Ekoloji LÜĞƏt a


POLİSENOZ  – tərkibində çoxlu miqdarda növ olan qruplaşma  (məs. tropik meşələr).  POLİTSİKLİK NÖV


Download 3.98 Mb.
Pdf ko'rish
bet43/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

POLİSENOZ  – tərkibində çoxlu miqdarda növ olan qruplaşma 

(məs. tropik meşələr). 



POLİTSİKLİK NÖV – fərdləri ildə bir neçə dəfə artan növ. 

POLİURETAN – ən bərk plastmas sayılan sintetik polimer. P. insan 

həyatı üçün təhlükəli deyil, lakin onun istehsalı zamanı çox toksik 

məhsullardan, o cümlədən fosgendən (güclü zəhərli qaz COCl

2

) istifadə 



olunur. 

POLİVİNİL XLORİD (PVX) – polietilendən sonra məişətdə  ən 

geniş istifadə olunan sintetik polimerdir. PVX-dən boru, pəncərə 

çərçivəsi, jalyuzlar, döşəmə üçün qablamalar, oyuncaqlar və s. 

hazırlanır.  Ərzaq qablamada PVX-dən istifadə olunması  məsləhət 

görülmür. PVX-dən hazırlanmış məmulatların zibilyandıran zavodlarda 

yandırılması xüsusilə təhlükəlidir, çünki bu zaman onun tərkibində olan 

dioksinlər, hidrogen-xlorid, ağır metalların uçucu birləşmələri atmosferə 

atılır. PVX məmulatlarını həyətdə, bağda yandırmaq da təhlükəli sayılır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

359 


 

Almaniyada PVX-dən istifadə olunması artıq dayandırılmışdır.  



POLİVOLTİNLİK  – heyvanların (adətən cücülərin) il ərzində bir 

neçə nəsil vermə xüsusiyyəti (ev milçəyi, qara yonca milçəyi və s.). 



POYKİLOHİQROFİTLƏR  (yun. poikilas - müxtəlif)  Havada-

quru vəziyyətinə  qədər quruyaraq həyat qabiliyyətini itirməyən və tez 

bir vaxtda rütubətlə doyub anabiozdan çıxmaq qabiliyyətinə malik 

sporlu bitkilər (yosunlar, şibyələr). 



POYKİLOKSEROFİTLƏR – İlin quraqlıq dövründə yarpaqlarının 

xeyli susuzlaşmasına davam gətirmək qabiliyyətinə malik olan ali 

bitkilər. 

POYKİLOTERM HEYVANLAR – soyuqqanlı heyvanlar, 

ektoterm heyvanlar, bədəninin temperaturu ətraf mühitin 

temperaturundan asılı olan və xarici fiziki-kimyəvi mexanizmi ilə 

nizamlanan heyvanlar. Onlara bütün onurğasız heyvanlar, balıqlar, suda-

quruda yaşayanlar və sürünənlər aiddir. 

POZULMUŞ LANDŞAFT  – təbii resursların səmərəsiz istifadəsi 

nəticəsində yaranan antropogen landşaft tipi. 



POZULMUŞ TORPAQLAR –  İnsanın istehsal fəaliyyəti 

nəticəsində torpağın təsərrüfat  əhəmiyyətini itirməsi, torpaq, bitki 

örtüyünün hidroloji rejiminin pozulması  və texnogen relyefin əmələ 

gəlməsi ilə əlaqədar ətraf mühitə mənfi təsir mənbəyi sayılır. 



POLİSENOTİK POPULYASİYA  – Bir biosenozdan başqasına 

aktiv yerdəyişən (hərəkət edən) heyvan populyasiyası. Məs. dırnaqlı 

heyvanlar, yırtıcılar, köçəri quşlar, köçəri heyvanlar. 

POPULYASİYA, ekologiyada (lat. populus – xalq, əhali) – 

müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəra-

itində uzun müddət sayını  tənzim edə bilən hər hansı növün fərdlər 

qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər 

çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının 

(cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də P.-sı vardır. P.-nın 

mühüm xüsusiyyəti fərdlərlə  tənzim olunmasıdır. P. daxilində  ərazi və 

qida  əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin 

genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması 

P.-da davamlı struktur yaradır. P.-ya daxil olan fərdlərin sayı çox dəyişə 

bildiyi üçün onun strukturu dinamikdir. Buna görə  də P.-nın tutduğu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

360 


 

sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə P.-nın 

ən çox əlverişli sayına onun homeostazı deyilir. P. öz sıxlığını 

tənzimləməklə növün nəslini qoruyub saxlayır. P-lar sayına və 

strukturuna təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə 

çevrilir. Beləliklə, ayrı-ayrı  fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə 

nisbətən P.-nın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu P. 

birləşdirən növün uyğunlaşma imkanı isə daha çoxdur. 



POPULYASİYA AREALI – populyasiya yayılan  ərazi 

(akvatoriya). Növün biologiyasından və mövsümdən asılı olaraq P.a. 

dəyişir-genişlənir və ya daralır. P.a. miqrasiya zamanı xeyli genişlənir. 

POPULYASİYA ARTIMININ SÜRƏTİ  – vahid zamanda 

populyasiyanın artımı: 

ΔN/Δt. Burada N populyasiyanın ölçüsü (sayı), t 

– vaxt. 


POPULYASİYA BİOLOGİYASI  – ümumi biologiyanın bölməsi: 

populyasiyaların kompleks öyrənilməsi ilə məşğul olur (ümumi bioloji, 

demoqrafik, ekoloji, genetik və s. nöqteyi nəzərindən). 

POPULYASİYA EKOLOGİYASI – bax: ekologiya. 

POPULYASİYA DALĞALARI – termin N.V.Timofeyev-Resovski 

(1928) tərəfindən təklif olunmuşdur, populyasiya fərdlərinin biotik və 

abiotik mühitin müxtəlif faktorlarının təsiri altında sayının dəyişməsini 

göstərir. S.S.Çetverikova (1909) görə «həyat dalğaları”» adlanır. P.d. 

bütün növlər üçün səciyyəvidir və müəyyən təkamül  əhəmiyyəti kəsb 

edir, belə ki, hər hansı bir populyasiyanın sayının kəskin azalması 

zamanı onlardan canlı qalan fərdlər özlərini nadir genotip kimi göstərə 

bilər. Sonralar həmin populyasiyanın sayının bərpa olunması sağ qalan 

fərdlərin hesabına gedir, bu isə genin, deməli genefondun sıxlığının 

dəyişməsinə səbəb olur. 



POPULYASİYA GENETİKASI 

– genetikanın təbii 

populyasiyaların genetik tərkibini, genetik dinamikasını öyrənən 

bölməsi. 



POPULYASİYA PARTLAYIŞI –  Hər hansı bir növün fərdlərinin 

sayının (sıxlığının) qəflətən kəskin artması  və qarşısının alınması 

mümkün olmaması. Bir çox növlər üçün (gəmiricilər, cücülər) P.p. 

növün dalğavari xarakter daşıya bilər. P.p. növün introduksiyası zamanı 

da baş verə bilər (məs. Avstraliyada kroliklərin, SNQ dövlətləri 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

361 


 

ərazisində amerika ağcaqayınının, Azərbaycanda yenotun artması). 



POPULYASİYA SİSTEMATİKASI  – sistematikanın bölməsi: bir 

növə aid olan populyasiyaları və onların müqayisəsini öyrənir. P.s.-nın 

nəzəri nöqtəyincə  təbiətdə bütün orqanizmlər bu və ya digər 

populyasiyaların nümayəndələridir. 



POPULYASİYANIN ARTIMI – müəyyən vaxt müddətinin 

başlanğıcı  və sonunda populyasiyanın ölçüləri arasındakı  fərq: bu fərq 

müsbət və mənfi ola bilər. 

POPULYASİYANIN BUFERLİYİ  – mühitin əlverişsizliyi 

şəraitində populyasiyanın itkiyə müqavimət göstərməsi qabiliyyəti. 



POPULYASİYANIN BÜTÖVLÜK (TAMLIQ) NƏZƏRİYYƏSİ 

–Y.Odumun (1975) nəzəriyyəsi olub ona görə populyasiya real bioloji 

vahid olub müəyyən bioloji konstanta və müəyyən dəyişmə  səddinə 

malikdir. 



POPULYASİYANIN DEMOQRAFİK STRUKTURU – 

populyasiyanın hər növ üçün spesifik genetik strukturu. P.d.s.-a yaş və 

cins strukturu daxildir. Yaş strukturu həm doğum, həm də ölümə  təsir 

göstərir. 



POPULYASİYANIN  İDARƏ OLUNMASI – populyasiyanın 

tərkibindən sayına, morfoloji və davranış  əlamətlərinə görə arzu 

olunmaz fərdlərin kənar edilməsi yolu ilə sayının, cinsi və yaş tərkibinin 

süni nizamlanması. 



POPULYASİYANIN  İNTEQRASİYASI  – qida, sahə  və digər 

qarşılıqlı  əlaqələrinin sıx bağlılığı  əsasında populyasiyaların vahid 

ekosistemdə birləşməsi. 

POPULYASİYANIN NİZAMLANMASI  – tarazlıq vəziyyətinə 

uyğun populyasiyanın ölçüsünün (sayının) bərpa olunması cəhdi. 



POPULYASİYANIN SABİTLİYİ  – populyasiyanın öz tərkibini 

(sayını) daim saxlamağa cəhd etməsi. 



POPULYASİYANIN SAYI – Hər bir vaxt anında bir populyasiyaya 

aid olan orqanizmlərin sayı. 



POPULYASİYANIN SAYININ TƏNZİMLƏNMƏSİ 

– 

populyasiyanın böyüməsinin ləngidilməsi və ya sayının azaldılması üzrə 



tədbirlər. 

POPULYASİYANIN SAYININ TƏRƏDDÜDÜ  – abiotik 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

362 


 

faktorların təsirilə, həmçinin immiqrasiya və ya emiqrasiya prosesində 

vaxta görə populyasiyanın sayının tərəddüdü (dəyişməsi). 

POPULYASİYANIN SIXLIĞI  – vahid sahədə  və ya həcmdə 

populyasiya fərdlərinin (və ya biokütləsinin) sayı. P.s. ətraf mühitin 

faktorlarından, yaxud mühitin həcmindən asılıdır. 

POPULYASİYANIN SIXLIĞININ TƏRƏDDÜDÜ  – bir nəsil 

müddətində  və ya nəsildən-nəslə populyasiyanın məskunlaşma 

sıxlığının tərəddüdü (dəyişməsi). 

POPULYASİYANIN STASİONAR VƏZİYYƏTİ – doğum ölümə 

bərabər olduqda və populyasiyanın sıxlığı daim eyni səviyyədə olarkən 

populyasiyanın inkişaf fazası. P.s.v. ətraf mühitin optimal şəraitində 

(abiotik faktorların, parazitlərin, xəstəliyin, emiqrasiyanın kəsgin 

tərəddüdü olmadıqda) mümkündür. 

POPULYASİYANIN STRUKTURU – fərdlərin sahədə yayılması 

xarakteri, həmçinin cinsiyyət, yaş  və digər morfoloji, fizioloji 

xassələrinə görə yayılması.  İerarxiya P.s.-na görə (Naumov, 1963) 

coğrafi, lokal (yerli və ekoloji), elementar (mikropopulyasiya) 

populyasiyalar ayrılır. Demoqrafik P.s.-da yaş və cinsiyyət tərkibi izah 

edilir. 


POTENSİAL AREAL – Növün həyatilik imkanlarına uyğun ekoloji 

şərait olan ərazi. 



POTENSİAL MÜNBİT SÜXURLAR – bitkinin inkişafı üçün 

əlverişli fiziki, kimyəvi və məhdud da olsa aqrokimyəvi xassələrə malik 

olan dağ süxurları. Adətən bunlar IV dövr (löss və lösəbənzər zoogen 

əhəng) çöküntü süxurlardan (absidian, seolit, balıqqulaqlı  əhəng) və 

vulkan küllərindən ibarət olur. 

POTOMBENTOS  – axar su hövzələrinin dibində  məskunlaşan 

(yaşayan) su orqanizmlərinin məcmusu. 



POTOMOBİOLOGİYA – çaylarda həyatı öyrənən təlim. 

POTOMOFİLLƏR – bax: reofillər. 

POTOMODROM BALIQLAR – su axınının (çayın) bir 

zonasından digərinə miqrasiya edən (məs. yuxarıdan aşağıya) balıqlar 

(şirbit durnabalığı və s.). 

POTOMOLOGİYA  – hidrologiyanın bir bölməsi: çaylarda fiziki, 

kimyəvi və bioloji hadisələri öyrənir. “P”. terminini alman 

coğrafiyaşünası A.Penk (1898) təklif etmişdir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

363 


 

POTOMOPLANKTON, ÇAY PLANKTONU – çaylarda və digər 

təmiz axar sularda yaşayan və axarla passiv aparılan (axıdılan) 

orqanizmlərin məcmusu. P. növ cəhətdən kasatdır (xüsusilə çayların 

yuxarı hissəsində axın sürətli olduğundan). Fitopotomplankton adətən 

diatom, dinofit, göy-yaşıl yosunlardan, zoopotomoplankton – 

kolovratkam, kolepodam, kladoseram və s.-dən ibarətdir. 



PÖHRƏDƏN TÖRƏYƏN MEŞƏ  – kötük pöhrələrindən  əmələ 

gələn vegetativ ağaclıq. 



PREVALİDLƏR  (pre... və lat. validus - güclü)  – biosenozun 

xassələrini müəyyənləşdirən əsas, daimi növlər (məs., çim əmələgətirən 

taxıl otları). Termini Q.N.Vısotski (1915) təklif etmişdir. 

PROANTLAR (yun. anthos - çiçək) – vegetasiyanın başlanğıcında 

yarpaqlamadan əvvəl çiçək açan bitkilər (fındıq, zoğal, qızılağac və s.). 



PRODUSENTLƏR (lat. producenc – yaradan, quran) – Sadə qeyri 

üzvi maddələrdən üzvi maddə hasil edən orqanizmlər (avtotrof və 

xemotrof orqanizmlər). 

PROFİLAKTİK TOKSİKOLOGİYA  –toksikologiyanın bölməsi: 

canlı orqanizm və ekosistemlərə  zəhərlərin zərərli təsirinin potensial 

təhlükəsinin qarşısını almaq metodlarının hazırlanması. 

PROFOTOTROPİZM  – işıq mənbəyinə doğru bitki orqanlarının 

istiqamətli hərəkəti. 



PROFUNDAL  (lat. profundus - dərin)  – göl, dəniz və okeanların 

günəş işığı düşməyən və dalğa hərəkəti nəzərə çarpmayan dərin hissəsi. 

P. daxilində su hövzəsinin dibi lillə örtülü olur: dib bitkilərinə rast 

gəlinir: bakteriya və göbələklərlə  zəngin olduğu üçün onların həyat 

fəaliyyəti nəticəsində metan, hidrogensulfid toplanır: oksigen defisiti 

başlayır; bəzən dəmir filizi əmələ gəlir. 



PROGEOTROPİZM  – qravitasiyanın gücü altında və ona tərəf 

bitki orqanlarının hərəkəti. 



PROKLİMAKS  – daha soyuq və quru iqlimə uyğun olan relikt 

klimaks, yerli ekoloji şərait daxilində qalmışdır. Termini F.Klements 

(1936) təklif etmişdir. 

PROQNOZLAŞDIRMA (yun. prognosis – qabaqcadan görmək) – 

Elmi qabaqcadan görmə, və ya hadisələrin, o cümlədən təbiət 

hadisələrinin inkişaf perspektivinin tədqiqi. Məs. insanın bu və ya digər 

təsirilə xarici mühitin və ekosistemin dəyişilmə proqnozu; meteoroloji 

və hidroloji rejimlərin, biçənəklərin, otlaqların və s.-nin 

məhsuldarlığının dəyişilmə proqnozu. 



PROQRESSİV VƏ REQRESSİV İNKİŞAFIN ƏLAMƏTLƏRİ – 

Ekosistemin inkişafını, o cümlədən ekosistemin demutasiyasını  təsdiq 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

364 


 

edən əlamətlər, onların əksi ekosistemin reqressiyasını göstərir: 

– ekosistemin və onun biosenozunun, ümumi strukturunun 

mürəkkəbləşməsi: 

– onlarda biokütlə  və ölükütlənin, energiya ehtiyatının cəminin 

artması; 

– fitosenozun məhsulunun səviyyəsinin biosenozdakı  tənəffüs 

səviyyəsinə nisbəti vahidə yaxınlaşır; 

– ekosistemdə məhsulun, onun ehtiyatına nisbətinin azalması; 

– xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə; 

– xarici mühitin biosenoloji mühitə güclü çevrilməsi; 

– senobiontların biosenoloji mühitə adaptasiya olunmasının 

güclənməsi; 

– daxili sistem maddələr mübadiləsinin rolunun çoxalması; 

populyasiya, biosenoz və ekosistemin davamlılığının artması. 

PROLUVİUM  (lat. proluo – yuyub çıxarmaq)  – Dağ 

yamaclarından aşınma məhsullarının müvəqqəti su axınları vasitəsi ilə 

gətirilən və dağın  ətəyi boyunca yığılan kövrək çöküntülər. Gətirmə 

konusları yaradır. 



PROPOLİS – arı yapışqanı – arıların bitkilərin tər tumurcuqlarından 

hasil etdikləri və səbətin (pətəyin) ağzına yığdıqları yaşılımtıl sarı və ya 

qonur rəngli yumşaq qətranlı yapışqanlı maddə. 

PROSENOZ  – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma 

(Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 

1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 

1963) – orqanizmlərin birgə  məskunlaşmasının qeyri sabit davamsız 

forması, biosenozun təşəkkül və ya sönmə fazası. Prosenozun başlanğıc 

mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, 

onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez 

inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və 

vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. 

Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. 

1. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir 

neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı  hər il 

kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. 

2. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir 

neçə ekobiomorfa aiddir. 

PROTEİDLƏR – zülalların digər maddələrlə birləşməsi nəticəsində 

alınmış mürəkkəb zülallar. 



PROTEİN – Sadə zülallar, yalnız amin turşularından ibarətdir. 

PROTEROZOY ERASI – proterozoy arxey erasından sonra, vaxt 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

365 


 

etibarilə çox uzun (2000 milyon ildən artıq) çəkən era. P.e-nın 

çöküntülərində yalnız ibtidai yosun və bakteriya qalıqlarına təsadüf 

olunur. 


PROTİSTOLOGİYA, protozoologiya (yun. protistos – ən birinci) 

– ibtidailər haqqında elm. Zoologiyanın bölməsidir. Təsvir edilmiş 15 

mindən çox ibtidai növünün 3500-ə qədəri insan və heyvanların paraziti 

olub ağır xəstəliklərin törədicisidir. Azərbaycan MEA Zoologiya 

İnstitutunun P. laboratoriyası bu elmin əsas mərkəzlərindən biridir. 

PROTOBİOLOGİYA  (yun. protistos – ən birinci)  – biologiyanın 

bölməsi: bakteriyadan kiçik olanların həyat formasını öyrənir. 



PROTOBİOSENOZLAR  – bakteriya və yosunlardan ibarət olan 

ilk, primitiv (mürəkkəb olmayan) biosenozlar. Yerdə həyatın inkişafının 

ilk mərhələlərində mövcud olmuşdur. V.İ.Vernadskiyə görə P. Yer 

üzərində həyatın (biosferin) başlanğıcıdır. 



PROTOLOGİYA  – çəmənləri öyrənən kompleks elm. Təbii və 

səpin aparılan çəmənlərdə yemin nəzəri  əsasları  və istehsalının 

texnologiyası işlənib hazırlanır. 

PROTOPLAZMA – xüsusi tərkibli canlı hüceyrə; rəngsiz 

yarımmaye kütləsi formasında olub zülallardan ibarətdir. 



PROTOTROFLAR  – zülal parçalaya bilməyən mikroorqanizmlər: 

ətraf mühitdə yerləşən, özünü qeyri-üzvi maddələrin oksidləşməsi 

hesabına maddə  və enerji ilə  təmin edən mikroorqanizmlər (məs. 

kükürd, dəmir bakteriyaları). Termini alman alimi A.Fişer təklif 

etmişdir. 

PROTOZOOLOGİYA  – zoologiyanın bölməsi: birhüceyrəli 

orqanizmləri-ibtidailəri öyrənir. 



PROYEKTİV ÖRTMƏ  – Torpaq səthində bitkinin proyeksiyası. 

Bitkinin yerləşmə xarakteri, bitkinin sahədən istifadə dərəcəsi, bitkilərin 

sayı və s. haqda fikir söyləməyə imkan yaradır. Aşağıdakı P.Ö. ayrılır: 

torpağın bütün bitkilərlə ümumi örtülməsi, bir yarusun bitki ilə 

örtülməsi (yarus örtülməsi), bir bitki növünün örtmə  dərəcəsi, fərdi 

örtmə  dərəcəsi (fərdin sahəsi), həqiqi örtmə (kök boğazında bitkinin 

örtmə  dərəcəsi). P.ö. təcrübə sahələri metodu ilə,  şəkilçəkmə  və s. ilə 

təyin edilir. P.ö. faizlə ifadə olunur. 



PSAMMOBİONTLAR – qumlu qruntlarda yaşayan orqanizmlər. 

PSAMMOFİLLƏR  (yun. psammos - qum)  – Qum səhralarının 

heyvanları, yaşama  şəraiti ilə  əlaqədar xarakterik xüsusiyyətlərə 

malikdir: tez hərəkət etmə, quma tez girmə (batma) qabiliyyəti, çox 

hissəsi psammokserofillərdir. 



PSAMMOFİTLƏR  – qumluqlar, xüsusilə qum səhralarına 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

366 


 

uyğunlaşan bitkilər. Bir sıra özünəməxsus xüsusiyyətlərə malikdirlər: 

qumla örtülməyən qabarıq və cod tüklü meyvələri, kök bicləri  əmələ 

gətirən uzun yan kökləri və s. Psammohiqromezofit, psammomezofit, 

psammokseromezofit və psammokserofit növləri ola bilər. 

PSEVDOPARAZİTİZM, yalançı parazitizm  (yun. pseudos - 

yalan) – hər hansı bir sərbəst yaşayan orqanizmin digər orqanizmin bə-

dəninə təsadüfən düşməsi, orada az müddətdə yaşaması və qidalanması. 

Məs., adi ət, otaq və digər milçəklərin sürfələri təsadüfən  insan və ya 

heyvan bağırsağına düşərək orada müvəqqəti yaşayır. 



PSEVDOPOPULYASİYA  – sərbəst olaraq tamamilə özünü 

yenidən  əmələ  gətirmək qabiliyyəti olmayan populyasiya, orqanizmin 

daxil olması bütövlüklə kənardan asılıdır. 

PSEVDOSEMATİK RƏNG  – yalançı, xəbərdarlıq rəngi: 

mühafizəedici və  xəbərdarlıq rəngli orqanları ilə özünü zərərsiz 

orqanizmlərə bənzətmə (oxşatma). 

PSİXOEKOLOGİYA  – ekoloji faktorların insanların psixikasına 

(ruhi əhvalına) təsirini tədqiq edən kompleks elmi fənn. 



PSİXOFİLLƏR (yun. psychros - soyuq) – soyuqsevən orqanizmlər. 

PSİXOLOJİ MÜHAFİZƏ  –  əmək prosesində psixoloji amillərin 

zərərli təsirindən mühafizə sistemi. 



PSİXROFİTLƏR  – Aşağı (alçaq) termofilliyə malik olan bitkilər. 

Vegetasiya dövründə 0-10

°C orta dekada (ongünlük) temperaturunu 

üstün tutur. Rütubətlə təmin olunmasına və quraqlığa münasibətinə görə 

xionofitlər, psixrohiqrofitlər, psixrohiqromezofitlər, psixromezofitlər, 

psixro-kseromezofitlərə ayrılır. 



PSİXOZOY ERASI (yun. psyche – qəlb və zoe - həyat) – planetar 

proseslərdə kimyəvi elementlərin mübadiləsində aktiv insan fəaliyyəti 

üstünlük edən yeni geoloji epoxanın adlandırılmasında V.İ.Vernadski 

(1924) psixozoy erası terminini təklif etmişdir. 



PÜSKÜRMƏ SÜXURLAR – bax. maqmatik süxurlar. 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

367 


 



 

RADİASİYA – günəş, kosmik fəza və radioaktiv maddələrdən gələn 

şüa –axınları və ya elementar hissəciklər. Orqanizm üçün günəşin enerji 

şüalanması, məs: ultrabənövşəyi (qısadalğalı)  şüalar daha təhlükəlidir, 

lakin belə kosmik və Günəş  şüaları Yerin radiasiya zonası (planetin 

maqnit sahəsi) və stratosferin ozon təbəqəsi tərəfindən tutulur, ona görə 

də ziyan yetirmir. Texnogen mənşəli radioaktiv maddələr su, qida, hava 

vasitəsilə insan bədəninə daha böyük zərər yetirə bilər. Bu şüalar 

hüceyrələrə  düşdükdə onu daxildən parçalayır, normal işini pozur, 

şüanın dozasından asılı olaraq axır xəstəliklə, hətta ölümlə  nəticələnə 

bilər. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling