Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


DƏYİRMİAĞIZLILAR – Cyclostomata sinfi


Download 0.92 Mb.
bet10/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

DƏYİRMİAĞIZLILAR – Cyclostomata sinfi
Dəyirmiağızlılar primitiv heyvanlardır. Bədəni çılpaq və uzunsov olan dəyirmiağizlilar angvilla balığına oxşayır, ağız sorucu dairəvi qıfla əhatə olub, dil qüvvətlidir. Dairəvi qıfın və dilin üzərində qərni dişlər vardır, çənələri yoxdur, qəlsəmə skeleti qığırdaqdan olub, çərçivavaridir. Ox skeleti qığırdaqdandır, onu qalın birləşdirici toxuma qatı əhatə edir. Sümük toxuma yoxdur. Qoxu orqanı təkdir, burunun ön hissəsində xaricə bir dəliklə açılır. Bu dəliyin əks tərəfində qoxu kisəsi var. Daxili qulaqda bir və ya iki yarımdairəvi kanal olur. Dəyirmiağızlılar sinfi iki sinifaltına ayrılır: Miksinlər – Myxini və minoqalar – Petromyzones.
MİKSİNLƏR – Myxini sinifaltı
MIKSINKIMİLƏR – Myxiniformes dəstəsi. Dəniz heyvanları olan miksinlərin qəlsəmələrinin sayı 1-15-dir. Bədənin alt hissəsilə iki cərgə selik ifrazedən vəzilər uzanır, bunların dəlikləri xaricə açılır və çoxlu selik ifraz edir. Qoxubilmə və hissetmə yaxşı inkişaf edib, gözlər reduksiya olub. Bel üzgəci təkdir, qoxu dəliyi udlaqla əlaqədardır, su bu dəlikdən daxil olur.

Miksinlərdə dodaqlar yoxdur, ağızın yanlarında və burun dəliyi ətrafında bığcıqlar var. Ağızda qərni dişlər olur. Belə dişlər dilin yanlarında və damaqda yerləşib.

Miksinlərin ürəyi bir əsas və üç əlavə “ürəkcikdən” ibarətdir. əsas “ürəkcik” qanın sirkulyasiyasını təmin edir. əlavə “ürəkciklər” başda, ciyərdə və quyruqda da yerləşir. “Ürəkcik”lər başda, ciyərdə və quyruqda da yerləşir. “Ürəkcik”lər bir-birindən asılı olmayaraq döyünür.

Bunlarda mayalanma xaricdədir, yumurtalarının sayı 10-30-dur. Yumurtalar ellipsvari olub qərni kapsul içərisində yerləşərək xüsusi qarmaqcıqla bir-biri ilə, həm də substratla birləşir. Miksinlər bir neçə dəfə nəsl verir, inkişafda metamorfoz yoxdur, kürüdən yenicə çıxmış sürfə yaşlı fərdə oxşayır.

Miksinlər gecə həyatı keçirir, gündüzlər lilə girir və yalnız başlarını kənarda saxlayır. Əsasən çoxqıllı qurdlar, dib onurğasızları və ölü balıqla qidalanır. Zəifləmiş balıqlara, bəzən sağlam balığa, hətta akulaya da hücüm edirlər. Hər hansı balığa yapışmış miskin onun bədənində dəlik açır. Bəzən özünü düyün formasına salaraq fəaliyyətini artırır, əzələni daha tez didib-dağıda bilir. Miksin, qəlsəmə yarığından da balığın bədən boşluğuna daxil olur. Hər hansı orqanizmin bədən boşluğuna keçən miskin əvvəlcə onun ciyərini, daxili orqanlarını, daha sonra əzələ sistemini yeyir. Şikarın yalnız dərisi və sümükləri qalır. Onlar nərə, pikşa, treska, skumbriya, siyənək və s balıqlarla qidalanmağa daha çox meyillidirlər. Bir treskanın bədən boşluğunda 123 miskin olduğu, yəni həmin balığı 123 miskinin yediyi hadisəsi məlumdur. Şimali Amerikada qurma alətlərlə tutulan pikşanın 3-5 faizini miskinlər yeyir.

Miksinlər mötədil və subtropik suların dərinliyi 1000 m-ə qədər olan yerlərində yaşayır. Suyun duzluluğuna qarşı çox həssasdırlar. Bunlar üçün optimal duzluluq 32-34‰. Duzluluq 29-31‰ endikdə qidalanmır, 25‰-ə çatdıqda ölürlər.

Miksinkimilər dəstəsinin iki fəsiləsi, miksinlər (Myxinidae), bdellostomlar (Bdellostomidae) və 5 cinsi var: miksin (Myxine), nazik miksin (Nemamyxine), zəliağız (Eptatretus), paramiksin (Paramyxine) və bdellostoma (Bdellostoma).

Miksin cinsinin 10 növü var. Bunların heç biri Xəzərdə və Azərbaycan sularında yaşamır. Adi miksin növü Avropa və Şimali Amerika sahillərində yayılıb. Ona İslandiya və Qrelandiya sahillərində də rast gəlinir. 100-500 m dərinlikdə daha çox, 1000 m-dən aşağıda isə az hallarda, xüsusilə qış aylarında rast gəlir. Uzunluğu adətən 36-40 sm olur, Amerika sahillərində bəzən bundan iki dəfə irisinə rast gəlmək olur. Adi miksin 25-28 sm uzunluqda cinsi yetkinliyə çatır, hər miksin 12-dən 30-a qədər yumurta qoyur, çoxalma vaxtı qidalanmır, vətəgə əhəmiyyəti yoxdur.

Nazikmiksin cinsinin nümayəndələri bədənin çox nazikliyi ilə fərqlənir. Bu miksinlər Yeni Zelandiya sularında yaşayır.

Zəliağız cinsinin 8 növü var, uzunluqları 80 sm-ə qədər çatır. Çox acgözdürlər, 7 saata öz çəkilərindən 8 dəfə artıq balığı yeyib qurtara bilirlər. Adi miksindən fərqli olaraq bunlar tam sağlam balığa da hücüm edir. Kaliforniyada, Çilidə, Yaponiyada balıq ovu zamanı daha çox zərər verir. Bu miksinlər həm də çox dözümlüdür: uzun müddət ac qalır, sudan kənarda yaşaya bilir, hətta ağır yaralanma zamanı dözümlü olur; başı kəsildikdən 5 saat sonra zəliağız miksinin üzməsi müşahidə edilib. Zəliağız miksinlər bəzi yerlərdə hisə verilmiş halda istifadə edilirlərsə də vətəgə əhəmiyyətləri yox dərəcəsindədir.

Paramiksin cinsinin nümayəndələri çayların mənsəblərinə yaxın yerlərdə rast gəlir, üzunluqları 58 sm-ə çatır. Bəzi yerlərdə bu miksinləri ovlayaraq qaynadılmış və qızardılmış halda istifadə edirlər.
MİNOQALAR – Petromyzomes sinifaltı
MİNOQAKİMİLƏR – Petromyzoniformes dəstəsi. Minoqaların bədən forması miksinlər kimidir, bir və ya iki bel üzgəci var, ağız da qıf kimidir, qatlaqla əhatə olub. Bu qatlağın və dilin üzərində qərni dişlər vardır. Burun dəliyi təkdir, başın yanlarında 7 qəlsəmə dəliyi yerləşir. Miksinlərdən fərqli olaraq yaşlı minoqanın gözləri normal inkişaf edib.bunlarda göz-təpə oqanı var. Bu orqan yalnız rəngi seçə bilir. Minoqalar sürfə mərhələsində olduqda ciyər bağırsaqla əlaqədar olur. Yaşlı fərdlərlə bu əlaqə kəsilir, qara ciyər daxili sekresiya orqanı vəzifəsini yerinə yetirir. Cinsiyyət vəzi təkdir, onun axarı yoxdur.

Minoqalar dəniz sahillərində və şirin sularda yayılıb. Onların əksəriyyəti keçicidir, okeanda, dənizdə yaşayıb çoxalmaq üçün çaylara gedərək çayın iti axan qumlu-çınqıllı yerlərində kürü tökürlər. Kürüləmə zamanı minoqalar bir yığışıb dəstələr əmələ gətirir. Hər cür (bir erkək, bir dişi) özünə oval formalı yuva düzəldir. Yuvanın düzəldilməsinə əvvəlcə erkək başlayır. Erkək işləyən zaman dişi hazırlanan yuva üzərində üzür, bəzən qarın tərəfinin önhissəsilə erkəyin baş hissəsinə toxunaraq özünün erkəyə “minnətdarlığını” bildirir. Hər cütün yuva sahəsi var. Yuva düzəltmə zamanı erkək fərd ərazini həm də digər erkəyin müdaxiləsindən qoruyur. Bu iş üstündə bəzən “toqquşma” da baş verə bilir. Yuva tikintisini dişi başa çatdırır, yuvanı dərinləşdirir və guya “səhmanlayır”. Suyun axarına perpendikulyar yerləşən yuva hazır olduqdan sonra dişi minoqa ağzı ilə yuvanın bir tərəfində olan daşa, erkək balıq isə dişinin yan tərəfinə yapışır və dişinin bədəninə sarılır. Dişinin kürüsü və erkəyin toxumu eyni vaxtda tökülür. Bu vaxt kürülər mayalanır və yuvaya tökülərək daşlara yapışır. Çoxalmada iştirak edən və həddən artıq arıqlamış yaşlı minoqalar işiqdan və axından qorunmaq məqsədilə daş, xəndək və s. daldalanacaq altına girir və çox keçmədən məhv olurlar.

Minoqalar sürfə mərhələsi keçirir, sürfə qumeşən adlanır. Qumeşənin gözləri dəri altında olur, çətinlklə hiss edilir. Onun ağzı dördküncdür, üstündən dodaqla örtülür. Qəlsəmə dəlikləri üçkünc olub, uzununa nov içərisində yerləşir. Qumeşən çayın zəif axan lilli yerlərinə, əksər vaxtlarda lilə girmiş halda yaşayır, detritlə və mikroskopik orqanizmlərlə qidalanır, 4-5 yaşında metamorfoz keçirərək yaşlı minoqaya çevrilir.

Minoqakimilər dəstəsinin bir fəsiləsi, minoqalar (Petromyzonidae), 7 cinsi, miksinlərdən təxminən 3 dəfə çox növü məlumdur.

Minoqakimilərin bir çoxu yaşlı halda parazit həyat tərzi keçirir, balıqlara yapışıb onların qanını sorur. Bunların uzunluğu adətən 40-60 sm, ən çoxu 100 sm olur. Bəzi çay minoqaları kiçik (20-30 sm) olur.

Minoqaların şərti də olsa dəniz və çay minoqalarına ayrırırlar. Dəniz minoqaları keçicidir. Bunlar Atlantik okeanda (dəniz minoqası), Sakit okeanın şimal sularında (üçdiş minoqa), Xəzər dənizində (Xəzər minoqası) yayılıb. Boyca nisbətən kiçik olan çay minoqaları Qərbi Avropa (Avropa çay minoqası), Şimali Avropa və Şərqi Asiya (Yaponiya minoqasının iki forması) Şimali Amerikanın Sakit okean (Amerika keçici minoqası) sahillərində rast gəlir. Bu minoqaların cənub yarımkürəsinin Cənubi Amerika, Avstraliya və Yeni Zelandiya sahillərində yaşayan növləri də vardır.

Minoqalar balıqlarla həm qidalanır, həm də onları yaralayır. Minoqaların yanaq vəzilərindən yaraya axan mayə qanın laxtalanmasının qarşısını alır, qırmızı qan cisimlərini və toxumanı dağıdır. Belə balıqlar zəifləyərək ölür və ya parazitlər və yırtıcılar tərəfindən asanlıqla məhv edilir.

Minoqaların ən irisi dəniz minoqasıdır. Onun uzunluğu 90-100 sm, kütləsi 3 kq-a çatır. Bu minoqaya az hallarda Baltik dənizində təsadüf edilir. Onun Şimali Amerikanın böyük göllərində yaşayan xüsusi sürüsü vardır. Bunlar qiymətli vətəgə balıqları (qızılbalıqlar) ilə yaşayış uğrunda rəqabətdə qalib gələrək onların ehtiyarını kəskin surətdə azaltmışlar. Minoqaların ehtiyatını azaltmağa yönəldilmiş 30 illik mübarizədən sonra qiymətli balıqıların ehtiyatı bərpa olmuşdur.

Sakit okeanın şimalında üçdiş minoqa (üst dil lövhəsində üç diş var) yaşayır. Bu minoqa əsasən Berinq dənizindən Kaliforniyaya qədər, çox az miqdarda Asiya sahillərində yayılıb. Onun uzunluğu 66 sm-ə qədərdir, 500 m dərinliyə enə bilir. Paltusa, kömür balığa, qızılbalıqlara hücum edir.

Avropa çay minoqası daga çox saylı olduğundan vətəgə əhəmiyyəti çoxdur, onun uzunluğu 41 sm-ə çatır. O, Baltik dənizi çaylarına gedir. Çaya getmə may-iyun aylarında başlayır, sonralar çaya gedən balıqların miqdarı artır və noyabr-dekabr aylarında maksimuma çatır. Çaya gecə vaxtı, xüsusilə qaranlıq gecələrdə daha çox gedir. Minoqa təxminən bir il qida qəbul etmədən çay yuxarı hərəkət edir. Bu müddət ərzində onun cinsiyyət vəziləri yetişir, lakin qidalanma ilə əlaqədar olan fizioloji proseslər pozulur, minoqa gödəlir, kütləsi azalır və s. yazın axırlarında, yayın əvvələrində orta hesabla 22 min kürü tökür; kürüləmə xüsusiyyəti, inkişafın metamorfozlu olması yuxarıda qeyd edildiyi kimidir. Avropa çay minoqasının Ladoqa və Oneqa göllərində olan oturaq formasının yaz və qış irqləri məlumdur. Yaz irqi çaya may ayında gedir və həmin ilin yayında kürü tökür. Qış irqinin fərdləri çaya avqustdan noyabra qədər gedir. Onların cinsiyyət vəziləri inkişaf etmədiyindən qışı çayda keçirir, gələn mövsümdə kürü tökür. Iki həftədən sonra kürüdən qumeşən çıxır. Qumeşənin sürfə mərhələsi 4-5 il davam edir, sonra metamorfoz baş verir. Bu proses yarım il çəkir. Yazda uzunluğu 8-15 sm olan cavan minoqalar dənizə gedir. 1-2 ildən sonra yenidən nəsil verməyə qayıdır. Minoqanın əti yüksək keyfiyyəlidir, qida kimi istifadə edilir.

Xəzər minoqası da keçicidir, Volqa və Kür çaylarına gedir, uzunluğu 55 sm-ə, kütləsi 205 q-a çatır. Çaylar üzərində bəndlər tikilənə qədər Xəzər minoqası çox yuxarılara, Kür çayında Gürcüstanın Msxeti şəhərinə qədər gedirmiş. Onun Volqa çayına getməsi sentyabrdan çay donana, Kürə getməsi isə noyabrdan fevrala qədər davam edir. Minoqa kürüsünü çayın yuxarılarında çınqıllı-qumlu yerlərində, Volqada martdan maya qədər, Kürdə maydan avqusta qədər tökür. Kürü tökmüş yaşlı balıqlar ölür. Xəzər minoqasının yosunlar, detrit, xırda canlılar, balıq və digər su heyvanlarının cəmdəklərilə qidalanması güman edilir. Çayda qidalanmır. Ona görə çaya girdikdə çox kök olur, yağlılığı 32 faizə çatır. Çoxalmaya getmə yolunun təxminən yarısına yaxın yağlılıq 20 faizə, kürüləmə yeri yaxınlığında 1-2 faizə qədər azalır. Əvvəllər, Xəzər minoqasının Kür sürüsünün də böyük ehtiyatı olub. Salyan körpüsünün yaxınlığında yalnız minoqa ovu ilə məşğul olan “Boji” vətəgəsi var idi. Indi minoqa “Qırmızı kitaba” salınıb. Hazırda minoqa Kür çayı ilə yuxarı Varvara bəndinə qədər gedir. Oradan onun az bir hissəsi Kürə tökülən Əlicançaya girib yuxarılara qalxır və oraarda kürüləyir. Ona görə də Əlicançayın qorunması həm də bu cəhətdən vacibdir.

Qeyd etmək vacibdir ki, Kür çayı axını nizamlandıqdan və onun su rejimi dəyişildikdən sonra minoqanın çoxalma biologiyasında uyğunlaşma istiqamətində dəyişiklik baş vermişdir. Belə ki, minoqa indi təkcə Kürə deyil, həm də Lənkəran və Yalama-Xudat çaylarına girir. Həm də bu çaylarda daha çox rast gəlir. 1987-1989-cu illərdə Xəzərə tökülən Müxtədirçaydan qısa vaxt ərzində 30 minoqa tutulmuşdur. Bu minoqaların uzunluğu 30-43, orta hesabla 35,85 sm, kütləsi 47-113, orta hesabla 79 q, dolğunluq əmsalı 1,34-1,90 arasında dəyişilərək, orta hesabla 1,67 olmuşdur. Minoqaların bir qismi (16 minoqa) kürülü olmuşdur. III yetkinlik dərəcəsində olan bu minoqaların məhsuldarlığının azı 17,5 min, çoxu 32,0 min olmuş, bir minoqada isə 39,6 min kürü sayılmışdır. Minoqalar Xəzər dənizindən 200-250 m məsafədə tutulmuşdur, həm də bunlar III yetkinlik mərhələsində idi. Xəzər yaxınlığında III yetkinlik mərhələsində olan minoqaların tutulmasına əsasən qeyd etmək olar ki, cinsiyyət vəziləri hələ dəniz dəyazlıqlarında – şirinləşmiş hissələrdə yetkinləşməyə başlayır ki, bu, canlı orqanizmin özünü saxlamağa, burada isə kürüləmə yolunun qısalmasına uyğunlaşmalıdır. əvvəllər minoqanın Kür çayında kürüləmə yolu təxminən 1000 km-dən çox olduğu halda, bu kiçik çayda 100-150 km-dən çox deyil. Hazırda minoqanın ehtiyatı nisbətən yaxşılaşıb, əfsus ki, qeyri-qanuni yolla ovlanma yüksəkdir.



ALİ SÜMÜKLÜ BALIQLAR
Belə güman edirlər ki, ali sümüklü balıqların müxtəlif qrupları sümüklü qanoidlərin müxtəlif əcdadlarından təşəkkül tapmışlar. Bu balıqların pulcuqlan sümükdəndir, kəlləsində sümükləşmə çoxdur, alt çənəsində sümüklərin miqdarı azalır, üzgəclərində sümük şüalar əmələ gəlir, quyruğu homoserkaldır, ürəyində arteriya konusu aorta soğanaqçarı ilə əvəz olubdur, bağırsağında spiral klapan yoxdur, üzmə qovuğunda alveolluq itibdir, onunla qida borusunun bel hissəsi arasında klapan vardır. Əsl sümüklü balıqlar triasda əmələ gəlib, tabaşirdə çoxluq təşkil ediblər, kaynozoyda hər yerə yayılaraq daha çox müxtəliflik əmələ gətiriblər. Hazırda yaşayan balıqların 90 faizini əsl sümüklü balıqlar təşkil edir.

SİYƏNƏKKİMİLƏR - Clupeiformes dəstəsi. Bədəni uzunsov, yanlarından az basıq olan siyənəklərin üzəri sikloid pulcuqlarla örtülüdür, üzmə qovuqları açıqdır. Üzgəclərində sərt şüalar yoxdur, baş sümükləri nazikdir - zəifdir. Pulcuqları yapışqanlıtohor olduğundan - tez töküləndir. Bunların foqərələrində dəlik, döş üzgəcləri qurşağında (çiyin qurşağı) mezokarokoid sümüyü var. Qarın üzgəcləri döş üzgəclərindən aralı yerləşir. Bəzi ədəbiyyatlarda, bir neçə dəstəni də siyənəklərə aid edərək onları 8-10 dəstəaltına ayırırlar. İxtioloji elmi ədəbiyyatda siyənəkləri sümüklü -balıqların başlanğıcı hesab edirlər.

SİYƏNƏKLƏR - Clupeidae fəsiləsi. Bunlar qəlsəmə pərdələrinin boğazla birləşməsi; ağızın irəliyə hərəkətsizliyi -uzanmaması; yan xəttin, baş üzərində pulcuq örtüyünün olmaması; dişlərin zəif inkişafı və ya yoxluğu və qarın tilinin olması ilə səciyyələnirlər.

Siyənəklər geniş yayılıblar, həm də buna görə böyük müxtəliflik əmələ gətiriblər. Onları 6 fəsilaltına ayırır, 200-ə qədər növü olduğunu qeyd edirlər. Dəniz siyənəkləri və keçici siyənəklər daha çoxdur. Uzunluqları adətən 50 sm-dən çox olmur. Heyvanı planktonla qidalanırlar. Çoxu pedaqofildir, suyun dibində kürü tökür.

Atlantik və Sakit okean siyənəkləri daha çox saylıdır, uzaq miqrasiyalar edirlər. Bu siyənəklər çox tutulur, dünya balıq ovunun 10%-ə qədərini təşkil edir. Sardinlər və okean siyənəkləri daha çox ovlanır. Hazırda okean siyənəklərinin ehtiyatı azalmaq üzrədir.

Tədrisin keyfiyyəti baxımından siyənəklər fəsiləsinin nümayəndələrini 3 qrupa - kilkələrə, sardinlərə və siyənəklərə ayırmaq daha yaxşı olar. Buşqardan kilkələrin 2 - əsl kilkə və ya şprot (Sprattus) və kilkə (Cluipeonella); sardinlərin 3-sardina (Sardina), sardinops (Sardinops), sardinella (Sardinella); siyənəklərin 2-okean və ya dəniz siyənəyi (Clupea), Xəzər-Qara dəniz və Atlantik siyənəyi (Alosa) cinsi haqda məlumatlar daha çoxdur.

- ƏSL KİLKƏ VƏ YA ŞPROT - Sprattus cinsi. Avropanın, Cənubi Amerikanın, Cənubi Avstraliyanın və Yeni Zelandiyanın mötədil və subtropik sularında yayılan bu balıqların ağzı kiçikdir, qarın tipli yaxşı inkişaf edib, anal üzgəcinin sonuncu ikişüası gödəkdir.

Keçmiş SSRİ sularında şprotların adi şprot -S.Sprattes (L.) adlı bir növü, iki növaltısı məlumdur: Baltik şprotu - S.s.baltica Schn. və Qaradəniz şprotu -S.s.phalerieus (Risso). Hər iki şprot sürü halında yaşayır, uzunluqları 17 sm-ə qədərdir. Baltik, Qara dəniz və Azov dənizində yayılıblar. Cinsiyyət yetkinliyinə Baltik şprotu 2-3, Qara dəniz şprotu 1 yaşında çatır. Baltik dənizində apreldən avqusta, Qara dənizdə (oktyabrdan marta qədər kürü tökür. Kürütökmə hissə-hissə baş verir. Kürü pelegialdır, sayı 0,5 mindən 36 minə qədərdir. Baltik şprotu dənizin cənub-qərb buxtalarında, Fin körfəzinə çıxan ərazidə və Riqa körfəzində rast gəlir. Ayrı-ayrı yığınlar əmələ gətirən Baltik şprotunun boyca iriləri sahildən aralı, kiçikləri isə sahilə yaxın olurlar. Qara dəniz şprotu dənizin açıq hissələrində 6-17° temperaturda iri yığımlar əmələ gətirir. İsti vaxtlarda 100 m-ə qədər dərinliyə enir, payızda yenidən üst qatlara qalxır. Qışı suyun dib hissələrində keçirir, zooplanktonla qidalanır. Baltik şprotu mühüm vətəgə balığıdır, onun illik ovu 100 min tona yaxın olur. Qara dəniz şprotu iri sürülər əmələ gətirmədiyi üçün onun vətəgə əhəmiyyəti çox deyil.

KİLKƏ - Clupeonella cinsi. Rus ədəbiyyatlarında kilkə cinsinə və onun növlərinə tülka da deyilir. Uzunluğu 14,5 sm-dən çox olmayan kilkələrin Xəzər dənizində 3 növü yaşayır (şəkil 60). Kilkələrin Novorossiyski yaxınlığında Abroudağ gölündə yaşayan daha bir növü var - C.abrau (Maljatskij).

XƏZƏR KİLKƏSİ - C.delicatula caspia Xəzər dənizində sahilə yaxın yerlərdə yayılıb. Onun bel üzgəcində 11-13, anal üzgəcində 16-19, qarın üzgəcində əksərən 7, az hallarda 6 şüa olur. Bədəni uzunsov olub, yanlardan basıqdır, pulcuqları orta irilikdədir. Uzunluğu 14,5 sm-ə, kütləsi 19 q-a çatır, 6 ilə qədər yaşayır. Xəzər kilkəsinə bəzən adi kilkə də deyirlər. Bu kilkənin Qara və Azov dənizlərində yaşayan fərdlərinin uzunluğu 9 sm-dən çox olmur. Əsasən dəniz balığı olub 2 yaşında nəsil verməyə başlayır, kürüsünü sahil zonada yanvardan iyula qədər tökür. Kürü hissə-hissə yetişir və hissə-hissə də suya buraxılır. Kürülərinin sayı 10 mindən 60 minə qədər olur. Kürü suda inkişaf edir, 1-2 gündən sonra sürfələr çıxır. Xəzər kilkəsinin az qisim fərdləri çoxalmaq üçün Volqa, Ural, Terek çaylarına girir, lakin yuxanlara getmir. Qidasını xərçəngkimilər, qismən -amfıpodlar və molyuska sürfələri təşkil edir. Bu kilkənin bəzən öz kürüsünü və sürfələrini də yediyi ədəbiyyatda qeyd edilir.

Xəzər kilkəsinin vətəgə əhəmiyyəti böyükdür, ehtiyatı digər kilkələrdən yüksəkdir.

ANÇOUSABƏNZƏR KİLKƏ - C.engrauliformes əsasən Xəzərin orta və cənub hissələrində yayılıb. Onun bel üzgəcində 12-14, anal üzgəcində 16-18 şüa olur. Bədənin forması, pulcuqlarının iriliyi Xəzər kilkəsində olduğu kimidir. Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır.

Dəniz balığıdır, şirin suya getmir, 2-3 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Cinsiyyət vəzləri hissə-hissə yetişir. Məhsuldarlığı 18 mindən 60 minə qədərdir. Kürüsünü apreldən noyabra qədər tökür. Kürü pelegialdır, suyun üst qatlarında inkişaf edir, 1,5-2 gündən sonra kürülərdən sürfələr çıxır. Ançousabənzər kilkənin qidasını - plankton orqanizmlər, əsasən xərçəngkimilərin ibtidailəri və molyuska sürfələri təşkil edir. Az hallarda irigöz kilkənin sürfələri də onun yemində iştirak edir. Sürü halında yaşayır, yay aylarında 15-60 m, qışda 750 m-ə qədər dərinliyə gedir, vətəgə əhəmiyyəti çoxdur. Lakin kilkələrin ovu bir yerdə göstərildiyindən hər növün miqdarı ayrıca bilinmir.

İRİGÖZ KİLKƏ - C.grimmi Kessler. Əvvəlki kilkə kimi irigöz kilkədə Xəzər dənizinin Orta və Cənub hissələrində yayılıb. Вu kilkənin bel üzgəc şüalarının sayı 12-18, anal üzgəcində şüalarının sayı 18-21-dir. Bədən forması, pulcuq iriliyi digər iki növ kilkədə olduğu kimidir. Döş üzgəclərinin ucları nisbətən dəyirmidir, gözləri iridir (adı da buradandır). Uzunluğu 11,2 sm-ə, kütləsi 10,9 q-a çatan irigöz kilkə 5-6 ilə qədər yaşayır.

İrigöz kilkə də dəniz balığıdır. Cinsiyyət vəziləri hissə-hissə yetişir, məhsuldarlığı 6 mindən 24 minə qədərdir. Kürüsünü dərinliyi 100 m-ə qədər olan yerlərdə yanvardan sentyabra qədər tökür. Kürü pelegialdır, suda üzərək inkişaf edir. Əvvəlki kilkələr kimi irigöz kilkə də plankton orqanizmləri daha çox yeyirsə də qidanın tərkibində mizidlər, Hətta balıq körpələri də iştirak edir. Vətəgə balıqlarından hesab edilir.

ABRAU KİLKƏSİ - C.abrau (Maljatskij). Novorossiyski yaxınlığında Abrau gölündə yaşayan şirin su balığıdır. Bir yaşında cinsiyyət yetkinliyinə çatır, kürüsünü maydan oktyabra qədər tökür. Gecə daha fəal olur, vətəgə əhəmiyyəti yoxdur.

SARDİNA - Sardina cinsi. Başı uzun və yastı olan bu balığın qəlsəmə qapağında yaxşı görünən radial cızıqlanma var. Anal üzgəcinin iki şüası, eləcə də quyruq üzgəci əsasında olan pulcuqlar daha uzundur. Cinsin adi sardina adlı tək növü göstərilir.

ADİ SARDİNA - S.pilchardus Walb. Atlantik okeanın və Şimali Afrika sahillərinin isti və subtropik sularında, Aralıq dənizində, Qara dənizdə yayılıb. Sardinanın ağzı kiçikdir, birinci qəlsəmə qövsü üzərində olan dişciklər uzundur. Onun uzunluğu adətən 20-25 sm, ən çoxu 30 sm-ə qədərdir. İki yaşında, uzunluğu 13 sm olduqda cinsiyyət yetkinliyinə çatır. Kürüsünü 10-18° temperaturda sahilə yaxın yerlərdə suya buraxır. Heyvani planktonla qidalanır. Bir-birindən təcrid yaş qrupları əmələ gətirir.

SARDİNOPS - Sardinops cinsi. Bu cinsin nümayəndələri sardina cinsinin nümayəndələrindən birinci qəlsəmə qövsü əyrisində olan qəlsəmə dişciklərinin gödəkliyi, ağızın yekəliyi və üst çənənin geri nahiyyəsinin gözün ortasından geri keçməsi ilə fərqlənir. Cinsin 1 növü -Uzaq Şərq sardinası və 5 növaltısı var; Uzaq Şərq, Kalifomiya, Peru, Avstraliya-Yeni Zelandiya, Cənubi Afrika sardinaları Uzunluğu 27 sm-ə çatır. 8 ilə qədər yaşayır. Uzaq Şərq sardinasının vətəgə əhəmiyyəti daha çoxdur.

UZAQ ŞƏRQ SARDİNASI - S.Sagax melanosticta (Schlegel) Sakit okeanın şimali-qərbində yaşayır. Çoxalma və qışlaması Xonsyu adasının cənubi-şərqində və cənubi-qərbində müşahidə edilir. 3 yaşında cinsiyyətcə yetkinləşir, fevral-mart aylarında kürüsünü suya buraxır. Kürülərinin sayı 50 minə qədər çatır. Apreldə-mayda şimala doğru hərəkətə başlayır, Yapon dənizinin qərb və şimal hissələrinə gəlib çıxır, daha sonra Xokkaydo, Cənubi Kuril və Saxalin adaları, bəzən Kamçatka sahillərinə qədər gedir. Payızda cənuba, Yaponiya sahillərinə qayıdır. Həm bitki, həm də heyvani zooplanktonla qidalanır. Vətəgə əhəmiyyəti çoxdur. 1978-ci ildə bütün dünyada 2 milyon ton Uzaq Şərq sardinası tutulub.

SARDİNELLA - Sardinella cinsi. 16 növü olan bu cinsin nümayəndələri başlıca olaraq Hind okeanı, Cənubi və Cənubi-Şərqi Asiya sularında yayılıb. Digər sardinlərdən qəlsəmə qapağı üzərinin hamarlığı ilə fərqlənir. Mötədil sularda yaşayan dəyirmi sardinella (S.aurita Val) müstəsna olmaqla qalan növlərinin hamısı tropik suların balıqlarıdır. Sakit okeanın qərb, Atlantik okeanın şərq sularında, Aralıq, Adriatik, Egey, Mərmərə dənizlərində dəyirmi sardinella (buna alaşa-sardinella da deyilir) çox saylıdır, ovun əsas hissəsini təşkil edir. Onun tək-tək fərdləri Qara dənizə də gəlib çıxır. Uzunluğu adətən 20-22 sm, ən çoxu 38 sm-dir. Bir yaşında və ya uzunluğu 13-16 sm olduqda nəsil verir. Kürüsünü sahil zonada tökür. Aralıq dənizində iyuldan avqusta qədər kürüləyir. Qidasını xərçəngkimilər təşkil edir. Şaquli qidalanma miqrasiyasına məruz qalır: gecə üst qatlara qalxır, gündüz dərinliyə gedir. 6 ilə qədər yaşayır.

ОКЕAN VƏ YA DƏNİZ SİYƏNƏYİ - Clupea cinsi. Cinsin eyni adlı 1 növü var.

OKEAN VƏ YA DƏNİZ SİYƏNƏYİ - Cl.harengus L. Şimal yarımkürəsinin boreal və subarktika sularında geniş yayılıb. Cənub yarımkürəsində yalnız Çili sahillərində rast gəlir. Şimal yarımkürəsində 3 növaltı əmələ gətirir: Atlantika siyənəyi, Sakit okean siyənəyi və Baltik siyənəyi. Bu növaltıların morfoloji əlamətlərinə, kürüləmə-qidalanma yerlərinə, həm də vaxtına görə bir-birindən fərqlənən irqləri və sürüləri məlumdur. Dəniz siyənəyi cinsinin nümayəndələrini az fəqərəlilərə (orta hesabla 52-55 fəqərə) və çox fəqərəlilərə (55-57) ayırırlar. Sakit okean, Ağ dəniz və Peçora siyənəkləri az fəqərəli, Atlantik okeanı və Baltik siyənəkləri çox fəqərəlidir.

ATLANTİKA SİYƏNƏYİ - Cl.harengus harengus L. Areal daxilində 3 əsas qrup əmələ gətirir: Atlantika-Skandinaviya, Qərbi Atlantika və Şimal dənizi siyənəyi. Atlantik siyənəyi pelegial balıqdır, uzunluqu 40 sm-ə qədərdir, plankton xərçəngkimilər və balıq körpələri ilə qidalanır, 3-8, ən çox 4-5 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Cinsiyyətcə ilk dəfə yetkinləşən Atlantika-Skandinaviya siyənəyinin uzunluğu 28-29 sm, Şimal dənizi siyənəyinin uzunluğu isə 23-25 sm olur. Şimal dənizi siyənəyi yayda kürü tökür. Onun kürülərinin sayı orta hesabla 140-190 min olduğu halda, yazda kürü tökən Atlantik-Skandinaviya siyənəyininki orta hesabla 48 mindir. Axırıncılar Norveç və İslandiya sahillərində 200 m-ə qədər dərinlikdə kürüləyir, kürü yapışqanlıdır, üzərinə töküldüyü substrata yapışır. Kürüdən çıxmış sürfələr su qatına qalxır, su axını vasitəsi ilə Norveç və Barens dənizlərinə aparılır. Körpələr burada cinsiyyətcə yetkinləşənə qədər yaşayır, kürü tökdükdən sonra daha şimala köçüb gedirlər. Bu zaman yaş qruplarından ibarət yığımlar əmələ gəlir. Atlantik siyənəyi 20 ilə qədər yaşayır.

BALTİK SİYƏNƏYİ VƏ YA SALAKA -Cl.h.membras L. Baltik dənizinin əsas vətəgə balığı olan bu siyənək dənizin nisbətən şirinləşmiş sahillərinə də yaxınlaşır. Əksəriyyətinin uızunluğu orta hesabla 14-16 sm, az hallarda 37,5 sm olur. Suyun üst qatlalarında sürü ilə yaşayır. 2-3 yaşlarında nəsil verir. Kürüsünıü sahilə yaxın yerlərdə dibdə tökür. Bu siyənəyin iki irqi göstərilir: yaz salakası, payız salakası. Yaz irqi may-iyun, payız irqi avqust-sentyabr aylarında kürüləyir. Kürülərinin sayı orta hesabla 10-11 mindir. Kürü tökəndən sonra sahildən uzaqlaşıb zooplanktonla qidalanır, 11 ilə qədər yaşayır.

SAKİT OKEAN SİYƏNƏYİ -Cl.h.pallasi Val. adı çəkilən okeanın şimalında yayılan bu siyənəyin 12 dəniz, 3 göl sürüsü olduğu qeyd edilir. Bunlardan Saxalin-Xokkaydo siyənək sürüsü daha çox saylıdır. Bu sürüdə uzunluğu 50 sm-ə çatan fərdlər var. 2-3 yaşlarında cinsiyyətcə yetkinləşir, yanvardan iyula qədər orta hesabla 72 min kürü tökür. Kürünün inqubasiya dövrüi 15-20 gün çəkir, sonrakı inkişaf nisbətən zəif gedir, bu müddətə itki faizi nisbətən çox olur. Bu siyənək 18 ilə qədər yaşayır. Sakit okean siyənəyinin Ağ dənizdə və Peçorada yaşayan sürüləri məlumdur.

AĞ DƏNİZ SİYƏNƏYİ - Cl.h.p.maris-albi Berg dənizin sahillərində və körfəzlərdə yaşayır. Əsas vətəgə balığı olan bu siyənək cinsiyyətcə tez yetkinləşir, zəif böyüyür. Bu siyənəyin iki forması var: nisbətən iri (adətən 20-30, ən çox 34 sm) İvanov və boyca kiçik (12-13, ən çox 22 sm) Yeqorov siyənəkləri. İvanov siyənəyi 3-4, Yeqorov siyəniyi 2-3 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Нər iki forma kürüsünü sahildə otlar üzərinə tökür. Yeqorov siyənəyi aprel-may, İvanov siyənəyi may-iyun aylarında kürüləyir. Kürülərinin sayı müvafıq surətdə 2-21, 9-62 mindir. Kürünün inqubasiya müddəti bəzən 5 günə qədər davam edir. Xərçəngkimlər və balıq körpələri ilə qidalanır, 7-8 ilə qədər yaşayır.

PEÇORA SİYƏNƏYİ - Cl.h.p.Suworowı Rabiinerson Barens dənizinin conubi-şərq, Karsk dənizinin cənub hissəsində yayılıb. Ob, Yenisey və Lena çayları tökülən hissələrdə daha çox rast gəlir. Uzunluğu 3 2 sm-ə qədərdir. 4-5 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Kürüsünü Barens dənizində may-iyul, Karsk dənizində avqust-sentyabr aylarında dayazlıqda, daşlı-çınqıllı yerlərdə tökür. Xərçəngkimiləri və balıq körpələrini daha çox yeyir. 11 ilə qədər yaşayır, ehtiyatı çox deyil.

SİYƏNƏK - Alosa cinsi. Bunların ağzı yekədir, qarın tili yaxşı inkişaf edib, quyruğun sonunda uzanmış pulcuqları da görünür. Cinsin nümayəndələrini siyənəklərə və şişqarınlara ayrılırlar. Cəmi 11 növü plan bu cinsin 7 növü Xəzər, Azov, Qara dənizlərində, 4 növü isə Şimali Atlantikada yayılıb. Buna görə də bəzi ədəbiyyatlarda bu cinsin adı «Хəzər-Qara dəniz və Atlantik siyənəyi» yazılır. Bunların arasında keçici, yarımkeçici, bəzzn şirin suda oturaq yaşayanları da var. Kürünü hissə-hissə tökür, kürü peloegial və ya yarıepelegialdır. Keçici siyənəklərin bir qismi kürü tökdükdən sonra ölür.

QARA DƏNİZ SİYƏNƏYİ - A.K.pontica (Eichwald). Qara dəniz və Azov hövzələrində yayılıb. Dişləri yaxşı inkişaf edib. Keçici balıqdır, uzunluğu 30 sm-ə çatır, Kürü tökmək üçün Don, Dnepr, Buq, Dnestr, Dunay çaylarına gedir. Bu siyənəyin həyat tərzi qarabel siyənəyin həyat tərzinə yaxındır. Vətəgə əhəmiyyəti böyükdür.

AZOV ŞİŞQARINI - A.c.tanaica (Grimm) Azov və Qara dənizlərin şərqində yayılıb, keçici siyənəkdir. Uzunluğu 16 sm-ə qədər olan bu şişqarının qəlsəmə dişcikləri nazik-uzundur, onların sayı 63-dən 85-ə qədərdir. Vətəgə əhəmiyyəti çox deyil.

XƏZƏR ŞİŞQARINI - A.c.caspia (Eichwald) Xəzər dənizinin hər yerində rast gəlir. Bu şişqarının (şəkil 61) 50-dən 180-a qədər olan qəlsəmə dişcikləri nazik-uzundur. Bel üzgəcində, 13-15, anal üzgəcində 15-20 şüa vardır. Dişləri çox zəifdir. Bədəni hündür, quyruq hissəsi gödəkdir, pulcuqları orta irilikdədir. Bədənin yanlarında 5-7 qara ləkə var. Onun Şimali və Orta Xəzərdə çoxluq təşkil edən eyni adlı formaları malumdur. Uzunluğu 28 sm-ə çatır. Əsasən 7, bəzən 9 ilə qədər yaşayır. 2-3 yaşlarında cinsiyyətcə yetkinləşir, kürüsünü hissə-hissə tökür. Kürülərinin miqdarı bəzən 40 mindən çox olur. Kürüləmə m iyun aylarında müşahidə edilir. Qidasını plankton xərçəngkimilər təşkil edir. Qışı dənizin cənubunda keçirir, mart ayından başlayaraq qərb sahilləri ilə şimala gedir. Mühüm vətegə balıqlarındadır, dəniz sahili vətəgələrdə ən çox mart-aprel aylarında tutulur. Siyənək ovunun adətən 33-77%-ni təşkil edir.

SARA ŞİŞQARINI A.c. knipowischi (şəkil 61) Xəzər danizinin qərb yarımhissəsində, Pəhləvi körfəzində, Astara və Bakı arxipelağı ərazisində daha çox rast gəlir. Payızda şimala doğru Xudata qədər gedir. Onun bel üzgəcində 12-14, anal üzgəcində 16-20 şüa var. Qəlsəmə dişcikləri çox nazikdir və uzundur. Dişləri zəifdir, alt çənə adətən dişsizdir. Başı yekədir. Qəlsəmə qapağı gerisində belində bir, bədən yanlarında 7-уə qədər qara ləkə var. Uzunluğu adətən 18-20 sm, ən çoxu 25,5 sm-dir, 8 ilə qədər yaşayır. Biologiyası zəif öyrənilib, Kürüsünü may-iyun aylarında şirin və ya şortəhər sularda tökür. Vətəgə əhəmiyyəti çox deyil. Əvvəllər Xəzərin Bakıdan cənuba olan hissəsində az miqdarda (ümumi siyənək ovunun 1,3%-i qədər) tutulardı.

İRİGÖZ ŞİŞQARIN - A.saposhnikovi (Grimm) Xəzərin hər yerində, ən çox Orta Xəzərin hər iki sahilində rast gəlir. Bədəni uzunsov-hündür olan bu siyənəyin bel üzgəcində 12-15, anal üzgəcində 15-21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri (şəkil.64), dişləri möhkəmdir. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14-21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır.

Dəniz balığı olan bu siyənək cinsiyyət yetkinliyinə 2-3 yaşlarında çatır. Çoxalması may ayında müşahidə edilir. Bu zaman suyun temperaturu 14-16,0° olur. Kürüsünü qumlaqda, balıqqulağı ilə örtülmüş ərazidə, bəzən lillikdə dərinliyi 6 m-ə qədər olan yerlərdə tökür. Kürünün sayı 44-160 mindir. Suyun temperaturu 14-15,0° olduqda 4-6 gündən sonra kürüdən sürfələr çıxır. İrigöz şişqarın yırtıcıdır, qidasını xırda balıqlar, məs. aterin, xullar, siyənək körpələri təşkil edir.

Mühüm vətəgə balıqlarından olan irigöz şişqarın ən çox yazda (əsasən mart-aprel) orta Xəzərin Xudat-Yalama ərazisində siyənək vətəgələrində tutulur. Siyənək ovunun 13%-ə qədərini irigöz verir.

BRAJNİKOV SİYƏNƏYİ A.brashnikovi (Borodin) çox dəyişkəndir, 8 növaltısı məlumdur. Xəzər dənizində geniş yayılmış bu siyənəklərin respublika ərazi sularında bioloji və morfoloji əlamətləri ilə fərqlənən aşağıdakı növaltılarına rast gəlinir: Dolgin siyənəyi, ağbaş siyənək. Aqraxan siyənəyi, Sara siyənəyi, irigöz siyənək, Həsənqulu siyənəyi, Ağbaş siyənək. Brajnikov siyənəkləri siyənək ovunun 9-14%-ni təşkil edir. Xəzərin Azərbaycan ərazisində Sara siyənəyi Dolgin siyənəyi daha çox rast gəlir.

SARA SİYƏNƏYİ - A.brashnikovi sarensis Xəzərin cənub-qərb hissəsindən tutmuş şimalda Dağıstan sarhədlərinə qədər olan sahillərdə yayılıb. Ovun bel üzgəcində 13-15, anal üzgəcində 17-20 şüa var. 21-dən 38-ə qədər olan nazik, kobud və yastı qəlsəmə dişciklərinin uçları sivridir, pulcuqlan orta irilikdədir, ağzı başın ucunda yerləşir. Uzunluqu 39 sm-ə kütləsi 820 q-a çatır, 8 ilə qədər yaşayır.

Dəniz balığı odan bu siyənək 3-4 yaşlarında cinsiyyət yetkinliyinə çatır, kürüsünü Lənkəran sahillərində, Sara adası, - Kür əyrisi, Bəndovan bumu, Svinoy, Duvannı, Jiloy adaları orazilərində may-iyun aylarında hissə-hissə tökür. Kürüsünün miqdarı 30 mindən 260 minə qədər olur. Kürü pelegialdır, suda üzərək inkişaf edir. Sara siyənəyi yırtıcıdır, qidasını xırda balıqlar (kilkə, aterin, xul, siyənək körpələri), az miqdar xərçəngkimilərdən krevetkalar təşkil edir.

Mühüm vətəgə balıqlarından olub Xəzərin cənub-qərb sahillərində mart-aprel aylarında ovlanır. O, tutulan siyənəklərin bəzən 2/3 hissəsi qədər olur, əvvəllər bəzi yerlərdə isə ovuın 95%-ni sara siyənəyi təşkil edirdi.

DOLGİN SİYƏNƏYİ - A.b.brashnikovi (Borodin) kürüləməyə getmə zamanı Xəzər dənizində geniş yayılmış bu siyənək (şəkil 62) Orta Хəzərin hər iki sahillərində iri sürülər əmələ gətirir, buna görə də nisbətən çox rast gəlir. Bel üzgəcində 12-15, anal üzgəcində 10-20 şüa olan Dolkin siyənəyinin qəlsəmə dişcikləri seyrəkdir, gödəkdir və kobuddur, onların sayı 24-27-dir. Çənələri eyni uzunluqda, pulcuqları orta irilikdədir, həm də nazikdir. Başının üst hissəsində və üzgəclərində piqment ləkələri, qəlsəmənin qapağı gerisində isə hər tərəfdə tək qara ləkə var. Uzunluğu 20-35 sm, kütəsi 100-550 q-dır, ən irisinin uzunluğu 50 sm -ə çatır, 9 ilə qədər yaşadığı məlumdur.

Dəniz balığı olan Dolgin siyənəyi 4 yaşında cinsiyyət yetkinliyinə çatır. Kürüsü hissə-hissə yetişir, dərinliyi 1-4 m olan yerlərdə çoxalır. Kürütökmə zamanı suyun temperaturu 14-8,0° olur. Kürülər nisbətən xırdadır, onların sayı 55 mindən-380 minə qədərdir. Kürüsünü dəniz sahilinin lilli və qumlu yerlərində tökür. Yırtıcı balıqdır, Sara siyənəyi kimi xırda balıqları (kilkə, aterin, xul, siyənək körpələri) daha çox yeyir, qidasında az miqdarda xərçəngkimilərə təsadüf edilir.

Mühüm vətəgə balıqlarından olan bu siyənəyin indi ehtiyatı azalıb. Xəzərin qərb sahillərində daha çox tutulardı, ovun 10-42%-ni təşkil edərdi.

AQRAXAN SİYƏNƏYİ - A.b.agrachanica (Mikhaylovsky), (şəkil 62) Volqa çayının deltası və dənizin orta hissəsinin şərqi müstəsna olmaqla Xəzərin hər yerində rast gəlir. Bel üzgəcində 13- 35, anal üzgəcində 16-20 şüa olur. Qəlsəmə dişcikləri düzdür. Onların sayı 26-41, orta hesabla 32,2-dir. Bədəni nisbətən hündürdür. Qəlsəmə qapağı gerisində adətən bir qara ləkə olur. Uzunluğu 29-33 sm-dir. Azərbaycan sularında uzunluğu 40 sm, kütləsi 955 q olan fərdlərə də təsadüf edilib. Dəniz balığıdır, lakin şortəhər sulara girənləri də var. 3-4 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Kürüsü hissə-hissə yetişir, kürü tökməsi may-iyun aylarında suyun temperaturu 20-2,0° olduqda müşahidə edilir. Kürülərinin sayı 49 mindan 370 minə qədər olub, orta hesabla 203 mindir. Ovlanan balıqların əsasını 3-4 yaşlı fərdlər təşkil edir. Qışı dənizin cənub hissəsində keçirir, aprel-mayda qərb sahili ilə şimala doğru hərəkət edir. Payıza qədər şimalda olur. Yırtıcıdır, balıqla qidalanır. Vətəgə əhəmiyyəti çox deyil, çoxalma miqrasiyası zamanı ovlanır.

İRİGÖZ SİYƏNƏK- A.b.autumnalis (Berg) Xəzər dənizinin cənub hissəsində yayılıb. Bu siyənəyin (şəkil 62) bel üzgəcində 16-20 şüa olur. Birinci qəlsəmə qövsündə orta hesabla 28,8 kobud, yastı, əyri-üyrü dişcik var. İrigöz siyənəyin başı, о cümlədən rostrumu nisbətən uzunsovdur və sivriləşmişdir. Bədən hündür, quyruq gövdəsi qısadır. Gözlərinin iriliyi, döş üzgəclərinin uzun olması nəzərə çarpır.

Dəniz siyənəyidir, çoxalması şirin sularla əlaqədar deyil. Xəzərdə iki sürü əmələ gətirir: şərq sahilləri sürüsü və qərb sahilləri sürüsü. Birinci sürünün fərdləri martın axırlan aprelin əvvəllərində, ikinci sürünün fərdləri may ayında kürüləyir. Kürü hissə-hissə yetişir, hissə-hissə də (adətən 3 hissədə) tökülür. Uzunluğu 27-34 sm, kütləsi orta hesabla 366 q, yaşı - 3-6 il olan balıqların 61 mindən 280 minə qədər kürüsü olur. Bu siyənək əsasən dib həyatı keçirir, qidasını krevetkalar, xullar, az miqdarda kilkələr təşkil edir. Şərq sahilində 4-5, qərb sahildə 5-6 yaşlı fərdlər daha çoxdur. Vətəgə əhəmiyyəti çox deyil, az miqdarda dənizin Astara, Sara adası və Nord-Ost-Kultuk ərazilərində tutulur.

HƏSƏNQULU SİYƏNƏYİ - A.b.kissclewitschi (Bulgakov) Xəzərin cənubunda, başlıca olaraq Həsənqulu-Çikişlər yaxınlığında, buradan bir qədər şimalda yayılıb. Dənizin qərbində Astara və Sara adası yaxınlığında da təsadüf edilir. Bel üzgəcində 12-15, anal üzgəcində 14-19 şüa var. Birinci qəlsəmə qövsündə 32-43, orta hesabla 37,4 kobud, yaslı, ucları iqi dişcik olur. Bədəni nisbətən hündürdür, qəlsəmə qapağları gerisində hər tərəfdə bir qara ləkə olur. Uzunluğu adətən 30-35 sm, ən çox 40 sm-dir, 9 ilə qədər yaşayır.

Həsənqulu siyənəyi (şəkil 62) dəniz balığıdır, su qatlarında sürü halında yaşayır, şirin suya getmir. Cinsiyyət yetkınliliyə 4-5 yaşlarında çatır. Kürüsü hissə-hissə yetişir. Kürüləməsi dənizin cənub hissəsində, suyun temperaturu 25,0°S olduqda müşahidə edilir. Əsasən xırda balıqlarla qidalanır. Qışı Həsənqulu və Çikişlər yaxınlığında keçirir, yazda bir qədər şimala doğru hərəkət edir. Brajnikov siyənəkləri arasında mühüm vətəgə balığı hesab edilir. Ən çox qışlama yerlərindən ovlanır.

AĞBAŞ SİYƏNƏK. A.b.grimmi (Borodin) Xəzər dənizinin şərq sahillərində Astrabad körfəzindən Qaraboğaza qədər, qərb sahiIlərində Aslaradan Abşerona qədər yayılıb. Şərq sahillərdə cinsiyyət yetkinliyinə çatmış fərdlər, qərb sahillərdə isə cavanlar çoxluq təşkil edir.

Bel üzgəcində 12-15, anal üzgəcində 16-20 şüa var. Başı gödək və yastıdır. Bədənin rəngi ümumən tutqundur. Beli, başın geri hissəsi bozumtuldur, başın önü, döş üzgəcləri ağdır. Qəlsəmə qapaqları gerisində hər tərəfdə bir qara xal, onlardan geridə, bədən yanlarında bir neçə boz xallar olur, bəzən bu xallar birləşib zolaq əmələ gətirir. Pulcuqları nazik, xırda, tez töküləndir. Uzunluğu 38 sm-a qədər çatır, adətən 27-30 sm-dir. Bu siyənək başının ağımtıllığı, alt çənəsində qığırdaq həlqənin olması, qəlsəmənin dişciklərinin məxsusliyi - yoğun, kobud, əyri-üyrü və az olması (şəkil 63) ilə digər siyənəklərdən asanlıqla fərqlənir. Cinsiyyət yetkinliyinə 3-4 yaşlarında çatır. Kürüsünü suyun temperaturu 15-23,0° olduqda dənizin şərq sahillərində tökür. Kürülərinin sayı 75 mindən 200 minə qədərdir. Kürüsü hissə-hissə yetişir, hissə-hissə də tökülür. Türkmənistan sularında vətəgə əhəmiyyəti var. Azərbaycan sularında çox az tutulur.

QIZILAĞAC SİYƏNƏYİ A.curensis (Suworov) Cənubi Xəzərin qərbində, Kürün mənsəbinə yaxın hissələrdə, Böyük Qızılağac körfəzində, Sara adası yaxınlığında, nisbətən az miqdarda dənizin Qaradağ sahəsində yayılıb.

Qızılağac siyənəyinin (şokil 63) bel üzgəcində 15-19, anal üzgəcində 18-24 şüa var. Qəlsəmə dişciklərinin sayı 26-54-dür, bunlar kobud, əyri-üyrüdür. Ağzında dişləri vardır, beli göy-yaşıl, yanlan və qarın tərəfi ağdır. Bəzən qəlsəmə qapağı gerisində tutqun ləkə olur. Boyca kiçik siyənəklərdəndir, uzunluğu 11,0-24,0 sm, kütləsi 45-150 q-a bərabərdir. Cinsiyyət yetkinliyinə 2 yaşında (uzunluğu 11-14 sm) çatır. Kürüsünü aprelin axırlarından başlayaraq iyulun axırlarına qədər Sara adası yaxınlığında, suyun temperaturu 14-28,0° olduqda tökür. Zəif böyüyən balıqdır, bu baxımdan erkəklər dişilərdən fərqlənmir. Əvvəllər Astaradan Şıx əyrisinə qədər olan vətəgələrdə az miqdarda tutulur.

VOLQA SİYƏNƏYİ - A.Kessleri volgensis (Berg) Xəzərin hər yerində yayılıb. Qışı dənizin cənubunda keçirir, yazda sahil boyu şimala doğru hərəkət edir. Kütləvi halda Volqa çayına, az miqdarda Ural çayma girir.

Bu siyənəyin bel üzgəcində 13-15, anal üzgəcində 16-20 şüa olur. Qəlsəmə dişcikləri çoxdur (99-155, orta hesabla 125). Onlar nazik olub qəlsamə yarpaqcıqlarından uzundur (şokil 63). Dişləri zəif inkişaf edib, başı yekədir, onun üstü enlidir. Bədənin rəngi qarabel siyənəyə oxşayır. Yazda rəngi nisbətən açıqlaşır, ləkələri də yox olur. Uzunluğu 27-29 sm, kütləsi 400 q-a qədərdir, ən irisinin uzunluğu 40 sm-ə çatır, 8 ilə qədər yaşayır.

Keçici olan bu siyənək 3-4 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Kürüsü hissə-hissə yetişir. Çoxalma miqrasiyası aprelin axırlarından iyulun ortalarına qədər davam edir. Kürüsünü mayın axırlarından avqustun əvvəllərinə qədər tökür. Kürüləmə sahəsi Volqa çayında Volqoqrad ərazisindədir. Bu vaxt suyun temperaturu 12-27° olur. Kürü pelegialdır, suda üzərək inkişaf edir. Kürülərinin sayı 100 mindən 281 minə qədərdir. Qidasını xərçəngkimilər və xırda balıqlar təşkil edir. Mühüm vətəgə balığıdır. Əvvəllər Xəzər dənizinin siyənək ovunda ikinci yeri tuturdu, indi ehtiyatı azalıb.

QARABEL SİYƏNƏK -A.kessleri (Grimm). Xəzər dənizində ən geniş yayılmış siyənəkdir, dənizin hər yerində rast gəlir. Qışı İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. Qarabelin bel üzgəcində 12-16, anal üzgəcındə 16-20 şüa var. Qəlsəmə dişciklərinin ucları qırıqtəhərdir, onlar yoğundur və kobuddur. Bədəni nisbətən hündürdür və uzunsovdur, başın üstü enlidir, gözləri kiçikdir, ağız ucda yerləşir. Qarabel, siyənəklərin ən irisidir. Uzunluğu adətən 22-44 sm olur, bəzən 52 sm-ə, kütləsi 1,8 kq-a çatır, 6 ilə qədər yaşayır.

Qarabel siyənək keçici (şəkil 3) balıqdır. İriliyi də güman ki, keçiciliyi ilə əlaqədardır. 3 yaşında nəsil verməyə başlayır. Kürüsünü mayın ortalarından avqustun ikinci yarısına qədər tökür, kürütökmənin qızğın vaxtı iyunun ortalarına təsadüf edir. Nisbətən məhsuldar balıqdır, kürülərinin sayı orta hesabla 218 minə qədərdir. Kürüdən çıxmış körpələr dənizə qayıdır. Bu siyənəyin də əksəriyyəti kürü tökdükdən sonra ölür, dənizə çox az qismi qayıdır. Qarabelin kürü tökdükdən sonra kütləvi halda qırılması da çox güman ki, çoxalması, başqa sözlə keçici ekoloji qrupa mənsubluğu ilə əlaqədardır. Onun ümumiyyətlə, azsaylılığı cinsiyyətcə yetkinləşmiş balıqların birinci dəfə kürütökmədən sonra ölməsi ilə də izah edilməlidir. Qarabel siyənək yırtıcıdır, əsasən xırda balıqlarla (kilkə, aterina, xırda siyənəklər), qismən ibtidai xərçəngkimilər va həşərat sürfələri ilə qidalanır. Mühüm vətəgə əhəmiyyəti olan bu siyənək dənizin əsasən Volqa-Xəzər ərazisində tutulur. Azərbaycanın siyənək vətəgələrində mart-aprel aylarında ovlanır. Yüksək keyfıyyətli əti var, yağlılığı 19%-ə çatır.

ANÇOUSLAR - Engraulidae fəsiləsi. Ançouslar okean balıqları olub tropik və mötədil "sularda yaşayır. Bunların qəlsəmə arakəsmələri boğaza bitişmir, ağız hərəkətsizdir, pulcuqları sikloiddir, baş çılpaqdır, yan xətt orqanı yoxdur. Sürü halında yaşayan xırda balıqlardılar. Fəsilənin 15 cinsi, 100-dən çox növü məlumdur. Pelekial həyat keçirən bu balıqlar bitki və heyvani planktonla qidalanır. Kürü ellipsvandır, piy damlası yoxdur. Fəsilənin nümayəndələrinin vətəgə əhəmiyyəti yüksəkdir. Xarakter cinsi ançausdur.

ANÇOUS - Engraulis cinsi. Cinsin altı növü məlumdur: Avropa ançousu, Yaponiya ançousu, Avstraliya ançousu, Kaliforniya ançousu, Peru ançousu və Argentina ançousu. Peru və Yaponiya ançousu daha çox ovlanır. Qara dənizdə yaşayan ançous (buna xəmsə də deyilir) ovul miqdarına görə Peru ançousundan sonra ikinci yeri tutur.

Qara dəniz ançousu və ya xəmsə - E.enerasicholus ponticus adından göründüyü kimi Qara dənizdə yaşayır. Uzunluğu 13 sm-ə qədər olan pelegial balıqdır. Bir yaşında cinsiyyətcə yetkinləşir. Kürüsünü hissə-hissə olmaqla maydan sentyabra qədər tökür. Kürülərinin sayı 20-25 min-dir. Bitki və heyvani planktonla qidalanır, 4 ilə qədər yaşayır.

QIZILBALIQKİMİLƏR - Salmoniformes dəstəsi. Bu dəstə siyənəyəbənzər (Elopidae) əcdaddan başlınğıc götürüb. Bunların quyruq gövdəsi üzərində vəzifəsi aydın olmayan kiçik piy üzgəci olur. Yan xətt orqanı bütöv və ya yarımçıqdır. Skeletdə qığırdaq çoxdur. Geniş yayılıb, şimal və cənub yarımkürələrinin soyuq və mötədil sularında yaşayırlar. Dəstəni 8-9 dəstəaltma, 20-30 fəsiləyə bölərək təxminən 400 növü olduğunu qeyd edirlər. Həm tədris, həm də praktiki baxımdan aşağıdakı fəsilələr diqqəti cəlb edir: qızıl balıqlar, xariuslar, osmeridilər, salanksovilər, gümüşlər, batilaqovilər.

QIZILBALIQLAR - Salmonidae fəsiləsi. Ümumiyyətlə, soyuq sevən bu balıqlar Şimal Buzlu okeana tökülən çaylardan Atlantik və Sakit okeanların şimal hissələrində yaşayır. Qızılbalıqların ağzı enə çıxmır, sikloid pulcuqları bədənə möhkəm birləşir, yan xətt orqanı bütöv, bel üzgəci gödəkdir, bağırsaqda pilorik çıxıntılar var, bədən üzərində adətən əlvan xallar olur, yan xətt pulcuqlarının sayı 120-dən çoxdur, keçici və şirin su nümayəndələri məlumdur. Fəsilə iki fəsiləaltına ayrılır: qızılbalıqlar (Salmoninae), siqlər (Coregoninae).

QIZILBALIQLAR - Salmoniae fəsiləaltı. Fəsiləaltının nümayəndələrinin bədəni üzərində adətən əlvan, bəzən isə qara xallar olur, Yan xətt orqanında olan pulcuqların sayı 120-dən çoxdur. Fəsiləaltına 7 çins aiddir: onxorinxus, salmo, qoles, taymen, kristivomer, lenok və salmotimus.

ONKORİNXUS - Oncorhynchus cinsi. Sakit okeanın şimalında yaşayan bu cinsin nümayəndələrinin (şəkil 64) ağzı böyük və dişlidir. Anal üzgəci nisbətən uzundur, yumşaq şüalarmın sayı 10-16-dır. Keçici balıqlar olsalar da bəzi sularda karlik formalar əmələ gətirirlər. Yayda, payızda, bəziləri qışda çoxalır. Hamısı litofil (qumluq-çınqıllıqda kürüləyən) balıqlardır. Kürünü qumluqda quyruq vasitəsilə düzəldilmiş çökəkliyə tökür. Monosikldir, kürü tökdükdən sonra məhv olur. Qorbuşa və ketanın körpələrinin çayda yaşama müddəti azdır, digər növlərin körpələrinin çay həyatı nisbətən uzundur, adatən iki ilə qədər davam edir. Onkorinxus cinsinin 6 növü göstərilir: keta, qorbuşa, nerka, çavıça, kijuç və sima.

KETA - O.keta (Walbaum) Sakit okeanda geniş yayılıb. Ona Sakit okeanın Amerika sahillərində San-Fransiskodan Böyük Pyoqr körfəzinə qədər hər yerdə rast gəlmək olur. Ketanın tək-lək fərdləri Lena, Kolıma, İndikirka, Yan çaylarına da girir. Onun Ağ və Xəzər dənizlərinə iqlimləşdirilməsinə cəhd edilib. Xəzər dənizində bu iş müsbət nəticə verib, lakin hələlik burada keta az saylıdır.

Ketanın pulcuqları iri, qəlsəmə dişicikləri seyrəkdir, 30-dan çox deyil (adətən 19-25-dir). Bədən ortadan nisbətən hündürdür, bağırsaqda pilorik çıxıntılar çoxdur (185-ə qədər). Keçici balıqdır, uzunluğu, adətən 60-70 sm, kütləsi 3-4,5 kq-dır. Onun uzunluğu 100 sm-dən, kütləsi 14 kq-dan çox olan fərdləri məlumdur.

Ketanın yay və payız formaları olduğu qeyd edilir. Payız balıqları yay balıqlarından iridir, onların kürülərinin sayı da yüksəkdir. Payız ketası avqustun axırlarından başlayaraq çaya girir və yay ketasından daha uzağa gedir. Yay ketası çaya iyulun axırlarından girir, çox yuxarılara getmir. Amur çayında payız ketası 2 min km, yay ketası onun 1/3-dən də az yol gedir, Çoxalmaya gedən balıqlar 3-4 və ya 4-5 yaşlı fərdlərdən ibarət olur. Kürülərinin sayı orta hesabla 4 mindir. Kürüsünü sentyabrın ortalarından dekabra qədər tökür. Ketada cinsiyyət dimorfızmi var: çay yuxan getdikcə pulcuqların parlaqlığı itir, belinin rəngi tündləşir, bədən yanlarında eninə zolaqlar görünür, dəri qalınlaşır, çənələr uzanır, həm də əyilir və üzərində qırmaqvari dişlər əmələ gəlir. Cinsiyyət dimorfizmi əlamətləri iri erkəklərdə daha yaxşı nəzərə çarpır. Kürünü sahilə yaxını qumlu yerlərdə əksər hallarda gecə vaxtı tökür. Kürütökmə 5 günə qədər davam edir. Kürü tökmüş balıqlar 4-22 gündən sonra məhv olur. Kürünün inqubasiya dövrü 10° temperaturda 2 aya, daha aşağı temperaturda hətta 4 aya qədər davam edir. Kürüdən çıxmış sürfələr bir müddət yuvada qalır, yazda yuvadan çıxaraq dənizə gedir. Keta Sakit okeanın şimalında yaşayır. Burada о qanadayaq molyuskalar, sürfəsi xordalılar, xorçəngkimilər və balıqlarla qidalanır, çay mənsəblərində və çayda ovlanır. Keta digər dənizlərə, о cümlədən də Xəzər dənisinə də iqlimləşdirilib. İndi Xəzərdə, xüsusilə dənizin Azərbaycan ərazisindən şimalda tək-tək də olsa Xəzər hövzəsində kürüdən çıxmış keta fərdləri tutulur.

QORBUŞA - O.gorbuscha (Walbaum) əsasən Sakit okeanda, Şimal Buzlu okeanda, Lena çayından tutmuş Böyük Pyotr körfəzinə qədər olan çaylarda, Komandor, Kuril adalarında və Saxalində yayılıb. Barens dənizinə iqlimləşdirilib. Avropanın şimal çaylarına da gedir.

Bu balıq pulcuqların xırda və yan xətt orqanında çox (170-240) olması ilə səciyyələnir. Bağırsaqda 120-140 pilorik-çıxıntı var. Dənizdə rəngi gümüşü olur, quyruq üzgəcində çoxlu xırda xallar görünür. Çaya girdikdən sonra başında, belində, bədəni yanlarında tünd ləkələr əmələ gəlir. Kürüləməyə yaxın başı və üzgəcləri demək olar ki, qaralır, bədəni qəhvəyi rəng alır, qarın nahiyəsi ağarır. Bədənin ayn-ayrı hissələrinin nisbəti dəyişilir, erkəklərdə qozbellik, çənələrin uzanması, qüvvətli dişlərin əmələ gəlməsi müşahidə edilir. Uzunluğu adətən 45-50 sm (ən çoxu 70 sm), kütləsi 3,0 kq-a qədər olur.

Qorbuşa keçici balıqdır. Cinsiyyət yetkinliyinə 2 yaşında çatır. Çoxalma miqrasiyası yolu ketanın belə miqrasiyasından qısadır. Bu miqrasiya iyunun əvvəllərindən avqustun axırlarına, bəzən sentyabrın ortalarına qədər davam edir. Kürüsünü iyulun axırlarından avqustun axırlarına, bəzən sentyabrın ortalarına qədər tökür. Kürülərin diametri 6 mm-dir, tutqun sarı rəngdədir, kürü pərdəsi nisbətən möhkəmdir. Kürüsü iri olduğundan miqdarı çox deyil, orta hesabla 1,5 mindir. Kürü hissə-hissə yetişir, 2-3 dəfəyə tökülür. Kürüdən sürfələrin çıxması müddəti suyun temperaturundan asılıdır. Kamçatkada 110-130 günı davam edir. Sürfələr dekabr ayında çıxır, yaza qədər yuvada qalır. Yuva ketanın yuvasına bənzəyir. Yazda yuvadan çıxıb çayda ləngimədən dənizə gedirlər. Körpələrin gümüşü rəngi onlan cinsin digər növlərinin körpələrindən fərqləndirir. Dənizdə qorbuşa başlıca olaraq xərçəngkimilərlə və xırda balıqlarla çox sürətlə qidalanır.

Mühüm vətəgə balıqlarından olan qorbuşanı çayların mənsabində və çaylarda tuturlar. Qeyd edirlər ki, qorbuşanın ovu cüt illərdə tək illərə nisbətən yüksək olur. Qorbuşa iqlimləşdirmə obyekti kimi də diqqəti çoxdan cəlb edib. Onu həm də Xəzər donizinə gətiriblər. O, bu dənizin şəraitinə uyğunlaşıb, hətta nəsil də verə bilər, lakin hələlik az saylıdır.

NERCA.- O. nerka (Walbaum) kürüləmə ərəfəsində əlvan qırmızı rəngdə olduğu üçün süa qırmızı balıq da deyilir. Sakil okeanın şimalında, Kamçatka çaylarında, Anadır çayında. Nisbətən az miqdarda Komandor və Kuril adaları sularında yayılıb.

Nerkanın pulcuqları nisbətən iridir. Qəlsəmə dişçikləri çoxdur (30-40), ona görə də six görsənir. Dənizdə bədənin yanları gümüşvari olur, beli tünd göydür. Kürüləmə ərəfəsində beli və yanlan əlvan qırmızı, başı yaşıltəhər, üzgəcləri al qırmızı olur. Bağırsaqda pilorik çıxıntıların miqdarı 75-95-dir. Uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çaqır. Nerka keçici balıqdır. Şirin sularda karlik formalar da əmələ gəlir. Cinsiyyət yetkinliyinə keçici forma 3-8, əksəriyyəti 4-6 yaşlarında, şirin su forması isə 2-7-yaşlarında çatır. Çoxalma məqsədilə çaya getmə Kamçatkada mayın axırından iyulun axırına qədər davam edir. Kürüsünü Kamçatka çaylarında və göllərində iyulun ortalarından oktyabrın axırlarına qədər, həm də bulaq suları çıxan hissələrdə tökür. Kürü nisbətən xırdadır, qırmızıdır, sayı çox deyil, orta hesabla 3,8 mindir. Karlik forma fərdlərinin kürüsü 500-dən çox olmur. Kürülərdən sürfələr qışda çıxır, yaza qədər yuvada-qumun içərisində qalırlar. Yazda yuvadan çıxaraq qidalanmaqa başlayırlar. Körpələrin həm şirin su, həm də dəniz həyatı müddəti çox müxtəlifdir: şirin suda yaşama bir neçə həftədən 4 ilə, dənizdə yaşama 1 ildən 4 ilə qədər davam edir. Nerkanın yaşlıları danizdə xarçəngkimilərlə, şirin su formasının körpələri isə göllərdə zooplanktonla qidalanır. Mühüm vətəgə balıqlarındandır.

ÇAVIÇA - O.tschawytscha (Walbaum) Sakit okeanın şimalında, Alyaskadan Kaliforniyaya, adı çəkilmiş okeanın Asiya sahillərində Anadırdan Amura qədar olan çaylarda yayılıb. Çavıçanın qəlsəmə dişiciklərinin sayı 23-dan 27-уə qədərdir. Onun belində, yanlarında (yan xətt orqanından yuxarı) bel və quyruq üzgəclərində xırda qara xallar, bağırsağında 140-185 pilorik çıxıntı olur. Keta, qorbuşa və nerkadan fərqli olaraq, çavıçada, cinsiyyət dimorfizmi zəifdir, belə ki, çoxalma qabağı erkək balıq nisbətən qaralır, bədənin yanlarında pozuntutəhər qara zolaqlar əmələ gəlir. İri balıqdır, uzunluğu 100 sm-ə, kütləsi 57 kq-a çatan fərdləri olur, aksəriyyatinin kütləsi 20-25 kq-dır. Kamçatka çaylarında yaşayan şirin su fərdlərinin kütləsi orta hesabla 8,5 kq olur.

Keçici balıq olan çavıça 3-7, əksəriyyatı isə 4-5 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Adətən erkəklər tez yetkinləşir. Çaya kürüləmayə getməsi nisbətən tez başlayır. Çoxsulu çaylara, məs.: Kamçatka çayına daha çox gedir. Çayagetmə mayın ortalarından başlayır, iyunda maksimuma çatır, iyunun axırlarından zəifləyir, sonralar tək-tək olsa da sentyabra qədər davam edir. Kürüsünü çayın yuxarılarında iti axın, dərinliyi 0,5-2 m olan yerlərdə iyuldan avqusta qədər tökür. Kürü tökmək üçün qumluqda yuva-çökəklik düzəldir. Kürüləri iridir (5-7 mm), miqdarı 4 mindən 20 minə qədər olub, orta hesabla 10 minə yaxındır. Kürüdən çıxmış körpələrin əksər hissəsi yuvadan çıxan kimi çayda yubanmadan dənizə gedir. Onlann az qismi 1-2 il çayda yaşadıqdan sonra dənizə gedirlər. Çavıçanın çox az miqdar erkəkləri çayda qalır və uzunluğu 10-20 sm olduqda cinsiyyət yetkinliyinə çatır. Çavıça yırtıcıdır, dənizdə balıqla qidalanır.

KİJUÇ - O.kisutsch (Walbaum) Sakit okeanın şimalında, xüsusilə okeanın Amerika sahillərində, Kamçatka çaylarında, qismən Anadır çayında yayılıb. Əlvan gümüşü rəngdə olan kijuçun alnı enli, quyruq gövdəsi gödəkdir və hündürdür (şəkil 65). Bağırsaqda pilorik çıxmtıların miqdarı 45-dən 81-ə qədərdir. Bədənin yanlarında (yan xətt orqanından yuxarı), belində, quyruq üzgəcinin üst payında tutqun xallar var. Çoxalma ərəfəsində bədənin yanları tünd qırmızı rəng alır. Uzunluğu orta hesabla 60 sm (on çoxu 88 sm), kütləsi 3-3,5 kq (an çox 6,8 kq) olur.

Kijuçun həm keçici, həm də şirin su formaları var. Şirin su formaları boyca kiçikdir. Cinsiyyət yetkinliyinə 3-4 yaşlarında çatır. Çoxalma miqrasiyası nisbətən gec, iyulun axırları-avqustun əvvəllərində başlayır, avqust ayında çaya gedan kürülü balıqların miqdarı maksimuma çatır. Kürüsünü çayların xırda qollarında, bulaq mənşəli sularda. Əsasən sentyabrdan yanvara, az qism fərdləri marta qədər tökür. Bəzən kürütökmə buz altında baş verir. Elə buna görə də kürünün inqubasiya müddəti çox, 110-115 gün davam edir. Kürü xırdadır (4,5 mm), miqdarı 4-5 mindir. Kürü yuvaya tökülür, körpələr yayda, iyul ayında çıxır, onlar 1-2 il çayda yaşadıqdan sonra dənizə qayıdır. Kijuç körpələri çayda kürü, xırda balıq, hava cücüləri, bir qədər sonra nerka körpələri, dənizdə isə həm körpələr, həm də yaşlılar, əsasən balıqla qidalanır. Kamçatkada mühüm vətəgə balığı hesab edilir.

SİMA - O.masu (Brevoot) Sakit okeanın şimali-qərb hissəsinin bəzi yerlərində, Yalon dənizində, Kamçatka çaylarında, Primoryada, Saxalində yayılıb, Amurda da rast gəlir. Sima kijuça oxşayır, lakin onun quyruq üzgəcinin haçalanması daha dərindir. Bədənin yanlarında tutqun eninə zolaqlar var. Kürü tökən fərdlərdə bu zolaqlar moruq rəngdə olur. Bəzi müəlliflər beldə tutqun ləkələr olduğunu qeyd edir. Bağırsaqda pilorik çıxmtıların sayı 35-76, qəlsəmə dişciklərinin sayı 18-22-dir. Simanın uzunluğu orta hesabla 63 sm, kütləsi 6 kq-a qədərdir. Ən iri balığın uzunluğu 71 sm, kütləsi 9 kq-a çatır.

Sima istisevən balıq olub keçici və şirin su formaları əmələ gotirir (şirin su formaları boyca kiçikdir). Cinsiyyət yetkinliyinə 3-7 yaşlarında çatır. Kürülərinin sayı azdır (0,7-4,9 min). Çaya gəlməsi mayda başlayıb, sentyabrın əvvəllrinə qədər davam edir. Çayda qorbuşadan yuxarı gedir, kürüsünü iyulun axırlarında tökür. Kürüdən çıxmış körpələrin bir qismi apreldən oktyabra qədər dənizə qayıdır, digər qismi (daha çox hissəsi) iki, hətta üç qış çayda yaşadıqdan sonra dənizə yollanır. Erkəklərin bir qismi Çayda yaşayır, yetkinləşir, karlik formalar əmələ gətirir, bunlar da çoxalmada iştirak edir.

SALMO - Salmo cinsi. Bu cinsə (şəkil 66) daxil olan balıqlara nəcib qızılbalıqlar da deyilir. Bunlar şimal yarımkürəsində keçici və şirin su formaları əmələ gətirir. Bu balıqların ağzı yekədir, dişləri vardır, anal üzgəcinin əsası gödəkdir, bu üzgəcin 9-10 şüası var, bədən üzərində xaçvari lələr olur. Cinsin 7-10 növü məlumdur.

NƏCİB QIZIL BALIQ - Salmo salar L. Atlantik okeanın şimal hissəsində yaşayır. Bu balığa syomqa da deyilir. Avropa sahillərinin cənubundan Portuqaliyaya, şimali şərqdə Kar çayma qədər hər yerdə rast gəlir. Barens, Ağ, Baltik dənizlərinə tökülən çaylara da gedir. Sibir çaylarında yoxdur. Bədəninin üzəri xırda gümüşü pulcuqlarla örtülüdür, xaçvari ləkələr yalnız yan xətdən üstdə olur. Beli mavi-boz, qarnı və yanları ağ-gümüşü rəngdədir. Kürüləmə ərəfəsində balığın rəngi ümumən tündləşir, bədənin yanlarında və başda ləkələr əmələ gəlir, erkəyin çənələri uzanır, həra də əyilir, alt çənədə qarmaqvari çıxıntı görünür. Bu çıxıntı üst çəninin müvafiq çökəkliyinə girir. Belə erkəklərə «lox» deyilir. İri balıqdır, uzunluğu 1,5 m-ə, kütləsi 39 kq-a çatır, 9 ilə qədər yaşayır.

Keçici balıqdır, şirin su forması da var. Çaya getməsinə görə bir neçə sürüsü məlumdur. Belə sürülər Barens, Baltik və Ağ dənizləri hövzələrində daha aydın nəzərə çarpır. Kürü tökdükdən sonra çoxu tələf olur. Ölməyıb qalanlar 2-3, onların çox az qismi 5 dəfəyə qədər nəsil verir. Çoxalmasına görə syomqanın qış və yaz sürülərinin olduğu qeyd edilir. Qış sürüsünün fərdləri boylarına görə iki qrupa ayrılır: iri fərdlər və kiçik fərdlər. Kiçik fərdlər dənizdə cəmi bir il yaşayır və cinsiyyət yetkinliyinə çatır. Yaz sürüsü fərdləri də iki qrupa ayrılır: iri fərdlər və ya daşqınlıq syomqası və kiçik fərdlər va ya cinsiyyət yetkinliyinə tez çatanlar (bunlara tindalar və уa sinyuşkalar da deyilir).

Syomqanın yaz sürüsünün çoxalma miqrasiyası yayda başlayır, iyun-iyul aylarında onların iriləri çaya gedir. Bunların cinsiyyət vəziləri yaxşı inkişaf etmiş olur. İyulun ortalarında tindalar və ya sinyuşkalar çaya getməyə başlayır. Syomqanın həm iri, həm də xırda fərdlərindən ibarət olan yaz sürülərinin fərdləri çaya getdikləri ili kürü tökür.

Qış sürüsünün fərdləri (həm irilər, həm də dənizdə cəmi bir il . yaşamışlar) çaya payızda gedir. Bunların cinsiyyət vəzləri inkişaf etməmiş olur, ona görə də gələn ilin payızına qədər çayda yaşayır, cinsiyyət vəziləri yetkinləşir və kürüləyir. Əgər qış sürüsünün fərdlərinin bir qismi payızda çaya getməyə gecikirsə, onlar çay mənsəblərində qışlayır və gələn ilin yazında çay yuxarı gedərək nəsil verir.

Syomqanın bütün formaları sentyabr-noyabr aylarında-10 mindən 26 minə qədər kürü tökür. Bunun üçün kürülü balıq çayın qumlu yerində 2-3 m uzunluğunda dar və uzun çökəklik düzəldib kürünü oraya tökür, еrkək balıq kürünü mayalandırdıqdan sonra onun üzərini nazik qum təbəqəsi ilə örtür. Kürünün inqubasiya müddəti 3 aydan 7 aya qədər davam edir. Kürüdən sürfələr aprel-may aylarında çıxır. Körpələr 1-5, adətən 2-3 il çayda yaşayır. Uzunluğu 10-20 sm-ə çatan körpələr dənizə gedir. Dəniz həyatı 1-4 il davam edir. Bu müddətdə onlar xərçəngkimilər və balıqlarla qidalanaraq çox sürətlə böyüyərək çaylara, özlərinin dünyaya gəldikləri yerə nəsil verməyə gedir. Yaşlı balıqlar çayda qida qəbul etmir, körpələr isə həşəratlarla qidalanır.

Syomqanın vətəgə əhəmiyyəti çox yüksəkdir. Onu əsasən çayların mənsəbində tuturlar. Ehtiyatını artırmaq məqsədi ilə onun körpələri zavod şəraitində yetişdirilib çaylara buraxılır.

GÖL SYOMQASI - S.s. morpha sebagc (Girard) Ladoqa, Oneqa, Şimali Amerika göllərində və Kareliya sularında yayılıb. Rəngi nisbətən tutqundur. Yan xətt orqanından aşağı çoxlu ləkələr var. Uzunluğu 43-95 sm-dir, 10 ilə qədər yaşayır. Syomqa göl-çay balığı olub, göllərdə yaşayır, kürü tökmək üçün çaylara gedir. Sentyabr-oktyabr aylarında sürətli axında, qumlu yerlərdə kürü tökür. Ömründə 1-2 dəfə nəsil verir kürülərinin sayı 4 mindən 15 minə qədərdir. Kürüdən çıxmış körpələr 2-4 il çayda yaşayır. Uzunluğu təxminən 15 sm-ə çatdıqda göllərə gedir. Xırda balıqlarla qidalanır. Vətəgə əhəmiyyəti çoxdur.

KUMJA - S.trutta L. Avropa sahillərində Peçora çayından qara dənizə qədər yayılıb. Pulcuqları nisbətən xırdadır. Yan xətt orqanının həm altında, həm də üstündə xaçvari xallar var. Başın yanlarında və bel üzgəcində bu xallar dairəvidir. Cinsi dimorfızmi syomqaya nisbətən zəifdir. Erkəklərin bədənində dairəvi çəhrayı xallar əmələ gəlir. Quyruq gövdəsi hündürdür, uzunluğu 70 sm-ə, kütləsi 13 kq-a qədər çatır.

Kumja keçici balıqdır. Dəniz sahillərində yaşayır, kürüləmək üçün payızda çaylara gedir. Sentyabrdan-noyabra qədər 4,7-8,3 min kürü tökür. Çayda qidalanır. Körpələr bir neçə il çayda yaşayır, uzunluqları 20 sm olduqda dənizə gedirlər. Xırda balıqlarla qıdalanır. Mühüm vətəgə balığıdır, çaylara getdikdə tutulur. Bu balığın Xəzər qızılbalığı, Qara dəniz qızılbalığı və Aral qızılbalığı adlı növaltıları məlumdur.

XƏZƏR QIZILBALIĞI S.t. caspius Kessler, Xəzər dənizinin cənub və qərb sahillərində, respublika ərazisindən Xəzərə tökülən nisbətən sulu çayların (Kür, Araz, Lənkərançay, Astaraçay, Xudat-Yalama çaylan, Samur çayı) hamısında bu qızılbalığa rast gəlinir.

Xəzər qızılbalığının (.şokil 67) yan xətt pulcuqlarının sayı 119-132 arasında dəyişilir. Yan xətdən üstdə 25-31, altda 22-30 pulcuıq vardır. Bədən forması, bədən üzərindəki xallar və s. çay qızılxallısında olduğu kimidir. Ağzı da qızılxallıda olduğu kimi, başın ucunda yerləşir. Uzunluğu 61-130 sm-ə, kütləsi 6-23 kq-a,. ən çoxu 51 kq-a çatan fərdləri də olub. Хəzər qızılbalığı bütün dünya qızıl balıqlarının ən irilərindən biridir, 9-10 il yaşayır.

Xəzər qızılbalığının Lənkəran çaylarına girən və yerli xalq arasında azatmahi adlanan fərdləri var. Respublikanın digər yerlərində ona taragöz, albet, qədimdə isə surmahi deyilirmiş.

Tipik keçici olan bu balıq çoxalmaq üçün Kür çayına, nisbətən az miqdarda Terek, Samur çaylarına gedir, təsadüfi hallarda Volqa və Ural çaylarına da girir. Kür çayına getməsi noyabr-dekabr aylarında müşahidə edilir. Çaya gedən balıqların əsas hissəsi bir il çayda qaldıqdan sonra kürüsü yetişir. Kürütökmə şəraiti, nəsil qayğısına qalması çay qızılxallısında olduğu kimidir. Kürüsünü oktyabrdan yanvara qədər tökür, kürülərin miqdarı 16 min-dən 45 minə qədərdir. Kürüdən sürfələrin çıxması 7-14,0° temperaturda 30-50 gün davam edir. Körpələr 2 ilə qədər çayda qaldıqdan sonra dənizə qayıdır. Xəzər qızılbalığının Kür sürüsünün fərdləri monosikl balıqlardır, birinci dəfə kürü tökdükdən sonra ölür. Qızılbalıq körpələri çayda ikən həşərat sürfələri, yanüzənlər, dənizə qayıtdıqdan sonra, əsasən kilkələr, aterina, siyənəklər, qismən yanüzənlər, mizidlər və krevetkalarla qidalanır.

Yuxarıda qeyd olunduğu kimi, Хəzər qızılbalığın çoxalması ауrı-ауrı çaylarla bağlı olan nisbətən azcaylı sürüləri də vardır. Bunlardan biri Samur çayı, digəri Yalama çayları, üçüncüsü Lənkəran çayları ilə əlaqədardır. Bu sürülərin hər üçünci fərdləri polksikldir, yəni bunlar bir neçə dəfə nəsil verə bilir. Polisikllik onların çoxalma miqrasiyası yollarının gödəkliyi, buna görə də çaya gedən ili kürü töküb dənizə qayıda bilmələri ilə əlaqədardır. Xəzər qızılbalığının göstərilən sürülərinin fərdləri bir-birindən kütləyə gözə də fərqlənirlər: Kür sürüsü fərdlərinin kütləsi orta hesabla 13 kq olduğu halda, Samur sürüsü fərdlərinin bu göstəricisi 3,9 kq, Yalama sürüsü fərdlərininki isə 2,4 kq-dır.

Bu balığın çoxalmaq üçün Terek və Volqa çaylarına gedən sürüləri də var. Terek sürüsünün fərdləri iriliyinə görə (uzunluq orta hesabla 82,5 sm, kütlə 1,2 kq) indicə qeyd olunmuş Samur və Yalama sürüləri fərdlərindən üstündür, Ural sürüsü fərdləri boydadır. Çoxalma məqsədilə Terek çayına ən çox payızda, Volqa çayına isə avqustdan dekabra qədər gedir. Kürüləmə Terek çayında oktyabrın axırlarından yanvarın ortalarına qədər müşahidə edilir. Bu vaxt suyun temperaturu 0°-dən 13,9°-уə qədər olur. Xəzər qızılbalığının çoxalması digər çaylarla əlaqədar olan sürüləri də məlumdur.

Mühüm vətəgə balığıdır, payızda və qışın birinci yarısında çaya gələn zaman tutulur. Belə balıqlar çox kök olur, yağlılıq 27%-ə çatır. Qızılbalığın Kür sürüsü fərdlərinin təbii çoxalma yeri yox dərəcəsindədir, demək olar ki, yoxdur. Ona görə də Kür sürüsü fərdlərinin ehtiyatı hazırda fəaliyyət göstərən Çaykənd və Çuxurqəbələ qızılbalıqartırma zavodları hesabına az-çox bərpa edilir. Son illərdə bu iki zavod hər ildə 500 min 2 illik qızıl-balıq körpəsi yetişdirərək Xəzər dənizinə buraxır. Bu balığın digər sürülərinin də zavod üsulu ilə artırılması diqqəti cəlb etməlidir.

QARA DƏNİZ QIZILBALIĞI - S.t.labrax Pall. Qara dənizdə yaşayan bu balığın quyruq gövdəsi nisbətən hündürdür. Quyruq üzgəcinin haçalanması zəifdir. Bədəndə qara xallar çoxdur və ya heç yoxdur. Belə xallar başın yanlarında seyrəkdir. Iri balıqdır, uzunluğu 110 sm-ə, kütləsi 24 kq-a qədər çatır.

Bu qızılbalığın Qara dəniz hövzəsində keçici, göl və çay formaları var. Cinsiyyət yetkinliyinə 5 yaşında çatır. Çaya aprel-may aylarında gedir. Bu zaman kürü tam yetişməmiş olur. Kürüsünü oktyabrdan fevrala qədər tökür. Kürülərini sayı orta hesabla 5,4 mindir. Körpələr 3-4 ay çayda yaşadıqdan sonra dənizə qayıdır. Onlar əvvəlcə su cüçüləri, bəzən balıqla, dənizdə xəmsə ilə qidalanır. Qiymətli ov obyektidir.

ARAL QIZILBALIGI -S.t.aralensis Berg Aral dənizində, onun şərq və cənub hissələri çaylarında, xüsusilə Amudəryada yayılıb. Başı və çənələri Xəzər qızılbalığına nisbətən uzundur. Aral qızılbalığının uzunluğu 1 m-ə, kütləsi 13-14 kq-a qədər çatır. Keçici balıqdır, biologiyası öyrənilməyib.

Aral qızılbalığının Amudəryanın yuxarı hissəsində, Qızılsu hövzəsində, Surxandəryada uzunluğu orta hesabla 23,7 sm olan forması yaşayır. Bu balıq 4 yaşında nəsil verir, sentyabr ayında 0,4-2,5 min kürü tökür. Su cücüləri və onların sürfələri ilə qidalanır.

Kumjanın, eləcə də onun növaltısı olan Xəzər qızılbalığının şirin sularda yaşayan formaları var ki, bunlara qızılxallılar deyilir. Bunlardan Xəzər qızılbalığının qızılxallı formasını, Göyçə (Sevan), Orxid və s. qızılxallılarını göstərmək olar.

QIZILXALLI - Salmo fario L. Böyük və Kiçik Qafqazın çaylarında (Alazan, Balakən, Silban, Katexçay, Xaçınçay, Şəmkirçay və s.), Göy-göldə, Talis dağlan çaylarında (Viləşçay, Qumbaşı, Lənkərançay, Astaraçay), Saraurla Xudat arası bulaq mənşəli çaylarda, Quba və Qusar rayonları ərazisindən axan çayların yuxarılarında yayılıb.

Onun yan xətt pulcuqlarının sayı 111-128 arasında dəyişilir. Bədəni girdəvarı, uzunsov olub ortadan geriyə nazikləşir. Üzərində çoxlu əlvan xallar, quyruq gövdəsi üzərində kiçicik piy üzgəci var. Uzunluğu 25-35 sm, ən çoxu 47 sm-dir, kütləsi 1 kq-a çatır, 6 ilə qədər yaşayır. Bu balığa bəzi yerlərdə ala balıq da deyirlər.

Qızılxallı şirin su balığıdır. 3 yaşında cinsiyyət yetkinliyinə çatır. Kürüsünü payızda (oktyabrın axırlarından dekabra qədər) dağ çaylarının təmiz, duru, soyuq hissələrində, qumlu-çınqıllı yerlərdə quyruğu ilə düzəltdiyi yuvaya tökür, sonra kürünün üzərini nazik qum təbəqəsi ilə örtür. Kürülərinin miqdarı 600-dən 2500-ə qədər olur. O, kiçik ikən xırda xərçəngkimilər, cücü sürfələri, bir qədər böyüyəndən sonra əsasən yanüzən xərçənglərlə, digər su cüçüləri və qurudan, havadan suya düşən həşəratlarla qidalanır. Vətəgə əhəmiyyəti olmasa da çox dadlı əti var. İdman balıq ovu obyektidir. Ehtiyatı kəskin surətdə azaldığından Azərbaycanın qırmızı kitabına salınıb.

GÖYÇƏ (SEVAN) QIZILXALLISI VƏ YA İŞXAN -S.ischchan Kessler çoxalma vaxtına və yerinə görə bir neçə ekoloji formalar əmələ gətirib: çay alabalığı, geqarkuni (bu keçicidir), bodjak (oturaq karlik), yay baxtakı (yarımkeçicidir), qış baxtakı (iri oturaq fordlər). Göyçə qızılxallısı İssık-Kul gölünə iqlimləşdirilib. İndi İssık-Kul gölündə 14-16 kq-lıq balıqlar tutulur. Daha iri fərdlərin olduğu da güman edilir.

ORXİD - S.letnica karaman Yuqoslaviyada Orxid gölündə yaşayır. Göyçə qızılxallısı kimi bir neçə ekoloji qrap əmələ gətirib.

Sakit okean hövzəsində Salmo cinsinin Kamçatka syomqası (S.penshinensis Pali.) və Sakit okean mikiji (S.mykiss Walb.) yaşayır. Bunların hər ikisinin eyni növ olduğu güman edilir. Uzunluqları 96 sm-ə çatan bu balıqlar keçicidir. Karaçatka çaylarına gedir, yazda kürü tökürlər. Körpələr 1-3 il çay həyatı keçirdikdən sonra dənizə gedir. Azsaylı olan bu balıqlar tək-tək rast gəlir.

Sakit okeanın Amerika sahillərində poladıbaş qızılbalıq (S.gairdneri Rich.) yaşayır. Onun uzunluğu 115 sm-ə çatır, oturaq formalar əmələ gətirir. Poladıbaş zavod üsulu ilə artırılmaq üçün də istifadə edilir, hətta satış balıqçılığı üçün də yararlıdır. İndi onun qızılbalıqartırma zavodlarında göl və satış balıqçılığı təsərrüfatlarında artırılması Azərbaycan balıqçılarının da diqqətini cəlb edib. Bu baxımdan əlvan qızılxallı da (S.g.irideus gib.) xeyirli ola bilər. O, göl-satış balıqçılığı üçün daha yararlıdır.

Nəhayət, salmo adnsinin Amerika sularında yaşayan klarka (S.clarkii Rich.) adlı bir növü də vardır. Klarka keçici balıqdır, uzunluğu 76 sm-ə yaxındır. Biologiyası demək olar ki, Avropa kumjasının biologiyası kimidir.

QOLES - Salvelinus cinsi. Cinsin nümayəndələri (şəkil 67) Atlantik və Şiraal Buzlu okeanları hövzələrində, Sakit okeanın şimalında yayılıb. Bunların ağzı yekədir, dişlidir və pulcuqları çox xırdadı. Anal üzgəci gödəkdir, şüaları 10-a qədərdir. Bədən üzərində əlvan qırmızı, narıncı və ya ağ xallar var. Xış sümüyü və damaq sümükləri uzərindəki dişlər bir-biri ilə birləşməyib. Cinsin nümayəndələri çox plastik olduqlarından həm keçici, həm də şirin su formaları məlumdur. Qoles cinsinin üç növü var: Arktika qolesi, kunça, Amerika qolesi.

ARKTİKA QOLESİ S.alpinus (L) əsasən Şimal Buzlu okeanının sahillərində, qismən Sakit okeanda yayılıb. Sakit okean qolssinə malma da deyirlər. Bədəni üzərində əlvan xallar var, üst çənəsi ensiz və uzundur. Keçici və göl-çay formaları məlumdur.

Keçici qoles iri balıqdır, uzunluqu 90 sm-ə (adətli 35-45 sm), kütləsi 15 kq-a çatır. Çoxalma ərəfəsində cinsiyyət dimorfizmi əlamətləri müşahidə edilir. Bu, əsasən rəng dəyişməsindən ibarət olur: ümumi rəngi tündləşir, xallar daha da əlvanlaşır, qarın tərəf üzgəcləri (anal, qarın, döş üzgəcləri) qırmızı və ya narıncı rəng alır, erkəklərin çənələri uzanır, alt çənədə çıxıntı, üst çənədə həmin çıxıntı yerləşən çökəklik əmələ gəlir.

Bu balığın da qış və yaz sürüləri var. Cinsiyyət yetkinliyinə 4-7 yaşlarında çatır. Kürüsünü qumluqda 13-46 sm dərinlikdə basdırır. Dişi balıq kürünü qoruyur. Hər il kürü tökmür. Çoxalmada karlik erkəklər də iştirak edir. Körpələr 2-4 il çayda qaldıqdan sonra dənizə gedir. Əsasən dəniz sahillərində yaşayır və balıqla qidalanır. Çayda olduqda həm də molyuskaları, həşəratları və onların sürfələrini yeyir. Yerli balıq ovunda əhəmiyyəti böyükdür.

Göl-çay qoleslərinin ən irisi (45 sm) keçici qolesin ən irisinin (90 sm-ə qədər) yarısı boydadır. Bunların yayılması keçici qolesin yayılması kimidir. Lakin baş nisbətən böyük və dəyirmidir, üst çənə enlidir. Göllərdə-çaylarda yaşayır, əsasən bulaq mənşəli sularda çoxalır.

Arktika qolesinin göl formaları, məs.: Paliya-S.lcpechini (gmel.) göllərdə yaşayır, göllərdə də çoxalır, kürüləyir. Bəzi müəlliflər bu balığı ayrıca növ kimi qəbul edir. Onun rəngi nisbətən tutqundur. Ladoqa və One-qa göllərində rənginə görə iki ekoloji forma əmələ gətirib: qırmızı və açıq-boz paliyalar. Qırmızı paliyanın (70 sm-ə qədərdir) rəngi tündtəhərdir, sahil zonada kürüləyir, əsasən balıqla qidalanır. Açıq-boz paliya ondan kiçikdir (55 sm-ə qədərdir), rəngi də açıqdır, bir qədər dərində yaşayır, zooplanktonla qidalanır.

Göl qoleslərinin daha bir neçəsi məlumdur ki, bunlan hətta növ və ya növaltı hesab edənlər də var, məs.: qırmızı balıq. Bu balıq, əsasən Baykal hövzəsinin Frolika gölündə və eyni adlı çayda, təsadüf hallarda Baykalın özündə rast gəlir. Uzunluğu 50 sm-ə çatan qırmızı balığa - S.erythrinus (Georgi) davatqan da deyilir. Qırmızı balıq 3-4 yaşlarında cinsiyyətcə yetkinləşir, kürülərinin sayı 1,3 minə qədər olur, balıqla qidalanır, təsərrüfat əhəmiyyəti yoxdur.

Taymır yarımadası sularında yaşayan, uzunluğu 75 sm-ə çatan Dryakin qolesi də (S.drjagini Logaschev) ayrıca növ hesab edilir. Qoleslərin Amerika qolesi (S.fontinalis Mitchell) adlı daha bir növü var. Bu qolesin keçici, göl-çay, çay formaları məlumdur. Soyuq sevən bu balıq süni surətdə artırılmaq üçün daha sərfəlidir.

Kamçatkada göl və göl-çay qoleslərinin iki ekoloji qrupu olduğu qeyd edilir. Bunlardan biri yırtıcıdır, balıqla qidalanır, digəri molyuskaları yeyir.

KUNCA - S.laucomenis (Pallas) Sagit okean hövzəsində yayılıb. Kamçatka, Saxalin çaylarına, Komandor, Kuril, Şantar adalarına, Oxot dənizi çaylarına, Amur çayına gedir. Digər qoleslərdən fərqli olaraq bədənində qırmızı xallar olmur. Onun xalları iri və açıq rəngdədir. Uzunluğu 70 sm-ə çatır. Keçici balıqdır, cinsiyyət yetkinliyinə 4 yaşında çatır. Kürüsünü iyundan sentyabra qədər tökür. Kürülərin sayı orta hesabla 2,3 mindir. Yırtıcıdır, balıq yeyir. Xokaydo adalarının şirin sularında yaşayan forma əmələ gətirir.

TAYMEN - Hucho cinsi. Qoleslərə oxşayan bu balıqlar Avropa Asiya çaylarında yayılıb. Bunların ağzı уеkə və dişlidir. Bədən üzərində xaçvarı xallar var. Baş üstdən yastıtəhərdir. Xış sümüyü qısa və enlidir. Xış sümüyü dişləri ilə damaq sümükləri dişləri birləşərək qövsvarı lövhə əmələ gətirir. Cinsin 4 növü məlumdur: Dunay qızılbalığı ya Dunay laymeni, adi taymen, Saxalin taymeni, Koreya taymeni. Bunlardan adi taymen və Saxalin taymeninin az-çox əhəmiyyəti var.

ADİ TAYMEN - H.taimen (Pall.) Sibirin iri çay va göllərində, Amur çayında, az miqdarda Peçora, Vyatka, Kama çaylarında yayılıb. Uzunluğu 1,5 m-ə çatır, kütləsi 60 kq-dan artıqdır. Soyuq göllərdə və iti axan çaylarda yaşayır. 4-6 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Kürüsünü kiçik çayların qumlu yerlərində tökür. Kürülərinin sayı 10 mindən 34 minə qədərdir. Yayda demək olar ki, qidalanmır. Kürüləmədən sonra və payızda sürətlə qidalanır. Yırtıcıdır, digər balıqlardan başqa qurbağaları, xırda məməliləri, su quşlarını və həşəratlarını da yeyir.

SAXALİN TAYMENİ VƏ YA ÇEVİTSA - H.perryi (Brev.) Yapon dənizində, Saxalin və Cənubi Primoriya çaylarında yayılıb. Pulcuqları nisbətən iridir, rəngi dənizdə gümüşü, çaylarda qırmızıtəhər olur. Bədəni yanlarında 5-8 eninə zolaq var, uzunluğu 1 m-ə, kütləsi 25-30 kq-a çatır. Keçici balıqdır, iti axan çayların aşağılarında çoxalır. Kürüsünü may-iyun aylarında, 8-12° temperaturda qumluqda düzəltdiyi yuvaya tökür. Kürüdən sürfələrin çıxması 30 gün çəkir. Körpələr 2-3 ay çayda yaşayır. Əvvəlcə həşərat sürfələri və həşəratların özləri, böyüdükdən sonra xırda balıqlarla qidalanır. Yerli ov əhəmiyyəti var.

KRİSTİVOMER - Cristivomer cınsi. Cinsin Şimali Amerika sularında yaşayan eyni adlı bir növü var.

ŞİMALİ AMERİKA KRİSTİVOMERİ C.namaycsh Walb. Bu balığın başı уеkə, xış sümüyü xaçvarıdır. Bağırsaqda pilorik çıxıntılar çoxdur. Göllərdə yaşayır, uzunluğu 1 m-ə qədər olur. İki ekoloji forma əmələ gətirir: dərinlik kristivomeri və pelegial kristivomer. Kürüsünü payızda daşlar arasına səpələyir.

LENOK -Brachymystax cinsi. Bu cinsin Sibir, Oxot və Yapon dənizləri çaylarında və Amur çayında yaşayan lenok adlı bir növü məlumdur.

LENOK - B.lenok (Pall.) ağzı orta irilikdə, gözləri iri, bədəndə iri, girdə, tutqun xalları olan balıqdır. Xış sümüyü enli-gödəkdir. Bu sümüyün və damaq sümüklərinin üstündə olan dişlər birləşib xüsusi qövsvarı lövhə əmələ gətirir. İti axan soyuq çaylarda yaşayır. Uzunluğu 70 sm-ə, kütləsi 6 kq-a çatır. Kürüsünü may-iyun aylarında tökür. Kürünün sayı 3-7 mindir. İnqubasiya dövrü 22 gündən 49 günə qədər davam edir. Kürü tökmüş balıqların bir qismi ölür. Xırda balıqlar, həşərat sürfələri, yanüzən xərçənglər və qızılbalıqların kürüsü ilə qidalanır. Yerli ov əhəmiyyəti var.

SALMOTİMUS - Salmothymus cinsi. Salmotimus cinsinə Yuqoslaviya göllərində yaşayan iki növ daxildir: S.ochridans və S.obtusirostris. Birinci növ Orxid gölündə (ona görə həmin balığa Orxid qızılbalığı deyilir), ikinci növ Dalmasiya vilayəti göllərində yaşayır. Əlamətləri və biologiyası haqda material yox dərəcəsindədir.

SİQLƏR - Coregoninae fəsiləaltı. Fəsiləaltının nümayəndələrinin pulcuqları iridir, yan xətt pulcuqlarının sayı azdır, bədən üzərində xallar yoxdur. Bu fəsiləaltının 3 cinsi məlumdur: ağ qızılbalıq, siq, prosopium.

AĞ QIZILBALIQ VƏ YA NELMA - Stenodus cinsi. Cinsin Xəzər dənizində ağ qızılbalıq adlı bircə növü var.

AG QIZILBALIQ - S.leucichthys (Guld.) əsasən Xəzər dənizinin şimalında yayılıb. Az miqdarda Orta Xəzərdə, о cümlədən Yalarna-Xudat siyənək vətəgələrində rast gəlir. Ağ qızılbalığın (şəkil 67) başı balacadır, ağzı orta irilikdədir, üst çənə sümüyü azacıq gödəkdir, pulcuqları nisbətən iridir, yan xətt orqanında onların sayı 120-dən azdır, rəngi gümüşüdür. Uzunluğu 120 sm-ə, külləsi 20 kq-a çatır.

Keçici balıqdır, cinsiyyət yetkinliyinə 5-7 yaşlarında çatır. Kürü tökmək üçün çaya gedir. Çoxalması oktyabr-noyabr aylarında Volqa və Ural çaylarında müşahidə edilir. Kürüsünü dibdə su daşqını olan yerlərdə tökür. Məhsuldar balıqdır, kürülərinin sayı 115 mindən 406 minə qədər dəyişilir. Kürünün inqubasiya dövrü çox, 6-6,5 ay davam edir. Kürü tökmüş balıqlar dənizə qayıdır. Yırtıcı balıqdır, digər balıqlarla qidalanır. Volqa çayı üzərində su elektrik stansiyalar yaradıldıqdan sonra kürüləməyə getmə yolu kəsilib, ehtiyatı azalıb. Hazırda zavod üsulu ilə artırılır.

Elmi ədəbiyyat məlumatlarına əsasən, belə güman edilir ki, ağ qızılbalıq Хəzər dənizinə şimaldan gəlib. Buzlaşma dövrünün axırlarında şimalla cənub arasındakı su ayrıcında göl əmələ gəlib və şübhəsiz ki, həmin göldə о dövrün faunası о cümlədən balıqlar, həm də nelma balığı da olub. Bu gölün faunası həm şimala, həm də cənuba gedə bilib. Bu zaman cənuba, oradan Volqa çayına, daha sonra Xəzərə gələn nelma ağ qızılbalığa çevrilib. Bu fikri nelmanın və ağ qızılbalığının bəzi bioloji xüsusiyyətləri, adlarının latınca yazılışı da qismən təsdiqləyir.

NELMA - St.l.nelma Şimal Buzlu okeana tökülən iri çayların hamısında (qərbdə Ponoya vo Oneqadan tutmuş, şərqdə Yukona və Makkenzaya qədər), Zaysan, Kubenski və Norılski göllərində yayılıb.

İri balıqdır, uzunluğu 130 sm-ə, kütləsi 30-50 kq-a qədər çatır. Yarımkeçici balıqdır, 8-12 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Çoxalma miqrasiyası tez, bəzən buz örtüyü açılmamış başlayıb bütün yay ərzində davam edir. Ob və Yenisey çayları ilə çox yuxarılara gedir. Kürüsünü sentyabr-oktyabr aylarında dibdə daşlar arasında tökür. Kürüsünün miqdarı 125-325 mindir. Çoxalmaya gedən balıqların bir qisminin kürüsü inkişaf etmiş olur, onlar həmin il kürüləyir. Digər qisim balıqların cinsiyyət vəziləri inkişaf etmədiyindən onlar kürütökmə yerində qalır, gələn il kürü tökürlər. Belə balıqlar çoxalmada 3-4 ildən bir iştirak edir. Nelma balıqla qidalanır, qiymətli vətəgə balığıdır.

SİQ - Coregonus cinsi. Bu balıqların (şəkil 68) ağzı balacadır, dişsizdir. Bədəninin rəngi gümüşüdür, pulcuqları iridir. Cinsin müxtəlif şəraitdə yaşamağa uyğunlaşan çoxlu növləri və növdaxili formaları məlumdur. Bunlar keçici, yarımkeçici, göl və çay formaları və ya ekoloji qruplar əmələ gətirir. Siqlərin ağzının forması və yerləşməsi qidalanma ilə sıx bağlı olur. Ağzın yerləşməsi və qidalanmanın xarakteri baxımından cinsin nümayəndələrini üç qrupa ayırırlar: üst ağızlılar -Avropa və Sibir albulaları, ucağızlılar - tuqun, pelyad, omul və alt ağızlılar - çir, muksun, siq, sibir siqi.

AVROPA ALBULASI VƏ YA RYAPUŞKA - Coregonus albula Baltik dənizi hövzəsində, Çud, Pskov, Ladoqa, Oneqa, eləcə də Kareliya göllərində və Qərbi Avropa sularında yayılıb. Qamətli və cəld balıqdır, beli yaşılı, yanları və qarın tərəfı gümüşü rəngə çalır. Bəzi göllərdə qızılı-cəhrayı rəngli olanları var. Uzunluğu 30-40 sm-ə, kütləsi çox az hallarda 1,2 kq-a çatan bu balığın bəzi formaları cinsiyyət yetkinliyinə çox tez, uzunluğu 8 sm, kütləsi 4-2,5 q olduqda çatır.

Bu albula çox dəyişkən balıqdır, müxtəlif göllərdə morfoloji baxımdan fərqlənən formalar əmələ gətirir. Belə müxtəlifliyə baxmayaraq, onları iki əsas qrupa ayırırlar: iri və kiçik albulalar.

Birincilərə


Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling