Azərbaycanda XIII xiv əsrlərdə təhsil sisteminin əsasını məktəb və mədrəsələr təşkil edirdi. Mədərəsələr əsasən ibtidai təhsil verirdi. Mədrəsələrdə dini təlimlə yanaşı dünyəvi elmlər də keçirilirdi


Download 13.88 Kb.
Sana21.04.2020
Hajmi13.88 Kb.
#100536
Bog'liq
tarix-13 14


Mədəniyyət.
Azərbaycanda XIII – XIV əsrlərdə təhsil sisteminin əsasını məktəb və mədrəsələr təşkil edirdi. Mədərəsələr əsasən ibtidai təhsil verirdi. Mədrəsələrdə dini təlimlə yanaşı dünyəvi elmlər də keçirilirdi.
Təbrizin Rəbi –Rəşidi məhəlləsində yerləşən mədrəsə Bağdadın Nizamiyyə mədrəsəsindən sonra Şərqdə yaradılmış ilk ali təhsil ocağı idi.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
Nəsirəddin Tusi.
XIII –XIV əsrlərdə Azərbaycanda elmin bütün sahələrində inkişaf baş verdi. Çünkü 1259-cu ildə Marağada Nəsirrədddin Tusinin rəhbərliyi ilə tikilmiş rəsədxana:
1. Avropada elmin inkişafına təsir göstərdi
2. Uluqbəy , Pekin və bir sıra Qərbi Avropa rəsədxanalarının elmi fəaliyyətinə təsir göstərdi.
Nəsirəddin Tusi Hülakülər dövlətində əvvəlcə Hülakü xanın sonra isə Abaqa xanın vəziri oldu. Alim Bağdada səfər zamanı vəfat etdi. Tusinin qəbir üzərində “Elmin köməkçisi, elm ölkəsinin şahı , Dövrün anası belə oğul hələ doğmamışdır” sözləri yazılmışdı.
Nəsirəddin Tusi bir sıra əsərlərin o cümlədən:
1. “Zic Elxani” (elxanilərin cədvəli)
2. “Əxlaqi Nasir”
3. “Təhriri Öqlidis” (Evklid şərhi) əsərlərini yazmışdır.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Fəzlullah Rəşidəddin.
XIII – XIV əsrin ən böyük alimlərindən biri Qazan xanın vəziri olan tarixçi və həkim Fəzlullah Rəşidəddindir. Alimin “Came ət-təvarix (tarixlərin cəmi ) ”əsəri vardır.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
İctimai elmlər.
XIII – XIV əsrlərdə:
1. Coğrafiya sahəsində isə Zəkəriyyə Qəzvini , Həmdullah Qəzvini və Əbdürrəşid Bakuvinin əsərləri meydana gəldi.
2. Dilçilik sahəsində isə Azərbaycan alimləri Hinduşah Naxçivani və oğlu Məhəmməd Naxçivani tanınırdılar.
3. Əsirəddin Əndəlüsü “Türk dilini dərketmə kitabı ”adlı əsər yazdı.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
Ədəbiyyat.
Ədəbiyyat sahəsində XIII XIV əsrlərdə müəyyən canlanma yarandı beləki:
1. Azərbaycan dilində klassik poeziyanın ilk məlum nümayəndəsi Şeyx İzzəddin Həsənoğlu Azərbaycan və fars dilində divan yaratdı.
2. Farsca Əsərlərini “Puri Həsən”təxəllüs ilə yazmışdır.
3. Şairin ana dilində iki farsca bir qəzəli məlumdur.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------
Hürufilik hərəkatı.
Hürufilik:
1. XV əsrdə meydana gəldi.
2. Hürufilik “hərf”sözündən yaranıb ərəb haərflərinin ilahiliyini bəyan edirdi.
3. Onlar allahın iki təzahür yolundan birinin məhz səsdə , nitqdə , hərflərdə olduğunu bəayan edirdilər.
Fəzlullah Nəimi ( 1340-1394 ) Hürufilik tarixində:
1. Hürufilik hərakatının əsasını qoymuşdur.
2. Hərakatın nəzəri əsasları “Cavidannamə”əsərində şərh etmişdir.
3. Onun “Məhəbbətnamə””Ərşnamə””Novmnamə”və ”Divanı”əsərləri vardır.
İmadəddin Nəsimi ( 1369- 1417 ) isə:
1. Hürufiliyin görkəmli nümayəndəsi olmuş
2. İlk şeirlərini “Hüseyni”təxəllüsü ilə yazmışdır.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Memarlıq. İncəsənət.
XIII – XIV əsrlərdə memarlıq daha da inkişaf etdi. Bu dövrdə:
1. Monqollarıın II yürüşündə tamamilə dağıdılan Gəncə 1239 –cu ildən bərpa olunmağa başlandı.
2. XIII -əsrin sonu – XIV əsrin əvvəllərində Hülakülərin əmri ilə Sultaniyyə və Mahmudabad şəhərləri tikildi.
Qalalar:
XIII – XIV əsrlərdə memarlıq abidələrindən olan Abşeron qalalarından dördü:
1. Mərdəkanda dairəvi və dördkünc qala
2. Nardaran və Ramana qalaları inşa olundu.
3. Naxçıvanın Cuğa kəndində tikilmiş Gülüstan türbəsi Mömünə xatun türbəsinin üslubunda inşa olundu.
4. 1305 -1313 –cü illərdə Sultaniyyədə Olcaytu Xudabəndə türbəsi inşa olundu.
5. 1322 –ci ildə Bərdə türbəsi tikildi.
6. Qarabağlar kəndində türbə ( Baştağ türbəsi) tikilmişdir.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
Əlişah məscidi - Ərk qalası.
Azərbaycanın bu memarlaıq abidəsi:
1. XV əsrin əvvəlində Təbrizdə Hülakülərin vəziri Tacəddin Əlişah tərəfindən inşa olundu.
2. O zamankı müsəlman aləminin ən möhtəşəm məscidi idi.
3. Möhtəşəm məscid sonralar Təbrizlilərin sığınacaq yeri olduğu üçün “Ərk qalası”adını aldı.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
İncəsənət.
XIII – XIV əsrlərdə bu sahədə müəyyən canlanma oldu beləki:
1. 1319 –cu ildə Təbriz ustalarından Yusif İbn Əhmədin hazırladığı bədii kasa hal hazırda Viktoriya və Abert muzeyində saxlanılır.
2. 1399 –cu ildə Əmir Teymurun sifarişi ilə Usta Əbdüləziz ibn Şərafəddinin hazırladığı tiyan isə hal hazırda Ermitaj muzeyində saxlanılır.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
Musiqi.
XIII -əsrin sonu XIV əsrin əvvəllərində musiqi sahəsində görkəmli musiqişünaslar:
1. Səfiəddin Urməvi (1230 -1294 )
2. Əbdülqadir Marağayi (1353 -1445 ) olmuşdur.
Download 13.88 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling