iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsi” adlanan fəslində göstərilir ki,
marketinq eyni zamanda həm biznesin fəlsəfəsi, həm də aktiv prosesidir. Marketinqə
verilən bu tərifə əsaslanaraq fransız alimi J. J. Lamben onun üç aspektinin
a) fəaliyyət aspektinin; b)
analitik aspektinin; c) mədəniyyət aspektinin olduğunu
qeyd edir. Buna uyğun olaraq müəssisənin marketinq fəaliyyəti əməliyyat və
strateji
marketinqə bölünür.
Dissertasiya işində strateji marketinq planının 1) strateji təhlil, 2) məqsədin və
strateji yönümlülüyün seçilməsi və 3) riskin təhlili və gözlənilməz hadisələrin
proqnozlaşdırılması komponentlərindən ibarət olduğu göstərilir və bu komponentlərin
hər birininin məzmunu ətrraflı izah edilir. Bununla yanaşı
burada iqtisadi
təhlükəsizliyin təmin edilməsi sisteminin elementləri və onların mahiyyəti açılır.
Dissertasiya işinin bu fəslində struktur-məntiq modelindən istifadə etməklə
marketinq strategiyasının hazırlanması metodologiyası ətraflı
izah edilir, strateji
marketinq planının realizasiya metodologiası verilir, hazırlanmış
strateji marketinq
planının iqtisadi təhlükəsizlik göstəricilərinə təsiri modelinin məzmunu açılır və
strateji marketinq proqramının realizasiyası planının tərtib edilməsi proseduru verilir.
Bununla eyni zamanda strateji marketinqin və iqtisadi təhlükəsizliyin qarşılıqlı
əlaqəsi və müəssisənin sosial inkişafını əks etdirən göstəricilərin təxmini
xarakteristikaları və kəmiyyətləri verilir.
85
Nəhayət bu fəsildə iqtisadi təhlükəsizlik göstəricilərinə təsir edən marketinq
alətlərinin struktur-məntiq modeli, həmçinin marketinq alətlərinin və iqtisadi
təhlükəsizliyin vəziyyətini xarakterizə edən göstəricilərin qiymətlərinin vacibliyinə
görə yekun sıralanması verilir.
“
İqtisadi
təhlükəsizliyin
vəziyyətinin
ekspress
qiymətləndirilməsi
metodikası və monitorinqi” adlanan üçüncü fəsildə iqtisadi təhlükəsizliyin vəziy-
yətinin ekspress qiymətləndirilməsi metodikası və iqtisadi təhlükəsizliyin vəziyyə-
tinin monitorinqi sistemi hazırlanmış, həmçinin iqtisadi təhlükəsizliyin vəziyyətinin
monitorinqi sisteminin yaradılmasının alqoritmi verilmişdir.
Dissertasiya işinin nəticə və təkliflər bölməsində tədqiqat işinin nəticələri və
işlənib hazırlanmış təkliflər verilmişdir.