Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


ripusu, ikincilərə tipik albulanı


Download 0.92 Mb.
bet11/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
ripusu, ikincilərə tipik albulanı aid edirlər. İri albulalar 3 yaşında uzunluqları 30 sm-ə çatdıqda, tipik albula 2 yaşında və orta hesabla 16 sm olduqda cinsiyyət yetkinliyinə çatır. Bu balıqlar gündüz nisbətən dərinə gedir, gecə sahilə yaxınlaşır. Təmiz qumlu yerlərdə daha çox olurlar. Kürünü payızda tökür. Yaşayış yerindən asılı olaraq kürüləməsi vaxt etibarı ilə az-çox fərqlənir. Məs., Oneqa gölünün şimalında sentyabr-oktyabr, Pereyaslav gölündən cənubda noyabr-dekabr aylarında kürü tökür. Kürütökmə axşam və ya gecə baş verir. Kürünün sayı orta hesabla 3 mindir, ripusun kürülərinin miqdarı 5 minə çatır. Tipik albula 4-5, ripus 6-7 il yaşayır. Ripusun kütləsi adətən 0,2-0,5 kq olur, az hallarda 1 kq-a çatanlarına da təsadüf edilir. Albulanın vətəgə əhəmiyyəti yüksəkdir. O, Ural göllərinə iqlimləşib.

SİBİR SARDİNELLASI VƏ YA RYAPUŞKASI -C.sardinella Vatenciennes (şəkil 68) Şimal-Buzlu okeanı hövzəsində, Kar çayından Kalıma çayına, Ağ dənizdən Alyaskaya qədər yayılıb. Avropa albulasından bel üzgəcinin nisbətən öndə yerləşməsi ilə fərqlənir. Əsasən çay balığı olsa da, çay mənsəblərində, dənizlərin şirinləşmiş yerlərində də rast gəlir. Onun uzunluğu 40 sm, kütləsi 0,5 kq, bəzən daha çox olur. Cinsiyyət yetkinliyinə Ob çayında 3-5, Lena çayında 6-7 yaşlarında çatır. Kürüsünü payızda tökür. Çoxalma miqrasiyası Ob çayında iyundan sentyabra, Lenada avqustdan oktyabra qədər davam edir. Kürunü qumlu-çınqıllı yerlərdə - tökür. Kürülərinin sayı 7 mindən 28 minə qədərdir. Kürüləmədən sonra balıqların bir qismi ölür, sağ qalanlar çayın aşağılarına gedir. Kürüdən sürfələr may ayında çıxır və su axını ilə çay aşağı aparılır. 10 ilə qədər yaşayır. Sibir çaylarının aşağılarında qiymətli vətəgə balığı hesab edilir.

TUQUN - C.tugun (Pallas) Sibirdə Ob çayından Yan çayına qədər yayılıb. Qəlsəmə dişciklərinin sayı 25-31-dir. Uzunluğu 20 sm-ə yaxındır, 6 ilə qədər yaşayır. Bu balıq albuladan ağzının ucda yerləşməsi, çənələrinin bərabər uzunluqda olması, bədənin nisbətən girdəliyi, bel üzgəcinin enliliyi ilə fərqlənir. Əsasən çay balığı olsa da göllərdə də rast gəlir. 2-3 yaşlarında cinsiyyətcə yetkinləşir. Kürüsünü payızda qumlu-çınqıllı yerlərdə, 1,5 m-ə qədər dərinlikdə, sürətlə axan suda tökür. Kürüsünün sayı orta hesabla 3 mindir. Qidasmı heyvani plankton, suya düşən hava cücüləri və balıq kürüsü təşkil edir. Yerli vətəgə əhəmiyyəti var.

OMUL - C.autumanilis (Pallas) Şimal Buzlu okeanın sahillərində yayılıb. Kürüləmək üçün Velta çayından tutmuş Şimali Amerikada Makkenzi çayına qədər bütün axar sulara (Ob və Alazey çaylarından başqa) girir. Tuqun kimi omulun da ağzı başın ucunda yerləşir, qəlsəmə dişciklərinin sayı çoxdur (51-ə qədər), iri balıqdır (uzunluğu 64 sm-ə, kütləsi 3 kq-ə çatır), 20 ilə qədər yaşayır. Cinsiyyət yetkinliyinə gec çatır (5-10 yaşlarında), çaya iyun-iyulda gedir, kürüsünü sentyabr-oktyabr aylarında, qumlu-çınqıllı yerlərdə tökür. Hər il kürü tökmür. Kürsünün sayı 20 minə yaxın olur. Plankton xərçəngkimilər, dib orqanizmləri, hava cücüləri və balıq kürüsü ilə qidalanır. Vətəgə əhəmiyyəti var, ən çox çaya kürü tökməyə getdikdə tutulur. Bu balıq Baykal omulu adlı növaltı əmələ gətirib.

BAYKAL OMULU C.a.migratorius (Georgi) gözlərinin iriliyi ilə fərqlənir. Adından göründüyü kimi, Baykal gölündə yaşayır. Göl-çay balığıdır, uzunluğu 50 sm-ə, kütləsi 1,5 kq-a, bəzi müəlliflərə görə, 7 kq-a çatır. Baykal omulu bu nəhəng göldə kürüləmə yerinə, böyümə sürətinə, cinsiyyət yetkinlik nə çatmasına, məhsuldarlığına və başqa xüsusiyyətlərinə görə bir-birindən fərqlənən 4 irq əmələ gətirir: Şimali Baykal, Selenkin, Çivırkuy və səfir omul irqləri. Şimali Baykal irqi 5-6, Çivırkuy irqi 7-8 yaşlarında nəsil verir. Selenkin omulu daha iridir və qiymətlidir. Kürüsünü sentyabr-noyabr aylarında çayların dibində tökür. Kürü tökmüş balıqların bir qismi məhv olur, digər qismi Baykala qayıdır. Kürüdən sürfələr yazda çıxıb gölə qayıdır. Qidasını xərçəngkimilər, dib onurğasızları və balıq körpələri təşkil edir. Ehtiyatı azalmışdır; kürüləmə yerlərinin qorunması, gölün çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi və zavod üsulu ilə artırılma hesabına Baykal omulunun ehtiyatı bərpa olmaq üzrədir.

PELYAD - C.peled (Gmelin) Şimal Buzlu okeanın Mezenin gölündən Koloma gölünə qədər yayılıb, ona sırok da deyilir. Bədəni hündürdür, qəlsəmə dişicikləri çoxdur (49-68); başında və bel üzgəcində xırda qara xallar var. İri balıqdır, uzunluğu 40-55 sm, kütləsi 2,5-3,0 kq, az hallarda 5 kq-a qədər çatır, 13-14 il yaşayır.

Pelyadın 3 forması məlumdur: çay pelyadı, göl pelyadı və göl-karlik pelyadı. Pelyad əsasən göl balığıdır. Cinsiyyət yetkinliyinə 3-5 yaşlarında çatır. Kürüsünü payızda bulaq sularının, kiçik çayların qumlu-çınqıllı yerlərində tökür. Məhsuldarlığı çox dəyişkəndir, 3 mindən 105 minə qədərdir. Başlıca olaraq plankton xərçəngkimilərlə qidalanır. Pelyadın uyğunlaşma imkanı yüksəkdir. O, Sankt-Peterburq vilayəti, Moldaviya, Cənubi Ural, Qazaxıstan və Orta Asiya göllərinə iqlimləşib. Sibir çaylarının aşağılarında, Peçora çayında vətəgə əhəmiyyəti var.

ÇİR vo уa ŞOKUR - C.nasus (Pallas) Şimal Buzlu okean hövzəsində Peçora çayından Amerikada Şelaqski burnuna qədər və Sakit okeanın şimali-qərb hissəsinə tökülən Anadır və Penjin çaylarında yayılıb. Bu balığın (şəkil 69) başı balacadır, rostrumu kütdür, gözləri kiçikdir, üst çənə önə çıxıb, həm də enlidir. Qəlsəmə dişcikləri seyrəkdir (19-25). Rəngi tutqun olub bədəni yanlarında gümüşü-sarıya çalan zolaqlar var. Uzunluqu 70 sm-ə, kütləsi 3-5 kq-a, az hallarda 16 kq-a qədər çatır, 15 ilə qədər yaşayır. Göl-çay balıqı olsa da, əsasən çaylarda, çox az hallarda göllərdə kürüləyir. Cinsiyyət yetkinliyinə 6-7 yaşlarında çatır. Kürüsünü oktyabr-noyabr aylarında tökür. Kürüsünün miqdarı çox dəyişkəndir, 7 mindən 135 minə qədərdir. Qidasmı xironomid sürfələri, molyuskalar, qammaridlər və plankton xərçəngkimilər təşkil edir. Sibirin qiymətli vətəgə balıqlarındandır.

MUKSUN - C.muksun (Pallas) Şimal Buzlu okean dənizlərinin şirinləşmiş hissələrində yayılıb. Peçora və Kolıma çaylarına da girir, Norilsk durğun sularında onun göl forması yaşayır. Bu balığın (şəkil 69) rostrumunun ucu kütdür, üstdən basıq və enlidir, üst çənə sümüyü dar-uzundur. Qəlsəmə dişciklərinin miqdarı 42-72-dir. İri balıqdır, uzunluğu 75 sm-ə, kütləsi 8 kq-a, bəzən 13 kq-a qədərdir. Cinsiyyət yetkinliyinə 6-12 yaşlarında çatır. Çoxalma miqrasiyası yayın ikinci yarısında müşahidə edilir. Kürüsünü oktyabr-noyabr aylarında tökür. Kürülərinin sayı 24-125 mindir. Hər il kürü tökmür. Kürüdən sürfələr yazda çıxır, çox keçmədən çayların aşağılarına gedir. Muksun dib orqanizmləri (molyuskalar, xironomid sürfələri, tarakan) və balıqla qidalanır. Sibir çaylarının qiymətli vətəgə balığıdır.

ADİ SİQ - C.lavaretus (L.) üçün sirkumpolyar yayılma səciyyəvidir. Baltik dənizi hövzəsində, Kolsk yarımadası sularında və Baykalda da yaşayır. Bədəni hündürdür, yanaqlarında bəzən tünd xallar olur. Uzunluğu az hallarda 50 sm-dən çox olur, 15-20 ilə qədər yaşayır. Keçici, göl və göl-çay formalan vardır. Apreldən noyabra qədər çaya gedir. Oktyabr-noyabr aylarında qumlu-daşlı yerlərdə kürü tökür. Kürüsünün sayı çox dəyişkəndir, 7-120 mindir. Qəlsəmə dişçiklərinin miqdarına görə bu növün fərdlərini az dişçiklilərə və çoxdişçiklilərə ayırırlar. Az dişciklilər (16-30), məs.: Volxov siqi, siq-ludoqa, siq-valaamka cinsiyyət yetkinliyinə gec çatırlar (5-7 yaşlarında). Bunlar bentosla, balıqla qidalanır, hər il nəsil vermirlər, ona görə də özünübərpa imkanları məhduddur. Çox dişciklilərə (30-50) Çud siqini misal göstərmək olar. O, 3-4 yaşlarında yetkinləşir, hər il kürü tökür, planktonla qidalanır, bunların özünübərpa imkanı yüksəkdir.

SİBİR SİQİ və ya pıjyan - C.l.pidschian (Gmel.) Avropanın şimalında və Sibirdə olan çaylarda və göllərdə yaşayır. Qəlsəmə dişcikləri 30-dan azdır, quyruq gövdəsi hündürdür. Qəlsəmə dişçiklərinin sayına və həyat tərzinə görə bir-birindən fərqlənən çoxlu formalar (keçici, yarımkeçici, göl-çay) əmələ gətirir. Uzunluğu 20-40 sm, az hallarda 50 sm olur. Onun (şəkil 69) keçici forması yalnız Barens və Ağ dənizlərində yaşayır. Cinsiyyət yetkinliyinə 5-7 yaşında çatır. Kürüsünü payızda, qışın əvvəllərində çayların qumlu-çınqıllı yerlərində tökür. Kürülərinin sayı 4 mindən 50 minə qədərdir. Körpələr 4-5 il çayda yaşadıqdan sonra dənizə gedir. Sibir siqi xironomid sürfələri, molyuskalar və balıq kürüsü ilə qidalanır. Körpələr zooplanktonu daha çox yeyir, Sibir çayının vətəgə balıqlarındandır.

PROSOPİUM - Prosopium cinsi. Bu cinsin elmi ədəbiyyatda bir növü göstərilir.

VƏRDƏNƏVARI PROSOPİUM - P.cylindraceus (Pallas) Sibir (Yeniseydən Kolmaya qədər), Anadır və Penjin çaylarında yayılıb, ona (şəkil 69) çay siqi də deyirlər. Bədəni girdədir, rostrumu uzunsovdur, üst çənə azacıq önə çıxıb. Qəlsəmə dişcikləri 16-dan 22-уə qədərdir. Başında tünd ləkələr var. Əksəriyyətinin uzunluğu 28-35 sm-dir, kütləsi 400 q-a yaxındır. Ən iri balığın uzunluğu 46 sm-ə, kütləsi 700 q-a çatır. Cinsiyyət yetkinliyinə 5-8 yaşlarında çatır. Нəг il nəsil verir. Kürüsünü oktyabr noyabr aylarında suyun sürətlə axan yerlərində tökür. Kürünün sayı orta hesabla 14 mindir. Həşərat sürfələri ilə qidalanır, vətəgə əhəmiyyəti azdır.

XARİUSLAR - Thymallidae fəsiləsi. Bunlar qızıl balıqlar fəsiləsinə yaxındır. Lakin onlardan bel üzgəci əsasının uzunluğu ilə fərqlənirlər. Bunlarda da piy üzgəci var, yan xətt orqanı bütövdür. Pulcuqlar bədənə möhkəm birləşib. Şirin su balıqları olan xariusların uzunluğu 25-50 sm, kütləsi 0,5-1,0 kq-a qədər olur. Avropa, Şimali Amerika və Şimali Asiya çaylarında yaşayırlar. Fəsilənin bir cinsi var: xarius -Thymallus.

XARİUS - Thymallus cinsi. Bu cinsin 5 növü vardır: Avropa, Sibir, Kosoqol, Şimali Amerika və Monqol xariusları.

AVROPA XARİUSU - Th.thymallus Valtik, Ağ, Barens, Karsk dənizlərində, Volqa, Kama, Ural çaylarında, Dnepr çayının yuxarılarında, Ladoqa, Oneqa və İlmen göllərində yayılıb (şəkil 70). Xariusun ağzı yekədir. Üst çənə sümüyü gödəkdir, gözün ön kənarına ancaq çatır. Dişləri zəifdir, döş və qarın pulcuqları xırdadır, boğazı və döş üzgəclərinin əsası çılpaqdır. Belində və yanlarında xırda qara xallar, bədənin yanlarının aşağı hissəsində uzununa zolaqlar olur. Cüt üzgəcləri sarı və ya qırmızı, tək üzgəcləri mürəkkəb rəngindədir. Bel üzgəcində dördkünc əlvan xalı var. Kürüləmə ərəfəsində rəngi əlvanlaşır, erkəklərin bədəninin geri hissəsi (bel üzgəcindən geri olan hissə) uzanır. Uzunluğu 50 sm-ə, kütləsi 1 kq-a yaxın olur.

Şirin su balığı olub, iti axan soyuq sulu çaylarda yaşayır. Göllərdə az rast gəlir. Cinsiyyət yetkinliyinə 2-4 yaşlarında çatır. Kürüsünü martdan iyuna qədər çayın daşlı yerlərində tökür. Məhsuldarlığı 3-36 min, orta hesabla 10 mindir. Kürüsü iridir, dibdə tökülür, həşərat sürfələri, molyuskalar, balıq kürüsü və körpələri ilə qidalanır. Vətəgə əhəmiyyəti çox azdır.

SİBİR XARİUSU - Th.articus (Pallas) Şimali-Şərqi Sibir (Kar çayından Kamçatgaya qədər), Amur və Altay çaylarında və Baykal gölündə yayılıb. Avropa xariusuna nisbətən ağzı yekədir, üst çənənin gerisi gözün ortasına çatır, dişləri var. Rəngi Avropa xariusunun rəngi kimidir. İri çaylarda açıq rəngli, kiçik daşqın sularında isə tutqun rəngli fərdlər çoxluq təşkil edir. Uzunluğu, adətən 20-30 sm, kütləsi 500 q-a qədər olur. Uzunluğu 50 sm-ə çatanlara da təsadüf edilir.

Sibir xariusunun Sibirin qərbində Qərbi Sibir xariusu, şərqində Şarqi Sibir xariusu, Amur çayında Amur xariusu, Baykalda Baykal xariusu adlı növaltılan məlumdur. Baykalda hətta onun qara və ağ xarius adlı ekoloji qrupları da mövcuddur.

Şirin sularda yaşayan bu xarius 3-5 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Kürüsünü yazda kiçik çaylarda tökür. Kürülərinin sayı 5-10, bəzi müəlliflərə görə, 8-40 mindir. Qidasını xərçəngkimilər, cücü sürfələri və balıq körpələri təşkil edir.

BAYKAL XARİUSU - Th.arcticus baicalensis Dybowski (şəkill 70) qara və ağ formalar əmələ gətirir. Ağ xariusun adından göründüyü kimi, rəngi açıq, bədəni hündürdür, qəlsəmə dişcikləri 14-20-dir. Bu xarius göllərdə yaşayır, 3 yaşında cinsiyyət yetkinliyinə çatır. Yırtıcıdır, xırda balıqları yeyir. Qara xariusun rəngi tutqundur, bədəninin hündürlüyü azdır, qəlsəmə dişcikləri 16-20-dir, çaylarda yaşayır, 4 yaşında cinsiyyət yetkinliyinə çatır, ağ xariusa nisbətən zəif böyüyür. Xərçəngkimilər, su cücülərinin, əsasən bulaqcılların sürfələri ilə qidalanır. Baykal gölünün vətəgə əhəmiyyəti olan balıqlarındandır.

MONQOL XARİUSU Th.brevirostris Kessler göl və çaylarında yayılıb. 4 yaşında nəsil verir, iyunda kürü tökür, kürülərinin sayı orta hesabla 4 mindir. Xironomid sürfələri, molyuskalar və xərçəngkimilərlə qidalanır. Uzunluğu 39 sm-ə çatır, yerli ov obyekti hesab edilir.

KORYUŞKALAR - Osmeridae fəsiləsi. Şimal yarımkürəsində geniş yayılmış bu balıqların piy üzgəci olur. Bədən uzunsov girdədir, pulcuqları tez düşəndir. Yan xətt orqanı bütöv deyil. Bel üzgəcinin əsası gödəkdir, çənə dişləri var. Keçici, şirin su və dəniz formaları məlumdur. Yenicə tutulmuş balıqların çoxu təzə xiyar iyi verir.

Fəsilənin 6 cinsi, 10-a yaxın növü məlumdur. Bunlardan koryuşka, kiçikağız və moyva cinslərinin nümayəndələri daha geniş yayılıb.

KORYUŞKA - Osmerus cinsi. Bunların ağzı yekədir, çənə dişləri yaxşı inkişaf edib, pulcuqları iridir, anal üzgəcinin əsası gödəkdir.

KORYUŞKA - O.eperlanus (L.) sirkumpolyar yayılan bu balıq bir neçə növaltı və şirin su formaları əmələ gətirir. Mühüm vətəgə balığıdır.

AVROPA KORYUŞKASI - O.ep.ep. (L.) Avropa sahillərində Biskay körfəzindən Peçora çayına qədər olan sularda, Ladoqa və Oneqa göllərində yayılan bu koryuşkanın (şəkil 70) uzunluğu 30 sm-ə qədərdir, 9 ilə qədər yaşayır. 2-4 yaşlarında cinsiyyətcə yetkinləşir, may-iyun aylarında qum-çınqıl, bəzən otlar üzərinə kürü tökür. Kürülərinin sayı 7 mindən 20 minə qədərdir. Kürü əvvəlcə substrata yapışır, sonra substratdan aralanır və suda üzərək inkişaf edir. İnqubasiya müddəti 3 həftəyə qədər çəkir. Su qatında yaşayan xərçəngkimilər, balıq kürüsü və körpələri ilə qidalanır. Vətəgə əhəmiyyəti var.

ADİ SNETOK – O.ep.ep.morpha spirinchus Pallas keçici koryuşkanın boyca kiçik şirin su formasıdır. Baltik dənizi hövzəsində, Volqa çayının yuxanlarında yaşayır. Oksigeni bol olan göllərdə daha çox rast gəlir. Uzunluğu, adətən 10 sm-dir. Birinci ilin axırlarında cinsiyyətcə yetkinləşir. Erkən yazda gecə vaxtı kürü tökür. Qidalanması Avropa goryuşkasında olduğu kimidir.

ASİYA KORYUŞKASI və ya DİŞLİ KORYUŞKA -O.ep.dentex Steindachner Şimal Buzlu okeanın sahillərində, Sakit okeanda, Kamçatkada, Saxalindo, Komandor və Şantar adalarında yayılıb. Ağzı yekədir, dişləri qüvvətlidir, yan xətt orqanı bütöv deyil. Uzunluğu 35 sm-ə, kütləsi 350 q-a çatır. Keçici balıqdır, 3-4 yaşlarında cinsiyyət yetkirıliyinə çatır. Kürülərinin miqdarı 35 mindən 60 minə qədərdir. Qidasını xərçəngkimilər və balıqlar təşkil edir. Balıq ovu obyektidir.

KİÇİKAĞIZ - Hypomesus cinsi. Koryuşkalardan olan ov balığın adından göründüyü kimi ağzı balacadır, dişləri çənələrdə zəif oturur- pulcuqları iridir. Kiçikağız koryuşka və ya xiyari - -H.olidus (Pallas) adlı növü var. Bu balıq Sakit okeanın Asiya sahillərində Berinq boğazından Koreyaya, Amerika sahillərində Alyaskaya qədər yayılıb. Kiçik boylu şirin su formaları əmələ gətirir. Uzunluğu orta hesabla 10-12 sm, kütləsi 11 q-dır. Keçici və oturaq formaları var. Cinsiyyət yetkinliyinə 2-3 yaşlarında çatır. Çoxalmaya apreldə-mayda gedir. Yazda, adətən, gün batan ərəfədə kürü tökür. Kürüsünün sayı 4-10 mindir. Kürünü dibdə tökür. Kürü yapışqanlıdır. Zooplanktonla qidalanır. Vətəgə əhəmiyyəti çox deyil.

MOYVA - Mallotus cinsi. Pulcuqları və dişləri xırda, ağzı yekədir. Köndələn pulcuq sıralarının sayı 150-dən çoxdur. Anal üzgəcinin əsası uzun və ətlidir. Adi moyva adlı növü məlumdur.

ADİ MOYVA M.vilosus (Müller) (şəkil 70) Şimali Atlantikada, Barens, Ağ, Karsk, Laptev, Çugot, Berinq, Oxot və Yapon dənizlərində yayılıb. Bu moyvanın 2 növaltısı məlumdur: Qərbi Atlantika moyvası - M.v.v. (Müller) və Sakit okean - Şərqi Atlantika moyvası -M.v.socialis (Pallas).

Dənizdə sürü halında yaşayan moyva, əsasən 3-4, az hissəsi 2 yaşında cinsiyyət yetkinliyinə çatır. Kürüsünü yazda-yayda sahilə yaxın, 50-100 m dərinlikdə tökür. Norveç sahillərində mayda-iyulda, Qrenlandiya sahillərində iyunda-iyulda, Yeni Zelanlandiyada avqustda-sentyabrda kürüləyir. Kürü xırdadır, dibdə tökülür, yapışqanlıdır, substrata yapışır. Sakit okean moyvasının 15-16 min, Şimali Atlantika moyvasının 16-62 min kürüsü olur. Adi moyvanın qidasını xərçəngkimilər təşkil edir. Bu balıq özü yırtıcı balıqların, məs.: treskanın, pikşanın qida obyektidir. Moyvanın vətəgə əhəmiyyəti çox böyükdür.

SALANQSOVİLƏR Salangidae fəsiləsi. Bədənləri şəffaf silindvarı, basları üstdən yastılaşmış balıqlardır. Pulcuqları asan düşəndir. Bel üzgəcinin başlanğıcı qarın üzgəclərinin gerisi tuşundadır. Erkəklərin anal üzgəci ətrafında olan pulcuqlar bədəndə möhkəm oturur. Piy üzgəci var. Dənizdə yaşayır. Fəsilənin Sakit okeanın sahil sularında yaşayan 5 cinsi var. Bunlardan yalnız biri-lapşabalıq cinsi daha geniş yayılıb.

LAPŞABALIQ - Salangichthys cinsi. Bu cinsin adi lapşabalıq adlı bir növü məlumdur.

ADİ LAPŞABALIQ - S.microdon Bleek Primorya, Yaponiya, Şərqi Koreya sahillərində yaşayır. Ağız yekə, dişlər xırdadır. Qarın tərəfdə 2 cərgə xırda qara xallar görünür. Belə xallar çənənin yanlarında, qəlsəmə qapağında və üzgəclərdə də var. Erkəklərin anal üzgəci ətrafında iriləşmiş pulcuqlar yerləşir. Gözlər başın yanlarında və ya alt tərəfındədir. Quyruq üzgəci haçalıdır. Kiçik balıqdır, uzunluğu 10 sm-ə qədərdir. Şirin sulara da girir. Kürüsünü mayda sahilə yaxın yerlərdə tökür. Kürüləri xırdadır, yapışqanlıdır. Kürü tökmüş balıqlar ölür. Məhsuldarlığı 2 minə yaxındır. Heyvani planktonla qidalanır. Vətəgə əhəmiyyəti azdır.

GÜMÜŞÜRƏNGLƏR - Argentinidae fəsiləsi. Fəsilənin nümayəndələrinin bədəni uzunsovdur, yan xətt orqanı var. Başı çılpaq, ağzı kiçikdir, başın ucunda yerləşir və dişsizdir, gözləri isə böyükdür. Bel üzgəci Gödəkdir, onun başlanğıcı qarın üzgəcləri tuşundan öndədir. Quyruq üzgəci haçalıdır. Pulcuqları asan düşəndir. Dəniz balıqlarıdır. Fəsilənin 20-уə qədər növü məlumdur. Bunlardan yalnız Argentina (Argentina) cinsinə daxil olan 5 növün vətəgə əhəmiyyəti var. Bu 5 növdən ən çox rast gələni qızılı və ya gümüşü argentinadır.

QIZILI və ya GÜMÜŞÜ ARGENTINA - A.silus (Ascanius) Şimali Atlantikada, Barens dənizinin şimalında Şpisberken, şərqində Medvejinski və Demidov adalarına qədər yayılıb. Onun bədəni yığcamdır, yanlardan basıqdır, başı balaca, gözləri böyükdür. Ağzı kiçik və dişsizdir. Pulcuqları iridir, yan xətt orqanı var, özü də demək olar ki, bütövdür. Körpələrinin belində 12-уə yaxın qara xallar olur. Uzunluğu 60 sm-ə qədərdir. 30 ilə qədər yaşayır. Təzə tutulmuş balıqdan xiyar iyi gəlir. Dəniz balığıdır. Cinsiyyət yetkinliyinə 6-10, bəzi müəlliflərə görə, 8-15 yaşlarında çatır. 120 m-dən-1100 m-ə qədər dərinlikdə yaşayır. Kürüsünü Avropa sularında apreldən iyula, Şimali-Qərbı Atlantikada maydan sentyabra qədər tökür. Kürüsü pelegialdır, suda üzərək inkişaf edir. Kürülərinin miqdarı 10 mindən 40 minə qədər dəyişilir. Qidasını onurğasızlar və balıqlar təşkil edir, zəif böyüyəndir.

ARAVİNOİDKİMİLƏR - Osteoglossiformes dəstəsi. Tədris ədəbiyyatlarında aravinoidkimilərin aşağıdakı dəstəaltıları göstərilir: sümükdillikimilər və kəpənəyikimilər.

SÜMÜKDİLLİKİMİLƏR - Osteoglossoidei dəstəaltı. Dəstəaltının nümayəndələri Avstraliya, Afrika, Cənubi Amerika və Hind-Malay arxipelaqı adalarının şirin tropik sularında yayılıb. Bunların başında zireh var, bel üzgəci geridədir, üzmə qovuğu hücrəlidir və hava tənəffüsünü təmin edə bilir. Bu işdə qəlsəməüstü orqan da iştirak edir. Bu balıqların sümükdillilər adlı bir fəsiləsi məlumdur.

SÜMÜKDİLLİLƏR - Osteoglossidae fəsiləsi. Yırtıcı olan, nəsil qayğısına qalan bu balıqların həm tipik, həm də vətəgə əhəmiyyəti olan nümayəndəsi nəhəng arapaymadır - Arapaima gigas Cuvier (şəkil 71). Bu balıq Amazon çayı hövzəsində yaşayır, uzunluğu 4 m-ə, kütləsi 170 kq-a, bəzi məlumatlara görə, 4,6 m-ə, 200 kq-a çatır. Yerli vətəgə əhəmiyyəti var.

KƏPƏNƏYİKİMİLƏR - Pantodontoidei dəstəaltı. Bunlar sümükdillikimilərə yaxın olsalar da onlardan qarın üzgəclərinin döş üzgəcləri altında yerləşməsi ilə fərqlənirlər. Dəsqəaltının kəpanəyilər (Pantodontidae) adlı bir fəsiləsi pantodon (Pantodon) adlı bir сinsi və kəpənəyi balıq P.buchholtzi (Peters) adlı bir növü məlumdur. Bu balıq Afrikada tropik sularda yayılıb. Döş və quyruq üzgəcləri iri, həm də xallı olub kəpənək qanadına oxşadığı üçün bu balığa kəpənəyi balıq deyilir (şəkil 72). Onun uzunluğu 12 sm-ə yaxındır, bitkilər yaxşı inkişaf etmiş sularda yaşayır. Üzmə qovuğu hücrəlidir (qubkavari), əlava tənəffüs orqanı vəzifəsini yerinə yetirir. Mayalanma daxilidir. Belə kiçik balığın kəpənəyə oxşarlığı, hava tənəffüsü etməsi, mayalanmanın daxili olması diqqəti cəlb edən xüsusiyyətlərdir.

ATBURUNKİMİLƏR - Gonorhynchoidei - dəstəaltı həm dənizdə həm də şirin sularda yaşayan bu balıqların bədəni siyənəkvarı və ya uzunsov girdədir. Ağzı balaca olub dişsizkimidir. Qarın üzgəcləri, bel üzgəci eyni adlı hissələrin ortasında, döş üzgəcləri isə bədənin aşağı kənarında yerləşib.

Dəstəaltına 5 fəsilə daxildir: atburunlar, fraktolemlər, xanosilər, knerilər və kromerilər. Bunlardan xanosilər (Chanidae) fəsiləsinin nümayəndəsi olan süd balıq - Chanos chanos (Forks) atburunların tipik nümayəndəsi kimi diqqəti daha çox cəlb edir. Bu balıq Sakit və Hind okeanlarının tropik sularında yaşayır. Onun yan xətt orqanı bir neçə cərgəlidir. Ağzı kiçikdir, onu üstdən çənəönü sümük əhatə edir. Cüt üzgəclərinin əsasında uzanmış pulcuq çıxıntı olur. Quyruq üzgəci haçalıdır. (qaranquş quyruğu kimi). Qəlsəməüstü orqan var, iri balıqdır, uzunluğu 1,5 m-ə, kütləsi 12 və daha çox kq-a çatır. Cinsiyyət yetkinliyinə 4-5 yaşlarından tez çatmır. Kürüsünün miqdarı 2 milyona qədərdir. Kürünü sahilə yaxın su qatına buraxır. Süd balığın ildə iki dafə kürü tökməsirıi güman edənlər də var. Vətəgə əhəmiyyəti yüksəkdir.

MİKTOFİKİMİLƏR - Myclophiformes dəsləsi. Bozi ədəbiyyatlarda siyənəklərə oxşayan bu balıqlara işıqsaçan ançouslar da deyilir. Siyənəklərdən fərqli olaraq bunların ağzı iridir. Piy üzgəci var. İşıqsaçan orqan hamısıda olmur. Cinsiyyət dimorflzmi yüksəkdir. Bunlar 2-3 min metr dərinliyə qədər yayılıblar. Çoxu dərinlik balığıdır. 380 növü olduğu qeyd edilir, 2 dəstəaltına ayrılır: mikrofıkimilər və alepizavrkimilər. Birincinin 10, ikincinin 6 fəsiləsi var. Tipik fəsilələri miktofılər və alepizavrlardır.

MİKTOFİLƏR - Myctophidae fəsibsi. Dünya okeanında geniş yayılmış bu balıqlar su qatlarında yaşayır. Uzunluğu 30 sm-ə çatır, ağzı yekədir. Bədənin alt tərəfındə fotoforlar adlanan işıqsaçan orqanlar var. Bir çox balıqlarda fotoforlar bədənin üzərində, quyruğun yanlarında, gözlərin ətrafında olur. Miktofilərin 30 cinsi, 200 növü məlumdur. Su qatında yaşadıqlarından plankton xərçəngkimilər və balıqlarla qidalanırlar. Olduqca çoxsaylı balıqlardır, lakin onların ehtiyatından hələlik istifadə edilmir.

ALEPİZAVRLAR - Alepisauridae fəsiləsi. Çox geniş yayılmış bu balıqların yalnız qütlə su hövzələrində olmadıqları güman edilir. Okean balıqlarıdır, uzunluqları 2 m-ə çatır. Pulcuq örtüyü yoxdur, bel üzgəci çox iri olub yelkən kimidir. Yırtıcıdılardır. Fəsilənin alepizavr (Alepisaurus) adlı bir cinsi, bu cinsin bir neçə növü məlumdur. Tipik nümayəndəsi yelkənli alepizavrdır (şəkil 73).

YEKƏAĞIZKİMİLƏR - Saccopharyngiformes dəstəsi. Bunlara kisəağızkimilər də deyilir. Atlantik və Hind okeanlarının 2,5 min metr dərinliyində yaşayır. Bu balıqlar örtük sümüklərinin, qəlsəmə şüalarının, qabırğaların, qarın üzgəclərinin və pulcuq örtüyünün olmaması ilə səciyyələnir. Bel anal üzgəclərində tikan şüa yoxdur. Quyruq üzgəci, qəlsəmə qövsləri, üzmə qovuğu reduksiya olub. Bunların sürfəsi angvilla sürfəsinə oxşayır. Yırtıcıdılar.

DURNABALIĞIKİMİLƏR - Esociformes dəstəsi. Üzgəcləri yumşaq şüalardan ibarətdir, pulcuqları sikloiddir, bel üzgəci birdir və nisbətən geridə yerləşir.

Qarın üzgəcləri bədənin ortasındadır. Ağız çənəönü və çənə sümükləri ilə əhatə olub. Dəstənin indi yaşayan 3 fəsiləsi var: durnabalıqları, umbrovilər, dallilər.

DURNABALIQLARI - Esocide fəsibsi. Bədəni uzunsov olan bu balıqların pulcuqları xırdadır. Ona görə yan xətt orqanında onların sayı 100-dən az deyil. Ağız уеkə, rostrumu uzun və yastıdır, alt çənə irəli çıxır. Ağızda xırda, geriyə əyilmiş dişlər var. Alt çənə dişləri nisbətən iri və möhkəmdir. Quyruq üzgəci haçalıdır. Durnabalıqları fəsiləsinin bir cinsi, 5 növü məlumdur.

DURNABALIĞI - Esox cinsi. Cinsin iki növü var: adi durnabalığı, Amur durnabalığı.

ADİ DURNABALIĞI - Esox lucius L. Şimal Buzlu okean hövzəsində, Baltik, Qara, Azov, Xəzər, Aral dənizləri hövzələrində, Berinq dənizinin şimalında, Şimali Amerikada yayılıb. Azərbaycanda bu balığa Kür və Araz çaylarının aşağılarında, Qızılağac körfəzlərində, Dəvəçi limanında rast gəlinir. Onun pulcuqları xırdadır, уan xətt orqanında onların sayı 105-144-ə qədərdir. Rəngi dəyişkəndir, adətən, beli tünd, yanlan boz-yaşılı olur (sarımtıl xallar və zolaqlar da var). Cüt üzgəcləri çəhrayıya çalır. Bir qayda olaraq balığın ümumi rəngi mühitinin rənginə uyğundur. İri balıqdır, uzunluğu 1,5 m-ə, kütləsi 35 kq-a (az hallarda 65 kq-a) çatır. Azərbaycan sularında onun kütləsi 5 kq-dan (adətən 1,5-2,5 kq) çox olmur.

Göl və çaylarda yaşayan bu balıq cinsiyyət yetkinliyinə 3-5 yaşlarında çatır, erkən yazda, bəzən buz altında kürüləməyə başlayır. Azərbaycan sularında fevral-aprel aylarında əksər hallarda keçən ilki otlar üzərinə kürü tökür. Kürü yapışqanlıdır, 2-3 gün substrata yapışmış halda qalır, sonra dibə düşərək inkişaf edir. Kürünün sayı çox dəyişkəndir, 17,5 mindən 215 minə, nadir hallarda bir milyona qədər olur. Kürütökmə rap şəklində səs-küylə baş verir. Poliqam balıqdır. Kürüləmə zamanı bir kürülü balıqla 2-8 erkək nəsil vermədə iştirak edir. Kürüdən çıxmış sürfələr plankton xərçəngkimilər, xironomid sürfələri, formalaşmış körpələr (1,5 sm-dən yuxarı) isə başqa balıq sürfələri ilə qidalanır. Uzunluğu 4-5 sm-dan yuxarı olanlar, əsasən, çəkikimi-balıqların körpələrini yeyir. İri durna balığı (şəkil 74)-tipik yırtıcıdır. Onun qidasında balıq, qurbağa, siçan, kiçik su quşlan və s. iştirak edir. Bu balığın qidalanmasında hannibalizm (öz fərdləri ilə qidalanma) hadisəsi də müşahidə edilir. Durnabalığı su hövzəsində sanitar rolu oynayır, zəif, xəstə balıqları yeyir və ya ot basmış, su axacağı olmayan sularda vətəgə əhəmiyyəti olmayan balıqlarla qidalanaraq, həm belə suları təmizləyir, həm də əlavə balıq məhsulu alınmasına zəmin yaradır. Vətəgə əhəmiyyəti var.

AMUR DURNABALIĞI - E.reicherti Dybowski Amur çayı höfzəsində və Saxalin çaylarında yayılıb, Adi durna balığından yan xətt orqanında həm pulcuq sıralarının, həm də bir sırada olan pulcuqların çoxluğu (135-165) ilə fərqlənir. Rəngi gümüşüdür, xırda qara xalları var. Belə xallar üzgəclərdə də olur. Döş, qarın, anal üzgəcləri və quyruq üzgəcinin alt payı sarımtıldır. Uzunluğu 90 sm-ə, kütləsi 20 kq-a qədərdir. Cinsiyyət yetkinliyinə 3-4 yaşlarında çatır. Kürüsünü erkən yazda dayazlıqda bildirki otlar üzərinə tökür. Kürüsünün sayı 30 mindən 127 minə qədərdir. Körpələr yırtıcı qidalanmaya tez keçir, iri balıqlar tipik yırtıcıdır.

UMBRİLƏR - Umbridae fəsiləsi. Bunlara Yevdoşkovilər də deyilir. Dunay və Dnestr çayları hövzələrində, Şimali Amerikanın şərqində yayılıb. 2 cinsi məlumdur: umbra və ya Yevdoşka və novumbra. Birinci cinsin 3, ikincinin 1 növü var. Tipik nümayəndəsi Avropa umbrasıdır.

AVROPA UMBRASI - Umbra krameri Wall., ot basmış sularda yaşayır, hava tənəffüsü də edə bilir. Uzunluğu 10 sm-ə qədər olan bu balığın pulcuqları iridir, təkcə gözün gerisində və qəlsəmə qapağının üzərində olan pulcuqlar nisbətən kiçikdir. Üzərində seyrək qara xallar var, quyruq üzgəci haçalı deyil. Bel və quyruq üzgəcində cərgə ilə düzülmüş eyni irilikdə, formada xallar görünür. Yazda 1500-ə qədər kürü tökür, dişi balıq kürünü qoruyur. Körpələr xərçəngkimilərlə, iri balıqlar dib orqanizmləri ilə qidalanır.



DALLİLƏR - Dalliidae fəsiləsi. Dallilər Çukot yarımadası və Alyaska sularında yayılıb. Tinik nümayəndəsi adi dalliya balığıdır.

ADİ DALLİYA -Dallia pectoralis Bean kiçik şirin sularda yaşayır. Uzunluğu 20 sm-ə qədər olan dalliyanın döş üzgəcləri dairəvi və iridir, qarın üzgəcləri isə çox kiçikdir. Bel üzgəci geridə yerləşir. Bel və anal üzgəcləri iridir, quyruq üzgəci haçalı deyil, pulcuqları xırdadır. Kürüsünü maydan iyula qədər hissə-hissə tökür. Qışda dibdə torpaq içərisinə girir, qış sərt olanda bədən mayesi donursa məhv olur. Yerli əhali dalliyadan it yemi kimi istifadə edir.
Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling