I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet37/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

amillər nəticəsində meydana gəlmişdir (5, s. 160). O, türk-tatar dillərini mənsub olduqları Ural-

Altay dil ailəsindən ayıran səbəblərlə türk-tatar şivə və ləhcələrini əmələ  gətirən  səbəblər 

arasında bir eynilik görürdü. Bu amilləri, öncə də qeyd etdiyimiz kimi, 3 istiqamətdə 

qruplaşdırırdı:  üzvi, coğrafi və ictimai. Bu üç amildən hər hansı biri öz təsir və mahiyyətini 

daimiləşdirdikdə dildə bir sıra yeni xüsusiyyətlər meydana gəlir ki, sonradan bu xüsusiyyətər 

daha da möhkəmlənə və genişlənə bilir. Türk xalqlarının həyatında coğrafi, siyasi, sosial amillər 

nəticəsində Çin, İran, yunan, rum, sami, italyan, slavyan və s. xalqlar arasında həm dil, həm də 

irqi baxımdan inteqrasiya prosesləri olmuşdur.  

        Tukyular, birinci türklər şimali-cənubi, yaxud şərqi-qərbi olmaqla iki hissəyə bölünmüşlər. 

Orxon kitabələrində qırğız, doqquzoğuz, türkəş kimi bir çox türk-tatar qəbilələrinə rast gəlirik. 

B.Çobanzadə XI əsrdə bir-birindən daha qabarıq dil xüsusiyyətlərinə görə fərqlənən ləhcələrin 

meydana gəlməsinin səbəbini üzvi və coğrafi amillər nəticəsində baş verdiyini qeyd edir. 

Bundan başqa o, şivələrin formalaşmasında ətraf-mühitin rolunu xüsusi şəklildə vurğulayaraq 

yazırdı: “Köçəbə ilə köylü və şəhərlilərin lüğət, sərf və fonetik cəhətindən dilləri, şivələri bir-

birindən fərq edər” (5, s. 161). B.Çobanzadə bu fikri ilə dövrünün J.Vandries kimi dilçi 

alimlərinin müxtəlif sənət və peşə adamlarının dillərini (dini, hüquqi, tələbə, sənətkar, hətta oğru 

dili sayılan arqoların və s.) ləhcə adı altında təqdim etmələrinə ciddi iradını bildirirdi.   

O, hər bir qohum dili ayrı-ayrılıqda tədqiq etməyin və öyrənməyin tərəfdarı idi. Bu 

mənada, Avropada, xüsusən də Fransada, Almaniyada dialektologiya sahəsindəki elmi 

nailiyyətlər B.Çobanzadəni çox sevindirirdi. O, tezliklə dilçilik coğrafiyasının inkişafına inanır, 

türk dillərinin tədqiqi ilə bağlı dil xəritələrinin meydana gəlməsini arzulayırdı.   

Hələ 1926-cı ildə B.Çobanzadə “Sovetlər İttifaqında yaşayan türklərin dil atlası”nın 

hazırlanmasını təklif etmişdi. Sağlığında reallaşması mümkün olmasa da, B.Çobanzadənin bu 

təklifini yetişdirdiyi dilçilərdən M.Şirəliyev və onun tələbələri ölümündən çox sonra 1980-cı 

illərdə həyata keçirmək üçün işə başlayırlar. 1990-cı ildə Azərbaycan dilinin dialektoloji 

atlasının, 2015-ci ildə Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının çap olunması görkəmli 

dilçi alimin qoyduğu bu uğurlu yolun layiqli davamçılarının böyük əməyi idi.   

B.Çobanzadə eyni zamanda türk şivələrinin tədqiqi üçün əldə olan materialların azlığını da 

ciddi problem kimi diqqətə çatdırırdı. Bunun səbəbini müəllif türk ziyalılarının daha çox klassik 

ədəbiyyatın təhlili ilə məşğul olduqları üçün xalq dillərinə, ədəbi mahiyyət daşımayan şivələrə 

əhəmiyyət verməmələri ilə əlaqələndirmişdir.  

Bu mənada, görkəmli alim öz tədqiqatları fonunda M.Kaşğarlının “Divani-lüğət-it türk” 

əsərinin qiymətini nümayiş etdirməyi qarşısına əsas məqsəd qoymuşdur. ”Türklərin qürur 

mənbəyi” adlandırdığı bu əsər barədə alim yeri düşdükcə münasibətini bildirir. Müəllif 

M.Kaşğarlıdan verdiyi bu sitatla razılaşaraq, “Türk dillərini şimdiyə qədər tədqiq edən 

lisançılardan heç birinin bu məsələdə diqqətcil və qətiyyətli olmadıqlarına” təəssüf etmişdir. 

İradlarını əsaslandırmaq üçün şəxsi mövqeyini irəli sürmüşdür: ”Dialektoloji üçün başlıca 

məsələ bu lisani-sövti-şəkli ayrılıqların bulunub meydana çıxarılmasıdır (5, s. 172). Alimin də 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



191

razılaşdığı bu meyar əsasında M.Kaşğarinin verdiyi şivə və şivə qruplarının səciyyəvi 

xüsusiyyətləri böyük təmkin və həssaslıqla şərh olunur.  

O, öz doktorluq işini həsr etdiyi “Kodeks komanikus” abidəsinin də türk tayfalarının dili 

ilə bağlı materiallarla zəngin bir əsər hesab edir. B.Çobanzadənin özünün qeyd etdiyi kimi bu 

əsər bir vaxtlar Krımda, Qara dəniz sahillərində yaşamış və Macarıstan ovalıqlarında 

məskunlaşmış hunların arasında gəzib-dolaşan italyan, alman missionerləri tərəfindən  tərtib 

olunan bir əsər idi (5, s. 168). O, qətiyyətlə türk dialektologiyasının tarixini XI əsrdən 

öyrənməyi təklif edirdi. 

B.Çobanzadə türk dialektlərinin bölgüsü məsələsində rus və Avropa türkoloqlarının 

xidmətlərini də unutmamışdır. Tədqiqatçı XVIII əsrdə ilk dəfə olaraq isveçli fon Stralenberqin 

türk-tatar dilinin bütün budaqlarının müqayisəli tədqiqinə yol açdığını söyləmiş və onun 

yaratdığı Ural-Altay dil ailəsi nəzəriyyəsini çox bəyənmişdir. B.Çobanzadə qeyd etmişdir ki, 

1713-cü ildə türk-tatar və fin-oğuz dilləri arasında bir əlaqə olduğunu bəyan edən alim öz fikrini 

hələ 1834-cü ildə müqayisəli tarixi dilçiliyin ilk əsərini yaradan isveçli  R.K.Raskdan bir əsr 

öncə söyləmişdir.  

B.Çobanzadə tarixən türk dillərinin təsnifini verən dilçilərin fikirlərini qüsurlu saymışdır. 

Onun fikrincə, türk dillərinin təsnifini verən dilçi alimlər yalnız qrammatik cəhətlərə üstünlük 

verərək tarixi xüsusiyyətləri və faktları nəzərə almamış və bir çox prinsiplər bir-biri ilə 

qarışdırılmışdır. 

Hələ “Türk-tatar lisaniyyətinə mədxəl” əsərində  hər bir dil ailəsini budaqlara ayıran 

müəllif dillərin əsas xüsusiyyətlərini, bu dillərdə danışan xalqların tarixi, yayıldığı coğrafi 

ərazilər və abidələri haqqında məlumat vermişdir. 

Bu əsərində B.Çobanzadə Asiya və Şərqi Avropanın geniş bir qismini Ural-Altay ailəsinə 

daxil olan dillər əhatə etdiyini ehtiva etmişdir. “Mədxəl”də türkoloq alim bu dil ailəsinin beş 

budağını qeyd etmişdir:  

1. Fin-oğuz budağıdır ki, bunu da öz növbəsində daha iki qrupa bölünür: 1) oğuz, 2) fin.  

2. Samoyed budağı samoyed xalqalrının danışdıqları dillərdir. Bu xalqlar Şimal buzlu 

okeanının Avropa və Asiya sahillərinin sakinləridirlər. Fin-uqor və samoyed budağı arasında 

həm kəlmə təşkili, həm də lüğət baxımından yaxın münasibət var. 

3. Tunquz budağına mancu, Tunquz dilləri və daha başqa hələ ətraflı tədqiq edilməmiş 

dillər daxildir.  

4. Moğol budağına buryat və kalmık dilləri daxildir ki, bunların birincilərinə şərqi, 

ikincilərinə isə qərbi moğollar deyilir. Moğol budağı ilə türk-tatar budağı arasında olduqca yaxın 

bir bağlılıq nəzərə çarpır. 

5. Türk-tatar budağı. Ural-Altay ailəsinin ən zəngin budağıdır. Buraya daxil olan dillər: 1) 

yakut, 2) Altay türklərinin dili, 3) teleut dili, 4) komandin dili, 5) Yenisey yuxarısındakı 

türklərin dili, 6) Uryanxay dili, 7) parapinlərin dili, 8) qırğız dili, 9) noqay dili, 10) kuuk dili, 

11) qaraçay dili, 12) başqırd, 13) sart dili, 14) özbək dili, 15) türkmən dili, 16) Osmanlı 

türklərinin dili, 17) tatar dili (Qazan, Krım), 18) Azərbaycan dili, 19) cuvaş lisanı, 20) kun dili 

(5, s. 72).  

“Türk-tatar dialektolojisi” əsərində isə tədqiqatçı türk-tatar şivələrini belə təsnif edir: 

”Çuvaş – yakut - Sibir və Altay –Yenisey – Uryanxay - qazax və qırğız - Şərqi Türküstan – 

Türküstan - Ural və Volqaboyu – Qazax - Cənubi Rusiya - Kiçik Asiya” (5, s. 191).  

Alim adları qeyd olunan türk xalqlarının mənşəyi, yerləşdiyi ərazilər, təqribi sayları 

barədə məlumat verməklə bərabər, həmin şivələrin tədqiqatçılarının mülahizələrinə aydınlıq 

gətirmişdir. 

O, adları çəkilən türk-tatar şivələri haqqında məlumat verərkən onların özlərini bu gün 

tədqiqata cəlb etdiyindən həmin xalqların tarixini araşdırmağı ehtiyac görmür. Adı çəkilən 

Qafqaz türklərindən danışarkən B.Çobanzadənin Cənub Qafqaz xalqlarından Azərbaycan 

türkləri haqqında olan fikirlərinə diqqət yetirək: “Cənubi Qafqaza gələcək olursaq, burada siyasi 

və mədəni səviyyəsi etibarilə başqa türk-tatr xalqları arasında mühüm bir yer tutan azəri 

türklərinə rast gəlirik. Azəri türkləri bir kaç əsrlik olduqca işlənmiş və çox uzaqlarda yaşayan 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



192

türk-tatar xalqlarının ədəbiyyatlarına da öz təsirini göstərən bir ədəbiyyata malikdirlər” (5, s. 

214).  

Əsərdə “ədəbi dil”in mahiyyəti də müasir dilçilikdə nəinki hər tədqiqatçıya, hətta hər 



şagirdə məlum olan “Ədəbi dil canlı xalq danışıq dilindən seçmə və əvəzetmə yolu ilə 

yaradılmış, normaya salınmış süni dildir” hökmünün tam əksidir. Müəllif yazır: ”Ədəbi dil, təbir 

etdiyimiz dil, çox dəfə hakim sinfin şivə və ləhcəsindən başqa bir şey deyildir” (5, s. 162). 

Göründüyü kimi, burada da “ləhcə” və “şivə” termini də müasir anlamdakı kimi deyildir. 

Professor məsələyə münasibətinin əsasını fransız dilçiləri Qaston Pari və Pol Meyerin fransız 

dilinin hüdudlarının mümkünsüz olmasını guya sübut etmələrinə bağlayır. Əslində isə, bu, 

fransız dilinin aristokrat təbəqənin dili kimi bütün Avropada qəbul edilməsinə yönəlmiş səhv bir 

ideya idi. Əfsus ki, bu dil mifi nəinki bütün Avropanı bürüdü, hətta onun hüdudlarını da aşdı. 

Müəllif bununla İohan Şmidtin “Dalğa nəzəriyyəsi”nə tərəfdar olduğunu əsaslandırır. 

B.Çobanzadə dialektolojinin əhəmiyyətini sübut etmək məqsədi ilə yenə də Fransada dilçilik 

atlasının tərtib olunmasından bəhs edərək bu işlə dilçilikdə “lisani coğrafiya”adlı yeni bir 

şöbənin açilmasını bildirir. Görünür ki, professorun da “Dialektoloji atlas” yaratmaq istəyi 

olmuşdur: ”Ümumiyyətlə, bütün Avropa məmləkətlərində bir çox zaman əvvəllər başlanmış 

olan canlı şivələr tədqiqi keçirməkdə olduğumuz əsrin başlarına doğru, dediyimiz kibi, lisan 

coğrafiyası şəklində təkrar dirilmişdir və daha konkret, elmi bir şəkil almışdır (5, s. 164). 

B.Çobanzadənin ömür yolunu, yaradıcılığını izlədikcə bir insanın ömrü boyu soykökünə, 

millətinə, xalqına, dilinə sonsuz bağlılığı istər-istəməz insanı heyrətə gətirir. Krımlı şair və 

jurnalist Y.Kandımın dediyi kimi: “B.Çobanzadə ağıl-idrakını, iradəsini, biliyini, qəlbini, canını  

türkşünaslıq elminə bağışladı” (9, s. 3). 

Onun bütün elmi əsərləri kimi, “Türk-tatar dialektolojisi” kitabı da öz mündəricəsinə, elmi 

tutumuna, maraqlı faktlarına görə türkologiyanın bənzərsiz qaynaqlarından biridir. Müəllifin bu 

tədqiqatı bütün türk dillərinin təsnifini aparmaq, xüsusiyyətlərini müəyyənləşdirmək 

baxımından dəyərli əsərdir: Birincisi, burada türk xalqlarının qədim yazılı abidələrinə və klassik 

dilçilik əsərlərinə istinad olunur; ikincisi, o dövr rus-Avropa dilçilərinin müxtəlif dillərdə 

yazılmış əsərlərinə müraciət edilir; üçüncüsü, müxtəlif türkcələrə adi nümunələr və faktlar 

sistemli şəkildə təqdim olunur. Müəllif bu əsəri ilə türkoloji arenada ilk dəfə dilçilik coğrafiyası 

üzrə tədqiqatlar aparılması fikrini səsləndirir, atlasların hazırlanmasının vacibliyini qeyd edir. 

Bu gün istər türkologiyada, istərsə də Azərbaycan dilçiliyində dialektoloji fikrin inkişafı və bu 

istiqamətdə görülmüş işlərin ideya-müəllifi, “əsrin dilçisi” (T.Hacıyev) B.Çobanzadədir. Hesab 

edirik ki, dialektogiyanın gələcək də nailiyyətlərində də görkəmli dilçi alimin bu əsəri öz 

aktuallığını saxlayacaqdır.  

 

 



ƏDƏBIYYAT 

 

1.



  Aslanov V. Bəkir Çobanzadə  //  Ədəbiyyat və incəsənət. Bakı, 1988, № 51 

2.

  Babayev A. Azərbaycan dilçiliyinin tarixi. Bakı, 1996  



3.

  Babayev A. B.Çobanzadə. Bakı: Şərq-Qərb, 1998  

4.

  Babayev X. Azərbaycan dövlət dilinin təşəkkülü tarixindən. Bakı: Elm və həyat 



nəşriyyatı, 2002 

5.

          Çobanzadə B. Seçilmiş əsərləri. V cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007  



6.

  Çobanzadə B. Türk-tatar lisaniyyatına mədxəl. Bakı: Aspoliqraf, 2006 

7.

  Eyvazov P. Bekir Çobanzade ve Türk Dillerinin Çağdaş Sorunları / IX Uluslararası 



Büyük Türk Dili Kurultayı (bildiri metnleri). Ankara, 2014 s. 224-229   

8.

  Rəcəbli Ə. Azərbaycan dilçiliyi. Bakı: Nurlan, 2007 



9.

  Къандым Ю. 43-нджи талебе // Йылдыз. 1998, № 4, s. 71 

10.

   Ашнин Ф.Д. Бекир Вагапович Чобан-заде // Народы Азии и Африки, 1967,  №1, 



c.  208-216 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



193

11.


   Emirova A.M. Bekir Çobanzadenin Dil Bilimi Anlayışı // Karadeniz Araştırmaları,  

2006,  №11, s. 1-11 

12.

   Modern Türklük Araştırmaları Dergisi. 3. Cilt , sayısı 3, 2006 



13.

   Otar İ. Kırımlı türk şair və bilgini Bekir Sıdkı Çobanzade. İstanbul: Lebib Yalkın, 1999   

14.

   Taymas A.B. Kırımlı filolog-şair Bekir Çobanzade`yi tanıtma tecrübesi //  Türk Dili 



Araştırmaları yıllığı. Ankara: Türk Tarih Kurumu basımevi, 1954 

 

 



THE DIALECTOLOGICAL PROBLEMS OF THE TURKIC LANGUAGES IN THE 

WORK “TURKIC-TATAR DIALECTOLOGY” BY BAKIR CHOBANZADE 

 

Summary 


 

In the article it is said about the famous turkologist professor Bakir Chobanzade’s 

dialectological investigations. Basing on the work “Turkic-Tatar dialectology” by the investigator it 

is said about the role in turkology and in the development of the dialectological thinking in 

Azerbaijan in details. The discussions are carried out about the dialectological problems of Turkic 

languages investigated by the author and today’s successes done by him are also noted. According 

to the theme B.Chobanzade’s scientific works and the definite scientific literatures are based on.  

Key words: B. Chobanzade, Turkic-Tatar dialects, Ural-Altay family, dialectology, 

linguistics’ geography, atlas, dialect   

 

 



 

Nüşabə Əsədova 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi 

asadova.nushabe@rambler.ru 

AZƏRBAYCAN  DİLİNDƏ ANTROPONİM VƏ TOPONİM TƏRKİBLİ 

FRAZEOLOJİ VAHİDLƏRDƏ MÜSBƏT VƏ MƏNFİ MƏNA ÇALARLARININ 

İFADƏSİ 

 

Hər bir xalqın kimlik pasportu kimi təzahür edən, etnokulturoloji və linqvokulturoloji 



xüsusiyyətlərini əks etdirən, adət- ənənə, məişət, mərasim və ayinlərini özündə təcəssüm etdirən 

leksik layın böyük bir hissəsini əhatə edən və “dildə hazır şəkildə işlənən” [1,5] frazeoloji 

vahidlərin semantik tutumunun əsasında müxtəlif mənalar öz əksini tapır və “istər məzmun və 

istərsə də forma etibarilə frazeoloji vahidlərin zənginliyi” [2,100] dilə yaxından bələd olmaq 

istəyənlərdə frazeoloji vahidlərin təcəssüm etdirdiyi semantik çalarları tam anlayıb başa düşmək 

zərurəti yaradır. Bizi əhatə edən obyektiv aləmin, kainatın ibarət olduğu gecə- gündüz, səhər- 

axşam, soyuq- isti, xeyir- şər, qorxu- sevinc, bədbəxtlik- xoşbəxtlik, zülm- mərhəmət və başqa bu 

tip antonomik anlayışları pozitiv və neqativ olmaqla ikili xüsusiyyət daşıyır. Bu mənada insan 

təfəkkürünün ifadə vasitəsi olan dilin və onun vahidlərinin ifadə vasitələrindən olan və insanın 

psixoloji vəziyyətinin, mənəvi aləminin, mentalitetinin güzgüsü kimi əks etdirən frazeoloji 

vahidlərdə də mənfi və müsbət mənalar hər bir xalqın öz milli xüsusiyyətlərinə əsasən əks olunur. 

Azərbaycan dilində mənfi və müsbət məna çalarların bir sıra antroponim və toponim tərkibli 

frazeoloji vahidlərdə   necə ifadə olunduğunu izləmək dilçiliyimizdə semantika məsələlərinin  və bu 

fonda frazeoloji vahidlərin söz qılafı altında “gizlənən” müxtəlif konnotasiyalarının aşkarlanıb təhlil 

olunması mühüm əhəmiyyət daşıyır və Azərbaycan dilinin frazeoloji vahidlərinin özünəməxsus 

semantik çalarlarının müəyyənləşdirilməsi baxımından aktuallıq kəsb edən bir məsələdir. M. 

Mirzəliyevanın da qeyd etdiyi kimi “hər hansı milli dilin frazeologiyasının dərindən öyrənilməsi 

həmin dilin tam mənimsənilməsində əsas halqadır və eləcə də o dilin daşıyıcılarının zəngin, 

rəngarəng və bir qədər də sirli aləmlərinə açılan pəncərədir” [3,25]. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



194

Azərbaycan dilinin leksik bazasının mühüm bir qatını təşkil edən antroponim tərkibli 

frazeoloji birləşmələri oppozisional münasibətlərin ifadə vasitəsi kimi semantik baxımdan müsbət  

məna daşıyan antroponim komponentli frazeoloji vahidlər və mənfi məna daşıyan antroponim 

komponentli frazeoloji vahidlər  kimi qruplaşdırmaq olar. 

           1)  Müsbət  məna  daşıyan  antroponim  komponentli  frazeoloji  vahidlər.  Müsbət  semantik 

yüklü antroponim komponentli frazeoloji vahidlər   

Yusif onun yanında heç nədir= Yusif ona tay ola bilməz –çox gözəl bir insan (kişi) nəzərdə 

tutulur. İmam Hüseyn cücəsi - həm məsum, həmdə yazıq bir insan deməkdir; Ürəyi yanıq Həlimə- 

əliaçıq, hamıya əl tutan insan mənasında Azərbaycanın cənub bölgələrində çox işlənir. 

“Nikolay yağı” - Rusiya çarı II Nikolayın adı ilə bağlı olan bu frazeoloji ifadə əslində 

haqqında danışılan insanın fiziki cəhətdən sağlamlığına, güclülüyünə işarə edir. Belə ki, bu ifadənin 

daşıdığı müsbət semantik yükün əsasını qədimdə və eləcə də çar II Nikolayın yaşadığı elmin- 

texnikanın inkişaf etmədiyi bir dövrdə insanların qida rasionunun əsasını kustar üsulla hazırlanan 

qatqısız ərzaq təşkil etdiyindən və yaşlı nəslin cavanlıqda bugünkü inkişaf etmiş sənaye dövründə 

uzun müddət saxlamaq üçün kimyəvi maddələrin qatıldığı ərzaqla qidalanmadığı və 

orqanızmlərinin sintetik ərzaqla zəhərlənmədiyini nəzərə çarpdırmaq durur. Kiminsə tükənməz 

enerjisini, yüksək şövqlə çalışdığını görəndə Azərbaycan xalqının  “Canında Nikolay yağı var!” 

işətdiyi ifadə sağlamlığın əsasında təmiz qidanın önəmli yer tutduğunu bildirir. 

Məhəmməd dağa sarı getməsə, dağ Məhəmmədə sarı gedər- İnsanların çətin vəziyyətlərdə 

bir- birnə güzəştə getməyinin, insanlar arasında kompromisin vacibliyini göstərmək üçün işlədilir.  

Sözünün Məmmədqulusunu demək- fikrini, məqsədini tam bildirmək, fikrini açıq şəkildə 

bildirməkdir.  Ağa durur, Ağacan durur- bir işi görmək üçün hələ vaxtın və fürsətin olduğunu 

bildirən [4,11] ifadədir. 

           2) Mənfi məna daşıyan antroponim komponentli frazeoloji vahidlər: 

Əlinin papağını Vəlinin başına qoyur, Vəlinin papağını Əlinin- heç bir işi kamil görə bilməyən, 

bir işdən kəsib o biri işi etməyə çalışan və nəticədə heç bir işə nail olmayan adam deməkdir.  

Sözünün Mustafasını de= Mıs- mıs deyincə, bir dəfəlik Mustafa de!- Bir şeyi uzadaraq deyən adam, 

fikrini qəti bildirə bilməyən adam deməkdir. Əli aşından da oldu, Vəli aşından da- Çox şey 

istəyərək hər şeyi əlində saxlamağa cəhd göstərmək, ancaq nəticədə heç nəyə nail olmamaqdır. At 

Balaxanım= At Maral- kobud, yöndəmsiz hərəkətlər edən qadın mənasında işlənir. Ağanəzərəm, bir 

yumruğa qırxın əzərəm- özündən razı, yekəxana, kobud  adam üçün işlədilir. 

Ya keçəl Həsən, ya Həsən keçəl- “müqayisə olunan iki şey arasında heç bir fərq olmadığını 

bildirən ifadədir” [4, 269]. Bu ifadə eyni zamanda eyni mövzuda danışıb, ancaq bir- birlərini başa 

düşmədən mənasız mübahisə edilən zaman işlədilir. 

Şah Abbası taxtda görüb, Nadiri qundaqda= Nadiri taxtda görüb, Süleymanı qundaqda 

=İsgəndəri taxtda görüb, Süleymanı qundaqda – üç variantda işlədilən bu frazeoloji vahidin mənası 

bir adamın yaşının həddən artıq olduğuna işarədir. Dərdi Əyyub peyğəmbərin dərdindən çox dərdi 

olmaq – problemlərin bitib-tükənmədiyinə işarədir. Aləmin malı-mülkü, Qənbərin yırtıq kürkü – 

dəyərsiz bir şeyin üstündə əsəndə ironiya ilə işlədilən frazeoloji vahiddir. “Bir həsirdir, bir də 

Məmmədnəsir”- frazeoloji ifadəsinin mənasının əsasını kiminsə  kasıblığını, yoxsulluğunu 

 

göstərmək, vurğulamaq təşkil edir. Məsələn: “Əşi, onda pul nə gəzir, bir həsirdir, bir 



Məmmədnəsir” (Ç. Hüseynov). Yaxud başqa bir nümunə: 

Yoxsul bir həsirdi, bir Məmmədnəsir, 

Nə atı, nə də ki, arabası var. 

Könülsüz dərvişdi düşər yollara, 

Bir dəmir çarığı, bir əbası var. (Zəlimxan Yaqub) 

“Pıçhapıç (yaxud “piçpiç”) Nikolayın evini yıxdı” (yaxud “yıxıb”) frazeoloji ifadəsi mənfi 

mənada işlədilir. Belə ki, hər cür gizli sövdələşmələrin, əl altından görülən işlərin xoşməramlı 

olmadığına, sonunun kiminsə fəlakəti, bədbəxtliyi ilə nəticələnəcəyinə işarədir.  

“Nuh əyyamından qalıb” frazeooji ifadəsi həm insana, həm də əşyaya şamil edilir və 

haqqından danışılan şəxsin fikirlərinin, dünyagörüşünün və yaxud da bəhs edlən əşyanın, predmetin 

bugünkü müasir dünya ilə ayaqlaşmadığını, köhnəldiyini bildirir. Məsələn:“Elə Nuh əyyamından 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



195

hamı qız götürüb qaçır, dedim biri də olarsan sən”. (İsmayıl Şıxlı).  

“Tarixi- Nadiri yarıya qədər oxumaq”- savadsız, məhdud dünyagörüşlü və ya yarımçıq təhsilli 

olmaq [4, 249] deməkdir. Bu yerdə Qəribi ağlamaq tutdu- “çarəsiz vəziyyətdə qalmış, çətinliklə 

üzləşmiş adam haqqında işlədilən” ifadədir [4, 63].   

Azərbaycan dilinin frazeoloji sisteminin bir layı olan toponim komponentli frazeoloji 

vahidlərin arasında müsbət və mənfi semantik yüklü frazeoloji vahidlərində insan psixologiyasının, 

insanın mənəvi dünyasının sevincini, kədərini, kinini, qəzəbini və mərhəmətini əks etdirərək 

özünəməxsus yer tutur. Məsələn: 

1)

  Müsbət məna daşıyan toponim komponentli frazeoloji vahidlər: 



İrandan Turana qədər – çox geniş əhatə dairəsi deməkdir. Rumla Şam – hər yerdən, yəni böyük 

bir yer nəzərdə tutulur. Tur dağına dönmək- yüksəlmək, hörməti, nüfuzu artmaq [4, 254] 

mənasını bildirir. 

2)

  Mənfi məna daşıyan toponim komponentli frazeoloji vahidlər: 



Ərdəbildə yel əsib, qoz tökülüb- başqa yerə şirnikib öz yerini, vətənin tərk edən adamlara deyilir; 

Burda mənəm, Bağdadda kor xəlifə- mənəm- mənəm deyən adam nəzərdə tutulur.  Bakı küləyi- 

etibarsız, dar ayaqda arxalana bilinməyən adamdır. Naxçıvana duza getmək- avam, sadəlövh olmaq 

mənasında işlədilir. Həccdən gələn mən, Məkkədən xəbər verən sən = Cəhənnəmdən gələn mən, 

xəbər verən sən – məlumatı olmadığı halda bir şey (hadisə) haqda danışarkən işldilir. Nuh deyir- 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling