Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet28/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

İRRİQASİYA QURĞULARI  – tarlaları su ilə  təmin edən kanal 

sistemi. 



İRSİYYƏT  – nəslin inkişafında eyni əlamət və xassələrin təkrar 

olunması qabiliyyəti. Bütün orqanizmlərə xas olan İ. çoxalma 

prosesində  fərdin inkişaf proqramına malik olan hüceyrənin maddi 

quruluşunu nəslə ötürməklə onun inkişafına xas olan morfoloji, fizioloji 

və biokimyəvi proseslərin, yeni nəsildə ardıcıllığını təmin edir. İ. ümumi 

bioloji hadisə olub, canlı orqanizmlərin  əlamət və xassələrinin nisbi 

sakitliyinə imkan yaradır.  Əlamətlərin bu sabitliyi pozulduqda 

orqanizmlər arasında fərqlər meydana çıxır. 

İ. qanunlarının öyrənilməsi kənd təsərrüfatı  və tibb təcrübəsi üçün 

böyük  əhəmiyyət kəsb edir. Yeni heyvan cinsləri və bitki sortlarının 

yetişdirilməsi, mövcud cins və sortların təkmilləşdirilməsi İ. qanunlarına 

əsaslanır. İnsan orqanizmində yüzlərlə irsi xəstəliklər və çatışmazlıqlar 

müəyyən edilmişdir. Bu çatışmazlıqların qarşısını almaq üçün onların 

irsi mahiyyəti aydınlaşdırılır və bunları aradan qaldırmaq üçün konkret 

metodlar hazırlanır. 

İSTEHSAL TULLANTILARI – Məhsul hazırlanan zaman tam və 

hissə-hissə öz faydalı  və ya fiziki xassələrini itirən material qalıqları, 

yarımfabrikatlar, xammal. 

İSTEHSALIN QAYITMAZ TULLUNTILARI – müasir texnika 

inkişafında istehsalatda istifadə oluna bilməyən tullantılar.  İ.q.t.-ra 

həmçinin uçan qazlar, dəm qazı və s. aiddir. 

İSTİ QAYNAQLAR – temperaturu 42-98

° olan termal su 

qaynaqları (bulaqları). 

İSTİ QURŞAQ – Yerin iqlim qurşaqları məcmusu. Bura ekvatorial 

qurşaq, subekvatorial qurşaqlar və tropik qurşaqlar daxildir. Bu qurşağın 

sərhədləri adətən 30

°  şm.e. 30°c.e. paralelləri yaxınlığından keçən hər 

iki yarımkürədə 20

°-lik illik izoterm xətti götürülür. 



İSTİ  ŞİTİLLİK BİTKİLƏRİ  – isti şitilliklərdə becərilən tərəvəz, 

meyvə, giləmeyvə, dekorativ və s. bitkilər. Bitkiləri açıq qruntda 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

225 


 

becərmək mümkün olmadığı dövrdə onlar isti şitillikdə becərilir və 

məhsul alınır. Tərəvəz bitkilərindən: xiyar, pamidor, istiot, kələm, 

şüyüd, turp, soğan, və s. dekorativ bitkilərdən: qərənfil, payızgülü, 

dağnovruzu, meyvələrdən: limon, şaftalı; giləmeyvələrdən: çiyələk, 

həmçinin üzüm, göbələk və s. becərilir. 



İSTİXANA – bax: parnik. 

İSTİQANLI HEYVANLAR – bax. Hotoyoterm heyvanlar. 

İSTİLİK BALANSI – ayrı-ayrı təbii mühitə (atmosfer, torpaq) daxil 

olan və sərf olunan istiliyin nisbəti. 



İSTİLİK ÇİRKLƏNMƏSİ  – mühitdən temperaturun artması 

nəticəsində baş verir. Əsasən sənayedə qızdırılmış hava və suyun (məs, 

İES və AES turbinlərinin işi zamanı) tullantıları su hövzələrinin və 

yaxınlıqdakı ətraf mühitin termik, kimyəvi və bioloji rejimini dəyişir. 



İSTİLİK KEÇİRMƏ  – maddənin çox istilik olan hissəsindən az 

istilik olan hissəsinə istiliyin keçmə sürəti. Maddənin 1 sm

2

-dan keçən 



havanın istilik tutumu 0,00005, torfunki 0,00027, gillicəninki 0,00033, 

qumunki 0,00047 və suyunki 0,00140 kal/s-ə  bərabərdir. (Coul/s ilə 

uyğun olaraq 0,00021, 0,00113, 0,00149, 0,00197 və 0,00586 təşkil 

edir). 


İSTİLİK REJİMİ – orqanizmlərin həyat fəaliyyəti üçün temperatur 

faktorunun dinamikasının miqdar göstəriciləri birinci dərəcəli əhəmiyyət 

kəsb edir. İ.r. dəniz səviyyəsindən yüksəklik və ilin fəsli ilə  təyin 

olunur.  İşıq rejimi ilə  də  sıx bağlıdır.  İ.r. mikroiqlimi təyin edən bitki 

örtüyünün yerləşdiyi sahəyə, bütün canlı orqanizmlərin həyat 

fəaliyyətinə böyük təsir göstərir. 



İSTİLİK TUTUMU – cismi 1 dərəcə  qızdırmaq üçün lazım olan 

istilik miqdarı. Maddənin vahid kütləsinin (1q, 1 kq) İ.T. xüsusi İ.t. 

molununku isə molyar İ.t. adlanır.  İ.t. cismin qızdırılma üsulundan 

asılıdır. Adətən, sabit həcmdə xüsusi İ.t. (S

V

) və sabit təzyiqdə xüsusi 



İ.t. (S

r

) anlayışlarından istifadə edilir (maddə uyğun olaraq sabit həcmdə 



və ya sabit təzyiqdə qızdırılır). Sabit təzyiqdə qızdırılma zamanı verilən 

istiliyin bir hissəsi (sabit həcmdə  qızdırıldıqda hamısı) cismin daxili 

enerjisini artırmağa, digər hissəsi isə onun həcmini genişləndirmək üçün 

görülən işə sərf olunur. 



İSTİLİK ŞÜALANMASI – mütləq sıfırdan yuxarı temperaturu olan 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

226 


 

cisimlərin elektromaqnit şüalanması. məs., Yerin atmosferi İ.ş. buraxır. 

Daha dar mənada-infraqırmızı şüalanma. 

İSTİLİK YÜKÜ – sənaye, kommunal və ya kənd təsərrüfatından 

vahid sahəyə  və ya su hövzəsi həcminə daxil olan istilik enerjisinin 

miqdarı. 

İSTİLİKVERMƏ  (İSTİLİKAYIRMA), FİZİOLOGİYADA  – 

heyvan orqanizmlərinin  ətraf mühitə istilik ayırması:  Şüalanma 

(radiasiya İ) konveksiya və suyun buxarlanması yolu ilə baş verir. İnsan 

orqanizmi istiliyin 50%-ni şüalanma, 25%-konveksiya və 25%-suyun 

buxarlanması ilə ayırır. 

İSTİLLƏR  – çökək yerlərdə (talveq, çuxur və s.) torpaq bənd 

çəkməklə süni yaradılmış  dərinliyi az olan su anbarları. Onlar ən çox 

Lənkəran zonasında yayılmışdır. İ. suvarma məqsədilə yaradılırdı. 1892-

ci ildə Lənkəran qəzasında 4,5 min hektar sahəsi olan 257 İ. olmuşdur. 

Bu i.-in suları ilə 16 min ha çəltik plantasiyası suvarılırdı. 1914-cü ildə 

istillərlə 21250 ha ərazi suvarılıb.  



İSTİRAHƏT – iş qabiliyyətini bərpa edən sakit vəziyyət. İ. aktiv və 

passiv olur. Passiv İ. yuxu və uzanmaqdır. İ-lə iş ardıcıl növbələşdikdə 

insanın  əmək fəaliyyətinin  əsasını  təşkil edən  şərti reflekslərin  əlaqəsi 

möhkəmlənir. Konkret əmək  şəraitindən asılı olaraq tez-tez 

qısamüddətli  İ. daha əlverişlidir.  İ. turizm, bədən tərbiyəsi və idmanla 

əlaqəli olmalıdır.  İ. kurort, sanatoriya, pansionat və istirahət evlərində 

daha səmərəli keçir. 

İSTİRAHƏT ZONASI –  əhalinin  ənənəvi olaraq istirahəti üçün 

təbii və ya xüsusi təşkil olunmuş istirahət etdiyi ərazi, adətən yaşıl zona 

daxilində yerləşir: yaşayış yerlərindəki park və xiyabanları da daxil 

etmək olar. 



İSTİYƏDAVAMLILIQ  – ekstremal müsbət temperatura qarşı 

zülal, hüceyrə, orqan və bütövlüklə orqanizmin adaptiv dözümlüyü. 



 «İTAY-İTAY» XƏSTƏLİYİ  – suvarma suları ilə  gətirilən 

kadmium ilə çirklənmiş düyüdən yeməkdə istifadə edərkən adamların 

zəhərlənməsi. 

İŞIQLANMA DƏRƏCƏSİ  – biosenozun müxtəlif yaruslarında 

bitkinin üzərinə düşən işıq axınının səthi sıxlığı, lyuksometrlə ölçülür və 

lyuklafla ifadə olunur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

227 


 

İŞIQ REJİMİ  – Biosenoza daxil olan kiçik dalğalı günəş 

radiasiyasının paylanması  və  dəyişməsi. Keçmiş Sovet İttifaqının 

ərazisində fitosenotik aktiv radiasiya (FAR) il ərzində Uzaq Şərqdə 125 

coul/sm


2

 (30 kkal/sm

2

), cənubda 300 Coul/sm



2

 (70 kkal/sm

2

) təşkil edir. 



Fitosenozlar fotosintez üçün yalnız 02-2% FAR istifadə etdiyi üçün 

onlar işıqla kifayət qədər təmin olunur. 

Biosenozların özünün işıq rejimi onların quruluşunun sıxlığından 

asılıdır. Çətirləri birləşmiş (09-1,0) palıd meşəliyində yayda çətir altına 

spektrin qırmızı hissəsinin yalnız 15%-i, sarı və narıncı hissəsi 5%, yaşıl 

4%, mavi və bənövşəyi 3%-i keçir. 

Su biosenozlarının işıqlanma dərəcəsi və keyfiyyəti böyük 

qradiyentə malikdir. Belə ki, təmiz suda 10 m dərinlikdə spektrin 

qırmızı hissəsi yalnız 2, narıncı 8, sarı 32 və göy 75%-i qalır, 500 m 

dərinlikdə isə yalnız bənövşəyi şüalar qalır. 



İŞIĞIN UDULMASI: bax Buger-Lambert qanunu. 

İŞIQSEVƏN BİTKİLƏR, HELİOFİTLƏR  – açıq və günəşli 

yerlərdə bitən bitkilər.  İ.b.-in normal böyüməsi üçün intensiv günəş 

radiasiyası, yaxud süni radiasiya tələb olunur. İ.b. əsasən bitki örtüyü az 

olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf 

edilir.  İ.b.-ə bağayarpağı, suzanbağı, kəkotu, günəbaxan, pambıq, 

qarğıdalı, kalış,  şam, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, 

məryəmnoxudu və s. daxildir. İ.b. bir sıra anatomik, morfoloji və 

fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və 

süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur. 

Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması İ.b.-in xarakterik 

fizioloji xüsusiyyətidir. 

İŞIQSEVƏR ORQANİZMLƏR –  bax: fotofillər. 

İŞLƏNMİŞ QAZLAR – Mühitin biotik komponentlər üçün (ilk 

növbədə insan üçün) avtomobillərin buraxdığı  təhlükəli qazlar (NO

2



CO, qurğuşun, karbohidrogenlər və s.). Kükürd qazı bitkilərdə 



fotosintez prosesini pozur, insanlarda xəstəliyə qarşı dözümlüyü azaldır. 

İYNƏYARPAQLI MEŞƏLƏR – Çılpaqtoxumlu bitkilərin ən geniş 

yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən 

Azərbaycan Respublikasında 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. 

Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

228 


 

Azərbaycanda iki növ şam ağacı bitir: eldar şamı və qarmaqvari şam. 

Kiçik sahələrdə  təbii halda qarmaqvari şam meşələri Kiçik Qafqazda 

Tovuz rayonu ərazisində  Əsrik və  Zəyəm çayları hövzəsində, nisbətən 

geniş sahəsi olan Kəpəz dağında (Göygöl, Maralgölü ətrafı daşlı-qayalı 

yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı 

(Balakənçayı) hövzəsində  dəniz səthindən 800-1000 m yüksəklikdə 10 

ha sahədə bitir. Eldar şamı Azərbaycanın endemik ağac növü olub təbii 

halda yeganə bitmə yeri Qabırrı çayının sağ sahilində Elləroyuğu 

dağıdır (Eldar şamı qoruğu). 

Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında 

Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakəndən 

Şamaxıya qədər) Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, 

Daşkəsən, Gədəbəy) və Talış dağlarında dəniz səthindən 400-1800 metr 

yüksəkliklərdə bitir. 

Respublikamızda  əsasən 6 ardıc növü bitir:  kəsgin iyli 

ardıc,çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıc və 

qazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq 

rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik 

Qafqazda,  Şəmkir, Oxçu, Həkəri çayları hövzələrində yayılmışdır. 

Cırtdan və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp 

zonasının daşlı-qayalı yamaclarında bitir. 



İZOAMPLİTUDALAR – xəritədə bu və ya digər meteoroloji 

kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər. 



İZOANEMON  – küləyin ortaillik sürətinin müxtəlif qiymətini 

göstərən xətt (xəritədə). 



İZOANTLAR  (izo... və yun. anthos – çiçək) – hər hansı bitkinin 

eyni dövrdə çiçəklədiyi məntəqələri birləşdirən izoxətlər (xəritədə). 



İZOBAZLAR – Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya 

çökdüyü bərabər olan nöqtələri xəritədə birləşdirən xətlərdir. Eyni 

qalxma xətlərini birləşdirən xətlərə izoanabazlar, eyni çökmə nöqtələrini 

birləşdirən xətlərə isə izokatabazlar deyilir. 



İZOBATLAR  (izo... və yun. bathis – dərinlik) – su hövzələrinin 

(göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini xəritədə birləşdirən 

xətlər. 

İZOBARLAR  (izo... və yun. baros – ağırlıq)  – xəritədə, müxtəlif 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

229 


 

diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər. 



İZOFENLƏR  – eyni mövsümi hadisə  məntəqələrini birləşdirən 

xətlər. (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni 

tarixləri). 

İZOFİTLƏR  – bitkilərin xəritədə eyni hündürlüklərini göstərən 

xətlər. 


İZOFİTOXRONA  – eyni davamiyyətli vegetasiya mövsümlərini 

birləşdirən xətlər. 



İZOHİDRİKLƏR – eyni qalıqlı hidrogen ionlarını göstərən xətlər. 

İZOXATLAR – küləyin sürəti eyni olan nöqtələri xəritədə 

birləşdirən xətlər. 



İZOXİONLAR (izo... və yun. chin – qar) – xəritədə qar sərhədinin 

yüksəkliyini göstərən izoxətlər. 



İZOGİPSLƏR – yer səthinin dəniz səthindən eyni hündürlükdə olan 

nöqtələrini xəritədə birləşdirən xətlər. 



İZOGİYETLƏR (izo... və yun. hyetos – yağış) – vahid zamanda və 

ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər. 



İZOKOSMLAR – kosmik şüalanma gərginliyinin eyni olduğunu 

xəritədə göstərən xətlər. 



İZOQALİNLƏR (izo... və yun. halinos – duzlu) – okeanlarda eyni 

duzluluğu göstərən nöqtələri birləşdirən xətlər (xəritədə). 



İZOMER  – Yağıntıların aylıq miqdarı eyni olan məntəqələri 

birləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur. 



İZONAQLAR  – su hövzələrində eyni davamiyyətli buz örtüyünü 

göstərən izoxətlər. 



İZONEFLƏR – eyni buludluluq izoxətləri. 

İZOSEYTLƏR – xüsusi xəritələrdə  zəlzələnin eyni gücdə qeyd 

olunduğu yerləri birləşdirən xətlər.   



İZOTERLƏR  – yayın orta temp-u eyni olan yerləri xəritədə 

birləşdirən xətlər. 



İZOTERMİK QAT – 1) yüksəklik artdıqda temperatur dəyişməyən 

istənilən hava qatı: 2) stratosferin ilkin adı. 



İZOTERMLƏR  – iqlim xəritələrində müəyyən vaxt içərisində orta 

temperaturu eyni olan müxtəlif yerləri birləşdirən xətlər.  İ. Orta, illik, 

yanvar və iyul temperaturlarını göstərir.   

İZOTİP – müxtəlif ölkələrdə və ya rayonlarda yayılan heyvan və ya 

bitki növmüxtəlifliyi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

230 


 

İZOTOPLAR (izo... və topos – yer) – kimyəvi elementin bir-birindən 

kütləcə  fərqlənən atomlarının adı. Ekologiya üçün mühüm sayılan 

radioaktiv  İ.-ın çoxu 0,1.... 5 Mev enerjiyə malikdir. Radioaktiv İ-ın 

enerjisi çox olduqca bioloji material üçün potensial zərər (itki) yüksəlir. 



İZOVELA  (izo... və lat. velox – tez hərəkət edən)  – küləyin eyni 

sürətli nöqtələrini birləşdirən xətt. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

231 


 



 

KADASTR  (frans. cadastre)  – rəsmi orqanların, yaxud idarələrin 

siyahısı, reyestri; ora hər hansı obyekt və hadisənin sistemləşdirilmiş 

məlumatların cəmi, onların keyfiyyət və  kəmiyyətləri daxil olur. 

Müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparmaqla 

tərtib olunur. Kadastra həmçinin  müvafiq obyekt və hadisələrin 

istifadəsi, mühafizəsi və s. daxil edilir. Aşağıdakı obyektlər üçün K. 

tərtib olunur: su, torpaq, iqlim, meşə, landşaft, mineral resurslar, tibbi, 

bioloji, xüsusi mühafizə olunan obyektlər və ərazilər, sənaye ovçuluğu, 

rekreasiya və s. 

KAİNAT  – məkan və zamanca sonsuz olan bütün aləm. K. insan 

şüurundan asılı olmayan obyektiv varlıqdır. K. külli miqdarda göy 

cisimlərindən, onların sistemlərindən və göy cisimləri arasındakı seyrək 

maddədən ibarətdir. Qalaktikalar K.-ın müşahidə edilən hissəsindəki 

cisimlərdir. Hər böyük qalaktikada təqr. bir neçə yüz mlrd. ulduz, 

Metaqalaktikada isə  təqr. 100 mln. qalaktika olduğundan, K.-dakı 

ulduzların sayı 10

19

-dan çoxdur. 



KAKTUSKİMİLƏR, KAKTUSLAR –  (Cactaceae) – ikiləpəlilər 

sinfindən çoxillik bitki fəsiləsi. Ağacvarı, kolvarı, lianvarıdır, bəzi 

növləri isə alçaqboylu ağaclardır. Qalınlaşmış, kürə, yaxud yumurtavarı 

silindrşəkilli, bəzən də parçalanmış  ətli-şirəli, yarpaqsız gövdəsi 

fotosintez, transpirasiya və su toplamağa uyğunlaşmış tikan, tükcük və 

ya qılçıqla örtülüdür. Əsasən, Amerikada yayılmış 85 cinsi, 2000-dən 

artıq növü (yarısı Meksikadadır), Afrika, Madaqaskar adaları  və 

Şrilankada, Krımın cənub sahillərində var. Azərbaycanda bir çox növü 

dekorativ bitki kimi ev və oranjeriyalarda becərilir. Toxum, çilik və 

calaqla çoxaldılır. 



KALLOİDLƏR  – mayedə asılı  və  səpilən vəziyyətdə ölçüsü 1 

mkm-dək olan hissəciklər. 



KALORİ  – istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1

°C 


qızdırmaq üçün sərf olunan istilik miqdarı K. götürülür. Beynəlxalq kkal 

kimi beynəlxalq kvt. saatın 

861

1    -i götürülür. Beynəlxalq vahidlər 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

226 


 

sistemində istilik  vahidi couldur. 1 kal = 4,1868 C, 20 dərəcəli K = 

4,181 C.K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin 

olunmuşdur. 



KALSEFİTLƏR (lat. calcis) – əhənglə zəngin olan, yəni karbonatlı 

torpaqlara üstünlük verən bitkilər. Məsələn, qaraçöhrə, çoxmeyvəli 

ardıc, dəmirqara və s. Turş torpaqlarda bu bitkilər ehtimal ki, dəmirin, 

marqansın və alüminiumun sərbəst ionlarından zərər çəkirlər. 



KALSEFOBLAR  –  əhəngli, karbonatlı torpaqlardan çəkinən 

(qorxan) bitkilər.  Əsl K. torpaqda NCO

3–

  və Ca


2+

 olduqda köklərində 

çoxlu birləşmələr əmələ gətirir, onlar bitkinin inkişafına mane olur. K.-a 

torf mamırları, şabalıd ağacı və s. aiddir. 



KANAL  (lat. kanalis – boru)  – Hidrotexnikada – suyun basqınsız 

hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan 

asılı olaraq gəmiçilik K-ı, energetika K-ı, suvarma K-ı və s. növləri var. 

Gəmiçilik K-ı  dəniz, göl və  gəmi üzən çayları birləşdirmək, gəmi 

hərəkətini asanlaşdırmaq, su yollarını  qısaltmaq və s. məqsədlərlə 

çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları 

komplekslərinə daxildir. Suvarma K-ları  əkin yerlərinin suvarılması 

üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı 

Şirvan kanalı. K-ların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, 

yarımdairə  və s. şəklində olur. Axın və dalğa təsirindən K. dibinin 

yuyulmasını, suyun torpağa hopmasını azaltmaq (K-ın suburaxma 

qabiliyyətini çoxaltmaq) üçün müxtəlif üzlük materiallarından (məs. 

beton, dəmir-beton) istifadə olunur. 

KANALBOYU MEŞƏ ZOLAQLARI – suyun buxarlanmaya 

sərfini azaltmaq məqsədilə magistral, təsərrüfatarası suvarma kanalları 

boyu lent (zolaq) şəkilli meşəliklər salınır. K.m.z. həm də kanalın 

istismar  şəraitini və  ərazinin hidroloji rejimini yaxşılaşdırır. Meşə 

zolaqlarında istifadə olunan ağac və kol cinslərinin tərkibi  ərazinin 

torpaq – iqlim şəraiti ilə müəyyənləşdirilir. Məs. qrunt suyu səthə yaxın 

yerləşən sahələrdə rütubətsevər ağac cinsləri (qovaq, söyüd, çinar, iydə), 

duzlu torpaqlarda çəhrayı maklyura, yulğun, yapon saforası və s. əkilir. 

K.m.z. kanal istismara veriləndən bir il sonra salınır. 

KANALİZASİYA  – çirklənmiş suların yaşayış  məntəqələri və 

sənaye müəssisələrindən kənara axıdılması, həmçinin tullanmadan əvvəl 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

227 


 

təmizlənib zərərsizləşdirilməsini təmin edən mühəndis qurğuları, 

avadanlığı və sanitariya tədbirləri kompleksi. K. çəkilişinin qədim tarixi 

var. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanın orta əsr şəhərlərində 

(Beyləqan, Qəbələ  və s.) Kürbənd qalıqlarının aşkar edilməsi, K.-dan 

geniş istifadə olunduğunu göstərir. Lahıc, Baskal və s. dağ kəndlərində 

sal daşdan düzəldilmiş orta əsr kürbənd sistemlərindən indi də istifadə 

olunur. 


KANSEROGEN MADDƏLƏR  –  (lat. kancer – xərçəng) 

orqanizmə təsir etdikdə xərçəng və başqa şişlər əmələ gətirən müxtəlif 

kimyəvi birləşmələr. 

KANYON  –  (isp. canon- boru, dərə) – dərin və dik yamaclı dar 

dərə, çox hallarda çöküntü süxurları üfqi yatmış və ya lava ilə örtülmüş 

quru iqlimi olan platolarda əmələ  gəlir. K. bir qayda olaraq eroziya 

mənşəli olub dibindən çay və ya su axır. K. şimali Amerikanın arid 

iqlimli dağlıq vilayətləri üçün səciyyəvidir. Şimali Amerikada Kolorado 

çayında Böyük K.-un uzunluğu 380 km, dərinliyi 1800 m-ə çatır. 

Azərbaycanda Zarıslı çayında (Daşaltı K.-nu) da K.var. 

KAPROFOQLAR – digər heyvanların ekskrementləri ilə qidalanan 

(qismən özününki ilə də) orqanizmlər K. əksəriyyəti həşaratlardır. 



KARANTİN  (ital. Guaranta qiorin – qırx gün)  – infeksion 

xəstəliklərin epidemik ocaqlardan yayılmasının qarşısını alan, habelə 

infeksiya ocaqlarını  məhv edən inzibati sanitariya və tibbi sanitariya 

tədbirləri kompleksi. Respublikamızda taun, vəba, təbii çiçək, sarı 

qızdırma, malyariya, qarayara, dabaq, brüselyoz, saqqo və quduzluğun 

yayılmasının qarşısını almağa yönəldilmiş sanitariya qaydaları 

mövcuddur. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling