Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Download 0.92 Mb.
bet3/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Sinir sistemi. Bu sistem orqanizm ilə xarici mühitin əlaqəsini yaradır, daxili orqanların fəaliyyətini idarə edir. Sinir sistemi mərkəzi (baş-beyin, onurğa beyni) və periferik (mərkəzi sinir sistemindən çıxan sinirlər) sinir sistemlərinə bölünür. Periferik sinir sistemi də somatik və vegetatip sistemlərə ayrılır. Somatik sinir sistemini onurğa beyindən çıxan sinirlər təşkil edir. Bu sinirlər eninə zonaqlı əzələlər innervə edərkən bədənin hissiyyatını təmin edir. Vegetativ sistem baş-beynindən və onurğa beyindən çıxan sinirlərdən, onurğanın yanları ilə uzunan və bir-birilə bel əsəb düyünləri ilə əlaqələnən və simpatik əsəb sistemini təşkil edən bir cüt iri sinrlərdən ibarətdir. Bu sistem daxili orqanları innervə edir.

Baş-beyin. Baş – beyin həcmcə kiçik olub, bəzi balıqlarda bədən kütləsinin 1/300 hissəsini təşkil edir. Bu 5 hissədən ibarətdir: ön beyin (telencephalon), aralıq beyin (diencephalon), orta beyin (mesencephalon), beyincik (cerebellum), uzunsov beyin (myelencephalon).

Baş-beyinin bu hissələri qızıl balıqlarda aşağıdakı kimi səciyyələnir. Ön beyin üstdən uzununa şırım vasitəsilə iki yarımkürəyə bölünür (daxildən belə bölünmə yoxdur). Öndə olan qoxu payları çox iridir. əsəb hüceyrələri cismi və gödək çıxıntısı olan boz maddəni əmələ gətirir, bunlar qoxu paylarında və zolaqlı cisimdə yığılır. Ön beyin hiss orqanlarının ali mərkəzidir, onun aralıq və orta beyinlə əlaqəsi vardır. Ön beyin orqanizmin hərəkət və davranışında iştirak edir.



Aralıq beyinin görmə payları yaxşı inkişaf edib. Onun üstündə epifiz və təpə orqanı, alt tərəfində hipogiz vəzi yerləşir. Görmə sinirləri çarpazlaşma (xiazma) əmələ gətirir. Aralıq beyin ilk görmə mərkəzidir. O, həm də başqa hiss orqanlarından gələn məlumatların həllində, hərəkətin nizamlanmasında, daxili sekresiya vəziləri vasitəsilə maddələr mübadiləsində iştirak edir.

Orta beyin yaxşı inkişaf etsə də onun həcmi sümüklü balıqlarda olduğundan kiçikdir. Orta beyin üstdən iki görmə payına ayrılır. Baş beynin bu hissəsinin beyincik, uzunsov beyin və onurğa beyni ilə əlaqəsi vardır.

Beyncik iridir, orta və uzunsov beynin müəyyən hissəsini örtür. Beyincik əzələnin işində, hərəkətin nizamlanmasında, yan xətt orqanının fəaliyyətində iştirak edir. Ona görə də beynin bu hissəsi akulalarda skatlara nisbətən daha yaxşı inkişaf edib.

Uzunsov beynin onurğa beyninin və vegetativ sinir sisteminin reflektor fəaliyyətini nizamlayır. Daxili qulağın yarımdairəvi kanallarında olan vestibulyar aparatın, yan xətt orqanının mərkəzi də uzunsov beyində yerləşir. Balıqların elektrik fəaliyyətinin mərkəzi həm də uzunsov beyindədir.

Onurğa beyni (medula spinalis) uzunsov beyinlə sərhədsiz birləşir. O, lentvari və ya girdədir, xüsusi kanal içərisində yerləşir, onun boşluğu nevrosel adlanır. Balıqların onurğa beynində sinir hüceyrələrinin miqdarı nisbətən artır, boz sinir maddəsinin alt çıxıntıları aydın görünür, üst çıxıntılar yericə inkişafa başlayır.

Onurğa beyninin uzunsov beyin və beyincikdə əlaqəsi var. Bu əlaqə onurğa beyni fəaliyyətinin baş beyin tərəfindən nizamlanmasını təmin edir. Buna baxmayaraq onurğa beyni öz müstəqilliyini saxlayır. Məsələn, başı kəsilmiş akula stimulyatorun təsiri altında hərəkət edə bilir. Elektrikli balıqların müvafiq fəaliyyətini nizamlayan mərkəz həm onurğa, həm də uzunsov beyində yerləşir. Onurğa beyni aeqmentli quruluşdadır. Seqmentlərin miqdarı fəqərələrin miqdarı qədərdir. Hər seqmentdən bir cüt (sağ, sol) sinir çıxır.

Qığırdaqlı balıqların simpatik sinir sistemi bir-birinin ardənca düzülmüş və bir-birilə əlaqəsi olmayan qanqlilərdən (düyünlərdən) ibarətdir. Qanqlilər bir-biri ilə özlərindən və onurğa beynindən daxili orqanlara gedən sinirlərlə əlaqələnir.

Balıqların baş beynindən 10 cüt sinir çıxır, onlar yaxşı inkişaf edib, həm də simmetrik yerləşib, XI cüt sinir inkişaf etməyib. XII cüt sini isə zəif inkişaf edib.

Sümüklü balıqların baş beyninin həcmi yaşayış tərzindən asılı olaraq müxtəlif irilikdə olur. Lakin ön beyin nisbətən kiçikdir. Onun əsas hissəsini zolaqlı cisim təşkil edir. Ön beyin üzərində əsəb hüceyrələri yoxdur və ya bəzi balıqlarda (nərəkimilərdə) başlanğıc vəziyyətindədir. Aralıq beyin yalnız iriliyi ilə qığırdaqlı balıqlarda olduğundan fərqlənir. Orta beyin də həcminə görə iridir və aralıq beyinin üzərini örtür. Beyinin bu hissəsinin beyincik, uzunsov beyin, onurğa beyni və əlaqəsi nisbətən möhkəmlənir. Beyincik cəld hərəkətli əksər sümüklü balıqlarda iridir, az hərəkətlilərdə isə nisbətən kiçik olur. Orta beyinin üzərini qismən, uzunsov beyinin üzlərini isə tamamilə örtür. Beyincik somatik əzələlərin işini idarə edir, hərəkət və müvazinəti nizamlayır. Uzunsov beyin forma, həcm və vəzifəsinə görə qığırdaqlı balıqlarda olduğu kimidir.

Ikicürtənəffüslü, pəncəüzgəcli balıqların baş beyninin ayrı-ayrı hissələrinin nisbəti başqa balıqlardan fərqlənir. Bunlarda ön beyin digər hissələrdən iridir. O sağ və sol yarımkürələrə bölünür. Yarımkürələrin əsəb hüceyrələri vardır, bunlar elə bil örtük əmələ gətirib. Ön beyinin əksinə olaraq, orta beyin və beyincik kiçikdir. Bu balıqların baş beynində olan fərqlər onların az hərəkətsiz olması və qoxu orqanlarının daha yaxşı inkişaf etməsi ilə əlaqədardır.

Qığırdaqlı balıqlarda olduğu kimi sümüklü balıqların da baş-beynindən 10 cüt sinir çıxır. Onurğa beyninin quruluşu və yerləşməsi qığırdaqlı balıqlarda olduğu kimidir. Larin onun müstəqilliyi sümüklü balıqlara nisbətən zəifdir.

Hiss orqanları. Hiss orqanlarına qoxu, dəri hissiyyatı, kimyəvi yaddaş, yan xətt, elektrik, görmə, eşitmə, dadbilmə və müvazinət orqanları daxildir.

Qoxu orqanları bir cüt kisə şəklindədir. Kisənin daxili divarında epiteli heceyrələrindən ibarət qoxu-qatı var. Qoxu kisəsi cüt burun dəlikləri ilə əlaqələnir. Ikicürtənəffüslü balıqlarda, keçmişdə yaşamış pəncəüzgəclilərin bəzilərində qoxu kisəsi xoanalar vasitəsilə ağız boşluğu ilə birləşib. Ona görə də su xarici burun dəliklərindən qoxu kisələrinə gəlir, oradan xoanalar vasitəsilə ağız boşluna tkülür, ağız boşluğundan isə udlağa keçir. Bəzi balıqların (ölotva, angvillalar və s.) qoxu kisələrinin daxili divarında suyun axın sürətini artıran hərəki kirpikciklər var.

Balıqların hissetmə qabiliyyəti yüksəkdir. Içərisində 5 dəqiqə aterin balığı saxlanmış 2,5 litr suyu həcmi 300 litr olan hovuza ehmalca tökdükdə ordakı nalimlər yad balığın iyini hiss edə bilmişlər. Angvilla balığında bu xüsusiyyət daha yüksəkdir, təxminən itin hissiyarı qədərdir. Balıqlar hissiyatla öz növündən, hətta digər növlərdən olan fərdləri tanıya bilir. Hissiyatın yaxşı etməsi sürü ilə yaşayan balıqlara öz sürüsünü, tək yaşayanlara isə çoxalma zamanı dişinin erkəyi, erkəni tapmasına imkan yaradır. Digər növün fərdlərini vaxtında hiss etmək balığın qidalanmasını və yırtıcıdan qorunmasını da asanlaşdırır. Bir çox balıqların, xüsusilə sürü ilə yaşayanların, dərisindəki qədəhvari hüceyrələrdə “qoxu” və ya “təhlükə” maddəsi olur. Belə hüceyrələr zədələndikdə həmin maddə suya tökülür və digər balıqlar təhlükə olduğunu hiss edirlər. Bu zaman onlar bir yerə toplaşaraq çoxluq əmələ gətirir, yırtıcı belə çoxluğa hücum etmir və ya hərəsi bir tərəfə qaçaraq onu çaşdırır.

Balıqlarda digər onurğalılarda olmayan “kimyəvi yaddaş” da var. “Kimyəvi yaddaş” çoxalma vaxtı uzaq məsafələrə gedən balıqlar üçün daha böyük əhəmiyyətə malikdir. Sakit okean qızılbalıqları, Kür qızılbalığı çoxalmaq üçün çaylara gedir, onların körpələri bir neçə ay və ya 1-2 il çayda yaşayıb həmin yerin (suyun, bitkilərin, yerli faunanın və s.) kimyəvi iyinə, fiziki xüsusiyyətinə elə öyrəşir ki, buradan gedəndən bir neçə il, hətta 8-10 il sonra çoxalmaya getmə yolunda və kürüləmə yerində dəyişiklik yoxdursa kürü tökmək üçün özləri kürüdən çıxdıqları yerə gəlirlər.

Balıqların dad bilməsinin qidalanmada böyük əhəmiyyəti var. Dad tumurcuqları bəzi balıqlarda ağız boşluğunun selikli qişasında, digərlərində bədən üzərində, başda, bığcıqlarda, bəzi növlərdə üzgəclərin uzanmış şüalarında olur. Təcrübə yolu ilə öyrənilmişdir ki, balıqlar şirinliyi, duzluluğu, turşuluğu, acılığı seçə bilir. Balığın dad bilməsi onun ekoloji xüsusiyyətindən, başqa sözlə, harada, hansı orqanizmlərlə qidalanmasından da asılıdır.

Balıqlarda yan xətt (seysmosensor) orqanı da yaxşı inkişaf edib. Bir çox sümüklü balıqlarda bu orqan dəridə yerləşən və bədənin yanları ilə uzanan kanaldan ibarətdir. Bu kanal balığın başında çoxlu şaxələnmə verir. Yan xəttin üzərini örtən hər pulcuğun ortasında xaricə açılan bir dəlik var. Kanalın yan divarlarında hissedici epiteli hüceyrələri olur. Bu hüceyrələr X cüt sinirin yan şaxələri ilə inervə edilir. Balıq yan xətt orqanı vasitəsilə canlıları, hətta cansız əşyaları hiss edir. Bu cür hissiyyat o qədər güclüdür ki, kor balıq adi sürətlə üzə bilir və ovunu tutur.

Balıqlarda maqnit cərəyan reseptorları var. Bu reseptorlar başda yerləşir və maqnit cərəyan sahəsini müəyyən edir. Bütün balıqların ətrafında zəif cərəyan sahəsi yaranır, lakin tək fərdin cərəyan sahəsi hiss olunmur. Sürü halında yaşayan balıqlar bir yerə yığışdıqda onların əyan qüvvəsi güclənir, başqa növün fərdləri tərəfindən hiss biləcək cərəyan sahəsi yaranır. Belə cərəyan sahəsinin həm sürünün, həm də ayrı-ayrı fərdlərin davranışında əhəmiyyət böyükdür.

Balıqlar arasında elektrik orqanları olan növlər var. əksər balıqlarda bu orqanlar eninə zolaqlı əzələlərin, bəzi balıqlarda isə göz əzələsinin dəyişməsindən əmələ gəlir. Afrikanın milli sularında yaşayan dimdikburunlar dəstəsinin bəzi növlərində elektrik orqanı bədənin quyruq hissəsində yerləşir və qidanı tutmağa xidmət edir.

Bəzi balıqlar bu orqan vasitəsilə çoxalma ərazisini və qida bazasını qoruyur. Cərəyan inpulslarının miqdarı və gücü balığın fəal olduğu vaxtda çox, passiv vaxtında isə zəif olur. Elektrik orqanı əksər balıqlarda, o cümlədən elektrik angvillasında, skatlarda, naxalarda və başqalarında şikara hücum etmək və ya özünü qorumaq vəzifəsini yerinə yetirir.

Sümüklü balıqların gözləri yaxın məsafədə mühüm oriyentasiya, sürü daxilində isə əlaqə orqanıdır. Bu balıqlarda gözün qərni təbəqəsi yastı, billuru yumrudur, hərəki qapaqları yoxdur. Gözlərin irinliyi müxtəlifdir. Lilli suda, dərinlikdə yaşayan növlərin gözlərin nisbətən iridir və ya rudiment halda olur. Bəzi yarqan balıqlarında gözlər dəri qatı altında qalır. Belə balıqlarda yan xətt, qoxu və elektrik orqanları yaxşı inkişaf edir.

Balığın həyat tərzindən asılı olaraq gözlərin yer-aşməsi müxtəlifdir. Dərinlik balıqlarında gözlər başın üstündə, kambalalarda başın bir tərəfində, əksər balıqlarda isə başın üst hissəsinin yanlarında yerləşir. Lil sıçrağanının iri hərəki gözləri elə bil başın üstünə qaldırılıb. Suyun üst qatında qidalanan gözlərinin hərəsi elə bil iki yerə bölünüb: o eyni havanı da, suyun altını da görə bilir. əksər sümüklü balıqların gözünün torlu qişasında çöpcüklər və kolbacıqlar olur. Onların sayı və bir-birinə nisbəti müxtəlif balıqların gözlərində müxtəlifdir. İşıq çoxaldıqda gözün piqment hüceyrələri böyüyüb çöpcüklərin üzərini örtür, kolbacıqlar isə gözün işini təmin edəcək istiqamətə çəkilir, belə göz işığı görməyə hazır olur. Balıq qaranlıq yerdə olduqda piqment hüceyrələri kiçilir və yalnız kolbacıqların üzərini örtür, çöpcüklər isə öz nüvələrinə tərəf çəkilir və qaranlıqda görməni təmin edir. Şirin su balıqları dəniz balıqlarına nisbətən daha uzağı görə bilir. Eyni şəraitdə saxlanılan iri balıqlar kiçiklərə nisbətən daha yaxşı görür. Görmənin balıqların qidalanmasında, təhlükədən yayınmasında, növdaxili davranışında, çoxalma zamanı erkək-dişinin bir-birini tapmasında, körpə və “valideyn” münasibətində böyük əhəmiyyəti vardır.

Sümüklü balıqların əksəriyyəti rəngi seçir, bəzi balıqların rəngi seçməsi insanın rəngi seçməsi qədərdir.

Sümüklü balıqların eşitmə müvazinət orqanları qığırdaqlı balıqlarda olduğu kimi daxili qulaqdan ibarət olub qığırdaq kapsul içərisində yerləşir. Daxili qulaq (zarlı labirint) bir-birinə perpendikulyar yerləşən 3 yarımdairəvi kanaldan ibarətdir. Bu kanallar oval kisədən başlanır. Oval kisəyə vestibülyar aparat və ya müvazinət orqanı da deyilir. Oval kisədən aşağı dairəvi kisə yerləşir, boş çıxıntıdan ibarət olan və laken adlanan eşitmə hissəsi də bu kisənin kənarındadır. Lakin, eləcə də dairəvi və oval kisələrin boşluğunda eşitmə daşları (bunlara otolitlər də deyilir) olur. Bu daşlar endolimfa mayesi içərisindədir. Balığın hərəkəti zamanı və ya digər səs dalğaları təsirindən endolimfanın və daşların tərpənməsi müzavinəti və ya eşitməni təmin edir. Eşitmə daşları bəzi balıqların (əsasən pulcuğu olmayanların) yaşını təyin etmək üçün istifadə edə bilər.

Sümüklü balıqların bəzi növlərində üzmə qovuğu ilə labirint arasında əlaqə əmələ gəlir. Buna görə də labirint üzmə qovuğundan təzyiqin dəyişməsini hiss edən reseptor, üzmə qovuğu isə rezenator vəzifəsini yerinə yetirir və bunun nəticəsində eşitmə güclənir. Sümüklü balıqlar 16-dan 12 minə qədər hers tezliyində səs dalğasını qəbul edə bilir. Yüksək səslər lakenin və dairəvi kisənin (ola bilsin ki, həm də oval kisənin) hissedici sahəcikləri və reseptorları vasitəsilə qəbul edilir. 500-600 hers tezliyə qədər olan səslərin yan xətt orqanı vasitəsilə də eşidilməsi güman edilir. Suda səs havaya nisbətən 5 dəfə sürətlə yayılır, həm də daha uzuğa gedir. Ona görə də balıqlar üçün səs oriyentasiyasının böyük əhəmiyyəti var. Balığın bədən toxumalarının səs keçiriciliyi suyun səs keçiriciliyinə yaxındır. Ona görə də balıqların eşitmə orqanının sadə quruluşlu olmasına baxmayaraq onlar zəif səsi də eşidə bilir.

Son vaxtlara qədər balıqların lal hesab edilməsi də əsassızdır. Balıqlar müxtəlif səslər çıxarır. Bu səsləri həm eyni növün, həm də digər növün fərdləri müəyyən siqnal kimi qəbul edir.

Balıqların hərəkət, tənəffüs, qidalanma zamanı çıxardığı müxtəlif səslər də siqnal xarakteri daşıyır. Yırtıcı balıqların qidalanarkən çıxartdığı səslər bir tərəfdən dinc balıqlar üçün təhlükə, digər tərəfdən yırtıcıların bir-birinə xəbərdarlıq (çağırış) siqnalı ola bilir. Yırtıcının tutduğu balığın “qışqırığı” da digər yırtıcılar üçün xəbərdarlıq, dinc balıqlar üçün qorunma siqnalıdır. Balıqlarda çoxalma zamanı cinsiyyət, kürünü və ərazini qoruma və s. kimi müxtəlif səs siqnalları da var. Səs çıxarmaq üçün balıqlar üzgəclərin sərbəst sümük şüalarından, çənə sümüklərindən, qəlsəmə qapaqlarından, döş üzgəcləri qurşağından, üzmə qovuğundan və s.-dən istifadə edir. Üzmə qovuğu ilə çıxarılan səslər daha müxtəlif olur: təbii səsi, fit çalma, nazik səslə cırıldama, xırıldama və s. Toranlıq və dib həyatı keçirən balıqlar daha müxtəlif səslər çıxara bilir.



Yazılanlardan aydın olur ki, sümüklü balıqlar oriyentasiya zamanı və ya qida axtardıqda hiss üzvlərinin bir neçəsindən eyni vaxtda istifadə edir. Məsələn, dalğa zərbəsindən sonra bədən müvazinətinin pozulması gözlər, yan orqanı, eşitmə orqanı və üzmə qovuğu ilə hiss edilir, fəal şikarı tutmaq istədikdə gözlər, yan xətt orqanı, elektrik orqanı; hərəkətsiz qidanı axtardıqda isə qoxu və lamisə üzvləri köməyə gəlir; qidanı tutmaq və udmaqda görmə və dad üzvləri iştirak edir.

Daxili sekresiya vəzləri. Bunlara evdokrin vəzilər də deyilir. Bu vəzilərə qanxanvari vəzi, adrenal vəzi, hipoviz, epiviz, quyruq neyrosekretor sistemi, ultimobronxial vəzi, lankerqans hüceyrələri və cinsiyyət vəzləri daxildir. Daxili sekresiya vəzlərinin axarı olmur, onların ifraz etdiyi hormon qana keçərək müəyyən fəaliyyətə təsir göstərir.

Qalxanvari vəzi müxtəlif formada və boyda olub qarın aortası yanında sümüklü balıqların çoxunda bir neçə yığın şəklində yerləşir. Balıqların qalxanvari vəzi follikulyar şəkildədir. Onun yodtireoqlobulin adlı hormonu inkişafı, o cümlədən maddələr mübadiləsini, balıqların davranışını, eləcə də metamorfoz prosesini nizamlayır. Keçici balıqların çoxalma miqrasiyası zamanı bu vəzin fəaliyyəti daha yüksək olur.

Adrenal vəzisinə böyrəküstü cisimlər də deyilir. Bu vəzi qabıqdan və “özək” hissələrindən ibarətdir. Qabıq və özək hissəsi hüceyrələri tək-tək yığınlar şəklində balıqların ömrü boyu fəaliyyət göstərir. Qığırdaqlı balıqların adrenal vəzi toxuması əsasən böyrək arası sahədə və simpatik qanqlilərdə, sümüklü balıqların isə belə toxuması baş böyrək sahəsində yerləşir. Adrenal vəzi cinsiyyət hormonları ifraz edərək zülalların, sulu karbonların, su-duz mübadiləsinin işini nizamlayır, eləcə də cinsiyyət davranışına təsir göstərir. Bu vəzin xromofil toxuması ürək döyünməsinə, qan təzyiqinə təsir göstərir və qanda şəkərin miqdarını tənzimləyən hormon ifraz edir.

Hipofiz vəzi aralıq beyinin dibində yerləşir. Balıqlarda bu vəzi 3 adenohipofiz və 1 neyrohipofiz hissələrindən ibarətdir. Sümüklü balıqların hipoviz vəzinin adenohipofiz hissəsində formasına və vəzifəsinə görə fərqlənən bir neçə cür hüceyrə vardır. Bunların hərəsi xüsusi hormonlar ifraz edir. Məsələn, adenohipofis 6-8 cür hormon hasil edir. Hipofizin neyrohipofis hissəsi sümüklü balıqların hamısında yaxşı inkişaf edib.burada şar şəkilli, budaqlanmış formalı tərəmələri var. Hipofizin hormonu osmotik təzyiqin nizamlanmasını, böyüməni, rəngdəyişməni, digər endokrin vəzilərin normal fəaliyyətini təmin edir və ya bu işdə iştirakı var, cinsiyyət vəzilərinin inkişafını və yetkinliyini sürətləndirir. Balıqartırmada mühüm əhəmiyyəti olan hipofizar ineksiya üsulu da buna əsaslanır.

Epifiz vəzi qralıq beyinin üstündə yerləşdiyindən ona beyinin üst çıxıntısı da deyilir. Onun hormonu qan-damarlarının (adətən kiçik arteriyaların), daralmasına təsir göstərir, dərinin rəngini dəyişir (bozumtul edir), mineral mübadilədə iştirak edir.

Quyruq neyrosekretor sistemə qurohipofiz də deyilir. Balıqıların onurğa beyninin quyruq hissəsində nisbətən yolun çıxıntıları olan iri neyrosektor hüceyrələr vardır ki, bunlar xüsusi sistem əmələ gətirir. Quruluşuna görə bunları hipofiz vəzin bir hissəsi olan neyrohipofizə oxşadırlar. Bunların urotenzin adlanan hormonu osmotik təzyiqin, qan təzyiqinin nizamlanmasında və çoxalma prosesində iştirak edir.

Ultimobroqxial vəzi qida borusu yanlarında yerləşir. Onun fəaliyyəti nəticəsində orqanizmdə fosfor və kalium mübadiləsi nizamlanır.

Lanqerqans hüceyrə yığınları mədəaltı vəzin parenximində olur. Belə hüceyrə yığınları daxili sekresiya vəzisi kimi fəaliyyət göstərir. Balıqlarda (qığırdaqlılar müstəsna olmaqla) mədəaltı vəzi ayrıca formalaşmayıb. Göstərilən hüceyrə yığınları mədəaltı vəzin toxumasından ayrılır, bunlar öd kisəsi, onun axarı, dalaq və qara ciyər nahiyələrində yerləşib. Qığırdaqlı balıqlarda mədəaltı vəzi formalaşıb, lanqerqans hüceyrələri onun xaricində olan epiteli hüceyrələri yığımından ibarətdir. Qan kapillyarları toru ilə təmin olmuş bu yığınlarda qanda şəkərin miqdarını nizamlayan insulin hormonu hasil edilir.

Cinsiyyət vəziləri cinsiyyət hüceyrələrindən başqa həm də cinsiyyət hormonları ifraz edir. Erkəklərdə belə hormonlar toxumluğun interstisial hüceyrələri, dişilərdə isə follikulyar epiteli hüceyrələri tərəfindən ifraz olunur. Cinsiyyət hormonları cinsiyyət dimorfizmi, nəsl qayğısına qalma kimi ikinci cinsiyyət əlamətlərinin inkifına səbəb olur.

BALIQLARIN XARİCİ MÜHİTİ
Bütün canlı orqanizmlər kimi balıqların da xarici mühiti, başqa sözlə onlara bu və ya digər dərəcədə təsir edən amillər var. Bu amillər iki qrupa ayrılır: abiotik və biotik amillər.

Xarici mühit, həm də biotik və abiotik amillər balıqların xarici quruluşuna və hərəkət formalarına da təsir göstərir.

Balıqların xarici görünüşü və hərəkət formaları.

Balıqların bədən formaları onların ekoloji qruplarda mənsubluğunu müəyyənləşdirən yaşayış həyat tərzi ilə sıx əlaqədardır. Elə buna görə də onların formaları da müxtəlifdir və əsasən belədir: ilanvari hərəkət, quyruq hərəkəti, üzgəcdalğavarı hərəkəti, üzgəcçalma hərəkəti, uçma hərəkəti və parazit hərəkət.

Ilanvarı hərəkət bədənin yanlara əyilməsi ilə baş verir. Belə hərəkətin sürəti zəifdir, az enerji tələb edir. Dib həyatı keçirən minoqa, angvilla, vyun ilanvarı hərəkət edir.

Quyruq hərəkəti eyni adlı hissənin yanlara hərəkəti ilə təmin edilir. Belə hərəkət edən balıqların quyruq hissəsi yaxşı inkişaf edib, hərəkət zamanı quyruğun əyilmə amplitudu azalır, hərəkət sürəti artır.treska və formaca treskaya oxşar balıqlar belə hərəkət edir.

Üzgəcdalğavarı hərəkəti üzgəclərin əsməsi ilə yerinə yetirilir. Belə hərəkət dib həyatı keçirən növlər üçün xarakterikdir. Ay balıq, günəşi balıq, sandıq balıq, kambala və s. cür hərəkət edir. Belə hərəkəti uzanmış bel və anal üzgəcləri, elektrik angvillasında lentvari anal üzgəci, dəniz iynəsində belüzgəci təmin edir.

Üzgəcçalma hərəkəti zəif forması olub üzgəclərin, xüsusilə döş üzgəclərinin, quş adı kimi hərəkəti hesabına baş verir, həm də əlavə hərəkət forması hesab edilir. Belə hərəkət də adətən dib balıqları üçün səciyyəvidir.

Uçma və ya havada süzmə hərəkəti çox sürətli hərəkət formasıdır. Uçan balıqlara məxsus olan belə hərəkət yaxşı inkişaf etmiş cüt üzgəclər vasitəsilə ilə təmin edilir və əsasən düşmən təqibi zamanı 200-400 m məsafəyə havada süzməklə baş verir.

Parazit hərəkət boyca kiçik növlərə məxsusdur. Belə ki, bunlar gəmilərə, iri balıqlara yapışır, sahibə zərər vermədən tullantı və qalıqlarla qidalanaraq bir yerdən başqa yerə gedir.

Balıqlarda hərəkət sürəti müxtəlif olub əsasən bədən formasndan asılıdır. Yaxşı üzgülərin bədəni uzunsov olur, bədəndə nəzərə çarpan yoğunlaşma və ya nazikləşmə olmur, quyruq gövdəsi yaxşı inkişaf edir, quyruq üzgəci payları şaquli və simmetrikdir. Qılınc balıq saatda 120 km-ə yaxın, tunes 70 km-dən artıq sürətlə hərəkət edə bilir. Bunların əmsalı 30-60 olduğu halda, çox zəif üzən ay balığının sürət əmsalı 5-dən də azdır.

ABİOTİK AMİLLƏRİN BALIQLARA TƏSİRİ
Balıqlara təsir edən abiotik amillərə suyun temperaturu, duzluluğu, suda həll olmuş qazlar, su kütləsinin hərəkəti, suda asılı hissəciklər, işıq, səs, elektrik cərəyanı, müxtəlif tullantılarla çirklənmə və s. aiddir. Göründüyü kimi bu amillər çox müxtəlifdir, həm də bunlar bir-biri ilə sıx əlaqədə olub balıqların həyatında çox böyük rol oynayır. Bu amillərin təsir formasını və dərəcəsini bilmək balıqların ehtiyatından düzgün istifadə etmək işini asanlaşdırır. Suyun xüsusi sıxlığı, ağırlığı, həcminin dəyişməzliyi var. Bu xüsusiyyətlər suda yaşayan heyvanların həyatına, bədən formasına həlledici təsir göstərir. Balıqların bədən formasının əsasən axıcı (baş, gövdə və quyruq hissələrinin bir-birinə sərhədsiz keçməsi) olması göstərilən təsirə əyani misaldır.

Suyun xüsusi kütləsi dəyişkən olub əsasən duzluqlardan, temperaturdan və dərinlikdən asılıdır. Xüsusi kütlənin qeyri sabitliyi onun kütləsinin fəsildən asılı olaraq üfuqi istiqamətdə dəyişməsinə səbəb olur.

Temperatur. Suyun ən mühüm xüsusiyyətlərindən biri onun temperatur tutumu və donarkən genişlənmə xüsusiyyətidir. Suyun temperatur rejimi havanın temperatur rejiminə nisbətən sabitdir ki, bunun poykiloterm (bədən temperaturu xarici mühitdən asılı olan) heyvanlar olan balıqların həyatında əhəmiyyəti böyükdür. Əksər balıqlar bədən temperaturu suyun temperaturuna ərabər və ya 0,5-1,00 yüksək olur. Yalnız cəld üzücülərdə, məsələn, tuneslərdə bu fərq hərəkət zamanı 10,00-yə qədər çatır.

Balıqlar çox müxtəlif sularda yaşasalar da hər növün optimal, yəni onun yaxşı yaşaya bildiyi temperaturun ən çox və ən az sərhəddi mövcuddur. Məs: karas 00-dən 30,00-yə qədər temperaturda yaşayır, lakin 20-25,00, sıf üçün 22-27,00, çəki üçün 22-29,00-dir.

Temperatura nisbətlərinə görə balıqları iki yerə bölürlər: stenoterm və evriterm balıqlar. Steniterm balıqlar az dəyişkən temperatur, evritermlər isə çox dəyişkən temperatur şəraitində yaşayır. Stenoterm balıqlara əsasən tropik, subtropik, Srktika sularında və dərinlikdə yaşayan, evritermlərə isə başlıca olaraq mötədil qurşaq sularında yaşayan növlər (durnabalığı, çəki, karas, xanı və s.) aiddir.

Temperatura olan tələbata görə balıqları daha iki qrupa bölürlər; aşağı temperaturda yaşayan və ya soyuq sevənlər və yüksək tempeturda yaşayan və ya isti sevənlən. Birincilərə - qızılbalığı, navaqanı, qızılxallını, ikincilərə - çəkini, külməni, lil balığını, xanını, çapağı, sıfı və başqalarını misal göstərmək olar.

Tropik sularda yaşayan balıqlar 31,00 temperaturda belə normal qidalana bilir. Lukaniya adlı kiçik balıq dağlıq Kaliforniyada 40,00 istiliyi olan sularda yaşayır. Soyuq sevən balıqların bəziləri, məs: Arktika balıqlarından sayqa, qütb kambalası, buz balıq, Antraktika genişalını donmaq dərəcəsində (-2,00-yə qədər olan) dəniz suyunda öz həyatiliyini saxlaya bilir. 00-dən aşağı temperaturda həyatiliyini saxlaya bilən balıqların qan plazmasında donma dərəcəsini azaldan xüsusi maddə var. Məs.: böyük genişalının qan plazmasının donma dərəcəsi 2,070-dir. Bəzi balıqlar temperaturun dəyişilməsinə çox həssasdır, ona görə də su kəskin soyuduqda və ya istiləşdikdə onlar məhv olur.

Balığın davranışı, onun orqanizminin hormonal və fizioloji fəallığı temperaturdan asılıdır. Növün optimal temperaturu artdıqda orqanizmdə gedən bütün proseslər sürətlənir, balıq daha sürətlə inkişaf edir, kürüləmənin müddəti, kürünün inqubasiya dövrü qısalır və s. Temperaturun artması balığın ürək döyünməsini sürətləndirir. Məs.: angvillanın ürəyi 10,00-də 14,7 dəfə; 20,00-də -34,2; 300-də 144,5 dəfə döyünür. Karas balığında ürək döyünməsi göstəricisi 10,00-də 9,2; 20,00-də 33,0-dür. Suyun temperaturu artdıqca balıqların oksigenə olan tələbatı da artır, həm də sonuncunun artımı temperaturun artımından yüksək olur. Məs.: temperatur 3 dəfə artdıqda orqanizmin oksigenə olan ehtiyacı 4 dəfə artır.

Temperaturun artması qidalanma sürətini, qidanın həzmini və sorulmasını da sürətləndirir. Maddələr mübadiləsinin sürəti 20,00- temperaturda optimaldırsa, suyun donma dərəcəsində və ya ona yaxın istilikdə 6 dəfə zəifləyir, temperatur 30,00-yə çatdıqda isə 2 dəfə sürətlə gedir. Məlumdur ki, orta qurşaq sularında temperaturun fəsildən asılılığı 15-20,00-yə çatır. Buna müvafiq olaraq bu sularda yaşayan balıqlarda maddələr mübadiləsinin sürəti də optimala nisbətən 5-7 dəfə dəyişilir.

Balıqların çoxalmasında temperaturun rolu həlledicidir. Məlumdur ki, hər növün özünün çoxalma temperaturu vardır, bölgənin belə temperaturu orta hesabla 14,00, qaya balığının – 17-22,00, uzunburunun -20-28,00 kilkələrin, külmənin, çanağın, çəkininki -18-20,00, siyənəklərinki -14-20,00, qızıl balığın və durnabalığınki -8-14,00, həşəminki -9-12,00,naxanınkı -18-22,00, sıfınki -10-18, naliminki 0,2-4,00, Ağ dəniz treskasının 00-dən aşağıdır.

Kürüdən sürfələrin çıxma faizi də əsasən temperaturdan asılıdır. Balıqlar kürü tökdükdən sonra temperaturun azalması inqubasiya dövründə olan kürü itkisini artırır. Xəzər şişqarnında bu itki bəzən 80%-dən çox olur. Bu zaman nəslin qismən də olsa eybəcərlənməsi də müşahidə edilir.

Balıqların əksəriyyəti üçün optimal temperatur -15-15,00-dir. Buna görə də temperaturun fəsildən asılılığı və müxtəlif sularda olan temperatur fərqi balıqların yayılmasına və davranışına əsaslı təsir göstərir. Bu baxımdan suyun temperatur göstəricisi, suların biocoğrafi rayonlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.

Temperaturdan asılı olaraq dünya okeanı 5 coğrafi vilayətə bölünür: Arktika, Antarktika, tropik, boreal və notal vilayətləri. Boreal və notal şimala, notal vilayət isə tropikdən cənuba olan sulardır. Tropik vilayətlə mötədil sular vilayətləri arasında subtropik yarımvilayəti yerləşir. Tropik vilayətin temperaturu 150-dən aşağı enmir, boreal vilayətin temperaturu orta hesabla 8-100, notal vilayətinki 7-80, Arktika və Antarktika vilayətlərinki isə 00-yə yaxın olur. Hər vilayətin məxsusi balıq faunası var.

Məs.: Arktika vilayətində beldyuqlar, sümükyanaqlar, qızılbalıqlar; boreal vilayətində - treskaların əksəriyyəti, kombalar, siyənəklər, skumbriyalar; tropik vilayətdə - uçan balıqlar, yelkənlilər, korifenlər və s. çoxluq təşkil edirlər. Bəzi növər, əsasən pelekiallar, ömrünün müəyyən mərhələsinin temperatur baxımından bölünmüş vilayətdə deyil, hər hansı belə vilayətin müəyyən hissəsindən keçirirlər. Ümumiyyətlə pepekial növlər üçün zonal yayılma xarakterikdir.

Temperaturdan asılı olaraq balıqların sürülər əmələ gətirməsi səciyyəvidir. Məs.: Xəzər kilkələri əsasən 18-20° temperaturda böyük sürülər əmələ gətirirlər. Boyca nisbətən iri olan siyənəklərin belə sürüləri daha aşağı temperaturda (14-20° əməb gəlməyə başlayır, bunlar cənubdan şimala doğru hərəkət etməyə başlayırlar. Qızılbalığın müvafıq cəmləşməsi 7-14°-də çaya çoxalmaya gedən zaman müşahidə edilir, sıfm belə hərəkəti 10-18° temperaturda baş verir.

Balıqların həm yayılması, həm də qışlaması temperaturun fəsil, il və bir neçə il ərzində dəyişilməsindən də asılıdır. Məs.: payız mülayim keçdikcə qışlamaya getmə gecikə bilir, əksinə olduqda qışlama tez başlayır. Balıqların erkən yaz sürülərinin əmələ gəlməsi həm də optimal temperaturun olması ilə əlaqədardır. Norveç dənizi siyənəkləri qış sərt gəldikdə 65 "N" dairəsindən cənuba, adi halda isə bu dairədən şimalda qışlayırlar.

Balıqların miqrasiyası da suyun temperaturundan asılıdır. Məs.: yazda şirin sularda kürüləyən balıqların çoxu suyun temperaturu adətən 12-14°-уə çatdıqda sürülər əmələ gətirərək çaylara getməyə hazırlayırlar. Bu iş cinsiyyət yetkinliyinə çatmışlar üçün çoxalma miqrasiyası, cavan fərdlər üçün (bunlar dəniz sahillərinə yaxınlaşırlar) qidalanma miqrasiyasıdır. İvasi adlı balıq yazda suyun temperaturu 8°-уə çatdıqda öz kürüləmə yerindən şimala doğru hərəkət edir, temperatura 1,5-2 dəfə artdıqda iri sürülər əmələ gətirir.

Temperaturun kəskin dəyişilməsinin də balıqların həyatı üçün çox böyük əhəmiyyəti var. Qara dənizdə, Yapon dənizində suyun qısa müddətdə 5,0°-yə qədər soyuması xəmsə və ivasinin kütləvi qırğınına səbəb olur. Yayda ot basmış durğun sularda temperaturun kəskin artması oksigen çatışmazlığına, sonuncu isə balıqların kütləvi boğulmasına səbəb ola bibr ki, buna yay “zamoru” deyilir. Qışda balıq çox olan durğun sular donduqda və uzun müddət hava ilə əlaqə kəsildikdə də oksigen çatışmazlığı, bu səbəbdən isə kütləvi qırğın baş verə bilər ki, buna da qış "zamoru" deyilir.

Suyun temperaturu quru balıqların anatomik quruluşuna da təsir göstərir. Məs.: eyni növün soyuq suda və ya suyun soyuq hissəsində yaşayan fərdlərində fəqərələrin, bel və anal üzgəc şüalarının sayı adətən çox olur ki, bu sıxlığı yüksək olan soyuq suda üzməni asanlaşdırır.


Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling