AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Download 2.89 Mb.
Pdf ko'rish
bet1/38
Sana10.01.2019
Hajmi2.89 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   38

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA 
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI 
                                
ƏLİ HƏSƏNOV 
 
 
  
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
MİLLİ İNKİŞAF VƏ TƏHLÜKƏSİZLİK 
SİYASƏTİNİN ƏSASLARI  
 
  MİLLİ İNKİŞAF VƏ TƏHLÜKƏSİZLİK 
SİYASƏTİNİN ƏSASLARI 
  MİLLİ MARAQ VƏ MİLLİ 
TƏHLÜKƏSİZLİK ÖLÇÜLƏRİ 
  TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ DAXİLİ VƏ 
XARİCİ SİYASƏT STRATEGİYASI 
  BEYNƏLXALQ VƏ REGİONAL 
TƏHLÜKƏSİZLİK SİYASƏTİ 
  GEOSİYASİ STATUSU, FƏALİYYƏT 
KODEKSİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ 
  ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ 
QARABAĞ MÜNAQİŞƏSİ VƏ ONUN MİLLİ 
TƏHLÜKƏSİZLİYƏ TƏSİRİ
 
 
 
 
 
 
 
Bakı- 2016 

 
ƏL İ  H ƏS ƏNOV  
 

  Elmi redaktoru:        Elçin Əhmədov 
siyasi elmlər doktoru 
  
  Rəyçilər:                     Musa Qasımlı 
tarix elmləri doktoru, professor 
                         
Hikmət Məmmədov 
siyasi elmlər doktoru 
 
 
Ə.M.HƏSƏNOV. Azərbaycan Respublikasının milli inkişaf və təhlükə-
sizlik siyasətinin əsasları. Bakı, “Zərdabi LTD”, 2016, 700 s.  
 
 
Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi beş illik 
müddət ərzində milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, 
başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə  tədqiq olunur, ictimai-siyasi, 
sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahə-
lərində  həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır, ölkə-
nin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, təhlükə-
sizlik sahəsində həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri as-
pektləri araşdırılır, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, 
praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi cəhətdən qiymətləndirilir. 
Monoqrafiyada ayrıca olaraq Azərbaycan Respublikasının geosiyasi kodunun, 
təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq 
çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geo-
siyasi məsələlər təhlil olunur, dövlətin gələcək inkişaf perspektivləri, təhlükəsizlik sa-
həsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin ener-
ji resurslarının istismarı  və dünya bazarlarına çıxarılması,  Şərq-Qərb, Simal-Cənub 
nəqliyyat-kommunikasiya dəhlizləri və s. transmilli layihələrin təhlükəsizliyinin təmin 
edilməsinin vacib aspektləri araşdırılır. 
Monoqrafiyanın faktiki materialları, müddəaları  və  nəticələri həm elmi-nəzəri, 
həm də praktiki əhəmiyyət daşıyır. Ondan gələcək tədqiqat işlərində, mövzu üzrə 
dərslik, dərs vəsaiti və ümumiləşdirilmiş əsərlərin yazılmasında, universitetlərdə və xü-
susi ali məktəblərdə təhlükəsizlik kursu üzrə mühazirələrin tərtib edilməsi və seminar 
məşğələlərində, Azərbaycan Respublikası  XİN, DTX, MN və digər nazirlik, xüsusilə 
xarici siyasət məsələləri ilə  məşğul olan qurumların praktiki fəaliyyətində, kütləvi 
informasiya vasitələrində, təbliğat işlərində və s. sahələrdə istifadə etmək olar. 
 
 
ISBN 978 9952 504 25 5 
© Həsənov Ə.M., 2016 
© “Zərdabi LTD” MMC, 2016 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 

MÜNDƏRİCAT 
 
Giriş  ...................................................................................................... 7 
 
I FƏSİL 
Azərbaycan Respublikasının müasir milli inkişaf siyasəti: 
xarakteristikası, əsas vəzifələri və tələbləri ...................................... 45 
§ 1.1. Milli inkişaf siyasətinin formalaşması, əsas mərhələləri  
və xarakterik xüsusiyyətləri .............................................. 47 
§ 1.2. Milli inkişaf siyasətinin əsas prinsipləri, vəzifələri  
və tələbləri.......................................................................... 66 
 
lI FƏSİL  
Azərbaycanın milli təhlükəsizlik siyasəti: milli maraqlarının əsas 
parametrləri, geosiyasi kodu və təhlükəsizlik perspektivləri ......... 79 
§ 2.1. Milli təhlükəsizlik siyasəti: formalaşması, əsas ölçüləri  
və mexanizmləri................................................................. 79 
§ 2.2. Təhlükəsizlik mühitinin formalaşması və  
beynəlxalq imicin qazanılması........................................... 86 
§ 2.3. Milli maraqlar və onun çərçivəsi:  
milli təhlükəsizliyə təhdidlər.............................................. 89 
§ 2.4. Milli təhlükəsizliyin təmin olunmasının əsas vasitələri  
və ehtiyatları....................................................................... 96 
 
III FƏSİL  
Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri ... 103 
§ 3.1. Hərbi təhlükəsizlik siyasəti .............................................. 103 
§ 3.2. Sərhəd təhlükəsizliyi siyasəti ........................................... 115 
§ 3.3. Milli enerji təminatı və təhlükəsizliyi siyasəti ................. 133 
§ 3.4. Geoiqtisadi müstəqillik və təbii ehtiyatların təhlükəsiz 
istifadəsi siyasəti ............................................................. 149 
§ 3.5. İctimai-siyasi, sosial, etnik və milli insan ehtiyatlarının 
təhkükəsiz istifadəsi və idarə olunması siyasəti ............... 158 
§ 3.6. Ərzaq təminatı və təhlükəsizliyi siyasəti ......................... 170 
§ 3.7. İnformasiya təhlükəsizliyi siyasəti .................................. 180 
§ 3.8. Ekoloji təhlükəsizlik siyasəti ........................................... 211 

 
ƏL İ  H ƏS ƏNOV  
 

lV FƏSIL 
Beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın  
xarici siyasət strategiyası ................................................................. 227 
§ 4.1. Beynəlxalq təhlükəsizlik sistemi: formalaşması, hüquqi 
əsasları, mahiyyəti, geosiyasi ölçüləri və tələbləri ......... 227 
§ 4.2. Beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın xarici 
siyasət strategiyası və fəaliyyəti ..................................... 240 
§ 4.3. Azərbaycanın geosiyasi kodu  və geosiyasi  
fəaliyyət kodeksi ............................................................. 262 
 
V FƏSİL 
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsinin  
hərbi-geostrateji münasibətləri və Azərbaycanın regional 
təhlükəsizlik siyasəti ........................................................................ 271 
§ 5.1. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın  
təhlükəsizlik mühiti: regional bloklaşma reallıqları və  
proqnozları, hərbi-geostrateji güclərin təsnifatı .............. 271 
§ 5.2. Rusiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın 
regional təhlükəsizliyinə yanaşması, Kollektiv 
Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Azərbaycanın 
təhlükəsizlik maraqları..................................................... 289 
§ 5.3. ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz 
hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional 
təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji 
maraqları .......................................................................... 309 
§ 5.4. Rusiya, ABŞ, NATO və Avropa İttifaqı arasındakı 
münasibətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi 
Qafqazın regional təhlükəsizliyinə təsiri ........................ 345 
§ 5.5. Türkiyənin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın 
təhlükəsizlik arxitekturasına yanaşması, Azərbaycanın 
geostrateji təhlükəsizlik maraqları  .................................. 365       
§ 5.6. İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın 
təhlükəsizliyinə yanaşması, Azərbaycanın hərbi  
təhlükəsizlik maraqları..................................................... 379 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 

§ 5.7.   Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional 
maraqlar sistemində Ukraynanın hərbi-geostrateji 
mövqeləri: Təhlükəsizlik sahəsində Azərbaycan-
Ukrayna münasibətlərinin xarakteristikası ................. 397 
§ 5.8.   Gürcüstanın Cənubi Qafqaz və Qara dəniz hövzəsinin 
təhlükəsizlik arxitekturasına yanaşması və hərbi-
geostrateji mövqeyi..................................................... 417 
§ 5.9.   Təhlükəsizlik sahəsində Azərbaycan-Gürcüstan və 
Türkiyə  arasındakı regional tərəfdaşlığın  
əsas şərtlərı və tələbləri .............................................. 424 
§ 5.10. Cənubi Qafqazın regional təhlükəsizliyi və  
Ermənistanın qonşu dövlətlərə qarşı əsassız ərazi 
iddialarının geosiyasi nəticələri ................................. 434 
§ 5.11. Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi 
Qafqazda yürütdüyü regional  
təhlükəsizlik siyasəti .................................................. 446 
 
Vl FƏSİL  
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi 
Qafqazın əsas təhlükəsizlik problemi kimi: beynəlxalq, regional, 
yerli maraqlar və Azərbaycanın ərazi bütövlüyü məsələsi ........... 467 
§ 6.1.  Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ 
münaqişəsinin tarixi kökləri haqqında ............................ 468 
§ 6.2.  XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi 
iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz 
siyasəti............................................................................. 472 
§ 6.3.  Azərbaycan ərazilərinin Ermənistan silahlı  
qüvvələri tərəfindən işğalı və münaqişənin BMT  
Təhlükəsizlik Şurasında müzakirəsi................................ 477 
§ 6.4.  ATƏT-in Minsk qrupunun yaradılması, münaqişəsinin həlli 
istiqamətində vasitəçilik səyləri, münaqişə tərəflərinin 
mövqeyi və ümumi nəticələr........................................... 479 
§ 6.5.  Digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi və 
Azərbaycanın diplomatik fəaliyyətinin nəticələri ........... 495 

 
ƏL İ  H ƏS ƏNOV  
 

Əlavələr  
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası ....... 507 
Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu... 548 
Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi  
haqqında Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı........... 575 
Azərbaycan Respublikasının Hərbi Doktrinası .................................. 577 
 
İstifadə edilmiş mənbə, ədəbiyyat və informasiya resursları ....... 609 
Резюме............................................................................................... 651 
Summary ........................................................................................... 657 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 

 
 
 
 
 
 
GİRİŞ 
 
Beynəlxalq münasibətlərin subyekti olaraq hər bir dövlətin 
dünyadakı nüfuzu və imici onun həyata keçirdiyi milli inkişaf 
və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Milli inkişaf və 
təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi 
inkişafının, xarici aləmdən qaynaqlanan təhlükələrə qarşı mü-
qavimət gücünün, səmərəli dövlət idarəçiliyinin, ölkədaxili sa-
bitliyin,  vətəndaşların milli ideyalar, məqsədlər, amallar ətra-
fında birləşməsi, ictimai-siyasi həyatda iştirakı vəziyyətinin və 
s. daxili məsələlərin əsas göstəricilərindən biri kimi çıxış edir.  
Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanın ayrıca 
nə milli inkişaf, nə də ki, təhlükəsizlik siyasəti mövcud deyildi. 
Digər müttəfiq respublikalar kimi onun da inkişafı və təhlükə-
sizliyinin əsasları, təminatı və s. məsələlər SSRİ çərçivəsində, 
vahid dövlət məkanında, ümumi siyasi-iqtisadi və ideoloji ya-
naşma və amillərlə müəyyən olunur, bu sahə üzrə  əsas prob-
lemlər ittifaq dövlətinin kompleks maraqları  çərçivəsində  həll 
edilirdi. 
SSRİ-nin dağılması, dünya sosializm sisteminin süqutu, 
çoxsaylı ölkələrin bir siyasi sistemdən digərinə keçidi, yeni ya-
ranmış müstəqil dövlətlərin beynəlxalq münasibətlərə qoşul-
ması  və s. hadisələr planetimizdəki  əvvəlki siyasi, iqtisadi, 
geosiyasi və  hərbi-geostrateji vəziyyəti ciddi şəkildə  dəyişdi. 

 
ƏL İ  H ƏS ƏNOV  
 

Bütün bu transmilli proseslər digər postsovet respublikalarında 
olduğu kimi Azərbaycan dövləti qarşısında da öz milli inkişaf 
və təhlükəsizlik siyasətinin formalaşdırılması, təhlükəsizlik sa-
həsində milli strategiyanın yaradılması  və  həyata keçirilməsi 
vəzifəsini irəli sürdü. 
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 
Azərbaycanın milli inkişaf və  təhlükəsizlik siyasətinin, onun 
nəzəri və praktiki əsaslarının formalaşdırılması, müstəqil döv-
lətin həyati maraqları  çərçivəsinin müəyyənləşdirilməsi və 
təmin olunması, milli təhlükəsizliyin mexanizmlərinin, ehtiyat-
larının yaradılması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənə-
vi təməlinin yeni dəyərlər və prinsiplər əsasında qurulması və 
b. vəzifələr dövlət siyasətinin xüsusi istiqamətinə çevrilərək, 
ümumi dövlət quruculuğu prosesinin təxirəsalınmaz və vacib 
məsələlərindən birini təşkil etdi. Azərbaycan Respublikasının 
milli inkişaf və  təhlükəsizliyi qarşısında dayanan həmin döv-
rün əsas vəzifələrini şərh edən ümummilli lider Heydər Əliyev 
qeyd edirdi ki, müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi 
dəyərli töhfə  və  əvəzsiz milli sərvət idi. Lakin müstəqilliyin 
qorunması, ölkənin milli inkişafının və təhlükəsizliyinin təmin 
edilməsi ondan qat-qat çətin idi, ölkə  rəhbərliyindən, hər bir 
vətəndaşdan xüsusi səy, məsuliyyət və iradə tələb edirdi. Yeni 
tarixi  şərait Azərbaycan Respublikasının qarşısında dövlət 
müstəqilliyinin qorunması  və möhkəmləndirilməsi, demokra-
tik, hüquqi və dünyəvi dövlət qurulması,  ərazi bütövlüyünün 
bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun 
həlli, ölkənin və onun əhalisinin inkişafının, təhlükəsizliyinin 
və rifahının təmin edilməsi kimi vəzifələr qoyurdu. Bütün bun-
lar ardıcıl, məqsədyönlü, düşünülmüs daxili və xarici siyasətin 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 

həyata keçirilməsini, ölkənin intellektual və sosial-iqtisadi po-
tensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə 
olunmasını tələb edirdi.
1
 
1993-cü ildən başlayaraq Prezident Heydər  Əliyevin rəh-
bərliyi ilə  özündə müstəqil dövlət maraqlarını  və beynəlxalq 
dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları 
əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin 
əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən 
yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, son-
rakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləş-
dirildi və həyata keçirilməyə başlandı. Keçən iyirmi ildə Azər-
baycanda milli inkişaf və  təhlükəsizlik sahəsində müəyyən 
qanunlar yazılıb, konsepsiyalar, doktrinalar, xüsusi dövlət 
proqramları  qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və 
işlər görülüb. Hazırda bütün bu işlərin öyrənilməsi, ümumiləş-
dirilməsi, dəyərləndirilməsi və həyata keçirilən siyasətin effek-
tivliyinin qiymətləndirilməsi, ölkənin milli inkişaf və təhlükə-
sizlik strategiyasının elmi-nəzəri cəhətdən təhlil olunması ehti-
yacı yaranıb ki, bu da ölkə siyasətşünasları qarşısında bir çox 
aktual vəzifələr qoyur.  
Müasir dünyanın beynəlxalq və regional təhlükəsizlik sis-
temi, planetin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi inkişaf 
meyilləri özünəməxsus xüsusiyyətləri və dinamikası ilə fərqlə-
nir. Bütün bunlar müstəqilik yolu ilə irəliləyən Azərbaycanın 
milli inkişafına, daxili və xarici vəziyyətinə, dövlət təhlükəsiz-
liyinə ciddi təsir göstərir. 
                                                 
1
Bax:  Əliyev H.Ə.  Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan 
xalqına müraciət. Müstəqilliyimiz 
əbədidir. Elektron külliyyat. 
http://heydaraliyev. preslib.az 

 
ƏL İ  H ƏS ƏNOV  
 
10 
Bundan başqa, üçüncü minilliyin başlanğıcından beynəl-
xalq münasibətlərin və dünya siyasətinin vahid prinsiplərinin 
pozulması, getdikcə daha açıq formada fərqli standartlar əsa-
sında formalaşması və idarə edilməsi, iqtisadi və siyasi müna-
sibətlərin praqmatik sisteminin təşəkkül tapması, nəhəng trans-
milli korporasiyaların dünyadakı  aşkar hegemonluğunun və 
ölkədaxili proseslərə  təsirinin artırması, mütərəqqi texnologi-
yalara  əsaslanan informasiya cəmiyyətlərinin yaranması  və 
milli sədləri aşması və s. proseslər də milli dövlətlərin inkişafı 
və  təhlükəsizliyinə ciddi təsir göstərir. Bütün bu hadisələrin 
səbəbləri, mahiyyəti, inkişaf perspektivləri və ölkələrin mili 
inkişafına, təhlükəsizliyinə  təsiri məsələlərinin öyrənilməsi 
Azərbaycan üçün də mühüm elmi-nəzəri və siyasi aktuallıq 
kəsb edir.  
Keçən əsrin sonlarına yaxın SSRİ-nin və dünya sosializm 
sisteminin süqutu, planetar səviyyədə mövcud olan ideoloji 
qarşıdurmanın “birqütblü hegemonluq siyasəti” ilə əvəzlənmə-
si, müstəqil dövlətlərə təsiretmənin daha cəlbedici vasitələrinin 
işə salınması və s. ilə beynəlxalq münasibətlərdə yeni standart-
ların bünövrəsini qoydu.  
Bundan başqa, postsovet məkanınının özündə də müstəqil-
lik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsin-
də yürütdükləri fərqli siyasət Avrasiyanın və dünyanın geosi-
yasi reallıqlarına, təhlükəsizlik sistemlərinə  təsirsiz ötüşmədi. 
Qeyd etdiyimiz faktların əksəriyyəti həm də qlobal və regional 
təhlükəsizlik sistemində, onun anlayışlarında, strukturunda bə-
zi ciddi dəyişikliklər yaratdı. Məsələn, SSRİ-nin dağılması ilə 
bir çox nəzəri-hüquqi terminlərdə olduğu kimi, geosiyasət və 
geostrategiya sahəsində də, milli təhlükəsizliyik və onun təmin 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
11 
olunması ilə bağlı o dövrə qədər mövcud olan yanaşmalarda da 
ciddi fərqlər meydana çıxdı. Məlum olduğu kimi, “təhlükə-
sizlik”, “milli təhlükəsizlik”, “dövlət təhlükəsizliyi” və s. kimi 
anlayışlar mürəkkəb siyasi-sosial hadisə olaraq həm subyektiv, 
həm də konkret-tarixi xarakter daşıyır. Bu anlayış “təbiət-
insan-cəmiyyət-dövlət-xarici aləm” sistemində  hər bir ölkənin 
beynəlxalq hüquq normaları  və öz milli maraqları  çərçivəsin-
dəki fərdi yanaşmasına və qarşılıqlı təsir etmə, münasibət ya-
ratma və s. hərəkətlərə söykənir. Dövlətin təhlükəsizlik siyasə-
tinin  əsas məqsədi xarici aləmlə  təmas zamanı ölkənin həyati 
əhəmiyyətli milli maraqlarını (subyektiv yanaşma  əsasında 
müəyyən olunmuş - Ə.H.) qorumaq və yüksək səviyyədə təmin 
etməkdən ibarət olduğu üçün, hər bir ölkənin milli maraqları, 
milli təhlükəsizliyi və planetar nüfuzu həm beynəlxalq hüqu-
qun subyekti kimi dünyada nəzərə alınır, beynəlxalq qurumlar 
tərəfindən qorunur, həm də dövlətin özünün daxili-xarici ehti-
yatlarının, mexanizmlərinin köməyi ilə  təmin olunur. Hazırda 
təzahür etmə miqyasından və  məkan amilindən asılı olaraq, 
beynəlxalq təhlükəsizlik sistemi əvvəlki dövrdə olduğu kimi, 
sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurması 
çərçivəsində deyil, milli, regional və qlobal olmaqla üç fərqli 
məkan ölçülərini və ayrılıqda hər bir dövlətin fərdi təhlükə-
sizlik səviyyəsini özündə əks etdirir. Təhlükəsizliyin bu tipolo-
giya üzrə  təsnif olunmasına planetin, ayrı-ayrı regionların və 
dövlətlərin hərbi-geostrateji və geosiyasi təhlükəsizlik mühiti-
nin xarakteristikası, birlikdə və ayrılıqda hərbi blokların, müx-
təlif ölkələrin dünya təhlükəsizlik siyasətində rolu, milli döv-
lətlərin ərazi suverenliyi amili və s. kimi təhlükəsizlik məsələ-
ləri də  təsir göstərir. Müasir təhlükəsizliyin müxtəlif səviyyə-

 
ƏL İ  H ƏS ƏNOV  
 
12 
lərdə təsnif olunmasına baxmayaraq, onun təminatı fikrimizcə, 
qlobal miqyaslı vahid iyerarxik təhlükəsizlik sisteminin fəaliy-
yət göstərməsini tələb edir. Lakin etibarlı təhlükəsizliyin təmin 
edilməsinə nail olmaq üçün bu sistem beynəlxalq, regional və 
milli səciyyəsindən asılı olmayaraq, hər bir səviyyənin özünə-
məxsus xüsusiyyətlərini, təhlükə  mənbələrini, vasitələrini və 
mexanizmlərini nəzərə almaqla fəaliyyət göstərməlidir. Müasir 
beynəlxalq təhlükəsizlik sisteminin bu cəhətlərini və xüsusiy-
yətlərini  nəzərə alaraq, Azərbaycanın milli inkişaf və təhlükə-
sizlik siyasətinin  beynəlxalq, regional və milli səviyyələrinin 
əsas cəhətlərini, hər səviyyə üzrə hədəflərini, prioritetlərini və 
istiqamətlərini müəyyənləşdirmək vəzifəsi müasir dövrdə 
xüsusi aktuallıq və əhəmiyyət daşıyır.  
Azərbaycanın milli, regional və beynəlxalq təhlükəsizliyin 
bərqərar olunmasına yönəlmiş xarici siyasət strategiyasının 
əsas vəzifələrindən biri ölkənin dinc şəraitdə inkişafı, suveren 
dövlət hüquqlarının qorunması, dünya birliyi və beynəlxalq 
münasibətlərin subyektləri ilə qarşılıqlı  əlaqələrinin yaradıl-
ması  və milli maraqlarının təmin edilməsindən  ibarətdir.  
Müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu 
mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli 
səviyyələrdə reallaşdırdığı  təhlükəsizlik siyasətinin çevikliyin-
dən və səmərəliliyindən asılı olur. Buna görə də ölkənin milli 
təhlükəsizliyinin bütün səviyyələrdə  təmin olunması ilə bağlı 
xarici siyasət fəaliyyətinin öyrənilməsi, qarşıda dayanan məq-
səd və  vəzifələrin elmi-konseptual baxımdan araşdırılması 
Azərbaycan siyasətşünaslığında xüsusi aktuallıq kəsb edir.  
Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunika-
siya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
13 
və geoiqtisadi cəhətdən əhəmiyyət kəsb edən, enerji qaynaqları 
ilə zəngin məkanda – Avrasiyada yerləşməsi onun milli inkişa-
fına, beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsas 
vəzifələri, istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə 
həlledici təsir göstərir. Bununla bağlı, həm də  Xəzər hövzəsi 
və  Cənubi Qafqazın hərbi-strateji və  təhlükəsizlik sisteminin 
formalaşmasında Azərbaycanın yürütdüyü  milli, regional və 
beynəlxalq təhlükəsizlik siyasəti xüsusi rol oynayır. Məlumdur 
ki, bu istiqamətdə  həyata keçirilən milli siyasətin  əsas istiqa-
mətlərindən biri ölkənin regionda gedən  əksər geosiyasi və 
geoiqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi və bütün 
sahələr üzrə milli maraqlarının qorunmasıdır. Son iki əsrə ya-
xın müddət  ərzində  Cənubi Qafqaz və  Xəzər hövzəsi Rusiya-
nın geosiyasi təsiri və  nəzarəti altında olmuş, bu ölkə üçün 
xüsusi hərbi-geostrateji əhəmiyyət daşımışdır. Sovet İttifaqının 
dağılmasından sonra Cənubi Qafqaz və Xəzər hövzəsində nisbi 
“geosiyasi boşluğun” yaranması bu məkanda bir müddət etnik 
separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya prosesləri-
nə təkan vermişdir. Bu regiona nəzarət Avrasiyanın daha geniş 
ərazilərini təsir dairəsində saxlamağa imkan verdiyindən, 
Cənubi Qafqaz və  Xəzər-Qara dəniz hövzəsi müxtəlif bey-
nəlxalq “güclərin”, böyük dövlətlərin geosiyasi, geoiqtisadi və 
hərbi-geostrateji maraqlarının kəsişdiyi məkana çevrilmişdir. 
Bundan başqa, Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qafqaz 
həm də transkontinental enerji, nəqliyyat-kommunikasiya  əla-
qələndiricisi və beynəlxalq enerji təhlükəsizliyi sisteminin tə-
siredici mərkəzlərindən biri kimi çıxış etməyə başlamışdır. 
Hazırda regionda hərbi-geostrateji, enerji, geoiqtisadi, diplo-
matik və s. sahəsində iki əsas ölkə – Rusiya və ABŞ; bir neçə 


Download 2.89 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling