FəSİl alqoritmləşdirmənin əsasları §


Alqoritmin proqramlaşdırma


Download 63.39 Kb.
Pdf ko'rish
bet2/7
Sana12.05.2022
Hajmi63.39 Kb.
#667265
1   2   3   4   5   6   7
Bog'liq
kainat inf-3-alqoritmler

Alqoritmin proqramlaşdırma dilində təsviri. Məsələyə uyğun proqramlaşdırma dili 
seçilir. Bu zaman həmçinin proqramçmm hazırlıq səviyyəsi də nəzərə almır. Eyni məsələlərin həlli 
üçün onlarla dil mövcud olsa da, proqramçı bunların hamısını bilmək məcburiyyətində deyildir. 
Daha sonra isə məsələnin həll alqoritmi əsasında seçilən dildə proqram tərtib edilir. Ona ilkin 
proqram deyilir.
Testləşdirmə və sazlama. Kompüter yalnız “öz” dilində ifadə olunan proqramı icra edir. 
Bu dilə isə texniki ədəbiyyatlarda “maşın dili” də deyilir. Bu mərhələdə proqramlaşdırma dilində 
yazılmış ilkin proqram kompüter dilinə çevrilir. Bu iş translyator adlanan proqram vasitəsilə yerinə 
yetirilir. Bu zaman ilkin proqramda buraxılmış morfoloji və sintaksis səhvlər aşkar edilib 
proqramçıya çatdırılır. Proqramdakı məntiqi səhvlərin aşkarlanıb aradan qaldırılması prosesinə 
proqramın sazlanması deyilir. Proqram sazlandıqdan sonra işçi proqrama (mütləq proqram) 
çevrilir. Mütləq proqramın düzgün işləyib işləməməsini yoxlamaq üçün ayrıca mütəxəssislər 
tərəfindən proqram testdən keçirilir.
74


Alqoritmləşdirmənin əsasları
Nəticələrin alınması təhlili. Proqram testləşdirildikdən sonra ondan tələb olunan 
məsələnin həlli üçün istifadə olunur. Bu zaman proqram müxtəlif ilkin verilənlər dəsti üçün bir neçə 
dəfə icra olunur. Alınmış nəticələr mütəxəssis və ya məsələni qoyan istifadəçi tərəfindən təhlil 
olunur. Əgər nəticələrin alınmasın zamanı hər hansı bir problem yaranarsa proqramın tərkibinə 
yenidən baxılır.
§3.2. Alqoritm anlayışı
AIqoritm - hər hansı məsələnin həlli üçün icraçını təlimatlandıran sonlu sayda aydın 
addımlar ardıcıllığıdır.
Alqoritmin dəqiq riyazi tərifi yoxdur.
Alqoritmin yaranma tarixi
Alqoritmin tarixi kompüterin yaranmasından çox-çox əvvəllərə dayanır. Belə ki, bu anlayış 
riyaziyyatda eyni tip məsələlərin həllində ortaq üsulların axtarılması ilə əlaqədar olaraq meydana 
çıxmışdır. Çoxrəqəmli ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) ilk 
dəfə IX əsrin görkəmli özbək riyaziyyatçısı Əl-Xarəzm tərəfindən verilmişdir. Alqoritm termini də 
məhz bu riyaziyyatçının adı ilə bağlıdır (Algorithmi).

Download 63.39 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2022
ma'muriyatiga murojaat qiling