I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet21/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

əlaqəliliyin ifadə üsulundadır”[2,132]. Əvəzlikli təkrarların  mürəkkəb sintaktik bütövün 

komponentləri arasında necə sıx əlaqə yaratdığını, həmin mətn parçasının mütəşəkilliyini təmin 

edən ən mühüm üsullardan biri olduğunu Azərbaycan türk dili və Türkiyə türkcəsindən götürülmüş 

nümunələrlə nəzərdən keçirək: 

Türkiyə türkcəsində: “Allah bizi sevgisindən, ilgisindən yarattı... Onu arama və ona 

yakınlaşma gorevimizi unuttuğumuz için en olmadık zamanlarda şeytan yolumuza oturuyor, iman 

karvanımızı soyuyor.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”, 182). Bu nümunədə birinci 

cümlədə verilən “Allah” kəlməsi sonrakı cümlələrdə təsirlik və yönlük halda olan “o” III şəxs tək 

əvəzliyi ilə əvəzlənərək təkrar olunmuş və mikromətni təşkil edən komponentlər arasında bağlılıq 

anaforik əlaqə əsasında, yəni “sonra gələn semantemin artıq adı çəkilmiş semantemlə əlaqələnməsi” 

[1, 94] sayəsində yaranmışdır. 

Başqa bir nümunə: “Urfalı gazelhan, Kazançı Bedih; katalitik soba zehirlenmesi sebebiyle vefat 

ettiği güne kadar, bakir kazan yapma sanatını elindən burakmadı. O, sesini geliştirirken şan 

dersleri almadı, nota öğrenmedi. O, sesini çekicin altında inleyen bakir levhalarla birlikte ateşle 

eğitti.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”,). Bu sintaktik bütövün komponentləri 

arasında koqeziya anaforik əlaqə əsasında yaranıb, belə ki, birinci cümlədə verilən “Urfalı gazelhan, 

Kazançı Bedih”  xüsusi ismi sonrakı cümlələrdə “o” əvəzliyi ilə əvəzlənərək aktuallaşmış və 

komponentlərin əlaqələnməsinə səbəb olmuşdur. 

Azərbaycan türk dilində: “Kimsə haçansa demişdi ki, bu Mürşüd yaman baməzə oğlandır və 

bu sözlərlə onun evini yıxmışdı. Məzəlilik, necə deyərlər, ağır bir yük kimi onun  boynuna 

düşmüşdü...” (Anar, Seçilmiş əsərləri 2).  Verilən bu nümunədə də komponentlər arasında bağlılıq 

anaforik əlaqə ilə mümkünləşmişdir, belə ki, birinci cümlədə verilən “Mürşüd” xüsusi ismi sonrakı 

cümlələrdə yiyəlik halda olan “o” şəxs əvəzliyi ilə təkrarlanaraq komponentləri əlaqələndirmişdir. 

Başqa bir nümunəyə diqqət yetirək: “Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən 

heç bilmirəm o nə deyən sözdür”. (Anar, Seçilmiş əsərləri 1). Azərbaycan türk dilindən verilən bu 

nümunədə də sintaktik bütövü təşkil edən komponentlər arasında bağlılıq anaforik  əlaqə əsasında, 

yəni birinci cümlədə verilən “güzgü” sözünün sonrakı cümlələrdə “o” şəxs əvəzliyi ilə əvəzlənərək 

təkrar olunması sayəsində təşəkkül tapmışdır. 

Türkiyə türkcəsində:“İki qurbağa ayran kovasına dustu. Kurbağalardan biri korkuyordu ve 

derin bir aşağılık duyğusuna sahipti. Önce yüzmeye çalıştı ama çok geçmeden vazgeçerek 

nefessiz kalıp öldü ama kişisel gelişimden geçmiş diger kurbağa kurtulacağına olan inancını 

yitirmedi. Onu izlerken “Bu, benim başıma gelmeyecek, kurtulacağım.” dedi...” (Bülent Akyürek 

“İçinizdeki öküze oha deyin”). Bu sintaktik  bütövün ikinci, üçüncü, dördüncü və beşinci 

cümlələrində verilən mətn  sonuncu cümlədə təsirlik halında olan “o” və adlıq halda olan “bu” işarə 

əvəzliyi ilə əvəzlənmiş və anaforik əlaqə ilə komponentlər bir- birinə bağlanmışlar. Burada “bu” 

işarə əvəzliyi aktuallaşaraq işləndiyi cümlədən əvvəldə verilən bütöv mətni əvəz edir və əvəzliyin 

mətnyaratma potensialını ortaya qoyur. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



108

Mürəkkəb sintaktik bütövün komponentləri arasinda koqeziya kataforik əlaqə ilə, yəni əvvəlki 

cümlədə verilmiş əvəzliyin sonrakı cümlədə hər hansı bir leksik vahidlə ifadə olunması ilə təzahür 

edir. Məsələn:  

Türkiyə türkcəsində: “Olay şu, çok azımız kendimiz ve kaderimize yön vermekteki rolümüzü 

gerçekten biliyoruz. İnsanın hayatındkı en önemli an, kaderin merhametine bağlı olmadığını, 

düşüncelerinin, hayatınözünün sürükli onun içineakıtıldığı bir kalıp olduğunu anladığı andır. 

Greçek  şu, inandığımız, kabullendiğimz ve güvenle bellediğimiz her şeye sahip oluruz...” (Bülent 

Akyürek “İçinizdeki öküze oha deyin”). Birinci və axırıncı cümlələrdəki “şu” əvəzliyinin mənası 

sonrakı cümlələrdə açılır, hətta bu parçada komponentlər arasında koqeziya kataforik əlaqə və tam 

təkrarla, yəni “şu” işarə əvəzliyinin mürəkkəb sintaktik bütövün komponentləri arasında heç bir 

şəkilçi qəbul etmədən təkrarlanaraq əlaqə yaratması  ilə reallaşır və “şu” işarə əvəzliyi 

deaktualizator rolunda işlənərək burada kontekst yaranmasına xidmət edir və bütöv mətni əvəz 

edərək mətn yaratma potensialını göz önünə qoyur. 

Azərbaycan türk dilində: “Bircə  onu bilirəm ki, bu maşının içərisində indiyə kimi belə 

dünya gözəli oturmayıb” (Anar, Seçilmiş əsərləri 2). Bu nümunədə  tamamlıq budaq cümləli tabeli 

mürəkkəb cümlənin baş cümləsində budaq cümlənin qəlibi kimi işlənən, təsirlik halda olan işarə 

əvəzliyi aktuallaşaraq kataforik əlaqə əsasında bütöv tamamlıq budaq cümləsini əvəz edərək 

komponentlər arasında bağlılıq yarada bilir. 

 

Tam leksik təkrarlar sintaktik bütövün əvvəlki cümləsindəki leksik vahidin sonrakı 



cümlələrdə dəyişmədən, tam formada təkrarlanmasıdır. Məsələn, Türkiyə türkcəsində: Nazim 

Hikmətin “Kadın” şeirindən götürdüyümüz nümunəyə baxaq: 

Kimi der ki kadın 

Uzun kış gecelerinde yatmak içindir. 

Kimi der ki kadın 

Yeşil bir harman yerinde 

Dokuz zilli köçek gibi oynatmak içindir. 

Kimi der ki ayalimdir, 

Boynumda taşıdığım vebalimdir. 

Kimi der ki hamur yoğuran. 

Kimi der ki çocuk doğuran. [13] 

 Bu şeir parçasında qeyri- müəyyənlik bildirən “kim” əvəzliyi “-i” şəkilçisi qəbur edərək 

dəyişmədən təkrarlanaraq sonrakı cümlələri bir- birinə bağlayır. 

Azərbaycan türk dilində Aşıq Alının “Getdi” rədifli qoşmasından gətirdiyimiz nümunədə “kim”  

əvəzliyi “-i şəkilçisi götürərək qeyri- müəyyən şəxsi ifadə edərək” (MAD, 185) tam leksik təkrar 

olaraq  sintaktik bütövün komponentlərini əlaqələndirir. 

Kimi ay qabağa cığa tel düzər,  

Kimi qaş altından gözlərin süzər.  

Kimi yeyib, içib, sallanıb gəzər,  

Kiminin axırı vay oldu getdi.  [14] 

Türkiyə türkcəsindən götürdüyümüz nümunəyə diqqət yetirək: 

“Annem 


və 

babamla 


ilişikmi nasıl düzenleyeceğimi bilemiyorum. Beni heç anlamıyorlar. Benim hoşlandığım hiçbir şeyi 

onaylamıyorlar...  Benim  duyğularım ve düşüncelerimin benim için doğru olacağını kabul 

eemiyorlar.  Beni  sevmediklerini söylemek istemiyorum. Beni  seviyorlar, fakat benim onlardan 

farklı bir insan olduğumu göremiyorlar” ( Doğan Cüceloğlu “İnsan insana”). Bu nümunədə I şəxs 

tək əvəzliyi təsirlik və yiyəlik halda aktuallaşaraq sintaktik bütövün komponetlərinin arasında 

koqeziya, bağlılıq yaradır və komponentləri bir- birinə bağlayaraq mürəkkəb sintaktik bütövün bit 

sistem halında formalaşmasına xidmət edir.  

Azərbaycan türk dilndəki nümunəyə nəzər salaq: “Nəzakət: Ərə getmək başqa, mən səni bir 

ana kimi bütün qayda- qanunu ilə köçürmək istəyirəm. Mən bunun üçün illər uzunu Fərəcdən 

gizlin, öz maaşımdan qəpik-qəpik kəsib pul yığmışam. Mən səni ləyaqətlə ərə 

verəcəyəm”.(Əfəndiyev İ. “Boy çiçəyi”.) İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, yaxud “Boy 

çiçəyi” pyesindən götürdüyümüz bu iqtibasda “mən” I şəxs tək əvəzliyi nitq aktı iştirakçısının 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



109

intensiyasından asılı olaraq onun daxili hisslərini, emosiyalarını bildirmək üçün danışanın özü 

tərəfindən xüsusi intonasiya ilə tələffüz olunaraq mürəkkəb sintaktik bütövün tərkibində aktual üzvə 

çevrilir və mətni təşkil edən cümlələrin- komponentlərin əvvəlində tam halda təkrarlanır, kom-

ponentlərin bir-biri ilə əlaqələnməsinə və sintaktik bütövün tam bir sistemə çevrilməsinə səbəb olur. 

 

Yuxarıda nəzərdən keçirdiyimiz nümunələr əsasında Türk dillərindən Türkiyə türkcəsində 



və Azərbaycan türk dilində əvəzlikli təkrarların mürəkkəb sintaktik bütövün komponentlərinin 

bağlanmasında, mürəkkəb sintaktik bütövün formalaşmasında anaforik və kataforik əlaqə vasitələri 

kimi təzahürünün yaranmasındakı rolunu hər iki dildən götürdüyümüz nümunələr əsasında izlədik 

və hər iki dildə əvəzliklərin aktuallaşaraq mətndəki mənanı daha qabardıb oxucuya, dinləyiciyə 

çatdırmağa xidmət etdiyinin şahidi olduq. 

 

ƏDƏBIYYAT 



 

1.

   Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı-“Xəzər Universiteti Nəşriyyatı”-1998. 



2.

   Abdullayev K.M., Məmmədov A.Y., Musayev M.M., Üstünov K., Novruzova N.S., 

Hüseynov Ş.Q., Rzayeva G.N., Hacıyeva K.B., Ziyadova L.V., Fətəliyeva S.Q., Nağıyeva G.Q., 

Məhərrəmova G.A., Zeynalova Ş.T., Səlimova F.Q., Məhərrəmova V.H. “Azərbaycan dilində 

mürəkkəb sintaktik bütövlər”. Bakı-“Mütərcim”-2012. 

3.

   Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı-“Maarif”-1999. 



4.

   Allahverdiyeva F. Bədii mətnin formalaşmasında sintaktik əlaqə vasitələri. Bakı- “Elm və 

təhsil”-2011. 

5.

   Hacıyeva K. B. “Leksik təkrarlar mürəkkəb sintaktik bütövü yaradan factor kimi”. 



Avtoreferat. Bakı-2010. 

6.

   Kazımov Q.Ş. “Müasir Azərbaycan dili”. Bakı-“Elm və təhsil”-2010. 



7.

   Müasir Azərbaycan dili. II hissə, Morfologiya. Bakı- “Elm” nəşriyyatı- 1980. 

 

Mənbələr: 



 

8.

  Anar, Seçilmiş əsərləri 1, Bakı- “Azərbaycan dövlət nəşriyyatı”- 1988. 



9.

  Anar, Seçilmiş əsərləri 2, Bakı- “Azərbaycan dövlət nəşriyyatı”- 1988. 

10.

  Bülent Akyürek “İçinizdeki öküze oha deyin”. Ankara-C 4 Kitab- 2011. 



11.

  Doğan Cüceloğlu “İnsan insana”. İstanbul- Remzi kitabevi-2001. 

12.

  Əfəndiyev İ. “Üçatılan”. Bakı-“Gənclik”- 1982. 



13.

  Nazim Hikmet. http://www.turkstudent.net/content/article/1428/kadin.html. 

14.

   Aşıq Alı. Seçilmiş əsərləri. http://anl.az/el/a/aa_e.pdf 



 

Asadova M. N. 

 

The Text Formation Function of the Pronouns in the Turkic Languages 



(The Cognitive and Linguopragmatic Approach to the Problem ) 

 

Summary 



 

This article deals withthe text formation function of the pronouns in the Turkic languages 

from the aspect of the cognitive and linguopragmatic approach to the problem. The author also 

studies the role of the pronouns as a means of connection between the components of the complex   

syntactic whole in the Turkic languages. On the basis of the examples taken from the Turkish and 

Azerbaijani languages  the author analyses anaphoric and cataphoric relations between the 

components of the complex   syntactic whole. The pronouns play a special role in order to connect 

the parts of the complex   syntactic whole. 

 

Key words: complex syntactic whole, repetition, pronoun, cohesion, anaphora. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



110

 

Ramiz Qasımov, fil.ü.f.d., dos. 



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi katibi 

ramizasef@yahoo.com.tr 

 

CƏLİL MƏMMƏDQULUZADƏNİN İRSİNDƏ ANA DİLİ VƏ ƏLİFBA MƏSƏLƏLƏRİ 



 

Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir, 

tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi, 

dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada 

məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, 

kiçik hеkayənin böyük ustadı, milli mücadilə ƏDƏBIYYATımızın sərkərdəsi böyük ədib Cəlil 

Məmmədquluzadənin (1869-1932) irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin 

qorunması, onun savadlanması və yeni tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur. 

Təsadüfi deyil ki, böyük azərbaycançı ədib Mirzə Cəlil Azərbaycan ƏDƏBIYYATında həm də ana 

dilinin təəssübkeşi kimi tanınır. Onun əsərlərinin sadə ana dilində yazılmasından tutmuş ana dilinin 

müxtəlif problemlərinə həsr olunan çoxsaylı məqalələri böyük ədibin ana dilinə qoyduğu ən böyük 

mənəvi abidələrdən hesab olunur. Ədibin “Molla Nəsrəddin” jurnalının baş məqaləsi olan “Sizi 

deyib gəlmişəm” məqaləsindən başlamış “Lisan bəlası”, “Bizim obrazovannılar”, “Abirin və kilab”, 

“Şirin rusi danışan”, “Ana dili”, “Dil”, “Bismilla xiragima nirragim”, “Əlifba”, “Rus məxrəci”, 

“İlan-qurbağa”, “Təzə əlifba”, “Latın hürufatı və ingilislər”, “Yeni əlifba nə istəyir?”, “Nöqtələr”, 

“Behişt əlifbası”, ““X” hərfi”, “Ərəb əlifbası” kimi məqalə və felyetonlarında, eləcə də “Anamın 

kitabı”, “Saqqallı uşaq”, “Sirkə” kimi bədii əsərlərində ana dili və əlifba məsələlərinə aid müxtəlif 

problemləri öz təbirincə qaldırmış, konkret münasibət və fikir ifadə etmişdir.  

Ərəb qrafikalı əlifbanın yaratdığı çətinlikləri konkret nümunələrlə təqdim edən görkəmli 

ədib C.Məmmədquluzadə latın qrafikalı əlifbanın tərəfdarı kimi çıxış edərək həmçinin ilk əlifba 

islahatçılarından biri kimi də geniş şöhrətə malikdir. Onun nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı 

da xalqın milli oyanışı və istiqlalında böyük rol oynamış, bütün müsəlman və türk dünyasında ilk 

dəfə ana dilində çap olunan karikutaralı, sadə xalq dilində yazan, rəngli və şəkilli bir mətbuat orqanı 

kimi mühüm xidmətlərlə yadda qalmışdır.  

 

 

Türkçülük və Azərbaycançılıq ideyalarının iki nəhəng mücahidi: Əli bəy Hüseynzadə 



və Cəlil Məmmədquluzadə 

 

Ümumtürk düşüncəsi və azərbaycançılığın bitkin ideologiya və vətəndaşlıq proqramına 



çevrilməsində “söz və fikir zadəganları” olan Əli bəy Hüseynzadə (1864-1940) və Cəlil 

Məmmədquluzadənin (1869-1932) əvəzsiz xidmətləri var. Haqlı olaraq türkçülüyün atası və türk 

dünyasının böyük oğlu kimi görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə göstərilir. 

Müasirləri, hətta bu ideyanın görkəmli simalarımdan olan Ziya Göyalp özü də onu mənəvi və fikir 

atası hesab etməklə ideologiyanın müəyyənləşməsində bu dahinin yerini müəyyən edirdi. Etiraf 

edildiyi kimi, “milli ideologiya səviyyəsində türkçülüyün “Ana Yasası” kimi dəyərləndirilən 

“türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı və ilk carçısı məhz 

bu nəhəng şəxsiyyət, Əli bəy Hüseynzadə  idi. Azərbaycan ƏDƏBIYYATında həm də “Füyuzat” 

ədəbi məktəbinin lideri və Azərbaycan  romantiklərinin ağsaqqalı olan Əli bəy Hüseynzadə türklük, 

islamlıq, millət və Vətən qarşısındakı xidmətlərinə görə “Qafqaz  müsəlmanlarının atası”, 

“Qafqazdakı türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən”, “irqin 

(türklərin) ən mükəmməl öndəri”, “türk xalqlarına kimliyini bildirən dahi”, “ilk turançı”, “bütün 

türk dünyasının mücahidi”, “türkçülüyün babası (atası)” kimi adlandırılırdı. Bu görkəmli fikir 

adamı ömrünün yarım əsrdən çoxunu yorulmadan türklüyün inkişafına, o cümlədən Azərbaycan 

xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal 

mücadiləsinə həsr etmişdi...”. Bütün türk dünyasını özünə vətən olaraq elan edən Əli bəy 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



111

Hüseynzadə “Siyasəti-fürusat”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Nicat məhəbbətdədir”, 

“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” və başqa əsərlərində türkçülüyün ideoloji əsaslarını əks 

etdirmişdi.  

Məlumdur ki, Əli bəy Hüseynzadə türkçülüyün ideoloji əsaslarını yaratmış böyük ideoloq 

idi və onun siyasi fikrinin əsasını, dövlətçilik idealını Turançılıq təşkil edirdi. Onun ədəbi dil meyarı 

da İstanbul ləhcəsi əsasında müəyyənləşmiş bir dil idi. Bu fikirlərinə görə Əli bəy dövrünün bir 

qisim şəxsiyyətləri ilə bir tərəfdən birlik, digər tərəfdən fəqlilik nümayiş etdirirdi. Türkçülüyün bir 

ideya olaraq geniş intişar tapdığı XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə kimi nəhəng 

şəxsiyyətlə birgə görkəmli ədib, “Molla Nəsrəddin” ədəbi məktəbi və mollanəsrəddinçilərin 

ağsaqqalı, tənqidi realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadə də türkçülük, türkçülüyə 

doğma olan azərbaycançılıq ideyası ilə fikir və ideya birliyi nümayiş etdirirdi. Böyük ədibin 

“Anamın kitabı”, “Azərbaycan”, “Cümhuriyyət” və başqa əsərləri azərbaycançılığın ideoloji 

əsaslarını özündə əks etdirirdi. Bu baxımdan Azərbaycanda fikir cərəyanlarından, məfkurəyə 

çevrilən azərbaycançılıq ideologiyasından ona görə razılıqla bəhs etmək və onun müəlliflərini 

alqışlamaq olar ki, onlar “küldən cüzə” yox, “cüzdən küllə “ inkişaf yolunu tərcih edərək daha real

perspektivli yolu tərcih edirdilər.     

Amma bununla belə Əli bəy Hüseynzadə ilə Cəlil Məmmədquluzadə öz ideyalarında daha 

çox “kəmiyyətcə” fərqlənir, fikirlərinin, ideoloji əsaslarının daha çox miqyasına görə ayrılırdılar. 

Ə.Hüseynzadə ayrıca Azərbaycan milləti və dövləti deyil, böyük miqyaslı bütün türk xalqlarını 

əhatə edən və onları birləşdirən Turan dövləti barədə düşünürdü. Dövrünün mötəbər 

məfkurəçilərindən olan Azərbaycançı ədib Cəlil Məmmədquluzadə isə “soyköklərdəki birliyini, 

qohumluğu inkar etməmək şərtilə konkret tarixi-coğrafi məkanda yerləşən Azərbaycan 

türkçülüyünü müdafiə və təsdiq edirdi” (İ.Həbibbəyli). “Vətənin nicat yollarını aramaqda və 

mənsub olduqları millətə xidmət etməkdə hər iki sənətkarın” baxışları eyni idi... Mirzə Cəlil böyük, 

vahid və müstəqil Azərbaycanın Məcnunu, Əli bəy isə Turançılığın ideoloqu idi” (İ.Həbibbəyli).  

 

 

Rasim Heydərov, fil.ü.f.d., dos. 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, Monitrinq şöbəsinin aparıcı elmi işçisi 

dr.rasimheydarov@mail.ru 

 

DİALEKT FONETİKASININ TƏDQİQ TARİXİ 



 

Dialektologiya dilçilik, tarix, etnoqrafiya, coğrafiya və digər elm sahələri ilə sıx bağlıdır. 

Dialektoloji araşdırmalarda biz xalqın tarixi, etnoqrafiyası, mədəniyyəti ilə tanış ola bilirik. 

Dialektoloji materiallar eyni zamanda, tədqiq olunan ərazidə qədimdə yaşayan xalqların dil 

xüsusiyyətlərinin bu günümüzə qədər gəlib çatmasında müstəsna rol oynayır. Məsələn, türk 

dillərində əvvələr geniş işlənən, M.Kaşğaridən üzü bəri bir sıra tədqiqatçıların qeyd etdiyi η (sağır 

nun) səsi indi də Azərbaycan dilinin qərb qrupu şivələrində geniş şəkildə işlənməkdədir. Bu barədə 

danışarkən M.Şirəliyev yazır: “η – dilarxası sonorlu cingiltili səsdir. Bu səsə sağır “nun”, ya da 

velyar n” deyilir. η səsi dilin arxa tərəfinin arxa damağa yaxınlaşması ilə deyilir.  

Bildiyimiz üzrə, η səsinin qədim şəkli qovuşuq nq, ng, nğ olmuşdur ki, bunu turk dillərinə 

aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimizdə görə bilərik. M.Kaşğaridə: tanğa (I, 20-

16),  sanğa (I, 391-18), sonğuk “son” (III, 107-19), tenğri “tanrı” (I, 53-2), tenğiz (II, 45-27), 

A.Bakıxanovda: onga  –  ... Ağanın vəsfindən bəyan etməkdən madər mehribanın dəxi  onga təəşüq 

yetiri ola (A.Bakıxanov, “Kitabi-Əsgəriyyə”), M.F.Axundovda: yengicə – ... əhli İran hələ  yengicə 

iməkləmək başlayır; yengi dünya (M.F.Axundov, “Əsərləri”, III cild, s.164); songra – neçə vaxtdan  

songra... (Kazım bəy, “Dərbəndnamə”, s.248), sonqra (Q.), donquz (Muğ., Şə.), donqardonar (Şə.) 

və s. Daha sonralar qovuşuq η  səsi get-gedə öz hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu 

səsin  n  ünsürünə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük verilmişdir. ğ 

səsininyumşalmasınəticəsində onun yerində bəzi dialekt və şivələrdə y  səsi meydana gəlmiş, bəzi 

dialekt və şivələrdə də ğ səsi v səsi ilə əvəzlənmişdir” (1, s.72). Göründüyü kimi, η (sağır nun) səsi 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



112

tarixən dilimizdə olmuş, hazırda isə ədəbi dilimizdə işlənməsə də Azərbaycan dilinin dialektlərində 

hələ də işlənməkdədir. Deməli, biz dialektləri öyrənməklə dilin tarixi fonetikasını da öyrənir, eyni 

zamanda bu ərazilərdə tarixən baş verən prosesləri izləyə bilirik. Dialekt tədqiqatlarının 

aparılmasında dilçilikdə nisbətən cavan sahələrdən olan “dilçilik coğrafiyası” və “areal dilçilik” 

metodlarından geniş istifadə olunur. Bu metodlar son dövrlər dilçilikdə geniş istifadə olunmağa 

başlanmışdır. “Dilçilik coğrafiyası dil hadisələrinin yayılma sərhədlərini öyrənən elmdir; daha 

doğrusu, dilçilik coğrafiyası ümumi mənada dil (istər yazılı, istərsə şifahi) hadisələrini deyil, onların 

coğrafi yayılmasını öyrənir. Buna görə də dilçilik coğrafiyasına belə bir tərif verə bilərik: xalq 

ləhcələrinin kartoqrafik tədqiqi ilə məşğul olan dilçilik sahəsinə dilçilik coğrafiyası deyilir. Dilçilik 

coğrafiyası dialektlərlə məşğul olduğu üçün bəzi mütəxəssislər onu dialekt coğrafiyası da 

adlandırırlar. Göründüyü kimi, dilçilik coğrafiyasının əsas vəzifəsi dil hadisələrinin məkanca 

yerləşməsini öyrənmək və bunlardan hasil olan, təzahür edən problemləri həll etməkdir” (2, s.296). 

Dialekt fonetikasının tədqiqi tarixi təxminən dialekt və şivə materiallarının toplanması və 

öyrənilməsi tarixi ilə üst-üstə düşür. İlk fonetik tədqiqatların özü də məhz dialekt fərqləri ilə bağlı 

yaranmışdır. Azərbaycan dialektlərinin tədqiqinə isə XVIII əsrin ikinci yarısından başlanmışdır. Bu 

sahədə hələlik ilk tədqiqatçı alman İ.A.Güldenşted hesab olunur. O, 1770-ci ildə Qafqazda olarkən 

türkdilli xalqların dillərinə aid zəngin material toplamış və Berlinə qayıtdıqdan sonra “Материалы 

по азербайджанскому, ногайскому, кумыкскому, тереkeменскому (трухменскому) языкам и 

первая классификация кавказских языков” (Berlin, 1973) monoqrafiyasını çap etdirmişdir. 

Ümumiyyətlə, həmin dövrdə Qafqazda Azərbaycan dilinin ümumi ünsiyyət vasitəsi olması barədə 

xeyli məlumat vardır. Bu mənada hələ o zaman Azərbaycan dilinin dialektlərinə marağın olması 

təsadüfi deyildir. Türk dillərinin fonetik tədqiqatlarından danışarkən isə, heç şübhəsiz, 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling