I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet23/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

bu sahə ilə bağlı dialekt sözləri işlədir.Toxmaçalarda yaxşı yarpaqlar əmələ gəlmişdi./»Xudafərin» 

qəz. 15.06.2000 Cəbrayıl r-nu/. Gümdərlər bu ilə əla barama yetişdirmişlər./»Xudafərin» qəz. 

4.05.2000/. Əslində, «toxmaçar» /tut bağı/, «kümdər»/barama qurdu saxlayan/ sözləri yeni sözlər 

deyil. Bu sözləri ancaq həmin təsərrüfatla məşğul olanlar bilir. Belə sözlərlə ədəbi dilin lüğət ehti-

yatını artırmaq olar. Belə sözlərin işlək dairəsini genişləndirmək üçün ikidilli və izahlı terminoloji 

lüğətlərdə təsbit etmək lazımdır. 

İlk dəfə qəzet dilinə gətirilmiş dialekt sözünün mənasını mötərizədə vermək də faydalıdır. 

Çünki bir çox dialektizmlər geniş oxucu kütləsinə tanış deyil. (7, 81). Məsələn, Kənddə camaatın 

çoxu pis yaşayır. Ocağa qoymaq üçün talaşa /odun qırıntısı/ yığırlar/. ”Araz” qəz. 5.12.1999, Füzuli 

r-nu/. Kolxozun balaxları /camış balası/ xəstəlikdən qırılırdı. /”Araz” qəz. 5.12.2001/.  

Beləliklə, belə bir nəticəyə gələ bilərik ki, söz-termin yaradıcılığında dialektlər də mühüm 

mənbələrindən biridir. Sosial həyatla bağlı olaraq cəmiyyətdə yeni anlayışlar, təsərrüfatda yeni sa-

hələr meydana gəlir və onları ifadə edən sözlər-terminlər formalaşır və qəzet vasitəsilə inkişaf edir. 

 

ƏDƏBIYYAT 



 

          1.Adilov M.İ. Qəzet dili. Bakı, ADU-nun nəşri, 1973. -116 s. 

2 .Axundov A.A.Mətbuat dilinin qayğıları. “Xalq qəzeti”, 22-23 iyul,1992 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



118

3. Azərbaycan ədəbi dil tarixi. Bakı, “Elm”, 1991.-283 s. 

4. Bağırov Q. Azərbaycan nəsrində danışıq dilinin xüsusiyyətləri. Bakı, APİ-nin nəşri, 1987. -

79 s. 


5. Məmmədov C.Ə.Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu. Nam. dis. Bakı, 1972. -

123s. 


6. Azərbaycan dilinin dialektoloji lüğəti.  Bakı, 1964  

7. Məmmədov M.B. Filoloji düşüncələr. Bakı, “Nurlan”, 2005, -354 s. 

 

 

MƏNBƏLƏR 



“Kredo” qəz. 

“Azadlıq” qəz. 

“Azərbaycan” qəz. 

“525-ci qəzet” 

“Xalq” qəz. 

 

Mammadova Sevinj, associate professor 



 

The Use of Dialectal Words In the Azerbaijan Press 

 

Summary 


This article emphasizes that the use of dialectal words in the language of press has been 

become more active recently. This is connected with the “independence” allowed to the language of 

the newspaper. Dialecticisms are used in different situations in the language of newspaper. Lexical 

dialecticisms are used as a main source in the formation of the word- terms. Dialecticisms are met 

both in the narrative language and in the speech of confabulators. 

 

Key woods: Azerbaijan, press, dialectal word, lexical dialectisms 



 

 

Şəkər Orucova, fil.ü.f.d., dos. 



AMEA Nəsimi adına Dilçilik İnstitutununTürk dilləri şöbəsinin aparıcı elmi işçisi 

shakarbsu@mail.ru 

 

 

İTİB GETMƏKDƏ OLAN TÜRK ETNOSLARI VƏ ONLARIN DİLLƏRİNİN MÜASİR 



DÖVRDƏKİ VƏZİYYƏTİ 

 

Rusiya, Monqolustan, Çin, Liviya və s. ölkələrin ərazilərindəki türkdilli xalqlar xalqlarının 



etnogenezi, onların yaşayış tərzi, məşğuliyyəti, mədəniyyəti, dili, tarixi, etnoqrafiyası və folkloru 

barədə hələ inqilabdan çox-çox əvvəl həm rus, həm də xarici səyyahların traktatlarında az da olsa, 

bir sıra məlumatlara rast gəlinir. Bu mövzunun hazırkı dövrdə daha çox gündəmə gətirilməsinə 

baxmayaraq, araşdırılması bir sıra çətinliklər törədir. Tarix, arxeologiya, etnoqrafiya, antropologiya, 

dilçilik və folkloristika kimi sanballı elm sahələri mənbələrinin kompleks şəkildə bu problemin 

həllinə yönəldilməsi bu çətin mövzunun tədqiqini bir qədər də mürəkkəbləşdirir. Elə buna görədir 

ki, bu problem ətrafında müxtəlif elmi mülahizə və mübahisələr hazırda da səngimək bilmir.  

İtib getməkdə olan türk etnoslarına Monqolustanda yaşayan duxalar  (tsaatanlar), eləcə 

dəçəngəl  (tsengel) türkləri, İrkutsk vilayətinin Nijneudinsk rayonunda yaşayan və özlərini 

tuba(tofa, tıfa, tipa) etnonimi ilə adlandıran toflar / tofalar / dubolar / qaraqaslar(1000 nəfər), 

Buryatiya Respublikasının Okin və Tunkin rayonlarında məskunlaşan soyotlar (3000 nəfər), 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



119

Altayın cənub-şərqində yaşayan telengitlər,  Livan türkmanları (sayları haqqında dəqiq məlumat 

yoxdur, təqribən 8.650 nəfər), Tuva Respublikasında yaşayan tuvinlər,  urxanyaylar daxildir (1). 

Burada çəngəl türkləri və telengitlərdən bəhs edəcəyik. 

Çəngəl türkləri Çəngəl (Tsengel) sumonunda məskunlaşmışlar. Qeyri-rəsmi məlumata 

görə, 20 min-ə qədər olsalar da, bunlardan yalnız 8 min-ə qədəri öz ana dillərini bu günə qədər 

mühafizə edə bilmişlər. Bir sıra səbəblərə görə, milli mənsubiyyətləri uryanxay,  uyğur,  qazax, 

monqol  olaraq göstərilən çəngəllər 1990-cı ildə şəxsi istəkləri çəngəl türkləri adı ilə qeyd 

olunmuşlar. Çəngəl türklərinin damğası (tamğası) çəngəl şəkilli alətdir. Onların yaşlı nəsli Rusiya 

ilə Monqolustan arasında dövlət sərhəddi müəyyənləşdirilmədən öncə məskunlaşdıqları torpaqların 

Tuva və tuvinlərə aid olduğunu hələ də xatırlayır. Rusiya ilə Monqolustan arasında olan dövlət 

sərhəddi onları iki hissəyə parçalamış, nəticədə Monqolustan ərazisində qalmaq çəngəl türklərinin 

tale qismətinə yazılmışdır. Bu azmış kimi, 1963-cü ildə Çəngəl sumonu ləğv edilmiş, əhali 

qazaxların üstünlük təşkil etdikləri Ağ-həm (Ak-Xem) sumonuna birləşdirilmişdi. Bu siyasi hadisə 

ümumilikdə çəngəl türklərinin onsuz da ağır olan güzəranına bir çox sahələrdə öz mənfi təsirini 

göstərmişdi. Belə ki, azlıq təşkil etdikləri sumonda əsas mövqeli vəzifələri qazaxlar tutduqlarından 

çəngəl türklərinin çoxu işsiz qalmışdı. Qazaxlar onları işsiz qoymaqla kifayətlənməyərək mal-qara 

üçün yararlı olan ən yaxşı otlaq yerləri və bol məhsul verən əraziləri də mənimsəmişdilər. Öz 

doğma ərazilərində yaşamağın mənasız olduğunu görən çəngəl türkləri iş tapmaq məqsədilə ailəcə 

başqa yerlərə daşınmaq məcburiyyətində qalmışdılar. Statistik hesablamalara görə, 1100-dən çox 

tuvalı Çəngəli tərk edərək Mərkəzə və Selengin aymaklarına köçmüşlər. Uzun müddət acınacaqlı 

vəziyyətdə qalan xalq maddi rifah halının yaxşılaşdırılması üçün yollar aramış, 1990-cı ilin əvvəllə-

rində 40-dan çox ailə daimi yaşayış yeri ilə təmin olunmaq üçün Tuva və Monqolustan prezi-

dentlərinə rəsmən müraciət etsə də, heç bir hökümət onlara diqqət yetirməmişdi. Monqolustan 

hökumətinin rəsmi orqanları bu işin onların səlahiyyətləri xaricində olduğunu bəhanə edərək, 

məktub-müraciəti Moskvaya göndərmiş, oradan isə heç bir cavab alınmamışdı. Bu zaman çəngəl 

türklərinin imdad və harayına onların öz həmyerliləri – Almaniyanın Leybsiq universitetinin 

məzunu, mənşəcə tuvin olan tanınmış monqol yazıçısı Çinagiyn Qalsan yetişmişdir. Bu görkəmli 

ictimai xadim 1995-ci ildə öz şəxsi maliyyəsi hesabına 36 ailənin Zaamar və Altanbulaq 

sumonlarından yenidən Çəngələ köçürülməsinə nail olmuşdu ki, bu da açıq-aşkar Monqolustan 

hökumətinə cəsarətli bir çağırışın bariz nümunəsi idi (2). 

Çəngəl türkləri haqqında almanların çəkdikləri sənədli-publisistik film monqol ictimaiyyəti 

arasında böyük rezonans doğurdu. Bundan sonra Bayan-Ulegey aymakından çəngəl türklərinin 

axını bir qədər dayandırıldı, lakin 2010-cu ildən sosial-iqtisadi həyat şərtlərinin ağırlaşması, 

işsizliyin artması çəngəl türklərinin başqa yerlərə köç etməsinə rəvac verdi. 

İnternet saytlarının (Karaool, elektron resursları, 2010) verdiyi məlumata görə, hazırda 

Çəngəldə 1740 nəfər tuvalı (435 ailə), 8700 nəfər qazax və 6 monqol ailəsi yaşayır. Sumonun 

müxtəlif idarə və təşkilatlarında 43 tuvalı çalışır. Çəngəl türkləri 3 dildə – tuvin, monqol və qazax 

dillərində danışırlar. Hazırda çəngəllərin Rusiya tuvalıları ilə yaxşı ünsiyyətdədir. Bu, çəngəl 

türklərinin dilinə də müsbət mənada yaxşı təsir göstərmişdir. Belə ki, tuvinlərin digər qruplarından 

fərqli olaraq, çəngəl türkləri öz ana dillərində o qədər səlis danışırlar ki, digər tuvalılar kimi onlarda 

ana dillərini itirmək qorxusu yoxdur. Əvvəllər Çəngəldə (Tsengel) monqol və qazax dilli siniflərdən 

ibarət olan bir məktəb fəaliyyət göstərirdi. Dərslər hər iki dildə tədris olunur, hər il 1200-1400 nəfər 

məzun olurdu. Rus dili xarici dil kimi keçilirdi. Çəngəl türkləri monqol dilində oxumağı tərcih 

edirdilər.1991-ci ildə Tuva hökuməti çəngəl türkləri əhalisinin maraqlarını nəzərə alaraq bir məktəb 

bazası əsasında tuvin sinifləri olan daha iki məktəb yaratdı. Bu ideyanın təşəbbüskarı sonralar 

(1992-2000) həmin məktəbin direktoru olan maarifçi-ziyalı Ç.Qaqaa idi. Öncə məktəbdəki bütün 

əyani vəsaitlərin tuvin dilində olması nəzərdə tutulmuşdu. Valideynlər bunun bir sıra mənfi 

nəticələrə gətirə biləcəyindən qorxuya düşərək bu fikrin reallaşmasına əngəl olmuşdu; belə ki, 

bütün dərslərin tuvin dilində aparılması onların uşaqlarının monqol dilini yaxşı öyrənməsinə və 

ölkənin ən yaxşı ali təhsil müəssisələrinə daxil olmalarına maneçilik törədə bilərdi. Beləliklə də, 

Təhsil Nazirliyi bütün dərslərin monqol dilində aparılması və tuvin dilinin ayıca olaraq proqrama 

salınmasına dair sərəncam imzalamışdı. Hazırda isə Çəngəl məktəbində monqol və ingilis dilləri ilə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



120

yanaşı, əski monqol (monqol-biçiq) əlyazmalarının dili də bacarıqlı müəllimlər tərəfindən 

məktəblilərə öyrədilməkdədir.Çəngəl türklərinin 3 dildə (tuvin, monqol və qazax dillərində) sərbəst 

danışması, onların Tuva Respublikası ilə ərazicə və mənşəcə yaxın olması sumon əhalisi ilə rus 

tuvinləri arasında yaxşı münasibət yaratdı. Nəticədə 1950-1960-cı illərdə çəngəllərin ana dili 

vəziyyəti nisbətən yaxşılaşdı. Bu səbəbdəndir ki, Tuva türklərinin digər qruplarına nisbətən çəngəl 

türkləri dil xüsusiyyətləri və adət-ənənələrini daha çox qoruyub saxlaya bilmişlər. Çəngəl 

türklərinin folkloru və etnoqrafiyası haqqında ilk araşdırmalar alman alimi Erike Taubeyə 

məxsusdur (3,598; 106-107). Q.Zolbayar öz həmvətənlərinin folklorunun müxtəlif janrlarını, 

Z.Kırqıs sırf musiqi folklorunu öyrənmişlər (4). Sam Dan, Matsnay-oolom, Y.L.Arançının 

araşdırmalarında çəngəl türklərinin tarixi, etnoqrafiyası, məişət-tərzi, bəzi dil xüsusiyyətləri 

haqqında müxtəlif məlumatlar əldə etmək olar. 

1983-cü ildən başlayaraq Tuva Humanitar Araşdırmalar İnstitutu tərəfindən Çəngəl və 

Kobdo tuvinlərinin dialekt xüsusiyyətlərinin öyrənilməsi məqsədilə başda D.A.Monquş olmaqla 

dilçi-alimlərdən ibarət ekspedisiyalar yaradıldı. D.A.Monquş ərazicə bir-birindən çox uzaqda 

yerləşən Çəngəl və Kobdo tuvinlərinin dialekt xüsusiyyətləri ilk dəfə olaraq dilçilik baxımından 

araşdırmış, çəngəl və Kobdo tuvinlərinin dialektlərindəki fərqli xüsusiyyətləri bütün təfərrüatı ilə 

tam aça bilməsə də, müəyyən təsəvvür yaratmağa nail olmuşdır.  

U.Seseqdarın yazdığına görə, çəngəl türklərindən 200 km. cənubda məskunlaşan Kobdo 

tuvinlərinin ana dili monqol dilinin təsirinə daha çox uğradığından (adstrat, substrat, superstrat) 

çəngəl türklərinin nitq xüsusiyyətlərindən fərqlənir və bu fərqli xüsusiyyətlər yalnız bu barədə 

aparılan tədqiqatların müqayisəsi zamanı üzə çıxarıla bilər. Çəngəllərin danışıq dili 

xüsusiyyətlərinin tədqiqatçısı Xiys Qansux da bu fikrin tərəfdarıdır (5, 362-367). 

1990-cı ilin əvvəllərindən başlayaraq Rusiya və Monqolustan dilçiləri tərəfindən Mon-

qolustanın azsaylı xalqlarının yazılı abidələrinin öyrənilməsi məqsədilə ekspedisiyalar təşkil edilir. 

Rusiya dilçiləri tərəfindən V.İ.Rassadin, P.S.Seren, Monqolustan hökuməti tərəfindən akad. L.Bold 

bu işə məsul olaraq təyin edilirlər. Bu ekspedisiyanın etnolinqvistik xarakter daşıyan nəticələri 

sonralar L.Boldun və P.S.Serenin elmi işlərində öz əksini tapmışdır. 

Çindəki tuvinlərin adət-ənənələri, mədəniyyəti haqqında tarixçi-etnoqraf M.V.Monquşun 

nəşr olunmuş elmi əsərləri tam təsəvvür yaradır. 

Telengitlər

 Altayın cənubunda yaşayan etnik qruplardan olub, məskunlaşma yerlərinə görə 

iki yerə: 1) Ulaqan və 2) Koş-Aqaç telengitlərinə bölünürlər. Ulaqan telengitləri daha çox Altayın 

Cənub-Şərq ərazisində, Teles gölü ətrafında və Çoluşman, Başkaus Ulanan çaylarının vadiləri 

boyunca yayılmışlar. Koş-Aqaç telengitləri Çui və Arqut çayları boyunca Koş-Aqaç rayonunda 

məskunlaşmışlar. Şimal etnosu olan telengitlər özlərini teles,Xatun çayına tökülən Çuy çayı vadisi 

ətrafında məskunlaşan cənub telengitlərinin ümayəndələri özlərini Чуй ичини  кишиси (çuy kiji) 

adlandırırlar. Bir subetnos olaraq, öz saylarıının 15 mindən artıq olduğu qənaətindədirlər. 2000-ci 

ildən azsaylı xalqlar siyahısına düşən bu subetnos sayının 2002-ci ilin ümumi siyahıyaalma 

nəticələrinə görə 2399 nəfər olduğu müəyyənləşdirilmişdir. 2004-cü ildə Telengitlər Federasiyası 

yaranmışdır. Altay dilinin telengit dialektində danışan bu etnonim nümayəndələrinin dindarları 

pravoslav dininə və şamanizmə etiqad edirlər. Dağlıq Altayda Arqut, Ursula, Koksı və Xatun 

hövzələrinin axarından tutmuş axırına qədər (Sumultı, Çarış) olan ərazilərdə, eləcə də İrtış çayının 

sağ qolunda (Narım, Buxtarme, Kurçumu, Ablayketu, Uba) məskunlaşan etnoslar özlərini altay-

telengitlər (altay ulus kiji) adlandırırdılar. Teles gölünün cənub sahilindən (Altın-göl) axan 

hövzələrdə (Çulışman və Başkaus) məskunlaşanlar Altın-göl telengitləri idi.XVIII əsrin axırı XIX 

əsrin əvvəllərində telengitlər iki möhrəşəm imperiyaya - həm Rusiya, həm də Çin imperiyaları 

arasında qalmışdılar. 1864-cü ildə Çuquçak müqaviləsinin imzalanması ilə telengitlərin statuslarının 

“qeyri-müəyyənliyi”nə son qoyuldu, telenqitlərin məskunlaşdıqları böyük ərazilər tərkibcə 

Rusiyaya birləşdirildi. Bu etnosun dialekti əsasında rus yazısı altay-kiji qrafikası ilə XIX əsrdə 

yaradıldı. Telengitlər yarımköçəri həyat tərzi keçirərək iribuynuzlu mal-qara, at saxlamaqla və 

ovçuluqla məşğul olmuş və indi də bu ənənəni davam etdirirlər. Keçədən hazırlanan aul tipli (xalq 

arasında buna alançik – “konusvari şalaş-çum” deyirlər) konusvarı yurtaların (bunlar – həm də 

kerege adlanır) giriş qapılarının bir sıra etiqadlara görə cənub tərəfdən qoyulması məqsədəuyğun 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



121

sayılır. Şamanizmdən qaynaqlanan bir sıra adət-ənənələrə indi də əməl edilir. Əsasən böyük ailələr 

yaşayan yurtalarda telengitlərin geyim-kecim, yeyəcək və içəcəkləri ilə bərabər məişət əşyaları da 

saxlanır. Qab-qacaqlarının əsasən ağac və dəridən hazırlanmasını tərcih edirlər. Bu barədə 1993-cü 

ildən altaylarla ilgili araşdırmalar aparan Almaniyanın Planka adına Leybtsix Elmi-Tədqiqat 

İnstitutunun əməkdaşı Aqneşka Xalembanın İngiltərədə 2006-cı ildə 6000 nüsxə ilə ingiliscə çap 

etdirdiyi kitabda müfəssəl məlumata rast gəlmək olar (6). Hazırda bu etnos sayının azalması 

təhlükəsi vardır. Rusiyanın “Моя планета” telekanalının telengitlər haqqındakı veriliş bu devizlə 

yayımlanmışdır: “Onların dilinin yaşadığı qədər xalqı da yaşayacaq”.  

Altayların xalqının etnik tərkibinin öyrənilməsi tarix, etnoqrafiya, onomastika elmlərinin 

aktual problemlərindəndir. Altay xalqlarıın etnik aspektləri ilk dəfə Q.Miller, İ.Georqi, İ.Fişer, 

Q.Spasski, A.Qoroxov, Bunde, P.Çixaçevin əsərlərində öz əksini tapmış, XX əsrin əvvəllərində isə 

bu problemə V.Verbitski, V.Radlov, Q.Potanin, N.Yadrintsev, A.Andriana, N.Aristov, A.Kalaçov, 

E.Yutsenski, S.Şvetsak, və s. kimi alimlər, tarixi etnoqrafiyasını N.Dırenkova, Y.Xudyakov, 

S.Tokarev, Y.Potapov, A.Yarxo, P.Tadiyev tədqiq etmiş, Q.Şamayev, N.Baskakov, S.Klyaştornı, 

D.Savinov, Y.Qumilyov, A.Umanski, V.Molodin, V.Moiseyev tədqiq etmişlər. Buna baxmayaraq 

bir sıra məsələlər həll olunmamış qalır. Məsələn, Oyrot dövrünün öyrənilməsi Altay qəbilələrinin 

daha əvvəlki dövrlərinin bərpa edilməsi üçün əlverişli zəmin yarada bilərdi (7,151).  

TelengitlərAltay kiji və teleutlarla birlikdə cənub-altay etnik qrupuna daxildirlər. 

N.A.Baskakov telengit dialektini türk dillərinin qırğız-qıpçaq qrupuna daxil edir (9,20).  

L.N.Qumilyov onların lap əvvəllər az,  soyon,mayma etnonimlərini də özündə ehtiva edən 

tolos qəbilə birliyində mövcud olduqlarını yazır, Altay türklərinin mənşəcə Qərb hunlarından 

törədiyini, lakin onun mənşə birliyinin “ana qurdun iştirakı ilə baş verdiyini” mistik şəkildə 

əlaqələndirir, eləcə də  Qərb hunlarının 468-ci ildə məhv edildiyini göstərir (10,145-150). 

Q.Kazımovun fikrincə isə, “Qərb” L.N.Qumilyovun düşündüyü qədər yaxın “Qərb” deyil, 

bütövlükdə Asiyanın qərb hissəsi – Ön Asiya əraziləridir və bu əfsanə (ana qurd totemi) Aşina 

tayfasının mənsub olduğu əhalinin çox uzaq keçmişdə Qərbdən ayrılmış olmasına işarədir (8, 

s.190). Qərb orientalistərindən olan V.Tomsen, Xirt və Şavann tolos və telelərin Çin annallarından 

törədikləri fikrində olduqları halda, rus alimləri V.V.Bartold, Melioranski, N.A.Aristov, 

Q.E.Qrumm-Qrjimaylo tolosların əcdadlarının teleslərdən deyil, teleut qəbilə adından törədikləri 

fikrinin tərəfdarıdırlar. 

Q.P.Samaev arxiv sənədlərinə və bir sıra tarixi mənbələrə istinad edərək cənub altaylarının 

(altay kiji, teleut və telengitlərin) XVII-XIX əsrlərdə vahid telengit etnosu altında mövcud 

olduğunu qeyd edir (11,256). Qədim Çin mənbələrində Altay kiji, teleut və müasir telengitlərin 

əcdadlarının  dolanqe  adı ilə Xanqay ərazilərində çox böyük bir ərazini tutduqları və VI əsrdə və 

tele qəbilə birliyinə daxil olduqları haqqında da məlumat verilir.  

Tolosların daha sonra getdikcə türküt sərkərdəsi Çebi xanın başçılığı altında olan  teleslərlə 

birləşdikləri, Qərbi Monqolustandan mancurların əlindən qaçan və oyrotların tabeliyində olan 

telengitlərə XVIII əsrdə qaynayıb qarışdıqları söylənilir (11, s.200).  

Çin tarixçiləri kurıkanların teleslərin tərkibinə daxil olduqlarını, dillərinin isə qırğız dilindən 

fərqləndiyini göstərirlər (12, 455;250). Qeyd edək ki, kurıkanların, ümumiyyətlə, yakutlardan, 

xakasların isə qırğızlardan törədikləri fikri də mövcuddur (13, 318). 

 K.V.Yadanova telengitlərin bir etnos kimi formalaşmasında tele, tuqyu/tukyu kimi qıpçaq 

və bir sıra monqol mənşəli tayfa və nəsillərin iştirakının olduğu qənaətindədir (14). 

Aparılan araşdırmalara əsasən deyə bilərik ki, telengit, telenqet, teleut etnonimi altı ulusdan 

(aymakdan) ən böyüyü və çox işlək olanıdır. Bu etnonim salnamələrdə XIII əsrdə qeydə alınmışdır. 

Tele tayfalarının + -nqut/-ut cəm şəkilçilərinin birləşməsindən əmələ gəldiyi ehtimal olunur. 

E.Əhmədova bu tipli etnonimləri -at, -it, -ut, -üt formantı ilə düzələn etnonimlər sırasında tədqiq 

edir (15, 127). D.Y.Yeremeyev etnonimiyada özünü göstərən -t ünsürünü monqol mənşəli cəmlik 

bildirən şəkilçi hesab edir və onun ilkin etnonimlərə (karait, arkenut, karlıkut, teleut, telengit, 

torqout) qoşulduğunu qeyd edir (16,138). F.A.Cəlilovun fikrincə, cəmlik bildirən -t elementi türk 

mənşəli olub, -at/-it morfemi əvvəllər kəmiyyət bildirmiş, sonralar isə asemantikləşmişdir (17, 200). 

Xalq etimologiyasına görə, Telegeyin qeyri-qanuni nikahdan (telem) doğulan oğlu Telenqet 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



122

antroponimi ilə bağlıdır. E.Yamayeva qeyd edir ki, bu etnonimdə qədim uyğurların əcdadının 

(oyxor) hun şahzadəsi (şanyuy) ilə qurdun törəməsi olduğu mifdə mühafizə olunur (18, s.129; 130). 

Çin mənbələrində rastlanan və telenqit etnonimi ilə səsləşən dolanqe/dolan(yeddi) etnonimi 

monqol termini dolonqut (yeddi) etnonimindən çıxış edib, belə bir fikir yürütmək olar ki, bu 

etnonim yeti-oğuz (yeddi oğuz) mənasını bildirmişdir. Altay xalqlarında yeddi qardaş – dolonqutlar 

haqqında əfsanənin də olduğu bunu söyləməyə əsas verir. Dolanetnonimi Çin Xalq 

Respublikasındakı uyğurların qəbilə və etnoqrafik qrup adlarına daxil edilmişdir (19, s.31-40). 

XVII-XVIII əsrlərdə telengitlər məskunlaşdıqları ərazilərə görə bir neçə qrupa bölünürdü. 

Altayın düzənlik yerlərini əhatə edən Novosibirsk v Kemerovo vilayətlərində yaşayan telengitlər 

adlarına  ak (ağ) sözünü də əlavə etmişdilər ki, bu da onları Şimal və Şərq telengitlərindən 

fərqləndirirdi. Ağ telengitlərin tərkibinə, eləcə də kıştım qəbiləsindən olan etnoslar və onların 

törəmələri hesab edilən askıştım, toqul (tonul, torqul), kereş,taqap, bayan etnonim adlarını daşıyan 

nəsil, tayfa nümayəndələri də daxil idi. Uzun zaman telengitlərlə yanaşı olan və onlarla qarışan 

kıştımlar möhkəm assimilyasiyaya məruz qaldıqlarına görə telengitlərdən etnik tərkibdən daha çox 

sosial münasibətlərə görə fərqlənirdilər. Burada bir haşiyə çıxmaq yerinə düşərdi ki, XVI əsrə qədər 

kalmıklar xalq kimi deyil, “Ordanın qalıqları” adlanırdı (kalmak sözünün türkcə anlamı da “kalan-

qalan”deməkdir) və bir sıra mülahizələrə görə, türkdilli etnoslarla bərabər slavyanlar da bu 

“qalanlar” arasında idilər. Moskvanın o dövrdəki arxiv sənədlərində də türkdilli “qalanlar”ın qara 

kalmıklar, slavyanların isə ağ kalmıklar və ya teleutlar adlandıqları qeyd olunur (20). 

 

 

ƏDƏBIYYAT 



 

1.

  Коренные малочислинные народы Российской Федерации. М., 2005. -574 с. (Итоги 



Всероссийской переписи населения 2002 г., в 14 т. / Федеральная служба 

государственной статистики., т.13. 

2.

  Монгуш М.В. НИТ №2, 2013.Тува вчера, сегодня, завтра. 



3.

  Taube Е. Zum Problem der Ersatzwörter im Tuwinischen des Cengel-sum Sprache, 

Geschichte und Kultur der altaischen Völker. Berlin, 1974, s. 598; Таубе Э. Изучение 

фольклора тувинцев Монгольской Народной Республики // Советская этнография. 

1975. № 5.  c.106-107. 

4.

  Золбаяр Г. Жанровые разнообразие фольклора тувинцев проживающих в Монголии: 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling