Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi

bet1/36
Sana10.01.2019
Hajmi
  1   2   3   4   5   6   7   8   9   ...   36
57754

Azərbaycan  R espublikası Təhsil Nazirliyi 
A zərbaycan R espublikası  M ədəniyyət və Turizm  Nazirliyi 
Azərbaycan  T urizm   və  M enecment Universiteti
TURİZMİN  ƏSASLARI
Ali məktəblərin bakalavr 
pilləsi tələbələri üçün dərslik
Dosent B.Ə.Bilalov və  dosent Ç.  G.Gülalıyevin 
redaktəsi ilə
Azərbaycan  Turizm  və Menecment 
Universiteti Elmi Şurasının 
“24”  Noyabr  2015-ci  il tarixli 
“02”  saylı protokolundan 
çıxarışın qərarı ilə çap olunur.
-
Azərbaycan Respublikası Prezidentinin 
İçlər İdarəsi
PREZİDENT KİTABXANASI
------ BAKI - 2015-------

Kitab  Azərbaycan  Respublikasının  Prezidenti yanında  Qeyri-Hökumət  Təşki­
latlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə  yardımı  ilə  Vətəndaş  Təşəbbüsləri 
Mərkəzi tərəfindən həyata keçirilən
 
“Turizm  təhsilinin  inkişafı  məqsədi ilə  ‘‘Turiz­
min əsasları
  ”  
dərsliyinin  nəşri və elektron variantının hazırlanması
  ”  
layihəsi çər­
çivəsində hazırlanaraq nəşr edilmişdir.
Layihənin rəhbəri: 
Ç.G.Gülalıyev -  Vətəndaş Təşəbbüsləri  Mərkəzi
UOT  338.48 (075.8)
KBT  65.433
Rəyçilər: 
1. Əli  Əlirzayev  əməkdar elm xadimi,  i.e. d„ professor, ADİU-
nun  “Sosial sferanın  iqtisadiyyatı və idarə olunması”  kafedrasının 
müdiri;
2.  Arzu  Həsənov  t.ü.f.d., dos., ATU-nun “Qida Məhsullarının 
texnologiyası və turizm” fakültəsinin dekanı;
3. Hafiz Hüseyinov  f.d. dos., NDU-nun  “Bələdiyyə və turizm” 
kafedrasının müdiri;
4. Əlixaıı Mürvətov  “Bakı Tur” MMC-nin direktoru 
Müəllif kollektivi:
Dos.  Bahadur  Bilalov  (2.1-2.8,  10.3,  10.5  );  dos.  Çingiz  Gülalıyev  (1.6,  1.7,  3.1, 
4.5,  10.6  );  dos.  Məmməd  Sadıqov  (9.3,  9.4);  dos.  Günəş  Ağakişiyeva  (1.1-1.5); 
dos.  Rəhman  Səfərov  (5.1-5.4,  9.6,  10.1);  dos.  Həbibə  Sultanova  (9.5);  dos.Elxan 
Nuriyev  (8.6);  b.m.Tərlan  Növrəsli  (6.5);  b.m.  Qəhrəman  Yusupov  (4.1,  7.1-7.4, 
8.1-8.5);  b.m.  Samirə  Əzizova  (4.2,  4.3,  6.2,  10.4);  b.m.  Rəfiqə  Ağasıyeva  (6.1, 
6.3,  6.4);  b.m.  Şəmsiyyə  Tahirbəyova  (3.4,  3.5);  m.  Lalə  Xanseyidova  (4.4);  m. 
Elnarə İsmayılova (3.2, 3.3, 9.1,9.2,  10.2); m.  Aida Bayramova (6.6).
Turizmin əsasları:  dərslik / müəllif kollektivi;  dosent B.Ə.Bilalov və dosent 
Ç.G.Gülalıyevin redaktəsi  ilə.  Bakı, “ QHT Nəşriyyatı”, 2015. 496  s.
ISBN 9789952-480-04-7
“Turizmin əsaslan” kitabı Ali məktəblərin bakalavr təhsil pilləsi üçün  Təhsil 
Nazirliyinin təsdiq etdiyi dərs proqramı əsasında hazırlanmışdır.  “Turizmin əsas­
ları”  dərsliyi  10 fəsildən,  57 paraqrafdan  ibarətdir.  Dərslikdə  turizm  elminin 
predmeti,  elmi-nəzəri  əsasları,  tədqiqat  metodları,  dünyada  və  həmçinin  Azər­
baycanda inkişaf tarixi haqqında ətraflı məlumat verilmişdir.
Kitabdan  ali  məktəblərin  müvafiq  ixtisaslarında  təhsil  alan  tələbələr  və  bu 
sahə ilə maraqlanan  geniş oxucu kütləsi yararlana bilər.
Dərslik  tərtib  edilərkən  son  ildə  ölkəmizdə,  eləcə  də  xaricdə  nəşr  olunmuş 
müvafiq  dərsliklərin  hazırlanması  sahəsində  əldə  edilmiş  təcrübədən  istifadə 
edilmişdir.
©
 Vətəndaş Təşəbbüsləri  Mərkəzi, 2015
Mündəricat
Ön  söz................................................................................................  7
I  Fəsil. Turizm  XX əsrin fenomeni kimi....................................   11
1.1.  Turizmin konseptual çərçivəsi.................................................   11
1.2.  Turizmdə işlədilən əsas termin və anlayışlar..........................  16
1.3.  İnsan və cəmiyyət üçün turizmin əhəmiyyəti.........................   23
1.4.  Turizm fəaliyyəti, onun strukturu və xüsusiyyətləri...............  28
1.5.  Turizmin formaları, növləri və tiplərinin təsnifatı.................   30
1.6.  Davamlı  turizm və ətraf mühitin mühafizəsi..........................  42
1.7.  Turizmin öyrənilməsinə yanaşma metodları............................  49
II Fəsil. Səyahətlər və onların tarixi.............................................   52
2.1.  Qədim dövrlərdə ərazi yerdəyişmələri və ilk səyahətlər........   52
2.2.  Antik dövrdə səyahətlər..............................................................   63
2.3.  Bizim eranın əvvəllərində və orta əsrlərində səyahətlər.........   78
2.4.  Böyük coğrafi kəşflər və səyahətlər (XV-XVI əsrlər).............  93
2.5.  Mərkəzi və Cənubi  Amerikada  yeni torpaqların kəşfi
və mənimsənilməsi.............................................................................109
2.6.  Rus səyyahlarının coğrafi  kəşfləri (X-XVII əsrlər)................. 119
2.7.  XVII-XIX  əsrlərdəki  səyahətlər haqqında............................. 130
2.8.  Tomas  Kuk və təşkil  olunmuş turizmin formalaşması...........138
III Fəsil. Turizmin ərazi sistemləri.................................................147
3.1.  Ərazi rekreasiya sistemi konsepsiyası..................................... 147
3.2.  Turizmə təsir edən  amillər arasında əlaqə............................... 152
3.3.  Turist marşrutları və onların tipləri..........................................162
3.4.  Turizm  regionları......................................................................   167
3.5.  Turizm  mərkəzləri  və destinasiyaları........................................ 171
IV Fəsil.  Turizm  və  iqtisadi inkişaf.............................................   177
4.1.  Turizmin  sosial-iqtisadi  əhəmiyyəti.........................................   177
4.2.  Turizm bazarı  anlayışı,  xüsusiyyətləri və funksiyası.............  186
4.3.  Turizm bazarının diferensiasiyası və inkişaf amilləri............  196
3

4.4. Turizm və məşğulluq.....................................................................205
4.5. Turizmin sosial funksiyası............................................................ 213
V Fəsil.  Azərbaycanda turizm.......................................................... 219
5.1.  Milli  turizm bazarının strukturu və xüsusiyyətləri.................. 219
5.2. Azərbaycanın  turizm xidmətləri bazarında reklamın rolu..... 229
5.3.  Daxili turizmin müasir vəziyyəti və inkişafı............................ 239
5.4.  Azərbaycanda daxili turizmin inkişafında ekoloji problemlər.  252
VI Fəsil. Turizm sənayesi................................................................. 258
6.1.  Turizm sənayesi,  əyləncə və qonaqpərvərlik............................ 258
6.2.  Turizmdə nəqliyyat xidməti.........................................................264
6.3. Mehmanxana sənayesinin təşkili və xüsusiyyətləri................. 272
6.4.  Qidalanma sənayesinin təşkili.................................................... 289
6.5. Əyləncə sənayesinin  və animasiyanın təşkili........................295
6.6.  Ekskursiyalar  və onların təşkili xüsusiyyətləri......................  305
VII  Fəsil.  Turoperator və turagent fəaliyyətinin
xüsusiyyətləri.......................................................................................321
7.1.  Turizm müəssisələri və onların əsas  funksiyaları.....................321
7.2.  Turoperatorun iş  funksiyaları...................................................... 323
7.3.  Turopereytinqin formaları  və təsnifatı......................................  328
7.4.  Turoperator və turagentlərin birgə fəaliyyət istiqamətləri....   331
VIII Fəsil. Turizm məhsulu..............................................................335
8.1. Turizm məhsulu — turist xidmətləri kompleksidir....................335
8.2.  Turist marşrutlarının  layihələndirilməsi....................................339
8.3.  Turun hazırlanması...................................................................... 340
8.4.  Turizmdə xidmətin  təqdimatı..................................................... 342
8.5.  Turizmdə sənədləşmə.................................................................. 344
8.6.  Turizm mütəxəssislərinin  peşəkar ünsiyyət xüsusiyyətləri....  349
4
IX Fəsil. Turizm ehtiyatları............................................................356
9.1.  Turist marağı..............................................................................   356
9.2.  Turizm ehtiyatlarının təsnifatı..................................................  359
9.3.  Milli parklar və qoruqlar..........................................................   366
9.4. Azərbaycanın kurort-turizm və rekreasiya zonaları...............  381
9.5.  Azərbaycanın turizm bö lg ələri................................................  387
9.6.  Azərbaycanda tarixi-mədəni  obyektlərin
xüsusiyyətləri.......................................................................................432
X  Fəsil.  Turizmin hüquqi əsasları................................................437
10.1.  Turizm fəaliyyətinin  idarə olunmasının əsasları................. 437
10.2.  Turizmin lisenziyalaşdırılması,  standartlaşdırılması
və  sertifikatlaşdırılması..................................................................   440
10.3.  Turizm fəaliyyətinin  beynəlxalq və dövlət tənzimlənməsi..444
10.4.  Turizmdə rəsmiyyətçilik......................................................   459
10.5.  Turizm təşkilatları və tədbirləri.............................................  472
10.6.  Turist və ekskursiyaçımn təhlükəsizliyini
tələb edən qaydalar........................................................................... 489
5

Qısaldılmış sözlər:
ASTA- Asiya-Sakit okean Turizm Assosiasiyası (PATA)
MDB- Müstəqil Dövlətlər Birliyi
BSTB- Beynəlxalq Sosial Turizm Bürosu (BİTS)
TSTA- Turizm və  Səyahətlər sahəsində Tədqiqatlar Assosiasiyası 
ТАК- Turizm üzrə Avropa Komissiyası  (KET)
BMA- Beynəlxalq Mehmanxanalar Assosiasiyası (İHA)
BHNA- Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası  (İA T A ) 
TTBK- Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya (İSTC) 
BTA- Beynəlxalq Turizm Alyansı
EXTÜBA- Ekskursiya xidmətləri və turlar üzrə Beynəlxalq 
Assosiasiya
ÜTAAF- Ümumdünya Turizm Agentlikləri Assosiasiyaları 
Federasiyası
ÜTT -  Ümumdünya Turizm Təşkilatı
ÜTSŞ- Ümumdünya Turizm və  Səyahət  Şurası
ÜDM -  Ümumdaxili məhsul
ETSN - Ekologiya və Təbii  Sərvətlər Nazirliyi
BMT- Birləşmiş Millətlər Təşkilatı
NATO -  Şimali Atlantika Müqaviləsi Təşkilatı
ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
QEF- Qlobal Ekoloji Fond
AİƏ və İ-  Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı 
İƏT-  İqtisadi Əməkdaşlıq təşkilatı 
DB-  Dünya Bankı 
AB- Asiya bankı
ÜVTF- Ümumdünya Vəhşi Təbiət fondu.
6
On söz
Qeyri-neft  sahəsi  kimi  gündən-günə  sürətlə  inkişaf  edən 
turizm  sənayesində  davamlı  iqtisadi  inkişafı  təmin  etmək  yüksək 
ixtisaslı  kadrların  və  ciddi  peşə  hazırlığının  olmasını  tələb  edir.  Bu, 
turizmin  müasir  inkişaf  mərhələsi  üçün  daha  xarakterikdir.  Turizm 
nəinki  səyahətlərin  praktiki  reallaşdırılması  sahəsidir,  o  həmçinin 
xüsusi  biliklər  sahəsinə,  yəni  nəzəri  fəaliyyət  sahəsinə  çevrilmək­
dədir.
Son  zamanlar  turizm  elminin  təşəkkülü  haqqında  danışmaq 
mümkündür.  Bu  elmi  müxtəlif adla:  “turologiya”,  “turoqrafıya”,  “tu- 
ristika”,  “turizmşünaslıq”  və  s.  kimi  adlandırırlar.  Qeyd  edilməlidir 
ki,  məsələ  heç  də  adda  deyildir.  Əsas  odur  ki,  bu  məsələ  ətrafında 
alimlərin  diskussiya  açmaları  faktı  sübut  edir  ki,  əvvəla,  turizm 
haqqında  elmin  labüdlüyünü  bütün  mütəxəssislər  dərk  edir,  ikincisi, 
bu  elmin  formalaşmasına  alimlər  kompleks  halda  yanaşırlar.  Tu­
rizmin  ənənəvi  olaraq  iqtisadi  sahə  kimi  qəbul  edilməsi  ilə  yanaşı, 
ona həmçinin  sosial-mədəni  fenomen,  mədəniyyət və  insan  fəaliyyəti 
sahələri kimi baxmaq  olar.
Müstəqilliyin  bərpasından  sonra  ölkəmizdə  turizm  sənayesi­
nin  inkişafı  dövlət  siyasətinin  aparıcı  istiqamətlərindən  birinə 
çevrilmişdir.  Ölkə  iqtisadiyyatının  gələcək  inkişafı  ilə  bağlı  mövcud 
turizm  potensialının  beynəlxalq  aləmdə  tanıtımı,  turistlərin  Azər­
baycana  çoxsaylı  səfərlərinin  təşkili,  turizmin  müxtəlif  növlərinin 
inkişaf etdirilməsi,  müasir turizm  infrastrukturunun  yaradılması  və  s. 
sahələrdə  məqsədyönlü  tədbirlər  həyata  keçirilməkdədir.  Ölkə  iqti­
sadiyyatının gələcək inkişafı  ilə bağlı  qəbul  olunan  dövlət proqramla­
rında,  strategiyalarda  bu  sahəyə  həmişə  önəm  verilir,  xüsusi  müd­
dəalar həsr edilir.
Məlumdur  ki,  turizmin  inkişafı  kompleks  məsələlərin  həll 
edilməsindən  keçir və bu məsələlərdən biri  də kadr hazırlığıdır.  Qeyd 
etmək  lazımdır  ki,  nəinki  turizmin  inkişafı,  ümumən  hər  bir  ölkənin 
inkişaf dinamikası  təhsilin  səviyyəsi  ilə  müəyyənləşir.  Elə  bu  səbəb­
7

dən  də  BMT-nin  XXI  əsri  təhsil  əsri  adlandırması  səbəbsiz  deyildir. 
Dünyanın  xəritəsinə nəzər salsaq görərik  ki,  ABŞ,  Yaponiya,  Cənubi 
Koreya  və  digər  inkişaf etmiş  ölkələr  malik  olduqları  maddi  resurs­
lardan  daha  çox  təhsil  sisteminin  yetişdirdiyi  insan  kapitalından  bö­
yük  gəlir  əldə  edirlər.  Bu  ölkələrdə  inkişafa  təsir  göstərən  amillər 
sırasında  təhsilin  xüsusi  çəkisi  təxminən  70  faiz  təşkil  edir.  Təcrübə 
göstərir  ki,  təbii  sərvətlər  bolluğu  dövlətin  inkişaf  göstəricisi  sayıl­
masa  da,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan 
intellektual insan kapitalına çevrilməsində yeri və rolu əvəzsizdir.
Son  illər  Azərbaycanın  dinamik  tərəqqisi,  iqtisadi  sahədə  ke­
çid  dövrünü  uğurla  başa  vurması,  ictimai  həyatın  bütün  spektrini 
ehtiva  edən  islahatların  reallaşdırılması  yekun  mərhələdə  praktik 
nəticələrin  elm  və  təhsil  sisteminin  modernləşdirilməsində  maddi- 
ləşir.  Yeni  inkişaf  mərhələsinin  tələblərinə  uyğun  sistemli  şəkildə 
aparılan  bu  islahatlar,  eyni  zamanda,  ölkədə  müasir  biliklərin,  güclü 
insan  kapitalının  formalaşdırılmasına  hesablanan  səmərəliliyin 
göstəricisidir.
Ümummilli  lider Heydər  Əliyevin  müəyyənləşdirdiyi  strateji 
siyasi  kursu  dövrün  tələblərinə  uyğun  müasirləşdirən  cənab İlham 
Əliyevin  rəhbərliyi  altında  ötən  müddətdə  respublikada  milli  intel­
lektual  potensialın  gücləndirilməsi  ilə  bərabər,  təhsil  problemlərinin 
həlli  istiqamətində kompleks tədbirlər həyata keçirilir.  Dövlət başçısı 
bütün  görüş  və  çıxışlarında  ölkənin  gələcəyi  naminə  güclü  insan 
kapitalının  formalaşdırılmasının  zəruriliyini  xüsusi  vurğulayır:  “Təh­
sil bizim gələcəyimizdir,  inkişaf perspektivlərimizi  müəyyən edən  ən 
başlıca  sahədir...  İslahatlar  davam  etdirilməlidir...  Bizə  yeni,  bilikli, 
dünyada  biznes  mühitini  yaxşı  bilən  peşəkar  menecerlər  lazımdır... 
Tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır”.
Prezident  İlham  Əliyevin  qəbul  etdiyi  qərarlar  əsasında  son 
illərdə  təhsil  sahəsində  xüsusi  proqramların  icrasına  başlanılmışdır. 
Bu mənada,  təhsil  infrastrukturunun  yeniləşdirilməsi  sahəsində  Hey­
dər  Əliyev  Fondunun  müstəsna  xidmətləri  xüsusi  qeyd  olunmalıdır. 
“Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  ölkədə 
insan kapitalının formalaşdırılması  sahəsində mühüm tarixi  vəzifələri
8
qarşıya  qoyur.  Məlumdur  ki,  ali  təhsil  cəmiyyətin  formalaşmasına 
təsir edir,  eyni  zamanda,  biznesin yüksək rentabelli  sahəsinə çevrilir. 
Həm  biznes  sahəsində,  həm  də  dövlət  strukturlarında  yüksək  sə­
viyyəli  kadrlara  tələbat  getdikcə  artmaqdadır.  Yüksək  intellektli  mü­
təxəssislərə  tələbat  artdıqca  yeni  iş  yerlərinin  açılması  zərurətə 
çevrilir.
Artıq  bir  neçə  ildir  ki,  ölkə  təhsil  məkanında  tədrisin 
Boloniya  prosesinin  tələbləri  əsasında  keçirilməsinə  başlanılmışdır. 
Bu  prosesi  tətbiq  edən  ilk  təhsil  müəssisələrindən  biri Azərbaycan 
Turizm  və  Menecment  Universiteti  (ATMU)  olmuşdur.  Tədrisin  bu 
prinsiplər  əsasında  təşkili  ATMU-nun  Avropa  təhsil  müəssisələri  ilə 
sərbəst  əməkdaşlığına  şərait  yaratmışdır.  Məhz  bunun  nəticəsidir  ki, 
bu  gün  ATMU  Avstriyanın  aparıcı  universitetlərindən  biri  olan  İMC 
Krems  Tətbiqi  Elmlər  Universiteti  ilə  bakalavr  və  magistr  hazırlığı 
sahəsində  ikili  diplomun  verilməsi  proqramını,  digər  universitetlərlə 
müəllim-tələbə mübadiləsini  həyata keçirir.
Məlumdur ki,  müasir,  azad  və tənqidi  düşünmə gücünə,  geniş 
dünyagörüşünə  sahib,  cəmiyyətə  qarşı  məsuliyyət  duyan,  insan 
hüquqlarına  hörmət  edən,  şüurlu,  yaradıcı  kadrların  yetişməsində 
dərsliklərin  rolu  böyükdür.  Çünki  dərsliklər  təhsilin  məqsədlərini 
reallaşdırmaq  üçün,  öyrənmə  fəaliyyətinə  istiqamət verən  vasitəsidir. 
“Azərbaycan  2020: 
gələcəyə 
baxış” 
İnkişaf  Konsepsiyasına,
Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategi­
yasına  uyğun  olaraq,  ATMU-da  turizm  təhsil  sistemi  üçün  dərslik 
siyasəti  prioritet  istiqamətlərdən  biridir.
Ali  təhsil  müəssisələrinin  təhsil-tədqiqat-innovasiya  mərkəzl­
ərinə  çevrilməsi,  ölkənin  sosial-iqtisadi  inkişaf tələblərinə  uyğun  bi­
lik  və  bacarığa  malik  mütəxəssis  yetişdirməsi  bu  hədəflərin  ger­
çəkləşməsinə  dəstək  verən  dərsliklərin  hazırlanmasını  tələb  edir. 
Azərbaycan  Respublikasının  ali  təhsil  sisteminin  Avropa  təhsil  mə­
kanına  inteqrasiyası  proseslərinin  sürətləndirilməsi,  ali  təhsilin  məz­
mununun  Boloniya  prinsiplərinə  uyğun  qurulması,  ölkə  iqtisa­
diyyatının  inkişaf  meyilliliyinə  müvafiq  olaraq  yüksək  hazırlıqlı 
kadrlara  tələbatın  ödənilməsi,  həmçinin  əhaliyə  müasir  standartlar
9

səviyyəsində  ali  təhsil  almaq  imkanı  yaradan  səmərəli  ali  təhsil 
sisteminin  formalaşdırılması  məqsədi  ilə  yeni  dərsliklərin  yazıl­
masına ehtiyac vardır.
M üasir  dövrdə  təhsildə  gedən  islahatlar,  Milli  Kurikulum  və 
fənn  kurikulumunun tətbiqi  bu  işi  bir daha  aktuallaşdırır.  Yeni  təhsil 
standartları  əsasında  dərsliklərin  olmaması  təhsil  alanları  çətin 
vəziyyətə  salır.  Ali  təhsil  ocaqlarında tələbələrin  əksəriyyəti  dərs  və­
saitləri  tapmaqda  çətinlik  çəkir.  Bu  problemlə  daha  çox  yeni  təma­
yüllü  ali  təhsil  ocaqlarının  tələbələri  qarşılaşır.  Vətəndaş  Təşəb­
büsləri  Mərkəzi  əməkdaşlarının  təşəbbüsü,  Azərbaycan  Respublika­
sının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəs­
təyi  Şurasının  maliyyə  dəstəyi  ilə  ATMU-nun  “Turizm  biznesi” 
kafedrasında  hazırlanmış  “Turizmin  əsasları”  dərsliyi  bu  çatışmaz­
lığın  aradan  qaldırılmasına yönəlmişdir.  10  fəsildən  ibarət  olan  dərs­
lik  “Turizm  və  otelçilik”  ixtisası  üzrə  bakalavr  səviyyəsində  təhsil 
alan  birinci  kurs  tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  Bununla  belə, 
fıkrimizcə,  ölkə  turizm  sənayesində  çalışan  çoxsaylı  qeyri-turizm 
mütəxəssisləri  də bu dərslikdən faydalana biləcəklər.
Sizlərə  təqdim  edilən  “Turizmin  əsasları”  adlı  dərsliyin 
müsbət  keyfiyyətlərindən  biri  də  BDU-nun  bu  sahədə  dərs  deyən  və 
tədqiqatlar  aparan  əməkdaşlarının  müəlliflər  kollektivində  yer 
almasıdır.  Fikrimizcə,  “Turizmin  əsasları”  dərsliyi  10  illiyini  qeyd 
etməyə hazırlaşan ATMU-dan  tələbələrə dəyərli bir hədiyyədir.
Prof. Cəfər Cəfərov,
ATMU-nun rektoru
10
I FƏSİL. TURİZM XX ƏSRİN  FENOMENİ  KİMİ
1.1.  Turizmin  konseptual çərçivəsi
Turizm -   müasir  dövrün  mürəkkəb  sosial-mədəni  və  iqtisadi 
fenomeni  kimi,  müxtəlif aspektləri  ilə  multdistipilinar xarakterdə  ol­
ması  ilə  fərqlənir.  İqtisadçılar,  sosioloqlar,  pedaqoqlar,  psixoloqlar, 
tarixçilər,  kulturoloqlar,  hüquqşünaslar  və  mədəniyyətşünaslar  turiz­
min  nəzəriyyə  və  praktiki  məsələlərini  özlərinin  elmi  yanaşmaları 
kimi  qəbul  edirlər ki,  bu  da  “turizm”  anlayışının  çoxtərəfli  olduğunu 
göstərir.  Müasir  elmi  ədəbiyyatlarda  “turizm”  anlayışının  müəyyən 
edilməsinə çoxsaylı yanaşmalar mövcuddur.
“Turizm”  (tourism)  terminini  ilk  dəfə  olaraq  V.Jemko  1830- 
cu  ildə  istifadə  etmişdir.  “Turizm”  -  fransız  sözü olan  “tour”dan  gö­
türülüb,  mənası  “gəzinti”,  “səfər”  deməkdir.  Son  illərə  kimi  hər  bir 
ölkədə “turizm” və “turist” anlayışları  özünəməxsus şəkildə müəyyən 
edilmişdir.  Belə  ki,  bəzi  ölkələrdə  sanatoriya,  pansionat  və  istirahət 
evlərində  istirahət  edənlərin  səyahət  edən  turistlərdən  ayrı  götü­
rülməsi  qəbul  olunmuşdur.  Turizmin,  xüsusilə  beynəlxalq  turizmin 
inkişafı  və  beynəlxalq  turizm  təşkilatlarının  yaradılması  “turizm” 
anlayışına ümumi  qəbul  olunmuş yanaşmanın formalaşmasına gətirib 
çıxartdı.
“Turizm”  anlayışının  ilk  və  nisbətən  dəqiq  müəyyən  edilmə­
sində  Bern  universitetinin  professorları  -   V.Xunziker  və  K.Krapfın 
böyük rolu olmuşdur.
1954-cü  ildə  BMT-nin  qəbul  etdiyi  rəsmi  anlayışa  görə 
turizm  -   insanın  sağlamlığı  və  fiziki  inkişafının  möhkəmləndiril­
məsinə  təsir  edən,  həmçinin  daimi  yaşayış  yerindən  kənara  hərəkətlə 
əlaqəli  aktiv  istirahətdir.  “Turizm”  anlayışına  daha  geniş  səciyyəni 
Monte-Karlo  Turizm  Akademiyası  vermişdir.  Turizm  Akademiya­
sına görə turizm -  sağlamlıq  və  işgüzar məqsədlə, asudə vaxtda dərk­
etmə  maraqlarının  təmini,  həmçinin  gəlmə  ərazisində  haqqı  ödənilən 
fəaliyyətlə  məşğulluqdan  başqa,  insanların  daimi  yaşayış  yerini 
müvəqqəti tərk etməsidir.
11

Turizmə  dair  Ümumdünya  Konfransında  (Madrid,  1981) 
turizm -  bu və ya digər rayon,  yeni  ərazi və idman növlərinə müvafiq 
olaraq  bir  sıra  ölkələrin  dərkedilməsi  məqsədilə  edilən  səyahət  və 
aktiv  istirahətin  formalarından  biri  kimi  müəyyən  edilmişdir.  Turiz­
mə  dair  Haaqa  Bəyannaməsində  (1989)  turizm  -   insanların  yaşayış 
yerini  müvəqqəti  olaraq  dəyişməsi  və  bu  hərəkət  zamanı  yaranan 
tələbatların təmini üçün xidmətlərin göstərilməsi kimi qeyd edilir.
Hüquqi  baxımdan  turizm  -   səyahət  edənin  müvəqqəti  və 
könüllü olaraq,  həmçinin qeyri-ticarət  və  qeyri-iş  səbəbindən yaşayış 
yerini  dəyişməsi  ilə  əlaqədar  qarşılıqlı  əlaqə  və  xidmətlərin  cəmidir. 
İqtisadi  baxımdan  turizm  -   ayrıca  götürülmüş  ölkənin  təsərrüfat 
kompleksi  çərçivəsində  onun  ayrı-ayrı  sahələri  arasında  müxtəlif 
əlaqələrə  malik  nəhəng  iqtisadi  sistemdir  ki,  bu  əlaqələrə  də 
müəssisələr tərəfindən istehsal edilən mal  və xidmətlər aiddir.
1993-cü  ildə  BMT-nin  Statistika  Komissiyası,  ÜTT  tərəfin­
dən  dəstəklənən  və  beynəlxalq  təcrübədə  geniş  istifadə  edilən 
“turizm”  anlayışı  qəbul  etmişdir.  Qəbul  olunmuş  anlayışa  görə 
turizm  -   daimi  yaşayış  yerindən  kənarda  yerləşən  yerlərə  bir  ildən 
artıq  olmamaq  şərti  ilə,  istirahət,  işgüzar  və  digər  məqsədlərlə 
səyahət  edən  şəxslərin  fəaliyyətidir.  “Turizm”  anlayışında  3  meyar 
mövcuddur:  daimi  yaşayış  mühitindən  kənara  yerdəyişmə;  hərəkətin 
müvəqqəti  xarakteri;  səyahətin məqsədi.
A.Y.  Aleksandrova mövcud  olan  bütün  “turizm” anlayışlarını 
2  qrupa bölməyi  təklif etmişdir (2002):
1.  Dar  ixtisaslaşan  (sahəvi)  anlayışlar  -   xüsusi  tapşırıqların 
yerinə  yetirilməsi  üçün  nəzərdə  tutulan,  həmçinin  hüquqi  tənzim­
lənmə, statistik uçot və sosial  siyasətdə istifadə edilən;
2.  Konseptual anlayışlar -  turizmin strukturunu əks etdirən.
Konseptual  anlayışa  görə  turizm  -   daimi  yaşayış  yerindən
kənara,  əmək  fəaliyyəti  ilə  məşğulluqla  deyil,  mədəni,  sağlamlıq, 
rekreasiya,  zövq almaq,  əyləncə  və  digər məqsədlərlə,  həmçinin gəlir 
əldə  etmədən  səyahət  etməkdir.  Klassik  anlayışa  görə  isə  turizm  -  
daimi  yaşayış  yerindən  başqa  ölkəyə  və  ya  öz  ölkəsi  daxilində  digər 
əraziyə,  asudə  vaxtda  zövq  almaq,  istirahət,  müalicə-sağlamlıq,  dər­
12
ketmə,  dini,  işgüzar  və  digər  məqsədlərlə,  həmçinin  gəlinən ərazidən 
haqqı  ödənilən  fəaliyyətlə  məşğul  olmadan  insanların  hərəkəti  başa 
düşülür.
Əksər  mütəxəssislər  turizmə  sistemli  analiz  baxımından 
yanaşırlar.  İsveçrəli  alimi  K.Kaspara görə turizm sisteminin əsasını  2 
subsistem  təşkil  edir:  turizmin  subyekti  (turist -  turizm xidmətlərinin 
istehlakçısı  kimi  çıxış  edir)  və  turizmin  obyekti  (bu  anlayış  3 
elementdən  ibarətdir:  turizm  regionu,  turizm  müəssisələri  və  turizm 
təşkilatları).  “Turizm”  anlayışına  sistemli  analiz  baxımından  yanaş­
mada  Oklendin  Meysen  universitetinin  professoru  N.Leyperin  kon­
sepsiyası  daha məşhurdur.  O,  coğrafi  komponent,  turist və turizm  sə­
nayesindən  ibarət  olan  3  əsas  elementin  turizm  sistemini  for­
malaşdırdığını qeyd etmişdir.
Turizmi  səyahətdən  fərqləndirən  və  aydın  müəyyənləşdirən  5 
əsas əlamət vardır:
1.  müvəqqəti  yerdəyişmə,  destinasiyaları  görmə  və  geri  qayıt­
ma;
2.  destinasiya  -   müəyyən  xidmət  dəstini  təqdim  edən,  turistin 
tələbatlarına  cavab  verən,  onun  gecələmə,  daşınma,  qida,  əyləncə  və 
s.  təkliflərinin təminatını  reallaşdıran ərazi;
3.  humanitar tərkibi  və istiqaməti  ilə seçilən  turizmin  məqsədi;
4.  asudə vaxtda turist səfərinin  həyata keçirilməsi;
5.  destinasiyalarda  turistin  yerli  mənbədən  haqqı  ödənilən 
fəaliyyətlə məşğul olmasının  qadağan edilməsi.
Turizmin  6  əsas  məqsədi  onun  əlamətlərini  müəyyən  edir  və 
turizmi  səyahətdən  fərqləndirir:
1.  sağlamlaşdırma  (insanın  mənəvi  və  fiziki  gücünün  bərpası, 
həmçinin  müalicəsi) fəaliyyəti;
2.  dərketmə  (təbii  hadisələr,  qədimi  və  müasir  insan,  ölkə  və 
xalqların  tarixi  və  mədəniyyəti  haqqında  biliklərin  təkmilləşdirilməsi 
və möhkəmləndirilməsi)  fəaliyyəti;
3.  idman  (professional  və  həvəskar  səviyyədə  yarış  və  oyunlara 
hazırlıq  və  iştirakçı  olmaq,  idmançıları  müşayiət  etmək,  həmçinin 
tamaşaçı qismində iştirak etmək) turizmi;
13

4.  işgüzar  (biznes  səyahətləri,  konfrans,  konqres,  seminarlarda 
iştirak, təcrübələrin bölüşdürülməsi, professional tədris) fəaliyyəti;
5.  dini  (zəvvarlıq,  tarixi-mədəni,  din  və  mədəniyyətlərin  öyrə­
nilməsinə əsaslanan səyahətlər) turizm fəaliyyəti;
6.  qonaq  və  nostalji  (qohumları  görmək,  tarixi  yaşayış  ərazilə­
rinə  səyahət)  fəaliyyəti.
Turizmin  m üxtəlif  funksiyaları  da  vardır  ki,  onlara  aşağıdakılar 
aiddir:
bərpaedici  -   şəraitin  və  fəaliyyət  növlərinin  dəyişdirilməsi 
yolu  ilə insanın yorğunluq hislərindən azad olunması;
inkişaf etdirici  -   şəxsiyyətin  inkişafı  üçün  imkanların  (əhatə 
dairəsinin,  yaradıcılıq  və təşkilatçılıq fəaliyyətinin  genişləndirilməsi) 
verilməsi;
əyləncə  -  istirahət  edənlərə  əylənmək  üçün  imkanların  (yerli 
ərazi,  onun  sakinləri  ilə  tanışlıq,  konsert,  idman  və  digər  tədbirləri 
təşkil  etmək,  aktiv istirahət) verilməsi;
iqtisadi -  turistin tələb və təklifləri  əsasında meydana gələrək, 
əhalinin  əmək  qabiliyyətini,  məşğulluq  səviyyəsini  və  gəlirlərini 
təmin edir;
sosial  -  əhalinin  həyat  səviyyəsinin  artımı,  büdcənin 
paylaşdırılması və asudə vaxtın səmərəli  istifadəsi.
Səyahət  və  turizm.  Səyahət  və  turizm  bir-birinə  çox  yaxın 
anlayışlardır.  Ayrı-ayrı  şəxslər,  vahid  maraq  və  məqsəd  altında 
birləşən  qruplar,  tərkibində  bir  neçə  yüz  və  ya  min  mütəxəssis  olan 
hərbiçilər,  diplomat,  miqrant  və  qaçqın-köçkünlər  səyahət  edirlər. 
Ayrı-ayrı  xalqlar  üçün  səyahət  -  əsrlərlə  formalaşmış  və  yaşayış 
yerinin  iqlim  xüsusiyyətlərinə  müvafiq  olaraq  həyat  tərzidir  ki, 
bunlara da köçəri tayfalara aiddir.
V.A.Kvartalnov  turizmin  səyahətdən  fərqini  göstərən  5  əsas 
xüsusiyyəti ayırmışdır (2003):
1. 
Səyahətdən  fərqli  olaraq  turizm  -   kifayət  qədər  qısa  müd­
dət  ərzində  insanların  yerini  dəyişməsidir.  Hava  gəmilərində 
Transkontinental  uçuşlar  dövrünün  açılmasını  şərtləndirən  nəqliyyat 
vasitələrinin  inkişafı  dünyanın  demək  olar  ki,  istənilən  nöqtəsinə
14
getmək  imkanının  reallaşdırılmasına  şərait  yaratdı.  Statistikaya  görə 
istirahət  günlərində  (2-3  gün)  və  çox  da  uzun  olmayan  (6-7  gün) 
səfərlər xüsusi çəkiyə malikdirlər.
2.  Turizm  -   insanların  daimi  yaşayış  yerindən  müəyyən 
məqsədlərlə  digər  ərazi,  rayon,  şəhər  və  ölkəyə  getməsidir.  Daimi 
yaşayış  yeri  anlayışı  insanların  həmin  ərazidə  yaşama  müddəti  ilə 
müəyyən  edilməklə,  Vətəndaşların  Dövlət  Qeydiyyatı  Şöbələri 
vasitəsilə  tənzimlənməsi  başa  düşülür.  Qeyd  edək  ki,  gündəlik  yaşa­
yış  yerini  tərk  etmək  turizmə  aid  edilmir.  Daxili  turizmdə  müəyyən 
zaman  və  məsafə  qət  edərək  gündəlik  işə  gedən  insanların  turist 
hesab  edilməməsi  məsələsi  tədqiq  edilərək,  aşağıdakı  meyar  qəbul 
edilmişdir:  kiçik  şəhərlərdə  20-30  dəq.  və  bir  neçə  km  məsafə,  iri 
şəhərlərdə isə 3  saat və  50-100 km məsafə.
3.  Asudə  vaxt  anlayışı  -   turizmin  istirahət  vasitəsi  kimi 
ümumilikdə  izah  edilməsi  ilə  müəyyən  edilir.  Həmçinin,  bu  bəzi 
turizm növləri  (işgüzar turizm) üçün  münasib deyildir.
4.  Dövlətlər tərəfindən  turizm  üçün  qoyulan gömrük, vergi  və 
digər  rejimlərin  nəzarəti  altında  olan  turizmdə  fəaliyyət  növlərini 
dəqiq  ayırmağa  şərait  yaradan  turizmin  məqsədi  vacib  kateqoriya 
hesab  edilir.  Turizmin  əsas  məqsədlərinə  əyləncə  (attraktiv),  rekre­
asiya  və  dərketmə,  ikinci  dərəcəli  məqsədlərə  isə  müalicə-sağlamlıq, 
işgüzar və s.  aiddir.
5.  Turizm  —  əksər  ölkələrdə  iqtisadiyyatın  vacib  sahəsi 
olmaqla,  yerli  əhalinin  məşğulluğu,  otel  və  restoranların  müştəri  ilə 
dolması,  xarici  valyutanın  daxil  olmasını  təmin  edir.  Turizm  -   yerli 
turizm  ehtiyatlarının  istismarına əsaslanaraq,  həmin  region  və ölkəyə 
böyük həcmdə gəlir gətirir.
Beləliklə,  turizm  -   dəqiq  müəyyən  edilmiş  məqsədi  ilə 
səyahətin  xüsusi  və  kütləvi  halı  olmaqla,  turistlər  vasitəsilə  həyata 
keçirilir.  Turizmin  təşkili  və  reallaşması  isə  turizm  fəaliyyətidir. 
Turizm  sənayesinin  və  müxtəlif  sahələrin  müəssisələri  tərəfindən 
turizm  reallaşır.  Səyahət  -   məkan  və  zaman  çərçivəsində  insanın 
yerini  dəyişməsi,  səyahətçi  isə  məqsəd,  istiqamət  və  hərəkət
15

vasitəsindən  asılı  olmayaraq,  qısa  müddət  ərzində  səyahət  edən 
şəxsdir.
Yoxlama suallar:
1. 
“Turizm” anlayışını müəyyən edən  fərqli yanaşmaları  sadalayın
2. 
Hüquqi  və  iqtisadi  baxımdan  “Turizm”  anlayışı  və  “Turizm”  anlayışının  3 
meyarı hansılardır?
3. 
A.Y.  Aleksandrova  tərəfindən  təklif  edilən  “Turizm”  anlayışının  2  qrupu 
hansılardır?
4. 
Sistemli  analiz baxımından turizmə yanaşmalar necədir?
5. 
Turizmi səyahətdən fərqləndirən 5  əlamət və 6 məqsədi  sadalayın.
6. 
V.A.Kvartalnovun  turizmin  səyahətdən  fərqini  göstərən  5  əsas  xüsusiyyətlər 
hansılardır?
Ədəbiyyat
1.  Александрова А.Ю.  Международный туризм.  M., 2002, 470 с.
2.  Долженко Г.П.  Основы туризма.  М.-Р.Д., 2009. 320 с.
3. 
Квартальное В.А.  Теория и практика туризма.  М., 2003,  192 с.


Download

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling