I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet34/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

Belə hibridlərin sayı lüğətlərdə kifayət qədərdir. Bəzi hallarda bir hibrid müxtəlif formalarda 

qeydə alınmışdır. Məsələn, eyni mənada qeyd olunmuş 

ر

 (şəkərbure), 



ر

 (şəkərburək) 

sözləri fars-türk hibrid modeli əsasında yaranmış sözlərdəndir. 

(şəkər) bir çox mənbələrdə 

(Fərhəng-i farsi, Fərhəng-i Əmid) pəhləvi sözü kimi göstərilmişdir. Lüğətlərdəki izahlara əsasən bu 

şirniyyatın hazırlanma qaydasına nəzər saldıqda onun bizim şəkərbura ilə eyni olduğu anlaşılır. 

Beləliklə, ikinci tərəfi burmaq feilindən yaranmış bu sözün 

ر   (bur) kökü -e və-ək şəkilçisi ilə 

işlənərək hər iki formada dildə mövcud olmuşdur. 

“Söz kökünə söz artırmaq yolu ilə söz yaradılması dilçilik ənənəsində daha çox sintaktik 

yolla söz yaradıcılığı adlanır”. (1, s. 160) Buna görə də göstərilən nümunələr lüğətlərdəki sözlərin 

morfoloji və sintaktik xüsusiyyətlərini kompleks şəkildə öyrənməyə imkan yaradır. Söz yaradıcılığı 

proseslərinin tarixi baxımdan  öyrənilməsi leksika və qrammatika sahələri arasındakı qarşılıqlı əlaqə 

və təsir kimi məsələləri əhatə edən bir çox mövzuların araşdırılmasına kömək edir. Morfoloji üsulla 

yeni sözlərin yaranmasının ən geniş yayılmış üsulu söz kökünə müxtəlif şəkilçilər artırmaqla 

sözlərin düzəldirməsidir. 

Fars dilində işlədilən türk şəkilçiləri türk alınmalarının tərkibində fars dilinə keçmişdir. Bəzi 

şəkilçilər həm də sonradan dildə möhkəmlənərək fars sözlərinə artırılmışlar. Fars dilinin zəngin 

şəkilçi sistemi vardır. L. S. Peysikov qeyd edir ki, fars dilində təxminən 80 növ sözdüzəldici şəkilçi 

mövcuddur. (16, s. 70) Şəkilçilərin sayının çoxluğu onların sinonim kimi çıxış etmə hallarını artırır. 

“Словообразующие синоморфемы в персидском языке” əsərində T. Cahangirov qeyd edir ki

fars dilində affiksal söz yaradıcılığının elə məqamları vardır ki, bu və ya başqa bir affiks eyni 

semantik sıraya malik düzəltmə sözlər yaradır, başqa sözlə, müxtəlif sözyaradan affikslər semantik-

funksional planda sinonim kimi çıxış edirlər. (13, s. 5) Məhz buna görə lüğətlərdə bəzi türk mənşəli 

köklərin müxtəlif fars şəkilçiləri ilə yaradılmış bir sıra həm müxtəlif, həm eyni semantikalı 

variantları mövcuddur. Bəzən isə türk mənşəli şəkilçilər fars mənşəli şəkilçilərlə sinonim kimi çıxış 

edərək eyni kökə birləşə bilirlər. Məsələn, Tofiq Cahangirov   (gər) şəkilçisindən danışarkən onun 

sinonimi kimi qeyd etdiyi suffikslərin sırasında 

 (çi) şəkilçisinin də olduğunu qeyd edir. (13, s. 

60) 


  (gər) şəkilçisi də 

  (çi) şəkilçisi kimi müəyyən fəaliyyəti ifadə edən şəkilçiləri bildirən 

isimlər formalaşdırır. Fars dilində mövcud bəzi türk mənşəli sözlərdə -çi şəkilçisi feil kökünə 

birləşmişdir. D. Rəhimova qeyd edir ki, -çi şəkilçisinin feil kökünə birləşib söz yaratması türk 

dillərində feillə ismin semantik ortaqlığı olduğu dövrə, deməli, daha qədim dövrə aiddir. (8, s. 143) 

Ona görə də müəllif “feil kökü +  

 (çi)” modeli əsasında yaranmış türk sözlərinin fars dilinə çox 

qədimdə keçdiyini hesab edir. Feillər hər bir dilin ən ilkin leksik qatlarındandır. 

 (çi) şəkilçisinin 

müxtəlif nitq hissələrinə artırılması sonrakı dövrlərə məxsus prosesdir. R. Əskər yazır: “Müasir 

dilimizdən fərqli olaraq, DLT-də -çı, -çi şəkilçisi saylardan, (məsələn, milyonçu, beşinci və s.) və 

yer adlarından (məsələn: Dəvəçi, Sabunçu, Qurbançı və s.) yeni isimlər yaratmır, çünki həmin 

dövrdə bu cür anlayışlar və söz düzəltmə üslubu ümumən olmamışdır. (5, s. 151) –çı şəkilçisi türk 

dillərinin bütün inkişaf mərhələlərində ən məhsuldar şəkilçilər sırasında olmuşdur. DLT-də avçı 

(ovçu), ayaqçı (dulusçu), işçi, savçı (quda, elçi), qaraçı kimi sözlərə rast gəlinir. Lakin fars dilində -

çı şəkilçisinin işlənməsi sonrakı dövrün məhsuludur. Azərbaycan dilində 4 fonetik variantı olan bu 

şəkilçi fars dilində yalnız bir fonetik variantda (-çi formasında) mövcuddur, lakin ən qədim farsdilli 

əsərlərində bu şəkilçi cingiltili samitlə -ci şəklində işlənmişdir. T. Cahangirov bu fonetik variant 

haqqında yazır ki, fars dilinə 

(-çi) şəkilçisinin keçmə tarixi hələ də dəqiqləşməyib. Belə ki, S. 

Nəfisi bu şəkilçinin fars dilinə Teymurilər və Səfəvilər, T. Bəssari Qəznəvilər dövründə Türkiyə 

türkcəsi vasitəsilə keçdiyini, M. Məşhur isə ilk dəfə “Tarix-e Beyhəqqi” əsərində bu şəkilçinin 

qeydə alındığını bildirir. Müəllif yazır ki, bizim topladığımız materiallara əsasən 

  (-ci) 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



176

morfeminə fars dilində çox daha əvvəl Firdovsinin “Şahnamə” və M. Nəvşəhinin “Tarix-e Boxara” 

əsərlərində rast gəlinmişdir və bu əsərlər “Tarix-e Beyləqqi”dən daha əvvəl yazılmışdır. (13, s. 60-

61) Qeyd etmək lazımdır ki, -çi suffiksi fars dilində  

qeyd  olunduğu  kimi  uzun  əsrlərdir 

mövcud olmaqla bərabər dildə aktivliyi yalnız türk və fars sözlərinə deyil, fars dilində mövcud rus-

Avropa alınmalarına artırılması ilə də ölçülür. Məsələn, 

 (postçi)  poçtalyon (2, s. 30), 

رد 

(doroşkeçi) faytonçu (2, s. 38) sözlərində 



  (-çi) şəkilçisi müvafiq olaraq italyan və rus mənşəli 

sözlərə artırılmışdır. Belə sözlərin sayını artırmaq mümkündür: 

 

  (kaleskeçi), 



ا

(telegrafçi), 

  (telefonçi) və s. İlk vaxtlar türk sözlərinin tərkibində işlədilən və yeni 

alınmış sözlərinə qoşulan bu affiks sonradan məhsuldarlığını artırmış, söz birləşmələrinə, o 

cümlədən ərəb mənşəli mürəkkəb birləşmələrə artırılmışdır. 

Lüğətlərdə -çi şəkilçisinin məna formalaşması prosesində iştirak etdiyi də müşahidə olunur. 

“Fərhəng-i Rəşidi” lüğətində yer almış 

  (çəmançi) sözü fars-türk hibridlərindəndir. 

ن

 

(çəmidən) feili “zərif yerimək, süzülmək” mənasına gəlir. Bu feilin kökü olan   (çəm) sözü 



نا (an) 

feili sifət şəkilçisi ilə işlənərək “zərif, gözəl yeriyən” mənasını ifadə etmiş olur. İkinci mənada isə 

bu söz 

 (çəmane) şəklində işlənərək “şərab piyaləsi” mənasını bildirir. –çi şəkilçisi artırılarkən 



isə 

 (çəmançi) sözü “şərab içmək üçün səhəng” mənasını ifadə edir. Beləliklə, adətən “sənət, 

peşə sahibi” mənalarını bildirən bu şəkilçi burada fars sözü ilə işlənərək əşya adı mənasına 

gəlmişdir. 

Fars dilində işlədilən türk şəkilçilərinin sayı –çi suffiksi ilə məhdudlaşmır. Belə şəkilçilərə 

nümunə olaraq L. Peysikov –taş, -ulu(-ule/-lu) suffikslərini nümunə göstərir. (15, s. 50) Müasir fars 

lüğətlərindən olan “Fərhəng-i farsi”də -lu

4

şəkilçisi ilə düzəldilmiş çoxlu türk alınması qeydə 



alınmışdır: 

   (qərebaşlu), 

   (qərebuğlu), 

ه (qəreqoyunlu),  

ه (qəreqaşli) 

və s. (21, s. 1453-1455)  -taş suffiksi az məhsuldardır, arxaikdir. Bir neçə sözə birləşmiş şəkildə 

saxlanılmışdır: xeyltaş, xacətaş, şəhrtaş, Teymurtaş (şəxs adı). –taş ən qədim suffikslərdən olub 

DLT-də dəfələrlə rast gəlinir. –daş suffiksinin fonetik variantlarından olduğu qeyd olunur. Digər 

fonetik variantları “–dəş, –dış, –diş”dir.  -daş adlardan isim düzəldən şəkilçisidr. Bu suffiks 

vasitəsilə əmələ gələn isimlər müəyyən bir işin icrasında, hərəkətdə iştirakçı, həmtay olan şəxs 

anlayışını ifadə edir. Bu şəkilçiyə qədim göytürk yazılı abidələrində çox az təsadüf olunur: kadaş 

(qohum), adaş (yoldaş, dost, arxadaş).Yenisey abidələrində yalnız bir dəfə rast gəlinən kağadaş 

(qohum), olsun ki, kadaş sözünün ilk şəklidir. Fars dilində bu şəkilçiyə, əsasən, -taş şəklində rast 

gəlinir.  

“Fərhəng-i Rəşidi” lüğətində -taş şəkilçisi vasitəsilə düəldilən 

ش

  (xeyltaş) sözü qeydə 



alınmışdır. (17, s. 631) Bu söz “ərəb+türk” modeli əsasında yaranmış hibriddir.  

  (xeyl) ərəb 

dilində “at sürüsü”mənasına gəlməkdədir. 

ش

  (xeyltaş) sözü ilk vaxtlar “eyni dəstədə olan iki 



atlının bir-birinə münasibəti”ni ifadə edirdi, lakin sonradan “orduda müəyyən dərəcə” mənasına 

gəlmiş, hətta müəyyən dövrdə “qulam” mənasını ifadə etmişdir. “Qulam” mənasını M. Moin daha 

da dəqiqləşdirir və “eyni bir dəstədə olan nökərlər və qulamlar qrupu” adlandırır. Müəllif xeyltaşın 

həm də “dəstənin əmiri” mənasını ifadə etdiyini yazır. (21, s. 1471) 

Lüğətlərdə həm də bəzi türk mənşəli sözlərin fars şəkilçiləri ilə işlənərək hibrid yaratdığı bir 

çox sözlərə rast gəlinir. Belə sözlərdən bəziləri yenidən türk dillərinə hibrid şəklinə qayıdaraq leksik 

bumeranqa çevrilmişdir. Məsələn, 

 (yətaği), 

 (çəxmaği) və s. Türk sözləri ilə hibrid 

yaratmış şəkilçilər arasında 

 

 (yay-e nesbət) xüsusi aktivliyə malikdir. Türk sözləri fars 



dilinə keçərkən fars dilinin qayda-qanunlarına uyğun olaraq müəyyən dəyişikliyə uğrayırlar və bu, 

onların mənşəyini müəyyən etməkdə bəzən problemlər yaradır. Şəkilçilərin rolu həm də ondan 

ibarətdir ki, bu sonluqlar fars dilində türk sözlərinin müəyyən edilməsi prosesinə kömək edir.  

 

ƏDƏBIYYAT 



 

1.

  Axundov A. Seçilmiş əsərləri I. Bakı: Elm və təhsil, 2012, 444 səh. 



2.

   Avropa mənşəli sözlərin Farsca-Azərbaycanca lüğəti. Bakı: Adiloğlu, 2008, 97 s. 

3.

  Ələsgərova T. Sadıqova C. Hüsaməddin Xoyi. Töhfeyi Hüsam. Bakı: İrşad İslam 



araşdırmaları mərkəzi. 1996, 240 s. 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



177

4.

  Əskər R. Qutadğu bilig. Bakı: Elm, 2003, 320 s. 



5.

  Əskər R. Mahmud Kaşğari və onun “Divanü Lügat-it-türk” əsəri. Bakı: MBM, 2008, 432 s.  

6.

  Məmmədov İ. Azərbaycan dilinin etnoqrafik leksikası. Bakı: Elm və təhsil, 2009, 272 s. 



7.

  Ramazanov K. “Salyan” sözünün etimologiyası haqqında // AMEA-nın Xəbərləri. 1953, № 

3, s.117-125 

8.

  Rəhimova D. Müasir fars dilində Azərbaycan-türk sözləri. Bakı: Çənlibelnəşr, 1998, 148 s. 



9.

  Sadıqova C. Ələsgərova T. Fars dilini tədqiq edən Azərbaycan alimləri. Bakı: Elm, 1990, 

228 s. 

10.


 Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. 3 cilddə: III c., Bakı: Elm və 

təhsil, 2012, 468 s. 

11.

 Zahidi A. Müasir ərəb dilində türk mənşəli sözlər. Bakı: Elm, 1977, 147 s. 



12.

 Баевский С. И. Раняя персидская лексикография (XI-XV вв.). Москва: Наука, 1989, 

168 с. 

13.


 Джахангиров Дж. Словообразующие синоморфемы в персидском языке. Б: Нурлан, 

2009, 144 с. 

14.

 Древнетюркский словарь. Л: Наука, 1969, 715 с. 



15.

 Пейсиков Л. Лексикология современного персидского языка. М.: Изд-во Московского 

университета, 1975, 207 с. 

16.


 Пейсиков Л. Очерки по словообразованию персидского языка. М.: Издательство 

Московского Университета,1973, 199 с. 

17.

  ، ار  ،نا  ،لوا ﮥ  ،



ر  ه  ،

ا 

ا 



ا ر

ا    


ا  

١٣٣٧


ص ،

٨١٢


 

18.


 

 ،ج  ﮥ


 ،نا  ،

  ه  ،


 

١٣٨٩


 ،

١٢٤٠


   ص

 

19.



 

١٣٩٢،٥٥٠


   ص

،

  ا تار



ا ،نا  ،لوا   ،

 ن ه  ،


 

   


 

 

20.



 

ر   ه  ،


 

.

،



  ا تار

ا ،نا  ،لوا 

١٣٨٨

 ،

١٤٧٢



ص

 

21.



 

 

 .



 ،

  ا تار


ا ،نا  ،

   ، ر   ه

١٣٨٨

 ،

١٢٣٠



-

٢٣٥١


ص 

 

 



Summary 

 

Lexicography is being considered one of the oldest areas of linguistics. The ancient 



dictionaries were compiled before our century. Morphological and phonetic structures of the 

dictionaries, their language features fullfilphonetic, morphological, syntactic methods in 

determining turkic loan-words’ language features.This fact leads the dictionaries to be valuable 

source in order researching phonetic, morphological, lexical and other aspects of the changing 

history of language. 

 

 



İlahə Həsənova 

Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti, Azərbaycan dili kafedrası 

pease.endless@mail.ru 

 

TÜRK DİLLƏRİNDƏ ZAMAN ANLAYIŞI  



 

        Azərbaycan  dialektləri  haqqında  ilk  məlumatlara  Mirzə  Kazımbəyin  «Oбщая  грамматика 

турецко- татарского языка»  əsərində də rast gəlinir. Mirzə Kazımbəy bu əsərdə bu əsərdə 

Azərbaycanın şimal və cənub hissələri arasındakı fərqi görmək üçün feilin sadə və mürəkkəb 

formalarını, fel zamanlarının düzəldilməsi  qaydalarını, vacib şəklinin düzəlməsi yollarını müqayisə 

etmişdir. Müəllif göstərmişdir ki, Cənubi Azərbaycanda – Təbriz dialektində II şəxsin təkində fellər 

“gəlirsə” və ya “geliren” şəklində, III şəxsdə isə “gelir” və ya “geliri” formasında izlənə bilir.  

           Ədəbi  dildə  olduğu  kimi,  şivələrdə  də  felin  üç  zamanı  var.Zaman  formalarının  və  şəxs 

əlamətlərinin işlənməsi baxımından  da şivələr həm ədəbi dildən, həm də bir – birindən fərqlənir. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



178

Azərbaycandilçiliyində feilin zamanları  haqqında ilk dəfə olaraq kollektiv tərəfindən yazılmış 

“Felin sərfi türki” (1924), B.Çobanzadənin”Türk dilinin qrameri” (1928), Ə.Dəmirçizadənin 

“Müasir Azərbaycan dili”, M.Arifin “Azərbaycan dili”, M.Hüseynzadənin “Müasir Azəraycan dili” 

(1946,1954, 1973) və s. kitablarda ətraflı məlumat verilmişdir. A.Axundov “Felin zamanları” 

(1961) adlı monoqrafiyasında yazırdı: “Felin zaman kateqoriyası hərəkətin danışıq vaxtına, yaxud 

da başqa bir danışıq vaxtına münasibəti ilə izah olunur. Yəni hərəkət ya danışıq vaxtından əvvəl, ya 

eyni vaxtda, ya da danışıq vaxtından sonra icra olunur. Buna əsasən də, felin indiki, keçmiş, gələcək 

zamanları müəyyən olunur. Danışıq vaxtı müxtəlif ola bilər: mütləq və nisbi danışıq vaxtı”. Mütləq 

danışıq vaxtı terminini dilçilər indiki zaman mənasında, nisbi danışıq vaxtını isə keçmiş vəya 

gələcək zaman mənasında qəbul edirlər. 

               Zaman  anlayışı  həm  elmi  mənada,  həm  də  fəlsəfi  və  məntiqi  mənada  üçdür.  Fəlsəfi  və 

məntiqi mənada elə anlaşılmalıdır ki, heç bir hadisə, hərəkət səbəbsiz baş vermir, həm də müəyyən 

zaman daxilində baş verir. Yəni heç bir hadisə zamanslz mövcud deyil, zaman xaricində də deyil. 

              Azərbaycan  dilçiliyi  sahəsində  bu  sahədə  xüsusi  bölgü  aparan  müəlliflərdən  biri  Muxtar 

Hüseynzadədir. Onun bu sahədəki xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Alim keçmiş 

zamandan bəhs edərək yazır: “ Keçmiş zaman keçmişdə icara edilmiş  və ya icra edilməmiş iş 

haqqında indi xəbər verilən zaman arasındakı bir zamandır. Bu işlərdən biri əvvəlcə icra olunur və 

ya olunmur, digəri isə onun haqqında xəbər verir. Məsələn; babam sübh tezdən namaz qıldı- 

cümləsində iki iş vardır: 1. Babam namaz qılır.  2. Babanın namaz qılmasından bəhs olunur; Dünən  

mən rayonla telefonla danışdım - cümləsini götürək. Burada da iki işdən bəhs olunur: 

1. Mənim  dünən telefonla danışmağım. 2. Həmin iş haqqında bu gün xəbər verməyim. 

               Bununla bərabər, ənənəvi olaraq M.Hüseynzadə də Azərbaycan dilindəki feillərin keçmiş  

zamanını iki yerə bolmüşdür:1. Şühudi keçmiş zaman. 2. Nəqli keçmiş zaman ( 8, 189) 

             Eyni  qayda  ilə  dialektlərdə,  şivələrdə  də  felin  xəbər  şəklində  zaman  etibarı  ilə  keçmiş 

zamanın nəqli və şühudi olmaqla iki forması vardır: nəqli və şühudi keçmiş zamanlar. 

          1.Feilin şühudi keçmiş zamanı: Şühudi keçmiş zaman dedikdə, iş, hal və hərəkətin şahidlik 

yolu ilə icra olunduğu bildirilir. Bu zamanın qrammatik əlaməti bunlardır: -dı,-di,-du,-dü. 

           Verilmiş  şəkilçinin  qədim  tarixi  forması  –tı,-ti,-tu,-tü  olmuşdur.  Həmin  şəkilçi  vaxtilə  

M.Kaşğarinin “Divani-luğat-it türk” əsərində də qeyd olunmuşdur. Kitabın II cildində belə 

göstərilir. Qədim oğuz, qıpçaq və suvar tayfalarının dilində şühudi keçmiş zamanda hər üç şəxsin 

tək və cəmində bir formadan istifadə olunduğu qeydə alınmışdır: men barduk\\ bardıq 

                                               Sen barduk\\ barduğ 

                                                Ol barduk\\ barduğ və s. 

         Buradan aydın olur ki, vaxtilə oğuz, qıpçaq və suvar tayfalarının dilində  zaman şəkilçisi həm 

də şəxs şəkilçisi ilə birgə işlənmişdir. Indi müasir ədəbi dildə yalnız I şəxsin cəmində həmin forma 

öz arxetipini qoruyu saxlamışdır. Dialekt və şivələrimizdə, xüsusilə də Qərb qrupu dialektlərində - 

ayrım şivəsində II şəxsin təkində qornub saxlanmışdır. Məsələn, 

                                                Sen aldıq\\ aldığ 

                                                Sen gəldiq\\ gəldiğ 

          Ayrım dialekti dedikdə xüsusi bir bölgə, Gədəbəy, Daşkəsən, (Xanlar), Kəlbəcərin bir hissəsi 

nəzərdə tutulur. Bu bölgədə, demək olar ki, müəyyən qədim fonetik cəhətlər, leksik və morfoloji 

xüsusiyyətlər özünü qoruyub saxlamışdır. Belə xüsusiyyətlər həm səslərdə, həm sözlərdə, həm də 

leksik vahidlərdə özünü göstərir. Fonetik fərqlərə misal olaraq sait və samit əvəzlənmələrini (b- m; 

y-ğ; ı-e; q-ğ...) və s.  Bunu-munu; soyuq- soyuk; alır-ale:r ( 10, 67). 

              Bəzi leksik vahidləri də misal göstərə bilərik ki, həm  “Kitabi- dədə Qorqud” dastanında, 

həm də klassiklərin əsərlərində işlənmişdir.  Məsələn, varmaq, ayıtmaq, yazı  və s.           

              Bütün bunlar göstərir ki, Qərb dialekti, ayrım şivəsi dilimizin tarixi ilə bağlı bir çox qədim 

xüsusiyyətləri özündə qoruyub saxlayır. Demək, dilimizin qədim dövrlərinə dair qədim 

fonetik,leksik və morfoloji xüsusiyyətləri saxlamaq baxımından dilin canlı qolu kimi mövcuddur. 

             Türkologiyada  bir  çox  alimlər  çühudi  keçmiş  zamanın  şəkilçisinin  (–dı,  -di,  -du,  -dü)  

şəkilçisinin məhz qədim feli sifət şəkilçisinin parçalanmasından əmələ gəldiyi fikrini qəbul edirlər. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



179

Lakin bu, doğru deyildir. Çünki bu şəkilçinin adından da göründüyü kimi, iki anlayışı unutmaq 

olmaz: 

           1. Bu şəkilçi məhz feil əsasında yarandığına görə zaman şəkilçisi üçün bünövrə ola bilməz. 



Bəlkə də, həmin feli sifət şəkilçisi özü elə felin zaman şəkilçisindən törəmişdir. 

           2.  Yuxarıda  adları  çəkilən  tayfaların  dillərində  -duq  şəkilçisinin  bütün  şəxslərin  tək  və 

cəmində işlənməsi bir də onu soyləməyə əsas verir ki, qədim oğuz, qıpçaq və suvar tayfalarının 

dillərində zaman şəkilçisi şəxs sonluğu ilə birgə işlənmişdir. Sonralar bu şəkilçi, bir növ, omonimlik 

kəsb etmiş, daha doğrusu, feili sifətlik xüsusiyyəti qazanmışdır. Deməli, burada bir şeyi qarışdırmaq 

olmaz. Bu da ondan ibarətdir ki, -duq şəkilçisi  omonimlik qazandıqdan sonra feili sifət şəkilçisi 

adını almış, bəzilirinin işin tarixi kökünə varmadan yanlış nəticələrə gəlməsinə səbəb olmuşdur.  

           Dilimizin  ilk  dövrlərinə  dair  “Kitabi-Dədə  qorqud”  dastanında  belə  şühudi  keçmiş  zamana 

aid xeyli nümunələr işlənmişdir. Klassik və müasir Azərbaycan ədəbi dilində, bədii nümunələrdə də 

şühudi keçmişə aid çoxlu nümunələrə rast gəlmək mümkündür. Məsələn, 

         1. Dirsə xan əhalinin sözilə ulu toy elədi, halət dilədi. 2. İç oğuz, taş oğuz bəglərinin üstünə 

yığnaqetdi. Ac görsə, doyurdu. Yalın görsə tonatdı. Borcluyu borcundan qurtardı. Dərə  kibi ət 

yığdı.  3.Xanlar xanı Bayandır xan yerində uru durdu. ( KDQ). 4. Apardı könlümü  bir xoş qəmər 

yüz canfəza dilbər, Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi- sərvər.(Həsənoğlu).  5. Keçdi növbəti- 

zimistan, 

Yenə fəsli- bahar oldu.( Xətayi). 6. Başına döndüyüm gül üzlü sona,Ömrümün ilk çağı yadıma 

düşdü. (S.Vurğun). 7. Keçdi pəncəmizə gözəl Qarabağ, Öpsün qılıncımı hər qaya, hər dağ. 

(S.Vurğun) 

          Şühudi  keçmiş  zaman  şəkilçisi  –dı

ədəbi dildə işləndiyi kimi, canlı xalq danışıq dilində və 



dialekt və şivələrdə də fəal şəkildə işlənməkdədir. 

          Azərbaycan  dilinin  şərq  qrupu  şivələrində  şühudi  keçmiş  zamanda  –dı

4

 şəkilçisinin iki 



variantı işlənir: -dı,-di. Bir çox hallarda isə sait dodaqlanır: gedədü, gələdü və s. (Quba). 

           Azərbaycan ədəbi dilində sözün kar və ya cingiltili samitlə bitməsindən asılı olmayaraq, -dı,-

di,-du,-dü zaman şəkilçisindən istifadə edilir. Türk ədəbi dilində isə feil kar samitlə bitdikdə -tı 

şəkilçisindən, cingiltili samitlə bitdikdə isə -dı variantından istifadə olunur. Məsələn, Ben git-ti-m; 

Ben gel-di-m; Sen kaç-tı-n; Sen bil-di-n   və s. 

          2. Feilin  nəqli  keçmiş  zamanı: Nəqli keçmiş zamanda iş,  hal və hərəkətin onun haqqında 

məlumat verildiyi andan əvvəl görülüb, görülmədiyi barədə nəql yolu vasitəsilə xəbər verilir. Nəqli 

keçmiş zaman şəkilçiləri aşağıdakılardır: -mış,-miş,-muş,-müş.Bu şəkilçilər felin son səsinin sait və 

ya samit olmasından asılı olmayaraq, dəyişmir. Məsələn; baxmışam, baxmışsan, baxmışdır, 

baxmışıq, baxmışsınız, və s. Nümunələrə baxaq;1.Gəlmişəm otağına oyadam səni,Qaragilə, oyadam 

səni.(Xalq mahnısı), 2.Çox keçmişəm bu dağlardan,Durna gözlü bulaqlardan,Eşitmişəm uzaqlardan, 

Sakit axan Arazları...(S.Vurğun) 

            Nəqli  keçmiş  zaman,  nümunələrdən  də  göründüyü  kimi,  həm  folklorda,  həm  də    klassik 

ƏDƏBIYYATda müasir  dövrdə olduğu şəkildə işlənmişdir. Türk ədəbi dilində də feilin bu zaman 

forması, türk dilləri içərisində öz zənginliyi ilə seçilən Azərbaycan dilindən əsla fərqlənmir. 

Məsələn, 

                             1.  Ben seni çocukluğumdan sevmişim. 

                             2. Tek seni hayal için süzerek batan günü, 

                                 Gece mehtaba dalmak, sen de dalmışsan diye. (Faruk Nafiz) 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling