Dinin mahiyyəti və mənşəyihaqqinda daniSHMAZDAN EVVEL DUNYA GORUSU haqqinda melumat vermek isteyirem


Download 34.16 Kb.
Sana02.10.2020
Hajmi34.16 Kb.
#132191
Bog'liq
Sesler ucun materiallar yapon din


Sesler ucun materiallar

Dinin mahiyyəti və mənşəyiHAQQİNDA DANİSHMAZDAN EVVEL DUNYA GORUSU HAQQİNDA MELUMAT VERMEK İSTEYİREM

Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, norma və baxışların məcmusudur.

Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər sistemidir.

Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. Dünyagörüşün predmetində insan durur. Dünyagörüşün obyeklini bütövlükdə dünya, varlıq təşkil edir.

İNDİ İSE DİNİ MİFALOJİ GORUSU HAQQİNDA

Mifoloji dünyagörüşü iki sözün birləşməsindən əmələ gəlib: (yunanca «mif» - əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - şöz, təlim, anlayış deməkdir)

MifoloGİYA ibtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana gəlmişdir.

Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə universal ictimai şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında olmuşdur.

Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar durur.

Bır sıra miflərdə dünyanın sonu, bəşəriyyətin məhvi və yenidən dirilməsi haqqında təsəvvürlər öz əksinı tapmışdır.

Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə əlaqədar və uyğundur, vahid sistem təşkil edirlər.

Mifık obrazlar əsasında bir sıra bədii əsərlər, incəsənət, musiqi, heykəltəraşlıq nümunələri yaradılmışdır. Xristianlıq, islam, buddizm və b. dinlər mifoloji nümunələrlə zəngindir.

İNDİ İSE DİNİ DUNYA GORUSU HAQQİNDA



Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «bu dünya» - təbii, hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii dünya.

Dinə görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.

İnsanların əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir.

Hazırda bəşəriyyətin yaşaması, sülh və sosial tərəqqi uğrunda, müharibə əleyhinə fəal çıxış edən din özünün çoxsaylı hökm və mərasimləri vasitəsilə insanlar arasında məhəbbət, xeyirxahlıq, dözümlülük, rəhmdillik, əl tutmaq, vicdan, borc, ədalət və s. kimı bəşəri hissələri tərbiyə edir.

Dinləri monteist və panteist, ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə s.), politeist (çoxallahlılıq) dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm və s.), monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər.

Din vəhyə əsaslanan və insan xoşbəxtliyini hədəfləyən bir qayda sistemidir. İnsanın varlığı ilə birlikdə gələn və inananların həyatına məna qatan inanc ehtiyacına cavab verir.

İnsanın haradan gəldiyini və hara getdiyini, niyə bu dünyada olduğunu cavablandırmağa çalışır.

Bu baxımdan din insan həyatında mühüm yer tutur. Ancaq din bu mövzuda tək deyil, bu rolu miflərlə bölüşür.

Mif tarixin istənilən dövründə baş verən hadisələri məcazi dildə izah edən kitablara, EFSANELERE verilən addır.

Ancaq çox vaxt əfsanələr, dastanlar, xalq nağılları və nağıllar kimi ədəbi janrlarla qarışdırılır. Mifi digərlərindən fərqləndirən xüsusiyyət, əslində baş verən hadisələrdən bəhs etməsidir. Mitos bu hadisələri fərqli bir dildə izah edir. İfadədə istifadə olunan dil sadə deyil; məcazi rəvayətləri və simvolları ehtiva edir. Miflərdə təsvir olunan hadisələri qeyri-real kimi göstərir.

UMUMİYYETLE Alimlər din barədə müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Həmin bu irəli sürülmüş nəzəriyyələri əksər alimlər öz ixtisas və baxış bucaqları çərçivəsində izah etməyə çalışmışlar.

Biz də dinin nə olduğunu anlamaq üçün bu məfhuma müxtəlif bucaqlardan baxmalıyıq.

Psixoloqlar deyir ki, din fərdlərin təklik halında yaratdıqları hissi davranışları, təcrübə və fizioloji əməlləridir. Dinə inanan insanlar özlərini "İlahi” adlanan məfhumun qarşısında təslim edib, əməllərini bu görüş üzərində reallaşdırırlar.

Sosioloqlar deyir ki, din insanların müxtəlif zamanlarda inanc, ideoloji baxış, əməl, şüar və tutduğu yolları əhatə edir.

Materialislər bu barədə daha kəskin fikir bildirmişlər. Onlar deyir ki, din insanların istedadlarını azad şəkildə həyata keçirtmələrinin qarşısını alır, onlara bir sıra əmr və qadağalar qoyur.

Ümumi şəkildə deyə bilərik ki, qərb alimləri din haqqında müxtəlif fikirlər söyləsələr də, vahid bir fikirdə dayanaraq maraqlı bir görüşü etiraf etmişlər. O da budur ki, din hamının birmənalı qarşıladığı, qəbul etdiyi bir termin deyil



2-Cİ MOVZU

Dinlərim Ümumi Təsnifatı (1-ci hissə)

Dinlərlə bağlı aparılan elmi tədqiqatlarla yanaşı, müxtəlif meyarlar əsasında dinlərin təsnifatı mövcuddur. Bu mövzuda daha çox Tanrı məfhumu sosioloji-tarixi və coğrafi-tarixi nöqteyi nəzərdən əsas alınmışdır.

Tanrı məfhumu əsas alınaraq edilən təsnifat:

Səmavi dinlər (ilahi dinlər).

İki tanrılı (dualist) dinlər (məcusilik).

Çoxtanrılı dinlər (qədim Yunan, Roma və Misir dinləri kimi)

Tanrı mövzusunda açıq-aydın fikirləri olmayanlar (buddizm, şintoizm kimi).

Sosial-tarixi baxımdan edilən din təsnifatı:

Banisi məlum olan dinlər (yəhudilik, xristianlıq, islam və buddizm kimi).

Ənənəvi dinlər (kimin təbliğ etdiyi məlum olmayan dinlər, ibtidai dinlər, qədim Yunan, qədim misir dinləri kimi).

Başqa bir təsnifat da aşağıdakı kimidir:

İbtidai dinlər. İbtidai qəbilə dinləri; Nuer, Dinka, Qa dinləri kimi. Bəzi alimlər animizm (ruhalara, xüsusilə əcdad ruhlarına tapınma), naturizm (təbiət qüvvələrini müqəddəsləşdirmə), totemizm (sehrə, bitki və heyvanların müqəddəsliyinə inanma), fetişizm ( ibtidai cəmiyyətlərin bütlərə tapınması) kimi etiqadları dini inkişafın ilkin mərhələsi olaraq qəbul edirlər.

Milli dinlər. Ümumiyyətlə banisindən bahs edilməyən, yalnız bir millətə aid olan ənənəvi dinlərdir. (Qədim Roma, Yunan, Misir dinləri bu qəbildəndir).

Dünya dinləri. Xristianlıq və İslam kimi.

Coğrafi-tarixi nöqteyi nəzərdən isə dinlərin aşağıdakı kimi təsnifatı vardır:

Ortaq Şərq və Sami qrupuna daxil olan dinlər (yəhudilik, xristianlıq və islam).

Hind qrupuna daxil olan dinlər (hinduizm, buddizm və çainizm kimi).

Çin-Yapon qrupuna daxil olan dinlər (konfuçyusçuluq, taoizm, şintoizm kimi).

Afrika qrupuna daxil olan dinlər.

Dinlərim Ümumi Təsnifatı (2-ci hissə)

Qərbdə XVI əsrin əvvəllərindən ibtidai qəbilələrin həyat və dinlərinə maraq göstərmiş , XVIII əsrdən etibarən də dinin mənbəyi mövzusunda müqəddəs kitabların verdiyi məmulatlardan başqa, arxeoloji və antropoloji tədqiqatlar nəticəsində keçmişdəki millətlərin, hətta eramızdan əvvəlki cəmiyyətlərin etiqad və inamları haqqında müxtəlif tezislər irəli sürülmüşdür. İlkin cəmiyyətlərin təbiət hadisələrinin təsiri altında qalaraq, onlara müqəddəslik nisbət etdikləri (naturizm), ruhlara və xüsusilə atalarının ruhlarına tapındıqları (animizm), sehrə, bitki və heyvanların müqəddəsliyinə inandıqları və bu kimi əqidələrin sonrakı dövrdəki dinlərin əsasını meydana gətirdiyi irəli sürülmüşdür. XIX əsrin ortalarından etibarən Qərbdə təsirli olan pozitivist və materialist təbliğatlar nəticəsində təkamül nəzəriyyəsi qabardılaraq, müqəddəs kitablara zidd olan müddəa və fərziyyələr yayılmışdır. Bu nəzəriyyəyə görə dinin mənbəyi xürafat (mövhuat), batil (ilahi olmayan) etiqadlar və çoxallahlılıqdır. Zamanla bəşəriyyət təkallahlılıq əqidəsinə çatmışdır.

Təkamül nəzəriyyəsi ilə yanaşı, eyni elmi metoddan istifadə edərək fərqli nəticələr əldə edən alimlər də olmuşdur. İbtidai monoteizm adlanan bu nəzəriyyəyə görə, bəşər övladının ən qədim əqidəsi təkallahlılıq inancıdır. Taylorun animizm nəzəriyyəsinə qarşı ilk dəfə ciddi şəkildə etiraz edən tələbəsi Ardev Lanq, Cənub-Qərbi Avstraliydaki ibtidai qəbilələrdə animizmə rastlanmadığı, fəqət insanların əxlaqi normalara tabe olub-olmadıqlarına nəzarət edən və göydə olan Uca Tanrı nəfhumunun hər yerdə olduğunu ortaya qoydu. Buna oxşar bir ibtidai təkallahlılıq əqidəsi Vilhelm Şmidt tərəfindən də müdafiə olundu. O, bütün ibtidai qəbilələrdə bir uca varlıq əqidəsinin dəlilləri olduğunu sübuta yetirdi. təkamül nəzəriyyəsinin əksinə, tarixi-mədəni dəyişikliklər nəticəsində bu təkallahlılıq əqidəsi daha sonra ruhlara tapınma və ya çoxallahlılıq əqidəsi kimi təhrifə uğradığı tezisi elm adamları tərəfindən izah edildi.

İnsanda din duyğusu fitridir. Özbaşına fikirləşən, təfəkkür edən yaşa dolan insan ətrafına baxaraq heç bir şeyin özbaşına əmələ gəlmədiyini, başqa biri (yaradıcı) vasitəsilə meydana gəldiyini müşahidə edər. Ağıl zəncirvari səbəbləri düşünərək ilk insana, heyvan və bitki növlərinin ilk başlanğıcına, dünya, ay, qalaktika və ulduzların ilkin mərhələdə xəlq edilməsinə yönələr. Döğmayan, doğulmayan, başlanğıcı və sonu olmayan, sonsuz gücə malik uca varlığı məcburi olaraq qəbul edər. Odur ki, dinlər haqqında heç bir məlumatı olmayan, bu mövzuda daha heç bir şey öyrənməmiş kəslər, öz ağıl və məntiq gücündən istifadə edərək, Uca Allahın varlığını başa düşə bilər. Bununla yanaşı İslamda peyğəmbər göndərilməmiş və ya haqq din və peyğəmbərlə heç bir əlaqəsi olmamış insanların “fitrət dövrü” mənsubları sayılaraq, yalnız Allah-Təalaya imanla məsul olduqları qəbul edilmişdir. Quranda belə buyurulur: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”[1]

Həqiqi din Allah-Təalanın peyğəmbərləri vasitəsilə insanlara çatdırdığı əmr, qadağa və hökmlərdir. İnsanlar bu ilahi qanunun hökmlərinə tabe olduqları müddətcə doğru yolu tapar və bunun nəticəsində də axirətdə xoşbəxtliyə nail olurlar.

Dünya dinləri

Bəşər tarixində elə bir dövr olmuşdur ki, insanlar dinin nə olduğunu bilməmişlər. Sonralar bu və ya digər səbəblər nəticəsində insanlarda dini etiqad meydana gəlmişdir. Bəzi mütəfəkkirlər dini təsəvvürlərin əmələ gəlməsi barədə fikir söyləyərək sübut etməyə çalışmışlar ki, insanın fövqəltəbii qüvvələrə inamı onun təbiət hadisələri qarşısında acizliyindən yaranmışdır. İnsan öz fəaliyyətinin uğurunu müstəqil surətdə təmin edə bilməyəcəyini yəqin etdikdən sonra öz həyatının axarını fövqəltəbii qüvvələrin ümidinə qoymağı yeganə çıxış yolu seçmişdir.

Tarixin müxtəlif dövrlərində bəşəriyyət dinə və dini inanclara münasibətini bildirməyə çalışmışdır. Din dünya xalqlarının tarixində mühüm yer tutur, bütün qitələrin xalqlarının həyatında mövcuddur. İnsan doğulanda da, dünyadan gedəndə də dini mərasimlər icra olunur. Bir çox ölkələrdə etika, əxlaq qaydaları dini xarakter daşıyır. Memarlıqda, heykəltəraşlıqda, rəngkarlıqda əldə olunmuş nailiyyətlər din ilə əlaqədardır.

Din həm də siyasətdir. Səlib yürüşlərində iştirak edənlər özlərinin istilaçılıq niyyətlərini Allahın adı ilə həyata keçirirdilər. Şərq ölkələrində müxtəlif dini qruplaşmalar arasında mübarizə dəfələrlə qanlı müharibələr ilə nəticələnmişdi.

Hər bir din öz bənzərsizliyi ilə əlamətdardır. Müasir dünyada çox sayda müstəqil dini birliklər mövcuddur. Afrikanın Böyük Səhranın cənubundakı ölkələrinin bir çoxunda və dünyanın bir sıra regionlarında qorunub saxlanmış qəbilə kultları da nəzərə alınsa, dini birliklərin sayı yüz minlərlə ölçülər. Ancaq mahiyyətinin dərinliyi və genişliyi baxımından dünyada üç cahanşümul din mövcuddur: xristianlıq, buddizm və islam.

Din dedikdə insanın mənəvi mədəniyyətinin mühüm elementlərindən biri nəzərdə tutulur. Onun əsasını insanın ilahi qüvvəyə - bir olan Allaha inamı təşkil edir. Din insanların mənəvi birliyidir. Dinin cəmiyyətdə və məişətdə rolu böyükdür. Qərbin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində kilsə, xüsusilə katolik kilsəsi özünü böyük bankir, torpaq sahibi kimi apararaq siyasətə, tərbiyəyə, məktəb təhsilinə, həyatın bir çox digər sferalarına təsir göstərir. Bu, sosializm sistemi dağılandan sonra "dini bum" hökm sürən keçmiş sosialist ölkələrinə də aiddir. Ümumi mədəniyyət və maarif səviyyəsinin aşağı olduğu inkişafa başlayan ölkələrdə dinin təsiri xeyli dərəcədə böyükdür. Buna görə də əhalinin dini tərkibi ilə tanışlıq dövrümüzün bir çox proseslərini və hadisələrini anlamaq üçün vacibdir.

Dini mənsubiyyətin öyrənilməsi dünyanın ayrı-ayrı regionlarının iqtisadi və sosial coğrafiyasının xüsusiyyətlərinin dərindən anlaşılmasına yardım göstərir. Dinlərin coğrafiyası bütövlükdə dünya sivilizasiyasının, ayrı-ayrı ölkələrin və xalqların mənəvi mədəniyyətinin inkişafı ilə əlaqədar mürəkkəb prosesləri özündə əks etdirir. Xristianlıq, o cümlədən Katoliklik Avropa, Şimali və Latın Amerikası ölkələrində, Asiyada (Filippində), Protestantlıq Avropa, Şimali Amerika ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Afrikada (Cənubi Afrika Respublikasında, Böyük Britaniyanın keçmiş müstəmləkə ərazilərində), Pravoslavlıq Şərqi Avropa ölkələrində - Rusiyada, Bolqarıstanda, Serbiyada, Ukraynada, Belarusda və s. yayılmışdır. 900 milyon nəfərdən ibarət İslam dini mənsubiyyətliləri Avropa ölkələrində, yəni Albaniyada, Makedoniyada, Bosniya və Hersoqovinada, Rusiyada, Asiya, Şimali Afrika ölkələrində yaşayırlar.

Buddizm və lamaizm mənsubiyyətliləri (onların sayı 350 milyon nəfərdir) Çində, Monqolustanda, Yaponiyada, Myanmada (keçmiş Birmada), Tailandda, Vyetnamda, Kambocada, Laosda, Malayziyada, Şri-Lankada, Rusiyanın Buryatiya və Tuva əyalətlərində məskunlaşmışlar.

İnduizm məzhəblilər (onların sayı 740 milyondur) Hindistanda, Nepalda, Şri-Lankada, Konfusiçilik məzhəbinə qulluq edənlər (onlar 200 milyon nəfərdir) Çində, Sintoizm məzhəbliləri isə Yaponiyada yaşayırlar. Sintoizm yaponların ən qədim və geniş yayılmış dinləridir. Sintoizm sözünün tərcümədə mənası "Allah yolu" deməkdir. Konfusiçilikdən və buddizmdən fərqli olaraq sintoizm ancaq Yaponiya üçün səciyyəvi olan milli dindir. Onun panteonunda (çoxallahlı dinin bütün allahları) 8 milyondan artıq allah (kami) vardır. Onlara ölənlərin ruhları, çayların, dağların, göllərin ruhları və sənət hamiləri aiddir. Bu dini nəzəriyyəyə görə insanlar öləndən sonra kamilərə çevrilir. Bu dində adamlardan dualar oxunması, müqqədəs mətnlər söylənilməsi tələb olunmur, onların məbədlərdə keçirilən dini bayramlarda və mərasimlərdə iştirak etməsi kifayətdir. Mərasimlərin icrası zamanı hər bir məişət məsələsinə (salamlamaqdan tutmuş çay içilməsinə qədər) tamam-kamal riayət edilməlidir. İnsanın məqsədi təbiətlə sıx harmoniya şəraitində yaşamaq istəyidir. Ona görə də yaponların mənzillərində demək olar ki, mebel qoyulmur. Bunun əvəzində hər bir mənzil kiçik də olsa bağ ya çəmənlik, ya da ki, kiçik göllər ilə, bir sözlə, vəhşi təbiət elementləri ilə bəzədilir.

Sintoizmin əsasını yapon imperatorunun hakimiyyətinin ilahi təbiətli olması təşkil edir. Sintoizmdə elan edilir ki, imperatorların içində yaşayan allahlar onların (imperatorların) fəaliyyətini istiqamətləndirir. İmperator sülaləsinin arasıkəsilməzliyi ideyası da buradan irəli gəlir. Sintoizm fəlsəfi məktəbləri ideologiyanın kokutay adlı daha bir hissəsini formalaşdırır.

Kokutay (yəni dövlətin cismi) ideologiyasına görə, hər bir yaponun qəlbində ilahi qüvvə mövcuddur. Həmin ilahi qüvvə öz iradəsini yaponun vasitəsilə həyata keçirir. Açıq-aydın göstərilir ki, yapon xalqı digər xalqlardan üstündür. Yaponiyada allahlar ölkəsidir. Yaponlar elə düşünürlər ki, dünyanın bütün ölkələri Yaponiyanın qarşısında baş əyməlidir. Uzun müddət ərzində buddizm və konfusiçilik həmin ideologiyanın güclü təsirinin qarşısını alırdı. Sintoizm ölkə üçün təhlükə yarananda liderlik mövqeyinə yiyələnirdi. XIII əsrdə monqollar Yaponiyanı istila etmək istəyəndə sintoizm ideologiyasının xalq tərəfindən dəstəklənməsi bu təhlükənin aradan qalxmasına yardımçı olmuşdu. 1868-ci ildə Meydzi inqilabından (maariflənmiş hökumət inqilabından) sonra Yaponiyada başda imperator olmaqla monarxiya elan edilmiş, sintoizm də dövlət ideologiyası kimi rəsmiləşdirilmişdi. Bu, Yaponiyanın işğalçılıq siyasəti yeritməsi ilə nəticələnmişdi. Yapon-Çin (1894-1895), rus-yapon (1894-1895) müharibələri yaponların qələbəsi ilə qurtarmışdı. 1937-ci ildə Çin ilə irimiqyaslı müharibə zamanı yaponlar Çin ordularını və onlara tərəfdar olan ingilisləri darmadağın etmişdilər. Sonrakı illərdə yaponlar Filippini, Malayziyanı, Sinqapuru, Birmanı və s. ələ keçirmişdilər. Yapon döyüşçülərin fanatizmi çox güclü olduğundan onlar qələbə naminə canlarından da keçirdilər. Xüsusi kamikadze hissələrinin yaranması sintoizmlə əlaqədar idi.

Afrika, Cənubi Amerika, Okeaniya ölkələrində, Çində, İndoneziyada yerli ənənəvi dinlər mövcuddur.

Dindarların sayına görə ən böyük müsəlman ölkələrindən biri İndoneziyadır. Həmin ölkədə 150 milyona yaxın müsəlman yaşayır.

Xarici Avropada buddizm, konfusiçilik, sintoizm, iudaizm, habelə Filippində, Livanda (islam dini ilə birlikdə) və Kiprdə xristianlıq yayılmışdır.

Şimali Amerikada, məsələn, ABŞ-da 140 milyon dindarın 72 milyonu protestantlar, 52 milyonu katoliklərdir.

Latın Amerikasında katoliklərin sayı üstünlük təşkil etdiyinə görə dünyanın bütün katoliklərinin yarıdan çoxu Amerikanın payına düşür.

Avstraliyada protestantların sayı katoliklərin sayından təqribən iki dəfə çoxdur.

Bütün xristianların təqribən yarısı Rusiya da daxil olmaqla Avropada, dörddə biri Şimali Amerikada, altıda birindən çoxu Cənubi Amerikada yaşayır. Afrikada, Avstraliyada və Okeaniyada xristianların sayı xeyli azdır.

Son illər beynəlxalq münasibətlərdə, siyasətdə, iqtisadiyyatda, ideologiyada, mədəniyyətdə müsəlman dünyasının ölkələri getdikcə böyük rol oynamağa başlamışdır.

İslamın beşiyi (VII əsr) Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri hesab olunur.

_____________________________________________________________

4cu movzu

Panteizm nədir? - Kainatın bütününü Tanrı olaraq qəbul edən fəlsəfi görüşdür. Panteizmdə, pan-enteizmdən fərqli olaraq hər şey Tanrının bir parçası olaraq qəbul edilir, Tanrı hər şeydir və hər şey Tanrıdır. Tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, obyektlərdə, insan dünyasında vardır. Tanrı hər şeydir və hər şey Tanrıdır. Tanrı-kainat-insan ayrımı yoxdur, belə bir ayrı-seçkilik ağılın yanılmasıdır. Tanrı elmi olaraq; Tanrı, kainat və insan; birdir, eynidir. Tanrı var olmadığı kimi, hər hansı bir yaratmadan da söz edilə bilməz.Xülasə olaraq; Panteizm ilə Pan-enteizm arasında əhəmiyyətli bir fərq vardır. Panteizmdə hər şey tanrıdır. Pan-entezimde isə, hər şey Tanrıdan sudur etmişdir (meydana gəlmişdir). Ruhun tək məqsədi, meydana gəldiyi Tanrıya dönməkdir. Bunun da yolu tək universal qanun olan tekamüldən keçməkdir.


Deizm nədir? - Bütün dinləri rədd edən ancaq tanrının varlığına inanan inanc formasıdır. Dinlər rədd edildiyi üçün peyğəmbərlər, müqəddəs kitablar, cənnət və cəhənnəm, mələk, şeytan kimi anlayışların heç birinin deizm inancında yeri yoxdur. Yalnız kainatı və təbiət qanunlarını qoyan, bunun ardından kainata və insanlığa heç bir müdaxiləsi olmayan tanrıya inanırlar.Deizmde ibadətlərin və dini ritalların olmamasından ötəri ateistlər ilə deistler arasında gündəlik həyatda, praktik mənada bir fərqlilik yoxdur.


Deizm, təkamül nəzəriyyəsinə qarşı deyil. Deizme görə insan, tanrının meydana gətirdiyi qaydalar çərçivəsində, daha primitiv canlıların təkamülləşməsi nəticəsində meydana gəlmiş ola bilər. Bir tanrıya inanmaq, o tanrının, insanı təkamül , mərhələ keçirmədən bir anda yaratdığı fikirinə də inanmağı tələb etmir. Səmavi dinlərdə yəni Yəhudilik, Xristianlıq, İslam kimi dinlərdə insanın, əvvəldən təkamül keçirmədən yaradıldığına inanılar. Bu inanış deizmde yoxdur.


Ateizm nedir? - Ateizm, Tanrıya və ya ruhi varlıqlara olan metafizik inancların rədd edilməsi. Var olan həqiqəti inanc yoluyla şərhi qəbul etməyən bir düşüncə axınıdır.Ateistlər; bəzən "tanrı tanımaz" sözüylə anılsalarda, bu adlandırma var olan bir tanrını rədd etmə fikirinə işarə etdiyindən ateistlər tərəfindən qəbul olunmur (Var olmayan nəyini rədd edək mənasında ). Ateizm inanc şərtlənmələrini, xəyali varlıqları və hadisələri rədd edər. Ateist dünyagörüşüylə tanrının yanında bütün metafizik inanclar və bütün ruhani varlıqlar da rədd edilər.(Cin ,şeytan, xorttan,ruh,qulyabanı və.s)

Ateizm sözünün kökləri qədim yunan sözünə söykənir. "Atheos" (theos, Yunanca "tanrı" demək olub başındakı "a" ön şəkilçisi ilə mənfilik ifadə edər.) "tanrısız" və ya "tanrıya inancsız" deməkdir. a-Teizm, anti-Teizm (Teizm əleyhdarı) demək deyil.

İngiliscəyə də Fransızcadan gələn "athéisme" sözünün oxşarı "atheism" olaraq 1587 -ci illərdə girmiş, Ateizmin mənşəyi ilk dinlərin və onların ortaya qoyduğu tanrı düşüncəsinin ortaya çıxışına qədər uzanar. Antik dövrdə Yunan materializminin nümayəndələri Demokritos və Epikuros ateizmin ən məşhur nümayəndəsidir, ən parlaq dövrünü isə 19-20 əsrdə də Feuerbach, Marx, Engels, Lenin və digər bütün dialektika materialist filosoflar ilə yaşanmışdır.

Agnostisizm nədir? - Agnostisizm ya da naməlumçuluq, tanrının ya da tanrıların varlığının ya da yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan fəlsəfə axını. Bu fəlsəfənin tərəfdarlarına aqnostik deyilir.Mənşəyi Qədim Yunancadan agnostos, yəni "bilinə bilməz olan" sözündən gəlir. Gerçəkdə, bir dindən ya da təlimlər bütünündən çox bir anlayışdır. "Naməlumçuluq" olaraq təyin olunması, əslində dinlərin qarşıya qoyduğu Tanrı anlayışının olmadığını iddia etmir. Bu axın, insanın bilmə bacarığının məhdud olduğunu və bu səbəblə, görülə bilənin ardındakı həqiqəti tuta bilməyəcəyini müdafiə edər.


Çinin qonşusu olan, bir çox insanın Allahsız dünyagörüşünə sadiq qalan başqa bir şərq ölkədir. Yapon adalarındakı insanların 30-40 %-i ateizmi dəstəklədiyi bilinir.qeyd etmek lazimdir ki, Yaponiyada din tarixən hər şeyi görən bir tanrıdan çox, Yaponiyanın qədim keçmişini əhatə edən bir mifologiyaya, inanca əsaslanan Sintoizm ətrafında formalaşmışdır.

Ancaq təbiətdə mənəvi olaraq inam və hörmət ateistlik adlandırıla bilməz. Yenə də Yaponiyada Buddizm kimi Şintoizmə də ianancın, son illərdə kəskin azalması müşahidə olunur.

BUDDİZMİ PDF KİTABDAN OXUMAQ BOYUKDİNLERLE TANİSHLİQ KİTABİ

Nirvana nədir: Buddizmdə, bütün istəklərdən, sevgi, ehtiraslardan azad olaraq ən yüksək zehin vəziyyətinə çatmaq vəziyyətidir. Nirvana Sanskrit dilindəki "nir" "çölə çıxmaq" və "va" "üfləmək, nəfəs almaq, esmek" sözlərindən götürülmüşdür.

Reinkarnasiya latın sözü olub, mənası "yenidən dirilmə", "ruhun bədənə təkrar qayıdışı" kimi mənaları bildirir.

News24.az xəbər verir ki, bəzi inanclara görə, reankarnasiyanın əsas məqsədi ruhun kamilləşməsidir, yəni öz varlığını və mahiyyətini dərketməsidir. Çünki insan ruhu bir həyatla kamilləşə bilməz. Hinduizm və buddizm də reankarnasiya və ya sansara prosesi insan ruhunun yerdəyişməsini ifadə edir. Bu qanuna görə, ruhun dünyaya yenidən qayıdışı təkcə insan formasında yox, heyvan, bitki, hətta daş və digər cansız cisimlər formasında da ola bilər. Buna görə bəzi hindu təlimlərində “heç bir canlıya ziyan verməmək” kimi əxlaq qanunları inkişaf etdirilir. Əlavə məlumat üçün demək olar ki, caynizm təliminin davamçıları canlıları hətta təsadüfən belə incitməmək üçün ağızlarını parça ilə bağlayır və ət yeməkdən imtina edirlər. Hinduizmin davamçılarına görə insanın ruhu cisimləri dəyişməkdə davam edir, yəni dəyişən ruh deyil, cisimdir. Həmin proses insanın öz varlığını və bu dünyanı dərk etməsinə, yəni “Nirvana”ya çatmasına qədər davam edir.

Karma və Sansara bir-biri ilə əlaqəli proseslərdir. Karma sözünün mənası “hərəkət, fəaliyyət” deməkdir. Karmanın iki növü fərqləndirilir: qara və ağ karma. Buddizm nəzəriyyəçilərinə görə, qara karma və ya xeyirxah olmayan karma insanın etdiyi pis əməllərin nəticəsidir. Yaşadığı həyatı boyu pis əməllərlə məşğul olan insan bununla öz gələcək karmasını, qara karmasını formalaşdırır. Yəni növbəti həyatında o daha eybəcər, kasıb, indi mənsub olduğu kastadan (təbəqədən) daha aşağı kastaya mənsub biri olaraq doğula bilər.

Ağ karma isə yalnız yaxşı əməllərin nəticəsi kimi ortaya çıxır. Yəni yaşadığı dövr ərzində xeyirxah əməllərlə məşğul olan insan növbəti həyatında daha yaraşıqlı, daha varlı, daha yüksək kastaya mənsub biri kimi, hətta müqəddəs olaraq doğula bilər. Karma qanunu yalnız insanın əməli fəaliyyətinə deyil, həm də düşüncələrinə də aiddir. Bu isə o deməkdir ki, insan ağ karmaya malik olmaq üçün həm də yaxşı şeylər, əməllər haqqında fikirləşməlidir. İnsanın pis və ya yaxşı karmaya malik olması, təkcə onun əməllərindən deyil, düşüncələrindən də asılıdır. Buddizmdə karma anlayışı insanın başa düşərək etdiyi əməllərin nəticəsini ifadə edir.

İlk buddist fikir toplusu olan “Dhammapada”da belə deyilir: “Biz bu gün, dünənki fikirlərimizik. Bugünkü fikirlərimiz isə bizim sabahımızı yaradır. Beləliklə, bizim həyatımız bizim fikirlərimizin, ağlımızın yaradıcılıq məhsuludur.” Deməli, karma qanunlarına əsasən insanlar öz gələcək həyatlarını özləri formalaşdırırlar. İnsanın heç bir əməli qarşılıqsız qalmayacaq və onlar gələcək həyatlarının birində mütləq yaxşı əmələ görə mükafatlandırılacaq, pis əmələ görə isə cəzalandırılacaq. Hinduistlərə görə, karma gələcək həyatda kasta (təbəqə) sistemində yüksəlişi və enməni də şərtləndirir.

Bütünlükdə reankarnasiya haqqındakı fikirlərin yaranma səbəbi insanın qəlbindəki sonsuz yaşama meylidir. Həyatın sonluluğunu qəbul etməmə cəhdidir. Sonralar səmavi dinlərə də təsirini göstərən bu fikirlər Yəhudilikdə, Xristianlıqda və İslamda Cənnət, Cəhənnəm, “O biri dünya”-axirət dünyası, yenidən dirilmə, əməllərə görə cavab verilməsi və s. kimi məsələlərdə öz əksini tapıb.

İslamda Reinkarnasiya

İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir.

Xristianlıqda Reinkarnasiya

Xristianların çox hissəsi buna inanır,amma xristianların 24% -i reinkarnasiyaya inandıqlarını bildiriblər...

Dünyanın ən tanınmış filosoflarının əksəriyyəti bu fəlsəfi anlayışı qəbul ediblər, bəziləri isə mümkün olma ehtimalı ilə razılaşıblar. Bir çox alimlər də əksinə heç cür bu prosesi qəbul etmirlər. Sübut üçün təqdim olunan faktlar, yazılar, əsərlər və s.

Qeyd edək ki, ruhun təkamülü eyniylə bədənin təkamülündə də özünü göstərir. Karma fəlsəfəsinə görə əgər öncələri heyvan olaraq ruhunuz dünyada var olubsa növbəti dönüş bədənsəl olaraq bir bitki kimi olmayacaq. İnsan görünümdə yaşam sürüb ruhsal olaraq təkamülünüz tamamlanmayıbsa növbəti gəlişiniz heyvan görünümündə olmayacaq.

Uşaqlıqdan daim eşitdiyimiz bir atalar sözü var “Nə əkərsən onu da biçərsən”. Böyük ehtimalla atalar bunu “karma” olaraq adlandırmayıblar amma məna etibarı ilə eyni olduğunu deyə bilərik.

İngiliscədə isə ” what goes around , comes around” olaraq bilinir.

Nəysə… Keçək karmaya.

Karma sözü sanskritcə sözdür və mənası “hərəkət”, “əməl”( action, work, deed) olaraq bilinir.

Karma qanunu fikirləşdiyimiz hər şeyin, dediyimiz hər bir sözün və etdiyimiz hər bir əməlin məsuliyyətinin öz üzərimizdə olduğunu deyir. Yəni etdiyimiz hər bir əməlin

bir nəticəsi var və heç birimiz ondan qaça bilmərik. Bugün mən nə yaşayıramsa bunun səbəbi yalnız mənəm, mənim keçmişdə etdiklərimdir. ( “Filankəs belə elədi

ona görə belə oldu” deyə bir şey yoxdur).

Karma bilərək və ya bilməyərək etdiklərimizin nəticəsidir. Bir növ buna əks olunma qanunu da deyə bilərik. Mən nə vaxtsa bir şey etmişəm və bugün onun həyatıma əks olunmuş nəticəsini yaşayıram.

Ümumiyyətlə dünyada hər şey nisbi olduğuna görə “yaxşı” və “pis” sadəcə bizim adlandırmamızdır. Karma deyəndə elə görünür ki, biz etdiyimiz pis əməllərin cəzasını

çəkirik, yaxşı əməllər üçün isə mükafatlandırılırıq. Əslində isə bu belə deyil. Biz sadəcə etdiyimizin nəticəsini görürük. Etdiyin əməlin nəticəsi budur . Sənin adlandırmanla

yaxşıdır və ya pisdir. Çox zaman başımıza gələnləri də yaxşı karma və ya pis karma olaraq adlandırırıq. Və təbii ki, belə bir şey də yoxdur. Əsas məsələ baş verənlərin məsuliyyətini öz üzərinə götürə bilmək və hər şeyin sadəcə nəticələr olduğunu başa düşməkdir məncə.

Karma qanunu iki hissədən ibarətdir. Birincisi ümumi karma qanunu – hansı ki, bu qanunlar kainatda mövcud olan hər bir şey üçün keçərlidir. İkinci isə xüsusi karma qanunu-dur ki, bu sadəcə insanın əməllərinin nəticəsi olaraq baş verir. Yəni hər bir insana uyğun xüsusi olaraq baş verir.

Karma reenkarnasiya ilə sıx bağlıdır. Yəni sadəcə bu yaşamımızda deyil eləcə də keçmiş həyatlarımızda da etdiklərimizin nəticələrini yaşayırıq.Və bu ruh mövcud olduqca davam edir. Ruhumuz karmadan qurtulana qədər. Son hissə reenkarnasiya ilə bağlıdır və mən bu hissədə çox da fikir bildirə bilmirəm. Ruhun varlığı mənə görə mütləqdir lakin digər həyatların var olması hələ ki mənə görə sual altındadır. Gələcək də necə olar onu hələ bilmirəm. 3 gün sonra mən reenkarnasiyaya inanıram deyə bilərəm əlbətdə 🙂

Fikirlərimi yekunlaşdırsaq belə deyə bilərik ki, dünən etdiklərimiz bugünümüzə və bugün etdiklərimiz sabahımıza təsir edir. Gələcəyimiz öz əllərimizdədir. Xoşbəxt olmaq istəyiriksə xoşbəxt etməliyik, sevgi almaq istəyiriksə ilk növbədə sevgi verməyi öyrənməliyik və uğurlu olmaq istəyiriksə bunun üçün çalışmalıyıq. Necə deyirlər ” nə əkiriksə onu da biçirik” ❤

_________________________________________

Yapon xristiyanliq tarixi

Hristiyan Şehitlerin Anısına Bir Sergi Açıldı

Hristiyan Şehitlerin Anısına Bir Sergi Açıldı

30.09.2015

japonya hristiyan sergisi300 yıl boyunca Japonya’daki Hristiyanlar inançlarından dolayı en ağır işkencelere maruz kaldılar. Japonya’da açılan “Gizli Hristiyanlar” sergisi zulme rağmen Mesih’e iman etmekten vazgeçmeyen şehitlerin hikayesini anlatıyor.

Hristiyanlık Japonya’ya ilk kez 1549 yılına geldi fakat tepkiyle karşılanarak Hristiyanlığa geçenler toplumdan dışlandı. Sergi, 16 ve 19. yüzyıllar arasında Japonya’da yaşamış, tacize, işkenceye ve çeşitli şekillerde ölüm cezalarına maruz kalan Hristiyanların hayatlarını insanlara sunuyor. Vatikan Kütüphanesinin gizli arşivlerinden elde edilen bilgi ve kaynaklardan derlenen sergide Hristiyanlara yapılan zulümlerin nedeni ve tarihi kronolojik olarak aktarılıyor.

Sergide yer alan bilgilere göre zulümler, Japonya kıyısında tahrip edilen bir İspanyol gemisinin kaptanının Şogun yöneticilerine yaranmak için Hristiyan Avrupalıların Japonya’yı istila etmeye hazırlandıklarını yalanını söylemesi üzerine başladı. Yargısız infazların ve diri diri yakmaların çok yaygın olduğu o dönemde 26 Hristiyan da çarmıha gerilerek öldürüldü. Zulüm gören bazı Hristiyanlar işkencelere dayanamayıp inancından vazgeçse de çoğu şehit olmayı göze alıyordu.

1614-1640 yılları arasında da Japonya’da altı binden fazla Hristiyan inancına sadık kaldığı için öldürüldü. Böyle bir zulüm döneminden sonra yetkililer Hristiyan topluluğunu tamamen bitirdiklerini düşündüler. 1865 yılına kadar süren baskı dönemi sonunda Japonya, ticaret amacıyla sınır kapılarını yabancılara açtı ve daha sonra ilk Katolik kilisesinin kurulmasına izin verdi. Kilisenin açılmasından sonra Nagasaki sakinlerinden birkaçı kilisedeki rahiplerin yanına gelerek Hristiyan olduklarını ve bunu uzun yıllar boyunca saklamak zorunda kaldıklarını açıkladılar. Zamanla binlerce Japon Hristiyan’ın inancını gizleyerek hayatta kaldığı ortaya çıktı. (cnl.news/Çeviren: Olga Daşcinscaia)



Missionerler haqqinda melumat vermek
Download 34.16 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling