I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet56/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

18.

  Kınalızade, Hasan Çelebi. Tezkiretü ş-Şuara. Tenkitli metin A-B, hazırlayan: Aysun 



Sungurhan-Eyduran, Ankara, 2009.Kültür Bakanlığı e-

kitap.http://ekitap.kulturturizm.gov.tr/Eklenti/10739,tsmetinbpdf.pdf?0  

19.

  Mehmed Süreyya. Sicill-i Osmani, c.IV, İstanbul. 1996. 



20.

  Mumtaz Salman. Azərbaycan ədəbiyyatının qaynaqları, Bakı. 1986, s. 109-110. 

21.

  Musalı Vüsalə. Osmanlı təzkirələrində Azərbaycan şairləri, Bakı, 2009. 



22.

  Musalı Vüsalə. XVI əsr mühacir Azərbaycan şairi Arifinin həyat və yaradıcılığı 

təzkirələrdə./Bakı Universitetinin xəbərləri, hümanitar elmlər seriyası, N 2, 2011, s. 55-63.  

23.


  Musalı Vüsale. Əhdi Bağdadinin "Gülşəni Şüəra"sının elmi-tənqidi mətni./TURKISH 

STUDIES -International Periodical for the Languages, Literature and History of Turkish or 

Turkic. ISSN: 1308-2140, Volume 6/2, Spring  2011, s. 681-688.  

24.


  Nəcəfli Tofiq. Səfəvi-Osmanlı münasibətləri. Bakı, 2014. 

25.


  Öztürk Mürsel. Ebu Said-i Sani/Türkiye Diyanet Vakfı İslam Ans.  (TDİA), c.10, 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



291

İstanbul, 1994, s. 225.  

26.

  Pakalin Mehmet Zeki. Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü II, İstanbul, 1993. 



27.

  Rıza Tezkiresi (incelemeli-metin). hazırlayan: Gencay Zavodçu, İstanbul, 2009. 

28.

  Şemseddin Sami. Kamusu’l-A’lam. Tıpkı Basım, c. VI, Ankara, 1996. 



29.

  Şeyhi Mehmed Efendi. Şakayik-ı Numaniye ve Zeyilleri Vekayiü'l-Fudala I, c. 3, neşre 

hazırlayan Abdülkadir Özcan,  İstanbul, 1989. 

30.


  Tərbiyyət Məhəmmədəli. Danişməndani Azərbaycan. tərcümə: İsmayıl Şəms ve Qafar 

Kəndli, Bakı, 1987. 

31.

  Turan Şerafettin. Hoca Sadeddin Efendi. /TDİA, c. 18, Ankara, 1998, s. 196-198. 



32.

  Woodhead Christine. Şehnameci./TDİA, c. 38, 2010, s. 456-458. 

 

Bilal Dadayev 



The Great Role of Azerbaijani Shahnama Poet Nitqhi Shirvani in the development of 

the Ottoman Literary Heritage 

Summary 

During the wars between Safavids and the Ottoman in the last quarter of the XVIth century 

as a Shirvan turk by origin Nitqhi is supposed to move to Istanbul from Shirvan beylerbeyi after 

being occupied by the Ottomans in 1578. The memorist Qinalizade  mentioned him to be one of the 

professional poets who had skills in enigma genre writing. In the period of Sultan Murad III (1574-

1595) he was first the laudator then was appointed to shahnama writter.  In this period, the head 

shahnama writter in the Ottoman azerbaijani Seyyid Loghman Urmevi had a great role in accepting 

Nitqhi to the palace and being appointed in shahnama writter. In the literature Nitqhi was shown as 

the apprentice of Seyyid Loghman and also it is shown that he knew the rules and methods of 

shahnama writter. Gallipoli Mustafa Ali, who lived in the same year with Nitqhi, also indicated that 

Ntiqhi was awarded as shahname by Sultan Murad III with the verdict. Notwithstanding these, there 

is not a single shahnama by Nitqhi that existed till today. Currently, only 25 poems and the couplet 

named "Qanuni mahabbat" were revealed till today. Though there is no exact date of death his death 

is assumed to be between the end of XVIth century and the beginning of XVIIth century. 

Key words: Azərbaijani, Nitqhi Shirvani, shahnama writter, Qanuni mahabbat. 

 

 



 

Elmira Məmmədova-Kekeç 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bakı Avrasiya Universiteti, kafedra müdiri 

mamedovaelmira4@gmail.com  

 

VÜCUDNAMƏLƏRİN BƏDİİ-ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ (ÜMUMTÜRK 



ƏDƏBIYYATI KONTEKSTİNDƏ) 

Türk xalqları ədəbiyyatında vücudnamələr əsas etibarilə lirik növün ən geniş yayılmış 

nümunələrindəndir. Onların bir çoxu məzmun və forma etibarilə eyniyyət təsiri bağışlasa da, əslində 

bu, ümumi məzmundan irəli gələn mövzu birliyidir. Hər bir vücudnamə özünəqədərki arxetiplərə 

əsaslansa da, onlaryenilənmə prosesindən keçir, ayrı-ayrı müəlliflərin fərdi baxışında və izahında 

dəyişiklik qazanmaq xüsusiyyəti daşıyır. İnsan ömrünün tərənnüm və təhkiyəsindən ibarət olan 

vücudnamələr öz yazarının kimliyindən, hansı dövrdə yaşamasından, hansı türk xalqının 

nümayəndəsi olmasından asılı olaraq, dil özəllikləri və üslubi keyfiyyət qazanır. Təbii ki, orta 

əsrlərdə qələmə alınmış vücudnamələrlə daha sonrakı dövrlərin məhsulu olan nümunələrarasında 

ədəbi dil tarixi kontekstində üslubi fərqlər, leksik qatda gedən dəyişiklər özünü göstərir. Türk 

xalqlarının yazılı ədəbiyyatında ilk örnəklərdən olan Əhməd Yəsəvinin vücudnaməsi semantik 

baxımdan dini-təsəvvüfi mahiyyət daşıyır və lüğət tərkibi də bu məzmunla səsləşir.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



292

Vücudnamələr insan ömrünün illərini “səhifələyən” şeirlər olduğu üçün burada müxtəlif 

yaşlarla bağlı bir çox poetik fiqurlara müraciət edilir. Vücudnamələrdə məcazlar bədii obrazlılığa 

xidmət edir. Ömrün müxtəlif yaşları ilə bağlı tez-tez təşbihlər işlədilir və digər poetik fiqurlara 

nəzərən, burada bənzətmələr xüsusi yer tutur.  

Vücudnamələrin poetik sistemi məruzə mətnində daha geniş araşdırılacaqdır.  

Göytürk dövrü: Yazılı ədəbiyyatda vücudnamələrin ilk örnəyinə Orxon abidələrində rast 

gəlindiyi üçün bu janrın dil tarixi etibarilə təhlilinə Göytürk dövründən başlamaq 

lazımdır.Vücudnamələrin arxitektonikası həmin abidədən başlayaraq, aşağıdakı qütblər üzərində 

qurulur: 

 

 

Kül  Tiqin abidəsinin şimal tərəfinin 10-cu sətrində deyilir: “Öd tengri yaşar. Kişi oglı kop 



ölgeli törümiş. Ança sakındım. Közde yaş' kelser tıda körigülte sığıt kelser yanduru sakındım. 

Katığdı sakındım.” (3s. 75) “Zamanı Tanrı yaşar. İnsan oğlu hep ölmek için türemiş. Öyle 

düşünceye daldım. Gözden yaş gelse mani olarak, gönülden ağlamak gelse geri çevirerek düşünceye 

daldım. Müthiş düşünceye daldım”.  (3, s. 30) Qeyd edək ki, abidənin çağdaş türk dillərinə 

tərcümələrində “Zamanı Tanrı yaşar” ifadəsi müxtəlif şəkildə verilmiş və məna təhriflərinə yol 

açmışdır.  

“Vaxtı (taleyi) tanrı yazar” (Rəcəbov Ə., MəmmədovY., s. 83),  

“Zamanı Tanrı takdir eder; kişi oğlu hep ölmek için türemiş (Orkun, 2011: 52)”; 

“Zaman Tanrısı buyurunca insanoğlu hep ölümlü yaratılmış (Tekin, 2010: 39) 

Tədqiqatçı Sərkan Dərin “Göytürk mətnlərində türk dini inancları” adlı məqaləsində həmin 

məsələyə toxunur: “Bu metindeki Öd Tengri kavramından yola çıkan bazı araştırmacılar Türklerde 

bir zaman Tanrısının olduğunu kanıtlamaya çalışırken bazıları ise bu durumu kesinlikle reddeder 

ve cümlenin yanlış okunduğunu iddia eder. Örneğin Emel Esin “Türk mitolojisinde Evren, hem 

göksel mekanın hem de zamanın simgesi olmaktaydı. Bu kozmolojinin gereği olarak gök Tanrısının 

zaman ilahı (ödtengri) kavramını da içerdiği sonucu çıkmaktadır” (Esin, 2001: 43) diyerek bir 

Zaman Tanrısı’nınvarlığını kabul eder. Aynı şekilde Roux da “Büyük Tanrının muhtemelen özel 

tezahür biçimleriolan birçok tali Tanrının varlığı bilinmektedir. Bunlar özellikle zaman Tanrısı (Öd 

Tengri) ve YolTanrısı (Yol Tengri)’dır” (Roux, 2011: 127) diyerek bu konudaki fikrini belirtir. 

Gökhan Yılmazise Türk düşüncesindeki zaman mefhumunu detaylı olarak incelediği “Erken Dönem 

Türk Düşüncesinde Zaman Kavrayışı” adlı makalesinde Türklerde Zaman Tanrısının olmadığını 

savunur”.(2, s. 469-470) Qeyd edək ki, “Tanrı əbədi, insan isə ölümlüdür, fövqəlzamanlıq birinciyə 

məxsusdur”, - fikri daha sonrakı mərhələlərdə də vücudnamələrin ideya qaynağı kimi səslənir. 

Xüsusilə islamdan sonrakı vücudnamələrdə ruhun ölməzliyi vurğulanmaqla yanaşı, bədənin sadəcə 

bu dünya həyatı üçün gərəkliliyi və fani olması qeyd edilir.  

Kül Tiqin abidəsində qəhrəmanın ayrı-ayrı yaşlarının təsviri onun tərcümeyi-halından 

mühüm məqamları əks etdirdiyi kimi, Göytürklərin qəhrəmanlıq və şücaət dolu illərinin də ifadəsi 

üçün vasitəyə çevrilir. Kül Tiqinin yeddi, on altı, iyirmi bir, iyirmi altı, iyirmi yeddi, otuz, otuz bir 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



293

yaşları təhkiyəçinin bədii üslubunda bir qəhrəmanlıq dastanı kimi səslənir. Türk xalqlarının arxaik 

və qəhrəmanlıq dastan yaradıcılığında baş qəhrəmanın ömrünün illərlə ifadəsi ilə bu mətn arasında 

leksik-semantik paralellər diqqəti cəlb edir.  

Bilgə Kağan abidəsinin də dilində qəhrəmanın təsvir edilən yaşları onun qəhrəmanlıq 

salnaməsidir:  “Babam kağan uçduğunda kendim sekiz yaşında kaldım… Tanrı buyurduğu için on 

dört yaşımda Tarduş milleti üzerine şad oturdum. On yedi yaştmda Tanguta doğru ordu sevk ettim. 

On sekiz yaşımda Altı Çub Soğdaka doğru ordu sevk ettim… Yirmi yaşımda, Basmıl Iduk Kut 

soyumdan olan kavim idi, kervan gönderm iyor diye ordu sevk ettim. Yirmi iki yaşımda Çine doğru 

ordu sevk ettim… Yirmi altı yaşımda Çik kavmi Kırgız ile beraber düşman oldu. Kemi geçerek Çike' 

doğru ordu sevk ettim… Yirmi yedi yaşımda Kırgıza doğru ordu sevk ettim. Otuz yaşımda Beş 

Balıka doğru ordu sevk ettim… Otuz bir yaşımda Karluk milleti sıkıntısız, hür ve serbest iken, 

düşman oldu… Otuz iki yaşımda Amgı kalesinde kişladıkta kıtlık oldu… a n n buyurduğu için otuz 

üç yaşımda . . . . .  idi. Seçkin, muhterem, güç beslemiş olan, kahraman kağanına ihanet etti… Otuz 

dört yaşımda Oğuz kaçıp Çine girdi… Otuz sekiz yaşımda kışın Kıtaya doğru ordu sevk ettim … 

Otuz doküz yaşımda ilk baharda Tatabıya doğru ordu sevk ettim… Elli yaşımda Tatabı mil'eti 

Kıtaydan ayrıldı”.  (3, s. 37-45) Adı çəkilən Orxon abidələrinin hər ikisində yaşlar qəhrəmanlığın 

və şücaətin fonunda təqdim edilir. Hər iki abidə eyni bədii-üslubi çalarlara malikdir. Hətta Əbülfəz 

Rəcəbov və Yunus Məmmədov “Sonrakı 22 sətir Kül tiqin abidəsinin şərq tərəfinin 3-23-cü 

sətirləri ilə, demək olar ki, eynidir”, - qeydi ilə Bilgə Kağan abidəsinin transliterasiyanında həmin 

hissəyə yer verməmişlər. Lakin Kül Tiqinin bir qəhrəman kimi təqdiminə yeddi, Bilgə Kağanın isə 

səkkiz yaşından başlanılır. Çünki onlar arasında bir yaş fərqi var və hər iki mətndə atalarının 

ölümündən sonra alpərən tipi kimi formalaşdıqları vurğulanır.  

Xaqaniyyə türkcəsi dövrü: Yusif xas Hacibin “Qutadqu bilik”, Əhməd Yəsəvinin “Divani-

hikmət” əsərləri orta türk dövrünün islam təsiri altında qələmə alınmış möhtəşəm abidələridir. 

Həmin əsərlərdə də vücudnamə mətnləri yer alır və islami türk ədəbiyyatının bədii üslubi 

xüsusiyyətlərini əks etdirir. Əgər Göytürk mətnlərində insan ömrünün təsviri qəhrəmanlıq motivi ilə 

sıx əlaqədə verilirsə, Əhməd Yəsəvi yaradıcılığından başlayaraq yeni üslubi çalar qazanır. 

“Qutadqu-bilik”də insanın yaşının təsvirinə qırx yaşdan başlanılmaqla yanaşı, Göytürk 

abidələrindəki paradiqmatik yanaşmanı da görmək mümkün deyil. Bu mətndə insan bir ictimai-

siyasi xadim, qəhrəman olaraq deyil, ömrünün sonuna doğru yaxınlaşan fərd kimi təsvir edilir. 

İslamın təsiri duyulan əsərin vücudnamə parçasında da axirətə hazırlıqla bağlı didaktik məzmun 

yeni üslubi çalar kimi diqqəti cəlb edir: 

Odungıl ay kökçin ölümke anun 

Bu keçmiş kününgke sıgıt kıl ünün 

 

Keçip bardı öd kün yavalık bile 



Bu kalmış kününg birle uzrüng tile.  

 

Tərcüməsi: Ey kır saçlı uyan, ölüme hazırlan; geçmiş günlerin için ağla ve sızla.  



Hayat boş yere geçti gitti, bari bu kalan günlerini tövbe ve istiğfar ile geçir.  

(1, s. 383-384) 

Eyni arxitektonik məzmun Əhməd Yəsəvinin də vücudnaməsi üçün səciyyəvidir və onun 

hikmətləri vasitəsilə vücudnamə öz inkişafında təsəvvüfi çalar qazanır. Əhməd Yəsəvi vücudnamə 

janrına islam dini ilə bağlı anlayışları və təsəvvüfi məzmunu daxil edir. Göytürk dövründə yeddi 

yaş qəhrəmanlığın və igidliyin başlanğıc dövrüdürsə, Əhməd Yəsəvinin fərdi üslubunda həmin yaş 

Arslan Baba ilə görüş yaşıdır. Məhz Əhməd Yəsəvinin vücudnaməsi janrın inkişafında məzmun 

qəliblərinin müəyyənləşdirici arxetipinə çevrilir. Yəsəvinin gətirdiyi bədii-üslubi çalarlar (islami 

məzmun) daha sonrakı örnəklər üçün aparıcı mövqedə çıxış edir. Yuxarıda cədvəl 1-də verdiyimiz 

model Yəsəvi şeirində də özünü göstərir. Lakin ilk dəfə bu vücudnamədə zaman anlayışı insan 

dünya həyatı məfhumundan daha geniş bir dövrü əhatə edir. Tanrı ölməz olduğu kimi, ruh da 

ölməzdir, o, insan doğulmadan da, öldükdən sonra da mövcuddur. Yəsəvinin vücudnaməsinin 

qaynağını türk dini inanc sistemi deyil, vəhdəti-vücud fəlsəfəsi təşkil etdiyi üçün onun fərdi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



294

üslubunda təsəvvüfi düşüncənin ifadəsi öz əksini tapır. Əhməd Yəsəvidən sonra vücudnamələrin 

qaynaqları arasında vəhdəti-vücud təlimi də yer alır və bədii örnəklərin dilində bununla bağlı üslubi 

məqamlar müşahidə olunur. 

Əski Anadolu türkcəsi dövrü: Bu dövrün ən məşhur nümayəndələrindən biri Aşıq Paşadır. 

“Horasan’dan Anadolu’ya gelmifl bir dervifl ailesine mensup olan Âşık Paşa, XIV. yüzyıl Eski 

AnadoluTürkçesi’nin en önemli temsilcilerindendir”. (5, s. 111) Aşıq Paşa “Qəribnamə” 

məsnəvisində və “Səma” risaləsində vücudnaməyə müraciət etmişdir. Aşıq Paşanın fərdi üslubunun 

formalaşmasında, ümumiyyətlə, Əhməd Yəsəvi yaradıcılığı böyük rol oynadığı üçün bu 

vücudnamələr də bədii səciyyəsinə görə onun hikmət-vücudnamələri ilə səsləşir və təsəvvüfi 

qəliblər, məcazlar üzərində qurulmuşdur. Anadolu türkcəsi ilə bəzi mənsur vücudnamələr də 

qələmə alınmışdır. Həmin əsərlər klassik ədəbiyyata məxsus leksik-üslubi özəllikləri daşıyır. Bu 

vücudnamələrdə ömrün fəsillərə bənzədilərək təsviri aparıcıdır. Aşıq Paşa yaradıcılığından 

başlayaraq, vücudnamələrin semantikasına daxil edilən bu üslubi özəllik sonrakı dövrlərdə də 

davam etdirilir. Aşıq Paşa həmçinin özündən əvvəlki ənənədən də yararlanır, belə ki, “Qutadqu-

bilik”də olduğu kimi, burada da ömrü mənasız yerə keçirməmək, hər keçən günün, ötən ömrün 

qədrini bilmək tövsiyə edilir:  

Aç gözün geçti ömür vardı yele 

Gün ki geçti ol geri gelmez ele. (1, s. 485) 

Yeni türk dövrü: XVI əsrdən sonrakı mərhələ aşıq yaradıcılığının formalaşmasında və 

inkişafında xüsusi bir dövrdür. Həmçinin türk dillərinin diferensiallaşma mərhələsidir. Bu dövrdə 

aşıq yaradıcılığında ilk vücudnamə nümunələri yaranır. Anadolu, Azərbaycan, türkmən, özbək, 

qazax kimi türk xalqlarının vücudnamə yaradıcılığı bu dövrdə daha da zənginləşir. Bu dövrün 

vücudnamələrində əvvəlki dövrün bütün abidələrinin, xüsusilə də Əhməd Yəsəvinin hikmətlərinin 

qabarıq təsirlərini görmək mümkündür. Bu dövrün vücudnamələrində də didaktik aspekt aparıcıdır. 

Aşıq yaradıcılığında Qurandan və hədislərdən qaynaqlanma daha çox diqqəti cəlb edir. 

Ümumiyyətlə, aşıq yaradıcılığından başlayaraq, vücudnamələrin arxitektonikasında axirət 

dünyasının təsvirinə xüsusi fikir verilir. Qəbir əzabı, Münkərlə Nəkirin sorğu-sualı, Sirat körpüsü, 

İsrafilin sur çalması, Məhəmməd peyğəmbərin şəfaətçi olması kimi motivlər məhz aşıq 

vücudnamələrində qarşımıza çıxır. Həmin vücudnamələr heca vəznindədir. Nümunə olaraq Molla 

Məhərrəmin vücudnaməsinə nəzər salaq: 

Qohum-qardaş ağladılar, doydular, 

Üstümdən dünya libasın soydular,  

Apardılar dərin yenə qoydular, 

Hər biri dağılub getdi bir yanə.  

 

Anlar getgəc gəldi Münkirü Nəkir, 



Rəbbin kim, nəbin kim, dur, tez xəbər ver. 

Verdüm cəvabımı fəqiri-Qətmir, 

Yetişdilər hər nə var yaxşı-yamanə. (4, s. 154) 

Ən yeni türk dövrü: Türkoloji dilçilikdə ən yeni dövr türk dövrü 1990-cı illərdən sonrakı 

mərhələ kimi xarakterizə olunur. (7, s. 163) Həmin dövrdən etibarən vücudnamələrin formasında 

sərbəst şeirə meyllənmə müşahidə edildiyi kimi, məzmunda da ictimai mövzulara yönəlmə özünü 

göstərir. Qadınlarla bağlı vücudnamələr, ana bətnində körpələrin məhv edilməsi kimi məsələlər ən 

yeni dövrdə diqqəti cəlb edir.  

 

ƏDƏBIYYAT 



1.

  Çelebioğlu Amil. “Türk Edebiyatında Yaşnameler”, Eski Türk Edebiyatı Araştırmaları, 

İstanbul, MEB Yayınları, s. 367-488 

2.

  Derin Serkan. Göktürk Kitabelerinde Türk Dini İnancinin İzleri. Turkish Studies, 



International Periodical For the Languages, Literature and History of Turkish or Turkic, 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



295

Volume 9/9 Summer 2014 

3.

  Ergin Muharrem. Orhun Abideleri. İstanbul, Boğaziçi Yayınları, 1989, s. 75 



4.

  Fikrətqızı Elmira. Türk xalqları ədəbiyyatında vücudnamələr. Bakı, Elm, 2015 

5.

  Kaymaz Zeki. Tarihi Şahsiyetler Hakkında Yaratılan Halk Bilgisi Ürünleri Üzerine Bir 



Durum İncelemesi: Aşık Paşa Örneği. Millî Folklor. Yıl: 14 Sayı: 54, s. 111-118 

6.

  Rəcəbov Əbülfəz, Məmmədov Yunus. Orxon-Yenisey abidələri. Bakı, Yazıçı, 1993, s. 83 



7.

  Xəlilov Buludxan. Türkologiyaya giriş. Bakı, Bakı Çap Evi nəşriyyatı, 2013 

 

 

 



 

 

Emin Ağayev, fil.ü.f.d., dos. 



Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsi, müdir müavini 

eagayev1@qu.edu.az  

 

ŞƏRQİ ANADOLUDA YAŞAYAN AZƏRBAYCANLILARIN FOLKLORUNDA ETNO-



PSIXOLOJİ TƏZAHÜRLƏR 

Etnopsixologiya bir elm sahəsi kimi həm elmi-nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. 

Hər bir etnosun özünüdərki, yaxın münasibətdə olduğu xalqları yaxından tanıması üçün bu elm 

sahəsi müasir dövrdə mühüm əhəmiyyət daşıyır. Hər hansı bir vəziyyətdə, müəyyən problem 

qarşısında formalaşan psixoloji şərait bütün xalqlarda eyni olmur. Formalaşan şəraiti 

səciyyələndirən isə o millətin  etnopsixologiyasıdır. Etnopsixologiya xalqın həyat tərzində, 

etnoqrafiyasında, musiqisində, yazılı və sözlü ədəbiyyatında-folklorunda və s. təzahür edir. 

Ümumbəşəri dəyərlərə hörmət edən hər bir xalqın folkloru, o xalqın milli mənəvi-əxlaqi 

keyfiyyətlərini də özündə əks etdirir. Müasir dövrdə toplayıcılar folklor nümunələrini müxtəlif 

aspektlərdə ələ alıb tədqiq edirlər. Onlar dialektologiya, şifahi xalq ədəbiyyatının janrlarının 

çoxvariantlılığı məsələləri ilə yanaşı eyni zamanda həmin xalqın düşünmə tərzini, sosial 

problemlərini, istək və arzularını da öyrənirlər. Bu da təbii ki folklor mətninin toplandığı ərazini 

yaxşı tanımağa səbəb olur. 

Ümumazərbaycan folklor arealına daxil olan Şərqi Anadoluda yaşayan azərbaycanlıların 

folklor nümunələri içərisində işarələnmiş kodlar var. Bu nümunələr-kodlar da Azərbaycan xalqının 

etnopsixologiyasını öyrənmək üçün açar rolunu oynayır. Biz azərbaycanlıların etnopsixologiyasının 

genetik əsasını etnik-mifoloji görüşlər təşkil edir. Azərbaycan xalqının etnopsixologiyası tarixən 

əlaqədə olduğu xalqlar, sosial-içtimai, mədəni hadisələr, dini görüş və inamlarla əlaqədə inkişaf 

etmişdir. Bizim xalqın milli düşüncə sistemi bir çox türk xalqlarından fərqli olaraq üç qat əsasında 

formalaşmışdır. Bunlardan birincisinə qədim türk mədəniyyətini, şamanizm inancı və bununla 

yanaşı, türk mənəvi-əxlaqi  keyfiyyətlərini də nümunə göstərmək olar. İkinci qat isə Zərdüştlük 

inancı ilə bağlıdır. Bu mərhələ də Azərbaycan həyatında əhəmiyyətli dərəcədə iz qoymuşdur.  

Üçüncü mərhələ İslam dini və bu dinin sosial-içtimai şüura, yaşam tərzinə təsirindən qaynaqlanır. 

Şərqi Anadoluda yaşayan Azərbaycanlıların epik və lirik folklor janrlarında etnopsixoloji 

təzahürlər etnosun həyat şəraiti, yaşam tərzini və s. öyrənməyə imkan verir. Biz bu nümunələrdə 

yurd sevgisini, vətən uğrunda mübarizəni, şərəf və ləyaqətlə yaşama prinsipini, mərdliyi, namusla 

yaşamağı, ailə münasibətlərini, qohumluq əlaqələrini qonaqpərvərlik kimi keyfiyyətləri göstərə 

bilərik. 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



296

 

Eşqanə Babayeva, fil.ü.f.d., dos. 



AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

eshqane@mail.ru 

 

AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ ƏLAQƏLƏRİNƏ BIR NƏZƏR 



(1990-2016-CI İLLƏR) 

(Bu iş Azərbaycan Respublikasının Prezidenti  yanında Elmin İnkişafı Fondunun 

maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant №EİF/ GAM-3-2014-6(21)-24/22/5) 

Azərbaycan və Türkiyə arasında dinamik inkişafla səciyyələnən ədəbi-mədəni əlaqələr bir 

müddət məlum ideoloji-siyasi qadağalara məruz qalmışdır. Azərbaycan öz müstəqilliyini bərpa 

etdikdən sonra isə qədim və zəngin türk ədəbiyyatının obyektiv şəkildə öyrənilməsinə münbit şərait 

yaranmışdır. Beləliklə, müstəqillik dövründə ədəbi əlaqələrimiz daha da möhkəmlənmiş, yeni 

inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Müstəqillik illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələri monoqrafiya, dissertasiya, elmi 

məqalə səviyyəsində tədqiq olunmuşdur.  Bu araşdırmaların ən gözəl nümunələrini  görkəmli 

türkoloqlardan A.Abıyev, T.Məlikli, A.Musayeva, Ə.Rəsulov, A.Babayev, E.Quliyev, R.Əskər, 

Ə.Şamil, A.Xəlil və başqaları həyata keçirmişlər.    

Görkəmli türkoloq, professor A.Abıyev  “Türk ədəbiyyatında satira: XIX əsrin axırları XX 

əsrin əvvəlləri”. Bakı: Elm, 1991.; “Bəktaşi lətifə və əhvalatları (müqəddimə və tərcümə)”. Bakı: 

Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1992.; “Füzuli və Türkiyə poeziyası”. Bakı: 

Ozan, 1999.; “Tənzimat dövrü Türkiyə ədəbiyyatı”. Bakı, 2001.; “Sərvət-i Fünun ədəbiyyatı”. Bakı: 

Təknur, 2013.; “Bəzi satirik nəzirə və təkzillər (Azərbaycan-Türkiyə ədəbi əlaqələri tarixindən)”. 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling