İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov


“... Məni ən çox təsirləndirən Azərbaycana


Download 4.23 Kb.
Pdf ko'rish
bet3/22
Sana17.11.2017
Hajmi4.23 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   22

“... Məni ən çox təsirləndirən Azərbaycana
hər gəlişimdə transformasiya və modernləşməni 
birbaşa müşahidə edə bilməyimdir”
Prof. Dr. Ahmet Burçin YERELİ: “Bakı son illərdə sürətlə dəyişən, 
bir növ şəhər transformasiyası tarixi yazan paytaxt kimi dərslərimizdə
tələbələrimizə anlatdığımız bir şəhərdir”
Türkiyənin  Hacettepe  Univer-
siteti  İqtisadiyyat  və  idarəetmə
fakültəsinin dekanı prof. dr. Ahmet
Burçin Yereli müsahibimiz Türkiyə
Respublikasının nüfuzlu maliyyə-
çilərindəndir. Onunla söhbətimiz,
əsasən,  dünya  iqtisadiyyatının,  o
cümlədən də Türkiyə və Azərbay-
can  iqtisadiyyatlarının  inkişaf
trendlərinə, Türkiyədə büdcə-vergi
sisteminin özəlliklərinə, Türk dün-
yasının  gələcəyi  və  inteqrasiyası
məsələlərinə həsr olunmuşdur. 
Müsahibəni jurnalımızın məs-
ləhətçisi  Elşən  Bağırzadə  apar-
mışdır.
MÜSAHİBƏ

baxımından bu son krizdən sonra əldə edilən
təcrübələr isə son dərəcədə əhəmiyyətlidir.
Hər iki ölkədə də real sektorun güclənməsi
və  dövlətin  real  sektora  olan  dəstəyi
sayəsində kriz həqiqətən toxunaraq keçmiş
və ondan ən az zərərlə çıxılmışdır. Maliyyə
sektoru  spekulyasiyalara  açıq  olmayacaq
qədər  mühüm  iqtisadi  sahədir.  Bu  sahədə
sərbəstlik hər zaman əhəmiyyətli olmaqla
yanaşı,  nəzarətsizlik  son  dərəcə  dağıdıcı
nəticələr doğura bilir. Bir sözlə sərbəstliyi
əsas götürən, amma ciddi bir nəzarətə tabe
olan maliyyə sektoru ilə yanaşı, hər baxım-
dan dəstəklənən real sektorun mövcudluğu
ölkələrimizin iqtisadi təhlükəsizliyinin təmi-
natı olacaqdır.
-  Gələk,  Türkiyə  iqtisadiyyatının  bu
günkü  vəziyyətinə  və  2023-cü  il  hədəf-
lərinə...  Bunlarla  bağlı  nələr  söyləyə
bilərsiniz?
- Türkiyə iqtisadiyyatı real sektorun da
dəstəyi ilə inkişafını davam etdirir. Son rüb
etibarilə iqtisadi artım səviyyəsinə görə Çin
Xalq  Respublikasını  belə  geridə  qoyaraq
dünya  ölkələri  arasında  lider  səviyyəyə
gəlmişdir. 2011-ci ilin üçüncü rübündə 8,2
faiz və ilk doqquz ayında 9,6 faiz səviyyə-
sində böyüyən Türkiyə iqtisadiyyatı, doqquz
ayda  9,4  faiz  böyüyən  Çin  iqtisadiyyatını
ötərək tarixi bir rekorda imza atmışdır. 2023-
cü  ilə  qədər  sistemli  şəkildə  böyüyərək
dünyanın ilk on böyük iqtisadiyyatı arasında
yer almaq istəyən Türkiyə baxımından ən
mühüm  problem  iqtisadi  artımın  davam-
lılığıdır.
Yüksək əhali artım sürəti son otuz ildə
yarıya  qədər  azalmışdır.  İqtisadiyyatdakı
sürətli artım ilə yanaşı, adambaşına düşən
gəlir səviyyəsində də pozitiv bir gedişatdan
söhbət  açmaq  mümkündür.  Həm  adam-
başına  düşən  gəlir  səviyyəsinin  yaxşılaş-
ması,  həm  də  gəlir  bölgüsündə  ədalətin
təmin  edilməsi  üçün  həyata  keçirilən
siyasətlər  Türkiyədə  müəyyən  bir  rifah
artımına  işarə  edir  ki,  bunun  da  ən  gözəl
sübutu siyasi sistemdəki stabillikdir. Həyata
keçirilən siyasətlər uğurlu nəticələr verdikcə
prosesi idarə edən siyasi partiya hər seçkidə
daha çox seçicidən səs alaraq uğurunu yük-
səltmişdir.
Türkiyə 2023-cü ildə iqtisadi infrastruk-
turu və iqtisadi rifah səviyyəsi ilə birlikdə
cumhuriyyətin 100-cü ilini özünə yaraşan
bir  şəkildə  qeyd  edəcəkdir  deyə  ümid
edirəm.
-  Türkiyə  maliyyə  sistemini  əsas
cəhətləri ilə ümumiləşdirə bilərsinizmi?
- Türk maliyyə sistemi 2000-ci illərlə bir-
likdə ciddi bir yenidənqurma prosesinə daxil
olmuşdur. Xüsusilə cumhuriyyət tarixinin ən
ağır krizinin baş verdiyi 2001-ci ilin ardın-
dan 4749 Saylı Qanun ilə borclanma sahə-
sinə mühüm tənzimləmə tədbirləri alınmış
və dövlət sektorunun borclanmasına məh-
dudiyyətlər gətirilmişdir. Daha sonra 5018
Saylı Qanun ilə dövlət maliyyə idarəetməsi
restrukturzasiya edilmişdir. İcra təməlli büd-
cələmə sistemi ilə yeni bir anlayışın yayıl-
masına çalışılmışdır. Vergiqoyma sahəsində
“Xüsusi İstehlak Vergisi (ÖTV) Qanunu” və
yeni “Korporasiya Vergisi Qanunu” qəbul
edilmişdir.  Həmçinin  yeni  “Hesablama
Palatası  (Sayıştay)  Qanunu”    da  qəbul
edilmişdir. Hazırda yeni “Gəlir Vergisi Qa-
nunu”nun  hazırlanması  ilə  bağlı  işlər  də
davam  edir.  Ancaq  həyata  keçirilən  ən
mühüm tədbirin dövlət maliyyə nəzarəti sis-
temində nəzarət-təftiş strukturlarının daxili
və xarici olmaqla iki əsas qrupa ayrılması və
vergi nəzarəti ilə bağlı müxtəlif strukturların
Vergi Müfəttişi adlı vahid strukturda toplan-
masıdır. Həmçinin Baş Nazirlik Ali Nəzarət
Şurası  da  ləğv  edilərək,  burada  çalışanlar
Hesablama  Palatasına  köçürülmüşdür.
Nəzarətdəki çox başlılığın qarşısını almaq
məqsədilə həyata keçirilən bu tədbirlər ins-
tutsional səmərəliliyi artırmaya imkan verən
yeni və faydalı tədbirlərdir.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
30

-  Burçin  bəy,  Türkiyədə  vergi  mə-
murlarının  yetişdirilmə  sistemi  ilə  bağlı
məlumat verə bilərsinizmi?
- Türkiyədə vergi sahəsində verilən peşə
təhsili  həqiqətən  də  yüksək  standartdadır.
Xüsusilə  vergi  ilə  bağlı  işə  qəbul  edilən
kadrların seçiminə çox həssas yanaşılır. Uni-
versitetlərin 
müvafiq 
bölmələrindən
fərqlənmə diplomu ilə məzun olan və Dövlət
Qulluğuna Qəbul İmtahanından (KPSS) ən
yüksək  balları  toplayan  namizədlər  bu
peşəyə iddia edə bilərlər. Həmçinin bunların
arasında qurumlar özləri də müsabiqə imta-
hanları təşkil edir. Bütün imtahanları keçən
kadrlar  hansı  vəzifədə  olursa  olsun  işə
başladıqdan  sonra  üç  il  müddətinə  ayrıca
peşə  təhsilinə  cəlb  olunurlar.  Bu  təhsili
uğurla tamamlayanlar vergi peşəsinə davam
edə bilirlər. Gəlir Mütəxəssisi olsun, Vergi
Müfəttişi  olsun,  bütün  dostlarımız  əlavə
olaraq, universitetlərdə magistratura və ya
doktorantura  təhsillərini  də  davam  etdirə
bilirlər.  Həmçinin  Maliyyə  Nazirliyi  öz
kadrlarının  bir  qismini  xarici  ölkələrə  də
magistratura  təhsili  və  ya  ixtisasartırma
məqsədilə göndərə bilir. 
- Türkiyədə gizli iqtisadiyyatla mübarizə
sahəsində hansı addımlar atılır? Xüsusilə
vergi mükəlləflərinin vergiyə uyğunlaşma
səviyyəsinin  yüksəldilməsi  istiqamətində
hansı tədbirlər görülür?
-  Gizli  iqtisadiyyatla  mübarizədə  ilk
başlanğıc nöqtə kimi maarifləndirmə qəbul
edilir. Artıq məktəblərdə və mətbuat orqan-
larında  vergi  ilə  bağlı  şüurlandırma  fəa-
liyyətləri geniş yayılmışdır. Vergitutma ilə
bağlı  mexanizmlər  sadələşdirilmiş  və
nəzarət intensivləşdirilmişdir. Sənədləşmə
sisteminin inkişaf etdirilməsi istiqamətində
həyata  keçirilən  tədbirlər  ilə  gizli  iqti-
sadiyyat getdikcə cəlbedici bir sfera olma
xüsusiyyətini  itirmişdir.  Həmçinin  Sosial
Müdafiə sahəsində həyata keçirilən tədbirlər
də gizli iqtisadiyyatın digər bir aspekti olan
gizli məşğulluq formalarını azaltmışdır. Xü-
susilə  e-bəyannamə  və  e-bildiriş  sistemi
Türkiyədə mükəmməl şəkildə işləməklə, bu
sistemdən istifadə edənlərin nisbəti 95%-ə
çatmışdır.  Bu  bütün  Avropa  ölkələrində
olduğundan çox-çox yüksək bir rəqəmdir. 
-  Burçin  bəy,  sizi  eyni  zamanda  Türk
Dünyasına marağı olan elm adamlarından
biri kimi də tanıyırıq. Bir müddət Qırğızıs-
tanda da akademik vəzifədə çalışmısınız.
Türk Dünyasnın gələcəyi, bu ölkələrin öz
aralarındakı  inteqrasiyanın  dərinləş-
dirilməsi, xüsusilə də Türkiyə-Azərbaycan
əlaqələrinin  inkişaf  etdirilməsi  ilə  bağlı
fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?
-  Qırğızıstandan  Türkiyəyə  qədər  olan
coğrafiyada  altı  böyük  Türk  Dövləti  var.
Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türk-
mənistan, Azərbaycan və Türkiyə. Həmçinin
Şimali Kipr Türk Respublikası və Tacikistan
var.  Türk  mədəniyyətinin  xitab  etdiyi
coğrafiya isə Monqolustandan başlayır və
Bosniya-Herseqoveniyaya qədər uzanır. Bu-
raları  gəzənlər  nə  demək  istədiyimi  çox
yaxşı anlayacaqlar. Buralarda yaşayan insan-
lar zahirən müxtəlif ola bilər, fərqli inanclara
da  sahib  ola  bilərlər.  Hətta  onlarla  başqa
müxtəlifliklərini də saya bilərsiniz. Amma
tapmacalarından xalq musiqilərinə, yemək-
lərindən  sevinc  və  kədərlərinə,  hadisələrə
göstərdikləri reaksiyalardan digər mühüm
hissi  xüsusiyyətlərinə  qədər  çoxlu  ortaq
mədəni nöqtələrini tapa bilərsiniz. Bu səbəb-
dən  biz  Türk  mədəniyyətinin  tarixi
coğrafiyasında yaşayanlara Türk və Qohum
Xalqları  deyirik. Arada  dərin  ziddiyyətlər
olsa da tarixdən gələn və heç kəsin inkar edə
bilməyəcəyi qohumluq münasibətləri vardır.
Onsuz da dərin ziddiyyətlər elə çox iç-içə
yaşayan cəmiyyətlər arasında olur. Mühüm
olan ziddiyyət mədəniyyətini neytrallaşdır-
maq və uzlaşma mədəniyyətini inkişaf et-
dirməkdir. Bir sözlə, yağma mədəniyyətini
istehsal mədəniyyətinə transformasiya edə
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
31

bilməyi  bacarmaqdır.  Bunun  üçün  cəmiy-
yətlər arasındakı fərqliliklərdən deyil, ortaq
dəyərlərdən yola başlamaq zəruridir. Daha
sonra iqtisadi inteqrasiya spontan şəkildə re-
allaşmaya başlayacaqdır. Türkiyə və Azər-
baycan isə zatən bütövləşmiş iki dövlətdir.
Mühüm  olan  Türk  mədəniyyətinin  həyat
arealında, Monqolustandan Bosniya-Herse-
qoveniyaya qədər olan coğrafiyada həyata
keçiriləcək  qardaşlıq  siyasətlərində  müş-
tərək  hərəkət  edə  bilmək,  imkan  və  qa-
biliyyətləri birləşdirə bilməkdir.
-  Burçin  bəy,  bir  neçə  dəfə  Azərbay-
canda  olduğunuzu  bilirik.  Ölkəmizdə  ən
çox nələrdən təsirləndiniz?
- Azərbaycan hər baxımdan çox mühüm
bir  ölkədir.  Tarixi  və  təbii  gözəllikləri
həqiqətən  görülməyə  dəyərdir.  Həmçinin
son bir neçə ildir ki, Azərbaycan yenidən qu-
rulur və inşa edilir. Bu prosesin davamlılığı
çox əhəmiyyətlidir. Ölkə tərəqqi etdikcə, in-
frastrukturu yaxşılaşdıqca iqtisadi artımı da
sürətlənəcəkdir. Türkiyə də buna oxşar bir
prosesi yaşadı. Həmçinin Bakı çox önəmli
bir şəhərdir. Onun təqdimatının çox yaxşı
təşkil  edilməsi  zəruridir.  Bir  çox  tarixi
Avropa paytaxtının sahib olduğu görünüşə
və  dəyərlərə  sahibdir  Bakı.  Məni  ən  çox
təsirləndirən  məsələ  isə  Azərbaycana  hər
gəldiyimdə  transformasiya  və  modern-
ləşməni  birbaşa  müşahidə  edə  bilməmdir.
Bu həqiqətən çox əhəmiyyətlidir. Avropada
on il öncə getdiyimiz paytaxt on il sonra da
demək olar ki, eyni olaraq qalır.
- Azərbaycan iqtisadiyyatının bugünkü
vəziyyəti  və  gələcəyi  ilə  bağlı  fikirləriniz
nələrdir?
-  Azərbaycan  iqtisadiyyatı  getdikcə
böyüyür. Bu böyümə fasiləsiz davam edəcək
kimi görünür. Ölkəni idarə edənlər də bu is-
tiqamətdə israrlı və həvəslidir. Bu çox gözəl
və çox mühüm bir haldır. Ancaq xaricdən
baxdıqda Azərbaycan iqtisadiyyatı bir neft
iqtisadiyyatı kimi görünür. Bunun diversi-
fikasiya edilməsi üçün son dərəcədə ciddi
çalışmaların  həyata  keçirildiyini  və  axta-
rışlar olduğunu mən bilirəm. Amma xaric-
dən  baxış  belədir. Azərbaycanın  ciddi  bir
turizm potensialı var. Bu potensialı hərəkətə
keçirəcək fəaliyyət planları, master planları,
hətta strateji planlar hazırlamaq və onları is-
rarla həyata keçirmək zəruridir. Türkiyə və
Azərbaycan iqtisadiyyatları çox sürətlə bir-
biri ilə bütövləşir. Bu möhtəşəm bir proses-
dir. Türkiyə və Azərbaycan ortaq investisiya
təşəbbüsləri nə qədər artarsa rifahımızın o
qədər  artacağı  bir  həqiqətdir. Azərbaycan
xaricdə yaşayan Azərbaycan əsilli zəngin iş
adamlarının kapitalını ölkəyə çəkəcək təd-
birlər  də  görməlidir  məncə.  Bu  prosesdə
sahibkarlığın  dəstəklənməsi  və  mövcud
sahibkarların qorunması çox əhəmiyyətlidir.
- Dekanı olduğunuz Hacettepe Univer-
siteti  İqtisadiyyat  və  İdarəetmə  Elmləri
Fakültəsinin  Türk  Dünyası,  xüsusilə  də
Azərbaycana istiqamətlənən fəaliyyətləri ilə
bağlı nələr söyləyə bilərsiniz?
-  Universitetimiz  və  Fakültəmiz Azər-
baycan  başda  olmaqla  Türk  Dünyası
coğrafiyası ilə yaxın təmasda olan bir qu-
rumdur. Türk Dövlətlərindəki müxtəlif qu-
rumlar ilə ikitərəfli əməkdaşlıq sazişlərimiz
də imzalanmışdır. Bunların bir qismi mən
dekan  olduqdan  sonra  yenilənmiş  və  bəzi
yeni  sazişlər  də  imzalanmışdır.  Həmçinin
daha  öncə  imzalanan,  ancaq  reallaşdırıl-
mayan  sazişləri  də  həyata  keçirməyə
çalışırıq.  Önümüzdəki  ildə  planlaşdırılan
elmi  tədbirlərdə  mütləq  bu  coğrafiyadakı
ölkələrin  də  universitetlərinin  iştirakını
təmin  etməyə  cəhd  edirik.  Fakültəmizin
2012-ci ildəki hədəfi Türk Dövlətlərindən
Türkiyəyə gələn tələbələr kimi Türkiyədən
də tələbələrimizi bu ölkələrə mübadilə sa-
zişləri çərçivəsində göndərə bilməkdir. Öz
fakültəmdə  bu  sahədə  ciddi  bir  potensial
vardır. Hazırda bəzi texniki məsələlərin həll
edilməsi  üçün  çalışmalarımızı  davam  et-
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
32

diririk.  Onlar  da  həll  olunduğu  təqdirdə
Bakıda semestrlik və ya iki semestrlik ol-
maqla oxumağa gələn Hacettepe tələbələrini
görməyə başlayacaqsınız. 
- Burçin bəy, sizin Türkiyədə ciddi elmi
jurnallardan  biri  olan  “Sosyoekonomi”
jurnalının  baş  redaktoru  olduğunuzu  da
bilirik. Jurnalınızın fəaliyyəti ilə bağlı qısa
məlumat verə bilərsinizmi?
-  Jurnalımız  2005-ci  ildə  yayına
başlamışdır.  Tamamilə  öz  cəhdlərimiz  və
imkanlarımızilə jurnalı nəşr etməyə davam
edirik. İnternet səhifəsinin dizaynına qədər
hər  işi  ilə  özümüz  məşğul  oluruq.  Dost-
larımız bezmədən, sıxılmadan illərdir bu işə
əmək verirlər. Jurnalımıza illik məqalə girişi
100-dən  çoxdur.  İldə  iki  dəfə  yayınlanır.
Həmçinin iki ildir ki, ayrı-ayrı mövzulara
həsr edilmiş xüsusi nömrələri də nəşr edilir.
Jurnalımız Türkiyədə və xaricdə ciddi in-
dekslər tərəfindən izlənilir. Bu bizim üçün
son dərəcədə prestijli bir haldır. Jurnalımızın
bu  tipli  nüfuzlu  indekslərə  daxil  edilməsi
onun öz sahəsində mühüm bir statusa yük-
səldiyinin göstəricisi kimi qiymətləndirilə
bilər.
- Bir jurnal baş redaktoru kimi “Azər-
baycanın  Vergi  Xəbərləri”  jurnalının
gələcək  fəaliyyəti  ilə  bağlı  tövsiyələriniz
nələr ola bilər?
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
33
TƏRCÜMEYİ-HAL
Prof. Dr. Ahmet Burçin YERELİ
1967-ci ildə Türkiyə Respublikasının İzmir şəhərində
doğulmuşdur. Türkiyə Respublikası Dokuz Eylül
Universitetində “İqtisadiyyat” ixtisası üzrə 1987-ci
ildə bakalavr, “Maliyyə”  ixtisası üzrə 1992-ci ildə
magistr və 1996-cı ildə doktorluq dərəcələri almışdır.
2002-ci ildə isə Türkiyə Ali Təhsil Şurası tərəfindən
ona “Maliyyə hüququ” üzrə dosentlik dərəcəsi
verilmişdir. Magistr dissertasiyası “Türkiyədə Əmək
Haqqlarının Vergiləndirilməsi və Əmək Haqqı Alan
Təbəqənin Vergi Yükü” mövzusuna, doktorluq
dissertasiyası“ Yığımların 
Yönləndirilməsində Vergi Mexanizmlərinin Rolu və
Səmərəliliyi” mövzusuna, dosentlik  dissertasiyası isə
“Konstitusyon Dövlət-İqtisadi Azadlıqlar və Türkiyə Respublikası üçün bir İqtisadi Konstitusiya
Təklifi” mövzusuna həsr olunmuşdur. Ahmet Burçin Yereli  müxtəlif dövrlərdə Türkiyə  Respublikası
Dokuz Eylül və Hacettepe Universitetlərində, həmçinin də Qırğızıstan-Türkiyə Manas Universitetində
müəllim və müxtəlif məsul inzibati vəzifələrdə çalışmışdır.  O, qeyd olunan universitetlərlə yanaşı,
müxtəlif dövrlərdə Başkent Universiteti,  Süleyman Demirel Universiteti,  Milli Təhlükəsizlik
Akademiyası, Polis Akademiyası, Maliyyə Nazirliyi, Kırıkkale Universiteti və Sakarya Universitetində
də mühazirələr oxumuş və bunların bəziləri hələ də davam edir. Ahmet Burçin Yereli 10-a qədər nüfu-
zlu elmi jurnalın resenzenti, 7 nüfuzlu elmi tədbirin təşkilatçısı, 50-ə yaxın elmi məqalənin müəllifi,
13 respublika və 12 beynəlxalq konfransın məruzəçisi, ingilis dilində yayınlanan 5 fundamental
məqalənin tərcüməçisi və vergi, maliyyə, gizli iqtisadiyyat və digər sahələr üzrə 4-ü dərslik olmaqla,
13 kitabın müəllifi və ya həmmüəllifidir. Bu günə qədər 1 doktorluq və 9 magistr  dissertasiyasına
rəhbərlik etmişdir. Hazırda, Hacettepe Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin
Dekanı, Universitet Senatoru, Universitet İdarəetmə Şurasının üzvü, Maliyyə kafedrasının müdiri,
Bazar İqtisadiyyatını və Sahibkarlığı İnkişaf Etdirmə Mərkəzinin müdiri, Hacettepe Təhsil Xidmətləri
Sənaye və Ticarət Anonim Şirkəti İdarə Heyətinin sədri və “Sosyoekonomi”  jurnalının
baş redaktorudur. Türkiyənin nüfuzlu maliyyəçilərindəndir. İngilis dilini bilir. 

- Nəşr işi həqiqətən də çox məşəqqətli bir
işdir.  Könlünüzü,  ürəyinizi,  əməyinizi,
zehninizi, konsentrasiyanızı məşğul edən bir
işdir.  Cəhdlərinizin  nəticəsini  zaman
keçdikcə  əldə  edirsiniz,  amma  səbatlı  bir
şəkildə çalışmaq və yorulmadan mübarizə
aparmağa məcbursunuz. “Maliyyə” məsələsi
bizim üçün çox əhəmiyyətlidir. Cəmiyyət-
dəki hər kəsi yaxından maraqlandıran  ən
mühüm  mövzulardan  biridir  hətta.  Buna
görə də vergi mövzusunda xalqı aydınlat-
maq,    bu  sahədəki  praktiki  məsələlər
haqqında informasiya vermək, cəmiyyətdən
gələn tələbləri dilə gətirmək və ictimai rəy
formalaşdırmaq baxımından gördüyünüz iş
çox əhəmiyyətlidir. Jurnalınızın keyfiyyətini
getdikcə yüksəldirsiniz. Oxuyucunuz artıq-
ca,  onsuz  da  nəşr  siyasətinizə  oxuyucular
yön verməyə başlayırlar. Artıq günümüzdə
sadəcə çap şəklində deyil, eyni zamanda in-
ternet üzərindən də jurnalınızın oxunması və
yayılması əhəmiyyətlidir. Buna görə də sis-
temli şəkildə işləyən və yaxşı idarə olunan
və  bir  neçə  dildə  yayınlanan  bir  internet
səhifəsinə də sahib olmalısınız. Hazırda belə
bir səhfənizin olduğunu bilirik və buradan
izləyirik.  Ancaq  onun  qeyd  etdiyimiz  is-
tiqamətlər üzrə daim inkişaf etdirilməsi də
zəruridir.
- Burçin bəy, son olaraq, jurnalımız va-
sitəsilə  Azərbaycan  cəmiyyətinə  vermək
istədiyiniz mesajlar varmı?
- Azərbaycan haqqında söylənəcək çox
şey  var.  Türkiyədə  Azərbaycan  deyildiyi
zaman hər kəsin ürəyi xoş olur. Hamımızın
ağlına  torpağından  didərgin  salınmış,  qətl
edilmiş  qardaşlarımız  gəlir.  Şərəfi  ilə,
azadlıq  eşi  ilə  tankların  önünə  atılan,  öz
ölkəsinin müstəqilliyi uğrunda canını verən,
Türk  tarixinin  yeni  nəsil  qəhrəmanlarının
şəhəri Bakı gəlir. Azərbaycan Türkiyənin,
Türkiyə  də  Azərbaycanın  bir  parçasıdır.
Türkiyə ilə Azərbaycanın tarixi bir-birindən
ayrı salınmış iki qardaşın hekayəsidir.
Bakı son illərdə sürətlə dəyişən, bir növ
şəhər transformasiyası tarixi yazan paytaxt
kimi  dərslərimizdə  tələbələrimizə  anlat-
dığımız bir şəhərdir. Bakıya hər gəldiyimdə
ayrı bir həyəcan duyuram. Əcəba bu səfər
harada, nə kimi bir dəyişiklik olmuş deyə
hər tərəfi gəzməyə çalışıram. Xüsusilə dəniz
sahilində görülən rekreasiya çalışmaları və
qədim  şəhərin  o  gözəl  görüntüsü  Bakını
Türk  Dünyasının  ən  gözəl  şəhəri  halına
gətirir. Başqa sözlə, bir Türk olaraq Bakı ilə
hər zaman qürur duyuram və getdiyim hər
yerdə  Bakını  nümunəvi  bir  paytaxt  kimi
tanıtmaya  çalışıram.  İnşallah  qarşıdakı  il
“Eurovision”nın  keçirilməsi  ilə  Bakının
tanıdılması  sahəsində  mühüm  bir  məsafə
daha qət edilmiş olacaqdır deyə düşünürəm.
İstanbul və Ankara ilə Bakı arasındakı
təyyarə səfərləri getdikcə artır. İzmir və An-
taliya,  hətta  digər  böyük  şəhərlərlə  olan
havayolu  əlaqələrinin  artmasını  və  sürətli
qatar ilə gediş gəlişin daha da asanlaşmasını
cani könüldən arzu edirəm. Həftə sonu ailəvi
şəkildə Bakıya gəlib gözəl bir balıq yemənin
və qədim şəhərdə (İçərişəhər) gəzə bilmənin
kefini  Türkiyədəki  hər  kəsin  yaşamasını
istəyirəm. Eyni şəkildə Azərbaycandakı qar-
daşlarımızın  da Antaliyaya,  İzmirə,  İstan-
bula  bu  şəkildə  gələ  bilməsi  son  dərəcə
əhəmiyyətlidir.
Azərbaycandakı qardaşlarımızı sevgi ilə
qucaqlayıram.
-  Burçin  bəy,  belə  gözəl  və  səmimi
müsahibəyə görə jurnalımız adından sizə
çox-çox təşəkkür edir və gələcək fəaliyyə-
tinizdə uğurlar diləyirik.
-  Çox  sağ  olun,  Elşən  bəy.  Mən  də  öz
adımdan  sizə  və  jurnalınızın  kollektivinə
gələcək işlərinizdə uğurlar arzulayıram.
Bakı-Ankara-Bakı.
t
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
34

2012-ci ilin dövlət büdcəsi təsdiq edilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il dekabrın 19-da “Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Qanunu, eyni zamanda, bu qanunun
tətbiq edilməsi barədə fərman imzalamışdır. 
“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun və onun tətbiqi
ilə bağlı fərman 2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki,  2012-ci il üçün
dövlət büdcəsinin gəlirləri 16,438 mln. manat, xərcləri isə 17,072 mln. manat (o cümlədən,
mərkəzləşdirilmiş gəlirlər 15 938 610,5 min manat, yerli gəlirlər 499 389,5 min manat və
mərkəzləşdirilmiş xərclər 15 779 160,0 min manat, yerli xərclər 1 292 840,0 min manat)
məbləğində təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respub-
likası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən,
sözügedən Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilol-
masını təmin etmək üçün dövlət orqanları və müəssisələri üzrə tapşırıqların minimum həddi
aşağıdakı kimi müəyyən edilmişdir: 
(milyon manatla)

Download 4.23 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling