Sənədli elektrik rabitə sistemləri və şəbəkələri Müəllim: Kərimova Sədaqət baki – 2015


Download 278.19 Kb.
bet12/19
Sana14.05.2023
Hajmi278.19 Kb.
#1460972
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Bog'liq
S n dli elektrik rabit sisteml ri v b k l ri M llim K rimo

Yoxlama sualları: 1. Yükün hansı parametrləri var?
2.Yükün proqnozlaşdırılması metodikası nədən ibarətdir?
(VÖ) verilənlərin ötürülməsi şəbəkələrinin təsnifatı

Verilənlərin ötürülməsi şəbəkələri 1960 – cı ilin əvvəlində yaranmışdır. Bunun əsas səbəbi aşağıdakılar idi:



  1. Hesablama tenikasının inkişafında böyük irəliləyişin olması

  2. Hesablama texnikasının sürətlə rabitə texnikasına tətbiq olunması

  3. Uzaq istifadəçi terminalları ilə RHM – lər arasında rabitənin və eləcədə paylanmış hesablama sistemlərinin yaranması

Ənənəvi teleqraf şəbəkələri ilə müqayisədə VÖ şəbəkələrinə, düzgünlüyünə,VSsür-nə və etibarlığa görə ciddi tələblər qoyulur. VÖ – si şəbəkəsi dedikdə EHM – lər və onlar arasında VÖ – nin həyata keçirən aparat və proqram vasitələrinin məcmusu başa düşülür. VÖŞ – ri aşağıdakı təsnifatlara bölünür:

  • Şəbəkənin növlərinə görə - Ənənəvi və xüsusi şəbəkələr

  • Veriliş sürətlərinə görə - Aşağı sürət 200 bit/s. Orta sürət 20Kb/s, yüksək sürət 200 – dən böyük

  • Ölçülərinə görə - Qlobal regional, Lokal

  • Kommutasiya üsullarına görə - KK – kanal kommutasiyası, MK – məlumat kommutasiyası, PK – paket kommutasiyası, hibrid kommutasiyası

  • Kanalların yerləşməsinə görə

  • Yerüstü, radio və peyk şəbəkələri

  • İdarəetmə üsullarına görə - Mərkəzləşdirilmiş , mərkəzləşdirilməmiş

  • Zonaya görə idarə olunma

Ənənəvi şəbəkələrə misal ümumixidmət teleqraf şəbəkəsi, abonent teleqraf şəbəkəsi, teleks.
Xüsusi şəbəkələr asixron, sinxron, dataqramlı, virtual.


Kanal kommutasiyalı asinxron verilənlərin
ötürülməsi şəbəkələri

KK –lı verilənlərin ötürülməsini şəbəkələrini 2 qrupa bölmək olar



  • Asinxron

  • Sinxron

Asinxron şəbəkələrdə vahid sinxronlaşdırılma aparılmır. Tarixi baxımından rəqəmli texnikaların birləşdirilməsin ilə yaradılan ilk şəbəkədir. Bu tip şəbəkələrdə şəffaf asinxron girişi təmin edən rəqəmli qurğular təhciz edilir. Bu qurğuların olması zamanı siqnalın zaman xarakteristikalarına heç bir tələb qoyulmur. Şəffaf asinxron girişli şəbəkələrin aşağıdakı nöqsanları var:

  • Uyğun razılaşdırma zamanı təhriflərin olması

  • Şəffaf asinxron giriş zamanı sinxron qurğuların iş sürətinin son qurğuların iş sürətindən artıq olmasıdır. Belə ki, rəqəm selinin sürətinin VÖ – si sürətlərdən ən azı 3 dəfə artıq olmamalıdır.

  • Kənar təhriflərin dərəcələrinə məhdudiyyət; rəqəm selinin sürətlərinin daha böyük qiymətlərinin seçilməsini tələb edir.

Asinxron şəbəkələrinin qurulmasının əsas üsulu qeyri- şəffaf asinxron girişli üsuldur. Belə şəbəkələrdə son verilənlər avadanlığından düşən siqnalın zaman xarakteristikalarına müəyyən tələblər qoyulur. Bu zaman verilənlər siqnallarının sürəti ilə rəqəm selinin sürəti arasında fərq cüzi olur. qeyri-şəffaf asinxron girişli şəbəkə ilə müqayisədə buraxıcılıq babiliyyətinin yaxşı istifadəı olunması , verilənlərin yüksək sürətlə ötürülməsi ilə xrakterizə olunur.
Sinxron KK-VÖ şəbəkələrində sinxronlaşdirma sisteminə çox ciddi tələblər qoyulur.
Sinxron KK-VÖ şəbəkələrinin əsas xarakterikstikası –geniş sürət diapozonunda verilənlərin ötürülməsi, bir bitə düşən səhv ehtimalının 10-5-dən cox olmaması, yerüstü kanalların istifadə olunması zamanı yaradılma vaxtı, verilişin bitlərə, ilk kodlara, alqoritmlərə görə şəffavlığı.
Beləliklə, sinxron KK-VÖ şəbəkələri ənənəvi şəbəkələrlə müqayisədə düzgünlüyünə, kiçik vaxt məsələsinə, geniş xidmətlər yığımına malikdir. Bütün KK şəbəkələrinin ümumi çatışmayan cəhəti şəbəkə üzrə rabitə kanallarının buraxıcılığının kifayət dərəcədə istifadə olunmamasıdır.

Download 278.19 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling