I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet73/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

uzlaşması yaratmışdır. Bu  uzlaşma  da  əsasən  Qərb  tipli  Şərq  qadınının  xarakterində 

(Mahpeykər  nəzərdə  tutulur) açılır. Ailədaxili  psixoloji   çalarlar  Əli  bəyin sevgilisi Dilaşubla   

rəftarında   mərkəzə  çıxırsa, bu  hadisənin  yaranmasının  əsas  səbəbkarı  kimi  Mehpeykər  obrazı  

sərbəstliyi  və  apardığı  mübarizə  tərzi  ilə  Qərb  düşüncə  tərzindən  gəlmə  mənfi  tip  kimi  

verilir. Bu  obraz  Qərb  ədəbiyyatı  üçün  də  mənfi  xarakterlidir. Ancaq  mənfi  də  olsa,  öz  

davranışı, münasibətləri  ilə  qərbliləşməyi  təmsil  edir.  

Ailədaxili  münasibətlərin   mənfi-müsbət  planda   ümumiləşdirilməsi  Azərbaycan  

ədəbiyyatında  da   XIX  əsrdə   real  cizgilərlə  üzə  çıxmışdır. Buna  misal  olaraq,  Azərbayacan   

ədəbiyyatında  maarifçi   realizmin  banisi  olan  M. F. Axundovun  “Sərgüzəşti- Mərdi- Xəsis” 

(Hacı  Qara) komediyasını  qeyd  edə  bilərik. Burada  (Sona  və  Tükəz xanımın  ailəyə  bağlılığı  

fonunda)   bir  Şərq  ailəsi  verilir. Lakin   qadın  və  kişi  münasibətlərində   ailədə  baş  verən  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



381

dəyişikliklər   M. F. Axundovda  müsbət  yöndən  dəyərləndirilir, qadın  öz  ənənəvi  mövqeyində  

faciə  yaradacaq  ciddi  dəyişikliyə  məruz  qalmır. Bu  mənada, XX  əsr  Azərbaycan  

ədəbiyyatında  qadın  obrazı  yaradıcılığında  həm M. F. Axundovdan  başlanan  maarifçi  realizm  

ənənəsi, həm  də XIX  əsr  türk  ədəbiyyatının tənzimatçı  və  sərvəti – fünunçu  romantik – 

simvolist  ənənəsi  təsiredici   rol  oynamışdır. M. F. Axundovdan  başalanan   maarifçi  realizm  

daxilində   ənənədən  gələn  milli  özünəməxsusluq  mövcuddur. Elə  buna  görə Azərbaycanda  

yaranan  realizmin  tiplər  silsiləsindəki (obrazlar  qalereyası   nəzərdə  tutulur)   xarakterlər  ilə  

Qərb  realizminin  strukturu fərqlənirdi.  

 

ƏDƏBIYYAT 



1.

  Hüseynov A. // Müasirlik problemi və nəsrin  axtarışları (məqalə) “Azərbaycan”  jurnalı. 

1977, № 6. 

2.

  Hüseynzadə   Ə. Qırmızı  qaranlıqlar  içində  yaşıl  işıqlar. Bakı: Azərnəşr, 1996, 252  s. 



3.

  Qarayev  Y. Realizm: sənət  və  həqiqət. Bakı: Elm, 1980, 255 s. 

4.

  Qasımzadə  F. XIX  əsr  Azərbaycan  ədəbiyyatı   tarixi. Bakı: Maarif, 1974, 487 s. 



5.

  Məmməd T. XX  əsr  Azərbaycan  dramaturgiyasının  poetikası (H.Cavid, 

C.Məmmədquluzadə  və  C.Cabbarlı  dramaturgiyası  əsasında). Fil. elm. dokt. ...dis.  Bakı,  

2004,  288 s. 

6.

  Namik  K. İntibah. Roman. Ankara, 1997, 210 s. 



7.

  Rəsuli  İradə  Qafur  qızı. XX  əsr  Azərbaycan  dramaturgiyasında  Türkiyə  mövzusu. Fil. 

elm. nam. ...dis. Bakı, 1998, 131 s. 

 

Sadagat Asgarova 



The  woman  image  in  Westen  type  East  literature 

Summary 


 In  this  paper  woman   images   investigated   in  base  of  novels  such  as  N.Kamals  

“Intibah”, M.Raups  “Eylul”,  K.Z.Ushagligils  “Askhı -mamnu”, H.Cavids “Afat”. İn  research  

differenciesbetween  East  and  West  analysed  in  context   of  Woman  betrayal. 

 

 



Sədaqət Qasımlı, fil.ü.f.d. 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

Aparıcı elmi işçi 

gasimli36@mail.ru 

 

AFƏT İLQAZIN HEKAYƏ YARADICILIĞI 



Cümhuriyyət dövründə  ədəbiyyat  mükafatı alan ilk qadın yazıçı Afət Ilqaz 1937-ci ildə 

Çanakqalanın Ezine bölgəsində anadan olmuşdur. Afət Ilgazın uşaqlıq və gənclik illəri,  dindar bir 

mühit olan Kocamustafapaşa adlı bir məhəllədə keçmişdir. Yazıçı hekayələrində də bu səmtdəki 

həyatına çox yer vermişdir. Çapa Uygulama orta məktəbini bitirdikdən sonra, Çapa Öğretmen 

Okulu, sonra isə Çapa Eğitim Enstitüsünün Ədəbiyyat şöbəsində təhsil almışdır. İnstitut təhsilini 

bitirən kimi Pınarhisarda orta məktəb müəllimliyinə başlayır. Universitetə girmək üçün yenidən 

İstanbula qayıdan İlgaz, Türkoloji şöbəsinə girmək qərarından vaz keçərək, Fəlsəfə fakultəsinə 

daxil olur. Yazarlığını düşünərək atdığı bu addımı  İlgaz belə izah edir:  “Bir  yazar  olaraq  geliş 

memde ne çevremin, ne okullarımın, ne okuduğum kitapların beni gereken hızla yetiştirmede bir 

yararı olmamıştı. Felsefe okumaya karar vermekle sanıyorum ki bu yanlış ve ağır gidişi gene kendi 

sezgimle, bir dereceye kadar zamanında önledim.” (3. 161.) Afət Ilgaz İstanbul Universitetinin 

Ədəbiyyat fakultəsinin Fəlsəfə və Klassik Dillər şöbəsini bitirir. İzmirdə başladığı türk dili  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



382

müəllimliyini qısa bir müddətdə İstanbulda davam etdirən yazar, Kasımpaşa Liseyində 

müəlliməykən bu işini də buraxaraq İtaliyaya gedir. Vətənə döndükdən sonra Muhteremoğlu 

Kitabevini işlədən Afət Ilgaz, 1969-1974-cü illər arasında yazıçı Rıfat Ilgaz ilə evliykən bir ana 

okulu açıb işlədərək, əlavə olaraq,  əriylə birlikdə Sınıf Yayınlarını qurur. Rıfat Ilgazdan 

ayrıldıqdan sonra özünü tamamiylə ədəbiyyata bağlayır. 

Afət Ilgazın yazı həyatı 1954-cü ildə “Dünya” qəzetindəki yazıları ilə başlayır. Yazıçının ilk 

hekayəsi 1955-ci ildə çap olunmuşdur. Sonralar “Yücel”, “Varlık”, “Türk Dili”, “Yeditepe”, 

“Hürriyet”, “Gösteri”, “Türkiye Yazıları” dərgilərində və “Yeni İstanbul”, “Cumhuriyet”, “Yeni 

Şafak” qəzetlərində yazıları çap olunur. On roman müəllifi olan Afət İlqazın ilk  kitabı “Eşiktekiler” 

(1961) romanıdır. Bu romandan sonra bir-birinin ardınca hekayə kitabları nəşr olunmuşdur: 

“Bedriye” (1963), “Başörtülüler” (1965), “Toprak” (1968). (Bu kitab “Toprak İnsanları”  adı ilə 

1971-ci ildə yenidən çap olunmuşdur), “Halk Hikayeleri”  (1972),  “Çeribaşı Aptullahla İdamlık 

İsmail” (1974), “Ölü Bir Kadın Yazar” (1983), “Kazdağı Öyküleri” (2000). 

Afət Ilqaz 1969-cu ildə  yazıçı Rıfat Ilqazla ailə həyatı qurana qədər əsərlərini Afət 

Muhteremoğlu imzası  ilə yazmışdır. 8 roman müəllifi olan Afət Ilqaz uşaqlar üçün də 5 roman 

yazmışdır. Afət Ilqazın “Başörtülüler”  hekayə kitabı 1965-ci  ilin “Türk Dil Kurumu Hikayə 

Ödülü”nü, “Yol” romanı isə Türkiyə Yazarlar Birliyinin ilin romanı mükafatını qazanmışdır. 

2010-cu ilə qədər  “Yeni Şəfəq”, “Milli  Qazete”də  və 2010-cu ildən sonra isə “Yeniçağ” 

qəzetində  ömrünün sonuna qədər köşə yazarlığı etmişdir. Afət İlqaz 2015-ci il yanvarın 15-də  

İstanbulda vəfat etmişdir. 

Afət Ilgaz, orta məktəb illərində mütaliə etdiyi rus yazıçılarının əsərlərindən realizmi 

mənimsəmişdir. Hekayələrinin qəhrəmanlarını əsasən kənd və qəsəbələrin orta və aşağı təbəqəsinə 

mənsub olan insanlardan seçmişdir. “Soylu sanat” onu realizm cərəyanına yaxınlaşdıran ən öınəmli 

təsirlərdən biri olduğu barədə yazıçı belə söyləyir:  “Soylu sanatı en çok, batılı anlamda 19. yüzyıl 

klasiklerinde buluyorum. Realistlerinde yahut onlar sağlam bir kurgunun içinde, isabetli tahliller, 

tesbitler yaparlar. İnsanın bütün gerçeğini, hayatın da bütün gerçeğini de vermeye çalışırlar, 

görünenle yetinmezler. Bunu da Tolstoy gibi şiirli bir dille yapanlar ve ya Dostoyevski gibi, şaşırtıcı 

gerçeklere parmak basanlar becerebiliyorlar. En çok Rus klasiklerini severim.” (4, 18)  Ilgaza 

16 


yaşındaykan oxumağa məhəbbət yaradan XIX əsr rus realistləri onu ən çox təsirləndirən yazarlardır. 

Yazıçının hekayələrindəki təbiilik, çoxlu insandan bəhs etməsi və bu insanların yaxşı cəhətini 

görməyi bacarması da bu təsirin nəticəsidir. Afət Ilgaz rus, qərb və türk yazıçılarından aldıqları ilə 

öz realist dünyagörüşünü  zənginləşdirərək, özünəməxsus tərzdə hekayələr yazır. Hekayələrinin 

qəhrəmanlarını əsasən kənd və qəsəbələrin orta və aşağı təbəqəsinə mənsub olan insanlardan 

seçmişdir. Yazıçının ilk hekayə kitabı “Bedriye” Yedi tepe Yayınları tərəfindən 1963-cü ildə çap 

olunur. Ilgazın,  üz qabığında “Roman-Hikaye” deyə səciyyələndirdiyi kitab bir-birinə bağlı 9 

hekayədən ibarətdir. Kitabın  bütün personajları və hadisələrin baş verdiyi məkan ortaqdır. 

Hekayələrin hamısında ələ alınan mövzu da kənddən İstanbula Ahmet Beyin ailəsinə xidmətçi 

olaraq gətirilən Bədriyənin bu yeni həyatında yaşadığı problemlərdir. Hekayələrin hər birində 

Bədriyənin ətrafında cərəyan edən hadisə və durum anlatılır. “Korku”  hekayəsində Ahmet Beyin 

qızının ani bir qərarla evlənməsindən söhbət açılır. Hekayədə bəhs olunan hadisə evin qızına aid 

olsa da hekayənin əvvəlindən sonuna qədər Ahmet Beyin hiss və düşüncələrinə yer verilir. 

Yazarın “Kısır Çember” hekayəsində Bədriyənin məktəbə yazdırılmasından bəhs edilir. 

Evin uşaqları Bədriyənin məktəbə getməsini istəsələr də ana və ata bunu istəmirlər. Çünki onlara 

görə Bədriyənin vəzifəsi ev işlərinə yardım etməkdir. Kitabın “İnsanlar ve Çocuklar” adlı 

hekayəsində Ahmet Beyin qızının Bədriyəyə olan məsuliyyətli münasibəti, mərhəmətli yanaşması 

və ona qarşı duyduğu hisslərdən söhbət açılır. “Sevmek” hekayəsində isə Ahmet Beyin qızının 

Bədriyəyə qarşı hiss etdiyi suçluluq və vicdan əzabını daxili dialoqlarından və əriylə olan 

söhbətlərindən öyrənirik. Bu qız, bir yandan Bədriyəyə yazığı gəlib, onun üçün nəsə etmək 

istəyərkən, o biri yandan da ona edilən haqsızlıqlara bəhanələr tapıb vicdanını sakitləşdirməyə 

çalışmaqdadır. Digər tərəfdə isə Bedriyənin yalnızlığı və kədəri çoxalmaqdadır.. “Bedriye 

ve 

Çocuklar” hekayəsində Ahmet Beyin qızının evlad dünyaya gətirdikdən sonra Bədriyəyə olan 



duyğularındakı həssaslığın artdığının şahidi oluruq. Bədriyənin xeyrinə olması kimi görünən  bu 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



383

durum onun sevgisizliyini və əzilmişliyini daha da üzə çıxarır. 

 

 

“Bir Aşk Mektubu” hekayəsində hadisələr, Bədriyənin məhəllənin yaramaz oğlanlarından 



biri olan  Hulkiyə yazdığı eşq məktubunun ətrafında cərəyan edir. Məktubun ələ keçməsiylə hərkəs 

çaşqınlıq keçirir. Bu kiçik eşq məktubu insanlara Bədryənin də duyğulara malik bir qəlbinin 

olduğunu xatırladır.  “Bedriye Sorunu II” hekayəsində  gözlənilən sonluq bəlli olmuşdur, Bədriyə 

kəndə göndərilmişdir.  Bədriyə getdikdən sonra, sevmədiklərini düşündükləri  bu qızı, ailə özləri də 

fərqinə varmadan  çox sevirmişlər. Təəssüf ki, Bədriyə bu sevgini heç vaxt hiss etməyəcək.  Afət 

Ilgazın bu hekayəsində  davamlı şəkildə hiss olunan anlatma tərzi və açıq yazmaqdan çəkinmədiyi 

tənqidi cümlələrinə baxmayaraq, oxucuda  Bədriyəyə həm acımaq , həm də əsəbilik hissi 

aşılanır.1960-cı illər Afət Ilgazın ədəbiyyat və sənət aləmində  ulduzunun parladığı illərdir. 

Yazıçının ikinci kitabı1965-ci ildə TDK Hikaye Ödülünü alan “Başörtülüler”dir. Kitabdakı dini 

mövzuda yazılmış “Başörtülüler” hekayəsində gənc bir qızın başdan axıra qədər dini sorğu və 

duyğularına  yer verilir.  Afət Ilgaz cəmiyyətdə dinin məcburiyyətlə deyil, səmimiyyətlə və 

məhəbbətlə qəbul edilməsini  arzulayır. Mövzu üçün seçilən məkan, zaman və surətlərin  uyğunluğu   

hekayənin  düzgün  quruluşa  malik  olmasına  sübutdur. Bu hekayə yazılan  vaxt yazıçı hələ dinə 

meyl etməmişdir. 

“Aşk” hekayəsində yazıçı bir qadağan olunmuş eşqdən bəhs edir. Afət Ilgaz, “Evlilik” 

hekayəsində isə məhəbbətlə gurulmamasına baxmayaraq xoşbəxt bir evlilikdən söhbət açır. Bu 

hekayədə bütün ev qadınları kimi işinin  təmizlik və yemək bişirməkdən ibarət olduğunu  düşünən 

qadının qəlbində eşq  olmadığına baxmayaraq, ərinə və evinə sahib  çıxması yazar tərəfindən xüsusi 

olaraq nəzərə çarpdırılır. Hadisə və dinamikliyin az olduğu,  rahatlıq və xoşbəxtliyin bərabər şəkildə 

inkişaf etdiyi bu hekayədə, bu iki duyğu iki rəng olaraq əks olunmuşdur. Afət Ilgaz  1968-ci ildə 

“Toprak”kitabını çap etdirir. Həmin kitab 1971-ci ildə yenidən “Toprak İnsanları” adı ilə nəşr 

olunur. “Toprak İnsanları” adlı kitabındakı hekayələrdə  kənddən şəhərə köç edən insanların 

həyatından danışılır. Hər dönəmin sosyal problemi olan bu məsələ Afət İlgazın qələmində hərtərəfli 

cəhətləriylə işlənmişdir. Bir çox hekayələrində öz həyatını qələmə alan yazıçı “Toprak 

İnsanları”nda da bu yolu seçdiyinə görə mövzunu və tanıdığı surətləri bacarıqla oxucuya təqdim 

edir. Bu cəhət kitabı avtoboiqrafik və xatirə janrına yaxınlaşdırır.  

Rifat Ilgaz kitaba yazdığı ön sözdə bizim fikrimizi təsdiqləyir: 

“Yazarın konu olarak işlediği toprağı ve didik didik ettiği toprak insanlarını önce kitabından 

öğrendim, daha sonra da katıldığım sosyal çevresinden... Bu köyden kasabaya, kasabadan kentlere 

ve İstanbul’a gelip yereleşen, önce umutlu, güvenli, sonraları tedirgin, yeni sorunlar karşısında 

bunalmış, gücünü tüketen, dayanaksız kişiler, onun ortamındaki yakınlarıdır. Yenilenler, yenilip de 

geri dönmek istiyenler, geri dönmek isteyip de dönemiyenler, yeniden tutunmaya çalışanlar da 

vardır içlerinde, Topraklarından kopmuş gibi görünseler de gene kökleri toprağın derinliklerindedir. 

Uzak kentlerde bile toprağın verimi, bereketi, kokusu ile tutunmaya, yaşamaya çalışırlar.”(3, 4) 

“Toprak Insanları” kitabı  adsız və birbirinə bağlı on iki hekayədən ibarət olmaqla uzun hekayə 

formasındadır. Kitabda Ezinədən köçüb İstanbulda yerləşən bir ailənin böyük şəhərdə yaşaya 

bilmək  çabaları başdan sona qədər bütün detallarıyla  hissə-hissə qələmə alınmışdır.  Kitab, 

yazıçının ələ aldığı sosyal mövzunun   və insanların sərgüzəştlərinin genişliyi baxımından 

hekayədən çox  romana yaxın bir uzun hekayəni (povesti) xatırladır. Bu hekayələr, sosyal-iqtisadi 

və psixoloji xüsusiyyətləriylə 60-70-ci illər Türkiyəsinin reallıqlarını əks etdirir.  

Afət Ilgaz,  1972-ci ildə çap etdirdiyi “Halk Hikayeleri” kitabındakı hekayələrini 1969-cu 

ildən yazmağa başlamışdır. Kitabındakı “Önsöz”de açıqladığına görə Afət Ilgazın məqsədi xalq 

hekayələri şəklində, amma müasir türk cəmiyyətinin müxtəlif sahələrindəki qadın ilə kişi 

münasibətlərini ictimai  mövqedən qələmə almaqdır. “Xalq Hikayeleri”(1972) kitabında eşq, 

ayrılıq, yoxsulluq, xəstəlik, yalnızlıq, məmləkət həsrəti, uşaq sevgisi, evlilik həyatı. bir parça çörək 

pulu qazanmaq üçün kənddən şəhərə köçmək və s. mövzularda yazılan hekayələr gündəlik həyata 

bağlı şəkildə qələmə alınmışdır. Doğrudur, yazılış forması bu hekayələri ümumiyyətlə xalq 

hekayəsindən ayırsa da, amma tamamiylə də ondan qoparmır. Xalq hekayələrində olduğu kimi, bu  

hekayələrdə də aşiqlər bir-birlərini dəlicəsinə sevirlər və heç cür də birləşib  xoşbəxtliyə çata 

bilmirlər. Xalq hekayələrinin əksinə olaraq, bunun səbəbi həyatın, cəmiyyətin yaratdığı çətinliklərlə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



384

izah olunur. “Xalq hekayələri”ndəki obrazların əksəriyyəti Anadolunun müxtəlif bölgələrindən 

şəhərə köçənlərdir.  Hamısı da   boğazlarından kəsərək, bir az pul toplayıb yurduna yuvasına 

dönmək 


xəyalı 

ilə 


yaşayırlar. 

Afət Ilgaz əsasən həbsxana həyatından bəhs edən  “Çeribaşı 

Abdullahla İdamlık İsmail”  adlı hekayələr kitabını 1974-cü ildə çap etdirir. Kitaba adını verdiyi 

“Çeribaşı Abdullahla İdamlık İsmail” hekayəsində cinayət etməməsinə baxmayaraq iki cinayətin 

birdən onun boynuna qoyularaq, edama  məhkum edilən İsmailin ətrafında baş verənlərdən və 

sonda onun asılmasıyla başa çatan olaydan bəhs olunur. İsmailin gecikən edam cəzasının  yerinə 

yetirilməsinin bəhs olunduğu son hissə hekayənin ən canlı nöqtəsidir. Hekayədə qələmə alınan 

insanlar rütubətli zirzəmilərdə, işıqsız, yolsuz, susuz gecəqondularda sıxıntı içində yaşayırlar. 

Uşaqlarını oxuda bilənlər çox azdır. Hətta aralarında dəli olanlar da var. Yenə də xəyallarını 

gerçəkləşdirmək naminə davam gətirirlər.  Heç cür gəldikləri yerləri də, oranın adətlərini də, təbii 

gözəlliklərini də unuda bilmirlər, böyük şəhərdə bir yabançı kimi sürgün həyatı yaşayırlar. Yazıçı, 

bu insanların gündəlik həyat tərzlərini, həsrətlərini, üzüntülərini bütün detalları ilə güclü bir 

müşahidəçi gözü ilə təsvir edir. Lakin o, ictimai məsələləri qaldıraraq, tam olaraq müşahidəçilikdən 

ictimai reallıqlara keçə bilmir. 

Bir çox hekayələrdə isə, məhkumlar arasındakı “böyük” “kiçik”, dostluq münasibətlərindən 

və bunun həbsxana həyatında nə qədər önəmli olduğu işlənmişdir. Kitabın 

“Arabın 

Yalellsi” 

hekayəsində məhkumlar arasındakı münasibətlərdən söhbət açılır. Kiçik bir radionun həbsxana 

həyatına necə rəng qatdığı anlatılarkən, aralarındakı bütün anlaşılmazlıqlara baxmayaraq, bir-

birlərini ələ verməyən məhkumlar ön plana çəkilir. Məhkumların radioda dinlədikləri siyasi 

xəbərlər barədə bir-birlərini həbsxana rəhbərliyinə xəbər verib-verməyəcəyinə son anda cavab 

tapılması  marağının hekayənin dinamizmini artırır. 

“Beyler Koğuşundaki Hulusi Bey” hekayəsində yenə də həbsxana həyatı və məhkumlardan 

söhbət açılır. Hekayə, kişilər bölümündə öz pis xüsusiyyətləriylə seçilən Hulusi Beyin danışdığı 

əxlaqsız söhbətlər ətrafında cərəyan edir. “Tanıklar” hekayəsində isə aralarındakı fərqliliklərə 

baxmayaraq, əvvəldən heç tanımadıqları müəllimi düşdüyü çətin vəziyyətdə yalnız buraxmayan 

məhkumlar vasitəsiylə işlənən mövzunun əsasında yenə həbsxana həyatının ağır şərtlərinin 

dayandığı 

meydana 


çıxır.  Kitabdakı “Bayburtlu Necati”, “Çay”, “Lise Müdürü”, “Ekmek 

Torbası”  hekayələrində isə yenə də məhkumlar arasındakı “böyük” “kiçik” və dostluq 

münasibətlərinin və bunun həbsxana həyatında nə qədər önəmli olduğu işlənmişdir. 

Kitabdakı 

hekayələrdə iqtisadi durumun insanlar arasında yaratdığı sinfi fərqlilik və cəmiyyətin yoxsul 

insanlara olan münasibəti  nəzərə çatdırılır. Yazıçı başqa hekayələrində də müəllimlərə aid 

mövzulara yer verir. “Bir Öğretmenin Günlük’ünden” və  “Parça Parça”  hekayələrində müəllim 

tələbə münasibətlərindən, müəllimlərin tələbələrinə duyduğu sevginin səmimiliyindən danışılır. 

Ilgaz mövzuların əksəriyyətini şəhərdəki yaşayış binalarının çevrəsində sinfi ayrılıqlar, yoxsul-

zəngin məsələləri  üzərində qurur. Bəlli ki o, bu məsələlərin yaratdığı durumları yaxından izləmiş  

və bu durumların içindəki surətləri də bacarıqla canlandırmışdır. Ən çox binalardakı qapıçıları, 

xidmətçiləri, tərbiyəçiləri, gündəlik işçiləri və uşaqlarını, binalarda oturanları təsvir edir. Bunun 

nəticəsində özəlliklə Gülten, Fidan, Fatma, Hasan, Hesan adlı surətlər yaranır. 

Afət Ilgaz bir neçə il sonra yazdığı bəzi ictimai gerçəklikləri tənqid etdiyi hekayələrində  

sürətlə ictimai-realizmə keçməyə başlayır. Yazıçının bu dönəmdəki bəzi yazıları və müsahibələri bu 

yolda irəliləyişinə sübutdur. Müsahibələrinin birində belə söyləyir: 

“Sanatçı topluma atılım gücü verən, toplumu olumlu değişmelere hazırlayan, kişiyi 

sömürüden kurtarmayı amaç edinen kişidir. Sanatçı bu duruma gelmişse, bu olgunluğa erişmişse 

çevresine belli bir açıdan bakacaktır ister istemez.(...) Önemli olan bir sanatçının ele aldığı kişiler ve 

olaylar değil, daha çok onlara bakış ve ele alış biçimidir.Toplumumuzda muhakkak ki en saygı 

duyulması gereken kişiler emekçiler, toplumun yükünü taşıyanlar, bu yükün altına girenlerdir.(...) 

Sanatta devrimci tavır, Halkın en sağlam yanlarını, en gerçek yanlarını, en güvenilir yanlarını 

görebilmektir,(...) Halkı eleştirmek ama ona gene de inanmak.” 

 

Afət İlqaz istər mükafat alan “Başörtülüler”də, istərsə də o biri  kitablarındakı 



hekayələrində ya bir ailəni, ya bir  adamı, ya  da  başqa bir mövzunu qələmə alsın, Egedən İstanbula 

köçmüş orta təbəqədən olan insanların  gündəlik həyatlarından bəhs edir. Bu hekayələrdə ayrı 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



385

düşmüş aşiqlərin nakam məhəbbətləri, öz həyatlarında  səhvlər buraxmış və bu səhvlərlə yaşayan 

ziyalılır da yaddan çıxmır. Yazıçı xalq içərisindəki ziyalılara gözəl münasibət bəsləyir. Amma, yeri 

gələndə ziyalıları tənqid də edir. Onu ən çox cəlb edən  qadınların başlarına örtdükləri, illər boyu 

modalara uyğun rəng dəyişdirən baş örtükləridir. Afət Ilqazın sonradan dinə bağlanmasında bəlkə 

də bu baş örtüklərinin təsiri olmuşdur. 

Afət Ilgazın  hekayələri təkcə mövzuları və surətləriylə 

deyil, dili və yazı tərziylə də xalqa yaxın mövqedə dayanır. Çünki o biri hekayələrində olduğu kimi  

bunlar da təmiz və doğru türkcə ilə yazılmışdır. Türk dilinin incəliklərindən məharətlə istifadə 

edərək, surətləri öz xarakterlərinə uyğun şəkildə danışdırır. 

 

ƏDƏBIYYAT 



1. Afet Ilgaz. Bedriye, Yeditepe Yayınları 1963. 

2. Afet Ilgaz, Halk Hikayeleri, Sınıf Yayınları, İstanbul 1972. 

3. Afet Ilgaz, Toprak İnsanları, İstanbul 1971. 

4. Keziban Böge, Afet Ilgazın Hikayeciligi, Yüksek lisans tezi Konya-2006.  

5. “Yenigün”, 15.08.1973. 

Summary 


The modern Turkish writer, the author of 8 story books Afat Ilgas wrote about class 

differences, social  problems and women issues. Her heroes are from the lower classes of the  

village and town; those who moved from villages to towns. This problem of all times was depicted 

by Afat Ilgas`s pen. The social- economic and psychological features of 60-70th years’ reality in 

Turkey was described in her stories.  

Key words:  Afat Ilgas, the story, Bedriya, the realism.  

 

 

 



Solmaz Həyatova, fil.ü.f.d. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu  

Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, aparıcı elmi işçi 

bakru@live.com 

 

TÜRK ŞAİRLƏRİNİN YARADICILIĞI “ŞƏLALƏ” JURNALINDA 



XX əsrin əvvəllərində Azərbaycan şeiri istər ideya, istərsə də üslub cəhətdən coşğun bir 

inkişaf dövrünə qədəm qoyur. Bütün bunlarla yanaşı bu zaman yenə də dünya xalqlarının ədəbiyyatı 

köməyə gəlir. Başqa millətlərin keçdiyi təcrübə yolu örnək seçilir, yeniliyə doğru qətiyyətli addım 

atmaq tələb olunurdu. Bu məqsədlə “Şəlalə” jurnalının müəllifləri daha radikal mövqe tutur, 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling