Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet51/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

TEXNİKİ EKOLOGİYA – texnikanın ekosistemlərə  təsirini 

öyrənən ekologiya elminin bölməsi. T.e. orqanizmlər tərəfindən 

binaların, texnikanın pozulmasını (dağılmasını) öyrənir. Məs. ağac 

qurğuların ev göbələkləri tərəfindən, bənd, gəmilərin dibinin bioloji 

çirklənməsi (bitki ilə artma və s.). T.e. həm də ekosistemlərə nəqliyyatın 

səs çirklənməsi, və s.-ni öyrənir.  



TEXNİKİ SU – içməli, mineral və  sənaye sularından başqa, xalq 

təsərrüfatında istifadə edilən su. 



TEXNOGEN DƏYİŞİLMƏ– biosenozun sənayenin bu və ya digər 

vasitələrinin təsiri nəticəsində  dəyişilməsi-istehsalın tullantıları ilə 

çirklənməsi, məs. SO

2

 ilə  və ya radioaktiv şüalanma ilə, yer səthində 



qeyri adi qruntların (süxurların və s.) toplanması. Bu dəyişilmə diqressiv 

istiqamətdə gedir. Belə sahələrdə demutasion dəyişilməyə nail olmaq 

üçün meliorativ tədbirlərin görülməsi vacibdir. 

TEXNOGEN MİQRASİYA – sənaye və kənd təsərrüfatı fəaliyyəti 

nəticəsində kimyəvi elementlərin  və maddələrin axını. T.m. çox vaxt 

təbiətdə maddələr mübadiləsinin normal gedişini (həcmi, sürəti) pozur. 

Məs., torpağın çirklənməsi, meşələrin məhv edilməsi. Oksigenin və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

426 


 

karbon qazının atmosfer və quruda mübadiləsini azaldır. Odur ki, 

biosferdə oksigen axınının müəyyən olunmuş  həcmini saxlamaq üçün 

canlı maddələri əsas geokimyəvi qüvvə kimi mühafizə etmək lazımdır. 



TEXNOGEN ZƏLZƏLƏ (süni zəlzələ) – insanın texniki fəaliyyəti 

nəticəsində yeraltı  zərbələr və yer səthinin kəskin dəyişməsi. T.z. 

bilərəkdən, yeraltı nüvə partlayışı zamanı baş verə bilər. Çox vaxt Yer 

qabığının dinamik tarazlığı pozulduqda və ayrı-ayrı sahələrə böyük yük 

edildikdə (dərin və böyük su anbarı tikdikdə) və ya yük kənar edildikdə 

T.z. (yeraltı su, neft, qaz çıxarıldıqda, böyük göllərin səviyyəsi aşağı 

düşdükdə) baş verir. 

TEXNOGENEZ (yun. Techne - incəsənət) – təbii mühiti dəyişərək 

süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun 

nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və 

daş, qum karxanaları,  bəndlər),  texnogen landşaftlar (şəhər, sənaye, 

kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki 

sortları  və heyvan cinsləri  əmələ  gəlir. T. məqsədyönlü aparılaraq 

bəşəriyyətin həyat  şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin 

qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan 

vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın 

kasatlaşmasına, geniş  ərazilərin səhralaşmasına, – həyat mühitinin 

kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika 

artdıqca həyat azalır. XX əsrdə T. genişlənərək yerətrafı kosmosa 

çataraq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. T.-in 

təsiri nəticəsində yeni-texnosfer formalaşır. 



TEXNOLOGİYANIN EKOLOGİYALAŞDIRILMASI 

– 

istehsalatda, kommunal təsərrüfatında,  əhalinin məişətində elə 



texnologiya hazırlayıb tətbiq etməlidir ki, yüksək keyfiyyətli maksimum 

məhsul  əldə etməklə  təbiətdə ekoloji tarazlıq, maddələr mübadiləsi və 

enerji saxlanılsın (pozulmasın), həmçinin  ətraf mühitin çirklənməsinə 

yol verilməsin. T.e. konsepsiyasının inkişafında akad. İ.V.Petryanov-

Sokolovun (1976, 1987) böyük əməyi olmuşdur. 

TEXNOLOJİ ETİKA – insanın istehsal prosesi zamanı ətraf mühitə 

tullantılar atılmır, tam istifadə edilir, utilləşdirilir və ya etibarlı 

konservləşdirilir. Məlumdur ki, yalnız aztullantılı  və ya tullantısız 

texnologiya qapalı istifadə tsikli olub ətraf mühitin mühafizəsi 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

427 


 

problemini effektiv həll etməyə qadirdir. 



TEXNOSFER (yun. techne – incəsənət, ustalıq və spharia - kürə) 

– 1) Cəmiyyətin sosial-iqtisadi tələbatına uyğun olaraq insan tərəfindən 

texniki vəsaitin bilavasitə  və ya vasitəli təsiri ilə biosferin yeni şəklə 

salınmış (dəyişdirilmiş) hissəsi. 2) Biosferin dəyişilməsində texnikanın 

böyük rolu olmaqla təkamülün müasir pilləsi (mərhələsi). 

TEXNOZOY ERASI – texnogenoz nəticəsində  həyat mühitinin 

aktiv dəyişməsi, insan tərəfindən yeni landşaftların, yeni bitki və heyvan 

növmüxtəlifliyinin yarandığı və insanın hakim növə çevrildiyi epoxanın 

T.e. adlandırılması  təklif olunmuşdur. Bu epoxa 10 min il əvvəl 

başlanmışdır. T.e. termini rəsmi olaraq və hələ geniş yayılmamışdır. 

TEKTONİK GÖL – Yer qabığının yarılması və üfiqi yerdəyişməsi 

nəticəsində əmələ gələn göl (məs. Baykal g). 



TEKTONİK PROSESLƏR  – Yer qabığının müasir strukturu və 

orada gedən ümumi dəyişikliklərlə əlaqədar proseslər. 



TEKTONİKA (VƏ YA GEOTEKTONİKA)  – geologiyanın bir 

şöbəsi. Yer qabığının quruluşunu, onun ayrı-ayrı hissələrinin hərəkətini, 

dağ  əmələgəlmə proseslərini və materiklərin  əmələ  gəlməsini öyrənən 

elm. 


TELERQONLAR  (yun. tele – uzaq və ergon - hərəkət)  – 

heyvanların xarici mühitə ayırdığı maddələr. Fərdlər və populyasiyalar 

arasında informasiya məqsədi daşıyır. Termini Kirşenblat (1957) təklif 

etmişdir. 



TEMPERATUR  – makroskopik sistemin termodinamik tarazlıq 

halını  səciyyələndirən fiziki kəmiyyət. Termodinamik tarazlıqda olan 

izolə edilmiş sistemin bütün hissələrinin T-u eynidir. Beynəlxalq 

vahidlər sistemində mütləq T. kelvinlə (K) ölçülür. Selsi şkalası ilə təyin 

edilmiş temperaturla (t) mütləq temperatur (T) arasında  əlaqə t = T – 

273,15 K düsturu ilə ifadə olunur. 



TEMPERATUR  İNVERSİYASI  – atmosferin yuxarı qatlarında 

temperaturun atmosferin aşağı qatına nisbətən daha yüksək olması, belə 

hal çirkləndiricilərin şaquli diffuziyasını pozur, çirklənmiş hava (alt qat) 

yuxarı isti qat tərəfindən sıxılır, bu zaman smoq təhlükəsi baş verir. 



TEMPERATUR STRATİFİKASİYASI  – su hövzələrində 

müxtəlif temperaturlu su kütlələrinin laylığı (qat-qat yerləşməsi). 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

428 


 

TENZİDLƏR – (sintetik, səthi aktiv maddələr) – iki mühitin 

arasında toplanmış kimyəvi maddələr. (məs. su və hava arasında). 



TERATOGENLƏR – orqanizmə  təsir etdikdə teratogenoz 

eybəcərlik və başqa inkişaf anomaliyası törədir. 



TERATOLOGİYA (yun. teras - eybəcər) – morfogenezin anormal 

inkişafı  və quruluşu, qismən eybəcərliyi və pozulmanı öyrənən fənn 

(antropogen mənşəli toksik maddələrin təsiri ilə). 

TERİOFAUNA – məməlilər faunası. 

TERİOLOGİYA  (yun. therion - heyvan)  – zoologiyanın 

məməliləri tədqiq edən sahəsi. 



TERMAL BİTKİ ÖRTÜYÜ – isti temperaturlu bulaqların və 

sahillərin bitki örtüyü. T.b.ö.-nün tərkibinə yosunlar, aktinomisetlər, 

göbələklər, bəzi ayıdöşəyilər və çiçəkli bitkilər daxildir. 

TERMAL SULAR – Yer qabığının 20

°C və daha yüksək 

temperaturlu yeraltı suları.  İsti bulaqlar, qeyzer və buxar şırnaqları 

şəklində  təzahür edir: kimyəvi və qaz tərkibi, minerallaşması müxtəlif 

olur. T.s.-dan qədimdən müalicə  məqsədi ilə istifadə edilmişdir. T.s. 

Azərbaycan Respublikasında Kəlbəcər, Astara, Lənkəran, Masallı, 

Dəvəçi, Quba rayonlarında və Abşeron yarımadasında var. 

TERMİK AMİL (temperatur amili) – mühitin temperaturu ilə 

bağlı təsir göstərən amil. 



TERMİTLƏR  (Isoptera) – həşərat dəstəsi. Tarakanlara və 

dəvədəlləyilərə yaxındır. T. yuvalarda bir neçə yüz milyon fərdə qədər 

«ailə» halında yaşayırlar. T.-in əsas qida mənbəyi oduncaqdır. Bəziləri 

yalnız kif göbələkləri ilə qidalanır. Dünyada 6 fəsiləyə aid 2600, 

Azərbaycanda iki növü yaşayır. 

TERMİTOFAQLAR  – termitlərlə qidalanan heyvanlar (quşlar, 

qarışqayeyənlər və s.). 



TERMOBİONTLAR  – isti qaynaqlarda (90-100

°) daim yaşayan 

orqanizmlər (məs. bəzi diatom və göy-yaşıl yosunlar-isti qaynaqlarda, 

50-85


°temperaturda, bəzi bakteriyalar 95-100° temperaturda). 

TERMOBİOTOP  – bəzi bakteriya və yosunların  yaşadığı isti 

qaynaqlar (95-100

°). 

TERMOFİLLƏR, TERMOFİL ORQANİZMLƏR  – 45

°C-dən 


yuxarı temperaturda yaşayan orqanizmlər (əksər orqanizmlər üçün məhv 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

429 


 

olma temperatur). T. isti bulaqlarda, termal sularda, torpağın üst qatında, 

torfda, peyində yaşayır. Bəzi aktinomisetlər, göbələklər, yosunlar, bəzi 

ayıdöşəyikimilər. 



TERMOFİTLƏR – İstilik sevən bitkilər. 

TERMOKRENOFİLLƏR  – isti qaynaqlarda yaşayan orqanizmlər 

(bəzi bakteriyalar, ibtidailər, malyusklar və s.). 



TERMOGEN  MİKROORQANİZMLƏR  – qıcqırma prosesində 

iştirak edən mikroorqanizmlər: bu zaman üzvi substratın oksidləşməsi 

gedir və çoxlu miqdarda istilik ayrılır. 

TERMOGEN BAKTERİYALAR  – böyümə  və  fəaliyyəti 

prosesində özündən  ətraf mühitə xeyli istilik (+70-80

°C-dək) ayıran 

bakteriyalar. T.b.-a yüksək temperaturda inkişaf edən bakteriyalar 

aiddir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru 

otda çoxalır, onların populyasiyalarının ən intensiv böyüməsi 50

°C-dən 

yüksək temperaturda gedir. T.b. öz mühitinin yanmasına özü «səbəbkar»” 



ola bilər. 

TERMOMETR – mühitlə bilavasitə təmasda olduğu yerin (sahənin) 

temperaturunu ölçmək üçün cihaz. T.-lər XVI – əsrin sonu, XVII əsrin 

əvvəlində meydana gəlmişdir. Məqsədlərinə görə müxtəlif termometrlər 

– maye, qaz, termoelektrik və bir çox b. mövcuddur. 



TERMONASTİYA  –temperaturun təsiri altında bitkinin hərəkəti. 

Məs. lalənin və  zəfəranın çiçəyi temperatur aşağı olduqda qapanır, 

temperatur çoxaldıqda-açılır: yoncanın yarpaqları hava isti olduqda bir-

birinə yaxınlaşaraq (sıxılaraq) aşağı sallanır, sərin vaxtda isə yarpaqlar 

düzələrək normal vəziyyət alır. T. bitkinin ətraf mühitin temperuturunun 

dəyişməsinə qarşı adaptiv reaksiyası sayılır. 



TERMOSFER  –Yer səthindən 80 km-dən 800 km arasında 

atmosferin çox seyrək qatı, 200-300 km-ə  qədər temperaturun kəskin 

qalxması ilə səciyyələnir (1500

°-yə qədər). 



TERMOTAKSİS – heyvanların (infuzorlar, həşəratlar və s.) optimal 

temperatur zonasına doğru istiqamətlənmiş (səmtlənmiş) hərəkəti. 



TERMOTERAPİYA,  İSTİLİK MÜALİCƏSİ  – Fizioterapevtik 

müalicə üsulu; orqanizmə istilik təsiri göstərən müxtəlif fiziki 

vasitələrin müalicə  məqsədi ilə titbiqi. Ev şəraitində su və elektrik 

isidicilərindən, habelə isidici kompreslərdən, təpitmələrdən istifadə 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

430 


 

edilir. Tibb müəssisələrində T. parafin, torf, müalicə palçıqları, 

ezokeriq, isti qum, yerli və ümumi vannalar, eyni zamanda günəş 

şüaları, müxtəlif elektrik və s. vasitələrlə həyata keçirilir. 



TERMOTROPİZM  – bitki orqanlarının (gövdə, budaq, yarpaq) 

istilik mənbəyinə (müsbət T) və ya əksinə (mənfi T) doğru əyilməsi. 



TEROFİTLƏR (yun. theros - yay) – birillik bitkilər. 

TERRAS  (frans. terrasse)  – Yamaclarda pillə-pillə yerləşən, səthi 

üfiqi və ya bir qədər meylli olan relyef forması. T. əsasən suyun eroziya, 

abraziya və akkumlyativ fəaliyyəti nəticəsində  əmələ  gəlir. T.-lar 

mənşəyinə görə struktur və akkumlyativ T.-lara bölünür. 

Dağ yamaclarında torpaq eroziyasının qarşısını almaq məqsədilə 

buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni 

terraslar düzlədilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar, 

Siyəzən, Dəvəçi,  Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş  və 

orada badam, püstə, eldar şamı və digər ağac cinslərindən bağlar, meşə 

bağlar salınmışdır. 

Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni 

istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə 

«taxtalar»”) yaranmışdır. Hazırda bu terrasların «taxta»” hissəsindən 

taxıl əkini, biçənək kimi istifadə edilir. Meylli hissəsində isə çox yerdə 

təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

453 


 

 

Dağətəyi zonada yamacda süni yaradılmış terras 

 

TERREKTORLAR  – torpağın səthində biosenozda dominantlıq 

edən növlər (mamırlar, şibyələr). 



TEST OBYEKTİ (ing. test – təcrübə, sınaq) –təsir dərəcəsinə görə 

mühitin keyfiyyəti üzrə fikir toksikatının qatılığı ilə ifadə olunur. 



TEST PERSONU – ekosistemin iki fraqmentində növün ayrılıqda 

növ tərkibi və sayının nisbətinin təyini metodu. 



TEST SAHƏSİ  – landşaft komponentlərinin  əsas xassələrini, 

onların bir-birilə  əlaqəsini və bir-birinə  təsirini dəqiq tədqiq etmək 

məqsədilə  ərazidə etalon kimi seçilmiş sahə. T.s. həm landşaft – 

ekspedisiyası  tədqiqatları zamanı (birdəfəlik və ya çoxdəfəlik 

müşahidələr yolu ilə), həm də stasionar tədqiqatlarında (sistemli 

müşahidələr yolu ilə) öyrənilir. Test sahələrində dəqiq proqram əsasında 

müşahidələr və ölçü işləri yerinə yetirilir. T.S. sistemi ekoloji 

monitorinqin aparılmasında da istifadə olunur. 



TƏBİƏT  – 1) geniş  mənada mövcudat, forma müxtəlifliyi olan 

bütün aləm. T. anlayışı bu mənada materiya, universum, kainat 

anlayışları ilə bir sırada durur. 2) Dar mənada elm obyekti, daha dəqiq, 

təbiətşünaslıq məcmu obyekti. 3) T.-in ən çox işlənən mənası insan 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

430 


 

cəmiyyətinin yaşadığı  təbii  şəraitdir. Bu mənada T. anlayışı insanın 

təbiətə olan münasibətində T.-in yeri və rolunu ifadə edir. T. təkcə təbii 

şəraiti yox, habelə insanın yaratdığı şəraiti («ikinci» T”) əhatə edir. 

İnsanın təbiətə olan münasibətinin real əsası onun fəaliyyətidir, bu 

fəaliyyət həmişə T.-də  və onun materialı ilə  həyata keçirilir. Elm 

təbiətin özünün təkrar istehsalını  və  təbiətdən insanın istifadə etməsini 

planlaşdırmaq imkanı yaradır. Nəticədə qlobal idarəetməyə  əsaslanan 

intensiv münasibət yaranır ki, bu da T.-dən səmərəli istifadənin, T.-in 

saxlanması və təkrar istehsalının proqramına əsaslanır. T. getdikcə daha 

böyük miqyasda sosial orqanizmin mühüm və məqsədli idarə olunan ün-

sürünə çevrilir. 



TƏBİƏT ABİDƏLƏRİ – Elmi, tarixi və estetik əhəmiyyət daşıyan 

ayrı-ayrı obyektlər: biosenozlar, qocaman, iri gövdəli və nadir ağaclar, 

üstü açılmış paleontoloji obyektlər, şəlalələr, mağaralar «çılpaqlaşmış”» 

geoloji sahələr və s. T.a-nin təşkili və mühafizəsi yerli hökumət 

orqanlarının səlahiyyətində olur. 

TƏBİƏTDƏN  İSTİFADƏ  – gələcək nəsilərin ehtiyacını  nəzərə 

almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə  ətraf 

mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii 

resurslardan səmərəli və qənaətlə istifadə edilməsi.  

Təbii sərvətlərdən istifadə olunması. – Yerin ətrafındakı kosmik 

fəzadan tutmuş yerin dərin qatlarına qədər olan geniş sahəni əhatə edir. 

Təbiətdən səmərəli istifadə edilməsi qurulmuş qlobal və ekosistem 

qanunauğunluqların və proseslərin maksimal dərəcədə saxlanmasıdır, 

çalışmaq lazımdır ki, onları insanın və digər orqanizmlərin yaşadığı 

mühitin ziyanına dəyişilməsinə yol verilməsin, bu dəyişilmə əsasən təbii 

və antropogen ekosistemlərin ümumi məhsuldarlığının yüksəldilməsi 

istiqamətində olmalıdır. 



TƏBİƏTDƏN 

İSTİFADƏNİN 

İNTENSİVLİYİ 

– təbii 


resurslardan istifadə  dərəcəsi və bu istifadənin cəmiyyət üçün 

effektivliyi. 



TƏBİƏTİ MÜHAFİZƏ HÜQUQU – təbii resursların mühafizəsi 

və həyat mühitilə əlaqədar dövlətin qanun və qərarlarının məcmusu. 



TƏBİƏTİ MÜHAFİZƏNİN BİOLOGİYASI – canlı təbiətin ətraf 

mühitlə  hərtərəfli  əlaqəsini (o cümlədən antropogen) öyrənən elm 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

431 


 

sahəsi. T.m.b.-nin məqsədi canlı  təbiətin planetimizin həyati mühüm 

komponenti kimi keyfiyyət və kəmiyyət tərkibinin dərk edilməsidir. Bu 

termin ingilis dilli ədəbiyyatda meydana gəlib. 



TƏBİƏTİN ETALONLARI – Təbiətin təbii halda (ilkin 

vəziyyətdə) qəbul edilən sahələri. Təbiətdə ilkin, təbii, şərti təbii, təbii-

antropogen sahələrə ayrılır. Bəşəriyyətin təbiətlə qlobal təsirilə əlaqədar 

təbiətdə faktiki olaraq ilkin evolyusion-təbii etalonlar qalmamışdır, lakin 

T.e.-ə çox yaxın olan sahələr mövcuddur (Antraktidada, Mərkəzi 

Qrenlandiyada, yaşayış  məntəqələrindən uzaqda yerləşən tropik 

meşələr, ilkin tayqa meşəsi və s.). 

TƏBİƏTİN DEQRADASİYASI  – təbii (zəlzələ, vulkan 

püskürməsi, daşqın, sel, yanğın, tufan, qasırğa və s.) və antropogen 

(geniş  ərazilərdə meşənin məhv edilməsi, su hövzələrinin, atmosferin

torpağın çirklənməsi, hədsiz mal-qara otarılması, brokonyerlik, 

nəzarətsiz ov və s.) səbəblərdən ekoloji müvazinətin pozulması. 

TƏBİƏTİN DƏYƏRLİ  SƏRVƏTLƏRİ  –  ərazinin geoloji, 

hidroloji, botaniki, zooloji, landşaft və mədəni-tarix xüsusiyyətləri. Bax: 

təbii ehtiyatlar. 

TƏBİƏTİN DƏYİŞDİRİLMƏSİ  – Atropogen təsir göstərmək ilə 

təbii komplekslərin bioloji və ya təsərrüfat məhsuldarlığını yüksəltmək 

və ekoloji tarazlıq yaratmaq. T.d. yeni ərazilərin mənimsənilməsi və ya 

təbii sistemlərin bioloji və digər məhsuldarlığını  bərpa etməklə  də 

aparılır. 

TƏBİƏTİN FENOMENİ  – təbiət abidəsi kimi xüsusi qorunmağa 

ehtiyacı olan təbiətin görkəmli hadisəsi və ya obyekti. 



TƏBİƏTİN QORUNMASI HAQQINDA QANUN – təbii 

resursların qorunması, səmərəli istifadəsi və  bərpası üzrə dövlət təd-

birlərini tənzimləyən əsas hüquqi normaların məcmusu. 

TƏBİƏTİN KONSERVASİYASI  – təbiəti mühafizənin ilkin 

formalarından olub insanların tam və ya hissə-hissə istifadəsini qadağan 

etməyə əsaslanır. Xüsusi qorunan ərazilərdə qoruq rejimi yaratmaq yolu 

ilə yerinə yetirilir. 



TƏBİƏTİN MÜHAFİZƏSİ  –  Ətraf təbii mühitin mühafizəsi-təbii 

ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin 

etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

432 


 

Respublikasında T.m. müvafiq dövlət orqanları, qoruqları, meşəçilik 

idarələri, ovçuluq təsərrüfatları  və b. müəssisələr tərəfindən həyata 

keçirilir. T.m. torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və 

zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə  və otlaqların 

mühafizəsi, nadir tapılan və  nəsli kəsilməkdə olan faydalı bitki və 

heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii 

abidələrin qeydiyyatı, mühafizəsi və  bərpası, balneoloji və iqlim 

ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral 

mənbələrin mühafizəsi, həmçinin T.m. ideyası və təbiətin qorunmasına 

yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş 

miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, 

torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su 

və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə 

edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar 

suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. 

T.m. eyni zamanda təbii ehtiyatların saxlanması  və  bərpasının 

ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu 

fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat 

aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir. 

Azərbaycan Respublikasında T.m. üzrə mühüm tədbirlər keçirilir. Belə 

ki, nadir flora, fauna və əhəmiyyətli obyektləri qoruyub saxlamaq üçün 

diqqətəlayiq işlər görülür, milli parklar, dövlət qoruqları, yasaqlıqlar, 

ovçuluq təsərrüfatları yaradılır. 

T.m.-nin  əsas forması  təbii ehtiyatlardan səmərəli və kompleks 

istifadə etməkdir. 



TƏBİƏTİN URBANİZASİYASI  – təbii landşaftların  şəhər 

salmağın təsirilə süni landşaftlara çevrilməsi. Urbanizasiya prosesi 

zamanı  ərazidəki təbii ekosistemlər də  sıradan çıxır. Bununla yanaşı 

şəhər və şəhər əhalisi ətraf landşaftlara təsir göstərir, torpağın səthi və ot 

örtüyü istirahət zonasında tapdanır. T.u. zamanı  təbiəti mühafizə  işi 

nəzərə alınmalı, təbii mühitdə yüksək yük yaradan sənayenin və əhalinin 

hədsiz cəmləşməsinin qarşısı alınmalıdır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling