Xülasə Tədqiqatın məqsədi insan kapitalından isti fadənin iqtisadi səmərəliliyinin ölçülməsi
Download 114.13 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- UOT 331.101.262 İNSAN KAPİTALI KONSEPSİYASININ YARADILMASI VƏ ONUN KƏMİYYƏT QİYMƏTLƏNDİRİLMƏSİNƏ YANAşMALARIN TƏHLİLİ
- 2. İnsan kapitalı konsepsiyasının yaranmasına tarixi baxış
- 3. İnsan kapitalı və fiziki kapitalın müqayisəli təhlili
- 4. İnsan kapitalının dəyərinin ölçülməsi metodları
- 5. İnsan kapitalının dəyərinin ölçülməsinə müxtəlif yanaşmalar
- Мадатов Мансур Акиф оглу
- Madatov Mansur Akif oglu
- Keywords
113 n
1(133)/2017 Xülasə Tədqiqatın məqsədi – insan kapitalından isti- fadənin iqtisadi səmərəliliyinin ölçülməsi. Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli təhlil. Tədqiqatın nəticələri – insan kapitalından isti- fadənin yaxşılaşdırılması. Tədqiqatın məhdudiyyətləri – insan kapitalından istifadənin səmərəliliyinin ölçülməsi daha geniş araşdırmaların aparılmasını tələb edir.
talının ölçülməsi zamanı analitik mənbə kimi isti- fadə imkanlığı.
kapitalının dəyərinin ölçülməsinin ayrı-ayrı me- yarlar üzrə sistemli şəkildə təhlili.
AmEA-nın İqtisadiyyat İnstitutu Az 1152, Bakı ş., Parlament prospekti, 1. madatmansur@yandex.ru PDF processed with CutePDF evaluation edition www.CutePDF.com
1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 114 1. Giriş İnsan kapitalı mürəkkəb iqtisadi kateqoriya olub özündə insanın malik olduğu və müəyyən zaman çərçivəsində əmtəə və xidmətlərin istehsalı məqsədilə istifadə edilə biləcəyi qazanılmış bilik, bacarıq, motivasiya və enerjini ehtiva edir. Dünya Bankının ekspertləri tərəfindən tövsiyə edilən metodikaya əsasən ailələrin ərzaq, geyim, yaşayış yeri, təhsil, səhiyyə, mədəniyyət, həmçinin bu məqsədlərə dövlət xərcləri kimi istehlak xərcləri insan kapitalının ölçülməsi zamanı nəzərə alınır. İnsan kapitalı nəzəriyyəsinin tərəfdarları təhsilə, səhiyyə xidmətinə, istehsalatda hazırlığa, miqrasiyaya, uşaqların anadan olması və onlara baxmağa görə (uşaqların
səmərəliliyinin təhlilinin kəmiyyət metodlarını işləyib hazırladılar. Belə təhlil zamanı əsas fikir insanın məhsuldarlıq qabiliyyətlərinə və onların istehsalına edilən müxtəlif səviyyəli investisiyalar nəticəsində gəlirlərin diferensiasiyasına verilir. 2. İnsan kapitalı konsepsiyasının yaranmasına tarixi baxış İnsanın bacarığını kapital kimi nəzərdən keçirən Qərb iqtisadçıları arasında Uilyam Pettini, Adam Smiti, Jan-Batist Seyi, Nassau Senioru, Fridrix Listi, İohann fon Tüneni, Valter Baqexotu, Ernst Engeli, Henri Sicviki, Leon Valrası və İrvinq Fişeri misal göstərmək olar. Əsasən onlar tərəfindən insan kapitalının dəyər qiymətləndirilməsinin iki metodundan istifadə olunub: istehsalın dəyəri və əmək haqqının kapitallaşması proseduru. Birinci prosedur insanın “istehsalına” çəkilən real xərclərin (adətən, yaşayış vasitələrinin xalis xərci (net of maintenance)) qiymətləndirilməsindən, ikincisi isə fərdin gələcək gəlirlərinin (xalis və ya ümumi gəliri) cari qiymətləndirilməsindən ibarətdir. Uilyam Petti insan kapitalı ehtiyatını əmək haqqının ömürlük renta şəklində (bazar faiz dərəcəsi ilə) kapitallaşdırılması prosedurunun köməyi ilə qiymətlən - dirirdi. Əmək haqqının həcmini o milli gəlirdən şəxsi gəlirin çıxılması formasında müəyyənləşdirirdi. Uilyam Farr U.Pettinin insan kapitalının qiymətləndirilməsi metodikasını təkmil- ləşdirdi. Onun metodu fərdin gələcək maaşının cari hesablanmasından (gələcək maaş
müvafiq olaraq ölüm halını da nəzərə alırdı [4]. A.Smit yazırdı ki, “faydalı əməyin məhsuldarlığının yüksəlməsi hər şeydən öncə işçinin çevikliyi və bacarığından, sonra isə onun işlədiyi maşın və alətlərin təkmil- ləşdirilməsindən asılıdır” [3]. O hesab edirdi ki, əsas kapital maşın və digər əmək alətlərindən, tikililərdən, tor- paqdan və “bütün əhalinin və cəmiyyət üzvlərinin əldə olunmuş və faydalı
1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 115 bacarıqlarından ibarətdir”. O qeyd edirdi ki, “onun sahibinin mahiyyəti, tərbiyəsi və öyrənmək qabiliyyəti nəzərə alınmaqla belə bacarıqların əldə edilməsi həmişə həqiqi xərclər tələb edir. Bunlar özlüyündə onun şəxsiyyətində təcəssüm edən əsas kapitalı təşkil edir. Bu bacarıqlar həmin şəxsin mülkiyyətinin bir hissəsi olmaqla, həmçinin həmin şəxsin mənsub olduğu cəmiyyətin sərvətinin bir hissəsinə çevrilirlər. İşçinin böyük çeviklik və bacarığını əməyi sadələşdirən maşın və istehsal alətləri ilə müqa - yisə etmək olar. Onlar məlum xərc tələb etsələr də, sonradan həmin xərci mənfəət formasında geri qaytarırlar”. Ernst Engel insanın pul dəyərlərinin qiymətləndirilməsi üçün istehsal qiyməti metoduna üstünlük verirdi. O hesab edirdi ki, uşaqların yetişdirilməsi üçün onların valideynləri xərc çəkiblər. Bu xərclər qiymətləndirilərək uşaqların cəmiyyət üçün pul dəyəri hesab oluna bilər [2]. Lakin bütün bunlarla yanaşı, əşya və insanların istehsalına çəkilən xərclərlə on- lardan əldə olunan iqtisadi səmərə arasında sadə və birbaşa əlaqə mövcud deyil. Bütün bunlar hər şeydən öncə insan amilində özünü göstərir. Çünki onun istehsalı birbaşa iqtisadi səmərə üçün nəzərdə tutulmur. Lakin insan kapitalının kapitallaşdırılmış təhsil və səhiyyə xidmətləri kimi kom- ponentlərinin qiymətləndirilməsi baxımından E.Engelin modifikasiyalaşdırılmış metodu faydalıdır. C.R.Makkullox insanı kapital kimi qiymətləndirərək qeyd edir: “Kapitalı insana xas olmayan sənaye məhsulunun bir hissəsi kimi qəbul etməkdənsə, onun özünü kapital hesab etmək olar. Bunun üçün çoxlu səbəb var və onun milli sərvətin bir hissəsi hesab edilməməsi üçün heç bir səbəb yoxdur” [22, s. 67.]. Bundan başqa, o ümumi qəbul edilmiş kapitalla insan kapitalı arasında analogiyanın olduğunu bildirir. O qeyd edir ki, insan kapitalına investisiyaların dövriyyə sürəti digər investisiyalar kimi dövriyyə sürəti üstəgəl fərdin mümkün ömür müddəti ərzində bazar faiz dərəcəsi ilə müəyyən edilən normal dövriyyə sürətinin cəmindən ibarət olmalıdır [22, s. 66]. N.Senior hesab edirdi ki, insanlar kapital kimi qəbul edilə bilərlər. Bu məsələ ilə əlaqədar mülahizələri zamanı o insanın özünü deyil, onun ustalığı və əldə etdiyi bacarıqlarını kapital hesab edirdi [23, s. 68-69]. Lakin zaman-zaman o insanın özünü gələcəkdə gəlir götürmək məqsədilə saxlanmasına xərc tələb olunan kapital kimi nəzərdən keçirirdi [23, s. 10]. O bildirirdi ki, qul və azad insanın dəyəri haqqında mülahizələrdə çox kiçik fərqlər mövcuddur. Prinsipial fərq ondan ibarətdir ki, azad insan özünü müəyyən münasibətlər çərçivəsində müəyyən müddətə satır, qul isə bütün ömrü boyu satılmışdır. Q.D.Makleod istehsal edən insanı fiksə edilmiş kapital kimi nəzərdən keçirirdi. Onun nəzərincə, insan məhsuldar deyildirsə, onda iqtisadi təhlilə məruz qalmır [19]. Belə bir fikir bütün insanları kapital hesab edən L.Valrasın fikirləri ilə ziddiyyət
1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 116 təşkil edir. L.Valras hesab edirdi ki, bu insanların dəyər və ya qiyməti digər əmtəə kapitallarında olduğu kimi müəyyən edilir [25, s. 40.]. Bundan başqa, L.Valras bəzi iqtisadçılardan fərqli olaraq insanı kapital kimi tanımamaq daxili təkzib etmə hissindən məhrum idi. O sübut etməyə çalışırdı ki, xalis nəzəriyyəyə “ədalətlilik və praktiki məqsədəuyğunluğu nəzərdən keçirərkən tam abstraktlaşdırmağa meyillidir” və “insanı yalnız dəyər baxımından nəzərdən keçirməyə” çağırırdı [25, s. 216.]. İ.Q. fon Tünen, həmçinin bəzi tədqiqatçıların insanı dəyər ifadəsində qiymətlən - dirmək istəmədiklərini qeyd edirdi. Lakin belə mülahizələrdən “siyasi iqtisadın vacib sahələrindən birində lazımi qədər aydınlıq yaranmır və anlayışlarda qarışıqlıq mey- dana gəlir”. “Bundan əlavə, elə ola bilər ki, insanlar kapital haqqında qanunların subyektinə çevrilsəydilər, onda onların azadlığı və ləyaqəti daha müvəffəqiyyətlə təmin edilmiş olardı” [24, s. 5]. İ. fon Tünen hesab edirdi ki, əgər əməyin məhsul- darlığını yüksəldən xərcləri insan kapitalının analitik sxemində nəzərdən keçirsək, onda bir çox sosial institutları ləğv etmək olar. Bundan başqa, bu xərclərin kapital- laşdırılmış dəyəri kapital ehtiyatının ümumi hissəsi kimi nəzərdən keçirilməlidir [24, s. 1-10]. Maraqlıdır ki, bu və ya digər hallarda bu ideya sentimentalizmə xasdır, lakin bir çox müasir müəlliflər insan kapitalı anlayışını iqtisadi fikrin əsas axınında mövcudluğunu inkar edirlər. A.Marşall insanın kapitallaşdırılmış dəyərinin qiymətləndirilməsinin faydalı olduğunun mümkünlüyünü bildirir və onları xalis əmək haqqının (istehlak kapital-
dən keçirirdi. Bununla yanaşı, o insan kapitalının qeyri-reallığını (insanın bazarda satılmadığı üçün) qəbul etmirdi [20]. İnsan kapitalı İ.Fişer tərəfindən də kapital anlayışına daxil edilirdi. O hesab edirdi ki, insan kapitalı “faydalı maddi obyektdir” və insan bu xüsusiyyətlərə malik olduğundan mülahizələrdəki ardıcıllıq onları da kapital anlayışına daxil etməyi tələb edir [11]. Bundan əlavə, fərdin ustalığı ayrıca kapital kimi nəzərdən keçirilmir. İ.Fişer deyirdi ki, “kapital anlayışına daxil edilməli olan təlimli fərd mövcuddur” [12]. E.Denison hesab edir ki, fiziki kapitalda təcəssüm etmiş texnoloji tərəqqidən danışmaq əsas fondların (kapital əmtəələri) keyfiyyətindəki dəyişiliklərə istinad etmək deməkdir [9]. Belə analogiya insan üçün də tətbiq edilə bilər. Ustalıq və əldə edilmiş bacarıq insanlarda təcəssüm edir və istehsal vahidi kimi onların faydalı key- fiyyətlərini artırır. Beləliklə, ustalıq və bacarıqlar fərddən ayrılmazdır. Deməli, bunlar haqqında kapital kimi insandan ayıraraq danışmaq olmaz. Əgər bu mülahizələri qəbul etsək, onda təlim almış fərdin özü elə kapital hesab olunur.
Bütün bunlar labüd olaraq maraqlı bir sual meydana çıxarır. İnsanın ustalığı və faydalı qabiliyyətlərinin dəyəri ilə fərdin özünün dəyəri eynilik təşkil edirmi?
1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 117 Yuxarıda qeyd olunan sualın cavabı iqtisadi faydalılıq baxımından verilir. Əgər faydalılıq cəmiyyət üçün “xalis mənfəət” (burada xalis mənfəət ümumi istehsalın
dalı bacarıqların məcmusu mənfəəti artırmış olacaq. Buraya fərdin özünün əlavə edilməsi isə təkcə istehsalın deyil, həmçinin istehlakın artımına səbəb olacaqdır. Ustalıq və faydalı bacarıqların dəyəri və fərdin dəyəri, hər ikisi əlavə edilmiş mən- fəətlə ölçülmüşsə, fərqli ola bilər [10, s. 4]. Bununla yanaşı, ustalıq və qazanılmış bacarıqların və ya onların sahibinin insan kapitalı kimi müəyyən edilməsi vacib deyil. Lakin bəzi hallarda ustalıq və qazanılmış bacarıqlar bir tərəfdə, digər tərəfdə isə insanın özünün ayrılması, məsələn B.F.Ki - kerin qeyd etdiyi kimi vacibdir [17]. S.S.Hyubnerə görə insan kapitalının adi kapital kimi elmi izahı vardır. Onun əməliyyat müəyyənləşdirməsi “istiqrazlar vasitəsilə insan həyatının dəyərinin ka - pitallaşdırılması” hesabına alına bilər. Həmin istiqrazlar ona ömürlük renta (bu işçi qüvvəsi üçün) və dövriyyə (kredit mənbəyi kimi) verə bilər. İstiqrazlar burada təminat prinsipinə əsasən nəzərdən keçirilir və nəzərdən keçirilən obyektin reallaşmasının təminatı üçün amortizasiya fondlarının metodundan istifadə olunur. Bu halda insan gələcək işgüzar fəallığa malik olmalıdır [15]. Ümumi tarazlıq nəzəriyyəsinə görə sahibkarlar işçi qüvvəsinə, başqa sözlə, insan kapitalına investisiya yatırmaqda maraqlı deyillər. Lakin son zamanlar uzunmüddətli artım amilləri işgüzar fəallığın tənzimlənməsində dominant amil hesab olunur. Bir sıra Qərb iqtisadçılarının qeyd etdiyi kimi bütün sahibkarlara insanın ümumi hissə - sinə çevrilmiş investisiyaların vacibliyi məlumdur və bu insanlara edilən in- vestisiyaların artımına səbəb olur [5]. Buna görə də, insanın qazandığı bacarıqların və adi kapitalın simmetrik nəzərdən keçirilməsi XIX əsrin bir çox iqtisadçıları üçün adi hal idi. E.Vuds və K.Metsqer göstərdilər ki, insan və adi kapitalın simmetrik nəzərdən keçirilməsinə “dəyərsizləşmə”, “saxlama”, “sıradan çıxma” kateqoriyalarından is- tifadə etdikdə nail olunur. Saxlama xərcləri istehlak xərcləri əmək haqqından çıxıldığı zaman, dəyərsizləşmə sıradan çıxma ilə birgə orta əmək haqqı hesablanan üsul ilə nəzərə alınır. Bu amil (dəyərsizləşmə və sıradan çıxma) işçilərin orta illik əmək haqqının hesablanması zamanı müzakirəyə çıxarılır. Orta illik əmək haqqı hesablanan zaman köhnə işçilərin aşağı əmək haqqısı ilə birlikdə daha səmərəli is- tehsalçıların yüksək əmək haqqısı da nəzərə alınır. Birinci qrup təbii ki, sağlam və daha məhsuldar işçilərə nisbətən aşağı əmək haqqı alırlar. Lakin ikincilərin əmək haqqısı orta əmək haqqı hesablanan zaman birinci daha aşağı əmək haqqı alan işçilərin və ixtisas səviyyəsinə malik olmayan çox gənc işçilərin əmək haqqısı ilə qarışır.
Nəticədə tədqiqatçılar belə qənaətə gəlirlər ki, əhalinin pul dəyərləri ölkənin ən böyük aktividir və “məhsuldar fərdlərin ömürlərinin uzadılması məqsədilə insan 1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 118 həyatının saxlanmasına və sağlam həyatdan həzz almağa vəsilə olan milli rifah halının yüksəldilməsində maraqlı olan vətəndaşlar və tələbələr tərəqqini fəal dəstək- ləyirlər” [27]. Bəzi müasir iqtisadçıların fikirləri bu nəticə ilə ziddiyyət təşkil edir. Onlar hesab edirlər ki, inkişaf etmiş ölkələrdə səhiyyə xərclərinin gələcək artımı “rifah deyil, sağlamlıq vermiş olduğundan iqtisadi baxımdan məhsuldar olmayacaq” [18].
Bəzi müəlliflər insanın kapital dəyərinin qiymətləndirilməsini birinci Dünya müharibəsində itkilərin hesablanması zamanı istifadə ediblər [14]. İv Giyot deyirdi: “İnsan - kapitaldır və cəmiyyət təkcə humanist deyil, həmçinin iqtisadi səbəblərdən onun ölüm səviyyəsinin aşağı salınmasında maraqlı olmalıdır” [8]. Ernst Boqart qeyd edirdi ki, müharibədə həlak olmuş insanların həyatının pul dəyərinin qiymətləndirilməsi “şübhəli statistik aidiyyat metodu”dur. Bununla yanaşı o hesab edirdi ki, yalnız bu itkilərin pul şəklində qiymətləndirilməsi onların iqtisadi cəhətdən nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi barədə təsəvvür formalaşdıra bilər [7]. H.Boaq “müharibələrin dəyərinin, insan həyatlarının itirilməsini kapitalın azal- ması kimi qiymətləndirmək doğru olarmı” məsələsini nəzərdən keçirirdi [6, s. 7.]. O belə bir nəticəyə gəldi ki, Bu düzgündür, çünki “maddi və insan” kapitalı arasında sıx analogiya mövcuddur [6, s. 9.]. Bundan əlavə, H.Boaq insan kapitalının ölçülməsi ilə əlaqədar bir neçə məsələyə aydınlıq gətirmək istəmişdir: birincisi, qiymətləndirmə metodu qiymətləndirmənin hansı məqsəd üçün istifadə olunacağından asılıdır; ikincisi, həm insan, həmçinin adi kapitalın maddələr üzrə qiymətləndirilməsi zamanı ehtiyatlı davranmaq lazımdır; üçüncüsü, adi və insan kapitallarının dəyərlərinin qarşılıqlı təsirləri nəzərə alın- malıdır [6, s. 10.]. H.Boaq, həmçinin qeyd edirdi ki, insan kapitalının ölçülməsi zamanı əmək haqlarının kapitallaşdırılması metodu daha məqsədəuyğundur. Çünki bu metod maddi əşyaların dəyərini ölçməyə imkan verir, istehsalın dəyərinin ölçülməsi metodu isə onların qazanmaq qabiliyyətinə təsir etməyən xərcləri özündə birləşdirir. Onun fikrincə, müharibə nəticəsində pul itkilərinin hesablanması üçün “ümumi” metoddan istifadə daha məqsədəuyğundur. “Maddi itkilərin hesablanması zamanı gəlirin itkisi, adətən milli əmanətlərlə deyil, ümumi milli gəlirlə müqayisə olunur. Ona görə də adətən əlavə dəyərin deyil, ümumi gəlirin kapitallaşdırılmış dəyərinin azalmasını nəzərdən keçirmək daha yaxşıdır” [6, s. 14.]. Baxmayaraq ki, N.Senior əvvəl qeyd edirdi ki, H.Boaq çətin məsələlərdən biri olan istehsal dəyəri üzrə insan kapitalının ölçülməsi metodunu dəqiq müəyyən edən- lər içərisində birinci olub. Lakin gəlir əldə edənin istehsalı üçün təhsilə, səhiyyəyə və digər sahələrə çəkilən xərcləri dəqiq müəyyən etmək çətindir. Çünki bütün bunlar 1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 119 onun “maddi sərvətin istehsalına bilavasitə kömək etməyən sevmək, həzz almaq, iftixar etmək” kimi xüsusiyyətlərindən ayrılıqda nəzərdən keçirilə bilməz [6, s. 17]. Qərb iqtisadçıları tərəfindən insan kapitalının analitik sxemi adi kapitalınkı kimi eyni məqsədlər (miqrasiyanın, təhsil və səhiyyəyə investisiyaların iqtisadi səmərəsini
ABŞ üçün miqrantların pul dəyəri haqqında maraqlı fikirlər bu ölkədə XIX əsrin sonlarında meydana gəlməyə başlamışdı. Belə bir fikir yaranmışdı ki, immiqrasiya ABŞ üçün iqtisadi cəhətdən faydalıdır və bu insan kapitalı təhlilinin konseptual sxeminin xüsusiyyətlərinə müvafiq idi. İm- miqrantların pul dəyərinin qiymətləndirilməsi metodları və faydalılığı barədə digər məsələlər də meydana çıxırdı. Yaşlı, xəstə və qohumları olmayan insanların ABŞ ərazisinə daxil olması faydalıdırmı? Və ya peşə, təhsil və digər keyfiyyətlərə malik olmayan insanların ölkəyə girişi faydalıdırmı? F.Kapp ABŞ ərazisinə daxil olmuş immiqrantların kapital dəyərini hesablamaq üçün dəyərsizləşmə və insanın saxlanma xərcləri nəzərə alınmadan E.Engelin is- tehsalın dəyər metodundan istifadə edirdi. O belə bir nəticəyə gəlmişdi ki, əgər im- miqrasiyanın səviyyəsi dəyişməz qalarsa, onda ölkə hər gün insan kapitalı kimi bir milyon dollar qazanacaq. Ç.L.Breys F.Kappın emiqrantların qiymətləndirilməsinə yanaşmasını və əldə et- diyi nəticəsini tənqid edirdi [21]. O qeyd edirdi ki, obyektin kapital dəyəri təkcə onun istehsal xərcləri ilə deyil, həmçinin ona olan tələblə müəyyən edilir. Deməli, hər bir immiqrant ölkə üçün onun istehsala faydası ilə saxlanma xərcləri arasındakı fərq qədər kapitallaşdırılmış dəyərə malikdir. R.Meyo-Smit U.Farrın xalis gəlirlərin kapitallaşdırılması prosedurunu tətbiq edib və hesab edirdi ki, qabiliyyəti olan və onların tətbiqi üçün imkanlar axtaran im- miqrant onun istehsalına çəkilən xərclərdən gəldiyi ölkə üçün daha çox pul dəyərinə malikdir. Bununla yanaşı, o qeyd edirdi ki, bu metod səhvsiz deyil. Belə ki, im- miqrantların gələcək gəlirlərinin kapitallaşdırılmış dəyəri digərlərini iş yerindən məhrum etmədən iş tapmaq imkanlarından asılıdır. Digər halda ölkədə immiqrant- ların insan kapitalı ehtiyatı artmayacaq [16]. 5. İnsan kapitalının dəyərinin ölçülməsinə müxtəlif yanaşmalar XX əsrin birinci qərinəsində müəllifləri insanın itirilməsinə səbəb olan xəstəlik və ölümlərin qarşısının alınması üçün pul itkilərinin müəyyən edilməsi məqsədilə insan kapitalının analitik sxemindən istifadə edən əsərlər meydana çıxdı. Yığımların səmərəsi xəstəlik və ölümlərin mümkün olduğu qədər xəbərdar edilməsi və qarşısının alınması hesabına yüksəldilə bilər [13]. Təhsil problemlərini araşdırarkən C.R.Uolş qeyd edirdi ki: “Ser Uilyam Pettinin dövründən etibarən bir çox iqtisadçılar insanı qeydə alınmış kapital kateqoriyasına 1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 120 daxil etmişlər. Çünki kapital kimi insanda istehsal üçün xərc tələb edir və bu xərc - lərin mənfəətlə qaytarılması üçün xidmət göstərir. Bu nəticə ümumi baxımdan verilir. Münasibətlər kapitalda olduğu kimi bütün insanlar üçün, təlim və təhsil üçün olan bütün xərclər isə onun dəyəri kimi müəyyən edilir” [26, s. 255.]. İnsan kapitalının dəyəri fərd kimi onun həyatı ərzində yığılmış saxlanmasına, təlim, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xərclərdir (başqa sözlə, istehsalın
hesablana bilər. İnsan kapitalının dəyərliyi (kapital dəyərliyi) onun fəaliyyəti ilə əlaqədar olan gözlənilən gələcək gəlirlərinin (ümumi və ya xalis gəlir) diskont- laşdırılmış axını kimi müəyyən edilir. C.Uolş xüsusən son onilliklərdə T.V.Şults, Q.Bekker və digər Qərb iqtisadçıları tərəfindən öyrənilən ali təhsilin iqtisadi aspektləri ilə maraqlanırdı. C.Uolş soruşurdu insanın peşəkar karyerası üçün təhsilinə xərclər (bazar tarazlığı əldə olunduqdan
edilən investisiyaların xüsusiyyətlərinə malikdirlərmi. O qeyd edirdi ki, bu həqiqətdir və hipotezini sübut etmək üçün müxtəlif təhsil səviyyəli insanların maaşları barədə məlumatları götürmüşdü. Onların kapital qiymətləndirilməsi hər bir yaş səviyyəsinə müvafiq olaraq maaşların kapitallaşdırılması metodunun köməkliyi ilə hesablanıb. C.Uolş müxtəlif səviyyəli təhsilin dəyərini istehsal dəyəri metodu ilə hesabladı, sonra isə bu dəyər ilə kapital dəyərini müqayisə etdi [1]. O nəzərdə tuturdu ki, bu iki dəyər bazar tarazlığı yaranarkən bir-birlərinə yaxın- laşacaq [25, s. 255-285]. C.Uolş müəyyən etmişdi ki, kollecdə təhsilin dəyərliliyi onun əldə edilməsindən çoxdur. Həmçinin peşəkar təhsilin dəyəri və kapital dəyərini hesablayarkən belə bir qənaətə gəldi ki, magistr, doktor və digər elmi dərəcələrə malik olan insanlar üçün kapital dəyəri dəyəri üstələyir. Bu hadisənin səbəbini o belə izah edirdi ki, yalnız pul dövriyyəsi nəzərə alınır, elmi dərəcəli alimlər isə xüsusi zövq və istehlak dəyərləri əldə edirlər. Məsələn, səyahət etmək imkanına, uzunmüddətli məzuniyyətlər və tətillərə, müxtəlif xid- mətlərə malik olur. Bu amillərin nəzərə alınması kapital dəyərini artırmış olacaq və kapital dəyərini dəyərə yaxınlaşdırmış olacaq. Mühəndislər, bakalavr dərəcəli in- sanlar və hüquqşünaslar üçün kapital dəyəri dəyəri üstələyir. C.Uolş hesab edirdi ki, bunun səbəbi qısamüddətə bu peşələrə tələbin təklifi üstələməsidir. Zaman keçdikcə bu peşə sahiblərinin sayı artdığından onların dəyəri ilə kapital dəyəri bərabərləşəcək. Teodor Vitsteyn insanı əsas fondlar (kapital əmtəələri) kimi nəzərdən keçirirdi və insan kapitalının hesablanması zamanı U.Farr (kapitallaşdırılmış əmək haqqı) və E.Engelin (istehsal qiyməti) işləyib hazırladığı yanaşmalardan istifadə edirdi. T.Vit- steynin insan kapitalı konsepsiyasına marağı həyat sığortasına ehtiyacın və həyatın itirilməsinə görə kompensasiya ədə edilməsi məqsədilə hesablamalar aparmaq üçün cədvəllərin hazırlanmasına tələbin təsiri altında formalaşmışdı. O fərz edirdi ki,
1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 121 fərdin həyat müddəti ərzində əmək haqqının həcmi onun saxlanması və təhsilinə çəkilən xərclərin cəminə bərabərdir. Bu yanaşma insanın anadan olarkən qiymətinin sıfıra bərabər olması tezisinə rəvac verir. T.Vitsteyn tərəfindən aşağıdakı düsturlar verilib: (1)
(2) burada, a – müəyyən peşə sahibi olan bir böyük yaşlı almanın təhsil daxil olmaqla illik istehlak xərcləri; r = (1+i), burada i – bazar faiz dərəcəsidir. (3)
L n – həyat cədvəlində n yaşında olan insanların sayı; R n – n yaşında olan insanın anadan olma anında (verilmiş r üçün) əldə etdiyi bir talerlik rentasının həcmi;
T.Vitsteyn sadəlik üçün fərz etdi ki, a və X fərdin ömrü boyu sabitdirlər və birinci tənlik (istehsal xərclərinə əsaslanan) N>n şərti daxilində insanın dəyərinin pul vahidlərində ölçülməsi üçün istifadə oluna bilər. N likdən (gəlirlərə əsaslanan) istifadə etmək daha doğru olar.
İnsanın bütün ömrü boyu əmək haqqısının və saxlanma xərclərinin bərabərliyi haqda əsas mülahizəni qeyri-qənaətbəxş hesab etmək olar. Qeyd etmək lazımdır ki,
əmək haqqının və istehsal qiymətlərinin kapitallaşdırılması metodlarının bir- ləşdirilməsi ölçünün iki dəfə artırılması kimi təkzib olunmasına şərait yaradır.
Amerika iqtisadçıları və sosioloqları Luis Dublin və Alfred Lotka həmçinin həyat sığortası sferasında işləmişlər və həyat sığortalanması zamanı məbləğin müəyyən
edilməsi üçün insan kapitalının ölçülməsi məqsədilə U.Farr və T.Vitsteynin yanaş- malarının qiymətli olduğunu vurğulamışlar.
Onlar aşağıdakı düsturu tərtib ediblər: (4)
burada, V – fərdin anadan olma anındakı dəyəri; – verilmiş anda bir dolların (x ildən sonra əldə edilmiş) dəyəri;
– insanın x yaşınadək yaşama ehtimalı; Y x – insanın x anından x+1 anınadək illik əmək haqqısı; E x – x yaşından x+1 anınadək istehsalatda məşğul olanların payı (U.Farr tam məşğulluğu fərz edirdi); C x – insanın x yaşından x+1 yaşınadək həyat xərclərinin məbləği. 1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 122 Müəyyən yaş üçün (məsələn a) insanın pul dəyərinin müəyyənləşdirilməsi məqsədilə düstur aşağıdakı şəkli ala bilər: (5)
Fərdin istehlakına və saxlanmasına çəkilən xərclər çıxılmaqla onun əmək haqqısının kapitallaşdırılması metodu bir çox məqsədlər üçün faydalı məlumat verir. Məsələn, insanın ailəsi üçün iqtisadi dəyəri ölçülür. Bu isə Dublin və Lotka üçün məqsəd hesab olunur. Əgər işçi ölübsə, onda ailə onun ailəyə pul ifadəsində töhfəsi qədər kasıblaşır. Bu isə işçinin gəlirlərindən onun saxlanmasına çıxılan məbləğdən ibarətdir. Bundan başqa, analoji yolla insanın özü və cəmiyyət üçün də iqtisadi dəyəri ölçülə bilər. Bu məqsədlər üçün insanın dəyərinin ölçülməsi məqsədilə ümumi gəlirlərin (saxlanma xərcləri daxil edilməklə) və ya insanın dövlətə ödədiyi vergilərin kapitallaşdırılması metodundan istifadə oluna bilər. Dublin və Lotkaya görə a – C
yaşında insanın istehsalının (təliminin) dəyəri aşağıdakı düsturla hesablanır: (6)
Düstur aşağıdakı kimi sadələşdirilə bilər: (7)
Deməli, a yaşınadək insanın istehsal dəyəri onun a yaşındakı dəyəri ilə anadan olma anındakı dəyəri arasındakı fərqinin hasilinə bərabərdir [10, s. 168.]. Bu E.En- gelin metodunun təkmilləşdirilmiş variantıdır.
İnsan kapitalı nəzəriyyəsinin tərəfdarlarının fikrincə, U.Farr, L.Dublin və A.Lotkanın əsərləri insan kapitalı və ya onun komponentlərinin ölçülməsi metodları ilə məşğul olan alimlər üçün istinad nöqtəsi hesab olunur. L.Dublin və A.Lotka tərəfindən əmək haqqının kapitallaşdırılması (saxlanma üçün həm xalis, həmçinin
hesab olunur. Eyni zamanda bu yanaşma ilə əlaqədar olaraq məlum çətinliklər mey- dana çıxır. Hesablama üçün lazım olan məlumatlar olduğu təqdirdə bu metod daha dəqiq nəticələr verir. Həqiqətən də, bu müəlliflər tərəfindən hazırlanmış insanın əmək qabiliyyətlərinin iqtisadi əhəmiyyətinin (və ya insan kapitalının) qiymətləndirilməsi metodları texniki cəhətdən mükəmməldir və real informasiya olduğu təqdirdə təcrübədə istifadə olunması üçün yaralıdırlar. Bir çox iqtisadçılar işçi qüvvəsinin iqtisadi qiymətləndirilməsinin vacibliyi və mümkünlüyünü qeyd edirdilər, həmçinin belə qiymətləndirmələrin konkret
1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 123 məqsədlər üçün istifadə olunmasından danışırdılar. Onlardan bəziləri insanı və ya onun əldə etdiyi qabiliyyət və ustalığı əsas kapitalın komponenti hesab edirdilər. Bundan başqa, insan kapitalının məbləğini həm mikroiqtisadi, həm də makroiqtisadi səviyyədə qiymətləndirməyə və bu qiymətləndirmələrdən xüsusi məqsədlər (məsə -
etməyə çalışırdılar. Digər müəlliflər isə sadəcə olaraq insanı (və ya əldə edilmiş qa- biliyyəti və ustalığı) kapital kimi qəbul edirdilər və onların məhsuldarlığının artırıl- masını insana edilən investisiyaların iqtisadi əhəmiyyətində görürdülər. Nəzəriy yəçilərin bu ikinci qrupu heç bir zaman nə insan kapitalını ölçməyə, nə də ondan xüsusi məqsədlər üçün istifadə etməyə cəhd etməmişlər. Lakin, eyni zamanda bəzi istisnalara rast gəlmək mümkündür. Belə ki, F.List bu anlayışdan proteksion- izmin vacibliyini göstərmək üçün istifadə edirdi, İ. fon Tünen isə bu məqsəddən is- tifadəni sosial ədalətə müvafiq olaraq həyata keçirilən istiqamət kimi müdafiə edirdi. Ümumiyyətlə, əksər tədqiqatçılar hesab edirdilər ki, insan üç səbəbdən əsas ka - pital kimi qəbul edilməlidir: 1) insanın təlim və təhsilinə çəkilən xərclər real xərclərdir; 2) onların əməyinin məhsulu milli sərvəti artırır; 3) bu məhsulun artımına səbəb olan insana çəkilən xərclər milli sərvəti artıracaq. Adam Smit kapital anlayışını dəqiq müəyyən etməsə də, bu kateqoriyaya insanın ustalığı və faydalı qabiliyyətlərini aid etmişdi. İnsanın ustalığı, bildirirdi o, maşın- ların müvafiq xüsusiyyətləri (həqiqi dəyərə və mənfəət dövriyyəsinə malikdir) kimi nəzərdən keçirilə bilər. Jan-Batist Sey qeyd edirdi ki, ustalıq və qabiliyyət qiymətlə alındığından və işçilərin məhsuldarlığını artırdığından onlar kapital kimi nəzərdən keçirilməlidirlər. Bu mövzu, həmçinin Con Stüart Millin, Uilyam Roşerin, Valter Baqehotun və mikroiqtisadi səviyyədə Henri Sicvikin əsərlərində nəzərdən keçi - rilmişdi. Fridrix Listə görə keçmiş əməkdən miras qalmış insanın ustalığı və əldə etdiyi qabiliyyətləri kapitalın milli ehtiyatının ən vacib komponenti hesab olunur. O qeyd edirdi ki, həm istehsalda, həm də istehlakda insan kapitalının buraxılışa töhfəsi nəzərdən keçirilə bilər.
1. Дайновский, А.Б.1976. Экономика высшего образования / А.Б. Дайновский. – М. 2. Краковская, И.Н. Измерение и оценка человеческого капитала организации: подходы и проблемы / Оценка человеческого капитала // экономический ана- лиз: теория и практика. – (2008). - №19(124). – С.41-49. 3. Смит А. (1956). Исследование о природе и причинах богатства народов. Москва: Соцэкгиз, с. 490. 4. Тугускина Г. Н., Сравнительный анализ методик и показателей оценки че- ловеческого капитала предприятий// Современные технологии управления. ISSN 2226-9339, (2015), №6 (54). 5. Becker, Gary S. (1962). Investment in human capital: A theoretical analysis, J.P.E., LXX, Suppl, p. 9-49. 6. Boag, Harild. (1916). Human capital and the cost of war, royal statis. Soc. 7. Bogart, Ernest L. (1919). Direct and indirect costs of the Great World War. New York: Oxford University Press. 8. Crammond, Edgar. (1915). The Cost of War, J.Royal Statis. Soc., LXXVIII, p. 98.
9. Denison, Edward F. (1964). The unimportance of the embodied question, A.E.R., LIV, p.91. 10. Dublin, Louis J., and Lotka, Alfred. (1930). Money value of man. New York; Roland Press Co. 11. Fisher Irving. (1897). Senses of capital, Econ. J., VII, p. 201-202. 12. Fisher Irving. (1965). The theory of interest. New York: Augustus M. Kelley, p. 12-13. 13. Forsyth, C.H. (1914). Vital and monetary losses in the United States due to pre- ventable death, American States. Assos. Publication, XIV, p. 758-89. 14. Guyot, Ives M. (1914). The waste of war and the trade of tomorrow, Nineteenth Century and After, LXXVI, p. 1193-1206. 15. Huebner S.S. (1914). The human value in business compared with the property value, Proc. Thirty-fifth Ann. Convention nat. assoc. Life Underwriters, p.18-19. 16. Kapp, Fridrich. (1870). Immigration and the Commissioners of emigration of the State of New York. New York: E.Steigen & Co., p. 147-149. 17. Kiker B.F. (1971). The historical roots of the concept of human capital. In: human capital formation and manpower development. Edited by Ronald Wykstra. The Free Press, New York, Collier-Macmillan Limited, London, p.11. 18. Lees, D.S. (1962). An economist considers other alternatives, Financing medical care ed. Hemut Shoeck. Caldwell, Idaho: Caxton Priners Ltd. 19. Macleod, Henry D. (1881). The elements of economics. New York: D. Appleton & Co.,. Vol. 2. p. 134, 205-206, 213. 20. Marshall, Alfred. (1959). Principles of economics. New York: Macmillan Co., p. 469-470, 705-706. 21. Mayo-Smith, Richard. (1901). Emigration and immigration. New York: Charles Scrinber’s Son. 22. McCullox J.R. (1870).The principles of political economy. Alex Murrey & Son. 23. Senior, Nassay William. (1939). An outline of the science of political economy. New York: Farrar & Rincart. 24. Thunen, Iohann Heinrich von. (1875). Der isolierte Stadt.Translated by Bert F. 124 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 1(133)/2017 1(133)/2017 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 125 Hoselitz. Chicago: Corporative Education Center, University of Chicago; origi- nally publicized. vol. 11. pt. 11. 25. Walras, Leon. (1954). Elements of pure economics//Translated by William Jaffe. Homewood, Ill: Rickard D. Irwin. 26. Walsh, John R. (1935). Capital concept applied to man, Q.J.E., XLIX. 27. Woods, Edward A., Metzger, Clarens B. (1927). Americans human wealth: money value of human life. New York: F.S. Crofts & Co., p.122. Мадатов Мансур Акиф оглу д.ф.э., Институт экономики НАНА Аннотация Формирование концепции человеческого капитала и анализ подходов к его количественной оценке Цель исследования – измерения экономической эффективности использова- ния человеческого капитала Методология исследования – системный подход, сравнительный анализ; Результаты исследования – повышения экономической эффективности ис- пользования человеческого капитала; Ограничения исследования – измерение эффективности использования че- ловеческого капитала требует дополнительных исследований; Практическая значимость исследования – использования в качестве анали- тического источника в процессе измерения человеческого капитала; Оригинальность и научная новизна исследования – системный анализ изме- рения ценности человеческого капитала по различным критериям. Ключевые слова: человеческий капитал, инвестиции в образование и здра- воохранение, чистый доход, миграция, измерения человеческого капитала. Madatov Mansur Akif oglu Dr., Azerbaijan National Academy of Science Institute of Economy Abstract Formation of the concept of human capital and analysis of approaches to its quantification Purpose – is to measure the economic efficiency of using human capital. Design/methodology – systematic approach, comparative analysis. Findings – improving the economic efficiency of the use of human capital. Research limitations – measuring the effectiveness of human capital use requires additional research. Practical implications – is to use it as an analytical source in the process of meas- uring human capital. Originality/value – a system analysis of measuring the value of human capital by various criteria. Keywords: human capital, investment in education and health, net income, mi- gration, human capital. JEL Classification Codes: J24, E01, D8. Məqalə redaksiyaya daxil olmuşdur: 13.12.16. Təkrar işləməyə göndərilmişdir: 12.01.17. Çapa qəbul olunmuşdur: 30.03.17. 126 M.Mədətov İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT... 1(133)/2017 Download 114.13 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling