FəSİl alqoritmləşdirmənin əsasları §


§3.3. Alqoritmin əsas xassələri


Download 63.39 Kb.
Pdf ko'rish
bet3/7
Sana12.05.2022
Hajmi63.39 Kb.
#667265
1   2   3   4   5   6   7
Bog'liq
kainat inf-3-alqoritmler

§3.3. Alqoritmin əsas xassələri
Alqoritm həll olunan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi 
qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi 
nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir.
Alqoritmin aşağıdakı əsas xassələri mövcuddur:
1. Determiniklik (müəyyənlik)
Aydındır ki, hər hansı bir məsələ həll olunarkən müəyyən mərhələlərə ayrılır. Alqoritmdəki 
hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. 
Başqa sözlə desək, alqoritmin hər bir addımı qəti və birmənalı olmalıdır. Bu, alqoritmin müəyyənlik 
xassəsini təşkil edir.
2. Kütləvilik
Bu xassədə əsasən iki tələb nəzərə alınır:
a) müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli 
üçün yararlı olmalıdır;
b) alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Nəticəvilik
Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, 
onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
4. Diskretlik
Hər bir alqoritm ayrı-ayrı aydın addımlardan təşkil olunmalıdır.
Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır.
§3.4. Alqoritmin təsvir üsulları
Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır:
• 
Sözlə 
təsvir 
(təbii 
dillə);
• 
Alqoritmik 
dillə 
təsvir 
(proqram);
® 
Qrafik 
təsvir 
(blok-sxem).
• 
Psevdokodla
Sözlə təsvir. Sözlə təsvir olunan alqoritmin icrası insan tərəfindən aparılır. Bu üsul alqoritmin
75


Alqoritmləşdirmənirı əsaslan
kütləvilik xassəsini ödəmədiyindən, az hallarda istifadə olunur. Belə ki, alqoritmin bu təsvir üsulu 
müəyyən bir məsələnin hamı tərəfindən başa düşülməsini çətinləşdirir, bəzi hallarda mümkünsüz 
edir.
Alqoritmik diL Alqoritmin ən yığcam təsvir vasitəsi alqoritmik dildir. Bu üsul alqoritmin 
icrasının kompüter tərəfindən yerinə yetirildiyi halda daha əlverişlidir. Çünki alqoritmik dildə təsvir 
olunan alqoritm həm də məsələnin ilkin proqramıdır. Lakin bu üsul mürəkkəb alqoritmlərin oxunub 
başa düşülməsini xeyli çətinləşdirir.
Misal 1. İki ədədin cəminin tapılması alqoritmini C proqramlaşdırma dilində yazılmış bir 
proqramla təsvir edək:
'ınt a,b,c; 
main()
{
printf("a ve b 
ededlerirıi daxil_edin 
");
scanf("%d%d", &a,&b);
printf("ededlerin_cemi=%d+%d=%d", &a, &b, &c);
}

Download 63.39 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2022
ma'muriyatiga murojaat qiling