I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet53/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

poeziyası Anadolu gözəllərini vəsf etməkdən heç vaxt yorulmamışdır: 

Bir xoş, bir xoş durur əda naz kimi,  

Arxasında saçı tel-tel saz kimi, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



275

Xas bağça içində top nərgiz kimi, 

Qaralarmı geydin alın üstünə? (8, s. 217) 

Türkiyə aşıqları XVII əsrdə əsasən mani, qoşma, gəraylı, türkü, varsağı, ağıt, divan, dastan 

formalarında yaratmışlar. Lakin dövrün bir sıra aşıqları heca vəznində, milli şeir formalarında şeir 

deməklə kifayətlənmir, əruz vəznində, klassik şeir formalarında da əsərlər yazırdılar: «Bu əsrdə 

divan ədəbiyyatını təqlid etmək də çox yayılmışdı. Bu vəziyyət «şəhər, qəsəbə, kənd şairləri» kimi 

bir bölgünü ortaya çıxartdı. Şəhər şairləri, yəni divan ədəbiyyatı təsirinin başlıca təmsilçiləri – 

müməssilləri Aşıq Ömər və Gövhəri olmuşdur» (7,s.17). XVII yüzillikdə Azərbaycan aşıq 

poeziyasının nümayəndələri də klassik ədəbiyatdan xəbərdar olmuş, əsərlərində onun obrazlarından, 

bədii ifadə vasitələrindən istifadə etmişlər. H.Araslı əlyazma cünglərdə Abbas Tufarqanlının qoşma 

və gəraylıları ilə bərabər qəzəllərinin, dini mövzuda yazılmış müxəmməslərinin də mövcudluğu 

barədə məlumat vermişdir (1,s.108). 

XVII əsrdə Füzuli şöhrəti, Füzuli təsiri Azərbaycanda olduğu kimi, bir sıra türk xalqları 

arasında da geniş yayılmışdı. Orta Asiyada Füzuli təsiri özbək şairlərindən Mütrib, Balarəhim 

Məşrəb, Vəfai, Nadiri və başqalarının əsərlərində özünü büruzə verir. Tədqiqatçılar göstərirlər ki, 

Füzuli haqqında ilk məlumat verən Türkiyə təzkirəçiləri olduğu kimi, onun qəzəlinə ilk təxmis 

yazan müəllif də Osmanlı şairi Baqi əfəndi (1526-1600) olmuşdur (9,s.37). Füzuli şeirlərindəki 

məğrur ədanı, lirik qəhrəmanın eşqi yolunda hər cür cəfaya dözməyə hazırlığını Baqidə də görürük. 

Baqi Füzulinin bədii təsvir vasitələrindən, üslub xüsusiyyətlərindən faydalanmış, ifadələrini təkrar 

etmiş, onun rədif, qafiyə və vəznləri ilə səsləşən əsərlər yazmışdır. Orasını da qeyd etmək istərdik 

ki, Sadiq bəy Əfşar «Məcməül-xəvas» təzkirəsində Baqi əfəndi ilə Hələb şəhərində görüşüb tanış 

olduğunu, şairin yaradıcılığını yüksək dəyərləndirdiyini yazmış, onun əsərlərindən nümunələr 

vermişdir (6,s.145-146). 

XVII əsr Azərbaycan şairi Şükri də Baqinin şeirlərinə nəzirə yazmış, adını ehtiramla yad 

etmişdir. Bunun bir səbəbi də bəlkə Şükrinin Osmanlı imperatorluğu ərazisində yerləşən Bəsrə 

şəhərində yaşaması olmuşdur. Baqinin «Dönə-dönə» rədifli qəzəlinə 10 beytlik nəzirə yazan şair 

burada onun yaradıcılığından bəhrələndiyini minnətdarlıqla qeyd edir: 

Buldu tövri-süxənim Baqi əfəndidən feyz, 

Çox degil gər gəzə iqlimləri dönə-dönə (11,s.74). 

Şükrinin Baqi qəzəlinə yazdığı 8 beytlik digər nəzirəsi «Könül mülkündür, ey şahim, nədir 

məqsud yıxmaqdan» misrası ilə başlanır. Bu şeirdə də müəllif Baqinin adını hörmətlə yad edir, 

onun təsiri altında olan çox şairlərin yüksək dərəcələrə çatdığını söyləyir: 

Tətəbbö’ etdigim Baqi əfəndi şeirin oldur kim

Yetirdi çox fəqiri rütbeyi-əlayə alçaqdar (11,s.70). 

Türkiyə ədəbiyyatında görkəmli lirik şair, qəsidələr müəllifi kimi tanınan Ömər Nəf’i (1572-

1635) Füzuli ənənələri ilə bağlı olubdur. Baharın gəlişini, güllərin açılmasını, aləmin cənnətə 

dönməsini, sərv boylu, qönçə ağızlı gözəllərin bəzənməsini, eyş və işrət zamanının gəldiyini təsvir 

etdiyi bir qəsidəsini şair Füzulinin «Məni candan usandırdı, cəfadan yar usanmazmı» qəzəlinin 

formasında yazmışdır. «Əsdi nəsimi-novbahar, açıldı güllər sübhdən» misrası ilə başlanan bu qəsidə 

də Füzulinin qəzəli kimi müsəmmətlidir, daxili qafiyələnmə sisteminə malikdir: «Şəkli cəhətdən 

yeni tipli bu qəsidənin oynaq bir vəzndə meydana gətirilməsi, həm də Nəf’inin ustalığına dəlalət 

eləyən və janrın şəkli xüsusiyyətlərinə yenilik gətirən bir hal kimi qiymətləndirilməlidir» (3,s.116). 

Aydın Abi Aydın Nəf’inin Füzulinin «Bilir» rədifli qəzəlinə yazdığı nəzirəsi barədə yazır: «Füzuli 

qəzəlindəki, vüsal həsrətindən, ayrılıq dərdindən, hicran qəmindən, eşq iztirablarından şikayət sanki 

Nəf’inin şeirlərində davam və inkişaf etdirilir. Buradakı məzmun da, bədii ifadə motivləri də, forma 

və ahəng də tam uyğun gəlir» (3,s.130). 

Türkiyə didaktik ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Nabi (1642-1712) əsərlərində 

Azərbaycan şairlərindən Nizami, Xaqani və Saib Təbrizinin adını hörmətlə yad edibdir. O, Füzuli 

və Saibin qəzəllərinə təxmis yazmışdır. Nabi Füzulinin «Kərəm qıl, kəsmə, saqi, iltifatın 

binəvalərdən» misrası ilə başlanan 9 beytlik qəzəlidən yalnız 5 beytini təzmin etməsini tədqiqatçılar 

onunla izah edirlər ki, Nabi, ümumiyyətlə, bütün şairlərin qəzəllərindən yalnız beş beyt seçib 

işlətmişdir: «Onun çoxlu təxmisləri arasında bir dənə də olsa, beş bəndlikdən artıq şeir yoxdur» 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



276

(9,s.40). Füzuli təsirinə Nabinin başqa əsərlərində də rast gələ bilərik. Füzuli «Şikayətnamə»sindəki 

bəzi fikirlərin izlərini Nabinin «Qəsideyi-əzliyyə» adlı qəsidəsində görürük. Yusif Nabi bu şeirində 

dövrün amansızlığını, cəmiyyətdəki daxili çəkişmələri, insanların nankorluğunu təsvir etmişdir. 

XVII əsrdə  «səbki-hindi» («hind üslubu») adlandırılan bədii üslub İrandan, Azərbaycandan 

Türkiyəyə gəlmiş, divan şeirinə təsir etmişdir. «Hind üslubu»nun ən qüdrətli ustadlarından biri 

böyük Azərbaycan şairi Saib Təbrizi olmuşdur. Saib dövrünün Türkiyə ədəbiyyatına güclü təsir 

etmiş sənətkardır. Onun  bir müddət Türkiyəni səyahət etməsi, əsərlərinin burada yayılması, 

divanının mədrəsələrdə bir dərslik kimi tədris olunması Saib yaradıcılığının Türkiyə şairlərinə 

əhəmiyyətli təsir etməsinə səbəb olmuşdur (2,s144). Dövrün Nəf’i, Naili, Nişati, Nabi kimi osmanlı 

şairlərinin yaradıcılığında bu üslub özünü göstərməkdədir. 

F.Köprülü XVIII əsr osmanlı şairi Asim Çələbizadənin (?–1759) əsərlərində Füzuli və 

Saibdən təsirləndiyini, onun Qövsinin misrasını təzmin etdiyini göstərmişdir (4,s.138). 

Məlum olduğu kimi, XVII əsr osmanlı poeziyasında türkünün qarşılığı olan, bəndləri daha 

çox dörd, az hallarda beş misradan ibarət şeir forması meydana çıxmışdır. İlk nümunələrinə Naili 

yaradıcılığında rast gəldiyimiz, «şərqi» adlanan bu lirik şeirlərin bənd sonlarındakı təkrar olunan 

misraları nəqarət adlanır. Fikrimizcə, XVII əsr şairimiz Təsir Təbrizinin iki şeiri «Sana bivəfa 

deyəllər» nəqarətlı 9 bəndlik və «Sana gəncəli deyəllər» nəqarətlı 10 bəndlik şeirləri şərqi janrında 

yazılmışdır və həmin dövrdə Türkiyə ilə ədəbi əlaqələrimizin daha bir sübutudur. 

Şah İsmayıl Xətaidən sonra Səfəvilər dövlətində ən yüksək təbəqəyə mənsub olan şəxslərin, 

şah, şahzadə və sərkərdələrin ana dilində istər klassik, istərsə də şifahi xalq ədəbiyyatı formalarında 

şeirlər yazmaları geniş yayılmışdı. Dediyimizə misal olaraq Şah İsmayıl Xətainin nəvəsi İbrahim 

Mirzə Cahinin varsağılarını, I Şah Abbasın türkcə qəzəl, rübai və qoşmasını, II Şah Abbasın 

qoşmasını, Yəzd əmiri olmuş, sərkərdə M.Əmaninin klassik üslubda şeirlərini, qoşma, gəraylı və 

bayatılarını, saray kitabxanasının kitabdarı Sadiy bəy Əfşarın, Səfəvi hökmdarının baş vəziri olmuş 

Vəhid Qəzvininin, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi və Ərdəbil vəziri Mürtəzaqulu xan 

Şamlunun, Məşhəd valisi, Herat bəylərbəyi Səfiqulu bəy Səfinin, Qum valisi Mürtəzaqulu Sultan 

Şamlunun, şeyxülislamlar – Mövci Əhəri, Mirzə Saleh Təbrizi və başqalarının ana dilində 

yazdıqları əsərlərini göstərə bilərik. XVII əsr Osmanlı Türkiyəsində də yüksək məqama sahib olan 

müxtəlif şəxslər fəal surətdə türkcədə yazıb-yaradırdılar. Bu dövrdə türkcə şeir yazan Osmanlı 

hökmdarlarından «Bəxti» təxəllüslü I Əhmədin (1603-1617), «Faris» təxəllüslü II Osmanın (1618-

1623), IV Muradın (1623-1640) adını çəkmək olar. IV Muradın qadını Əfifə sultan aşıq şeiri 

tərzində əsərlər müəllifidir (5,s.653). Yüksək dini vəzifələrə sahib olmuş Şeyxlislam Yəhya (1561-

1644) və Şeyxülislam Bəhayi (1601-1653) də türkcə divan ədəbiyyatını inkişaf etdirmişlər.  

 

ƏDƏBIYYAT 



1.

  Araslı H. Aşıq yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1960 

2.

  Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərbaycan Universiteti 



Nəşriyyatı, 1956 

3.

  Aydın Abi Aydın. Füzuli və Türkiyə poeziyası. Bakı: Ozan, 2002 



4.

  Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. Bakı: Elm, 2009 

5.

  Banarlı N.S. Resimli türk edebiyyatı tarihi. İki ciltte. II c. İstanbul: Yedigün, 1949 



6.

  Əfşar Sadiq bəy. Məcməül-xəvas. Bakı: Elm, 2008 

7.

  Quliyeva – Qafqazlı Xalidə. Qaracaoğlan. Bakı: Elm, 1985 



8.

  Min beş yüz ilin oğuz şeiri (Antologiya). I kitab/ Tərtib edəni: Anar. Bakı: Azərbaycan, 

1999 

9.

  Mustafayeva Nailə. XIX-XX yüzilliklərdə Məhəmməd Füzuli lirikası əsasında yazılmış 



təxmislər. Filol.elm.nam... dis. Bakı: 2007 

10.


  Türk xalq şeirindən seçmələr / Tərtib edəni: Məmməd Aslan. Bakı: Gənclik, 1980 

11.


  Şükri. Divan. Tehranın Məclse-Şuraye-İslamiye-İran kitabxanası. № 2460 

 

Pasha Kerimov 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



277

 

On the Azerbaijani-Turkish literary connections in the XVII century 



Summary 

In the XVII century, there is interest in the Azerbaijani and Turkish literatures to folklore, 

works of simplified language. At this time, the glory, the influence of the great Azerbaijani poet 

Fizuli spreads all over the Ottoman Empire. Many Ottoman poets in the XVII century wrote nazira-

on imitation of Fizuli poetry. 

Very popular among the Ottoman poetry lovers enjoyed the verses of Azerbaijani poet of the 

XVII century Saeb Tabrizi. The Ottoman madrasas its divan collection of poems, was used as a 

textbook. 

Key words: poetry, ghazal,  ashiq, dastan, takhmis 

 

 



 

 

 



Salidə Şərifova, fil.ü.e.d. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

baş elmi işçi 

salidasharifova@yaho.com 

 

ƏHMƏD YƏSƏVİNİN BƏDİİ VƏ FƏLSƏFİ-DİNİ İRSİ HAQQINDA 



Müasir dövrdə Əhməd Yəsəvi irsi yaradıcılığı Orta Asiya xalqlarının mədəniyyətini 

birləşdirən mühüm bir amilə çevrilmişdir. Təsadüfi deyil ki, Əhməd Yəsəvinin yaradıcılığı 

Qazaxıstan və Türkmənistan xalqı rəhbərliyi tərəfindən yüksək dərəcədə qiymətləndirilmişdir. 

Ə. 


Yəsəvinin dünya mədəniyyətinin inkişafına göstərdiyi təsir artıq beynəlxalq ictimaiyyət 

tərəfindən qəbul edilir. Ə. Yəsəvinin yaradıcılığı Azərbaycan tədqiqatçılarının maraq dairəsində 

olmuşdur. Əhməd Yəsəvi Orta Asiya xalqlarının ədəbiyyat və dillərinin inkişafına təsir göstərmiş 

yazar və dilçi, dərin biliklərə malik filosof və dini xadim kimi tanınır. 

2010-cu il sentyabrın 22-23-də Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu 

Berdiməhəmmədovun təşəbbüsü ilə “Xoca Əhməd Yəsəvi və Şərq sufi ədəbiyyatı” mövzusunda 

Beynəlxalq elmi konfransı, 1993-cü ilin may ayında YUNESKO-nun qərarı ilə Türkiyənin Kayseri 

şəhərində keçirilən Millətlərarası Xoca Əhməd Yəsəvi simpoziumu keçirilmişdir. 2015-ci ildə 

Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk 

dünyası Ədəbiyyat institutları direktorlarının iclasının qərarı ilə Əhməd Yəsəvinin “Divani-hikmət” 

əsərinin Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat İnstitutu tərəfindən 

çapa hazırlanması tövsiyə edilmişdir. Almatı şəhərində küçələrdən birinə Əhməd Yəsəvinin adı 

verilmiş, adına məscid var. 2016-cı il YUNESKO-nun qərarı ilə Xoca Əhməd Yəsəvi ili elan edilib. 

YUNESKO-nun qərarına əsasən, Əhməd Yəsəvinin Almatıdakı milli kitabxananın nadir kitablar və 

əlyazmalar fonduna 1931-ci ildə daxil olmuş və fondda qorunan beş nadir əlyazması, yəni poetik 

əsərlər və fəlsəfi traktatları Dünya sənədli miraslar registrinə salınmışdır. 

Əhməd Yəsəvinin bədii yaradıcılığı janr və bədii üslub axtarışları ilə səciyyələnir. Əhməd 

Yəsəvi Orta əsr klassik janrların elementlərinin folklora xas janrların elementləri ilə birgə istifadə 

etməsinə üstünlük verir. Bununla da, Əhməd Yəsəvi Orta Asiya xalqlarının ədəbiyyatlarında özəl 

janr sistemlərinin formalaşmasına təkan verir. Əhməd Yəsəvinin “Vücudnamə” əsərində, həm 

klassik, həm də aşıq şeiri janrların xüsusiyyətlərini müşahidə edirik. Təəssüf ki, “Vücudnamələr” 

əvvəllər yalnız aşıq şeiri janrı kimi tədqiq edilmişdir. Sufi rəmzlərindən aşıq yaradıcılığında geniş 

istifadə edilməsi vücudnamələri aşıq ədəbiyyatının tərkib hissəsinə çevirmişdir. Misal kimi Əhməd 

Yəsəvinin “Divani hikmət”ini göstərmək olar. Əhməd Yəsəvi özü qələmə aldığı mənzumələri, 

şeirləri hikmət adlandırmışdır. Qeyd etmək olar kı, hikmət Əhməd Yəsəvi yaradıcılığında metajanr 

kimi çıxış edir.  Əhməd Yəsəvinin yaradıcılığında “Divani-hikmət” əsəri xüsusi yer tutur. Bu əsər 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



278

əsrlər sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilməsi baxımından dil xüsusiyyətləri öz dövrünü 

deyil, sonrakı yüzillikləri ək etdirir. “Divani-hikmət” əsəri qafiyə sistemi və vəzn baxımından 

qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən tərtib edilmişdir. 

Əhməd Yəsəvinin xalq şeir ənənəsinə uyğun qələmə almış olduğu şeirlərin əksər qismi 

yeddi (4+3=7) və on iki (4+4+4=12) heca bölgüsündədir. Ədəbiyyatşünaslıqda on iki hecalı şeir 

növü on bir hecalıya çevrilmişdir. Əhməd Yəsəvinin yaradıcılığında əruz vəznində qələmə alınmış 

poetik nümunələrə də rast gəlmək mümkündür: 

Aşiq kişilər gecələr yatmasa behrah, 

Hər dərdü ələm tıqsa, fəğan etməsə behrah... 

Hərdən eşidib aydı munı Əhmədi-miskin, 

Çün bəndəsini sinasidən getməsə behrah. 

Əruz vəzninin müsəmməni-əxrəbi-məkfufi-məksur (məf”Ulü məfA”İlü məfA”İlü məfA”İl) 

növünə uyğun gələn bu poetik nümunədə mətlə (birinci beyt) və məqtə (ikinci beyt) beytləri qəzəl 

formasındadır. Əhməd Yəsəvinin qəzəlləri daha çox ondördhecalı müsəmmət formasındadır. Bu 

poetik nümunələrdə daxili qafiyələrə daha çox müraciət edilmə də diqqətdən yayınmır. 

Əhməd Yəsəvi ərəb və fars dillərini mükəmməl bilmiş, öz görüşlərinin təbliğində isə əsasən 

milli dilə üstünlük verməsi ilə diqqəti cəlb edir. Əhməd Yəsəvinin doğma dili çağatay türkcəsi (əski 

özbək türkcəsi) olmasına baxmayaraq, sufi şair yaradıcılığını əsasən oğuz türkcəsində yaratmışdır.  

Bu baxımdan da, şəriəti, təriqəti, mərifəti və həqiqəti  əsas tutan ədibin dili sadə olduğu qədər başa 

düşüləndir: 

On səkkiz min aləmdə 

Heyran bulğan aşiqlər. 

Tapmaq məşuq sorağın, 

Sərsan bulğan aşiqlər. 

İlk təhsilini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almış Ə.Yəsəvinin 

Buxarada mürşidi məşhur təsəvvüf şeyxi Əbu Yaqub Yusif Həmədani (1048 – 1140) olmuşdur. O, 

Əhməd Yəsəvinin fəlsəfi və dini görüşlərinə önəmli təsir göstərmişdir. Məsələn, onun hüsnü mütləq 

ideyası dünyanı eşq ilə dərk etməsi ideyası sufi ənənəsi ilə sıx əlaqəlidir. Dünyanı eşq ilə dərk 

etməyi təlqin edən eşqin şirin olan əzabları varlığını Tanrıda əritməyə doğru istiqamətlənib. Ədib öz 

varlığında Tanrının nurunu görür ki, bu nur da sufi aşiqin iç dünyasını işıqlandıraraq Tanrıya çatmış 

olur: 


Ciltan birlə şərab içib, həmrah boldum 

İçim tışım haqq nurigə toldu, dostlar. 

Özünü Tanrısına qovuşmuş hesab edən Ə. Yəsəvi bunu poetik dillə canlandırır: 

İşk sevdası kimqə düşsə, rəsva kılur, 

Pərtav salıb haqq özüqə şeyda kılur. 

Məcnun sifət əqlin alıb Leyla kılıb, 

Allah hakkı bu sözlərin yalğam yok. 

Əhməd Yəsəvi yaradıcılığında idrak vasitəsilə hər şeyi anlamaqla insanlara yaxın olmağa, 

onlara yardım göstərməyə çağırır: 

Nerdə görsen gönlü kırık, merhem ol sen, 

Öylə mazlum yolda kalsa, yoldaş ol sen. 

Maşher günü dergahına yaxın ol sen, 

Ben-benlik güden kişilerden kaçtım men işte. 

Ə.Yəsəvinin yaradıcılığında “qəriblik” mövzusu diqqəti cəlb edir. Simvolik-ürfani səciyyəsi 

ilə diqqəti “qərib” obrazı doğma yurd-yuvasından ayrı düşüb onun həsrətini çəkən insana 

söykənir.Qürbətə dözümsüzlüyü əks etdirən “qərib” torpağa bağlılıq və sevgi duyğularını göstərən 

genetik-psixoloji keyfiyyətdir. “Qərib” obrazı və qəriblik mövzusu özünü bu günahlarla dolu olan 

dünyada qərib sayan mütəfəkkir-şairin yaradıcılığında bəzən həqiqi anlamda, bəzən isə 

təxəyyülünün ifadəsi kimi təsvir edilir: 

Qərib, fakir, yetimləri sevindirsen, 

Parçalayıp aziz canım eylə kurban. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



279

Məlumdur ki, qəriblik mövzusu təsəvvüf ədəbiyyatında bəzən canın (ruhun) bu fani dünyada 

qonaq olması ideyasına əsaslanması ilə əlaqəlidir.Təsəvvüf ədəbiyyatında “qəriblik” mövzusu və 

“qərib” obrazı rəmzi səciyyə daşıyaraq fəlsəfi-ürfani mənауа malikdir. Əhməd Yəsəvinin 

“Qəriblər” rədifli şeirində qərib obrazı Tanrıya çatmaq üçün ömür fəda edən insan aşiq kimi, 

qəriblik isə hər kəsin davam gətirə bilməyəcəyi hünər kimi təqdim edilmişdir: 

Qəriblik qattıq işdür, ay əzizim, 

Kim ol bəqədr olar miskin qəriblər, 

Gəllimdi, Əhməda, özünə baxgil, 

Qəribəm sən, qərib, misgin qəriblər. 

Təsəvvüfdə insan dünyaya gəldiyi andan öz bütövündən – “Vücud” adlandırılan Tanrıdan 

ayrılmış vəziyyətdə olması ilə qürbətə düşür. İnsan Allaha qovuşana qədər sufi qərib olur. 

Qəribliyin keçdiyi yol, yəni Tanrıya qovuşmanın yolu özünü təkmilləşdirmə mərhələ və məşəqqətli 

sınaqlar olur. 

Əhməd Yəsəvinin etik gorüşləri, sufilyə xas nəfs anlayışı ətrafında cəmləşdirilib. Nəfs və 

ondan doğan tamah, qürür, xəbislik, acgözlük, paxıllıq və s. kimi təsəvvüf ədəbiyyatının mövzuları 

Əhməd Yəsəvi yaradıcılığından yan keçməmişdir. Məhz bu  amillərin insanı Tanrısından 

uzaqlaşdıran, kamillik mərtəbəsinə ucalmağa imkan verməyən əngəlliklər kimi təlqin edən, nəfsə 

uyanları «şeytanla dost» adlandıran Əhməd Yəsəvi qələmə alırdı: 

Nefsim beni yoldan çıxarıp hakı eyledi 

Çılpındırıp halka ablamaklı eyledi. 

Zikr söyletmeyip şeytan ilə dost eyledi, 

Hazırsın deyip nefs başını deldim ben işte. 

Əhməd Yəsəvinin təlqin etdiyi əqidə nəfsin quluna çevrilmək deyil, əksinə nəfsi əqlinə tabe 

etdirmək böyük sərvətdir. Nəfsi təpib eşq yolunda sadiq olmağa səsləyiş də onun yaradıcılığının 

leytmotivinə çevrilmişdir: 

Zahid olma, abid olma, aşiq ol sən, 

Möhnət çəkib eşq yolunda sadiq ol sən, 

Nəfsi təpib, dərgahına layiq ol sən, 

Eşqsizlərin həm canı yox, imanı yox. 

Əhməd Yəsəvi nəfsə baş əyməyənlərin ilahi eşqin cazibəsində məqamdan-məqama 

yüksəlməsini, Yaradana yaxınlaşaraq ona qovuşmasını eşq, əzab hissiylə mümkünlüyünü göstərə 

bilmişdir: 

Qul Xoca Əhməd nəfs laqidən çıkıb aşdı, 

Fəna fillah makamına yavuklaşdı. 

Əhməd Yəsəvi nəfsə boyun əyənlərin rüsvay olmalarını, yollarından azmalarını poetik dillə 

göstərməyə nail olmuşdur: 

Nefs yoluna girən kişi rüsva olur, 

Yoldan azıb gezib tozan şaşkın olur. 

Yatsa, qalxsa şeytan ilə yoldaş olur 

Nəfsi tep sən, nefsi tep sən, ey bəd-kirdar. 

Əhməd Yəsəvi din xadimi kimi Orta Asiyadan başqa Şərqin digər hissələrində də dərin iz 

qoymuşdur.Sufi ideyaları üzərində təşəkkül tapmış Əhməd Yəsəvi yaradıcılığı Orta Asiya ilə yanaşı 

Azərbaycanda, Anadoluda sufi ədəbiyyatının təşəkkülünə, həmçinin Dədə Ömər Rövşənin, Yunis 

İmrənin yaradıcılıqlarına təsir göstərmişdir. 

Əhməd Yəsəvinin fəaliyyəti Yəsəvilik təriqətini formalaşdırmasına gətirib çıxartmışdır. 

Yəsəvi təriqəti Nəqşibəndilik, Bəktaşilik, Babai, Mövlanəlik, Xəltvətilik və digər təriqətlərin 

formalaşmasına təkan vermişdi. 

İslamın təbliğində Əhməd Yəsəvinin təsəvvüf poeziyası önəmli rol oynamışdır.Təsəvvüf 

poeziyası ilə islamı xalqa yaxınlaşdıra bilmiş Əhməd Yəsəvi yaradıcılığı çoxşaxəliyi ilə diqqəti cəlb 

edir. Təsəvvüf ədəbiyyatının könül azadlığı, könül sındırılmasının günah olması, insan könlünə 

dəyər verilməsi, insana bel bağlanması, din sərbəstliyi, nəfs və ondan doğan tamah, qürür, xəbislik, 

acgözlük, paxıllıq kimi əsas mövzuları Əhməd Yəsəvi yaradıcılığında yer tutmuşdur. Əhməd 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



280

Yəsəvi insan könlünü müqəddəs Kəbə ilə müqayisə etməsi, hətta üstünlüyü insan könlünə verməsi 

onun təsəvvüf görüşlərindən irəli gəlir. 

Allaha ilahi eşqlə bağlı olan Əhməd Yəsəvinin Fakrnamədə (“Risalə”) İslamiyyətin əsasları 

izah edilir.Əhməd Yəsəvinin təsəvvüf poeziyasında insanın ibadət etməsini Allaha qovuşmağın 

vacib şərti kimi dəyərləndirmişdir. Əhməd Yəsəvi Yaradanın verdiklərinə insanın şükür etməli 

olması amilini də qabarda bilmişdir: 

Səhər vaxtı qalxıb ağla, nalə eylə, 

İnləyişindən yer və göylər nəva qılsın. 

Haqqa sığınıb göz yaşını jalə eylə, 

Ondan sonra Haqq dərdinə dəva qılsın. 

Əhməd Yəsəvi öz təsəvvüf poeziyasında peyğəmbərə, miraca və sair bu kimi mövzulara 

toxunur.Əhməd Yəsəvinin “Divani-hikmət” əsərində peyğəmbərə sonsuz hörmət və sevgisi öz 

əksini tapmışdır.Əhməd Yəsəvi Həzrəti-Peyğəmbərimizin (s.ə.v.) həyat tərzi və yaşantısına varlığı 

ilə bağlanmışdır. Həyatını Rəsulullahın (s.ə.s. ) dünyada yaşadığı dövrə bənzədərək, peyğəmbərin 

63 ildən artıq yaşamamasını əsas götürərək, Əhməd Yəsəvinin 63 yaşına çatdığında torpaqdan bir 

yer qazıb orada yaşaması rəvayətində bu sevgi daha qabarıq şəkildə özünü göstərmişdir. Təsəvvüf 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling