I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet22/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

M.Kaşğarinin adını çəkmək lazımdır. M.Kaşğari türk dillərinin yenicə fərqlənməyə başlayan 

qollarının fonetik xüsusiyyətlərini olduqca böyük incəliklə verə bilmişdir (Bax: 3). 

Mirzə Kazım bəy də “Türk tatar dilinin ümumi qrammatikası” kitabında Azərbaycan dili ilə 

digər türk dillərinin fonetik oxşarlıqlarını və fərqlərini vermişdir. (Bax: 4).  

 

Azərbaycanda dialekt və şivələrin hərtərəfli öyrənilməsinə keçən əsrin 20-ci illərindən 



başlanılmışdır. Belə ki, Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti daxilində tarix – etnoqrafiya 

şöbəsi yaradılmış, bu şöbəyə görkəmli yazıçı-dramaturq Ə.B.Haqverdiyev rəhbərlik etmişdir. Məhz 

onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda ümumxalq dilinin öyrənilməsinə başlanılıb. Bu işə, 

demək olar ki, Azərbaycan ziyalılarının əksəriyyəti qoşulur. Nəzərdə tutulan 30 cildlik ümumxalq 

danışıq dilinə aid lüğətin – baş söz kimi “A” və “B” hərflərindən ibarət iki cildi 1930-1931-ci 

illərdə nəşr olunur və naməlum səbəblərə görə bu iş dayandırılır. Bu hadisədən sonra İ.Aşmarin 

“Общий обзор народных тюркских говоров города Нухи” tədqiqat əsərini yazır. Bu əsərdə Şəki 

(Nuxa) dialektinin fonetik xüsusiyyətlərinə də xüsusi yer verilir. Bu illərdə Azərbaycan dili dialekt 

və şivələrinin öyrənilməsinə və tədqiq edilməsinə maraq artır. “Azərbaycanı Tədqiq və Tətəbbö 

Cəmiyyətin tapşırığı ilə N.İ.Aşmarinin hazırladığı proqram və göstərişlər əsasında başqa şivələrin 

də öyrənilməsi başlanır. Bu məsul vəzifə o zaman görkəmli türkoloq B.Çobanzadəyə həvalə olunur. 

Onun 1927-ci ildə nəşr etdirdiyi “Türk-tatar dialektologiyası” əsəri Azəbaycan dilçiliyində bu 

sahəyə həsr olunmuş ilklərdən biri sayılır. Müəllif bu əsərdə türk dillərinin dialektlərini müqayisəli 

planda tədqiq edir. O həm də ilk dəfə olaraq dialekt və dialektologiya, türk dialektologiyası elminin 

tarixi, türk dillərinin qarşılıqlı münasibəti məsələlərini xüsusi araşdıraraq türk-tatar şivələrini qeyd 

etmiş və bu sahəyə aid əsas tədqiqatları işıqlandırmışdır. O zamana qədər Azərbaycan şivələri tam 

öyrənilmədiyindən müəllif türk dillərini bütöv şəkildə götürmüşdür” (5, s.24).  

Dialektologiya elminin Azərbaycanda tədqiqat tarixini bir neçə yerə bölmək olar: 1. Sovet 

dövrünə qədərki dövr; 2. Sovet dövrü; 3. Müstəqillik dövrü. Bu mənada sovet dövrü dialektoloji 

araşdırmalar üçün xüsusi mərhələ sayıla bilər.   

M.Şirəliyev Azərbaycan dialekt və şivələrinin öyrənilməsinin daha səmərəli olması üçün üç 

istiqaməti əsas saymışdır: 

1. Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqi.  

2. Azərbaycan dili dialekt və şivələrinin dilçilik coğrafiyası əsasında öyrənilməsi.  

3. Dialekt və şivələrin lüğətin qeydə alınması və sistemə salınması və nəşri (6, s.19).  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



113

Şübhəsiz, üçüncü istiqamət nəzərə alınmazsa dialekt fonetikasının tədqiqində də eyni 

metodlardan istifadə edilir. Lakin lüğətlər hazırlananda da fonetik xüsusiyyətlər nəzərə alınmalıdır. 

Eyni zamanda nəzərə alınmalıdır ki, dialekt tədqiqatları, əsasən, fonetik istiqamətdə aparılır. Dialekt 

faktlarının toplanması ilə bağlı aparılan tədqiqatlar və ekspedisiyalar da ilk vaxtlar fonetik və leksik 

faktların aşkarlanması istiqamətində aparılmışdır.  

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yarandıqdan sonra təşkil edilən ekspedisiya-

lar zamanı 1933-cü ildə Şamaxı, 1934-cü ildə Quba dialektləri, 1935-ci ildə isə Zaqatala və Qax 

şivələri araşdırmışdır. Akademiya nəzdində Dilçilik İnstitutu yarandıqdan sonra isə bu iş davam 

etdirilmiş və 1945-ci ildə Zaqatala-Qax, 1946-cı ildə Sabirabad, 1947-ci ildə Şirvan, 1948-ci ildə 

Salyan, 1949-cu ildə Biləsuvar, 1950-ci ildə Culfa, Ordubad, 1951-ci ildə Noraşen (Şərur), 1953-cü 

ildə Şahbuz, 1954-cü ildə Naxçıvan, 1956-cı ildə Ağstava, 1957-ci ildə Tovuz, Qazax, 1958-ci ildə 

Borçalı bölgələrinə dialektoloji ekspedisiyalar təşkil etmişdir. Bu işdə M.Şirəliyevin rəhbərliyi ilə 

R.Rüstəmov, K.Ramazanov və başqa dilçilər iştirak etmişlər (1, s.16-17). 

Azərbaycan dilalektlərinin monoqrafik tədqiqatında ekspedisiyaların uğurlu nəticəsi kimi 

dialektlərin fərdi tədqiqatı da həyata keçirilmişdir. Bu sahəyə ilk dəfə olaraq M.Şirəliyev 1941-ci 

ildə “Bakı dialekti” adlı namizədlik dissertasiyası başlamış bu əsərə görə müəllifə birbaşa filologiya 

elmləri doktoru alimlik dərəcəsi vermişdir. Keçmiş SSRİ məkanındakı türkdilli respublikalarda bu 

hadisə geniş rezonans doğurmuşdur. 1942-ci ildə isə alimin iki hissədən ibarət yazdığı “Azərbaycan 

dialektologiyası” əsərinin birinci hissəsi nəşr olunmuşdur. Tədqiqatın “Qazax dialekti haqqında 

ümumi obzor” adı altında olan ikinci hissəsi isə 1943-cü ildə çapdan çıxmışdır.  

Sonralar M.Şirəliyev öz tədqiqatlarını ümumiləşdirərək “Azərbaycan dialektologiyasının 

əsasları” adı ilə çap etdirmişdir və əsər dəfələrlə nəşr olunmuşdur. Əsər haqqında danışarkən 

Q.Kazımov yazır: “Geniş elmi qüvvələrin topladığı materiallar əsasında 1962-ci ildə 

M.Ş.Şirəliyevin ümumiləşdirici “Azərbaycan dialektologiyasının əsasları” kitabı nəşr olunur. Bu 

kitab M.Şirəliyevin 20 ildən artıq müddətdə apardığı tədqiq və araşdırmaların nəticəsi idi və 

Azərbaycan dili dialekt və şivələrinin fonetik, leksik, qrammatik xüsusiyyətlərini bütövlükdə əhatə 

edirdi. Əsərdə ədəbi dilimizlə müqayisə əsasında dialekt və şivə qruplarına aid fərqli fonetik, leksik, 

morfoloji və sintaktik xüsusiyyətlərin ətraflı şərhi verilmişdir. Burada qədim kökləri olan bir sıra 

arxaik elementlərin ilkin tədqiqi də maraq doğurur. M.Şirəliyev əsərdə ümumtürk leksik qatı ilə 

yanaşı, şivə leksikası içərisində qədim alınmalara da diqqət yetirmiş, onların şivə tələffüz tərzinin 

Azərbaycan dili qanunları ilə bağlı izahını vermişdir” (7). 

Rusiya ərazisində yaşayan digər türk xalqlarının dil materiallarının eksperimental-fonetik 

tədqiqinə də hələ ötən əsrin 60-cı illərində başlanılmışdır. Bu proses indi də davam edir və artıq 

2013-cü ildə “Sibirin türk xalqlarının dillərinin konsonant artikulyasiyası atlası” (8, s.7) adlı 

dialektoloji atlas da hazırlanmışdır. Heç şübhəsiz müstəqillik əldə etdikdən sonra Azərbaycanda da 

dialektoloji tədqiqatlar gücləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 9 

aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində 

zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda 

Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq 

öyrənilməsinin təmin edilməsi (6.3.5.) nəzərdə tutulur (9). Bu məqsədlə artıq dörd dildə 

(Azərbaycan, türk, ingilis, rus dillərində) hazırlanan “Azərbaycan dilinin Naxçıvan dialektoloji 

atlası” hazırlanıb elmi ictimaiyyətə təqdim olunub (10). Hazırda Nəsimi adına Dilçilik İnstitutu 

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” üzərində çalışır. Ümumiyyətlə, Nəsimi adına 

Dilçilik İnstitutunun bu sahədə kifayət qədər təcrübəsi vardır və hələ Sovet hakimiyyəti illərində 

institutun əməkdaşları tərəfindən “Azərbaycan dilinin dialektoloji atlası” hazırlanmışdır (11). 17 

illik gərgin əməyin və onlarla dialektoloji ekspedisiyanın nəticəsi olan atlas 128 xəritədən ibarətdir.  

Artıq qeyd olunduğu kimi, dialektoloji tədqiqatların əsas aparılma metodu olan dilçilik 

coğrafiyası müxtəlif dil hadisələrinin inkişafının qanunauyğunluqlarını – səs qanunları problemini, 

semantik qanunları, analitizm və sintetizm məsələlərini öyrənmək üçün böyük əhəmiyyətə malikdir. 

Dilçilik coğrafiyası həmçinin hansı qrammatik forma və ya sintaktik konstruksiyanın daha sabit

hansının dəyişkən olduğunu müəyyənləşdirməyə imkan verir ki, bu da dil tarixi üçün çox vacibdir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



114

Ayrı-ayrı forma və ya konstruksiyanın arealının öyrənilməsi isə onların mahiyyətini araşdırmağa 

kömək edir (11, s.1).  

Avropada dillərin dialektoqrafik tədqiqi XIX əsrin sonlarından başlanır. Onun yaranması üçün 

Şuxardtın “coğrafi tarazılaşma” nəzəriyyəsi (1870) və Şmidtin “dalğa nəzəriyyəsi” (1872) stimul 

rolu oynamışdır. XIX əsrin sonlarından başlayaraq bu metod böyük şöhrət qazanır. Dialektoloji 

atlasların tərtibinə isə ilk dəfə alman dilçisi Georq Venker başlamışdır. Venker Düsseldorfda xalq 

müəllimi, sonralar Marburqda kitabxanaçı işləmişdir. O, 1876-cı ildə xalq müəllimlərinə xüsusi 

anketlər (fonetik transkripsiyasız) göndərir. 1886-cı ildə o, 40 min anketə cavab alır. Həmin il 

“Alman atlası” elmi instituta çevrilir və “Alman rayxının dil atlası” qırx il (1926-cı ilədək) 

əlyazması halında tədqiqatçıların istifadəsində olmuşdur. Atlasın nəşri Venkerin vəfatından 15 il 

sonra, 1926-cı ildən başlanır (12, s.335).  

Güründüyü kimi, ilk dialektoloji atlaslar məhz fonetik xüsusiyyətlərin müəyyənləşdirilməsi 

üçün hazırlanırdı. Xüsusən də nəzərə alsaq ki, flektiv dillərdə fleksiyanın nəticəsi oalaraq fonetik 

fərqlər daha tez yaranır, onda bu tip tədqiqatların nə qədər vacib olduğunun şahidi olarıq. Yəni 

dialektoloji atlaslar praktik tələbdən irəli gəlirdi. “Çox maraqlıdır ki, hələ 1866-cı ildə, yəni 

Almaniyada G.Venkerin atlas üzərində işə başlamasından 10 il əvvəl, E.Edmonun Fransa dilçilik 

atlası üçün material toplamasından 31 il əvvəl Benqaliyanın Asiya cəmiyyəti C.Kempbellin 

Hindistanın bütün dilləri və dialektləri üçün sorğu proqramını çap etdirmişdir. Həmin iş daha 

sonralar da davam etdirilmişdir. Bu sahədə J.Blokun 1963-cü ildə çapdan çıxmış əsərini xüsusi 

qeyd etmək lazımdır (11, s.1).  

Qeyd etdiyimiz kimi, dilçilik coğrafiyası praktik tələbatdan doğan bir sahə idi. Sonradan bu 

sahə təkcə fonetika ilə kifayətlənmədi və dilin digər qatları da bu tədqiqatlara cəlb olundu.  

Dilçilik coğrafiyasının yaranması və inkişafında isə fransız dilçilərinin böyük əməyi var. 

Dilçilik coğrafiyasının yaranması, sözün əsl mənasında fransız dilçisi Jül Jilyeronun adı ilə bağlıdır. 

Məhz onun E.Edmonla hazırladıqları “Fransa dilçilik atlası” dilcilik coğrafiyasının inkişafında 

böyük rola malikdir. 12 cilddə nəşr edilən atlas, əsasən, leksika məsələlərinə həsr edilmişdi. Dialekt 

materialları dəqiq fonetik transkripsiya ilə təsbit edilmişdi. Artıq dediyimiz kimi, təkcə fonetikaya 

diqqət verən əvvəlki atlaslardan fərqli olaraq Jilyeron suaları elə tərtib etmişdi ki, toplanılan 

materiallar dilin bütün yaruslarını – fonetika, morfologiya, sintaksis və leksikanı əhatə etsin (12, 

s.337; 11, s.1).  

Bu atlas fonetik tədqiqatlar üçün yeni bir istiqamət açdı və o vaxta qədər həll olunmuş sayılan 

bir sıra məsələlərə yenidən baxmaq zəruətini yaratdı. “Fransanın dilçilik atlası”nın materiaları 

ümumi və müqayisəli dilçiliyin artıq məlum olan bəzi problemlərinə və hər şeydən əvvəl səs 

qanunlarının mahiyyəti probleminə yeni mövqeydən yanaşmaq imkanı verdi. Kifayət qədər aydın 

şəkildə aşkar oldu ki, səs dəyişmələri səslərin surəti və frontal dəyişməsinin nəticəsi deyildir. 

Dəyişmə tədricən yayılır, söz ardınca sözü əhatə edir (2, s.307).   

Alman dilçilik atlasları isə elə əvvəldən, Venkerin vaxtından fonetikaya əsaslanır. Alman 

dilçilik (dialektoloji) atlaslarında səs qanunlarının yayılması və təsiri xüsusiyyətləri həmişə diqqət 

mərkəzində olmuşdur (12, s.337). 

Ümumiyyətlə, qeyd olunmalıdır ki, fonetika dialektoloji tədqiqatlar üçün baza rolunu oynamış 

və dilin fonetik səviyyədə dialet bölgüsü dialektoloqların və dilçilərin həmişə diqqətində olmuşdur.  

Sonrakı mərhələlərdə dialektlər monoqrafik şəkildə də tədqiq olunmağa başlandı. Bu növ 

tədqiqatlar Azərbaycanda da kifəyət qədər uğur qazanıb. Qeyd olunmalıdır ki, istənilən dialekt 

tədqiqatında fonetika əhəmiyyətli dərəcədə rol alır və fonetikasız dili təsəvvür etmək mümkün 

olmadığı kimi, dialektoloji tədqiqatları da fonetikasız təsəvvür etmək olmur. Dilçiliyin inkişafı ilə 

digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dialektoloji tədqiqatlar aparılarkən dialektin bütün 

qrammatik xüsusiyyətləri nəzərə alınır. Yəni tədqiqatçılar dilin dialekt xüsusiyyətlərinin hamısını – 

fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri nəzərdən keçirirlər. M.Qasımov yazır: “1940-cı 

ildə prof. M.Ş.Şirəliyev bir dissertasiya işi kimi “Bakı dialekti” adlı əsərini yazdı. SSRİ Elmlər 

Akademiyasının müxbir üzvü N.K.Dmitriev və başqa dilçilər bu əsərin məzmun dolğunluğu 

etibarilə prof. N.İ.Aşmarinin Nuxa şivələrinə aid əsərindən qat-qat üstün olduğunu söylədilər. 

Çünki Bakı dialekti adlı dissertasiya Bakı dialektinin fonetik, morfoloji, sintaktik və leksik 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



115

xüsusiyyətləri geniş şəkildə izah edilmişdi” (13, s.200). N.İ.Aşmarin öz əsərində daha çox fonetik 

və morfoloji xüsusiyyətlərə yer verdiyindən sonrakı tədqiqatlarda tənqid olunurdu. Bununla belə, 

dialekt fonetikasının tədqiqi dilçilik baxımından həmişə əhəmiyyətli olmuşdur.  

 

                                                   ƏDƏBIYYAT  



 

1.

  M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. B., Şərq-Qərb, 2008, 416 s. 



2.

  Ə.Rəcəbli. Dilçilik metodları, B., Nurlan, 2003, 492 s. 

3.

  Kaşğari M. Divanü lüğat-it-türk. I cild, B., Ozan, 2006, 512 s. 



4.

  Azərbaycan dilçiliyi müntəxabatı. I c. B., 2013, s.79-92 

5.

  Q.G.Qəmbərova “Azərbaycan dialektologiyasinin inkişafi” Nəsimi adina Dilçilik 



İnstitutunun əsərləri – 2012, xüsusi buraxiliş, s.24-28 

6.

  M.Nəzərova. Məmmədağa Şirəliyev və Azərbaycan türkologiyasının problemləri. B., 



Elm, 1999, 116 s. 

7.

  http://www.qkazimov.gen.az/pdf/azerbaycan_dialektologiyasi.pdf 



8.

  Селютина И.Я., Уртегешев Н.С., Эсенбаева Г.А. и др. Атлас консонантных 

артикуляций в тюркских языков народов Сибири. Новосибирск: РИЦ НГУ, 2013, 

352 с., 


9.

  http://www.president.az/articles/7744 

10.

 Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası. Bakı, Elm və təhsil, 2015, 308 s. 



11.

 “Azərbaycan dilinin dialektoloji atlası” B, Elm, 1990, 284 

12.

 Ə.Rəcəbov. Dilçilik tarixi. B., Maarif, 1988, 538 s. 



13.

 M.Ş.Qasımov. Sovet dövründə Azərbaycan dialektologiyasının inkişafı / Dilçilik 

məcmuəsi. X cild, B.,1957, s.197-211  

 

Rasim Haydarov Arif oglu 



Summary 

The exploring history of dialect phonology 

 

The history of dialect phonetics coincides with the beginning of a dialectical researches. The 



first dialectical studies are especially began with the study of phonetical materials. It is no 

coincidence that the phonetic features have been taken in the creation of linguistic geography and 

atlases. These issues are taken into consideration and the issues concerning the dialect phonetics of 

world linguistics and Azerbaijani linguistics are studied in the article. 

 

Key words: dialectology, phonetics, linguistic geography, areal linguistics, dialectic atlas 



 

  

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



116

 

SEVİNC MƏMMƏDOVA, fil.ü.f.d., dos. 



   

AMEA Nəsimi adına Dilçilik İnstitutu,   

Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi 

sevinc_memmedova@yahoo.com  

 

 

DİALEKT SÖZLƏRİNİN AZƏRBAYCAN MƏTBUATINDA  İŞLƏNMƏSİ 



 

Dilimizin lüğət tərkibində diqqəti çəkən normalaşma meyillərindən biri də dialekt leksikası və 

ədəbi dil leksikası arasında qarşılıqlı əlaqənin güclənməsidir. Bunun nəticəsində son illər dialekt 

sözləri mətbuat dilinə gətirilir, bu yolla ədəbi dilimiz, mətbuat dilimiz zənginləşir. Bu, hər şeydən 

əvvəl, qəzet dilinə verilən «sərbəst»liklə bağlıdır. Artıq qəzet dilinə məhdudiyyət qoyulmur, «mət-

buat dili yalnız ədəbi dilin sözlərindən qurulmalıdır» fikri öz əhəmiyyətini itirir. 

Qəzet dilində dialektizmlər funksional-üslubi məqamlar da işlədilir. Dialektizmlərə təhkiyə 

dilində və müsahibələrin nitqində rast gəlirik. 

Hər bir dialekt sözünü qəzet dilinə gətirmək olmaz. Ədəbi dildə qarşılığı olmayan dialekt söz-

ləri ilk növbədə, qəzet dilində işlədilməlidir. Lakin bəzən mətbuat dili danışıq dilinə məxsus şivə 

çalarlı ümumişlək sözlərlə doludurulur. Məsələn, «Çeşmə» qəzeti nağayrım-nətəər eləyim - deyib 

AMİP liderinə köntöy bir sual verdi. /»Kredo» qəz. 30.10.2003/. Belə dialekt sözləri qəzet dilinə ki-

nayə məqsədilə gətirilir. 

Leksik dialektizmlərdən söz-termin yaradıcılığında əsas mənbə kimi istifadə olunur. Həyatın, 

məişətin elə bir sahələri vardır ki, onlara aid terminlər, əsasən ümumxalq dilindən dialekt və şivələr-

dən alınmışdır. Həmin sözlərdən qarşılığı-ekvivalenti olmadığı üçün qəzet dilində də istifadə olu-

nur. Məsələn, «Xalq qəzeti»ndə belə bir cümləyə rast gəlirik: 

Yarpağından hazırlanmış parçalar başqa ölkələrə göndərilir. /”Xalq” qəz.22.02.2004/. 

«Yarpağı» Quba dialektində yazda qırxılan qoyun yununa deyilir. «Azərbaycan dilinin dialek-

toloji lüğəti»ndə /Bakı, 1964, s.241/. 

«Kəmsik»: Şamaxı, Qazax və Qarabağ  dialektlərində işlənir. «Kəmsik»-itin başına bağlanan 

ip. Məsələn, Səfiy iti həmişə kəmsiydə saxlanır. /ADDA, 257/. 

Bu söz qəzet dilinə də daxil olmuşdur.Başımıza kəmsiy bağlayıb, otərəfə, butərəfə çəkirlər. 

/»Xudafərin» qəz. 15.09.89/. 

«Tərlik»: atçılıqla bağlı termindir. Atın belinə qoyulur, keçədən hazırlanır, təri canına çəkən-

dir. Bu sözə «ülfət» qəzetinin /27.10.1999/ tarixli nömrəsində çap edilmiş Bəşir Əhmədovun «Sö-

zün tarixi-elm tarixi» yazısında rast gəlirik. 

«Savunmaq»-»müdafiə etmək», «qorumaq» mənasında. Onların hər üçü ölkənin suvanması-

na, savaşın başa çatmasına cavabdehdirlər. /»Azadlıq» qəz. 24.09.1999/. 

Göründüyü kimi, mətbuat dilində dialekt və şivə sözləri işlədilə bilər. 

Məlumdur ki, dilin yaradıcısı xalqdır. Xalqın da ilk dəfə eşitdiyi və mənimsədiyi dialekt və şi-

və sözləridir. Təfəkkürdə özünə yer tapmış dialekt və şivə sözləri, istər-istəməz qəzet dilinə də gəlir. 

Dialektizmlərin leksik xüsusiyyətlərini müəyyən dərəcədə əks etdirir. Mətbuat dilində xalq danışıq 

dilinə yaxınlaşma açıq-aydın görünür. Ədəbi dilimizə dialekt və şivələrdən mətbuat vasitəsilə yeni 

sözlər keçir. Nümunələr: 

«Perikmək»-»ayrı düşmək» sözünə əvvəllər qəzet dilində rast gəlmək olmurdu. Müasir dövrü-

müzdəki hadisələrlə bağlı olaraq bu dialekt sözü mətbuatın dilinə də yol tapdı. Sədərək kəndinin 10 

min nəfərdən çox sakini ev-eşiklərindən perikib... /»Azadlıq» qəz. 29.07.1998/. Məqsədlərinə yet-

mək üçün həmin xalqlar milli azlıqlara divan tutur, hər cür terrora əl atır, onların ev-eşiyindən pe-

rikdirirlər. /»Azadlıq» qəz. 12.09.1999/. 

«Ayaqçı» sözü düzəltmə olsa daleksik yolla qəzet dilinə daxil olmuşdur. Müxtəlif  qədim ya-

zılı və şifahi abidələrin dilində təsadüf edilən, müxtəlif dialekt və şivələrin dilində qorunan söz 

«Kuryer» sözünü əvəzedir. Ayaqçı redaktə edilmiş yazıları baş redaktorun stolunun üstünə qoydu.  

/»Xalq qəzeti» 20.05.91/. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



117

Leksik yolla qəzet dilinə gətirilmiş dialekt sözlərdən biri də «ilğım»dır. İlğımla gerçəyin ara-

sında vurnuxan tamaşaçı təbliğat narkozunun təsirilə ilğımı üstün tutur. /”Azadlıq”qəz. 17.06.2003/. 

Aşağıdakı dialekt sözləri də qəzet dilində milli koloriti təmin etmək, məhəlli çalar yaratmaq 

üçün işlədilmişdir: 

Hellənmək–enib - qalxmaq. Buradan dağların qoynuilə enişə hellənən yoxuşa dartınan bir ağ 

yol görünür. /”525-ciqəzet”. 07.11.2011/. 

Pörtələmək - qaynar suda yanmaq: Şəki ipək kombinatında əli qaynar suda pörtələnən fəhlə-

lər mənə dedilər. /”Kredo” qəz. 12.09.2013/. 

Qırnıx - bir qədər; bir az: Bunu «soyunar»... «geyinər» şəklində də söyləmək mümkündür ki, 

qavranılmasını bir qırnıx da becidləşdirək./”Azadlıq” qəz. 01.09.2000/. 

Sivişmək - bəhanə ilə aradan çıxmaq: Əngəlləri sivişə-sivişə bir də ayrılıb görərik... /”Azad-

lıq” qəz.05.09.1999/. 

Qənşər - ön, qabaq: «Muğan» mehmanxanasının qənşərində şənbə və bazar günləri böyük 

canlanma olur. /”Azərbaycan” qəz. 15.04.2014/. 

Soluxmaq - solmaq: Onun fikirləri də soluxmuşdu, özü də... /”Kredo” qəz. 16.04.2015/. 

Bu cür sözlərin qəzet dilinə gətirilməsi heç də pis hadisə deyil. Bunlar dilin içindən gələn, xal-

qın zəkası ilə yaradılan sözlərdir. Belə sözlər qəzet dilinə yenilik gətirir, publisist üslubu koloritli 

edir. Xüsusən də qarşılığı olmayan dialekt sözlərini qəzet dilinə gətirmək lazımdır. Bu cəhət ədəbi 

dilimizin zənginləşməsi üçün çox gərəklidir. 

Qəzet dilində təsadüf edilən dialektizmlərin bir hissəsi ədəbi dilimizin əvvəlki dövrlərində iş-

lək leksik vahidlər olub, hazırda dialekt və şivələrdə öz izlərini qoruyub saxlamışlar.Məsələn, tərlik, 

öynə, üşənmək və s. 

Tərlik - yəhərin altına qoyulan keçə: Tərlik

 qoltağın altından atın belinə qoyulur. /”Ülfət” 

qəz. 27.10.2003/. 

Öynə-növbə,  dəfə,  kərə: Öynə qovan uşaqlar kimi ora-bura qaçırdılar. /”Aydınlıq”qəz. 

15.07.2002/. 

Üşənmək-qorxmaq, bədəni titrəmək, vahiməyə düşmək: Ayağının altında qalan meyiddən 

üşəndi. /”Aydınlıq” qəz. 18.07.1999/. 

Belə dialekt sözləri etnoqrafik səciyyə daşıyır və milli koloriti gücləndirir. Odur ki, Musa 

Adilov da etnoqrafik dialektizmlərin qəzet dilində işlənməsinə qarşı çıxmır və yazır ki, bir sıra bitki 

və heyvan adları, adət və ənənələr və s. ilə əlaqədar sözlər dialektlərdən müxtəlif yollarla ədəbi dilə 

gətirilir. Bu işdə qəzetlərin də köməyi az olmur(1, s.45). 

Qəzet dilinə etnoqrafik dialektizmlər ən çox mövsümü işlə bağlı gətirilir. Bu hal kənd 

təsərrüfatı qəzetlərində daha çox müşahidə olunur. Məsələn, baramaçılıq təsərrüfatı vaxtı qəzetlər 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling