I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet82/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

düşməyə kömək edir. (3, 60) 

Əruz vəzni, vəzn olmaq etibarı ilə göründüyü kimi, mürəkkəb vəzndir. Bu vəzndə şeir 

oxuyan və şeir yazan insanlardan xüsusi istedad tələb olunur. Çoxəsrlik milli dəyərlərimizdən biri 

olan Azərbaycan əruzunu bilmək hər bir orta və ali məktəbdə ədəbiyyatı tədris edən müəllimə, 

öyrənən şagirdə və tələbəyə, aktyora, xanəndəyə, şeir qiraətçisinə, tərcüməçiyə, şairə, bir sözlə, adi 

oxucuya belə zəruri və vacibdir. Çünki “Bir şərqli kimi sahib olduğumuz mənəvi-estetik 

dəyərlərdən biri də əruz vəznidir”. (5,3) 

 

 

ƏDƏBIYYAT 



1.

  Ədili Şirvani.Əruz vəzninin sadələşmiş qəlibləri. Bakı, 2010. 

2.

  Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977. 



3.

  Nəsirəddin Tusi. Miyarül-əşar. Tehran, 1363.  

4.

  Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi.  Bakı, 1998. 



5.

  Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi. Bakı, 2013. 

6.

  Ş.A.Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1986. 



7.

  Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi. Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 

1387. 

 

Elnura Babayeva 



Turkish and persian primary sources about aruz 

Summary 


This article is devoted to arud and its influence on a literature of the turkish and persian 

people. The word of  Eruz is in Arabian. “Wide road”, “pole which is put center of tent”, is “science 

about poem”. Eruz poem from was systemized by Xelil ibn Ehmed who lived in 8 th century. There 

are used in Arabic 19, in Tadjik 14, in Turkish 11, and in Azerbaijan poetry12 bahrs of  the arud. 

Key words: aruz, turkish, persian, poem, primary sources 

 

 



Xanım Abdullayeva  

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünasliq İnstitutu 

Türk filologiyasi şöbəsi, kiçik elmi işçi  

mehivaqo@mail.ru  

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ROMANLARINDA 



ORTAQ MULTİKULTURAL DƏYƏRLƏR 

Ədəbiyyat həyatı bədii boyalarla əks etdirən söz sənətidir. Həyat haqqında düşüncələrimizi 

ifadə etmək baxımından ədəbiyyat ən gözəl incəsənət vasitəsidir. Əgər heykəltaraş daş parçasını, 

bəstəkar musiqi alətini, rəssam boyaları dilə gətirirsə, şair və yazıçılar sözun tam mənası ilə həyat 

və onun gerçəklərini canlandırır. Bu baxımdan ədəbiyyatın imkanları çox genişdir. Üstəlik bu 

ədəbiyyatı yaradan xalqın tarixi keçmişi, milli-mənəvi dəyərləri, ədəbi və bədii irsi yüksək 

səviyyədədirsə, o zaman sərgilənən ədəbiyyat nümunələri heç şübhəsiz ədəbiyyat tarixində dəyərli 

mövqeyini tutacaqdır. Ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyev 

cənablarının təbirincə desək, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin ədəbiyyatları da 

dünya ədəbiyyatları içərisində öz layiqli sözünü demiş ədəbiyyatlardandır. Bunu şərtləndirən əsas 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



429

amil isə xalqlarımızın genefondunun malik olduğu yüksək mədəni və ədəbi-bədii irsdir. 

Çağdaş Azərbaycanın prioritet məsələlərindən biri olan multikulturalizm bütün sahələrə 

sirayət etmişdir. Dünyada təhdidlər yaranır, millətçilik, dini və etnik zəmində dözümsüzlük, ilk 

baxışda yad görünən hər hansı dəyərin inkar və rədd edilməsi meyilləri artır. 

 

Yalnız dözümlülük, sülhpərvərlik, tolerantlıq təbliğ edən cəmiyyətlər mürəkkəb dövrün təhdid və 



çağırışları qarşısında davam gətirmək iqtidarındadır. Tarixən müxtəlif xalqların və dinlərin 

nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqları, dini və milli zəmində heç bir 

qarşıdurmanın olmadığı, unikal tolerantlıq mühitinin hökm sürdüyü bir məkan olan Azərbaycan 

qarşılıqlı dinlərarası və sivilizasiyalararası anlaşma üçün gözəl örnəyə çevrilib. Təsadüfi deyildir ki

Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və 

Azərbaycanın bu təcrübəsinin dünyada təbliği ölkənin indiki rəhbərliyinin dövlət siyasətinin əsas 

istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda Multikulturalizm İli 

elan etməsi, habelə Azərbaycanın dövlət başçısının Sərəncamı ilə Bakı Beynəlxalq 

Multikulturalizm Mərkəzinin yaradılması və bir çox digər məsələlər Azərbaycanda 

mulitukulturalizmin tam mənası ilə reallaşdırıldığının əyani sübutudur.  

Xüsusilə ədəbiyyat sahəsi multikulturalizmi ifadə etmək baxımından əlverişlidir. Belə ki, 

daim inkişafda və axtarışda olan bu sənət sahəsi digər xalqların ədəbiyyatları ilə mübadilə 

prosesindədir. Necə ki, xalqlar bir-birilə münasibətdə biri digərinin siyasətindən, ticarətindən, 

iqtisadiyyatından yararlanır, eləcə də ədəbiyyat və digər mədəni sferalar da bir- biri ilə münasibətdə 

təsirsiz ötüşmür. Xronoloji ardıcıllığa nəzər saldıqda görərik ki, istər şifahi xalq ədəbiyyatı, istərsə 

də yazılı ədəbiyyat Azərbaycan və Türkiyə ədəbiyyatlarında mövzu, ideya, janr və üslub 

baxımından təxminən paralel irəliləmişdir. Bunu həm şifahi xalq ədəbiyyatında, həm ərəb 

xilafətinin təsirilə formalaşan klassik dövr ədəbiyyatında, həm də Qərbin təsirilə yaranan və bu gün 

də inkişafını davam etdirməkdə olan yeni dövr ədəbiyyatında aydın görürük. 

 

XIX əsr ümumilikdə Türkiyə tarixinin əhəmiyyətli dövrüdür. Belə ki, Osmanlı 



imperatorluğunun tənəzzülü, Avropaya geniş açılım, bunun fonunda da bütün sahələrdə; 

iqtisadiyyat, siyasət, elm və mədəniyyətdə həyata keçirilən köklü dəyişikliklər məhz XIX əsrin 

payına düşür.  

XIX əsr Osmanlı dövləti Qərb həyatı və mədəniyyəti ilə yaxından maraqlanmağa başlayır. 

Sultan Əbdülməcidin dövründə “ Xətti- Hümayun Fərmanı” ( 1839) verildi. Bu fərman daha 

sonralar tarixə “ Tənzimat Fərmanı ” altında keçdi. Bu fərmanla yeni bir dönəmin əsası qoyulurdu. 

Tənzimat dönəmi  Türkiyənin siyasi həyatı üçün dəyişiklik olsa da, eyni zamanda sosial- mədəni 

həyatı da dəyişdirmiş oldu.  

Xüsusilə qeyd etməliyik ki, XIX əsr Türkiyə ədəbiyyatının da yeni dövrü idi. Ədəbiyyat 

tarixi hər bir millətin yüz illər boyu yaratdığı ədəbi əsərləri və bu əsərləri yaradan ədibləri, 

ədəbiyyatın keçdiyi inkişaf yolunu, onun çiçəklənmə və tənəzzül səbəblərini öyrənən elm sahəsidir.  

“Ədəbiyyat tarixi ümumiyyətlə, tarixin, daha dəqiq desək, mədəniyyət tarixinin çox mühüm 

qismidir. Bir millətin uzun əsrlər boyu yaşadığı təkamülü göstərən bütün fikirləri tədqiq edərək onu 

ədəbi ruha ən yaxın şəkildə yaşatmağa çalışan canlı bir tarix şöbəsidir” [1, 25]. 

 Təbii olaraq yeni gələn ədəbiyyat özü ilə yeni həyat baxışı, yeni üfüqlər gətirirdi. Türkiyə 

ictimai, siyasi və sosial həyatında baş verən köklü dəyişiklikləri, yeni ideoloji fikirləri əks etdirən 

bu dövrün ədəbiyyatı bir əsrlik zaman kəsiyinə xeyli sayda yenilikləri yerləşdirə bilmişdir. Xüsusilə 

qeyd etmək lazımdır ki, divan ədəbiyyatının yüz illər boyu davam edən sükunəti, klassisizmə xas 

dar çərçivəli ideologiyası bu dövr ədəbiyyatında əsla görülmür. Həmçinin vurğulamaq istərdim ki, 

Avropaya xarakterik olan bir sürətlə dəyişən bu dövr ədəbiyyatı hələ də tam formalaşıb başa 

çatmamışdır və hələ də Avropaya xas əsas cəhət olan yeniliyin axtarışındadır. Bütün bunlarda 

məqsəd metod baxımından qərbli, fikir və ruh baxımından isə milli bir ədəbiyyat yaratmaqdır. Artıq 

türk insanı Avropa insanı ilə tanış olurdu. Və beləliklə türk insanı avropalaşırdı. Onun mədəniyyəti, 

məişəti, həyata baxışı, hiss və həyəcanları ilə qaynayıb- qarışırdı.  

Türk ədəbiyyatı nəzəri baxımdan da avropalaşırdı. Yeni ədəbiyyat gəlişi ilə təbii olaraq özü 

ilə yeni janr, forma və məzmun anlayışları gətirirdi. İstər nəsr, istərsə də nəzm sahəsində köklü 

dəyişikliklər nəzərə çarpırdı. Birinci qeyd edək ki, nəsr nəzmin önünə keçmişdir. Mənim fikrimcə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



430

bu tam Avropa insanının modelinə uyğun idi. İfadə vasitəsi kimi çətin qəliblərə, nəzmin konkret 

şərtlərinə əməl etməyə ehtiyac yox idi. Nəsrlə isə fikirləri ifadə etmək daha təbii, asan və axıcı idi. 

Ümumiyyətlə dildə şeir və  təhkiyə adlı iki məfhum var. Bu ikisinin həyat reallıqlarını anlama və 

ifadə etmək tərzləri fərqlidir. Belə ki, nəsr düşüncənin dilidir. Səbəb- məqsəd əlaqəsini göz önündə 

tutaraq məlumdan məchula addım- addım və ayaqlarını sağlam şəkildə yerə basaraq irəliləyir [2].  

Hekayə, oçerk, roman, novella, poema kimi qərbmeyilli janrlar ədəbiyyatın aparıcı 

janrlarına çevrildi. Hətta “nəsrləşmə” prosesini poeziyada da sezmək olurdu. Artıq klassik 

ədəbiyyatdan alışdığımız konkret qəlibli şeirlər yerini sərbəst vəznli, mənzum şeirlərə verirdi. 

 Nəsrin və bütövlükdə XIX əsr türk ədəbiyyatının ən böyük yeniliyi və qazancı roman 

janrının ədəbiyyata gəlişi idi. Ilk romanların yazılmasından əvvəl oxucu artıq dünyamiqyaslı 

romanların tərcüməsi ilə tanış idi. Ilk roman isə Ş.Saminin 1872-ci ildə nəşr etdirdiyi “Təəşşüqi-

Tələt və Fitnət ” romanıdır. Yeni yaranan romanlar, əsasən, ailə- məişət, eşq və əxlaq məsələlərini 

əhatə edirdi. Sonra yazılan romanlar daha yeni mövzularla əhatə olunmağa başladı. 

Mənə görə, bu janrların Türkiyə ədəbiyyatında yeni olmasına baxmayaraq, dəyərli mövqe 

tutmasına əsas səbəb türk ədəbiyyatının hələ ilkin dövrlərdən güclü nəsr ənənəsinə malik olmasıdır. 

Mövcud güclü nəsr ənənəsi Tənzimatla birlikdə gələn yeni ədəbi axımın qarşısında nəinki tab 

gətirdi, hətta özünəməxsus və dəyərli ədəbi nümunələr də verdi. Deməli, uğurun sirri sadəcə 

aparılan güclü təşviqatda deyildi. Səbəbləri bir qədər də tarixi köklərdə axtarmaq lazımdır. Yalnız 

Türkiyə deyil, ümümilikdə türk xalqlarının ədəbiyyatında güclü və əskiyə dayanan nəsr ənənəsi 

mövcud olmuşdur.  

Əsrlərdən bəri davam edib gələn nəsr ənənəsinin çağdaş günümüzdəki formasını almasında 

Giritli Əli Əziz Əfəndinin “Muhayyelat” əsərinin xüsusi yeri vardır. Əsər sözün əsl mənasında əski 

nəsrlə çağdaş nəsrin qovşağıdır. Əsər üçü əhatələnmiş, on yeddisi ayrı-ayrı olmaqla iyirmi 

hekayədən ibarətdir.“Muhayyelat” əski hekayədən ayrılmağa başlayan, ancaq yeni realist hekayəyə 

hələ keçilməyən bir dövrün məhsuludur [3, 306]. 

Paralel yanaşmaları Azərbaycan ədəbiyyatında da tədqiq etmək mümkündür. Yuxarıda qısa 

olaraq nəzərə çatdırılan ədəbi və xronoloji mənzərə Azərbaycan və Türkiyə ədəbiyyatlarına nəzəri 

cəhətdən yeni olan nəsr ənənəsinin, xüsusilə roman janrının gəlişi və onu yaradan zəminlər 

haqqında idi. Bir halda ki, söhbət mövcud prosesə (burada söhbət mövcud və oturuşmuş 

ədəbiyyatdan gedir) yeni bir axının (qərbmeylli ədəbiyyat) gəlişindən gedir, deməli iki fərqli 

sivilizasiyanın, mədəni- sosial baxışların qarşılıqlı mübadiləsi qaçılmazdır. Bu prosesdə ən 

təqdirəlayiq hal həm Azərbaycan, həm də Türkiyə şair və yazıçılarının əsərlərində bir türk kimi, bir 

şərqli mövqeyindən çıxış edərək avropalaşma idi. Türk insanı Avropada təhsil alır, dünyəvi elmlərə 

yiyələnir, rəssamlıq, heykəltaraşlıq, müsiqi, politika, jurnalistika və publisistika kimi elm və 

mədəniyyət sahələri ilə tanış olur, cəmiyyətdə gender bərabərliyi anlayışını əyani görür və s. bu 

kimi avropasayağı anlayışları doğma Vətənə gətirir. Məsələn, S. Paşazadə Sezainin “ Sərgüzəşt ” 

romanındakı Cəlal bəy, X. Ziya Uşaklıgilin “ Aşkı- Memnu” romanındakı Adnan Bəy, Mir Cəlal 

Paşayevin “ Yaşıdlarım ” romanındakı yazıçı Kərimzadə tam bir Avropa mədəniyyətində və 

təhsilində yetişmiş ziyalılardır. Bu obrazları bir növ müəlliflərin öz prototipləri kimi də 

qiymətləndirə bilərik. Romanları oxuduqca görürük ki, qəhrəmanları Avropaya aparan əsas məqsəd 

Vətənə sonsuz məhəbbətdir. Onlar doğma yurdu, onun övladlarını cahillik qəflətindən oyandırmaq 

eşqiylə yanırlar. Elm və mədəniyyət məbədi olan Şərqə əsl simasını və statusunu qaytarmaq 

istəyirlər.  

Bu dövrün romanlarında Avropa – Türkiyə, Avropa-Azərbaycan, Şərq-Qərb münasibətləri 

hərtərəfli təhlil edilir. Xüsusi rəğbətlə qeyd etmək istərdim ki, yazıçılar hadisələrə əsl bir 

vətənpərvər kimi yanaşırlar. Baxmayaraq ki, köləlik, o dövrdəki Türk xalqının cahilliyi, məişətdə 

qadının hüquqsuzluğu və s. bu kimi neqativ hallar tənqid edilir və bu müəllifi yaralayır, bununla 

yanaşı əsərlərdəki qərbmeylli obrazların timsalında ziyalı, mədəni, Avopa fikirli, sevgisinə sadiq bir 

türkün ədəbi portreti də yaradılır.  

Bu dövrün ədəbiyyatının təkcə bədii zövqü oxşamaq məqsədilə yazılmış əsər olmaqdan 

ziyadə bütünlükdə xalqın mədəni, sosial fikrinə təsir etmək gücü onu yaradanların hərtərəfli ziyalı 

olmalarından irəli gəlirdi. Bu dövr şair və yazıçılarının spesifik xüsusiyyəti sənətdən daha çox ideya 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



431

və fikir arxasınca getmələri idi. Məhz bu səbəbdən də Fransa ədəbiyyatında Volter, Monteskyö, 

Russo kimi inqilabçıların fikirlərini örnək götürürdülər. Bu yazarlara hərtərəfli idilər desək, 

yanılmarıq. Belə ki, onlar yalnız ədəbiyyat nümayəndələri deyildilər. Onlar həm ədəbiyyatın 

müxtəlif sahələrində özlərini sınayırdılar, həm də ümumilikdə ölkənin ictimai, sosial, siyasi 

həyatında aktiv iştirak edirdilər. Belə ki, ədəbiyyatın hər növ və janrına müraciət edir, şeir, hekayə, 

roman, teatr tamaşalarına ssenarilər, qəzet və jurnallarda məqalələr və ədəbi tənqid məqaləri 

yazırdılar. Həmçinin hamısı yaxşı siyasətçi, dövlət məmuru, jurnalist və inqilabçı ruhlu ziyalılar 

idilər. Bir çoxu hətta gizli qruplaşmaların üzvləri idilər. Dəfələrlə siyasi fikirlərinə görə təqib 

edilmiş, hətta mühacir həyatı da yaşamışdılar. 

Yaradılan əsərlərin mövzuları, qoyulan problemlər, əsərin dil və üslub xüsusiyyətləri, 

istifadə edilən bədii təsvir və ifadə vasitələri də qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun 

seçilirdi. Xüsusi sevgiylə Şərqin və Türkiyənin gözəl peyzajları təsvir edilir, İstanbulun çeşidli 

məkanlarının bədii təsviri verilir. Eyni paralelləri Azərbaycan romanlarında da aparmaq 

mümkündür. Bir ucu Qarabağ, bir ucu Bakı necə sevgiylə, necə gözəl bədii peyzajlarla tanış oluruq 

o əsərləri oxuduqca.   

Həmçinin həmin dönəmin əsərlərində xüsusi diqqətlə din məsələsinə də toxunulur. Nə qədər 

Qərbin, Avropanın müsbət tərəfləri xalqa təbliğ edilməyə çalışılsa da, türkün mentallığını, böyük-

kiçik münasibətlərini, ailə dəyərlərinin ucalığını, İslama, folklora bağlılığını da bir o qədər şövqlə 

qələmə alırlar. Çox tolerantcasına qəhrəmanlar Avropa tipli, xüsusilə, fransız məktəblərində təhsil 

alır və orada öyrəndikləri ənənəni Vətənə geri döndükdə tətbiq edirdilər.  

Ümumiyyətlə, istər Türkiyə, istərsə də Azərbaycanda yeni dövr və ya Avropanın təsirilə 

yaranan  ədəbiyyatı tədqiq edərkən qarşıya qoyulan məqsədlərə uğurla çatıldığının şahidi oluruq. 

Belə ki, qarşılıqlı mübadilə, qaynayıb- qarışma, yeniləri öyrənmə məsələlərinə, deyərdim ki, nail 

olunmuşdur. Artıq müəlliflərin biz oxuculara ən unikal incəsənət vasitəsi olan ədəbiyyatın dili ilə 

hansı sosial mesajı verdiyini anlamaq məhz elə biz oxucuya qalır. Indi burada Şərq müdrikliyi, 

yoxsa Qərbin iti ağlı kara gələcək onu zaman göstərər. Hər halda yeni dövr ədəbiyyat hələ ki 

axtarışdadır. Şərqin Qərbdən, elə Qərbin də Şərqdən öyrənəsi hələ çox şeyi var.. 

 

ƏDƏBIYYAT 



 

1.

  Ə.Kabaklı. “Türk Ədəbiyyatı”,  I hissə, İstanbul, 2008, 701 s. 



2.

  S. Çaldak. “Əski Türk Ədəbiyyatında nəsr” ( internet resursu) 

3.

  S. Qasımlı. “Yeni Türk hekayəçiliyinin təşəkkülü” Şərq filologiyası məsələləri. Bakı, 2010, 



səh.42. 

 

Summary 



 

In the research work is investigated the acquaintance with novel genre of European origin in 

the Türkish and Azerbaijani literature at XIX  century . In the article is investigated western Turkish 

and Azerbaijani literature, his problems , literature periods, and his news . Especially, poetics, 

content,forms, ideas and methods of novel genre by multiculturalistic way. 

Key words: Azerbaijan, Turkey, XIX century literature, multiculturalism, novel genre  

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



432

 

Pərvanə Kərimova, doktorant 



Qafqaz Universiteti 

perikerimova90@gmail.ru 

 

YAVUZ AKPINARIN DÜŞÜNCƏSİNDƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏDƏBİ 



ƏLAQƏLƏRİ 

Ümumtürk Türk ədəbiyyatının bir qolu olan Azərbaycan ədəbiyyatı sosial, siyasi və tarixi 

şərtlər səbəbi ilə daima Türkiyə ilə yaxın əlaqələr içərisində olmuşdur. Bu iki qardaş ədəbiyyat 

dərin köklər və ortaq ədəbi əlaqlərlə bir-birinə bağlıdırlar. 

Azərbaycan və Türkiyə ədəbiyyatları ən qədim zamanlardan xalqların böyük köçündən bu 

yana ümumtürk ədəbiyyatını təşkil etmişdir. Bütün bunlar ədəbiyyatlar arasındakı ortaq mədəni 

əlaqələrin göstəricisidir və bu əlaqələr gələcəkdə də ədəbiyyatların bir-birinə təsirinə əsas şərait 

yaratmışdır. 

Uzun illər Azərbaycan ədəbiyyatını yaxından incələyib ona bələd olan Yavuz Akpınar 

araşdırmalarında Türkiyə-Azərbaycan ədəbi əlaqələrindən də yan keçməmiş. Hər iki ədəbiyyat 

arasındakı yaxın əlaqələri, bu ədəbiyyatların qarşılıqlı təsirini məqalə və kitablarında yaxından 

incələmişdir. 

Əsasən də XX əsrin əvvəllərində Azərbaycanda baş verən siyasi vəziyyət bu iki Türk 

ədəbiyyatını qarşılıqlı olaraq öyrənməyə, araşdırıb tədqiq etməyə əsas vermişdir. 1930-cu illərə 

qədər Türkiyə ilə olan yaxın əlaqələr, bu əlaqələrin nəticəsi olaraq da ədəbiyyatda ədəbi 

cərəyanların və bənzər əsərlərin meydana çıxmasına şərait yaratmışdır. Bu baxımdan Türkiyə 

ədəbiyyatının bəzi şəxsiyyətləri və bu dövr ədəbiyyat nümunələri arasında yaxın əlaqələr və 

bənzərliklər mövcuddur.  

Yavuz Akpıanr bu ədəbi nümunələri araşdırmış, Azərbaycan və Türkiyyə ədəbi əlaqələrinin 

öyrənilməsində milli ədəbiyyatların qarşılıqlı təsiri probleminə geniş yer vermişdir. 1930-cu ilə 

qədərki dövrdə Türkiyə Türklərinin  ədəbiyyatının Azərbaycan məktəblərində tədrisi, hər iki tərəfdə 

nəşrlərin bir-biri ilə əlaqəsi və bu əlaqələrin Azərbaycan ədəbiyyatının fikir və düşüncə tarixində 

oynadığı rol. Araşdırmacıların türk ədəbi ilişkilərini tədqiqi və bu araşdırmalar nəticəsində ortaya 

çıxan fikir adamlarının Azərbaycan ədəbiyyatındakı təsirləri, Azərbaycan və Türkiyə ədəbi 

əlaqələrinə yön verən şəxsiyyətlər kimi məsələlər əsas tədqiqat obyektinə çevrilimişdir. 

Eyni zamanda Yavuz Akpınar Türkiyə və Azərbaycan arasındakı yaxın mədəni əlaqələrin 

teatra təsiri, Azərbaycan və digər Türk bölgələrində milli şüurun oyanması və formalaşmasındakı 

mühüm amil kimi məsələləri incələmiş, müasir  dövrdə ədəbiyyat və mədəniyyətlər arasında əksini 

tapan yaxın əlaqələr və bunların nəticələrini geniş türk oxucuların ixtiyarına vermişdir. 

 

 



 

Sevinc Kərim qızı Əliyeva, dissertant 

AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsi 

Böyük elmi işçi 

sevincalıyeva80@rambler.ru 

 

TƏMSİL VƏ NAĞILLARDA MÜŞTƏRƏK MOTİVLƏR 



Heyvanlar haqqında nağılların əsas özəlliyi onda xalqın dünyagörüşünün, mübarizliyinin, 

humanist keyfiyyətlərinin əks olunmasıdır. Belə ki, heyvanlar haqqında nağıllar insanları mənəvi 

cəhətdən zənginləşdirir, kamilləşdirir, onlarda əxlaqi hisləri daha da gücləndirir. Bu müsbət 

keyfiyyətlərə görədir ki, heyvanlar haqqında nağılların motivləri təmsil yazanlar tərəfindən dönə-

dönə işlənmiş, yeni məna çalarları qazanmışdır. Ona görə də heyvanlar haqqında nağıllardan bir çox 

motiv və əsasən də obrazlar yazılı ədəbiyyata keçmiş, təmsillərdə işlənərək yeni məzmunların 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



433

yaranmasına səbəb olmuşdur. Məsələn, quyruq motivi heyvanlar haqqında olan iki nağılda vardır. 

Bu motiv hiyləgərlik, dosta xəyanət kimi məzmunların yaranmasına səbəb olmuşdur. Qasım bəy 

Zakirin “Tülkü və qurd” adlı təmsilindəki quyruq və hiyləgərlik motivləri “Tülkü ilə canavar” adlı 

nağıldan götürülmüşdür. Eyni adlı təmsili həm Abbas Səhhət, həm də Abdulla Şaiq yazmışdır. 

Ancaq bunların heç birində tələ motivi yoxdur. “Tülkü ilə canavar” adlı nağıldan gələn bu motiv 

yalnız Zakirin təmsilində işlənmişdir: 

Bir rubəhi-gühənsalə gedirdi, 

Qismət üçün seyri-aləm edirdi. 

 

Obadan kənara gördü, ittifaq, 



Atıblar səhrayə bir dünbeyi-çaq. 

 

Diqqət ilə baxıb, tələni seçdi, 



Yavuğa duşməyib, uzaqdan keçdi. 

Tülkünün diqqətli olması, tələyə düşməməsi süjeti heyvanlar haqqında nağıldan alınmadır. 

Bundan sonrakı hissədə aldatma motivi vardır. 

Aldatma və ya aldanma motivi həm nağıllarda, həm də təmsillərdə geniş yayılmışdır. Həm 

də aldatma motivində sadəcə hər zaman biclik, hiyləgərlik simvolu olan tülkü hansısa heyvanı və ya 

insanı aldatmır, özü də aldanır. Bu da simvolların həm heyvanlar haqqında nağıllarda, həm də 

təmsillərdə yerinə və funksiyasına görə dəyişdiyini isbat edir. Tülkünün aldandığı “Tülküynən 

xoruz” nağılına diqqət edək. Ac tülkü xoruzu yaxalayıb kənddən kənara çıxarır ki, rahatca yesin. 

Xoruz ağlı sayəsində tülkünü aldadır:  

“Beləliynən, onnar xeyli getdihdən sora bir qəbirsannığa çatıllar. Xoruz bu vax ağlıya-ağlıya 

tülküyə deyir: 

- Görürsənmi o balaca arxı? Ordan axan su göz yaşıdı. Burda yaxşı adamnar – bizim 

babalarımız yatır. Bir gün biz özümüz də burda yatacıyıx. Gəlsənə bir fate verəh, yoxsa Allahın 

qəzəbinə gələrih. 

Tülkü, xoruzun sözdərinə diqqətnən qulax asannan sora öz-özünə fikirləşir ki, doğurdan da 

fate verməsə, Allaha xoş getməz. 

Tülkü ağzını açıb fatə verməh isdiyəndə xoruz tülkünün ağzınna çıxıb, qanad açır və uçub 

yaxınnıxdakı ağaca qonur. 

Tülkü baxır ki, o allanıb, şikarı əlinnən çıxıb, üzünü qəbirsannığa tutub deyir: 

Nə yaman ləfz idi gəldi dişimə 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling