I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet45/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

1870 ), “Türkcə-fransızca lüğət” (Paris,1835), “Türk, ərəb və farsca sözlük” (Leytspik,1862-1876) 

“Şərqi türküstan dilləri” (Peterburq, 1867), “Rus-sart sözlüyü” (Kazan, 1884) və s. 

ƏDƏBIYYATlar daxil idi. Türkoloqun bəhrələndiyi mənbələr sırasına “Kutadqu-bilik”, “Orxon” 

və “Yenisey” abidələrinin dili də daxil idi.  

Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri “Opyt 

slovarja tjurkskix narecij”dir. Bu lüğəti tərtib etməyə 1859- cu ildə Barnaulda başlamışdır, çapı isə 

1911-ci ildə sona çatmışdır. Radlovun rəhbərliyi altınnda Rusiya Elmlər Akademiyasında «Atlas 

der Altertümer der Mongolei» adlı əsər işıq üzü görmüşdür. Radlov əski türk yazılarına bir çox 

məqalələr həsr etmişdir. 1909-1912-ci illərdə alim “Alttürkische Studien” başlığı altında altı əsər 

üzərində işləmişdir. Ömrünün 81-ci ilində Peterburqda vəfat etmişdir. 

Əvvəldə qeyd etdiyimiz kimi bu dövrdə artıq xeyli sayda müxtəlif tipdə lüğətlər vardı. 

Ancaq V.V.Radlovun “Türk ləhcələri sözlüyü” lüğətibütün tarix boyu türk leksikilogiyası üçün 

əvəzolunmaz vəsait olub. Bu lüğət bir çox türk dili və dialektlərini əhatə edən tarixi-müqayisəli 

metod əsasında qurulmuş ən dəyərli nümunələrdən sayılır. Onu fərqləndirən və belə dəyərli 

olmasına səbəb nədir? 

 Əvvəla, sözlərin çoxluğu ilk nəzərə çarpan amildir. Lüğətdəki sözlər konkret olaraq türk 

sözləridir, ancaq onların rus və alman dillərində ekvivalenti və qarşılığı verilib. Burda tək bir türk 

dilinin sözləri və onların rus və alman dilində qarşılığı verilsəydi bunu üçdilli lüğət adlandırmaq 

olardı. Ancaq lüğətin leksik baxımdan əhatə dairəsi bir dillə müqayisə olunmayacaq qədər genişdir. 

L.V.Şerba lüğət haqda danışarkən qeyd etmişdir ki, lüğətin belə dəyərli olmasına səbəb burada bir 

çox türk dialekt və şivə sözləri ilə yanaşı, artıq mövcud olmayan türk dili vahidlərinə də rast 

gəlinməsidir. Əlavə olaraq o, qeyd etmişdir ki, bu lüğət etimoloji baxımdan da diqqəti cəlb edir. 

Ümumiyyətlə, onun fikirlərinə əsaslanaraq lüğəti həm tərcümə, həm müqayisə, həm də etimoloji 

lüğət kimi şərh etmək olar.(9,135)  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



233

V.V.Radlov lüğətdə hər bir sözə ayrıca yer verərək kök və əsasdan yaranan sözləri bir 

qruplaşdırmayıb. Qeyd olunan hər bir sözü ayrıca izah edərək onun işlənmə məqamına uyğun 

nümunə verib. Bu nümunələr isə eyni sözün müxtəlif türk dillərində oxşar və fərqli işlək 

məqamlarını göstərmək məqsədi güdür. Həmçinin, burda sözlərin leksik mənaları deyil, eləcə də 

fonetik variasiyaları da müqayisə olunur. Lüğətdə verilmiş sözlərin işlək olduğu areallar da qeyd 

olunub. Bu isə öz növbəsində sözləri ümumtürk və xüsusi türk sözləri üzrə qruplaşdırmaq işini 

asanlaşdırır. Lüğətdə yer alan bir çox sözlərin ərəb, fars, monqol və rus dillərində dəyişik fonetik 

variasiyaları da qeyd olunub. Bu isə ərəb və fars dillərinə türk dilinin cənub qrupunun, XIX əsrin 

ortalarında isə monqol dilinə türk dillərinin şərq qrupu təsirinin nəticəsidir. Sözlükdə daha çox -lık 

(-lik,-dık,-dik,-tık, -tik), fel düzəldən –la (-le, -da, -de, -ta, -te), sifət düzəldən –lı (-li, -dı,-tı, -ti) 

inkarlıq bildirən (–sız, -siz) şəkilçilərlə düzəlmiş sözlərə rast gəlmək mümkündür. 

1888-ci ildən lüğət nəşr olunmağa başlayır. Bu proses iyirmi üç il davam edir. 1911-ci ildə 

nəşri yekunlaşan kitabda bir sıra nöqsanlar da vardır. K.Ş.Xusinovun qeydlərinə əsaslansaq lüğətdə 

bir qrup sözlərin leksik mənaları qeyri-dəqiq izah olunmuşdur. Həmçinin, sözlərin yazılış 

formalarında da bu cür nöqsanlara rast gəlmək mümkündür.  

Lüğətdə 9 əsas sait səs yer alıb: a, ä , e, o, ö, y, i, u, ü.“y” səsi lüğətdə məhz sait səs kimi 

verilmiş,  “I” səsi isə saitlər arasında yer almayıb. Göstərilən sait səslərdən əlavə bu səslərin 

müxtəlif variasiyaları da lüğətdə qeyd olunub. Ümumilikdə, sait səsləri və onların variasiyalarını 

belə qruplaşdırmaq olar: 

A a   , Ä ä ώ, E e, Э э , O o, Ö ö,    , Ы ы, İ i, Ì ì, Y y,   ,     , ў. 

- Bu səs a və o arası səsdir.  

 ä - e və ə arası səsdir.  

 ώ -  əe və ö arası səsdir. 

э - bu səsə ancaq karaim ləhcəsində rast gəlinir. Bu səs a və ä arası səsdir. 

  - təkcə volj ləhcəsində təsadüf olunur. 

 ü- bu səsə rus dilində rast gəlinmədiyini qeyd edir. Ancaq bu fonemə alman dilində rast 

gəlindiyini yazır. 

 ў – yalnız tarançin dialektində söz sonlarında rast gəlinir. (ou) diftonquna yaxın səsdir. 

 Samitlər isə aşağıdakılardır. 

Кк, Кк, Хх, 

, Cc, Pp, Ll, Гг, ѓ, Бб б,  Пп,  Фф,  Hh, Ŋŋ, Јј, Вв, Дд, Лл, Џџ, Зз, Цц,Чч, 

Мм, Шш, Жж, Mм, Ww. 

w- rus dilindəki “в” səsinə uyğundur.(bizim “v”) 

j- (t+j) tya,tyu,tye,tyi kimi hallarda bu səs çox zəif tələffüz olunur. 

ň- nya, nye, nyi,nyu birləşmələrində bu səs çox zəif tələffüz olunur. 

Ņ və ya Ŋŋ (**Bu səs qədim əsrlərdən müasir dövrə qədər davam edib gəlmiş hətta 

əstimizin 20-30-cu illərinədək dilimizdə işlənmişdir. Ərəb əlifbasından latın, sonta isə rus qrafikası 

əsaslı əlifbaya keçərkən sıradan çıxmışdır.)  

k- türk dillərində bu səs rus dilindəki (k) səsinə nisbətən daha yumşaq tələffüz olunur. Bəzi 

şərq ləhcələrində isə bu səs (kx) kimi tələffüz olunur. Bəzi qərb qrup ləhcələrində isə bu səs orta 

yumşaqlıqda tələffüz olunur.  

 – (x) səsinin kar qarşılığına uyğundur. Bu səs rus dilindəki (q) səsinə oxşayır, ancaq daha 

xırıltılı tələffüz olunur. Bu səs ərəb əlifbasındakı  

غ səsinə daha yaxındır. 

- x və h arası səsdir.  

Ħ- t və k arası səsdir. Bu səs yalnız bir qrup şimal ləhcələrində işləkdir.  

Ѓ- Bu səsə altay ləhcələrində rast gəlinir. 

б  - Bu səsə yalnız Abakan ləhcələrində eб birləşməsində rast gəlinir. Bu səs b və m arası 

səsdir. 


Lüğətdə yer alan durğu işarələrini müəllif belə izah edir: 

−  - saitlər üzərində uzanmanı bildirir. 

 - saitlər üzərində kəskin tələffüzü bildirir. 

 - sait səsin tələffüzdə buraxıldığını bildirir. 

 - vurğunu bildirir. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



234

- samitlər üzərində bu işarə onların incə damaq tələffüzünü bildirir. 

O, coğrafi ərazi prinsipinə əsaslanaraq tərtib etdiyi lüğətində türk dillərini dörd qrupa 

bölərək təsnif etmişdir. 1872-ci ildə bu prinsipə əsaslanıb etdiyi təsnif belədir: (1,208) 

1.

 

Şərq qrupu : altay, teleut, abakan, koybol, qızıl, tölös, beltir, barabin, küyerik, 



çulum, tuba, qaraqaş, uryanxay (tuva), karaim, uyğur dilləri. 

2.

 



Qərb qrupu: qırğız, qaraqalmaq, başqırd, Volqaboyu tatarları, noqay dilləri.  

3.

 



Orta Asiya qrupu:tarançin, Hami, Aksu, Kaşğar, Yarkənd, Sart, Kokand, Zərəfcan 

özbəkcəsi, Buxarada və Xivədə yaşayan türklərin dilləri. 

4.

 

Cənub qrupu: türkmən, qumuq, Qaraçay, balkar, Azərbaycan,  türk (Anadolu və 



Rümeli dialektləri), qaqauz və Krım tatarlarının dili.  

Bu bölgülərlə bağlı B.Çobanzadənin qeydlərinə nəzər salaq: “V.V.Radlovun bölgülərini 

nəzərə alsaq bir çox şivələrin yanlış, aid olmadıkları qruppalara düşdüyünü görürüz. Məsələn: orta 

Asiya qruppasına düşən özbək, sart (Xivə, Buxara) şivələri digər tərəfdən cənub qruppasına düşən 

Krım şivəsi dil nöqteyi nəzərindən bir-birinə daha yaxındır. Əsasən türk-tatar lisanlarında iki böyük 

qrup vardır ki, bunlardan biri cığatay, digəri isə oğuz adlanır.”(3,89) XIX yüzilliyin rus 

qaynaqlarında

 

Çağatay türkcəsi



 

Kazan


 

tatarlarının,

 

noqayların,



 

qırğızların,

 

Krım tatarlarının, Kiçik 



Asiyanın və Türkiyə türklərinin danışdığı ortaq dil kimi təsvir edilirdi. 

“Sonra türklərin bir qismi İran və Kiçik Asiya, Qafqaz tərəflərindən yerləşdikdən, digər bir 

qismi də əski yurdda qalıb. Kaşğar, Türküstan, Volqa, Qıpçaq ölkələrini  mənimsədikdən sonra 

artıq yavaş-yavaş oğuz türkcəsi birinci və cığatay türkcəsi ikinci qisim türklərin lisanı olmuşdur. 

İştə V.V.Radlovun dörd qruppasını bu gün daha yaşamakda bulunan türk-tatar lisanları üçün iki 

böyük qruppaya ayırdıkdan sonra qalanlarını bu iki qruppanın sövti xüsusiyyətlərinin bulub 

çıxarmaq daha ziyadə kolaydır. Öylə isə fikrımizcə cığatay qruppasına özbək, sart, tarançın, altay, 

barabin, urpağay, Volqaboyu tatarları, Şimali Krım (Noqay, yaxud qaraçay, kumuk), Oğuz 

qruppasına isə türkmən, Azərbaycan, türk, Cənubi Krım və s. girərlər.(1,91) 

 Lüğətin mühüm elmi-nəzəri əhəmiyyəti var. Bu dəyərli nümunədə qeyd olunmuş faktlar 

Azərbaycan həmçinin, ümumtürk ədəbi dili tarixinin öyrənilməsində, konkret bir dövrün, 

mərhələnin geniş şəkildə tədqiqində, tarixi leksikologiya və tarixi dialektologiya elmlərinin sistemli 

araşdırılmasında çox yararlı ola bilər. Burada əldə olunmuş dil faktları bir çox türk yazı və 

əsərlərinin dilinin tədqiqatında əsas rolunu oynaya bilər. Rus əsilli alman türkoloq V.V.Radlovun 

bütün ömrü bahasına türkologiya tarixinə verdiyi bu töhfəyə bundan sonra da müxtəlif zaman 

kəsiyində filoloji araşdırma və tədqiqatlarda dönə-dönə müraciət olunacaq. Bu əsər türk dillərinin 

tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə 

əvəzsiz mənbələrdən biridir. Tərtib edildiyi vaxtdan xeyli zaman keçməsinə baxmayaraq bu əsərə 

olan maraq hələ də azalmamış, lüğət türkoloqların stolüstü kitabı olmuşdur. 

 

ƏDƏBIYYAT 



 

1.

  Çobanzadə B. Əsərləri. 3 cilddə. I cild, Bakı:Nurlan, 2007, 216 səh. 



2.

  Xəlilov B.Türkologiyaya giriş. (Dərslik) Bakı, 2006, 384 səh. 

3.

  Гулиев Л.Н. Древные тюрки. М., 1967, 157 c. 



4.

  Кононов А. Н. История изучения тюркских языков в России. — М.: Наука, 1972. 

5.

  Очерки по истории русского востоковедения. — М.: Институт Востоковедения АН 



СССР, 1953. 

6.

  Помелов В. Б. Просветительско-педагогическая деятельновсть В. В. Радлова // 



Педагогика. — 2013. —

 

№ 6. —С. 112—118.  



7.

  Решетов А. М. Академик В. В. Радлов, востоковед и музеевед (Основные этапы 

деятельности) // Радловские чтения-2002. Материалы годичной научной сессии. — СПб., 

2002. — С.95-101. 

8.

  Тюркологический сборник.1971. — М., 1972 (посвящён В. В. Радлову, список трудов 



и литературы о нём) 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



235

9.

  Самойлович А. В.В.Рaдлoв о нем: о материалах Радлова по народной словесносности 



крымских татар и караимов. Пг, 1916, 112c. 

  

 



 

 

 



Vafa Abdullayeva 

SUMMARY 


 

This article is about history and investigation of Turkic language.In this article was 

investigated V.V.Radlov’s works about Turkic nation, esecially his dictionary “Glossary dictionary 

of turkic dialects”. Here is given big information about structure, formation, phonems and areals of 

this dictionary. This dictionary  

 

Key words: turkology, V.V.Radlov, turkology dictionary, history of turkic natin.



 

 

 



 

Vəfa İbişova 

AMEA Nəsimi adına Dilçilik İnstitutu,  

Monitorinq şöbəsinin elmi işçisi 

vafa.ibisova@mail.ru 

 

AZƏRBAYCAN DİLİ MƏTNLƏRİNİN MƏNTİQİ-SEMANTİK PLANDA TƏHLİLİ 



 

Mətn kompleks kommunikativ vahid kimi xüsusi forma və məna birliyinə malikdir. Bu birlik 

bütövlük əmələ gətirir. Mətnin bütövlüyü deyəndə əsasən üç anlayış - bağlılıq, inteqrativlik və 

koqerentlik başa düşülür. Bu anlayışları özündə birləşdirən bütövlük qlobal kateqoriyalardan biridir. 

Mətnin əlamətlərinin qarşılıqlı nisbət xarakteri bağlılıq-koqeziya-inteqrasiya-retrospeksiya-

prospeksiya ardıcıllığından ibarətdir. Mətnin əsas nəzəriyyəsi də bu formullardan düzəlir. 

Məntiqi-semantik təhlil mətnə psixoloji, xüsusən də linqvo-psixoloji yanaşmadır. Bu 

konsepsiya psixoloq alim L.S.Vıqotskiyə məxsusdur. Keçmiş SSRİ məkanında mətn dilçiliyinin 

məntiqi-psixoloji cəhətlərinin tədqiqi L.S.Vıqotski baxışlarına əsaslanır. 

Dilçi dilin modelini qurarkən ümumiyyətlə bu modelin mətni təşkil etməkdə və mətni 

anlamaqda rolu barədə düşünməyə bilər. Halbuki məhz bu cəhət L.Vıqotski məktəbi üçün 

mühümdür ki, göstərilən sistem və bu sistemə məxsus proseslər (fəaliyyət) modeldə yenidən 

yaradıla bilsin. 

Ümumiyyətlə, mətnin, xüsusən də, məntiqi-semantik bağlılığının tədqiqi mətnin bəzi 

tipikləşdirilmiş növlərinin ayırd edilməsindən ötrü əsas ola bilər.  

 Ümumiyyətlə, bizim tədqiqatda Azərbaycan danışıq və bədii mətnlərinə dair başlıca 

xüsusiyyətlər əsasən 3 cəhətdən xarakterizə olunur: 

1)

  formal-qrammatik cəhətdən; 



2)

  funksional-kommunikativ cəhətdən; 

3)

  məntiqi-semantik cəhətdən. 



 Mətnin sistem təsviri, onda olan ümumi dominant funksiyaları təyin etmək, mətnin semantik 

sahəsində məntiqi-semantik makro və mikrostrukturu təyin etmək qarşıda duran mühüm 

məsələlərdəndir. 

 “Mətnin kommunikativ təşkili tipi” mətnin obyektik səciyyəsini üzə çıxarır və mətnin dilin 

bütün səviyyələrində iyerarxik cəhətdən öyrənilməsini yoluna qoyur (qaydaya salır). 

 Tədqiqatınaktuallığını  şərtləndirən əsas faktorlardan biri müasir Azərbaycan dilinə məxsus 

bədii mətnlərin məntiqi-semantik bütövlüyünü əks etdirən elmi əsərin olmamasıdır. İlk dəfə 

nisbətən geniş formada müasir Azərbaycan dilində mətnin məntiqi-semantik bütövlüyü anlayışının 

mahiyyəti açılır və bununla bağlı məsələlərə münasibət bildirilir. 

 Mətn kommunikativ və informativ bir vahid olaraq ona məxsus olan özəl işarələr vasitəsilə 

yaradılır. Mətni formal-semantik cəhətdən quran özəl işarələr başqa hər cür işarələrdən fərqlənir. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



236

Bunlar mümkün olduğu qədər bədii mətnin açıqlığı, aydınlığı və qavranılmasını və özəl sənətkar 

mövqeyini ehtiva edir. 

Mətnin cümlədən böyük, yəni mürəkkəb sintaktik bütöv səviyyəsində araşdırılması problemi 

XX əsrin 2-ci yarısından sonra meydana çıxmışdır. Ümumiyyətlə, mətn sintaksisi XX əsrin son 

qərinəsində bütün parametrlərinə görə bir linqvistik elm sahəsi kimi yaranmışdır. XX əsrin 

ortalarında Avropa dilçiliyi, ələlxüsus da Praqa funksional dilçilik məktəbi nümayəndələrinin 

müvəffəqiyyəti kommunikativ və semantik mahiyyətli yeni filoloji açıqlamaların araya gəlməsinə 

və xüsusilə də linqvistikada mürəkkəb sintaktik bütövün müstəqil olaraq öyrənilməsinə müəyyən 

şərait yarada bilmişdir. Avropa və Rusiyada bu sahədə, xüsusən də mətnin bütövlüyü probleminin 

tədqiqində bəzi uğurlar olsa da, türkoloji, eləcə də Azərbaycan dilçiliyində mətn sintksisinin 

sözügedən problemi ilə əlaqədar çox az işlər görülmüşdür (1) 

 “Mətn- başlığı və müəyyən məqsədyönlüyə, praqmatik məqama malik olan qrammatik, 

leksik, məntiqi, üslubi əlaqələrin ayrı-ayrı vasitəsilə birləşmiş bir çox xüsusi vahidlər (frazafövqi 

birliklər) ilə birlikdə bitmiş və ədəbi işlənmiş nitq əsərini təşkil edən dil nişanlarının qaydalı və 

yazılı birilliyidir” (2, s.18) 

“Mətn möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir” (3, s.432) 

Digər müəlliflər də əsas etibarı ilə mətnin əsas əlamətlərini belə göstərirlər. 

Mətn dilçiliyində ən mühüm məsələlərdən biri də onun bütövlüyü məsələsidir. Mətn struktur

funksional və məntiqi-semantik bütövlüyə malikdir. Mətndaxili əlaqəlilikdən bəhs edən 

A.Məmmədov yazır ki, mətn müəyyən konkret uyğun məlumatın maksimal dərəcədə ötürülməsi 

prosesini əldə etmək üçün müəyyən sintaktik çərçivədə yaradılır ki, bu da onun bütövlüyünü 

şərtləndirir. Mətnə daxili təşkilatlanma da xasdır. Bu onu sintaqmatik səviyyədə bir struktur tama 

çevirir. Lakin bütöv olmaq üçün mətn həm də daxilən əlaqəli olmalıdır (4, s.25). 

 L.Loseva yazır ki, mətnin məntiqi-semantik bütövlüyü mətndaxili əlaqəlikdən keçir (5, s.34 

(360 s.) 

 O, başqa bir əsərində “mətnin məna, fikir nüvəsi”nin müəyyənləşməsində məntiqi-semantik 

bütövlüyü şərtləndirən amillərin aşkar olunmasını vacib sayır (6, s.29 (440 s.). 

V.Dressler də mətnin məntiqi-semantik bütövlüyünü şərtləndirən amillər sırasında 

koqerentliklə inteqrasiyanın roluna önəm verir (7, s.76 (413) 

Kommunikativ bütövlüyə kommunikaiv funksiya baxımdan yanaşmaq lazımdır. Belə 

yanaşma aktual qrammatikanın nailiyyəti sayılır. Belə ki, mətni təşkil edən hər hansı söyləmdə çıxış 

nöqtəsi, yəni məlum olan və ya tema və yeni məlumat-rema özünü göstərir. İki başlıca məzmun 

mətnin bütövlüyünü səciyyələndirir: məlumat predmeti-uyğun kommunikasiya vahidinin çıxış 

nöqtəsi olan element (Matezius bunu “məlumat əsası” adlandırır) və məlumatı əks etdirən ünsür, 

yeni məlumatı dinləyiciyə çatdıran ünsür (başqa sözlə, “məlumatın nüvəsi”) (10, s. 125 (326 s.). 

 

M.Zəkiyevin fikrincə, mürəkkəb sintaktik bütövlərin məntiqi-semantik bütövlüyünü 



iyerarxik münasibətlər, onları birləşdirən mətni linqvistik vasitələrə əsasən öyrənmək gərəkdir. 

Müstəqil-bərabərhüquqlu cümlələr arasındakı bütövlüyü, bağlılığı öyrənmək üçün gərək olan 

tələblərə əlaqəli nitqin hansı hissəsi cavab verirsə, MSB-nin də sərhədləri ondan asılı olaraq 

müəyyən edilir (11, s.234) 

Ə.Abdullayev mətni anlama prosesində onun məntiqi-semantik strukturunun dərk edilməsini 

vacib sayır (12, s.53 (345 s.) 

Mətnin bütövlüyü anlayışına: 

1)

 



məna bütövlüyü 

2)

 



kommunikativ bütövlük 

3)

 



struktur bütövlük də aid edilir. 

 Məntiqi-semantik bütövlük mətnin strukturu ilə səciyyələnir.Mikrotema məntiqi surətdə 

məntiqə uyğun olaraq bir-birinin ardınca genişlənir: başlanğıc, inkişaf və nəticə. Başlanğıcda tema 

haqqında məlumat verilir. Mikrotemanın inkişaf dərəcəsində mətnin aydınlaşması həyata keçirilir. 

Nəticə hissəsində yeni mikrotemaya keçid baş verir, yeni sintaktik bütöv formalaşır. 

 Mətnin başlanğıc mərhələsi. Mikrotemanın şərhi bu mərhələdə başlanır. Deyildiyi kimi, tema 

haqqında ümumi məlumat verilir. Məs.: “Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



237

mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı 

evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. 

Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu, 14 

yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Ostapenko uşaqlarını ögey 

anaya etibar etməzdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə 

oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu 

qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına 

gedən, gah da qapı ağzında, ayaqüstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı”. 

 Mətnin başlanğıc mərhələsi hələ davam edir: “Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl 

peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, 

güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və 

faydalı heyvanlara sərf edirdi. Evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal 

tərəflərinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi 

kimi, balın və mumun mənfəətini də bilirdi”. 

 Mətnin inkişaf mərhələsi. Bu mərhələdə tema inkişaf edir, Ostapenko haqqında yeni biliklər 

şərh edilir. Sintaktik bütövün mahiyyətini, məzmununu açmaqdan ötrü Ostapenko haqqında başqa 

məlumatlar verilir. “Ona görə də yuxarıdakı mətnin ilk cümləsi ən ümumi və müstəqil cümlə olub, 

silsilə sintaktik bütövlə çözülə-çözülə açılmalıdır. Həmin cümlədən sonra gələn mətn son cümləyə 

qədər bir sintaktik bütövdən ibarətdir və bir mikrotema üzərində qurulmuşdur”. (3, s.435). 

Mikrotemada başlıca məqsəd Ostapenkonun zəhmətkeş bir insan olduğunu şərh etməkdir. Odur ki, 

bir neçə cümlədən ibarət olan həmin sintaktik bütövdə Ostapenkonun zəhmətkeş olduğunu nəzərə 

çatdırmaq üçün “mahir bir arıçı”, “10-12 arı pətəyi”, “kişi vaxtının çoxunu sərf edirdi” və s. ifadə 

və cümlələr işlədilmiş, mikrotema kişinin qonaqpərvərliyi və əməyinin təsviri üzərində 

qurulmuşdur. İkinci abzasda kişinin arı peşəsi ilə məşğul olduğu açıqlanır, beləliklə, tema inkişaf 

etdirilir. Son cümlə nəticədir, yekundur. (“Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi 

bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi” (Mir Cəlal. Seçilmiş əsərləri. I cild, Bakı, 

Azərbaycan Dövlət Nəşriyyatı, 1956, s.336) 

 Mətnin son (nəticə) mərhələsi. Bu tema bitdikdən sonra artıq yeni mikrotema başlanır. Bu 

mikrotema Ostapenkonun yenicə həkim olmuş qızını orduya yola salması ilə başlanır və s. 

 Mətnin komponentləri, onu təşkil edən cümlələr arasında məntiqi-semantik münasibət 

anaforik və kataforik, mətnin daralması və genişlənməsi, kvalitativ münasibət, kontrastiv yaxud əks, 

temporal, təxmini, birləşdirici, səbəb-nəticə-şərt münasibətləri fonunda yaranır. 

 Mətnyaratmada özünü müxtəlif anaforik, kataforik vasitələr, təkrarlar, deyktik elementlər və 

s. göstərir. 

Anaforik əlaqə. Anafora-eyni sözün və ya söz qrupunun bir neçə ardıcıl gələn, paralel 

düzələn sözlərin, söz qruplarının əvvəlində təkrarı deməkdir. Məntiqi-semantik qanunlara uyğun hər 

hansı bir dil vahidi mətndə təkrarlanır, ekspressivlik yüksəlir. Məs.: Xilaskarların rəhbəri, məğrur 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling