Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı


Download 0.63 Mb.
Pdf ko'rish
bet9/9
Sana30.11.2017
Hajmi0.63 Mb.
#21239
TuriYazı
1   2   3   4   5   6   7   8   9

TƏKĠ VƏTƏN BASILMASIN 

 

Şakir  Yunus  oğlu  Ağamalıyev  1958-ci  ildə  anadan  olub.  Orta  məktəbi 

bitirdikdən sonra Rusiyada hərbi xidmətdə olmuş və hərbi borcunu verdikdən sonra 

elə orda qalıb işləmişdi. Qarabağ savaşı başlanan gündən Şakir çox narahat olmuş 

və son illər erməni təcavüzünün genişləndiyini eşidən kimi öz doğma kəndinə geri 

qayıtmışdı.  Özü  də  əliboş  gəlməmişdi.  Bir  yük  maşını  da gətirmişdi.    Çox  adam 

təəccüblə  soruşmuşdu  ki,  hamı  minik  maşını  alır,  sən  isə  yük  maşını  almısan.  

Vətənin  bu  dar  günündə  dağ  yollarına  elə  yük  maşını  lazımdi  deyən  Şakir  əlinə 

silah  almışdı.    O  təki  vətən  basılmasın  deyərək  gecə-gündüzlü  vətənin  keşiyində 

dayanmışdı. Şakir ilk döyüşlərdən öz mərdliyi, qorxmazlığı və şücaəti ilə döyüşçü 

yoldaşlarının hörmətini qazanməşdı. Kənd özünümüdafiə dəstəsinin komandiri Y. 


68 

 

Məmmədov  döyüşlərdə  Şakirə  xüsusi  tapşırıqlar  verir,  ən  ağır  mövqenin 



müdafiəsini  ona  tapşırırdı.    Döyüşdən-döyüşə  bir  döyüşçü  kimi  püxtələşən  Ş. 

Ağamalıyev hər sınaqdan, əməliyyatdan ustalıqla çıxır, verilən tapşırıqları vaxtında 

yerinə  yetirirdi.  Şakirlə  birlikdə  qardaşları  Adil,  Mobil  və  Kərəm  də  düşmən 

hücumlarına sinə gərirdi. Adil və Mobil təhsillərini yarımçıq qoyub əsgər paltarını 

geyinmişdilər. 

Çərəkdar kəndi strateji mövqeyinə görə Kəlbəcərin giriş qapısı idi. Erməni 

quldurları cəhd göstərirdilər ki, nəyin bahasına olursa-olsun Çərəkdar kəndini ələ 

keçirsinlər. Amma heç bir qüvvə Çərəkdar igidlərinin iradəsini qıra bilmirdi. 1992-

ci il iyunun 10-dan 11-nə keçən gecə erməni qüvvəsi texnikanın gücündən istifadə 

edərək  kəndi  ələ  keçirmək  istəyirdilər.  Şakir  yenə  də  komandirin  əmri  ilə  saö 

cinahdan döyüşün ağırlığını öz üzərinə götürmüşdü. Salman, Hüsü, Nazim, Şaban, 

Natiq,  Mürşüd,  Fəqan,  Aqşin,  Əkbər  və  Vəli  düşmənlə  üz-üzə  gəlmişdi.  Düşmən 

böyük  qüvvəyə  malik  olmasına  baxmayaraq,  Şakirin  mövqeyinə  yaxınlaşa 

bilmirdi.  Şakirin  pulemyotu  dağlara  səs  salmışdı.  Düşmən  asanlıqla  tutduqları 

mövqeləri  geri  vermək  istəmirdi.  Erməni  quldurlarının  bir  PDM-i  heyəti  ilə 

birlikdə  darmadağın  edilməsi  ər  igirlərin  döyüş  əhval-ruhiyyəsini  daha  da  artırdı. 

Özünü  itirən  erməni  quldurlarına  Şakirgilin  dəstəsi  hər  tərəfdən  atəşi  daha  da 

yüksəltdi. Qorxuya düşən erməni quldurları geri çəkilməyə məcbur oldular. Rasim 

irəliləyərək daha əlverişli mövqe tutdu. Dərhal bir neçə qulduru qanına qəltan etdi. 

Düşmən xeyli itki vermişdi. Çərəkdar döyüşçüləri daha bir sınaqdan mərd-mərdanə 

çıxdılar. Bu döyüşdə Şakir qəhrəmanlığını, qorxmazlığını bir daha göstərdi. Amma 

düşmən gülləsi yenilməz igidi lap döyüşün sonunda yaxaladı. 

1992-ci  il  iyunun  11-də  Çərəkdarlılar  Vətən,  qeyrət,  namus  yolunda 

şahidlik zirvəsinə ucalan Şakir Yunus oğlu Ağamalıyevlə vidalaşdı. 

 

NƏSĠLLƏRƏ ÖRNƏK OLAN ġƏHĠD ÖMRÜ 

 

Qasımov Nadir Qara oğlu 1961-ci il sentyabrın 15-də anadan olub. Hərbi 

xidmətdən sonra azərbaycan Dövlət Pedaqoji Institutunun ibtidai hərbi hazırlıq və 

bədən  tərbiyəsi  fakultəsini  bitirib.  Doğma  Çərəkdar  kəndində  hərbi  hazırlıq 

müəllimi  işləyib.  Hadisələrin  ilk  günündən  doğma  kəndin  müdafiəsi 

əməliyatlarında  yaxından  iştirak  edib.  Dəfələrlə  erməni  quldurlarına  qarşı 

döyüşlərdə  fərqlənib.  1990-cı  ildən  polis  sıralarına  daxil  olan  Qasımov  Nadirin 

qayğıları  daha  da  artdı.  Postların  yaradılması,  müdafiə  qabiliyyətli  adamların 

səfərbər edilməsi işinə rəhbərlik edir. 

Ağdərə  bölgəsinin  yağı  düşməndən  azad  edilməsi  uğüunda  gedən 

döyüşlərdə  daim  öndə  olub.  Dəfələrlə  azğın  düşmənə  ağır  zərbə  vurmuş  qoşun 

hissələrimizin  tərkibində  fərqlənib.  O  Manquşevan,  Çaylı,  Moxrataq,  Ağdərə, 

Çapar, Dəmiri, Maqavuz, Sərsəng, Umudlu, Çıldıran, Drmbon və s. kimi  strateji 


69 

 

əhəmiyyətli  məntəqələrin azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə,  doğma kəndi 



Çərəkdarın müdafiəsində iştirak edib. 

1992-ci  ilin  4  dekabrında  Ağdərə  rayonunun  Drmbon  (Heyvalı)  kəndi 

uğrunda  gedən  döyüşlərdə  həlak  olub.  Polis  leytenantı  nadir  Qasımov  öz  döyüş 

yolu ilə nəsillərə örnək ola biləcək bir ömür idi. 

Ailəli  idi.  Üç  körpəsi  qalıb.  Ailəsi  hal-hazırda  Yevlax  rayonunun  qaçqın 

düşərgəsində yaşayır. 

 

ĠTKĠN DÜġÜB 

 

Məmişov  Yusif  Əsgər  oğlu  1938-ci  ildə  anadan  olub.  27  mart  1993-cü 

ildə Çərəkdar kəndi üzərinə erməni jərbi birləşmələri hücuma küçən zaman meşədə 

itkin düşüb. Sonrakı taleyindən heç bir xəbər yoxdur. 

 

 

DÖYÜġƏ DƏ BĠR GEDĠRDĠLƏR 



 

Məmmədov Rasim Bəhlul oğlu 1973-1992 

Alıyev Əkbər Salman oğlu 1973-1992 

Bir  kənddə  anadan  olmuşdular.  Orta  məktəbi  də  bir  qurtarmışdılar. 

Çərəkdarın  durna  gözlü  bulaqları,  yaşıl  meşələri,  zirvəsi  buludlardan  nəm  çəkən 

dağları,  sıldırım  qayaları  Rasimə,  Əkbərə  sevdirmişdi  bu  yerləri.  Düşmən  üstünə 

də  bir  gedərdilər.  Mərdlikləri,,  qorxmazlıqları,  igidlikləri  ilə  seçilən  bu  cavanlar 

hələ nə yaşamışdılar, nə görmüşdülər? Sevməyə, seçməyə də vaxt tapmamışdılar. 

1992-ci  ilin  avqustun  1-də  erməni  daşnaqları  böyük  qüvvə  ilə  qızılqaya 

üzərinə hücuma keçirlər. Ölüm-dirim döyüşləri gedirdi. Rasimlə Əkbər özləri üçün 

əlverişli  mövqe  seçmişdilər.  Sübh  tezdən  başlanan  döyüşdə  hər  ikisi  əsl 

qəhrəmanlıq  göstərirdilər.  Getdikcə  qızışan  döyüşdə  Rasimlə  Əkbər  bir  neçə 

erməni  quldurunu  məhv  edirlər.  Erməni  quldurları  öz  mövqelərini  vermək 

istəmirdilər.  Amma  Rasimlə  Əkbərgilin  dəstəsi  düşmənə  sarsıdıcı  zərbə 

endirirdilər.  Ər  igidlərin  həmləsinə,  zərbəsinə  tab  gətirməyən  erməni  quldurları 

məcbur  olaraq  geri  çəkilməyə  başlayırlar.  Bu  döyüşdə  qəhrəmanlıqlar  göstərən 

Rasim  və  Əkbər  düşmənə  qan  uddurdu.  Hər  ikisi  igidlik  göstəriblər.  Amma 

düşmən  gülləsi  igid  oğullarımızdan  yan  keçmədi.  Bu  itki,  bu  ağrı  təkcə 

çərəkdarlıların  deyil,  Rasimi,  Əkbəri  tanıyıb  qəhrəmanlığına  bələd  olan  minlərlə 

adamı sarsıtdı. Sizi Vətən unutmayacaq, Əkbər, Rasim! Ruhunuz şad olsun!  



 

 

 



Download 0.63 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling