İnformasiya ölçü və nəzarət sistemləri


Download 17.09 Kb.
Sana11.09.2023
Hajmi17.09 Kb.
#1676045

İnformasiya ölçü və nəzarət sistemləri
İstehsalatda, elmi-tədqiqat işlərində və xalq təsərrüfatının başqa sahələrində insan böyük informasiya axını ilə rastlaşır, həm də bunların bəziləri çox tez dəyişən olur. Belə kütləvi ölçmələr aparmaq üçün informasiya ölçmə sistemlərindən (İOS) istifadə olunur.
İOS-nin yaranmasının əsas səbəbləri aşağıdakılardır.
1.Ölçmə informasiyasının həcminin və ötürülmə məsafəsinin artması.
2.İnformasiya alınması müddətinin, ölçmə vasitələri və xətalarının azalması.
3.Elmi tədqiqatlarda, sənaye istehsalında və digər sahələrdə informasiya yigma növlərinin mürəkkəbləşməsi.
4.Bir sıra eksperimental tədqiqatlardan insanın qismən və ya tamamilə kənar edilməsi.
İOS-un struktur sxemi aşağıda təsvir olunur.
operator
1.Verilənlər kompleksi
2.Analoq hissə
3.Rəqəm hissə
4.İdarəetmə qurğusu
1)Verilənlər kompleksinin köməyi ilə müxtəlif fiziki kəmiyyətlər qəbul olunur və uyğun elektrik siqnallarına çevrilir.
2)Rəqəm hissəsinin tərkibində bir sıra analoq-rəqəm çeviriciləri, kod/kod çeviriciləri, rəqəm yaddaş qurğuları, kod-impuls siqnalları kommutatorları, rəqəm çapetmə qurğuları və informasiyanı təsvir edən rəqəm indiqatorları olur.
3)Analoq hissəsinin tərkibində bir sıra ölçmə dövrələri, analoq yaddaş qurğuları, ölçmə kammutatorları olur.
4)İdarəetmə qurğusu bütün qurğular arasındakı qarşılıqlı əlaqəni təşkil edir, yəni verilənlərin sorğu ardıcıllığını, ölçmənin tezliyini, vaxtını, dəqiqliyini və s. müəyyən edir. Çox vaxt idarəetmə qurğusunun funksiyasını rəqəm hesablama qurğusu yerinə yetirir.
Təsnifatina görə İOS aşağıdakı növlərə ayrılır.
1.Ölçmə sistemləri.
2.Avtomatik nəzarət sistemləri
3.Texniki diaqnostika sistemləri
4.Təsvirləri tanıma sistemləri
ÖLÇMƏ SİSTEMLƏRİ birbaşa, dolayı və birgə ölçmələr aparılması üçün tətbiq olunur.Bu sistemlərdən adətən müxtəlif obyektləri və prosesləri tədqiq etmək üçün istifadə olunur və onlar nisbətən yüksək metroloji xarakteristikalara malik olur.Tədqiq edilən obyektlər haqqında informasiya bəzən minimum olduğu üçün ölçmə sistemləri strukturlarına və imkanlarına görə universal olmalıdır.Bu sistemlərin çıxışında informasiya adi rəqəmlər və ya onların nisbəti şəklində operatora verilir.İnformasiya təsvir vasitələri çox müxtəlif ola bilər: əqrəbli və ya rəqəmli cihazların göstərişləri, qrafiklər, cədvəllər və s. Sistem məsləhətçi rejimdə də işləyə bilər. Bu halda informasiya təlimat səklində verilir və ondan operator istifadə edə bilər.Bəzi ölçmə sistemləri ölçmə informasiyasını mürəkkəb riyazi emaletme qabiliyyətinə malikdir.Bu halda ölçmə nəticəsi məntiqi nəticələr və ümumiləşdirilmiş rəqəmlər səklində alınır.
AVTOMATİK NƏZARƏT SİSTEMLƏRİndə nəzarət obyektinin vəziyyəti müəyyənləşdirilir, yəni nəzarət olunan obyekti xarakterizə edən parametrlərin həqiqi qiymətləri bu parametrlərin normal və ya mümkün ola bilən qiymətləri ilə tutuşdurulur. Bu qrup sistemlər “mərkəzləşdirilmiş nəzarət sistemləri”adlandırılır.Burada obyektin xarakteri əvvəlcədən məlum olur, onun mümkün olan halları isə normal və yol verilməyən hallara bölünür.Sistemin verdiyi informasiya keyfiyyət xarakteri daşıyır və obyektin verilən rejimdə olduğunu yaxud ondan yuxarı və ya aşağı çıxdığını göstərir.Ona görə də avtomatik nəzarət sistemləri ölçmə sistemlərinə nəzərən az universal ola bilər.
TEXNIKI DIAQNOSTIKA SISTEMLƏRIndə nəticələri əsasinda obyektin xarakteri,ondaki nasazligin xarakteri,bu nasazliqlari aradan goturmək və s. haqqinda umumiləsdirilmis mulahizələr verilir.Bu qrup sistemlərdə adətən yaxsi inkisaf etmis hesablama və məntiq qurgulari olmalidir.
TƏSVIRLƏRI TANIMA SISTEMLƏRI olcmə informasiyasini emal yolu ilə sistemin cixisinda təsvirləri təsnif ətmə nəticələrinin alinmasina imkan verir.
IOSlerinin esas novu olcme sistemleridir.Olcme sistemleri adeten avtonom ve ya texnologi proseslerin avtomatlasdirilmis idareetme sistemleridir.Olculən kəmiyyətlərin miqdari az olduqda,oclmə dəqiqliyinə tələbat boyuk olmadiqda və verilənlərin oturulmə məsafəsi kicik olduqda yalniz verilənlərdən analoq hissədən ibarət analoq OS tətbiq edilir.
Download 17.09 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling