TƏRBİYƏNİn priNSİPLƏRİ VƏ TƏRBİYƏNİN Üsullari


Download 181.39 Kb.
Sana24.11.2020
Hajmi181.39 Kb.
#151147
Bog'liq
10muhazire


TƏRBİYƏNİN PRİNSİPLƏRİ VƏ TƏRBİYƏNİN ÜSULLARI
PLAN

  1. Tərbiyə prosesinin qanunauyğunluqları.

  1. Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi.

  2. Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi.

  3. Hörmət və tələbkarlıq prinsipi.

  4. Tələblərdə vahidlik prinsipi.

  5. Nikbinlik prinsipi.

  1. Tərbiyə üsulları haqda anlayış.

  1. Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar

  2. Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaş­dı­rıl­ma­sı­na xidmət edən üsullar.

  3. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları

  4. Tərbiyədə nümunənin mövqeyi




  1. Tərbiyə prosesinin qanunauyğunluqları.

  • Tərbiyə hadisələrindəki səbəb – nəticə arasında davamlı tək­rar olunan asılılığın mahiyyətinin aydın və dəqiq ifadəsi tər­bi­yə prosesinin qanunauyğunluğudur.


Tərbiyənin qanunauyğunluqları:

  • tərbiyə prosesinin məqsədi ilə əlaqədar qanunauyğunluq: tər­biyə işinin məqsədi nə qədər düzgün müəyyənləşdirilib həyata ke­çi­rilirsə, onun səmərəsi bir o qədər artır və əksinə, tərbiyə işinin məq­sədi qeyri-müəyyən olduqda səmərə azalır;

  • tərbiyənin müasir həyatla əlaqəsində qanu­na­uy­ğun­luq:tər­bi­yə­vi tədbirin məzmunu real həyati faktlarla zənginləşdirildikdə onun səmərəliliyi artır;

  • tərbiyədə yaş vəfərdi xüsusiyyətlərin nəzərə alınmasında qa­nunauyğunluq: tərbiyə olunanların yaş və fərdi xüsusiyyətləri nə qə­dər hərtərəfli öyrənilib, tərbiyə işində nəzərə alınırsa, tərbiyə pro­sesi o qədər səmərəli nəticələnər;

  • tərbiyədə hörmət və tələbkarlıqla əlaqədar qanu­na­uy­ğun­luq:tərbiyə olunanın şəxsiyyətinə hörmətlə, ona mümkün qədər cid­di tələbkarlıq vəhdət halında tətbiq edildikdə tərbiyə prosesinin sə­m­ərəsi artır;

  • tələblərdə vahidliklə əlaqədar qanunauyğunluq:tərbiyə olu­na­na göstərilən müxtəlif təsirlər arasında vahidliyə nə qədər ciddi əməl edilərsə, tərbiyə prosesinin səmərəsi bir o qədər yüksələr;

  • tərbiyədə nikbinliklə əlaqədar qanunauyğunluq: tərbiyə olu­nan­da müsbət cəhətləri müəyyən etməklə, tərbiyənin müsbət nəti­cə­lə­nəcəyinə nə qədər çox inamla yanaşılarsa, tərbiyə işi o qədər mü­vəf­fəqiyyətli olar;

  • söz və əməlin nisbətində qanunauyğunluq: tərbiyəçinin sözü ilə əməli bir-birinə uyğun gəldiyi hallarda tərbiyə prosesi daha sə­mə­rəli nəticələnir.




  • Tərbiyənin müvafiq qanunauyğunluğundan irəli gələn, dav­ranışla əlaqədar milli və ümumbəşəri dəyərlərin for­ma­laş­ma­sına güclü təsir göstərən aparıcı ideyaya tərbiyə prinsipi de­yi­lir.




  1. Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi.

Həyat ən yaxşı tərbiyə məktəbidir. Ona görə də tərbiyənin hə­yat­la əlaqəsi mühüm prinsiplərdən biri sayılır. Gənc nəsli müsbət nü­munələr, adət - ənənələr əsasında tərbiyə etmək çox vacib mə­sə­lə­lərdən biridir. Demokratik ruhlu gənclərin tərbiyə olunmasına bu gün böyük ehtiyac vardır. Bunun üçün onların ictimai-siyasi ha­di­sə­lər­lə tanışlığı, həmin hadisələrin həlli yollarının müəy­yən­ləş­di­ril­mə­si və ona münasibətini bildirməsi imkanlarının yaradılması çox mü­hüm­dür. Bu imkanlar birdən-birə deyil, müxtəlif yollarla əldə edilir. Tər­biyənin həyatla əlaqəsi şagirdlər qarşısında böyük imkanlar açır. Ke­çirilən tədbirlər, aparılan ekskursiyalar, yarışlar, gecələr, olim­pia­da­lar, gəzintilər şagirdləri mənəviyyatca zənginləşdirir, əxlaqcasaf­laş­dırır, fiziki cəhətdən kamilləşdirir. Keçirilən hər bir tədbir şa­gird­lə­ri həyata yaxınlaşdırır, əməyə maraq yaradır və ona hazırlayır, ya­ra­­dıcılıq işlərinə istiqamətləndirir.

Torpaqlarının 20%-dən artığı düşmən tapdağında olan bir öl­kə­də tərbiyənin aşılanması həyati faktorlara söykənməlidir. Şa­gird­lər xalqının başına gətirilən müsibətlərin təcəssümçüsü olan şə­hid­lə­rin qəhrəmanlıqlarını tarixin salnaməsinə çevirməlidirlər. Tər­bi­yə­nin həyatla belə bağlanması vətənpərvər ruhlu gənclərin ye­tiş­mə­si­nə səbəb olur.



Bu gün işləmək, yaratmaq, qurmaq arzusunda olan gənclər ye­ti­şir. Lakin bəzən həyatda necə fəaliyyət göstərəcəkləri onlara çətin gə­lir. Yaranmış arzularını həyata keçirməkdə kimdənsə kömək umur­lar. Tərbiyənin əməklə əlaqələndirlməsi bu çətinliyi aradan qal­dırmaqda böyük gücə malikdir. Məktəbli əmək sahələri, əmək növ­ləri ilə tanış olur, onların əhəmiyyəti haqda məlumat əldə edir. Is­təyi və arzusu ilə üst-üstə düşən əmək sahəsini müəyyənləşdirmiş olur, bu sahədə bacarıq və vərdişlərə yiyələnmək meyli əmələ gəlir. Bu­nunla birlikdə, onlarda seçdiyi əmək növünə qabil olacağı inamı for­malaşır.

Sxem 1


Tərbiyənin həyatla və əməklə

əlaqələndirilməsinireallaşdırmağın şərtləri:


  • tərbiyə olunanların əməyin cəmiyyətdə və hər bir insanın hə­ya­tın­da rolunu dərk etmələri;

  • əməkçi insanlara rəğbət hissinin formalaşması;

  • cəmiyyətin və özünün mənafeyi naminə yorulmadan yaradıcı əmək­lə məşğul olmaq qabiliyyətinin inkişafı;

  • müasir istehsalatın ümumi əsaslarından baş çıxarmaq;

  • düzgün peşə seçimi işində şəxsi və ictimai maraqların vəhdətinə nail olmaq.

Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsinin

əhəmiyyəti:

  • şagirdlər həyatın ən böyük tərbiyəçi olduğunu real şəkildə görür və dərk edirlər;

  • şagirdlərdə milli – mənəvi dəyərlərə hörmət, məhəbbət hissi ya­ra­nır, vətənin sahiblərindən biri olduqları fikri əmələ gəlir;

  • onlar vətənin, diyarlarının tarixini, gücünü, qüdrətini öyrənmək im­kanı qazanırlar;

  • şagirdlər vətənin xilaskarı, müdafiəçisi, inkişafetdiricisi ola­caq­la­rı barədə milli qürur hissini yaşadırlar;

  • onlar özlərini həyata hazırlamaq və onun qurucuları ola bilmək ina­mına yiyələnirlər.


Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsiprisipinin qaydaları:

  • şagirdlər dərs zamanı və dərsdənkənar təlim-tərbiyə işlərində təd­ricən genişləndirilən gücəmüvafiq, konkret fəaliyyətə cəlb edil­mə­lidirlər;

  • tərbiyə olunana izah edilməlidir ki, onun əsas əmək növü tə­lim­dir; lakin ailədə gücüçatan digər əmək növləri ilə məşğul olmaq da onun vəzifəsidir;

  • dərs zamanı və dərsdənkənar tərbiyəvi işlərdə ölkəşünaslıq ma­te­rial­larından istifadə olunmalıdır;

  • uşaqların böyüklərlə birgə əməkdə iştirakı prosesində onlarda mə­suliyyət və vətəndaşlıq hissləri formalaşır;

  • tərbiyə prosesi elə qurulmalıdır ki, uşaqlar öz əməklərinin cə­miy­yə­tə gərəkli olduğunu dərk etsinlər.

  1. Yaş və fərdi xüsusiyyətlərinnəzərə alınması prinsipi.

  • Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psi­xo­fi­zio­lo­ji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında for­malaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın.

Sxem 2



  1. Hörmət və tələbkarlıq prinsipi.

  • Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə mak­si­mum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tə­ləb­kar­lıq­la yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şə­kil­də bunlar başa düşülür:

  • uşaqlarla səmimi, tərəfdaşlıq münasibətlərinin, mehriban ünsiy­yə­tin yaradılması;

  • uşağın həvəs və arzuları ilə hesablaşmaq, xüsusilə kiçik yaş­la­rın­da onların arzularının maksimum dərəcədə yerinə yetirilməsinə ça­lış­maq;

  • uşaqların qabiliyyəti və bacarıqlarını nümayiş və tətbiq edə bil­mə­lərinə şərait yaratmaq;

  • tərbiyə işində ayrı-seçkilik qoymadan, hər kəsə əməlinə, dav­ra­nı­şı­na görə qiymət vermək;

  • uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır.

  • Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində dav­ra­nış normalarına əməl etməyin, fəaliyyət prosesində öz və­zi­fə­lə­ri­ni yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir.

  • Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılı­dır:

  • tələb elə verilməlidir ki, uşaq onu yerinə yetirməyə borclu ol­du­ğu bir şey kimi başa düşsün;

  • tələbin nə məqsədlə verildiyi şagird üçün aydın olmalıdır;

  • tələbin məzmunu aydın olmalıdır;

  • ibtidai sinif şagirdlərinə verilən tələblər konkret, lakonik ol­ma­lı­dır;

  • tələb uşağın yaşına və gücünə müvafiq olmalıdır;

  • tələb verilərkən pedoqoji etika gözlənilməlidir;

  • verilmiş tələbin icrasına nəzarət edilməli, nəticələri mütləq yox­lan­malı və dəyərləndirilməlidir.




  1. Tələblərdə vahidlik prinsipi.

  • Bu prinsip uşağa göstərilən tərbiyəvi təsirlərin əla­qə­lən­di­ril­məsi və vahid məqsəd ətrafında birləşdirilməsini, birinin di­gə­rini tamamlamasını tələb edir.

Tələblərdə vahidlik aşağıdakı tərəflər arasında gözlənilməlidir:

  • bütün müəllimlər arasında;

  • müəllimlərlə məktəb rəhbərliyi arasında;

  • müəllimlərlə şagird təşkilatları arasında;

  • məktəb rəhbərliyi ilə şagird təşkilatları arasında;

  • məktəblə ailə arasında;

  • məktəblə məktəbdənkənar tərbiyə müəssisələri arasında;

  • məktəblə ictimaiyyət arasında;

  • ailə üzvləri arasında və s.




  1. Tərbiyədə nikbinlik prinsipi.

  • Bu prinsip pedaqoji ədəbiyyatda “müsbətə istinad etmə prin­si­pi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tər­biyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət key­fiy­yət­lərə əsaslanaraq qurmalıdır.



Nikbinlik prinsipinin qaydaları:

  • tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qar­şı­dur­ma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nə­­ti­cələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bi­lər;

  • uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, ki­çik də olsa müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf et­dir­mək­lə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır;

  • uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzü­nə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir sə­mə­rə vermir. Bu iş daha çox fərdi aparılmalıdır;

  • “nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə göz­dən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbət­lən­dir­mək, alqışlamaq lazımdır;

  • uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hə­rə­kət­lə­rin­dən ləzzət almağa alışdırmaq lazımdır.




  1. Tərbiyə üsulları haqda anlayış.

  • Tərbiyə üsulları – tərbiyə məqsədlərinə çatmağın yolları, qay­dalarıdır. Tərbiyə üsulları konkret şəraitdən, tərbiyə prosesinin təş­kili və xarakterindən asılı olduğundan çoxsaylıdır. Buna görə də nə­zəri pedaqogikada, adətən, tərbiyənin ümumi üsullarından bəhs olunur.

Sxem 1



  • Tərbiyə tərzi – üsulun müvəffəqiyyətli olması üçün yerinə ye­ti­­rilən ayrıca hissəsidir.

  • Tərbiyə vasitəsi dedikdə - üsulun tətbiqi zamanı istifadə olunan hər bir əşya, fakt və hadisə başa düşülür.

  • Tərbiyə üsullarının təsnifatı-onların müəyyən əlamət əsa­sında düzülmüş sistemi deməkdir.


Tərbiyə üsullarının təsnifat müxtəlifliyi
Sxem 2
(T.A.İlyina)
Sxem 3

(M.Muradxanov)


Tərbiyə üsulları

  • əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsul­lar;

  • əsasən fəaliyyətin təşkilinə və davranış təcrübəsinin for­ma­laş­dı­rıl­masına yönələn üsullar;

  • fəaliyyət və davranışı stimullaşdıran üsullar;

  • nəzarət, özünənəzarət və özünəqiymət;

  • nümunə(N.Kazımov, Ə.Həşimov)

  • Elmi pedaqogikada tərbiyə üsullarını bu cür qrup­laş­dır­maq daha məqbul hesab edilir:

  • şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar;

  • fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xid­mət edən üsullar;

  • fəaliyyət və davranışın stimullaşdırılması üsulları.




  1. Şüurun və əqidənin formalaşmasınaxidmət edən üsullar.

  • Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar de­dik­də - davranış tələblərinin nədən ibarət olmasını izah etmək, onların zə­ruriliyinə uşağı inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün is­tifadə edilən yol və vasitələr başa düşülür.

  • Müasir elmi pedaqogikada şüurun və əqidənin formalaşmasının əhə­miyyəti nəzəri baxımından kifayət qədər izah edilsə də tərbiyə pro­sesində praktik olaraq bu üsullardan istifadə çox zəifdir. Müəl­lim və tərbiyəçilər, bəzən hətta valideynlər də, adətən, tərbiyəvi təsir üçün stimullaşdırıcı üsullardan istifadəyə daha çox üstünlük verirlər. Hal­buki, xüsusilə ibtidai siniflərdə cəzalandırmadan mümkün qədər az istifadə edilməlidir.

Yadda saxlanılmalıdır ki, rəğbətləndirmə və cəza, əksər hal­lar­da, müəyyən əxlaqi hərəkətin, tərbiyəvi tədbirin konkret bir hal üçün həyata keçirilməsindən ötrü tətbiq edilir. Hər hansı hərəkəti yal­nız cəzalandırma, yaxud rəğbətləndirmə tədbirinin bilavasitə tə­si­ri nəticəsində yerinə yetirən uşaq həmin hərəkəti etməyə niyə ica­zə verilib-verilmədiyinin əsl mahiyyətini dərk etmədiyindən gə­lə­cək­də oxşar situasiyada yenə də ona nəzarət zəruri olur. Yəni uşaq hər də­fə rəğbətləndirmə və ya cəza gözləyir.

Eyni davranış hadisəsi barədə uşaqda əxlaqi şüur for­ma­laş­dıq­da isə, mahiyyət dərk olunduğundan həmin hərəkətin icrasına artıq tər­biyəçi tərəfindən xüsusi nəzarət tələb olunmur. Uşaq həmin tə­lə­bə yerinə yetirməyə borclu olduğu bir şey kimi baxır.



Bütövlükdə tərbiyə prosesində olduğu kimi, bu problemin həl­li­nin də ən düzgün yolunun xalqın pedaqoji təcrübəsində olduğuna əsas­lanaraq, əxlaqi şüurun və əqidənin formalaşması üsulunun etno­pe­daqoji mahiyyətini tamamilə elmi pedaqogikaya da şamil etmək olar.





  • Əxlaqimövzuda söhbətlər - əxlaqi məzmunlu konkret fakt və ha­disələrin emosional şərhinə əsaslanır. Uşaqların hisslərinə təsir et­di­yindən bu üsul nəinki əxlaqi anlayışların mahiyyətini aşkar edir, həm­çinin onların davranışını da müəyyən edir.

Əxlaqi mövzuda söhbətlərin səmərəlilik şərtlərinə aşağıdakıları da­xil etmək olar:

  • belə söhbətlər uşağın sosial təcrübəsinə uyğun olmalıdır;

  • söhbət illüstrativ materiallarla müşayətolunmalıdır;

  • əxlaqi söhbətin aparıldığı yer şəraiti də onun səmərəliliyinə təsir gös­tərə bilir. Hökm deyil ki, söhbət məktəbdə, sinif şəratində apa­rıl­sın; bu iş üçün təbiət, kiçik bağça və ya tonqal ətrafı da seçilə bilər;

  • söhbət yüksək pedaqoji ustalığa və nitq mədəniyyətinə malik şəx­sin icrasında daha səmərəli olur;

  • müəllim-tərbiyəçi çalışmalıdır ki, söhbət şagirdlərin daxili alə­mi­nə təsir etsin, onları həyəcanlandırsın, uzun müddət onların yadında qal­sın.


Fərdi söhbətlər

  • Fərdi söhbətlər daha çox ayrı-ayrı uşaqlar tərəfindən müəyyən dav­ranış norması pozulduqda və ya çatışmayan müsbət əxlaqi key­fiy­yəti formalaşdırmaq məqsədilə aparılan inandırma üsuludur.

Fərdi söhbətlərin səmərəlilik şərtlərinə bunları daxil etmək olar:

  • belə söhbətlərin məqsədi pis hərəkəti uşaqla bərabər təhlil edib ay­­dınlaşdırmaq, onu bu hərəkətin üzərində düşündürmək, peş­man­çı­lıq hissi oyatmaq olmalıdır;

  • fərdi söhbəti danlağa çevirmək olmaz, belə söhbətlər uzun-uzadı nə­sihətçiliyə də çevrilməməlidir.

  • fərdi söhbət zamanı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alın­malıdır.

  • fərdi söhbət, həm də yeni əxlaqi keyfiyyət yaradılması məqsədilə apa­rılır. Bu halda kiçik yaşlı məktəbliyə “bu cür etmək lazımdır,ona gö­rə ki,...” deyə əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyəti başa salın­malıdır.

Əxlaqi mövzuda müsahibələr

Əxlaqi mövzuda müsahibələr əxlaqi baxışların, mühakimələ­rin və əqidənin yaradılması, ümumiləşdirilməsi və möhkəmlən­diril­məsi məq­sədilə tərbiyəçi ilə tərbiyə olunanlar arasında qarşı­lıqlı mü­za­ki­rə aparılmasıdır.



Əxlaqi mövzuda müsahibələrin səmərəlilik şərtləri bunlardır:

  • müsahibə problem xarakterli olmalı, uşaqlar müəllimin təh­rik­edi­ci qeyri-standart sualları ətrafında öz fikirlərini, mülahizələrini mü­dafiə etməyə cəlb edilməlidirlər;

  • əxlaqi müsahibələri əvvəlcədən hazırlaşmaq prinsipi ilə apar­maq­dansa, davranış normaları pozulduqdan dərhal və ya azacıq vaxt ke­çəndən sonra başlamaq daha səmərəli olar;

  • elə şərait yaradılmalıdır ki, uşaqların hamısı öz fikrini tam sər­bəst deyə bilsin, həm də müəllimdən çox, şagirdlər danışsınlar;

  • müsahibə real fakt və hadisələrə həsr olunmalı, şagirdlərin yaşına və qabiliyyətlərinə müvafiq mövzulara həsr olunmalıdır.

  1. Fəaliyyətin təşkilinə və davranış təcrübəsininformalaş­ma­sına xidmət edən üsullar.

Bu üsulların əsas mahiyyəti dərk edilmiş əxlaqi anlayış­la­rın, əqi­də­nin, konkret işdə, davranış zamanı tərbiyə olunanların hə­rəkət­lə­rin­də özünü göstərməsi, onlarda əxlaqi vərdiş və adət­lər yaradıl­ma­sı­dır. Bu üsulları “alışdırma üsulları” da adlandırmaq olar.


Çalışmalar

● Çalışmanın mahiyyətini əxlaqi hərəkətin dəfələrlə təkrarı nə­ti­cə­sində avtomatik şəkildə davranış keyfiyyəti yaradılması təşkil edir.



Çalışmaların səmərələliyini təşkil etmək üçün aşağıdakılar nəzə­rə alınmalıdır:

  • çalışmaların sistemliliyi;

  • onların məzmunu;

  • gücəmüvafiqlik;

  • çalışmaların həcmi;

  • təkrarların tezliyi;

  • nəzarət və təshih;

  • şagirdlərin şəxsi keyfiyyətləri;

  • çalışmaların müddəti və yeri;

  • fərdi, qruplarla və kollektiv çalışmalardan istifadə;

  • çalışmaların stimullaşdırılması;

  • Vərdiş və adətlər – intensiv aparılan çalışmaların nəticəsi ki­mi formalaşan sabit şəxsi keyfiyyətlərdir.

Əxlaqi vərdişlər və adətlər yaradılmasının səmərəlilik şərtlərinə aşa­ğıdakıları daxil etmək olar:

  • tərbiyənin məqsədi haqda tərbiyəçi və tərbiyəolunanlarda aydın tə­səvvürün olması;

  • hər hansı əxlaqi keyfiyyətə alışdırma qaydasını aydın və başa dü­şü­lən şəkildə təqdim etmək lazımdır;

  • əxlaqi hərəkətlərin düzgün və dəqiq yerinə yetirilməsinə ça­lış­maq lazımdır; tələskənlik səmərə verməz;

  • vərdişlər formalaşdırılması prosesi daimi nəzarətdə saxlanmalı, özü­nənəzarət xüsusiyyətlərinin tətbiqinə çalışılmalıdır;

  • vərdiş və adətlər yaradılması prosesi uşaqların yaşına və gücünə mü­vafiq olmalıdır.

  • Tapşırıqlar vasitəsilə uşaqları müsbət hərəkətlərə alışdırırlar. Mə­sələn, xəstə yoldaşını yoluxmaq, ona geridə qaldığı dərslərdən kö­mək etmək, sinif otağını təmizləmək, hər hansı tədbir üçün nəyisə ha­zırlamaq və s. tapşırıla bilər.

  • Tərbiyəvi situasiyalar dedikdə - prosesinin xüsusi olaraq təş­kil edilmiş şəraitdə aparılması başa düşülür.




  1. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları.


Tərbiyə prosesində stimul dedikdə - müəyyən hərəkətə rə­vac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alın­ma­sı, ləngidilməsinə yönəldilən təsir başa düşülür.

Rəğbətləndirmə

  • Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsirəğ­bətləndirmə adlanır.




  • Tərifləmə - ən sadə rəğbətləndirmə tədbiridir, xüsusilə kiçik yaş­lı uşaqlara daha çox tətbiq edilir.

  • Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin da­ha ciddi və rəsmi rəğbətləndirilməsidir.

  • Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tət­biqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir.

  • Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik gös­tərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olun­muş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir.


Cəzalandırma

  • Əxlaqi hərəkətin, davranışın mənfi qiymətləndirilməsicə­za­landırma adlanır.



Rəğbətləndirmə və cəzalandırma üsullarınınsəmərəliliyini artır­ma­ğın şərtləri:



  • rəğbətləndirmə və cəzalandırma obyektiv olmalıdır;

  • rəğbətləndirmə və cəzalandırma zamanı müəyyən hədd göz­lə­nil­mə­lidir;

  • rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımama­lıdır;

  • rəğbətləndirmə və cəzalandırma tətbiq edərkən uşaqların yaş və fər­di xüsusiyyətləri nəzərə alınmalıdır;

  • rəğbətləndirmə və cəzalandırma tədbirlərinin mahiyyəti və sə­bə­bi uşağa aydın olmalıdır;

  • rəğbətləndirmə və cəza nüfuzlu şəxs tərəfindən tətbiq olunduqda da­ha səmərəli olur;

  • Tərbiyədə yarış üsulu – uşaqlarda özünütəsdiq, rəqabət, üstün ol­maq tələbatının cəmiyyətə yararlı istiqamətə yönəldilmə­sini təmin et­mək üsuludur.

  1. Tərbiyədə nümunənin mövqeyi.

Pedaqoq alimlərdən bəziləri nümunəni şüur və əqidənin formalaşmasına yönələn müs­­­­­tə­qil üsul kimi təqdim edirlər.

Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu - tər­bi­yənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə ve­­­rir­lər.

Tətbiq edilmə yerinə və xüsusiyyətinə görə eyni üsul­­dan tər­biyənin vasitəsi kimi də istifadə oluna bilər. Bunun­la belə nü­munə öz-özlüyündə üsul deyildir. Amma tərbiyə işində on­­­dan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bila­va­sitə istifadə etdikdə nümunə üsul xarakteri kəsb edir, üsul sə­viyyəsinə qalxır.

Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsulla­rı­na da­xil olur.

Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsa­­­sında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq hə­min nü­­­munədən ibrət dərsi götürür, ideal hisslərlə yaşayır, müs­bət hərəkətlərə, xeyirxah əməllərə meyl edir.

Tərbiyəni nümunələr əsasında aparmağın faydalı ol­ma­sı fak­tı xalq pedaqogikası materiallarında elmi peda­qo­­­gi­ka­dan da əvvəl təkrar-təkrar qeyd edilmişdir. Nümunə növləri ara­sın­da isə valideyn, dost-tanış və usta - tərbiyəçi nümunəsinə da­ha geniş yer verilmişdir. Məsələn, Azərbaycan atalar söz­lə­rində deyilir: "Ot kökü üstə bitər", "Qız anadan gör­mə­yin­cə öyüd almaz", "Ana çıxan ağacı qızı budaq-budaq gəzər" Bu kəlamlardan görünür ki, xalq müdrikliyi övlad tər­­biyəsində hər iki valideynin rolunu (xüsusən qızın tər­bi­yə­sində ananın, oğlanın tərbiyəsində isə atanın rolunu) yük­sək qiymətlən­dirir.



SUALLAR VƏ TAPŞIRIQLAR


  1. Tərbiyə prinsiplərinin əsas xarakteristikasını göstərin.

  2. Tələbkarlığın tətbiqi qaydaları hansılardır?

  3. Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipinin tətbiqinə dair misallar gətirin.

  4. Xalq pedaqogikasında istifadə olunan tərbiyə üsullarınadair referat hazırlayın.

  5. Elmi pedaqogikada tərbiyə üsulları hansılardır?

  6. Tərbiyədə nümunənin mövqeyini izah edin.


MÜSTƏQİL İŞ ÜÇÜN ƏDƏBİYYAT


      1. N.Kazımov. Məktəb pedaqogikası. Bakı, 2008

      2. Z. Qaralov. Tərbiyə I c. Bakı – 2003.

      3. L.Qasımova, R.Mahmudova. Pedaqogika. Bakı, 2012.

      4. A.Abbasov. Pedaqogika (müxtəsər konspekt və sxemlər). Bakı,

2007.
Download 181.39 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling