TƏRBİYƏNİn priNSİPLƏRİ VƏ TƏRBİYƏNİN Üsullari
Download 181.39 Kb.
|
10muhazire
TƏRBİYƏNİN PRİNSİPLƏRİ VƏ TƏRBİYƏNİN ÜSULLARI PLAN Tərbiyə prosesinin qanunauyğunluqları. Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi. Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Hörmət və tələbkarlıq prinsipi. Tələblərdə vahidlik prinsipi. Nikbinlik prinsipi. Tərbiyə üsulları haqda anlayış. Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına xidmət edən üsullar. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları Tərbiyədə nümunənin mövqeyi Tərbiyə prosesinin qanunauyğunluqları. Tərbiyə hadisələrindəki səbəb – nəticə arasında davamlı təkrar olunan asılılığın mahiyyətinin aydın və dəqiq ifadəsi tərbiyə prosesinin qanunauyğunluğudur. Tərbiyənin qanunauyğunluqları: tərbiyə prosesinin məqsədi ilə əlaqədar qanunauyğunluq: tərbiyə işinin məqsədi nə qədər düzgün müəyyənləşdirilib həyata keçirilirsə, onun səmərəsi bir o qədər artır və əksinə, tərbiyə işinin məqsədi qeyri-müəyyən olduqda səmərə azalır; tərbiyənin müasir həyatla əlaqəsində qanunauyğunluq:tərbiyəvi tədbirin məzmunu real həyati faktlarla zənginləşdirildikdə onun səmərəliliyi artır; tərbiyədə yaş vəfərdi xüsusiyyətlərin nəzərə alınmasında qanunauyğunluq: tərbiyə olunanların yaş və fərdi xüsusiyyətləri nə qədər hərtərəfli öyrənilib, tərbiyə işində nəzərə alınırsa, tərbiyə prosesi o qədər səmərəli nəticələnər; tərbiyədə hörmət və tələbkarlıqla əlaqədar qanunauyğunluq:tərbiyə olunanın şəxsiyyətinə hörmətlə, ona mümkün qədər ciddi tələbkarlıq vəhdət halında tətbiq edildikdə tərbiyə prosesinin səmərəsi artır; tələblərdə vahidliklə əlaqədar qanunauyğunluq:tərbiyə olunana göstərilən müxtəlif təsirlər arasında vahidliyə nə qədər ciddi əməl edilərsə, tərbiyə prosesinin səmərəsi bir o qədər yüksələr; tərbiyədə nikbinliklə əlaqədar qanunauyğunluq: tərbiyə olunanda müsbət cəhətləri müəyyən etməklə, tərbiyənin müsbət nəticələnəcəyinə nə qədər çox inamla yanaşılarsa, tərbiyə işi o qədər müvəffəqiyyətli olar; söz və əməlin nisbətində qanunauyğunluq: tərbiyəçinin sözü ilə əməli bir-birinə uyğun gəldiyi hallarda tərbiyə prosesi daha səmərəli nəticələnir. Tərbiyənin müvafiq qanunauyğunluğundan irəli gələn, davranışla əlaqədar milli və ümumbəşəri dəyərlərin formalaşmasına güclü təsir göstərən aparıcı ideyaya tərbiyə prinsipi deyilir. Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi. Həyat ən yaxşı tərbiyə məktəbidir. Ona görə də tərbiyənin həyatla əlaqəsi mühüm prinsiplərdən biri sayılır. Gənc nəsli müsbət nümunələr, adət - ənənələr əsasında tərbiyə etmək çox vacib məsələlərdən biridir. Demokratik ruhlu gənclərin tərbiyə olunmasına bu gün böyük ehtiyac vardır. Bunun üçün onların ictimai-siyasi hadisələrlə tanışlığı, həmin hadisələrin həlli yollarının müəyyənləşdirilməsi və ona münasibətini bildirməsi imkanlarının yaradılması çox mühümdür. Bu imkanlar birdən-birə deyil, müxtəlif yollarla əldə edilir. Tərbiyənin həyatla əlaqəsi şagirdlər qarşısında böyük imkanlar açır. Keçirilən tədbirlər, aparılan ekskursiyalar, yarışlar, gecələr, olimpiadalar, gəzintilər şagirdləri mənəviyyatca zənginləşdirir, əxlaqcasaflaşdırır, fiziki cəhətdən kamilləşdirir. Keçirilən hər bir tədbir şagirdləri həyata yaxınlaşdırır, əməyə maraq yaradır və ona hazırlayır, yaradıcılıq işlərinə istiqamətləndirir. Torpaqlarının 20%-dən artığı düşmən tapdağında olan bir ölkədə tərbiyənin aşılanması həyati faktorlara söykənməlidir. Şagirdlər xalqının başına gətirilən müsibətlərin təcəssümçüsü olan şəhidlərin qəhrəmanlıqlarını tarixin salnaməsinə çevirməlidirlər. Tərbiyənin həyatla belə bağlanması vətənpərvər ruhlu gənclərin yetişməsinə səbəb olur. Bu gün işləmək, yaratmaq, qurmaq arzusunda olan gənclər yetişir. Lakin bəzən həyatda necə fəaliyyət göstərəcəkləri onlara çətin gəlir. Yaranmış arzularını həyata keçirməkdə kimdənsə kömək umurlar. Tərbiyənin əməklə əlaqələndirlməsi bu çətinliyi aradan qaldırmaqda böyük gücə malikdir. Məktəbli əmək sahələri, əmək növləri ilə tanış olur, onların əhəmiyyəti haqda məlumat əldə edir. Istəyi və arzusu ilə üst-üstə düşən əmək sahəsini müəyyənləşdirmiş olur, bu sahədə bacarıq və vərdişlərə yiyələnmək meyli əmələ gəlir. Bununla birlikdə, onlarda seçdiyi əmək növünə qabil olacağı inamı formalaşır. Sxem 1 Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsinireallaşdırmağın şərtləri: tərbiyə olunanların əməyin cəmiyyətdə və hər bir insanın həyatında rolunu dərk etmələri; əməkçi insanlara rəğbət hissinin formalaşması; cəmiyyətin və özünün mənafeyi naminə yorulmadan yaradıcı əməklə məşğul olmaq qabiliyyətinin inkişafı; müasir istehsalatın ümumi əsaslarından baş çıxarmaq; düzgün peşə seçimi işində şəxsi və ictimai maraqların vəhdətinə nail olmaq. Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsinin əhəmiyyəti: şagirdlər həyatın ən böyük tərbiyəçi olduğunu real şəkildə görür və dərk edirlər; şagirdlərdə milli – mənəvi dəyərlərə hörmət, məhəbbət hissi yaranır, vətənin sahiblərindən biri olduqları fikri əmələ gəlir; onlar vətənin, diyarlarının tarixini, gücünü, qüdrətini öyrənmək imkanı qazanırlar; şagirdlər vətənin xilaskarı, müdafiəçisi, inkişafetdiricisi olacaqları barədə milli qürur hissini yaşadırlar; onlar özlərini həyata hazırlamaq və onun qurucuları ola bilmək inamına yiyələnirlər. Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsiprisipinin qaydaları: şagirdlər dərs zamanı və dərsdənkənar təlim-tərbiyə işlərində tədricən genişləndirilən gücəmüvafiq, konkret fəaliyyətə cəlb edilməlidirlər; tərbiyə olunana izah edilməlidir ki, onun əsas əmək növü təlimdir; lakin ailədə gücüçatan digər əmək növləri ilə məşğul olmaq da onun vəzifəsidir; dərs zamanı və dərsdənkənar tərbiyəvi işlərdə ölkəşünaslıq materiallarından istifadə olunmalıdır; uşaqların böyüklərlə birgə əməkdə iştirakı prosesində onlarda məsuliyyət və vətəndaşlıq hissləri formalaşır; tərbiyə prosesi elə qurulmalıdır ki, uşaqlar öz əməklərinin cəmiyyətə gərəkli olduğunu dərk etsinlər. Yaş və fərdi xüsusiyyətlərinnəzərə alınması prinsipi. Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın. Sxem 2 Hörmət və tələbkarlıq prinsipi. Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şəkildə bunlar başa düşülür: uşaqlarla səmimi, tərəfdaşlıq münasibətlərinin, mehriban ünsiyyətin yaradılması; uşağın həvəs və arzuları ilə hesablaşmaq, xüsusilə kiçik yaşlarında onların arzularının maksimum dərəcədə yerinə yetirilməsinə çalışmaq; uşaqların qabiliyyəti və bacarıqlarını nümayiş və tətbiq edə bilmələrinə şərait yaratmaq; tərbiyə işində ayrı-seçkilik qoymadan, hər kəsə əməlinə, davranışına görə qiymət vermək; uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır. Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir. Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılıdır: tələb elə verilməlidir ki, uşaq onu yerinə yetirməyə borclu olduğu bir şey kimi başa düşsün; tələbin nə məqsədlə verildiyi şagird üçün aydın olmalıdır; tələbin məzmunu aydın olmalıdır; ibtidai sinif şagirdlərinə verilən tələblər konkret, lakonik olmalıdır; tələb uşağın yaşına və gücünə müvafiq olmalıdır; tələb verilərkən pedoqoji etika gözlənilməlidir; verilmiş tələbin icrasına nəzarət edilməli, nəticələri mütləq yoxlanmalı və dəyərləndirilməlidir. Tələblərdə vahidlik prinsipi. Bu prinsip uşağa göstərilən tərbiyəvi təsirlərin əlaqələndirilməsi və vahid məqsəd ətrafında birləşdirilməsini, birinin digərini tamamlamasını tələb edir. Tələblərdə vahidlik aşağıdakı tərəflər arasında gözlənilməlidir: bütün müəllimlər arasında; müəllimlərlə məktəb rəhbərliyi arasında; müəllimlərlə şagird təşkilatları arasında; məktəb rəhbərliyi ilə şagird təşkilatları arasında; məktəblə ailə arasında; məktəblə məktəbdənkənar tərbiyə müəssisələri arasında; məktəblə ictimaiyyət arasında; ailə üzvləri arasında və s. Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip pedaqoji ədəbiyyatda “müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır. Nikbinlik prinsipinin qaydaları: tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qarşıdurma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nəticələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bilər; uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, kiçik də olsa müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf etdirməklə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır; uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzünə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir səmərə vermir. Bu iş daha çox fərdi aparılmalıdır; “nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə gözdən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbətləndirmək, alqışlamaq lazımdır; uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hərəkətlərindən ləzzət almağa alışdırmaq lazımdır. Tərbiyə üsulları haqda anlayış. Tərbiyə üsulları – tərbiyə məqsədlərinə çatmağın yolları, qaydalarıdır. Tərbiyə üsulları konkret şəraitdən, tərbiyə prosesinin təşkili və xarakterindən asılı olduğundan çoxsaylıdır. Buna görə də nəzəri pedaqogikada, adətən, tərbiyənin ümumi üsullarından bəhs olunur. Sxem 1 Tərbiyə tərzi – üsulun müvəffəqiyyətli olması üçün yerinə yetirilən ayrıca hissəsidir. Tərbiyə vasitəsi dedikdə - üsulun tətbiqi zamanı istifadə olunan hər bir əşya, fakt və hadisə başa düşülür. Tərbiyə üsullarının təsnifatı-onların müəyyən əlamət əsasında düzülmüş sistemi deməkdir. Tərbiyə üsullarının təsnifat müxtəlifliyi Sxem 2 (T.A.İlyina) Sxem 3 (M.Muradxanov) Tərbiyə üsulları əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsullar; əsasən fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn üsullar; fəaliyyət və davranışı stimullaşdıran üsullar; nəzarət, özünənəzarət və özünəqiymət; nümunə(N.Kazımov, Ə.Həşimov) Elmi pedaqogikada tərbiyə üsullarını bu cür qruplaşdırmaq daha məqbul hesab edilir: şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar; fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xidmət edən üsullar; fəaliyyət və davranışın stimullaşdırılması üsulları. Şüurun və əqidənin formalaşmasınaxidmət edən üsullar. Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar dedikdə - davranış tələblərinin nədən ibarət olmasını izah etmək, onların zəruriliyinə uşağı inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələr başa düşülür. Müasir elmi pedaqogikada şüurun və əqidənin formalaşmasının əhəmiyyəti nəzəri baxımından kifayət qədər izah edilsə də tərbiyə prosesində praktik olaraq bu üsullardan istifadə çox zəifdir. Müəllim və tərbiyəçilər, bəzən hətta valideynlər də, adətən, tərbiyəvi təsir üçün stimullaşdırıcı üsullardan istifadəyə daha çox üstünlük verirlər. Halbuki, xüsusilə ibtidai siniflərdə cəzalandırmadan mümkün qədər az istifadə edilməlidir. Yadda saxlanılmalıdır ki, rəğbətləndirmə və cəza, əksər hallarda, müəyyən əxlaqi hərəkətin, tərbiyəvi tədbirin konkret bir hal üçün həyata keçirilməsindən ötrü tətbiq edilir. Hər hansı hərəkəti yalnız cəzalandırma, yaxud rəğbətləndirmə tədbirinin bilavasitə təsiri nəticəsində yerinə yetirən uşaq həmin hərəkəti etməyə niyə icazə verilib-verilmədiyinin əsl mahiyyətini dərk etmədiyindən gələcəkdə oxşar situasiyada yenə də ona nəzarət zəruri olur. Yəni uşaq hər dəfə rəğbətləndirmə və ya cəza gözləyir. Eyni davranış hadisəsi barədə uşaqda əxlaqi şüur formalaşdıqda isə, mahiyyət dərk olunduğundan həmin hərəkətin icrasına artıq tərbiyəçi tərəfindən xüsusi nəzarət tələb olunmur. Uşaq həmin tələbə yerinə yetirməyə borclu olduğu bir şey kimi baxır. Bütövlükdə tərbiyə prosesində olduğu kimi, bu problemin həllinin də ən düzgün yolunun xalqın pedaqoji təcrübəsində olduğuna əsaslanaraq, əxlaqi şüurun və əqidənin formalaşması üsulunun etnopedaqoji mahiyyətini tamamilə elmi pedaqogikaya da şamil etmək olar. Əxlaqimövzuda söhbətlər - əxlaqi məzmunlu konkret fakt və hadisələrin emosional şərhinə əsaslanır. Uşaqların hisslərinə təsir etdiyindən bu üsul nəinki əxlaqi anlayışların mahiyyətini aşkar edir, həmçinin onların davranışını da müəyyən edir. Əxlaqi mövzuda söhbətlərin səmərəlilik şərtlərinə aşağıdakıları daxil etmək olar: belə söhbətlər uşağın sosial təcrübəsinə uyğun olmalıdır; söhbət illüstrativ materiallarla müşayətolunmalıdır; əxlaqi söhbətin aparıldığı yer şəraiti də onun səmərəliliyinə təsir göstərə bilir. Hökm deyil ki, söhbət məktəbdə, sinif şəratində aparılsın; bu iş üçün təbiət, kiçik bağça və ya tonqal ətrafı da seçilə bilər; söhbət yüksək pedaqoji ustalığa və nitq mədəniyyətinə malik şəxsin icrasında daha səmərəli olur; müəllim-tərbiyəçi çalışmalıdır ki, söhbət şagirdlərin daxili aləminə təsir etsin, onları həyəcanlandırsın, uzun müddət onların yadında qalsın. Fərdi söhbətlər Fərdi söhbətlər daha çox ayrı-ayrı uşaqlar tərəfindən müəyyən davranış norması pozulduqda və ya çatışmayan müsbət əxlaqi keyfiyyəti formalaşdırmaq məqsədilə aparılan inandırma üsuludur. Fərdi söhbətlərin səmərəlilik şərtlərinə bunları daxil etmək olar: belə söhbətlərin məqsədi pis hərəkəti uşaqla bərabər təhlil edib aydınlaşdırmaq, onu bu hərəkətin üzərində düşündürmək, peşmançılıq hissi oyatmaq olmalıdır; fərdi söhbəti danlağa çevirmək olmaz, belə söhbətlər uzun-uzadı nəsihətçiliyə də çevrilməməlidir. fərdi söhbət zamanı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. fərdi söhbət, həm də yeni əxlaqi keyfiyyət yaradılması məqsədilə aparılır. Bu halda kiçik yaşlı məktəbliyə “bu cür etmək lazımdır,ona görə ki,...” deyə əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyəti başa salınmalıdır. Əxlaqi mövzuda müsahibələr Əxlaqi mövzuda müsahibələr əxlaqi baxışların, mühakimələrin və əqidənin yaradılması, ümumiləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə tərbiyəçi ilə tərbiyə olunanlar arasında qarşılıqlı müzakirə aparılmasıdır. Əxlaqi mövzuda müsahibələrin səmərəlilik şərtləri bunlardır: müsahibə problem xarakterli olmalı, uşaqlar müəllimin təhrikedici qeyri-standart sualları ətrafında öz fikirlərini, mülahizələrini müdafiə etməyə cəlb edilməlidirlər; əxlaqi müsahibələri əvvəlcədən hazırlaşmaq prinsipi ilə aparmaqdansa, davranış normaları pozulduqdan dərhal və ya azacıq vaxt keçəndən sonra başlamaq daha səmərəli olar; elə şərait yaradılmalıdır ki, uşaqların hamısı öz fikrini tam sərbəst deyə bilsin, həm də müəllimdən çox, şagirdlər danışsınlar; müsahibə real fakt və hadisələrə həsr olunmalı, şagirdlərin yaşına və qabiliyyətlərinə müvafiq mövzulara həsr olunmalıdır. Fəaliyyətin təşkilinə və davranış təcrübəsininformalaşmasına xidmət edən üsullar. Bu üsulların əsas mahiyyəti dərk edilmiş əxlaqi anlayışların, əqidənin, konkret işdə, davranış zamanı tərbiyə olunanların hərəkətlərində özünü göstərməsi, onlarda əxlaqi vərdiş və adətlər yaradılmasıdır. Bu üsulları “alışdırma üsulları” da adlandırmaq olar. Çalışmalar ● Çalışmanın mahiyyətini əxlaqi hərəkətin dəfələrlə təkrarı nəticəsində avtomatik şəkildə davranış keyfiyyəti yaradılması təşkil edir. Çalışmaların səmərələliyini təşkil etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: çalışmaların sistemliliyi; onların məzmunu; gücəmüvafiqlik; çalışmaların həcmi; təkrarların tezliyi; nəzarət və təshih; şagirdlərin şəxsi keyfiyyətləri; çalışmaların müddəti və yeri; fərdi, qruplarla və kollektiv çalışmalardan istifadə; çalışmaların stimullaşdırılması; Vərdiş və adətlər – intensiv aparılan çalışmaların nəticəsi kimi formalaşan sabit şəxsi keyfiyyətlərdir. Əxlaqi vərdişlər və adətlər yaradılmasının səmərəlilik şərtlərinə aşağıdakıları daxil etmək olar: tərbiyənin məqsədi haqda tərbiyəçi və tərbiyəolunanlarda aydın təsəvvürün olması; hər hansı əxlaqi keyfiyyətə alışdırma qaydasını aydın və başa düşülən şəkildə təqdim etmək lazımdır; əxlaqi hərəkətlərin düzgün və dəqiq yerinə yetirilməsinə çalışmaq lazımdır; tələskənlik səmərə verməz; vərdişlər formalaşdırılması prosesi daimi nəzarətdə saxlanmalı, özünənəzarət xüsusiyyətlərinin tətbiqinə çalışılmalıdır; vərdiş və adətlər yaradılması prosesi uşaqların yaşına və gücünə müvafiq olmalıdır. Tapşırıqlar vasitəsilə uşaqları müsbət hərəkətlərə alışdırırlar. Məsələn, xəstə yoldaşını yoluxmaq, ona geridə qaldığı dərslərdən kömək etmək, sinif otağını təmizləmək, hər hansı tədbir üçün nəyisə hazırlamaq və s. tapşırıla bilər. Tərbiyəvi situasiyalar dedikdə - prosesinin xüsusi olaraq təşkil edilmiş şəraitdə aparılması başa düşülür. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları. Tərbiyə prosesində stimul dedikdə - müəyyən hərəkətə rəvac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alınması, ləngidilməsinə yönəldilən təsir başa düşülür. Rəğbətləndirmə Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsirəğbətləndirmə adlanır. Tərifləmə - ən sadə rəğbətləndirmə tədbiridir, xüsusilə kiçik yaşlı uşaqlara daha çox tətbiq edilir. Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin daha ciddi və rəsmi rəğbətləndirilməsidir. Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tətbiqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir. Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik göstərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olunmuş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir. Cəzalandırma Əxlaqi hərəkətin, davranışın mənfi qiymətləndirilməsicəzalandırma adlanır. Rəğbətləndirmə və cəzalandırma üsullarınınsəmərəliliyini artırmağın şərtləri: rəğbətləndirmə və cəzalandırma obyektiv olmalıdır; rəğbətləndirmə və cəzalandırma zamanı müəyyən hədd gözlənilməlidir; rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımamalıdır; rəğbətləndirmə və cəzalandırma tətbiq edərkən uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır; rəğbətləndirmə və cəzalandırma tədbirlərinin mahiyyəti və səbəbi uşağa aydın olmalıdır; rəğbətləndirmə və cəza nüfuzlu şəxs tərəfindən tətbiq olunduqda daha səmərəli olur; Tərbiyədə yarış üsulu – uşaqlarda özünütəsdiq, rəqabət, üstün olmaq tələbatının cəmiyyətə yararlı istiqamətə yönəldilməsini təmin etmək üsuludur. Tərbiyədə nümunənin mövqeyi. Pedaqoq alimlərdən bəziləri nümunəni şüur və əqidənin formalaşmasına yönələn müstəqil üsul kimi təqdim edirlər. Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu - tərbiyənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə verirlər. Tətbiq edilmə yerinə və xüsusiyyətinə görə eyni üsuldan tərbiyənin vasitəsi kimi də istifadə oluna bilər. Bununla belə nümunə öz-özlüyündə üsul deyildir. Amma tərbiyə işində ondan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bilavasitə istifadə etdikdə nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır. Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsullarına daxil olur. Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunədən ibrət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl edir. Tərbiyəni nümunələr əsasında aparmağın faydalı olması faktı xalq pedaqogikası materiallarında elmi pedaqogikadan da əvvəl təkrar-təkrar qeyd edilmişdir. Nümunə növləri arasında isə valideyn, dost-tanış və usta - tərbiyəçi nümunəsinə daha geniş yer verilmişdir. Məsələn, Azərbaycan atalar sözlərində deyilir: "Ot kökü üstə bitər", "Qız anadan görməyincə öyüd almaz", "Ana çıxan ağacı qızı budaq-budaq gəzər" Bu kəlamlardan görünür ki, xalq müdrikliyi övlad tərbiyəsində hər iki valideynin rolunu (xüsusən qızın tərbiyəsində ananın, oğlanın tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir. SUALLAR VƏ TAPŞIRIQLAR Tərbiyə prinsiplərinin əsas xarakteristikasını göstərin. Tələbkarlığın tətbiqi qaydaları hansılardır? Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipinin tətbiqinə dair misallar gətirin. Xalq pedaqogikasında istifadə olunan tərbiyə üsullarınadair referat hazırlayın. Elmi pedaqogikada tərbiyə üsulları hansılardır? Tərbiyədə nümunənin mövqeyini izah edin. MÜSTƏQİL İŞ ÜÇÜN ƏDƏBİYYAT N.Kazımov. Məktəb pedaqogikası. Bakı, 2008 Z. Qaralov. Tərbiyə I c. Bakı – 2003. L.Qasımova, R.Mahmudova. Pedaqogika. Bakı, 2012. A.Abbasov. Pedaqogika (müxtəsər konspekt və sxemlər). Bakı, 2007. Download 181.39 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling