Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet27/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

İLKİN ÇİRKLƏNDİRİCİ  –  ətraf mühitə bilavasitə çirklənmə 

mənbəindən atılan çirkləndirici. 



İLKİN EKOTOPLAR – canlı orqanizmlərdən tamamilə  məhrum 

olan substratdan ibarət ekotop, orqanizmin ilkin məskunlaşması üçün 

əlverişli (mümkün) hesab olunur. (məs, vulkan pükürdükdən sonra 

soyumuş lava, karxana, dağ-mədən atıntıları, çay gətirmələri). 



İLKİN (BAKİRƏ) TƏBİƏTİN BEYNƏLXALQ FONDU – Nadir, 

məhv olmaq təhlükəsi olan bitki və heyvan növlərinin, onların olduğu 

yerin mühafizəsi və öyrənilməsi məqsədilə maddi yardım  əldə etmək 

üçün fəaliyyət göstərən Beynəlxalq ictimai təşkilat. 1961-ci ildə 

yaradılmışdır. 27 ölkədə bölməsi var. MSOP, YUNESKO, FAO və 

digər təşkilatlarla sıx  əlaqədə  işləyir.  İllik jurnal və  qəzet buraxır. 

Təbiəti mühafizə üzrə 60 mln dollar həcmində 3000-ə  qədər (1988 ilə 

kimi) layihə yerinə yetirilmişdir. 



İLLİK AMPLİTUDA  – aylar ərzində meteoroloji elementləri 

(atmosfer təzyiqi, temperatur və s.) ən yüksək kəmiyyəti ilə  ən aşağı 

kəmiyyəti arasında fərq.  İ.a. orta və mütləq kəmiyyətlər arasında ola 

bilər. İ.a. çoxillik məlumata əsasən hesablanır. 



İLLİK ARTIM – 1) fito və ya aqrosenozun kütləsinin il ərzində 

artımı: 2) il ərzində anatomo – morfoloji qatın (oduncaq, sümük və s.) 

artması;  İ.a. oduncağın, sümüyün, pulcuğun kəsiyində adətən aydın 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

216 


 

seçilir. 



İLLİK HALQALAR (BİTKİLƏRDƏ)  – ilin soyuq və isti 

fəsillərinin növbələşməsi ilə  əlaqədar kambi fəaliyyətinin dəyişməsi 

nəticəsində oduncaqda əmələ gələn artım. İ.h. oduncağın bir vegetasiya 

dövründəki artımına uyğun gəldiyi üçün gövdənin (kök boğazından 

yuxarı) en kəsiyində İ.h.-ın sayına görə bitkinin yaşını təyin etmək olur. 

İ.h-ın qalınlığı bitkinin yaşından, inkişaf  şəraitindən və s.-dən asılı 

olaraq dəyişilir. 

İMİQRASİYA  (lat. immigro – köçürəm)  – müəyyən  əraziyə yeni 

orqanizmlərin gəlməsi. 



İMMUNİTET  (lat. immunitas – azad olma)  – infeksion amilə  və 

yad genetik informasiya daşıyan antigen xassəli yad maddələrə qarşı 

orqanizmin davamlığıdır. 

Bitki immuniteti bitkilərdə  xəstəlik törədiciləri, zərərvericilər və 

onların həyat fəaliyyəti məhsullarının təsirinə meylin azalmasıdır. Bitki 

İ.-i davamlılıq, dözümlülük mənasında işlədilir. Davamlılıq dedikdə, 

müəyyən sortun (növün) başqasına nisbətən xəstəliyə az tutulması (və 

ya zədələnməsi), dözümlülük dedikdə isə  xəstəliyə tutulmuş  və ya 

zədələnmiş bitkilərin öz məhsuldarlığını mühafizə etməsi nəzərdə 

tutulur. N.İ.Vavilov göstərmişdir ki, bitkilərdə davamlılıq təbii şəraitdə 

onların uzun müddət (min illərlə) xəstəlik törədiciləri ilə yoluxması 

nəticəsində – təkamül prosesində meydana çıxmışdır. 



İMPAKT MONİTORİNQ  – xüsusi təhlükəli nöqtə  və zonalarda 

lokal, regional və antropogen təsirin monitorinqi. 



İMPULVERİZASİYA  (lat. im və pulvis – toz) – külək vasitəsilə 

şoran sahələrdən və  dəniz sahilindən toz (qum) halında mineral 

maddələrin sovrulub aparılaraq başqa sahələrdə toplanması. 

İNBENTOS  – su hövzəsinin dibində qruntda yaşayan orqanizmlər 

(bakteriya, göbələk, heyvan). 



İNBRİDİNQ (ing. in – daxildə və bredinq – yetişmə) – qohumarası 

çarpazlaşdırma – orqanizmlərin bir populyasiyası daxilində yaxın 

qohum fərdlərin çarpazlaşması.  Ən yaxın forması öz-özünə 

mayalanmadır.  İ. nəsildə sabitliyin artmasına səbəb olur. İ.-in zərərli 

təsiri çox vaxt çarpaz tozlanan bitkilər (qarğıdalı, kartof və s.) öz-özünə 

tozlandıqda (insuxt) və ya heyvandarlıqda “bacı” ilə “qardaş” bir neçə il 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

217 


 

ardıcıl cütləşdirildikdə meydana çıxır; alınmış  nəslin məhsuldarlığı 

azalır və  həyat qabiliyyəti zəifləyir. Yaxın qohumlar arasındakı 

nigahdan alınmış  nəsildə irsi xəstəliklər artır, anadangəlmə 

eybəcərliklər, ölüdoğma və uşaq ölümü halları daha çox baş verir. 

İNDİQASİYA (lat. indicatio – təyin etmə, göstərmə) – ətraf mühit 

obyektlərində, insan və heyvan orqanizmində kimyəvi elementlərin 

keyfiyyətcə aşkar edilməsi və kəmiyyətcə təyini.  

İNDİQATOR QRUPLAŞMASI – strukturu, inkişaf sürəti, ayrı-ayrı 

populyasiyaların müvəffəqiyyəti ilə ətraf mühitin şərait vəziyyəti haqda 

fikir yeritməyə imkan verən canlı orqanizmin qruplaşması. 

İNDİQATORLAR  (lat. indicator – göstərici) – Bu və ya digər 

mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, 

mikroorqanizm və biosenozlar. İndiqator bitkilər müəyyən ekoloji 

şəraitlə  sıx bağlı olub onların mövcudluğu  şəraitə keyfiyyətcə qiymət 

verən göstərici sayılır.  İndiqator bitkilər ayrı-ayrı növlərlə  və ya 

fitosenozlarla yayıla bilər.  İ. fitosenoz halında olduqda indiqatorlar 

xüsusiyyətini daha dəqiq oynayır. İndiqasiya obyekti torpaq ola bilər, o, 

bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana (dağ) süxurları, ağır 

metallar və digər kimyəvi elementlər də indiqasiya obyekti ola bilər. 

İndiqator bitkilər  ətraf mühitin vəziyyətinə  və onun çirklənmə 

dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndiqator bitkilərdən 

faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki 

tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indiqator bitkilərin 

və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab 

olunur. 

İNFAUNA  – dəniz, çay, göl və nohurların dibindəki qruntda 

yaşayan heyvanlar. Molyusklar, dərisitikanlılar, həlqəvi və girdə 

qurdlar, həşərat sürfələri, bəzi balıqlar və s. İ-ya aiddir. 

İNFEKSİON XƏSTƏLİKLƏR, YOLUXUCU XƏSTƏLİKLƏR 

– xəstəliktörədən bakteriyaların xəstəliyə  həssas olan insan, heyvan və 

quşların orqanizminə keçməsindən baş verən xəstəlik.  İ.x.in  əsas 

xüsusiyyəti infeksiyanın xəstədən, yaxud basil gəzdirəndən müəyyən 

şəraitdə sağlamlara keçməsidir. 

İ.x.-in yayılmasında sosial-məişət amillərinin,  əhalinin maddi 

vəziyyətinin, mədəniyyətinin, yaşayış  şəraitinin, düzgün qidalanmanın 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

218 


 

böyük əməliyyəti var. 



İNFEKSİYA  – xarici mühitin təsirindən patogen mikroorqanizmin 

insan, yaxud heyvan orqanizminə daxil olması  nəticəsində orqanizmdə 

gedən qarşılıqlı proses. İ-nı törədən amil orqanizmə daxil olduqda 

müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses 

əmələ  gəlir.  İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud 

infeksiya gəzdirmə formasında aşkar ola bilər. Hər bir İ.-nın 

özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion 

xəstəliklərində  xəstə öskürdükdə, asqırdıqda və danışdıqda  İ. selik 

damcıları vasitəsilə  ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; 

səpgili yatalaq, malyariya, taunun bubonlu forması  və s. xəstəliklər 

qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi 

xəstəliklərin törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İ-

nın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin 

profilaktikasının əsasını təşkil edir. 



İNFİLTRASİYA (lat. in – daxilində və filtratio – süzülmə) – səthi 

(irriqasiya, suvarma) suların torpağa, dağ süxurlarına süzülməsi və 

onların kapilyar, subkapilyar məsamələr və boşluqlarla qrunt suyunun 

səviyyəsinə doğru hərəkəti. 



İNFORMASİYA EKOLOGİYASI – tətbiqi ekologiyanın bölməsi; 

heyvanların ünsiyyətinin (dövranışının) ekoloji aspektlərini öyrənir. 



İNFRAQIRMIZI RADİASİYA  – 770-dən 31 nm diapazonunda 

şüalanma. Müəyyən dozalarda bir sıra həyat üçün mühüm proseslərə 

(maddələr mübadiləsi) və müxtəlif sistemlərin (əsəb, idokrin və s.) 

funksiyasına müsbət təsir göstərir. 

İ.-r-ın çoxluğu canlı orqanizmlərə  mənfi təsir göstərir (dərinin 

yanması, dəri və göz xəstəlikləri və s.-nin əmələ gəlməsinə səbəb olur). 



İNİSİAL NÖVLƏR, PİONER NÖVLƏR  – suksessiyanın 

başlanğıc dövründə böyük rol oynayan bitkilər.  Şibyələr, mamırlar 

inisial rolunu oynaya bilər. Daşlıq və qayalıqlarda tozağacı,  şam ağacı 

da inisial (pioner) bitki sayılır. İ.n. tez bir vaxtda davamlı növlərlə əvəz 

olunur. 

İNKİŞAF FAZASI – təbii sistemin inkişafında olan müxtəlif 

keyfiyyət-funksional vəziyyəti. Cücü orqanizmləri üçün tam çevrilmə 

halları belədir: yumurta, sürfə, barama, yetkin cücü; meşə qırılan sahədə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

219 


 

bərpa prosesi cins dəyişkənliyi ilə getmirsə meşə ekosisteminin 

sukssessiya gedişi belə olur: payalıq, cavan meşəlik, yetişməkdə olan və 

yetişmiş meşəlik fazaları. 



İNQRESSİYA  (lat. ingressio – daxil olma)  – dəniz səviyyəsinin 

qalxması və ya sahil boyu qurunun çökməsi nəticəsində dəniz sularının 

sahilinin alçaq yerlərini basması.  İ. nəticəsində girintili-çıxıntılı sahil 

xətti ilə xarakterizə olunan iqressiya tipli sahil əmələ gəlir. 



İNQİBİTORLAR – bitki və heyvan orqanizmində inkişafı ləngidən 

xüsusi maddələr. İ. təbii və süni olur. Təbii İ. hətta əlverişli şəraitdə belə 

bitkini cücərmə qabiliyyətindən məhrum edir. Süni İ. çox vaxt kənd 

təsərrüfatında və tibbdə praktiki məqsədlər üçün işlədilir. Ətraf mühitin 

bəzi çirkləndiriciləri (pestisidlər, ağır metallar) də İ. ola bilər. 

İNQRİDİYENTLƏR (geobotanikada) – bitki qruplaşmasında 

həmişə  iştirak edən, ancaq dominantlıq etməyən komponentlər. 

Dominantların yaratdığı mühitə uyğunlaşan birillik bitkilərdir.  İ. 

əlverişsiz illərdə  bəzən inkişaf etməyərək torpaqda sağlam toxum 

halında qalır. Tipik İ. çöl, yarımsəhra və digər arid regionların 

fitosenozlarına xasdır. Optimal rütubətliyə malik olan rayonlarda İ. 

birillik bitkilər olub meşə  qırma yerlərində  və yanğına məruz qalan 

sahələrdə inkişaf edir. İ. bitki qruplaşmalarında böyük rol oynaya və 

mühüm praktiki əhəmiyyətə malik ola bilər.  İ. termini Polşa botaniki 

Y.Paçovski (1917) tərəfindən irəli sürülmüşdür. 



İNSAN-BİOSFER QARŞILIQLI TƏSİRİNİN DÖNMƏZLİK 

QANUNU – A.Dansero (1957) tərəfindən irəli sürülmüşdür. Bu qanuna 

görə bərpa oluna bilən təbii resursların (heyvan, bitki) bir hissəsi insanın 

səmərəsiz kənd təsərrüfatı, hidrotexniki, sənaye və digər tədbirləri 

nəticəsində  bərpa olunmaya (tükənə) bilər. Son 400 il ərzində 160-dan 

artıq məməli və quş növü Yer üzərindən silinib getmişdir. Hazırda 

MSOP-un məlumatına  əsasən insanın dağıdıcı  təsiri nəticəsində  hər il 

bir heyvan və bir bitki növü sıradan çıxır. 

İNVAZİYA  (lat. invasio – hücum)  – 1) İnsanın, heyvanın və 

bitkilərin heyvan parazitlərilə yoluxması. 2) Müəyyən sahəni yeni 

orqanizmlərin zəbt edib tutması. 

“İNSAN VƏ  BİOSFER”  (ingil. “The Man and the Biosphere” 

MAB)  – təbii sərvətləri idarə etmək problemi ilə  əlaqədar aparılan 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

220 


 

fundamental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram 

(MFB). Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-

nun Baş konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə 

qədər bu proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın  əsas 

vəzifəsi – dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən 

proseslərə  təsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar 

aparmaq, həmçinin bu proseslərin dəyişilməsinin insanın özünə təsirini 

öyrənməkdir. Proqrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin 

əsas biomlarına (meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə 

ətraf mühitə insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis-

texniki işlər, energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir. 

Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən 

meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni 

suvarma sistemlərinin fəaliyyəti yerlərdə  ətraf mühitin müxtəlif 

komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların 

çoxtərəfli qiymətləndirilməsi ilə  əlaqədar tədqiqatların yerinə 

yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin 

öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının 

yaradılması da MAB-ın diqqət mərkəzindədir. 



İNSANI  ƏHATƏ EDƏN TƏBİİ MÜHİT  – insana və onun 

təsərrüfatına hərtərəfli təsir göstərən abiotik və biotik faktorların 

məcmusu. İ.ə. e.t.m. öz növbəsində insanın təsirinə məruz qalır. 

İNSANIN  İQLİMƏ UYĞUNLAŞMASI – orqanizmin adət 

etmədiyi iqlim şəraitinə aktiv uyğunlaşması (adaptasiya) prosesi. 

İqlimin dəyişilməsi çox vaxt orqanizmə stimuledici təsir göstərir ki, bu 

da adamları kurortlara göndərərkən nəzərə alınır. 



İNSANLAŞMIŞ TƏBİƏT – insan fəaliyyəti ilə dəyişdirilən təbiət. 

Elmi-texniki inqilab şəraitində  cəmiyyət və  təbiətin qarşılıqlı  təsiri 

nəticəsində yaranır. Termini V.Q.Afanasyev (1981) təklif etmişdir. Bax: 

Antroposfer, NOOSFER. 



İNSEKTARİY (lat. insectum – həşərat) – cücüləri artıran, saxlayan 

və onların üzərində müşahidə aparılan bina. Bitkilərin bioloji mühafizəsi 

məqsədi ilə faydalı cücülər (entomofaqlar) artırılır. 

İNSEKTİSİDLƏR  – pestisidlərin bir qrupu olub zərərli cücülərə 

qarşı istifadə edilən kimyəvi maddələr. Bölünürlər: xlorüzvi İ. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

221 


 

(qeptaxlor), fosfor-üzvi İ. (karbofos və s.), bitki mənşəli  İ. (anabazin, 

piretrin).  İ-in xüsusiyyətindən, cücülərin həyat tərzindən və xarici 

amillərdən asılı olaraq onlar çiləmə, tozlama, tüstüləmə, aldadıcı 

yemlər, yapışqanlı halqalar və zolaqlar, aerozol halında tətbiq edilir. 

İ-in təbiətdə canlılara vurduğu zərər mürəkkəb və çox cəhətlidir.  İ. 

insanın istifadə etdiyi su hövzələrinə, tozlayıcı cücülərə, bitki və heyvan 

mənşəli qidaya, yemlərə  və s. zəhərli təsir göstərir Buna görə  də  kənd 

təsərrüfatı bitkiləri zərərvericiləri ilə mübarizədə bioloji üsullar geniş 

tətbiq edilməlidir. 



İNSEKTOFUNQİSİD  – həşəratları (insektisid) və göbələkləri 

(funqisid) eyni vaxtda məhv etmək üçün istifadə olunan maddə.  



İNSOLYASİYA  – müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfiqi 

səthə (1 sm

2

) düşən düz günəş radiasiyası  və ya ümumi günəş 



radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı  sərhədində  İ. günəş 

sabiti anlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məs., divar) 

və maili səthə (yamac) axını da İ. kimi başa düşülür. 

İNSTİNKTLƏR (lat. instinctus – oyanma) – orqanizmin xarici və 

daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məc-

musu. İ.-in mexanizmi şərtsiz reflekslər kimi olduğundan İ.P.Pavlov İ.-

ri və  şərtsiz refleksləri oxşar hesab etmişdir. Lakin sadə  şərtsiz 

reflekslərdən fərqli olaraq İ. mürəkkəb  şərtsiz reflekslərdəndir.  İ.P. 

Pavlov məktəbinin məlumatına görə  ən başlıca  İ. bunlardır: qida İ-ri 

qidanı  əldə etmək, onun ehtiyatını toplamaq və s. şəklində meydana 

çıxır: müdafiə İ.-i qaçmaq, dişlərin, caynaqların, buynuzların köməyi ilə 

müdafiə olunmaq və s. şəklində olur; valideyn İ.-i (nəslin qayğısına 

qalmaq da adlanır) yuva tikmək, onu qorumaq, qida toplamaq və s; qrup 

İ.-i sürü, quş  və arı  dəstəsi ailə üzvlərinin birgə müdafiə olunmaq, 

soyuqda bir-birini isitmək və s. kimi münasibətlərin əsasını təşkil edir. 

İnsan  İ.-i tərbiyə prosesində formalaşmış  şüurlu fəaliyyətə tabedir. 

Lakin bu fəaliyyət ana bətnində  və doğulduqdan sonrakı dövrlərdə 

mühüm  İ. (şərtsiz reflekslər)  əsasında yaranır.  İ-in öyrənilməsinin 

tibbdə, heyvandarlıqda, kənd təsərrüfatı  zərərvericiləri ilə mübarizədə 

və s. əhəmiyyəti var. 

İNTEQRAL RESURSLAR – cəmiyyətin təbii həyat faktorlarının 

insanın maddi və əmək resursları ilə qarşılıqlı məcmusu. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

222 


 

İNTERAKSİYA – orqanizmlərin biosenozda qarşılıqlı təsiri. 

İNTERPRETASİYA  – (məlumatların, rəqəmlərin) – müəyyən 

tədqiqat və ya iş  əsnasında  əldə edilən bütün faktorların 

qiymətləndirilməsi (insan üçün əhəmiyyətliyi nöqteyi nəzərincə). 

İNTOKSİKASİYA  – orqanizmdə (endogen) əmələ  gələn, yaxud 

xaricdən (ekzogen) daxil olan toksik maddələrlə  zəhərlənmə. Ekzogen 

toksinlərə heyvan, bitki mənşəli zəhərlə (bakterial toksin, ilan zəhəri və 

s.), sənaye zəhərləri (arsen, benzol, qurğuşun və s.) dərmanlar aiddir. 



İNTRODUKSİYA,  (lat. introductio – giriş) biologiyada – 1) 

müəyyən bitki növünün və ya sortunun əvvəllər təsadüf edilmədiyi 

yerdə (ölkədə, vilayətdə) becərilməsi; 2) Heyvanların öz təbii arealından 

kənarda yayılması. Bu halda İ. termini iqliməuyğunlaşmanın ilk 

mərhələsinin sinonimi kimi işlədilir. 

Bitkilərin mənşə  mərkəzlərində indiki mədəni bitkilərin seleksiyası 

üçün çox qiymətli olan yabanı növləri və qədim formaların genofondu 

toplanmışdır. İnsanların təsiri ilə bu bitkilər mənşə mərkəzlərindən yeni 

vilayətlərə köçürülmüş, arealı genişləndirilmiş, indiki mədəni bitkilər 

əmələ  gəlmişdir. Bitkilərin  İ-sı ilə botanika bağları, botanika və 

seleksiya müəssisələri məşğul olur. 

İNTRODUSENT  – Yerin təbii və ya antropogen kompleksinə 

təsadüfən və ya müəyyən məqsədlə müvəffəqiyyətlə daxil edilən 

orqanizm (növ). 

İNTROZONAL BİTKİ ÖRTÜYÜ – bax: azonal bitki örtüyü. 

İNTRUZİV SÜXURLAR, DƏRİNLİK SÜXURLARI – Yer 

qabığı  dərinliklərində  əmələ  gələn maqmatik süxurlar; yüksək təzyiq 

şəraitində  və maqmanın soyuma temperaturunu aşağı salan və 

mineralların kristallaşmasını  təmin edən uçucu komponentlərin aktiv 

iştirakı ilə  tədriclə soyuma şəraitində formalaşır.  İ.s. batolit, lakkolit, 

ştok, lopolit və s. yatım formaları  əmələ  gətirir. Qranit, qabbro, diorit, 

siyenit və s. İ.s.-a daxildir. 

İNULİN – Suda həll olan polisaxarid, mürəkkəbçiçəklilərin hüceyrə 

şirəsində ehtiyat qida maddəsi halındadır,  ən çox inulin andız, 

yerarmudu, zınqrıvotu, zanbaq və s. olur. 

İONLARIN (H

+

  və OH

-

) KONSENTRASİYASI  – Bu ionların 

torpaq məhlulunda nisbəti,  şərti olaraq pH-la işarə olunur. Torpağı 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

223 


 

distillə suyunda qarışdıraraq alınan məhlulunda (1:2,5) təyin olunur. 

Çox turş torpaqlarda pH=3-4, turş torpaqlarda 5, zəif turş torpaqlarda 5-

6, neytral torpaqda 7, zəif torpaqda 7-8, qələvili torpaqda 8-9, çox qələvi 

torpaqda 9-11 olur. 

İONLAŞAN RADİASİYA,  İONLAŞAN  ŞÜALANMA  – mühitin 

ionlaşmasına səbəb olan şüalanma. İ.r. böyük intensivlikdə insan həyatı 

və digər orqanizmlər üçün təhlükəlidir. Mutasiya, şüa xəstəliyi və s. 

əmələ gətirir. Kosmos şüalarının İ.r.-dan biosfer ozon qatı ilə mühafizə 

olunur. 

İONOSFER  – atmosferin 50 (80) km-dən yuxarıda yerləşən 

ionlaşmış qatı. Yuxarı  sərhədi  şərti olaraq 15-20 min km götürülür. 

İonlaşma qısa dalğalı Günəş  şüalarının, korpuskulyar sellərin, kosmik 

şüaların və s. təsiri nəticəsində baş verir. Maks. ionlaşma gecə 300-400 

km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İ-də 

temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə  dərəcəyə 

çatır. Buna görə İ. termosfer də adlanır. 

İPƏKÇİLİK – kənd təsərrüfatının ən qədim sahələrindən biri. Təbii 

ipək almaq üçün ipəkqurdunun yetişdirilməsi. Çində  təqribən 5 min il 

bundan  əvvəl təbii ipək almaq üçün ipəkqurdu yetişdirilmişdir. 

Azərbaycana ipəkqurdu toxumu təqr. V əsrdə gətirilmişdir. Azərbaycan 

ipəyi  İran, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkələrinə ixrac 

edilirdi. İpəyin keyfiyyətinə görə Azərbaycan 1-ci yerlərdən birini tutur. 



İRƏMƏ – Əkinə yararsız, susuz, daşlı-kəsəkli yer. 

İRQ  – 1) növ daxilində (və ya yarımnöv) fərdlərin ekoloji, bəzən 

morfoloji cəhətdən ayrılmış qrupları. Ekoloji, coğrafi və s. İ-lər ayrılır. 

2) müəyyən ərazidə tarixən əmələ gəlmiş ümumi mənşəyə malik bioloji 

insan qrupları.  İ-lər  əsasən, xarici görünüşə aid irsi əlamətlərin 

kompleksi ilə  fərqlənir.  İnsanları üç böyük irqə bölürlər: avropoid 

(avropa-Asiya), neqroid (zənci-avstroloid) və monqoloid (asiya-

amerika). 

İRRİQASİYA  (lat. irrigatio – suvarma) – kənd təsərrüfatında 

texnoloji üsul: bitkinin su rejiminin yaxşılaşdırılması  məqsədilə lazım 

olan dövrdə əlavə sudan istifadə edilməsi. 

İRRİQASİYA EROZİYASI  – torpaq eroziyasının bir növüdür: 

suvarma  əkinçiliyində aqrotexnika və suvarma qayda və normalarına 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

224 


 

rəayət etmədikdə baş verir: yaxşı planlaşdırma aparılmayan sahələrdə 

(maili yamaclarda) torpağın üst qatı yuyulub aparılır (eroziyaya 

uğrayır), bəzən yarğanlar  əmələ  gəlir.  İ.e.  əsasən dağətəyi rayonlarda 

şum sahələrində (qarğıdalı, tütün və s.) müşahidə olunur. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling