I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet77/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

ulusal bilince dayalı bir bağımsızlık anlayışının gelişmesine neden olmuştur. 1917 Bolşevik İhtilali 

ile birlikte Rusların Türk coğrafyasındaki etkisi daha planlı bir şekilde gelişmeye başlar. Ruslar, 

bölgenin hakim gücü haline gelirler. Lenin’in yönetimi yıllarında belirli bir rahatlama yaşayan Türk 

halkları, Stalin döneminde her alanda büyük baskı, sürgün ve ölümlerle karşılaşmışlar. Lenin’in 

Türk toplulukları ile ilgili yürüttüğü politikanın temelinde, Türk lehçelerinin ayrı diller, Türk 

boylarının farklı milletler olduğu düşüncesiyle yetişmiş ve bu bilinçte yeni “mikro milletçi” 

zihniyette bir toplum oluşturmak hedefleniyordu. Bu politikayı uygularken 1920- 1950 yılları 

arasında Sovyetler Birliğinde kanlı yıllar yaşandı. Bu yıllarda binlerce insan kurşuna dizilmiş, baskı 

ve şiddete maruz kalmıştır. Stalin dönemi Türk aydınlarının kanıyla yazılmış kanlı bir dönemdir. 

Türk aydınları Rusya’nın kendilerini tarihlerinden, kültürel kaynaklarından kopararak yeni ve farklı 

5 kimliklere dönüştürmek istediklerini anlarlar ve buna karşı çıkarlar. 1924 yılında Türk 

coğrafyasında meydana gelen direniş hareketleri sırasında binlerce aydın ve sivil öldürülmüştür. 

Özgürlüklerin kısıtlanması yönünde uygulamalar başlatılmıştır. 1924 yılında Sovyet yönetimine 

karşı Özbekistan’da başlayan olaylar “Basmacılık” hareketi olarak adlandırıldı, bu direnişin 

yatırılmasından sonra “Basmacılar” ve “Ceditçiler”in ortadan kaldırılması ve yok edilmesi politikası 

devreye girdi. Türk dilinin birliğini savunan ve Kiril alfabesine karşı çıkan aydınlar “ sistem karşıtı, 

halk düşmanı, pantürkist” olarak suçlanmış ve büyük bir bölümü 1937-1938 Repressiya yıllarında 

kurşunlanarak öldürülmüşlerdir. Bunun sonrasında da Birinci Dünya Savaşının başlaması toplumsal 

ve siyasal hareketlerin tamamen durması sonucunu doğurmuştur. Gaspıralı, "Rusyadaki 

Müslümanlar" makalesi ile, Türklerin geri kalma nedenlerini araştırmış ve dil birliğinin gelişme için 

gerekli olduğunu vurgulamıştır. Gaspıralı, Rusya dışında, Müslümanların ve Türklerin birliğini ve 

gelişmesini sağlamaya yönelik konferanslar vermiş, Müslümanların bulundukları ülkelerin 

ekonomik hayatına katılması yoluyla ancak gerilikten kurtulacaklarını ve güçlü birer topluluk 

olacaklarını söylemiştir. Rusya'da toplanan kongrelerden sonra, Gaspıralı'nın Mısır'da uluslararası 

bir Müslüman Kongresi düzenleme girişimleri ise sonuçsuz kalmıştır. Özetle vermeye çalıştığımız 

Türk halklarının tarihinde önemli olan bu dönem geniş kapsamlı bir araştırma konusudur. Sonuç 

olarak haleflerimizin milli kimlikleri ve milli kimlikleri ile var olma uğruna verdikleri bu yaşam 

mücadelesinde gördüğümüz şu ki, onlar eğitimle, milli ve kültürel varlıklarına sıkıca sarılarak, 

köklerine ve müşterek varlıkları olan “Türk dili” etrafında birleşip ortak Türkçeyle makaleler, 

eserler, şiirler yazarak bir mücadele yolu seçmişlerdi. 20. yüzyıl İsmail Gaspıralı’nın “dilde, fikirde, 

işte birlik” sloganıyla özdeşleşmiş aydınlarımızın son damla kanlarına kadar geri çekilmeden 

sürdürdükleri ideolojik savaşıdır. XIX. yüzyılın sonunda yetişen ve modern Türk dünyası 

edebiyatının doğuşunda etkin olan aydınların karakteristik özelliği hürriyetçi ve halkçı düşüncelere 

sahip olmaları idi. 

KAYNAKLAR 

1.

  Kanlıdere, Ahmet "Kazan Tatarları Arasında Tecdid ve Cedit Hareketi (1809-1917)", 



Türkiye Günlüğü Dergisi, Sayı:46, Yaz- 1997. 

2.

  Kırımlı, Hakan Kırım Tatarlarında Milli Kimlik ve Milli Hareketler (1905-1916), Türk 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



402

Tarih Kurumu Yayınları, Ankara, 1996. 

3.

  Ilgar, İhsan Rusya'da Birinci Müslüman Kongresi, Kültür Bakanlığı Yayınları, Ankara, 



1990. 

4.

  Ortaylı,İlber Çarlık Rusyasında Türkçülük Hareketleri ve Gaspıralı İsmail Bey, Ankara, 



1968. 

5.

  Akar, M.-Deniz, S.-Bilecik, F, Türk Dünyası Çağdaş Edebiyatı, Yesevi Yayınları, İstanbul, 



1994. 

 

 



 

Aysel Qəribli, doktorant 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 

Terminologiya şöbəsi, kiçik elmi işçisi 

aysel-qerib@hotmail.com  

AZƏRBAYCAN FOLKLORUNDA KƏRBƏLA MÖVZUSU 

Müşahidələr göstərir ki, XVII-XVIII əsrlərdə Azərbaycan poeziyasında “Kərbəla müsibəti” 

mövzusu demək olar ki, unudulur (bu barədə bax: 1,2,3,4). Və bu möhtəşəm mövzuya bütünlükdə 

deyil, yalnız müəyyən söz və ya ifadə-obrazlar səviyyəsində müraciət edilir, yaxud “Kərbəla 

müsibəti” qəhrəmanlarının adları ehtiramla yad olunur. Məsələn, XVIII əsr Azərbaycan şairi 

Telimxan yazır: 

Dedim, Allah rəbbim, nəbim Məhəmməd, 

İmamım Əlidir, damadi-Əhməd. 

Zövci-bətul olan şəfəi-ümmət 

Həsən, Hüseyn şəhidanə yetişdim  (5, s.260). 

Türk (Osmanlı) ədəbiyyatında da XVII-XVIII əsrlərdə mərsiyə yazmış bir neçə şair – 

Nəqçiv Ağkirmani, Kəlim, Xoca Nəşət, Zəkayi məlumdur (6,s.190). 

Bununla belə Azərbaycan folklor poeziyasında həmin mövzuya müraciət, görünür, az və ya 

çox dərəcədə həmişə mövcud olmuşdur. “Kərbəla folkloru” kitabının müəllifi Füzuli Bayat göstərir 

ki, “dini folklorumuzun ən böyük qolu olan Kərbəla folkloru tarixin yaddaşlarda yaşamasıdır. 

Olmuş hadisələrin qiyamətə qədər söylənəcəyi inanc təməlli özəl mətnlərdir. Kərbəla ağıları, 

mərsiyələri, məktəlləri, rəvayətləri, əfsanələri, mənkəbələri, ritualları, meydan tamaşaları ilə, 

qısacası, bütünüylə folklordur” (7,s.6). 

Füzuli Bayat Azərbaycan aşıq ədəbiyyatından “Kərbəla müsibəti” mövzusuna dair aşağıdakı 

klassik nümunələri misal çəkir:   

“Koroğlu” dastanından: 

Qoç Koroğlu, sizdən qorxmaz ürəyi, 

Hax yanında qəbul olsun diləyi. 

Həsən, Hüseyn ərş kürsüsü, dirəyi, 

Kərbəlada şəhid etmədün, dünya !? (7, s. 73). 

 

Aşıq Alıdan: 



İmam Həsən gözəllərin gözüdü, 

İmam Hüseyn şəfaətçi özüdü, 

Zeynəlabdin zindan çəkdi düzüdü, 

Yezidə Müreyyib talan yaratdı (7, s.71). 

 

Aşıq Ələsgərdən: 



Həsən Əl-Müctəba aləmə rəhbər, 

Hüseyni-şəhiddi şafeyi-məhşər. 

İmam Zeynalabdin dilimdə əzbər, 

Qoyma darda mən zəlilü müztəri! (7,s.71). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



403

 

 



Göründüyü kimi, xalq poeziyasının bu mükəmməl nümunələrində də Kərbəla 

mövzusundan daha çox “sitat” kimi istifadə olunur. Və “müsibət”in mahiyyətinə yaxud fəlsəfəsinə 

gedilmir.  

 “Kərbəla folkloru” müəllifinin son zamanlar toplanmış folklor poeziyasından (məsələn, 

Masallı folklorundan)  verdiyi maraqlı örnəklərə gəldikdə  (7,s.62-64) isə , şübhə etmirik ki, onlar 

ən geci XIX əsrdə yaranmışdır. Yəni o zaman yaranmışdır ki, artıq yazılı poeziyada “Kərbəla 

müsibəti” mövzusu özünün “intibah dövrü” nü yaşamağa başlamışdı. 

Və “Kərbəla müsibəti” bütün tərəfləri (hətta teatral  təcəssümü) ilə ələ alınırdı.  

Mövzunun Azərbaycan xalq təfəkküründə, ilk növbədə, təbii ki, şiə mühitində möhkəm yer 

tutmasını da müəyyən mənada folklor hadisəsi hesab etmək mümkündür. Yüz illər boyu keçirilmiş 

şəbih tamaşalarında Kərbəla faciəsinin məzmunu geniş xalq kütlələrinə özünəməxsus bir şəkildə 

anladılmışdır ki, bu da XIX əsr Azərbaycan təriqət (mərsiyə) şeirinin sosial bazasının 

formalaşmasına təsir göstərmişdir. Xüsusilə o mənada ki, əsasən, xalq içərisindən çıxmış mərsiyə 

şairləri çalışmışlar ki, Kərbəla müsibətini elə bir dillə anlatsınlar ki, həm mövzunun ideoloji 

məzmunu zədələnməsin, olduğu kimi çatdırılsın, həm də geniş xalq kütlələri üçün aydın, asan dərk 

edilən və təsirli olsun. 

 

Summary 


It’s possible to consider the firm position of the theme in a certain sense as folklore event in 

the thought of the Azerbaijan people, in the first place in Shiite environment. The content of the 

Tragedy of Karbala which had been held for hundred years was explained to the vast masses in their 

own ways in Shabih performances. And it had exerted influence on the formation of social base of 

the Azerbaijan sect (tarigat) poem of the 19th century. Especially while explaining the Tragedy of 

Karbala the sect poets born among people did their best not to damage the ideological content of the 

theme, to bring to the notice of the vast masses in a lucid style and touching manner.   

Key words: Azerbaijan people, Tragedy of Karbala, Ideological content, Shabih 

performances. 

 

ƏDƏBIYYAT 



1.

  Araslı Həmid. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, ADU nəş., 1956. 

2.

  Dadaşzadə A.  XVIII əsr Azərbaycan lirikası. Bakı, “Elm” nəş., 1980. 



3.

  Kərimov  P.  XVII əsr anadilli Azərbaycan lirikası. Bakı, “Nurlan” nəş.,2011. 

4.

  Gölpınarlı A.  Tarih boyunca İslam mezhepleri ve Şiilik, İstanbul, Dergah Yayınları,1987. 



5.

  Həkim Tilimxan Divanı, I c., Qum, 2007, 281 s. Toplayanı Əsədullah Əmiri. 

6.

  Erdoğan M. Türk Edebiyatında Muhammes, Ankara, T.C.Kültür  Bakanlığl Yayınları, 



2002. 

7.

  Bayat F. Kərbəla folkloru. Məhərrəmlik rituallarından şəbih meydan tamaşalarına. Bakı, 



“Elm və təhsil” nəş., 2014. 

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



404

 

Humay Məmmədova, doktorant 



Qafqaz Universiteti 

humaynew@yahoo.com 

 

XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ TÜRK QADIN YAZIÇILARININ 



YARADICILIĞINDA AİLƏ VƏ QADIN PROBLEMİ 

Giriş.  XIX əsrin sonu? XX əsrin əvvəlləri tarixi, ictimai həm də ədəbi nöqteyi-nəzərdən 

bütün dünyada olduğu kimi Türk ədəbiyyatı tarixində də mühüm əhəmiyyətə malikdir. XX əsrin 

başlarında Türkiyədə  ədəbiyyatın bütün sahələrində, o cümlədən, nəsr sahəsində, xüsusilə də 

roman janrının inkişafına imkan yaratmışdır. 

II Məşrütiyyət dövründə başlayan demokratik proses qadının cəmiyyətdəki rolunu artırmış 

və qadın haqları məsələsi ön plana çıxmışdır. Məhz II məşrutiyyətin elan olunması ilə bərabər 

Osmanlı qadını da buna laqeyd qalmamış, cəmiyyətin bir çox sahələrində olduğu kimi, ədəbiyyat 

sahəsində də fəaliyyət göstərmiş, qəzet və jurnallarda yazılar nəşr etdirmişlər. Bunun nəticəsi olaraq 

da Osmanlı qadınları tərəfindən ortaq “qadın məfkurəsi” hərəkatı yaranmış oldu. 

Bu dövrdə türk ədəbiyyatının əsas qadın nasirləri Zəfər Xanım, Fatma Aliyə Xanım və 

Əminə Səmiyə Xanım olmuşdur. Hər üç yazıçı eyni dövrdə yaradıcılıq fəaliyyətinə başlasa da, 

bunlar arasında ilk əsər müəllifinin kim olması bir qədər mübahisəli məsələdir.  

Son dövr tədqiqatçı alimlərindən olan Zəhra Toska ilk əsər müəllifinin məhz Zəfər xanım 

olduğunu iddia etmişdir. Zəfər Xanım İslam dünyasında ilk qadın yazıçı olaraq “Vətən eşqi” adlı 

romanını yazmışdır. Zəfər Xanım qələmə aldığı “Vətən eşqi”  adlı əsəri ilə İslam dünyasında bir 

qadın tərəfindən yazılmış ilk roman müəllifidir. Əsər 1877-ci ildə osmanlıca çap olunmuşdur. İlk  

türkcə roman “Vətən eşqi” 1994-cü ildə Zəhra Toska tərəfindən ərəb əlifbasından latın əlifbasına 

transliterasiya edilmiş və sadələşdirilmiş mətn orijinal mətnlə birgə yenidən nəşr olunmuşdur (2-1). 

Zəfər Xanımın həyatı haqqında bir neçə sətirlik məlumat var. Muasiri olmuş Mustafa Zihni 

Əfəndinin “Məşahirün-Nisa” adlı əsərində Zəfər Xanımın 19-cu əsrin ən güclü sədrəzəmlərindən və 

dövlət adamlarından olan Fuat Paşanın yaxın qohumu və Osmanlı səfirlərindən Kabuli Paşanın 

zövcəsi olması haqqında məlumatdan savayı bioqrafiyası tamamilə naməlumdur.(2-1) 

Lakin əsər bir yaradıcılıq məhsulu olaraq qəbul edilməmiş və ilk qadın yazıçı olaraq Zəfər 

Xanım deyil, məhz Fatma Aliyə xanım hesab olunmuşdur. Bunun əsas səbəblərindən biri də Fatma 

Aliyə xanımın dövrünün görkəmli şəxsiyyətlərindən olan Əhməd Cevdət paşanın qızı olması və 

yaradıcılığının daha məhsuldar olması idi.  

Eyni zamanda Zəhra xanımın romanının bədii və texniki yöndən daha zəif olması Fatma 

Aliyə xanımın adını ön plana çıxarmışdır.  

Fatma Aliyə xanım türk ədəbiyyatının ilk qadın yazıçısı olmaqla yanaşı, həm də ilk qadın 

filosof, ilk qadın tərcüməçi, qadın haqlarından, gender bərabərliyindən bəhs edən və haqqında ilk 

monoqrafiya yazılmış qadın ədib olmuşdur. 

Fatma Aliyə xanım ədəbi yaradıcılığa ilk olaraq tərcümə əsəri olan “Məram” adlı romanla 

başlamış və bir- birinin ardınca “Xəyal və həqiqət”, “Muhadarat”, “Udi”, “Refet”, “Enin”, 

“Levayihi-həyat”, “Əhməd Cevdət Paşa və zaman” və s. kimi əsərləri qələmə almışdır.  

Türk ədəbiyyatının ilk qadın simalarından biri də Əminə Səmiyə xanımdır. Əhməd Cevdət 

Paşanın qızı və Fatma Aliyə xanımın bacısı olmuş Əminə xanım türk ədəbiyyat tarixində yazıçı, 

publisist, siyasətçi və müəllim kimi tanınmışdır. 

Ədibin beş romanı, dörd hekayə kitabı, üç məqalə kitabı, bir elmi kitabı, bir çox sayda 

məqalə və məktubları məlumdur.  

“Muallime”, “Bikes”, “Səfalət”, “Mükafat-ı İlahiyə” və “Gayya Quyusu” əsərləri roman 

janrında yazılmışdır. Hekayə kitablarına Terbiye-i Etfâle aid  Üç Hekâyə” və “Hissi Rəqabət”, 

“Əmir Çoban Qızları”, “Dilşad Xatun”məqalə kitablarına “Selanik Xatirələri”, “Hürriyyət 

Kokuları“ daxildir (4-25). 

Zəfər xanım, Fatma Aliyə və Əminə Səmiyə yaradıcılıqlarında olan əsərlərin əsas 

mövzularından biri ailə və qadın problemləridir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



405

Zəfər xanım yaradıcılığının ən əsas əsəri “Vətən eşqi” romanıdır. Əsərin adı “Vətən eşqi” 

olmasına baxmayaraq, əsərdə tamamilə vətən eşqindən bəhs edilməsini və vətənpərvər hisslərin 

aşılandığını söyləmək mümkün deyildir. “Vətən eşqi” əsərini  “ayrılıq hekayəsi” adlandırmaq daha 

doğrudur. Əsərdə Tənzimat ədəbiyyatının xüsusiyyətinə uyğun olaraq Şərq və Qərb mədəniyyətinin 

qarşılaşdırılması verilmişdir. Romanın yazılma səbəbi vətən sevgisi olsa da, əsərin əsas mövzusu 

qadın həyatı və qadın taleyidir. Yazıçının hər iki mühitdə qadın və qadın həyatının müqayisə 

etdiyini və qarşılaşdırdığını görürük. Lakin Zəfər xanım hər iki mühitə qarşı tənqidi yanaşaraq, 

qadının hər iki mühitdə müstəqil həyatının olmadığını, öz haqq və hüquqlarını tələb etməkdə aciz 

olduqlarını, həyatları ilə bağlı qərar qəbul edə bilmədiklərini qeyd edir. 

Fatma Aliyə xanımın ilk tərcümə əsəri George Ohnetin “Volonte” adlı əsəri olmuşdur. 

“Məram” adlanan əsər “Bir qadın” imzasıyla nəşr olunmuşdur (3-9). 

Əsər türk cəmiyyətində böyük bir əks-sədaya səbəb oldu. Belə ki, o dövr Osmanlı 

cəmiyyətində “Volonte” əsərinin bir qadın tərəfindən tərcümə olunması, qadının fransız dilinə  

mükəmməl səviyyədə hakim olması mümkünsüz bir hal kimi qəbul olunurdu.  

Fatma Aliyə həyatında XIX əsrin sonlarında Osmanlıda qadına olan münasibəti görmək 

mümkündür. Yazdığı əsərləri “Bir qadın” imzasıyla nəşr etdirən yazıç,ı cəmiyyətdən gələ biləcək 

mənfi rəy və tənqidlərdən qaçmaq və özünü gizlətmək  üçün məhz bu addımı atmışdır. 

Fatma Aliyə xanım həm də Tənzimat dövrünün  ilk və yeganə qadın filosofu olmuşdur. 

Yazıçının fəlsəfi düşüncələri daha çox “Tetkîk-i Ecsâm” və “Terâcim-i Ahvâli Felâsife” adlı iki 

əsərində cəmləşib. 

Yazıçının romanları  daha çox ailə, evlilik, uşaq tərbiyəsi, təhsil, qadının cəmiyyətdə rolu, 

Osmanlı konak həyatı  kimi mövzuları əhatə edir. 

Yaradıcılığının şah əsəri hesab olunan “Muhadarat” əsəri Türkiyə Cümhuriyyətinin Təhsil 

Nazirliyi tərəfindən “100 təməl əsər” arasına daxil edilmişdir (3-5). 

Romanda, əsasən, evlilik haqqında gənclərin söz sahibi olmağı, ögey ananın uşaqlara mənfi 

təsiri, uşaq tərbiyəsi, yaxın qohumların ailədə yaratdığı problemlər, oxumuş qadınların fərqi və s. 

mövzulardan bəhs olunur. 

Fatma Aliyənin digər romanlarında biri də  “Udi” romanıdır. Atası Cevdet Paşanın Suriya 

Valisi olduğu zamanlarda Fatma Aliyə də atası ilə birgə Şam şəhərində yaşamışdır. Bu illərdə əldə 

etdiyi həyat təcrübələrini məhz “Udi” əsərində qələmə almışdır. 

Yazıçının “Enin”, “Refet”, “Levayih-i həyat” adlı romanlarında azadlığa can atan, öz 

zəhmətiylə pul qazanan, heç kimə möhtac olmayan qadın qəhrəmanlar canlandırılmışdır. 

Romanlarla yanaşı, Fatma Aliyə həm də  “Qadınlara məxsus qəzet”də dərc olunan 

məqalələrində mühafizəkar düşüncələrdən çox uzaqlaşmadan qadın problemlərini işiqlandırmışdır.  

Fatma Aliyə Topuz türk ədəbiyyat tarixində ilk qadın mütərcim, qadın problemlərini 

sistematik şəkildə ələ alan ilk qadın romançı, Hilali-Ahmer Cəmiyyətinin ilk qadın üzvü, ilk yardım 

dərnəyini quran, haqqında ilk dəfə monoqrafiya yazılmış ilk  qadın yazıçı olaraq tanınır. 

Əminə Səmiyə xanımın ədəbi və siyasi şəxsiyyətini formalaşdıran ən əsas ünsür “Qadınlıq 

məfkürəsi”dir. “Qadınlıq məfkürəsi” anlayışı bütün qadınların varlığını düşünmək və qadın 

problemlərinin həllinə dair xidmətlər göstərməyə çalışmaqdır. 

Mükəmməl təhsil və tərbiyə almış Əminə Səmiyə dövrünün bir çox tanınmış alimləri 

tərəfindən bir sıra elmlərə yiyələnmişdir. 

Əminə Səmiyə xanım da bacısı Fatma Aliyə kimi Osmanlı qadın hərəkatında çox önəmli 

yerə sahibdir. 

Lakin düşüncə tərzinə görə Əminə xanım bacısından fərqlənirdi. Belə ki, daha mühafizəkar 

düşüncəyə məxsus Fatma Aliyə daha çox atası Əhməd Cevdət Paşanın izindən getmişdir. Əminə 

Səmiyə isə adət-ənənlərdən daha uzaq, daha yenilikçi düşüncələrə malik idi. 

Yaradıcılığında daha çox roman janrı təşkil edən yazıçının müraciət etdiyi əsas mövzular 

qadın problemləri, ailə,evlilik, cəmiyyətin islahı, uşaq tərbiyəsi kimi mövzular olmuşdur. 

Əminə Səmiyə xanım roman, hekayə, memuar janrında bir çox əsər yazmışdır. Lakin yazıçı 

daha çox “Səfalət” adlı romanı ilə tanınmışdır. 

Yazıçının əsərləri içərisində yalnız” Hulasa-i İlm-i Hesab” ilə “Səfalət” nəşr olunmuşdur. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



406

Tədqiqatçıların fikrinə görə, Əminə Səmiyə romanlarının Fatma Aliyənin romanlarından 

daha zəifdir. Elə müəllif özü də dövrün ədibləriylə yarışmaq niyyətində olmadığını və əsərlərində 

xətaların ola biləcəyini qeyd edir.  

Əminə Səmiyənin roman və hekayə janrında yazdığı əsərlərlə yanaşı publisistik əsərləri də 

mövcuddur. Yazıçının publisistik fəaliyyəti əsasən “ Xanımlara məxsus qəzet”lə bağlıdır.  

Əminə Səmiyə “Hürriyet Kokuları”əsərində 1908-1909 illərində Selanikdə müxtəlif 

qəzetlərdə siyasi və qadın problemləri ilə bağlı yazılarını cəmləşdirmişdir (4-15). 

Yazıçının fikrincə, qadına önəm verən millətlər ən üst səviyyəyə çatmış millətlərdir. Əminə 

Səmiyə qadının müasirləşməsiylə Osmanlı dövlətinin müasirləşməsini biri-birini tamamlayan 

ünsürlər kimi görmüş, qadını ailə və cəmiyyətin mərkəzinə qoymuşdur (4-23). 

Qadın mövzusunda yazılan əsərlərinin çoxluğu səbəbindən “feminist yazıçı” adlanan Əminə 

Səmiyənin əslində qadın məsələrinə dair fikirləri qərb feminizmindən çox fərqlənir. 

Nəticə.  Hər üç qadın yazıçı türk ədəbiyyatının ilk maarifpərvər qadınlarındandır. Eyni 

dövrdə yaşamaqla yanaşı, həm də eyni sosial fəaliyyətlər göstərmiş, həyatları boyunca  “qadınlıq 

məfkurəsi” uğrunda çalışmış və çox önəmli xidmətlər göstərmişlər. 

Yaradıcılıqlarında müraciət etdikləri mövzu baxımından da oxşarlıqlar vardır. Ailə, evlilik, 

qadın problemləri, konak həyatı, uşaq tərbiyəsi, qadının cəmiyyətdə rolu, təhsil kimi mövzular hər 

üç yazıçının yaradıcılığında olan ortaq mövzulardır. 

Qadın problemləri hər üç yazıçının yaradıcılığının ən əsas mövzularındandır. Qadınların 

savadlanması, inkişafı qarşısında dayanan ən böyük əngəl olan cahilliyin qarşısını almaq üçün 

təhsilin vacibliyini müdafiə edən yazıçılar əsərlərinin bir çoxunu bu istiqamətdə qələmə almışlar.  

Qadının cəmiyyətdə ən önəmli və ən məsuliyyətli işi analıqdır. Bu səbəbdən də anaların 

savadlanması cəmiyyət adına çox vacib məsələlərdəndir. Əsərlərində israrla anaların və uşaqların 

təhsil alması üzərində dayanan yazıçılar, bunun cəmiyyət adına nə qədər faydalı olacaqlarını əks 

etdirməyə çalışmışlar. 

Romanlarında Şərq və Qərb qadınlarının müqayisəsi də hər üç yazıçı yaradıcılığının ortaq 

xüsusiyyətlərindəndir. Şərq qadınlarını haqlarını öyrənərək müdafiə etməyə, elmə, təhsilə maraq 

göstərməyə, ictimai həyatda özlərini fərd kimi doğrultmağa çağırmışlar. 

Qeyd etdiyimiz kimi, Osmanlı konak həyatının təsviri hər üç yazıçı romanlarında 

mövcuddur. Məhz konak qadınlarının həyatını təsvir etməklə XIX əsr türk qadınının həyat tərzini, 

cəmiyyətdə qadına olan münasibəti göstərə bilmişlər. 

Romanlarının ortaq mövzularından biri də ailə və evlilik məsələrinin əks olunmasıdır. 

Yazıçılar evlilik məsələsində gənclərin azad düşünmələrini və azad seçim etmələrini istəyirlər. 

Onların fikrincə, cəmiyyətin ən kiçik dövlət modeli hesab olunan ailə həyatı gənclərin öz istəyi ilə 

azad seçim vasitəsilə qurularsa, belə ailələrin bünövrəsi də möhkəm olar. 

Hər üç qadın müəllif olduqca ağır bir dövrdə yaşamış və yaratmışlar. Ədəbiyyatın 

senzuranın yumruqları altında olduğu bir dövrdə qadın kimliyi ilə ortaya çıxıb yazmaq böyük 

cəsarət idi. Əsərlərinin forma və məzmun, ideya və bədii xüsusiyyətlərinin zəif və ya güclü 

olmağından asılı olmayaraq, bu yazıçıların qadınların savadlanması, inkişafı, cəmiyyətdə bir fərd 

olaraq özünü doğrultması uğrunda əvəzsiz xidmətləri olmuşdur. 

ƏDƏBIYYAT 

1.

  Ahmet Hamdi Tanpınar “19-cu Asır Türk Edebiyyat Tarihi”. İstanbul, Yapı Kredi 



Yayınları, 2006. 

2.

  Ayşe 



Çamkara 

“Zafer 


  Hanımın Aşk-ı Vatan Romanı Bağlamında Kadın” 

htm.edebiyyatokyanus.tr. 

3.

  Fatma Aliye Hanım “Muhadarat”, Bilge Kültür Sanat, 2015. 



4.

  Kadriye Kaymaz “İlk türk kadın yazarlarından Emine Semiye Hanım, hayatı ve eserleri”. 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling