüsusilə respublikaçılar 
hökuməti hakimiyyət başına gələndən sonra, ABŞ-ın SSRİ-yə qarşı 
siyasəti çox kəskinləşdi. ABŞ-ın hökuməti və  hərbi –sənaye 
inhisarları  miqyasına görə misli görünməmiş yeni sürətlə silahlanma 
yoluna qədəm qoydular. 
1983-cü ilin mart ayında Ronald Reyqan kosmik baza 
elementləri olan raketə qarşı geniş miqyaslı müdafiə sistemi 
yaradılmasına dair uzun müddətli proqram elan etdi.  Həmin 
proqramın rəsmi adı «strateji müdafiə  təşəbbüsü idi.       ( SMT ).  
Onun vəzifəsi SSRİ-yə qarşı nüvə silahını birinci tətbiq edə 
bilməkdən və Amerika ərazisinə cavab zərbəsinin nəticələrini 
zəiflətməkdən ötrü kosmik zərbə etalonu yaratmaqla ABŞ  ərazisi 

 
135 
üzərində raket «əleyhinə» sədd yaratmaqdır. Bu proqram üzrə 
tədqiqatlara, elmi işlərə və sınaqlar keçirilməsinə milyardlarla dollar 
vəsait ayrılmışdı. Strateji müdafiə  təşəbbüsünün məqsədi kosmos 
vasitəsilə SSRİ üzərində  hərbi üstünlüyə nail olmaq və ABŞ-ın 
dünyada hakim mövqe tutmasını təmin etmək idi.  ABŞ-ın qüvvəyə 
arxalanan bu ümidləri perspektivsiz olsa da,, lakin  sürətlə 
silahlanmanın kosmosa keçirilməsi planları ümumi sülh işinə ciddi 
təhlükə törədirdi. 
«Uotergeyt» və  «İrangeyt»  qalmaqalları 80-ci illərdə 
amerikalıların icra hakimiyyətinə  inamını xeyli zəiflətdi. 
80-ci illərin ortalarında «İran kontras» adlanan geniş  əks-səda 
doğurdu. Onun mahiyyəti belə idi ki, İrana silah satılmasında  əldə 
edildən vəsaitin bir hissəsini konqresin icazəsi olmadan Ağ ev gizli 
sürətdə  hərbi kömək  şəklində inqilabi hökumət tərəfdarlarına qarşı 
vətəndaş müharibəsi aparan Nikaraqua «kontras» rəhbərlərinə 
göndərmişdi. 
70-80-ci illərin hüdudunda beynəlxalq vəziyyət yenidən 
kəskinləşdi. ABŞ-ın barışmaz imperialist dairələri kəskinliyin 
zəiflədilməsini özlərinin dünyada hegemonluğunun bərqərar olması 
planlarının həyata keçməsi yolunda əngəl hesab etdiklərinə görə, ona 
əks hücuma keçdilər. 
Beynəlxalq gərginliyin artmasına ABŞ-ın digər ölkələrin daxili 
işlərinə qarışması,  dövlətlərin milli istiqlaliyyətinin və suverenliyinin 
məhdudlaşdırılması  cəhdləri də  səbəb oldu. ABŞ-ın yardımına 
arxalanan təcavüzkar qüvvələr öz işğalçılıq planlarını genişləndirdi. 
1980-ci ildə  İsrail hökuməti müsəlman və xristian dini 
ziyarətgahlarının yerləşdiyi Qüds şəhərini İsrailin vahid və bölünməz 
paytaxtı elan etdi.  1981-ci ildə Təl-Əbub hakimləri Suriyaya mənsub 
olan Holan yüksəkliklərini ilhaq edildiyini bildirdilər.  Bu BMT 
tərəfindən qanunsuz bir hərəkət kimi rədd edildi.  BMT Baş 
Məclisinin fövqəladə sissiyasının 1982-ci ildə  qəbul etdiyi 
qətnamədə bütün dövlətlərə – BMT üzvlərinə müraciət olundu ki, 
onlar təcavüzkarla bütün əlaqələri kəssinlər. 
Bütün bunlara baxmayaraq ABŞ özünün Yaxın  Şərq 
mövqelərini möhkəmləndirmək ümidi ilə  İsrailin təcavüzkarlıq 
hərəkətlərinə  tərəfdar çıxırdı. 1981-ci ilin sonunda ABŞ  və  İsrail 
ərəblər  əleyhinə yönəldilmiş «Strateji əməkdaşlıq haqqında» saziş 
bağladılar. 
 
136
İsrail özünün Şimal  ərazilərinin «təhlükəsizliyini qorumaq» 
kimi saxta bir bəhanə ilə 1982-ci ilin iyul ayında ABŞ hökumətinin 
köməyinə arxalanaraq Livana qarşı müharibəyə başladı. 
Təcavüzkarın Amerika silahı ilə  təchiz edilmiş yüz minlik ordusu 
Beyruta gəlib çataraq, Livan paytaxtının Fələstin azadlıq hərəkatı 
rəhbərlərinin və onun əsas hərbi dəstələrinin olduğu qərb hissəsini 
blokadaya aldı. Lakin tarixi fakt kimi bu müharibədə  İsrail öz 
məqsədlərinə nail ola bilmədi.  ABŞ-ın öz müttəfiqinə Beyrutu və 
digər yaşayış  məntəqələrini vəhşicəsinə bombalamaqla köməklik 
cəhdi də biabırçılıqla qurtardı. 
Ümumiyyətlə,  80-ci illərdə Yaxın Şərq, Afrika, Hind Okeanı, 
ABŞ-ın «həyati mənafeyi»  sferası elan edildi.  Pentaqon ABŞ-ın 
regionlarda hərbi  iştirakını genişləndirməyə başladı.  70-ci illərin 
sonun 80-ci illərin başlanğıcında Livan, Əfqanıstan, İran, Nikaraqua, 
Salvador, Qrenada,  Liviya və digər dövlətlər Amerikanın açıq-aşkar 
müdaxilə obyektləri oldu. 
SSRİ 
və onun müttəfiqləri sürətlə silahlanmanın 
dayandırılmasına, tərk-silaha, xalqların dincliyinə 
və 
təhlükəsizliyinin qorunmasına yönəldilmiş geniş konstruktiv tədbirlər 
irəli sürdülər. 
Başda ABŞ olmaqla NATO-nun вя ССРИ-нин tutduğu yol,  on-
ların бяшяриййят  üçün 10 illərdən bəri törətdikləri daimi təhlükə – bü-
tün bunlar планет ящалисинин yətin nüvə uçurumuna sürüklənməsində 
dönüş yaratmağa imkan verən qəti tədbirlər görülməsini tələb edirdi. 
SSRİ  və ABŞ arasında siyasi dialoqun inkişaf etməsi və 
dərinləşməsi böyük nailiyyət olmuşdur. Bu  dialoq ikitərəfli 
münasibətlərin və dünya siyasətinin bütün əsas məsələlərini  əhatə 
etmişdir.  Nüvə müharibəsi heç vaxt olmamalıdır,  çünki belə 
müharibədə qalib ola bilməz.    Bu  barədə  əldə edilmiş qarşılıqlı 
anlaşılmanın prinsipial əhəmiyyəti vardır.  Tərəflər SSRİ  və ABŞ 
arasında hər hansı müharibənin  -nüvə müharibəsinin yaxud adi 
müharibənin qarşısının alınmasının vacibliyini qeyd etmiş, hərbi 
üstünlüyə çalışmayacaqlarını öhdələrinə götürmüşlər. 
Cenevrədə (1985-ci il),  Reykyavikdə (1986-cı il), 
 
Vaşinqtonda (1987-ci   il) və Moskvada (1988-ci il) yüksək səviyyəli 
Sovet-Amerika danışıqları nüvə silahlarının real azaldılması 
sahəsində irəliləyişlə nəticələnmişdir.  SSRİ və ABŞ arasında onların  
 

 
137 
orta və kiçik mənzilli raketlərinin ləğv edilməsi haqqında müqavilə, 
tarixdə nüvə silahlarının  qarşılıqlı ciddi nəzarət altında ləğv 
edilməsini nəzərdə tutan ilk saziş 1987-ci ilin dekabrında imzalanmış 
və 1988-ci ilin iyun ayında qüvvəyə minmişdir.  Bununla da nüvə 
silahı olmayan dünya quruculuğunun  əsası qoyulmuşdur.  Raketdən 
müdafiə müqaviləsinin qüvvədə qalması  şərtilə SSRİ  və ABŞ 
arasında strateji  hücum silaşlarının 50 faiz ixtisara salınması 
haqqında birgə müqavilə layihəsi hazırlanan zaman tərəflərin 
mövqelərinin yaxınlığı təsbit olunmuşdu. 
Nəticədə Sovet-Amerika münasibətləri yaxşılaşmışdır.  
Müharibə  təhlükəsini geri çəkmək mümkün olmuşdur.  Beynəlxalq 
həyat mərkəzinin qarşıdurmadan qarşılıqlı anlaşma və  əməkdaşlıq 
tərəfə yeri dəyişmişdir. 
Cenevrədə sazişlər bağlanması  və sovet hərbi kontingentinin 
Əfqanıstandan tamam çıxarılması regional münaqişələrin siyasi yolla 
tənzimləməsi işində irəliyə doğru mühüm addım olmuşdur. 
Prezident Corc Buşun ( 1924-cü ildə anadan olmuşdur ) 
hökuməti Amerika-Sovet münasibətlərindəki öz yolu ilə  davam 
etdirilmişdir. 
Beləliklə, 1980-ci illərdə beynəlxalq münasibətlərin 
demokratikləşdirilməsi və humanistləşdirilməsi prosesi tədricən 
inkişaf edir,  beynəlxalq vəziyyət yaxşılaşırdı.  Ancaq realist 
tendensiya beynəlxalq məsələlərdə köhnə münasibət,  sərt siyasət 
tərəfdarlarının müqaviməti ilə inadlı mübarizədə özünə yol açırdı.  
Müsbət proseslərin dönməzliyinə təminat hələ yaranmamışdır,  lakin 
hazırda zor işlətmək siyasətinə qarşı  əvvəllərdəkinə nisbətən daha 
geniş siyasi  imkanlar yaranmışdır. 


Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling