Ekoloji LÜĞƏt a


MODİFİKASİYALAR (biologiyada)


Download 3.98 Mb.
Pdf ko'rish
bet39/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

MODİFİKASİYALAR (biologiyada) – xarici mühitin 

dəyişilməsinin təsirindən orqanizm əlamətlərinin (fenotipinin) qeyri-irsi 

dəyişiklikləri. M.-ı törədən xarici mühit amilləri (temperatur, işıq, qida 

rejimi və s.) orqanizmin daxili mühitinə (məs. hormonlar səviyyəsində) 

təsir etməklə ontogenezin gedişini dəyişir. M. mühit amilinin 

dəyişilməsinə qarşı bir qayda olaraq orqanizmin adaptiv reaksiyası kimi 

meydana çıxır. Məs. göl oxyarpağının yarpaq forması onun yerləşdiyi 

yerdən asılıdır: sudan yuxarıda yarpaqlar oxvarı, suyun səthində 

ürəkvari, suyun altında isə lentşəkilli olur. Bəzən qeyri-adaptiv M. 

eybəcərlik  şəklində meydana çıxır. Mutasiyadan fərqli olaraq M. nəslə 

keçmir, yalnız onu törədən amilin təsirinə  məruz qalan orqanizmlərdə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

318 


 

təzahür edir. 



MODİFİKATORLAR (lat. modifico - dəyişdirirəm) – orqanizmdə 

struktur – funksional dəyişikliklərə  səbəb olan ətraf mühit faktorları 

(bəzi kimyəvi pestisidlər, ağır metallar və s.). 

MOZAİKLİK  (ital. Mosaico, Lat. misivum – muzalara ithaf 

edilmiş)  – botaniki ədəbiyyatlarda mozaiklik müxtəlif cür adlandırılır. 

Məsələn: mikrofitosenoz (Lavrenko, 1959), mikroassosiasiya 

(Qrosheym, 1929), mikroqruplaşma (Yaroşenko, 1961). Bitkiliyi əmələ 

gətirən xırda sahələr bitki örtüyünün quruluş xüsusiyyətlərinə görə 

fərqlənir və mikrosenozlar əmələ  gətirir. Fitosenozların eyni quruluşda 

olması onların daha xırda quruluşda ayrılması mozaiklik adlanır. 

Mozaikliyin olması müxtəlif səbəblərlə bağlıdır.  İnsan fəaliyyətinin 

nəticəsində də mozaiklik yarana bilir.  



MOLEKULYAR BİOLOGİYA  (lat. moles – kütləvi Cula – 

kiçiltmə  şəkilçisi)  – bioloji obyekt və sistemləri molekulyar səviyyədə 

öyrənməklə  həyat fəaliyyəti hadisələrinin təbiətini aydınlaşdıran elm. 

İrsiyyət, çoxalma, böyümə, inkişaf, oyanma, qıcıqlanma, enerjinin 

çevrilməsi, yaddaş  və s. əlamətlərin bioloji vacib molekulların quruluş 

və xassələri ilə necə və nə dərəcədə əlaqədar olmasını müəyyən etmək 

M.b.-nın başlıca vəzifəsidir. M.b. genetika, biokimya, fiziologiya 

elmlərinin ilkin məlumatları  əsasında inkişaf tapmış  və biofizika, 

bioüzvi kimya, biokimya ilə əlaqədə olan elm sahəsidir. 



MOLİSMOLOGİYA  (yun. molysma – çirkab və loqiya)  –tətbiqi 

ekologiyanın bölməsi; ətraf mühitin çirklənməsi problemləri ilə məşğul 

olur. Termin M.Fonten (1972) tərəfindən irəli sürülüb “miazmologiya” 

termininə yaxındır. 



MONİTORİNQ (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət 

edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi 

üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və 

eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən 

hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. M. antropogen 

təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin 

dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. M.-in 

vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının 

azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

319 


 

vaxtında aşkar etməkdir. 

Ekosistemin miqyasına görə lokal M., regional M. və qlobal M. 

ayrılır.  İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı 

bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: 

Regional M.-də  əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki 

qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, 

quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal M.-də geniş 

ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları 

(həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. 

M. sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir. 

Ətraf mühitin çirklənməsinin öyrənilməsində də M. intensiv inkişaf edir. 



Bioloji monitorinq – təbii mühitin müşahidə elementi kimi onun 

biotası götürülür. 



Genetik monitorinq – bu monitorinqdə müxtəlif populyasiyaların 

genetik əlamətləri müşahidə olunur. 



Geofiziki monitorinq – bu monitorinqdə təbii mühit elementlərinin 

bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır. 



Beynəlxalq monitorinq –  əraziləri eyni mənbədən eyni tipli 

çirkləndiricilərin təsirinə məruz qalan dövlətlərin apardığı monitorinq. 



Milli monitorinq – yalnız bir dövlətin çərçivəsində  və marağında 

həyata keçirilən monitorinq. 



Ekoloji monitorinq – təbii mühitin müşahidə elementi kimi 

ekosistem götürülür.  



MONODOMİNANT EKOSİSTEM  (yun. monos - bir)  – bir 

produsent növündən ibarət ekosistem. 



MONOFAQLAR – yalnız bir eyni  bitki və ya heyvanın biokütləsi, 

yaxud ölü kütləsi ilə qidalanan heyvanlar (orqanizmlər). Monofaqların 

trofik əlaqələri olduqca davamlı olub əsasən dözümlü ekosistemlərdə, o 

cümlədən səhra iqlimində yayılmışdır. Məs. ipəkqurdu yalnız tut 

yarpağı ilə qidalanır. 

MONOFİLİYA  – müəyyən qrup orqanizmin ümumi əcdaddan 

əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. 



MONOKARP BİTKİLƏR – bir dəfə çiçək açıb, meyvə verdikdən 

sonra məhv olan bitkilər. Bütün birillik və ikiillik bitkilər, çoxillik 

bitkilərdən aqava, bambuk və palmanın bəzi növləri M.b.-ə aiddir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

320 


 

MONOKLİMAKS KONSEPSİYASI  – bu konsepsiyaya görə 

istənilən təbii zonada yalnız bir klimaks mümkündür, onun 

istiqamətində yavaş getsə də bütün qruplaşmalar inkişaf edir. 

MONOKULTURA – təsərrüfatda becərilən yeganə kənd təsərrüfatı 

bitkisi; bir tarlada eyni bitkinin və ya eyni növün növbəli  əkin sistemi 

nəzərə alınmadan uzun müddət (illər boyu) becərilməsi. Bir qayda 

olaraq M. mənfi ekoloji və iqtisadi nəticələrə səbəb olur. 



MONOQAMİYA (heyvanlarda) (yun. gamos - evlilik) – erkək və 

dişi cinslər arasında  əlaqə. Vəhşi qazlarda M. bir mövsüm,bəzi 

ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s. adətən bir 

mövsüm, meymunlarda isə bir neçə il davam edir. 



MORENLƏR  (fr. moraine)  – buzlağın gətirdiyi və çökdürdüyü 

süxur qırıntılarıdır. M. iki qrupa bölünür: hərəkətdə olan M. və çökmüş 

M. Dağ buzlaqlarında hərəkətdə olan M. üst, daxili və dib M.-nə 

bölünür. Üst M. dərənin yamaclarında buzlağın üstünə tökülən süxur 

qırıntılarıdır. Adətən üst M. buzlaq dilinin yanlarında toplanır və yan M. 

adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan M.-i birləşib 

aşağıda, buzlaq dilinin ortasında orta M. əmələ gətirir. Buzlağın üstünə 

tökülmüş  qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və 

daxili M. əmələ gətirir. 

Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış 

qırıntılardan dib M. əmələ  gəlir. Çökülmüş M. buzlaqlar çəkildikdən 

sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş 

moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında, 

buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr 

xüsusi yer tutur və onlar uc M. adlanır. Moren materiallarının qeyri-

bərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaq-

hündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi 

və ya moren landşaftı deyilir. 



MORFOGENEZ  ONTOGENEZ  və ya filogenez nəticəsində 

orqanizmlərdə morfoloji quruluşun inkişafı prosesi. 



MORFOİQLİM ZONASI – relyefəmələgətirən proseslərin 

xüsusiyyətinə görə ayrılan təbii zona. 



MORFOLOGİYA (bitki və heyvan) – bitki və heyvan 

orqanizmlərinin forma və quruluşu haqqında elm. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

321 


 

MORFOLOJİ EKOLOGİYA  – ekologiyanın bölməsi olub 

orqanizmin məskunlaşma yerinin şəraitindən asılı olaraq orqan və onun 

strukturunun quruluşu qanunauyğunluqlarını öyrənir. 

MORFOZLAR  (yun. Morphe - forma)  – nəsli dəyişkənlik 

(modifikasiya) olmayıb, xarici mühitin həmin növ üçün ekstremal və ya 

adi olmayan faktorlar ilə (şüalanma, kimyəvi maddələrin təsiri və s.) baş 

verən dəyişkənlik. Növ üçün xarakterik olmayan eybəcərlik sayılır. 



MORFOKLİMAKS  – relyef və onun inkişafından asılı olan 

klimaks. 



MÖVSÜM  – ilin bir neçə ay davam edən hissəsi. Astronomik, 

sinoptik, iqlim, yaxud fenoloji əlamətlərə görə ayrılır. Sinoptik M.-lərin 

başlama vaxtı çox müxtəlifdir. Bəzən ili isti və soyuq M.-lərə bölürlər. 

İqlimşünaslıqda M.-lərin sayı  və vaxtı astronomik M.-lərlə uyğun 

gəlmir. Mülayim qurşaqda iqlim M.-ləri (qış, yaz, yay, payız),  əsasən 

termik əlamətlərə, tropik iqlimdə isə rütubətlənməyə (quru və rütubətli 

M.-lər) görə ayrılır. 

MÖVSÜMİ DONUŞLUQ  – ilin soyuq dövründə torpağın və 

süxurun donması. 



MÖVSÜMİ  RİTMLƏR  – Fitosenozu əmələ  gətirən növlərin 

fenoloji fazaların  əvəz olunduqca mövsümi dəyişgənliklərə  uğrayır. 

Bax: Aspekt. 

MULÇA  – kənd təsərrüfatında mulçalamaq məqsədilə istifadə 

olunan üzvi və qeyri-üzvi mənşəli materiallar. 



MULÇALAMAQ  – torpaqdan buxarlanmanı  zəiflətmək, onun 

temperaturunu nizamlamaq, torpaq strukturunu dağılmaqdan qorumaq 

və alaq otlarının cücərtilərilə mübarizə aparmaq məqsədilə torpaq 

səthinin müxtəlif materiallarla (mulça ilə) örtülməsi. M. məqsədilə 

mulça kağızı, tol, karton, xırda peyin, saman, daş  qırıqları  və s.-dən 

istifadə edilir. 



MUMİYA, MUMİYƏ  – qaya və dağ çatlarından sızan bioloji 

mənşəli, qatranaoxşar, balzam iyli təbii maddə. Himalay dağlarında, 

Ərəbistan,  İran,Birma, Orta Asiya, Qafqaz, Sibir və başqa ölkələrdə 

təsadüf edilir. Tərkibində çoxlu üzvi və qeyri-üzvi maddə, hippur və 

benzoy turşuları, aminturşular, qatran, mum, kitrə və bitki qalıqları olur. 

2000-ildən artıqdır ki, xalq təbabətində istifadə edilir. Azərbaycan xalq 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

322 


 

təbabətində də M.-nın müalicəvi xassələri hələ qədimlərdən məlum idi. 

M. sümük toxumalarının regenerasiyasını gücləndirir, vərəm, astma, 

bəzi yaralar və s.-nin müalicəsində  işlədilir. Meyitlərin və müqəddəs 

heyvanların cəsədlərinin mumiyalanması  Qədim Misirdə geniş 

yayılmışdır. Pazırık kurqanlarında (Altay) e.ə 5-4 əsrlərdən qalan 

mumiyalanmış meyitlər aşkar edilmişdir. 

MUSSON  (frans. Mousson – mövsümi külək)  – ildə iki dəfə bir-

birinə qarşı öz istiqamətini dəyişən hava axını. M.-un dəyişməsi ilə 

əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, 

yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. 



MUTAGEN FAKTORU –bilavastə və ya vasitəli genetik mutasiya 

əmələ gətirən faktor. 



MUTAGENEZ  – irsi dəyişkənliklərin yaranması prosesi; fiziki, 

kimyəvi (süni) və  təbii (sponton) amillərlə meydana gəlir.  İonlaşdırıcı 

şüaların mutagen təsirinin öyrənilməsi göstərmişdir ki, bütün tədqiq 

olunan müxtəlif orqanizmlərdə onlar çoxlu miqdarda gen mutasiyalar və 

xromosom dəyişilmələri  əmələ  gətirir ki, bu da yəni indiksion 

mutasiyaların tezliyi əsas etibarilə radiasiyanın dozasından asılıdır. 

İonlaşdırıcı  şüalar gen mutasiyaların tezliyinə nisbətən xromosom 

dəyişilmələri spontan arasında olduğundan xeyli çoxdur. Fiziki 

mutagenlərə ionlaşdırıcı şüalardan başqa ultrabənövşəyi şüalar da aiddir. 

Bu  şüalar atomları ionlaşdırmır, onların yalnız elektron təbəqələrini 

oyadır və hüceyrədə kimyəvi reaksiyalar yaradır ki, bunun da 

nəticəsində mutasiya törəyir. Kimyəvi mutagenlər üçün də gen 

mutasiyaları  və xromosom dəyişilmələri törətmək xarakterikdir. Süni 

yolla mutasiya törətməyin üsullarının işlənməsi mutagenləri tətbiq 

etməklə seleksiyanı xeyli sürətləndirmək imkanları açmışdır ki, bu da 

seleksiyaçıya seçmə üçün başlanğıc material verir; bir çox yüksək 

məhsuldar kənd təsərrüfatı bitki sortları, qiymətli mikroorqanizm 

ştampları yaradılmışdır. Bu məqsədlə seleksiyada kimyəvi mutagenlər 

və supermutagenlər böyük müvəfəqiyyətlə  tətbiq edilir. Bitkilərin 

seleksiyasında süni yolla salınmış poliploid mutasiyalardan istifadə 

olunur. 

MUTAGENLƏR  – irsi dəyişkənliklər (mutasiyalar) yaradan fiziki 

və kimyəvi amillər  ətraf mühitin antropogen çirklənməsi nəticəsində 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

323 


 

çoxlu miqdarda M. toplanır. M.-rə bir çox pestisidlər, azot gübrələri 

(nitritlər), ağır metallar, bəzi dərmanlar, radioaktiv maddələr, viruslar, 

bakteriyalar və s. aiddir. 



MUTALİZM  – müxtəlif növdən olan iki orqanizmin uzun müddət 

qarşılıqlı faydalı birgə yaşaması. 



MUTANTLAR  – dəyişkənlik nəticəsində meydana gələn və  hər 

hansı  əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə  dəyişmiş 

orqanizm formaları. M. təbii seçmədə ilk material sayılır. 

Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin 

həllində mutantlardan geniş istifadə edilir. 

MUTASİYALAR  (lat. mutatio - dəyişmə)  – genetik aparatda 

genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların 

sayının və quruluşunun dəyişilməsini birləşdirməklə  qəflətən başverən 

davamlı (sabit) dəyişkənliklər. Generativ hüceyrələrdə baş verən M. 

(generativ M.) irsən nəslə keçir, çoxalmada iştirak etməyən bədən 

hüceyrələrində  əmələ  gələn M. (somatik M.) genetik alabəzəkliyə 

(mozaikliyə) səbəb olur. M. orqanizmin morfoloji, fizioloji və 

biokimyəvi  əlamətlərinə toxunur. M.-ı adətən fenotipə görə deyil, 

genetik aparatın dəyişilmə xarakterinə görə  təsnifləşdirirlər. Bu 

baxımdan M.-ı aşağıdakı tiplərə ayırırlar:          1) Xromosom sayının 

dəyişilməsi, yaxud genom M-ı; 2) ayrı-ayrı xromosom sayının 

dəyişilməsi, yaxud aneuploidiya; 3) Xromosom yerdəyişmələri (yaxud 

seqment M.-ı); 4) Gen yaxud nöqtəvi M.-ı. Hər bir növ üçün müəyyən 

xromosom yığımı xarakterikdir. 



MÜBADİLƏ REAKSİYASI  – torpaqda və suda gedən ionların 

mübadiləsi reaksiyası. Maddələr məhlulu ilə orqanizmlər (xüsusilə 

onların kökləri), həmçinin torpaq məhlulu ilə torpağın bərk hissəcikləri 

(mikroaqreqatları) arasında ilk vəziyyətinə qayıtmaq prosesidir. 

Torpaqəmələgəlmə prosesində 

və orqanizmlərin maddələr 

mübadiləsində böyük əhəmiyyəti vardır. 

MÜHAFİZƏ OLUNAN LANDŞAFT – bəzi və ya bütün təsərrüfat 

işləri qaydaya salınan, yaxud qadağan olunan landşaft. 



MÜHAFİZƏ OLUNAN TƏBİİ OBYEKTLƏRİN KADASTRI – 

mühafizə  əhəmiyyəti olan bütün ərazilərin və obyektlərin 

sistemləşdirilmiş  məlumatlarının məcmusu. Bura əsas kadastr 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

324 


 

göstəriciləri, həmçinin onların ayrıldığı tarix, obyektin mühafizə olunma 

dərəcəsi və s. göstərilir. 

MÜHAFİZƏ REAKSİYASI – orqanizmin hərəkətedici, optik, səs, 

mexaniki, kimyəvi mexanizmi ilə özünü düşməndən və  ətraf mühitin 

mənfi təsirindən müdafiə etməsi. 

MÜHAFİZƏ ZONALARI – qoruq əraziləri  ətrafında yaradılır. 

M.z. insanın təsərrüfat və texniki fəaliyyətinin qoruğa daxil olmasının 

qarşısını alır. Respublikamızın qoruqlarının  əksəriyyətində belə M.z. 

yoxdur. 


MÜHİT – bax: ətraf mühit. 

MÜHİT HORMONLARI – metabolitlər, xarici hormonlar, 

ekzokrinlər-orqanizmlərin fəaliyyəti prosesində, həmçinin heyvan, bitki 

və mikroorqanizmlərin parçalanması (çürüməsi) nəticəsində  ətraf 

mühitə ayrılan üzvi maddələr. Bu maddələr ətraf mühit vasitəsilə canlı 

sistemə korelyativ təsir göstərir. 

MÜHİT REJİMİ (biosenozun) – qruplaşmanın yeri və  şəraitinin 

fiziki-kimyəvi faktorları. L.Q.Ramenskiyə (1938) görə fizioloji təsir 

edən M.R. (atmosferdə-işıq, istilik, qaz və havanın nəmliyi; torpaqda –

su, istilik, torpaq – hava rejimi və torpaq məhlulunun rejimi) və entopik 

şərait (relyef, torpağın mexaniki tərkibi, yağmurlar, havanın hərəkəti və 

s.). 


MÜHİTİN AKTİV REAKSİYASI, HİDROGEN GÖSTƏRİCİSİ 

– mühitdə (torpaq, su) hidrogen ionlarının qatılığı; pH, pH 7 olduqda 

mühit neytral, 7-dən aşağı turş, 7-dən yuxarı qələvi hesab olunur. M.a.r. 

– ən əsas abiotik faktor sayılır. 



MÜHİTİN ANTROPOGEN AMİLLƏRİ  – bilavasitə  və vasitəli 

ola bilər. Təbiətdə insanın bilavasitə  təsirinə misal olaraq geniş 

ərazilərdə meşələrin yox edilməsi, ovluq heyvanların hədsiz məhv 

edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, 

bir çox hallarda isə tamamilə  sıradan çıxmasına səbəb olur. Vasitəli 

antropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və 

kimyəvi tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir. 

Mühitin sənaye və  məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji ta-

razlığın pozulmasına, minillərlə  təkamül olunaraq yaranmış 

biosenozların (orqanizm qruplaşmalarının) deqredasiyasına səbəb olur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

325 


 

İnsanların torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin 

yerində  mədəni bitkilər və ev heyvanları üçün praktiki cəhətdən yeni 

mühit, orqanizmlərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı. 

Torpaqların intensiv şumlanması  və  hədsiz mal-qara otarılması, 

suqoruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları 

ağır vəziyyətə saldı, su və külək eroziyasını gücləndirdi, çayların 

suyunu azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir 

göstərmədiyi sahəyə  çətin rast gəlmək olar. İnsanın təbiətə göstərdiyi 

böyük təsir və onun mənfi nəticələri bəşəriyyətin qarşısında biosferin 

sərvətlərinin qorunub saxlanması  və ondan səmərəli istifadə olunması 

üzrə elmi cəhətdən  əsaslanmış  tədbirlərin həyata keçirməsi vacibliyini 

irəli sürdü. 

MÜHİTİN ÇİRKLƏNDİRİLMƏSİ  – mümkün normadan yuxarı 

dərəcədə istehsalın  əlavə  məhsulları ilə xarici mühitin dəyişməsi. 

Çirkləndirici elementlərə  bərk, maye və qazşəkilli maddələr, zərərli 

radiasiya və  səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, 

kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı 

ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi 

maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, 

sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən 

maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin 

yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət 

olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. 

Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. 



MÜHİTİN ÇİRKLƏNMƏSİNDƏN VURULAN ZİYAN  –həyat 

mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan 

(bilavasitə  və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini 

ləğv etmək üçün çəkilən  əlavə  xərc nəzərə alınmaqla). Həmçinin 

əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların  əmək 

fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır. 



MÜHİTİN DEQRADASİYASI  – təbii və antropogen mühitin 

vəziyyətinin pisləşməsi və ya dağılması. M.d. onun canlı (biotik) 

komponentlərinin deqradasiyasına səbəb olur. 

MÜHİTİN ELEMENTİ  – mühitin mühityaradan və ya ekoloji 

komponenti. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

326 


 

MÜHİTİN KEYFİYYƏT İNDEKSİ – insan və digər orqanizmlərin 

həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. M.k.i. 

canlı orqanizmlərin vəziyyətinə görə (məs.  əhalinin xəstələnmə 

dərəcəsinə görə) və ya orqanizmə  təsir göstərən  əlverişsiz faktorların 

cəmini tapmaqla (çirkləndiricilərin zərərlilik dərəcəsini nəzərə alaraq 

müxtəlif çirklənmə növləri və YVÇ) (yol verilən çirklənmə).    



MÜHİTİN MUTAGEN AMİLLƏRİ  – mutasiya əmələ  gətirən 

amillər. Radiasiya amilləri (ionlaşdırıcı şüalanma) ən çox mutagen təsir 

göstərib nəsildə eybəcərlik, sonsuzluq, nəsli xəstəliklərin yaranmasına 

səbəb olur. Kimyəvi amillər də böyük təsirə malikdir. 



MÜHİTİN ÖZÜNÜTƏMİZLƏMƏSİ  –  ətraf mühiti çirkləndirən 

maddələrin arası  kəsilmədən istifadəsi və  zərərsizləşdirilməsi prosesi. 

Bu  ən çox ətraf mühiti çirkləndirən maddələrin düzənliklərə  və su 

hövzələrinə aparılması, həmçinin ekosistemlərin trofik kanalları  və 

orqanizmlərin minerallaşması ilə baş verir. Əsrimizin ortalarından sonra 

mühitin özünütəmizləməsi onun çirklənmədən təmizlənməsini təmin edə 

bilmir. Ona görə  ətraf mühitin dəqiq monitorinqi və qlobal mühafizəsi 

sisteminin vacibliyi meydana çıxır. 



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling