Bu toplu Qafqaz universitetinin filologiya fakültəsi


M İFDƏ DİALEKTİKA  VƏ Y AXUD MADDİ  İLƏ İDEAL OLANIN


Download 371.06 Kb.
Pdf ko'rish
bet9/67
Sana14.07.2018
Hajmi371.06 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

M İFDƏ DİALEKTİKA  VƏ Y AXUD MADDİ  İLƏ İDEAL OLANIN
DİALEKTİKASI
Prof.dr. A ğayar Ş Ü K Ü R O V
Azərbaycan  Milli  Elmlər Akademiyası 
Fəlsəfə və Huquq  İnstitutu 
AZƏ RBAYCAN
Dünya  haqqında  təsəvvürlərdə  onun  əks  (zidd)  başlanğıcların  vəhdəti  kimi  başa  düşülməsi  müasir 
tarixçi,  etnoqraf,  sosio-psixoloqlar  arasında  geniş  yayılmışdır.  Bu  ideya  isə  özlüyündə  bütün  dünya 
mədəniyyətində  mühüm  yer  tutmuşdur.  Həqiqət-yalan,  xeyir-şər,  gözəl-çirkin,  müqəddəs-dünyəvi, özünkü- 
özgəsinki  -bütün  bu  müxalif  prinsiplər  bizim  həyatımızın  koordinatlarıdır.  İnsan  (bu  xüsusilə,  Avropa 
mədəniyyətinin  nümayəndələrinə aiddir)  «ikili»  koordinat  sistemində,  kontrastlar dünyasında yaşayır.  Bu 
dildə möhkəmlənmiş,  məntiqi  təfəkkür formalarında,  incəsənətdə, mənəviyyatda dində öz əksini tapmışdır.
Müasir  filosoflar həyatın  və fikrin  bu  cür dualist  tərzinin  aradan  qaldırılmasının  zəruriliyi haqqında 
çox yazırlar.  Onların  fikrincə öz mürəkkəbliyi  ilə müasir həyat  «ağ-qara»  təfəkkürün  çərçivələrinə sığışmır. 
Lakin  bu  ənənənin  aradan  qaldırılması  olduqca  çətindir.  Çünki  o  insanın  mövcudluğunun  fundamental 
ziddiyyətlərinin  ifadəsidir.  Onun  mənbələrinə gəldikdə isə bunu uzaq  keçmişlərdə axtarmaq  lazımdır.
Arxaik  cəmiyyət  adamı  üçün  dünyada  əks  başlanğıcların  mövcudluğu  və  onların  bir-birilə  qırılmaz 
əlaqəsi  danılmaz  fakt  olmuşdur.  «Əksər bəşəri  şeylər cüt  şəkildə hərəkət  edir».  Dünyanın  dual  quruluşu  öz 
məkanına,  məskun  olduğu  mühitə  malikdir.  Barışmaz  antoqanizm  hətta  allahlar  dünyasında  da 
mövcuddur.  Cənubi  Amerikanın  müxtəlif hindu  qəbilələri  içərisində belə bir mif geniş yayılmışdır ki,  ilahi- 
əkizlər,  həm  də  əbədi  rəqiblərdir.  İki  hissəyə  təkcə  qəbilə  bölünməmişdir.  Əkizlər  təbiəti  də  iki  hissəyə 
bölmüşlər.  Əkizlərin  biri  səmada  yaşayır,  digəri  isə  əbədi  zülmət  ölkəsindədir.  Onların  mübarizəsi  daim 
dünyanın  dağılması  və  bərpa  edilməsi  ilə  müşahidə  olunur.  Bəzən  təbiət  aləminin  dixotomiyası  insan 
ruhuna  da  aid  edilir.  Bu  halda  insanda  iki  zidd  xarakteristikalı  iki  ruh  (qəlb)  yaranır.  Əkizlər  vahid 
kainatın  iki tərəfinin hakimləridir, özündə gündüz-gccə,  kişi-qadın, qış-yay,  müqəddəs-dünyəvi kimi iki əks, 
zidd  tərəfləri  təcəssüm  etdirirlər.  Onların  dünyadakı  ağalığı  növbəlidir.  Onların  hakimiyyəti  ilk  vəziyyətə 
qayıtmaq  qabiliyyətinə malikdir.  Onlar xeyir şər obrazlarında əbədi qərar tuta bilmirlər.
Dualistik  simvolika  inisiasiya  (həsr olunma) mərasimi üçün  daxmanın  quruluşunu da müəyyən edir. 
Daxma  dünya  obrazını  simvolizə edir.  Ora  iki  hissəyə  bölünmüşdür,  şimal  hissəsi  ağ  rənglə  boyadılmış  və 
ali  qüvvələri  simvolizə  edir.  İnisiasiya  mərasiminin  özü  «həyat-  ölüm»  müxalifliyini  ifadə  edir.  Həsr 
olunanları  «öldürürlər»  və  oradaca  dirildirlər.  Eyni  qüvvələr  insandan  həyat  alır  və  sonra  yenidən  ona 
həmin  həyatı bəxş  edir1.
Arxaik  şüurda  dünyanın  dualist  strukturu  arxasında  nə durur? Tanınmış  müasir fransız etnoqraf və 
filosofu,  strukturalizmin  nümayəndəsi  K.  Levi-Stross 
bütün  ibtidai  mədəniyyəti  əhatə  edən  «binar 
oppozisiyasına»  öz  izahını  təklif  etmişdir.  Binarizm  insan  təcrübəsinin  təşkilinin  universal  prinsipi  kimi 
(təbii-mədəni, çiy-bişmiş) insan  ağlının  universal  strukturunun  ifadəsidir.  Ağlın strukturu  şüursuzdur, eyni 
zamanda  o  heç  vaxt  insan  tərəfindən  dərk  edilməmişdir.  O  insana  təbiət  tərəlindən  verilmişdir  və təbiətin 
özü  ilə  eynidir.  Binarizm  Kainata  xasdır  və  onun  insan  tərəfindən  dərk  və  qəbul  edilməsi  bəşər 
mədəniyyətinin sonrakı  taleyini  müəyyən edə bilər.
Arxaik  «soyuq»  (ənənəvi)  cəmiyyətlərdə  binar  oppozisiyası  həyatın  təşkilinin  forması  sosial-daxili 
əlaqələrin  təbii  əsası  olur  və  onlar  rituallarda  miflərdə  nikah  formalarında  qohumluq  sistemlərində, 
maskalarda  möhkəmlənir.  Müasir  dinamik  «qaynar»  mədəniyyət  ənənələrə,  dayanıqlı  simvolikaya  tənə  ilə 
yanaşır,  «intellektual  texnika»nm  köməyi  ilə  təbiətlə əlaqənin  saxlanılmasına  daha  çox bel bağlayır.  Müasir 
cəmiyyətlərdə itirilmiş sosial  daxili  harmoniyanı,  eləcə  də  təbiətlə  harmoniyanın  təzədən  yaradılması yalnız 
binar  oppozisiyalara  əsaslanan  müasir  həyatda  onun  təşkili  formalarının  təkrar  istehsalı  sayəsində 
mümkündür.  Bütün  hallarda  oppozisiyalar  faciəvi  münaqişələr,  sosial  kataklizmlər,  təbii  katastroflar 
formalarını  qəbul  edərək  bizim  həyatımıza  «daxil  olur».  Ona  görə  də  dünyanın  ziddiyyətlərini  inkar 
etməməli,  həyatımızdan  oppozisiyalılığının  hər cür izlərini  rədd etmək  deyil,  əksinə,  arxaik mədəniyyətlərdə 
ziddiyyətlərin  həll  edilməsi  təcrübəsinə  müraciət  etmək  lazımdır.  Levi-Stross  bu  üsulu  brikolajem  (hərfən 
bilyard  şarını  bortdan  vurmaq)  adlandırmışdır.  Yolu  düzünə  deyil  dolama  keçmək  metodu  kimi  başa 
düşülən  kimi  vermişdir.  Brikolaj  metodunun  köməyilə  ziddiyyətlər  qovulmur,  əksinə  «aradan  qaldırılım, 
tədricən  zəifləyir,  kəskinliyini  itirir.  Elə  bil  kənara  çəkilir,  əsas  rolu  isə  şifahi  obrazlı  assosiasiyalar 
oynayırlar,  Məsələn,  birinci  «yuxarı-aşağı»  oppozisiyası  «yer-su»  oppozisiyası  ilə  əvəz  olunur.  Sonra  isə 
daha  məhdud  «dağ  ovu-dəniz  ovu»  və  nəhayət,  «təpə-vadi»  assosiasiyaları  ilə  əvəz  olunur.  İlk  baxışdan 
barışmaz  oppozisiya  da  vardır.  Bu  «həyat-ölüm»  adlanır.  Bu  cür  oppozisiya  başqası  ilə  -   «əkinçilik-

Элиаде M.  Космос и  история M.,  1987, c.216-218.
41

Mifologiya-tarix  bölməsi
Türk dastanları türk xalqlarının  ədəbi salnaməsidir.
müharibə»  ilə əvəz olunur.  Onların  arasında  trikster vasitəçi,  metodlar  peyda olur.  Onun adı «ov»-dur. Ov 
bir canlı  varlığı ölümə  göndərməklə digərinə həyat bəxş edir.  Ziddiyyət  triksterin  köməyilə ov sahəsinə tam 
yerləşdikdən  sonra daha  çox zəifləyir.
«Otycyən  heyvanları  (ovlamırlar)-  «yırtıcılar»ı (ov edərək öldürürlər). Onların  arasındakı  vasitəçilər 
ölü  cəmdəklərlə  qidalananlardır  (koyot,  qarğa).  Bir  tərəfdən  onlar  heyvan  əti  yeyirlər,  digər  tərəfdən 
öldürmürlər2.
Miflər  ziddiyyətlərlə  özünü  göstərsələr  də  onlar  həmin  ziddiyyətlərin  tədricən  silinməsinə,  aradan 
götürülməsinə  cəhd  edirlər.  Elə  bil  ki,  onlar  həyati  əlaqələrin  bütün  müxtəlifliyini,  rəngarəngliyini  görməyə 
imkan  verirlər.  Levi-Stross  belə  hesab  edir  ki,  müasir  insanın  mifoloji  şüura  müraciət  etməsi  həmişə üçüncü 
yolu  axtarmağa  şərait  yaratmaqla  ilk  baxışdan  həlledilməz problemlərin  həll edilməsinə  imkan  verir.  Levi- 
Stross  üçün  binarizm-kainatın  özünün  strukturudur,  insan  onu  dağıda  bilməz,  o  yalnız  ani  zəiflətmək 
texnikasına  malik  ola  bilər və həmin  ziddiyyətlərin  «aradan  qaldırılmasına» şərait yarada  bilər.
Digər  nöqteyi-nəzərə  görə  isə  «oppozisiyalılıq»  öz  köklərinə  görə  kainatda  deyil,  insan  həyatında 
mövcud  olur.  O  insanın  kainatla  qarşılıqlı  münasibətini  ifadə  edir.  Dialektikamn  ilkin  forması  kimi  arxaik 
mif bəşər  varlığının  dualizminin  və  onun  aradan  qaldırılmasına  ancaq  əyani  ifadəsidir.  A .F.Losev  yazırdı 
ki,  dialektika  «həyatın  mənaca  tərtibatıdır»,  gerçəkliyin  özünün  ritmidir.  Dialektika  əsas  həyati 
ziddiyyətləri  ifadə  edir.  O,  elə  bir  insanın  əsas  ontoloji  tələbatlarını-məişət  tələbatını  rekonstruksiya  edir, 
yenidən  yaradır,  qeyri-varlıq  qarşısında  dəhşəti  ifadə  edir.  Dialektika  -fikirdə  formalaşmış  varlığa 
aidiyyətin  ifadəsidir.  Ağıl  vasitəsilə  insanın  mövcudluğunun  sirlərini  tapmaqdır.  İnsan  həyatının  əsas 
ziddiyyətlərini  həll  etməkdir,  «sonuncu-sonsuz»  varlıq  kimi  insanın  ziddiyyətlərini  həll  etməkdir. 
A.F.Losevin  sözləri  ilə  desək  «bütün  həyat  dialektikadır,  eyni  zamanda  o  ancaq  həyatdır,  dialektika 
deyildir.  O  tükənməzdir,  qaranlıq  dərinliyin  təzahür  edilməmiş  tərtibatıdır,  ciddi  sürətdə  irəli  sürülmüş 
abstrakt-məntiqi  formula deyildir»3.
Bu  cür  başa  düşülən  dialektika  dünyanın  strukturunu  üzə  çıxarmır,  bu  ancaq  insanın  dünyaya 
baxdığı gözdür, bu  insanın dünyaya baxışıdır.
Oxşar  mövqedə  duran  alimlərdən  biri də  məşhur  və  müasir  din  tarixçisi,  filosof və  yazıçı  M.Eliade 
(1907-1986)  hesab  olunur.  O,  da  dialektikanı,  varlığa,  əbədi  həyata  qovuşmağın  əsas  həyati  tələbatı  kimi 
nəzərdən  keçirirdi.  Eliadaya  görə  dialektika  hər  şeydən  əvvəl,  mənəvi  kateqoriyadır.  O  ziddiyyətlərin 
aradan  qaldırılması  və  insan  naturasının  ikili  mahiyyətinin  ləğv  edilməsindən  ibarətdir.  Onun  əsasında 
«ontoloji  istək»,  «varlıq  nostaljisi» durur.  Dünyanın  müqəddəs  və dünyəvi, xaos  və kosmosa bölünməsi  bir 
növ  ilkin  həyati  oriyentirlər  sisteminin  formalaşmasıdır.  «Dindar  varlıq  həsrətindədir.  Onu  əhatə  edən 
dünyanın  «Xaos»  qarşısında  dəhşət  qeyri-varlıq  qarşısında  dəhşətə  müvafiqdir».  «Dindar  adam  yalnız 
müqəddəs dünyada yaşaya  bilər, çünki  yalnız bu  dünya varlıqda  iştirak  edir,  daha dəqiq  desək real mövcud 
olur
.4
Varlığa  görə  nostalji  ən  müxtəlif  üsullarla  özünü  göstərir.  Qaydaya  salınmış  bütövlük  kimi  varlıq 
dialektika  vasitəsilə  dünyanı  kosmos  və  xaosa,  dünyəvi  və  diniyə  bölüb.  İnsan  mütləqə  doğru  irəliləmək 
üçün  orientir  əldə  edir.  O  real  olanın  mərkəzində,  dünyanın  mərkəzində  olmaq  istəyir,  çünki  orada  o 
özünün  Allaha  yaxın  olduğunu  hesab  edir.  Dünyanın  mərkəzi  simvolizmi  ölkələrə,  yaşayış  məskənlərinə, 
məbədlərə  və  daxmalara  bildirilir.  Yerin  seçilməsi,  evin  tikilişi  bu  allahların  əməllərinin  imitasiyasıdır. 
İnsan  dünyanı  müqəddəs  hesab edib,  onu  varlığın  sahəsi  sayıb orada yaşaya bilər.
Dialektika  haqqındakı  sonrakı  nəzəriyyələr  və  təlimlərdə  əks  olunan  əsas  həyati  ziddiyyət-  “varlıq- 
qeyri  varlıq»  ziddiyyətidir.  Elə  buna  görə  də  bütün  fəlsəfə  dərsliklərində,  tarix,  etnoqrafiya  və  s.-də 
dialektika  birinci  mif  hesab  olunur.  M if  «varlıq-qeyri-varlıq»  arasındakı  daha  dəqiq  desək,  əsas  həyati 
ziddiyyəti  ifadə  edir.  M if  onun  əbədi  həyatı  insanda  varlıq  nostaljisini  qoruyub  saxlayandır.  Mifdə 
dilaektika  əsas  həyati  ziddiyyətin  ifadəsi  kimi  abstraksiya  sistemində  deyil,  əyani  hissi,  formada  öz 
təcəssümünü  tapır.  Mif  həmişə  emosianal  cəhətdən  boyadılmış  formada  özünü  göstərir.  Ona  reflekslilik 
yaddır,  o  «fikri-obrazlarla»  özünü  təzahür  etdirir.  Praktiki  əməllərlə  birləşir.  Hər  bir  «fikri-obraz»  eyni 
zamanda  «aməl-obrazı»dır.  İnsanın  dünyaya  qarşı  qoyulması  (subyekt-obyekt  münasibətləri)  müasir 
təfəkkürdə  olduğu  kimi  dəqiq  formula  edilmiş  ifadəyə  malik  deyildir.  Mifoloji  şüurun  spesifik  mərkəzi 
fövqəltəbii  olanlar  haqqında  təsəvvürləridir.  Onlar  sanki  təbii  dünyada  iştirak  edir.  Mifoloji  təsəvvürlər, 
kollektiv xarakter daşıyır və fərdi rənglərdən məhrumdur.
Amorfluğuna,  təfəkkürün  qeyri-sabitliyinə  baxmayaraq,  dəqiq  demarkasiyanın  olmaması  mifoloji 
şüurun  zənginliyinə  mane olmur.  Ümumiyyətlə,  mifoloji  təsəvvürlər müxtəlif qəlibdən  olan  oppozisiyalarm 
obrazları  ilə sözün  həqiqi  mənasında zəngindir.  Oppozisiyalarm  əsası  kimi  «varlıq-qeyri-varlıq»  ziddiyyəti 
arxaik cəmiyyətin  bütün  həyatına  daxil  olmuşdur.  Lakin  həmin  problem  ibtidai  şüur  üçün  həddindən  artıq 
abstarkt  qəbul  edilə  bilər.  O  yalnız  sonralar  fəlsəfi  fikrin  məzmununa  çevrilir.  M if  elə  bil  ki,  həmin 
ziddiyyətləri  xırdalayır,  onu  müxtəlif  ziddiyyətlər  sırasına  düzür.  Əsas  həyati  ziddiyyətlərin  ifadəsi  olan
2 Леви-Стросс К.  Структурная антропология.  M ,  1983,  с.201.
3 Лосев А.Ф ,  Философия,  Мифология, Культура,  М.,  1991, с 245
4
 Элиаде М.  Священное  и  мирское.  М.,  1994, с.47.
42
Tilrk Halklarının  Fdebi Geçm işi:  Türk  Destanları
Mitoloji-Tarih  Bölümii
aparıcı  oppo/ısiya  «profan-sakral»  (dünyəvı-dinı)  yaxud  daha  da  ümumiləşdirilmiş  formada  «təbii- 
tÖvqoltəbii»  kimi  özünü göstərir.
Ənənəvi  rəylərə  görə  guya  ibtidai  insanın  şüurunda  reallıq  və  qeyri-reallıq  bir  yerdə  olan  kollektiv 
yuxu  həmişə  onu  müşaıyət  edir.  Müasir  tədqiqatlar  bir  daha  sübut  edir  ki,  iki  dünya  arasında  dəqiq 
sərhədlər  keçir.  İbtidai  şüurun  bu  xüsusiyyətlərini  A .F .Losev  də  qeyd  etmişdir,  ibtidai  təfəkkürdə 
«mifologiya-olmamaq»  cəhdi  olmuşdur5.  Dünya  mədəniyyətinin  bəşər cəmiyyəti  ilə  təbiət  aləminin  qeyri- 
tarazlığı  ideyası,  mifin  mərkəzi  «ideyası»dır.  Dünya  ilə  tam  şəkildə  birləşmək  mifin  «məqsədi»  deyildir. 
Əsas  “məqsəd”  insanın  təbiətdən  ayrılması,  qopması  olmuşdur.  Əslində  bu  cür  ayrılmaqda  da  insan  öz 
taleyini görür.
Hər  bir  mifologiyanın  əsasında  insanın  fəaliyyəti  ilə  yaranan,  hətta  primitiv  olsa  belə  təbiətin  «əks 
qüvvələri”,  mənfi  qüvvələri  durur.  Şeylərin  əks  qüvvələri-mədəniyyət  dünyasının  mənfi  təyinatıdır.  Arxaik 
cəmiyyətin  dünyanı  hiss  etməsi  olduqca  «ziddiyyətlidir:  bir  tərəfdən  dünyadan  qopmanın  dözülməz  hissi, 
digər  tərəfdən,  dünya,  təbiət  tərəfindən  unudulmaq  qorxusu.  Artıq  bu  xaos  kimi  insanı  qaydaya  saldığı  ilə 
bir  araya  sığmazlıqdır.  Mədəni  provakasiya  sayəsində,  təbiətə insanın  təsiri  nəticəsində təbiət  obyekt kimi 
subyekt  statusu əldə edir,  insana müqavimət  göstərməyə  çalışır.  İnsanın  həyata  keçirdiyi magik əməl-təbiət 
qüvvələrinə  yiyələnmək,  onun  üzərində  ağalıq  etməsi  iddiası,  əsasında  günahının  bağışlanmasının  simvolik 
hərəkətləri,  insan  tərəfindən  təbiət-cəmiyyət  tarazlığının  pozulması durur.
Etdikləri  haqqında  cavab  verməmək  arzusu  özünə  «varlıqda  alibi»  yaratmaq,  özünün  subyekt  kimi 
mövcudluğunun  təhlükəliliyinin  etiraf edilməsi,  insanın  dünya  ilə  sadəcə  eyniliyinin  qəbul  edilməsi  mifdə 
həyatın  mənəvi dominantını  təşkil edir.  İnsanın öz həyatında tabe olmağa məcbur olduğu qaydalar, hələ də 
insanın  bir  hissəsinə  çevrilməmişdir.  O  onu  hələ  də  xarici  olan  kimi  qəbul  edir.  İnsan  onun  həyatının 
ayrılmaz  bir  hissəsi  kimi  təbiətlə hesablaşmağa  məcburdur.  Lakin  təbiət  heç  də  insanla  birlikdə  üzvi  tam 
təşkil  etmir.  Mifin  ziddiyyəti  onun  normativ  və  yaradıcı  tərəflərinin  vəhdətində  də  ifadə  olunur. 
Mədəniyyət  dünyasının  daşıyıcısı  kimi  insanın  əsas  həyat  instinkti  “daimilik  instinktidir”.  Lakin  mifdə  bu 
«instinkt»  təxəyyülün  vasitəsi  və  köməyi  ilə  həyata  keçirilir.  Fövqəltəbiiliyin  -  möcüzəliliyin  mifoloji 
məntiqi «varlığın» daimilik, əbədilik hissini  əks etdirir.  Bunlar qeyri daimilikdən  başlanır. Gizli olan aydm 
olur.  Aydın  olan  gizli  olur.  Bəxtin  gətirməsi  ilə  gətirməməsi  arasında  dəqiq  sərhəd  yoxdur.  Qarşılıqlı 
sürətdə  bir-birinə  keçmə  qanunu,  metamorfoza  qanunu  mütləq  xarakter  əldə  edir.  Mifdə  hər  şey  axıra 
qədər məlum deyildir
.6
 Azadlıq-normaların sadəcə olaraq  pozulması deyildir, əks tərəfin davranışı deyildir. 
Azad  hərəkətin  normativlik  zonasını  bilərək  qabaqcadan  demək  mümkün  deyildir.  Mifdə  azadlıq-bu 
sadəcə olaraq  heç  də normaya zidd  olan,  sabitliyə  varlığa əks olan  deyildir.  Bu  başqa qeyri-varlıq deyildir, 
«özgə  varlıqdır».  Bu  cür  “bilavasitə”  dialektikasını  həyata  keçməsi  mümkün  olandır.  Çünki  varlıq-qeyri 
varlıq  oppozisiyası  (bu  isə  dialektikamn  rasional  formalarına  xasdır).  Təbii-fövqəltəbii  oppozisiyası  kimi 
təqdim  olunur.  Mifin  «Varlığı»  bu  saf ideya  deyildir,  azadlıq  və  zərurətin,  maddilik  və  qeyri-maddiliyin, 
təkcə  və  ümuminin  vəhdətidir  fövqəltəbiilik  varlığın  ikinci  planını  təşkil  edir,  «şeylər  arxasında»  iştirak, 
mifdə  ziddiyyətlərin  həllinin  xüsusi  məntiqinin  əsası  olur,  yaxud  inversion  məntiqin  əsası  olur.  Inversion 
məntiq  üçün  hadisələrin  bir  polyusdan  digərinə  keçidi,  şüur  və  şeylərin  əlaqəsində  vasitəsizlik  və  s.  adi 
haldır.  Şeylər  daxili  ziddiyyətlərin  genişlənməsinin  uzun  prosesinin  nəticəsində  dəyişmir,  onlar  bir  an 
içərisində  başqa  şey  olurlar,  elə  bil  ki,  başqa  şey  olmaqdan  ötəri  «qərar  qəbul  edirlər».  Fransız etnoqrafi, 
filosofu  və  sosioloqu  L.Levi  Bryul  bu  cür  münasibətləri  partisipasiya  (şəriklik,  ortaqlıq)  münasibətləri 
adlandırmışdır.  Lakin  hücum edən  xaos,  qeyri-varlıq qarşısında davam gətirmək,  kosmik, tamın tərkibində 
olan  ziddiyyətləri  inteqrasiya  etmək,  insan üçün  getdikcə,  çətinləşir.  Ona  köməkçi-allahlarla ünsiyyət üçün- 
vasitəçi-mədəni  qəhrəman  insana  yaxın  olmaq  lazım  gəlmişdir.  O,  varlıq  və  qeyri-varlıq,  təbii  və 
fövqəltəbii,  azadlıq  və  tale,  arasında  vasitəçidir.  Çünki  ora  bütün  keyfiyyətlər  sığışır.  Mədəni  qəhrəmanın 
əməlləri  spontan  xarakter  daşıyır,  heç  nə  ilə  şərtlənmir,  çünki  o  yer  qaydalarının  yaradıcısıdır  (Prometey, 
Orfey).  Lakin  mədəni  qəhrəmanın  simvolik  formada  möhkəmləndirilmiş  əməli  nəticəsində  bütöv  şərh 
sisteminin  köməyi  ilə  ənənənin  tərkibinə  daxil  edilir  və  gündəlik  həyatın  normasına  çevrilir.  Hətta 
allahların  özləri  də  vasitəçilər  olur-vəhşi  orgiya,  xaos  və  taleyin  ölü  qaydaları  ilə,  yüksək  və  aşağı  arasında 
canlı  tarazlığı  ifadə  edirlər.  M if  allahlara  və  mədəni  qəhrəmanlara  müraciət  edərək,  həyat  qaydasını  irəli 
sürür,  lakin  o  eyni zamanda  onların nisbiliyinə  işarə  vurur.  Hazırda  zərurət şəbəkəsi  ilə dolaşdırılmış bütün 
şeylərin  azad  əsası  haqqında  danışır.  Allahların  qarşısıalınmaz  şıltaqlıqları  azadlığın  ifadəsi  kimi  adi 
həyatın  qaydaya  salınmasına  bir  əlavədir.  M if onu  ifadə  edir  ki,  azadlıq  stixiyası  insana doğmadır,  o eyni 
zamanda  azad  təbii  stixiyanın  sərt  itaətə  qarşı  olduğunu  bəşəriliklə  toqquşmasının  sərhədində  yaranan 
situasiyanın simvoludur.
Tədricən  mifin  inversion  məntiqi dünya əlaqələrinin  qaydaya salınmasının  xüsusi  formasını  öz yerinə 
verir.  Bu  əlaqələr  mifoloji  fövqəltəbii  varlıqlar  arasında  ailə-nikah  ən  ümumi  canlanmasında  fərqli  olaraq 
şəxssiz  və  cansız  olanın  fərdi-bəşəri  formada  təqdimatıdır.  Personifikasiya  ziddiyyətlər  arasında 
münasibətlərin  fiksasiyasının  artıq  sabit  formasıdır.  Bu  artıq  xüsusi  məntiqdir.  Qədim  teoqoniya-allahlar

Лосев А.Ф. Философия,  Мифология, Культура, с. 102. 
6
ГолосовкерЯ.Э.  Логика мифа.  М.,  1987, с.31-33.
43

Mifologiya-tarix  bölməsi
Türk dastanları  türk xalqlarının  ədəbi salnaməsidir.
haqqında  rəvayətlər-ziddiyyətlərin  toqquşm ası  prosesini  yaradır,  onların  seksual  nikah  əlaqələri 
formasında  həllini  göstərir.  Əslində  qaydaya  salınmış  kosm os  xaosa  çevrilə  bilməz.  Xaos  dünyanın 
strukturunda ö/, yerini  saxlayır,  bütün  hallarda «özgə»  im kanım  q o ru y u r və mövcudluğun əsası olm aq  işinə 
xidmət  edir.  Mifoloji  təfəkkürün  bu  xüsusiyyəti  (dünyanın  hər  iki  əks  başlanğıclarının  və  onların  birləşmə 
formalarının  personifikasiyası  qabiliyyəti)  Q ədim   dünya  fəlsəfəsində  mifin  dialektikasınm   rasionallaşması 
əsasına  xidmət  etm işdir.  D ialcktika  m əhdud  m ənada  Sokratm   ifadəsi  m ənasında  mübahisənin  aparılması 
sənəti  (dialektik  o  adanıdır  ki,  sual  verə  bilir  və  suallara  cavab  ta p a  bilir).  P laton  «Fedr»,  «Sofist» 
dioloqlarında dialektikaya daha  geniş  yanaşırdı,  bura fikirləşmək  bacarığı da  daxil  idi.  İki  qabiliyyət  növü 
vardır.  Bir  qabiliyyət  onunla  ifadə  olunur  ki,  «H ər  şeyi  üm um i  baxışla  əhatə  edərək»,  bir  vahid  ideyaya 
gəlir  ki,  hər  şey  pərakəndə  halına  salınmışdır.  Digər  qabiliyyət  isə  hər  şeyi  növlərə  bölmək,  təbii  tərkib 
hissəyə  ayırm aq,  bu  zaman  onlardan  heç  birinin  xırdalanm asına  imkan  verməmək  üçün  nəzərdə 
tutulm uşdur.  F ikirdə  ziddiyyətlərə  bölgü  və  vahid  dünya  bütövlüyünün  real  parçalanm asının  təkrarı 
deməkdir.
Əks  başlanğıcların  vahidliyi  forması  konkret-hissi  örtüyə malik  olan  kimi  görünür.  Hər  bir ideyanın 
öz daşıyıcısı,  hissi,  cism ani  «maddi»  cəhətdən  form ula edilmiş daşıyıcısı  vardır.  Məsələn,  yunan  fəlsəfəsinin 
saf  «ağılı»  (Nus)  özünün  məkan-mənzərə  strukturuna  m alikdir.  O  səm alarda,  «ağıllı  yerdə»  fəaliyyətini 
genişləndirir.  Vahid  çoxdan  ayrılır,  bu  işi  şeylərin  müxtəlifliyinin  birləşdirilməsi  prinsipi  kimi  çıxış  edir. 
Lakin  mifin  m əntiqinə  görə  bu  ümumi  prinsip  özü  maddi,  məkan  örtüyündə  çıxış  edir.  Əslində  xüsusi 
məkan,  xüsusi  m addə  adi  baxışların  görə  bilmədiyidir.  Məsələn,  Heraklitin  «odu»-  dünyanın  real 
müxtəlifliyi  prinsipidir.  Lakin  o  eyni  zam anda  maddidir.  O  bütün  dünyanın  elementlərindən  biridir.  O  bu 
dünyanın  kənarında  deyil,  onun  özündədir.  D ünya  prinsipi  b u   dünyada  ayrı-ayrı  şeylərin  mövcudluğuna 
aparır.  Antik  fəlsəfədə  maddi  və  ideal  olanın,  azadlıq  və  zərurətin  vəhdəti  kimi  ayrı-ayrı  cəhətləri 
səmərələşir  və  Ağıl,  Yeganə,  M ateriya,  İdeya  anlayışları  qarşılıqlı  təsirdə  çıxış  edir.  Dünyanın  mifik  obraz 
anlayışı  maddi  və  ayrıca  hissələrə  bölünür.  Bu  «şey»  ən  üm um i  vahid  olan  prinsip  kimi  yalnız  kosmos 
(qayda,  nizam)  bütöv nizam,  bitkin dünya dem əkdir.
Başqa  sözlə  desək,  yunan  dialektikası-dünyanm   əks  başlanğıcların  vəhdəti  kimi  dərk  edilməsi 
formasına  uyğun  gəlir.  Hansısa  əlahiddə  həyati  form ada  ziddiyyətlərin  form alaşm ası  (arxaik  m if üçün-bu 
ev, ocaq,  yaşayış mərkəzi;  mifin  sonrakı  form aları üçün-mədəni qəhrəm an) mühüm prosesdir.
Ümumiyyətlə,  insan  özünün  fundam ental  həyati  tələbatını  a rtıra   bilər.  Lakin  o  bunu  kosmik 
prosesin  yalnız bir hissəsi olaraq  yerinə yetirə  bilər. 1
 2
44

Download 371.06 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling