Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Download 0.92 Mb.
bet5/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

BALIQLARIN BİOTİC ƏLAQƏLƏRİ
Belə əlaqələrə növdaxili və növlərarası əlaqələr, balıqlarla digər canlıların, eləcə də bitkilərin əlaqəsi aiddir.

Balıqların növdaxili əlaqələri. Növdaxili əlaqələr müxtəlif miqdar balıqların bir уеrə cəmləşərək əmələ gətirdikləri populyasiyada, yığımda olan fərdlərin miqdarından, növdaxili parazitizmdən, qidalanma əlaqələrindən və s. ibarətdir.

Populyasiya və ya hər hansı qruplaşma eyni növün özünü bərpa etmə qabiliyyətli və müxtəlif yaşlı fərdlərin yığını olub morfobioloji xüsusiyyətlərinə (uzunluq, yaş, böyümə sürəti, kürüləmə müddəti və s.) görə müəyyən yaşayış yerinə bağlılıq şəraitində olur. Xəzər dənizində gülmənin, - qızılbalığın, dəniz sıfının; Kiçik Qızılağac körfəzində külmənin; çəkinin; Mingəçevir su anbarında şəmayının, həşəmin yerli sürüləri morfobioloji xüsusiyyətlər baxımından belə populyasiya və ya yığına misal ola bilər.

Populyasiya bir tərəfdən çıxdaş (ovlama, təbii itki hesabına azalma), digər tərəfdən bərpa olur. Çıxdaş və bərpa olma nəslin böyüməsindən, cinsiyyət yetkinliyinə çatma vaxtından və təbii itkinin miqdarından asılıdır. Populyasiyanın özünüidaretmə xüsusiyyəti vardır. Bu xüsusiyyət həmişə biotik və abiotik amillərin təsiri altında olur, balıqların həyatına təsir edir, onların say dinamikasını müəyyənləşdirir. Populyasiya növün elə bil miqdar etalonudur. Populyasiyaya görə balıq ovunun; yırtıcı, parazit və xəstəlik təsirinin; qida ilə təmin olmanın; eləcə də abiotik amillərin növə təsiri dərəcəsini müəyyənləşdirmək mümkündür. Populyasiyanın say dinamikası əsasən kürünün və sürfələrin sağalma rniqdarı, qida ilə təmin olması və balıq ovunun təsiri ilə tənzimlənir.

Kürünün və sürfələrin sağqalma miqdarının populyasiyasının say dinamikasına təsiri Mingəçevir su anbarında və Kür çayının Varvara bəndinin aşağı hissəsində balıqların kürüləmə şəraiti, Kiçik Qızılağac körfəzində kütümün artırılması misal anda daha aydın nəzərə çarpır. İl ərzində səviyyəsi 15 metrə qədər dəyişilən məcra tipli Mingəçevir su anbarında çapakın kürüləmə şəraiti digər belə balıqların kürüləmə şəraitinə nisbətən daha əlverişlidir. Belə ki, çapaq kürüsünü nisbətən dərinə tökür, ona görə də suyun səviyyəsinin dəyişilməsinə az məruz qalır. Bununla yanaşı çapaq yazda, su anban səviyyəsinin qalxması zamanı kürülədiyi üçün kürüləmə sahəsi çox olur, kürünün inkubasiyası bir həftəyə qədər davam edir, sürfələrin qida ehtiyatı qənaətbəxş olur ki, bütün bunlar inkişafın ilk vaxtlarında ola biləcək itkini azaldır, ehtiyatın bərpasına müsbət təsir edir, həm də buna görə çapaq Mingəçevir su anbarında ən çox saylı balıq olub illik ovun 90-95 faizini təşkil edir.

Kür çayının Varvara bəndindən aşağı hissəsində tipik keçici balıqların (nərələr, şəmayı, həşəm) çoxalma yeri vardır. Yaz aylarında kürülü balıqlar bu yerlərə gəlir və kürü tökür. Lakin Mingəçevir su elektrik stansiyasının işi yalnız elektrik enerjisi almaq baxımından idarə edildiyindən çayın bu hissəsində suyun səviyyəsi çox kəskin dərəcədə azalıb-çoxalır-. Bu sabəbdən çayın göstərilən hissəsinə tökülmüş kürülərin və onlardan çıxmış sürfələrin çox hissəsi məhv olur; həm də buna görədir ki, məşhur Kür şəmayısının ehtiyatı Kürün aşağı hissəsində tükənmək üzrədir, minoqa qırmızı kitaba düşüb, nərə balıqlarının Kür çayı ilə bağlı olan populyasiyası kəskin dərəcədə azalıb, həşəm çayın bu hissəsində nadir balıq olmaq üzrədir.

Kiçik Qızılağac körfəzi yanında fəaliyyət göstərən gütüm kürüsü inkubasiyası sexinin işi də belədir. Çoxdandır fəaliyyət göstərən bu sex öz məhsulunu - kütüm sürfələrini əvvəllər elə sürfə mərhələsində Хəzərə -buraxırdı. Dənizin müvafıq sahilləri çox dayazlaşıb, bu sahillər güclü küləklər məskəni olub, heç şübhə yoxdur ki, adı çəkilmiş sexdən buraxılmış sürfələrin əksəriyyəti belə küləklər və dalğalanma nəticəsində məhv olurdu, ona görə də kütümün yaxın keçmişdə çoxsaylı olan sürüsü həm də buna görə indi nəzərə çarpacaq dərəcədə azalıb, bəzi illərdə yox dərəcəsinə çatır.

Balıq ovu da populyasiyanın say dinamikasına, strukturuna, təsir edir, onun ovda iştirak edən yaş qrupunun ehtiyatını bəzən kəskin surətdə azaldır. Belə azalmanın xarakteri tutulanla bərpa olunan arasında tarazlıqdan asılıdır. Bu tarazlıq kəskin dərəcədə pozulduqda (çox tutulduqda) populyasiya tez tükənir, az tutulduqda isə yaşlı fərdlərin miqdarı artır. Balıq ovu nəticəsində populyasiyanın yaşlı hissəsinin azalması qısa ömürlü, cinsiyyət yetkinliyinə tez çatan (4-5 yaşa qədər) növlərdə tez aradan qaldırıla bilir, çox yaşayan, nəsil verməyə gec başlayanlarda (6-8 yaş və daha gec) isə populyasiyanın yaş strukturu uzun müddətə bərpa olunur.

Populyasiyanın strukturu (quruluşu) qida şəraitindən də asılıdır. Əlverişli qidalanma şəraitində populyasiyanın sayının nizamlanması, başqa sözlə ehtiyatın artması birinci növbədə böyümənin sürətlənməsində, cinsiyyətcə yetkinləşmənin tezləşməsində, eyni uzunluqda olan balıqların məhsuldarlığının artmasında, sağlam nəslin alınmasında, hannibalizm səviyyəsində özünü büruzə verir. Bu amillər optimal olduqda populyasiya həm keyfıyyətcə, həm də kəmiyyətcə yaxşılaşır. Qida çatışmazlığı zamanı indicə deyilənin əksi baş verir.

Məlumdur ki, populyasiyadaxili quruluşun növün strukturunda çox böyük əhəmiyyəti vardır. Sakit okean qızılbalıqlarından olan nerkanın 130 populyasiyası (təcridləri) var, hər populyasiyanın kürüləməyə görə fəsli (yaz, yay) irqləri də məlumdur.

Balıqlarda elementar populyasiyaların olduğu qeyd edilir. Belə populyasiyaları fizioloji cəhətdən (dolğunluq, cinsiyyət vəzilərinin yetkinliyi, qanda hemoqlobinin miqdarı, parazıtlərlə yoluxma) yaxın olan eyni yaşlı əmələ gətirir. Elementar populyasiya balıqların kürütökmə yerlərində kürüləmə vaxtı və kürünün keyfiyyətcə müxtəlifliyi, eləcə də müxtəlif sürətlə inkişaf etməsi nəticəsində əmələ gəlir və növdaxili bioloji qruplara bölünmür. Elementar populyasiyalar çox müxtəlif balıqlarda, о cümlədən çapaq, çəki, külmə, sıf, xəmsə, kilkə, treska, dəniz xanısı və s. müşahidə edilir.



Boyca iri balıqlar (durnabalığı, naxa, skatlar, nəhəng akula, ay balıq, sıf, həşəm və s.) tək yaşayır, kiçik balıqlar isə müxtəlif sürülər əmələ gətirir ki, bu da onların qidalanmasını, çoxalmasını, müdafiə olunmasını asanlaşdırır.

Sürü balıqlarda böyük qruplaşmadır. Belə qruplaşmanı yaşına və bioloji xüsusiyyətinə görə yaxşı olan fərdlər yalnız müəyyən müddət ərzində əmələ gətirir. Bu xüsusiyyət su qatında yaşayanlara (ançauslara, siyənəklərə, stavridlərə, skumbriyalara), eləcə də, yarımkeçici (külmə, çəki, çapaq, sıf və s.) balıqlara xasdır. Belə qruplaşma qida axtarmağa, yırtıcıdan qorunmağa, miqrasiya yollarını tapmağa uyğunlaşma olaraq uzun tarixi dövr ərzində əmələ gəlir.

Kosyak qruplaşmasının forması, həcmi: sıxlığı daha müxtəlif olur. Lakin oxşar şəraitdə müxtəlif növlərin bu cür qruplaşmaları arasında oxşarlıq müşahidə edilir. Sardinlərin, siyənəklərin, pelamidaların, stavridaların yaruslu qruplaşmaları olur. Belə qruplaşmalar sürətlə üzdükdə "paz" formalı olur, qidalandıqda girdə yığınlar əmələ gətirirlər. Bu cür qruplaşmalarda balıqların miqdarı çox müxtəlif olur. Məsələn, Qara dənizdə xəmsənin qışlama sürüsünün həcmi (balığın toplandığı sahə 3,4-444,4 min kv. m, kosyakın hündürlüyü orta hesabla 14-23,5 m), bəzən 8,7 milyon m3 qədər çatdığı halda, bəzən nəzərə çarpacaq qədər az olur. Balıqlar çox olduqda onların struktur tipləri də çoxalır. Məs., bir istiqamətdə hərəkət, az hərəkətli dairə davranışı, müdafıə - yırtıcıdan yayınma və qidalanma struktur tipləri əmələ gəlir.

Sürü-kosyak yığını daha böyük qruplaşmadır. Belə qruplaşmanı bir neçə sürü-kosyak əmələ gətirir. Bunlar bir yerə qarışır və ya nisbətən ayrı-ayrı qalır. Bu cür qruplaşma bioloji cəhətdən müxtəlif olub kürüləmə, qidalanma kökəlmə və qışlama məqsədilə yaradılır. Belə nəhəng yığın bir yerdən başqa yerə hərəkət etdikdə sürülərə ayrılır, sonra yenidən birləşir. Xəmsənin Qara dənizdə qışlama, siyənəklərin, treskaların və ya moyvaların Norvegiya sahillərində kürüləmə miqrasiyalarını sürü-kosyak yığınına misal göstərmək olar. Atlantika siyənəklərinin Norvegiya sahillərindəki belə yığını qidalanma-kökəlmə zamanı əmələ gəlir. Bu cür çox böyük yığınar çoxalma, qidalanma, qışlama yollarında da əmələ gələ bilir.

Koloniya və ya müvəqqəti müdafiə qrupları adətən kürüləmə vaxtı əmələ gəlir. Koloniya eyni cinsiyyətli (dişi və ya erkək) fərdlərdən ibarət olub kürünün yırtıcılardan qorunması məqsədilə yaradılır. Belə koloniyaların əmələ gəlməsi Amerika zirehli naxalarında müşahidə edilir.

Növdaxili parazitizm balıqlarda çox müxtəlif əlaqə forması olub dərinlik tilovçularında qeyd edilir. Boyca çox kiçik olan dərinlik tilovçusunun erkəkləri dişinin bədəninə yapışıb-bitişib onun hesabına qidalanır.

Növdaxili qida əlaqələri balıqlarda daha mühüm əhəmiyyət kəsb edir. Hissə-hissə kürü tökmə, bu səbəbdən balıqların müxtəlif qruplarının əmələ gəlməsi, qida plastikliyi və ya seçiciliyi, qidadan asılı olaraq böyümənin zəifləməsi və ya sürətlənməsi, cinsiyyətcə yetkinləşmə, çoxalmadan sonra bəzi növlərin hər iki cinsiyyətinin və ya təkcə erkəklərin ölməsi, karlik formaların əmələ gəlməsi, hannibalizm və s. növdaxili əlaqə formalarıdır.

Çəkinin, çapağın, şəmayının hissə-hissə kürüləməsi alınmış nəslin fərdlərinin uzunluq və kütləyə görə qruplaşmasına, bu isə müxtəlif qida ilə qidalanmaya səbəb olur. Balıqların çoxunda qida plastikliyi (müxtəlif obyektlərlə qidalanma) və ya seçiciliyi (yalnız müəyyən qidalarla qidalanma) var. Qida bolluğu şəraitində böyümənin sürətlənməsi və cinsiyyət yetkinliyinə tez çatma (Mingəçevir su anbarında şəmayı) və ya qida azlığından cırtdanlaşma (Kür çayında gülmənin, çapağın çay fərdləri); kürüləmədən sonra bəzən hər iki cinsiyyətin (qızıl-balıqlarda), bəzən yalnız erkəklərin ölməsi (xul balıqlarında) və nəhayət hannibalizm (treska, navaqa, durnabalığı, sıf və s. qida azlığı zamanı özü-özünü yemə) hadisəsi mühüm bioloji növdaxili uyğunlaşmadır.



Balıqların növarası əlaqələri müxtəlif olub qida rəqabəti, - yırtıcı və şikar, birgə yaşama, parazitizm və s. formalarda baş verir.

Qida rəqabəti üzrə növarası əlaqələr balıqların faunastik kompleksləri misalında daha aydın izah edilə bilir. Komplekslərin hər birinin özünəməxsus coğrafı mənşəyi, ekoloji xüsusiyyətləri vardır. Məşhur ixtioloq Q.V.Nikolskiyə (1953) görə faunastik komplekslər bunlardır:

-Boreal-dağətəyi (xarius, çay qolyanı və s.)

-Boreal-düzənlik (durnabalığı, karas, xanı, yerş, plotva və s.)

-Arktika - şirin su (siq, nelma, nalim və s.)

-Arktika -dəniz (karabala, tikan balıqlar, buynuzlu xul və s.)

-Ponto-Xəzər şirin su (çapaq, qızılüzgəc, həşəm və s.)

-Ponto-Xəzər dəniz (siyənək, xullar, dəniz sıfı və s.)

-Üçlük-düzənlik şirin su (çəki, vyun və s.)

-Ön Asiya (xramulya, qıjovçu, çılpaqcalar və s.)

-Dağlıq Askya (marinka, osmanlar, çılpaqcalar və s.)

-Türküstan-düzənlik (yalançı kürəkburunlar, tikan-şüa, dumavarı həşəm, çılpaqcalar və s.)

-Hind-Afrika (ilanbaşlar, kosatkalar və s.)

-Çin-düzənlik (amur, təpəgöz, tikanlı kərgə, tilqarın və s.)

Y.Ə.Əbdürrəhmanov Azərbaycanın şirin su balıqlarının 6 belə kompleksə bölmüşdür:

-Ponto-Xəzər düzənlik (külmə, həşəm, şəmayı, lil balığı, çapaq və s.

-Qədim üçlük (bölgəbr, nərəbr, naxalar, çəkilər, kərgəbr, çay sıfı və s.)

-Aralıq dənizi (bubir-xul, aterina, iynə balıq, kafellar)

-Ön Asiya (xra ulyalar, çılpaqcalar, Kür şirbiti)

-Boreal düzənlik (dumabahğı, xanı bahğı)

-Arktika (nalim)

Göründüyü kimi Arktika kompleksini təkcə nalim təşkil edir. Qeyd etmək lazımdır ki, nalim Azərbaycanm ixtiofaunasına 1920-ci ilin yanvar ayında Bankə vətəgəsində tutulmuş və A.N.Derjavin tərəfındən tədqiq edilmiş tək bir balığa görə daxil edilib. E.N.Kazançeyev də (1963) bu balığın Xəzərdə az olduğunu qeyd edir.

Bir faunastik kompleksin balıqlarında növarası qida rəqabəti zəifləmə üzrə baş verir ki, bu cinsiyyətcə yetkin balıqların qidalanma yerinin və qida obyektlərinin müxtəlifiiyi ilə əlaqədar olur. Əgər qida rəqabəti varsa bu adətən ikinci dərəcəli qida obyektləri ətrafında baş verir.

Adətən su hövzəsinin ixtiofaunası tərkibində bir neçə faunastik kompleksin elementləri olur. Lakin bu halda da qida rəqabətinin zəifləməsi baş verir. Əgər belə olmasaydı müxtəlif faunastik kompleksin nümayəndələri su hövzəsində təşəkkül tapa bilməzdi. Məsələn, Xəzər hövzəsində əsasən Ponto-Xəzər düzənlik, Qədim üçlük, və Aralıq dənizi faunistik kompleksləri elementləri çoxluq təşkil edir. Bu çoxluq həm də balıqların yayılma, qidalanma və çoxalma yerlərinin müxtəlifliyi ilə izah edilə bilər.



Yırtıcı və şikar məsələsi də balıqlarda müəyyən uyğunlaşmalara səbəb ola bilər. Yırtıcı balıqlarda xüsusi dişlərin, cəld hərəkətin olması ilə yanaşı görmənin və qoxu (bilmənin yaxşı inkişafı; şikarda müxtəlif çıxmtıların, məs.: tikan şüaların, zəhər vəzilərinin, bəzən əcayib forma və törəmələrin əmələ gəlməsi yırtıcı-şikar uyğunlaşmasıdır.

Bəzən yırtıcı-şikar əlaqəsi növarası əlaqənin kəskinləşməsinə səbəb olur. Məsələn, yırtıcının təsiri о qədər artır ki onun şikan sayca azalır. Onun əvəzində əvvəl sayca az olan yırtıcı özü artıb çoxalır və ov obyektinə çevrilir.



Birgə yaşama da uyğunlaşmadır, özü də iki cür olur: "dinc yaşama" və "parazit yaşama və ya parazitizm", Dinc yaşama özü də iki cürdür: kommensalizm, simbioz.

Kommensalizmə akulaya yapışqan balığı və losman balıqlarının əlaqəsini misal göstərmək olar. Yapışan balıq özünün bel üzgəcinin dəyişməsindən əmələ gələn sormacı vasitəsilə akula bədəninə yapışıb onunla hərəkət edir və onun yem töküntüləri ilə qidalanır, ona görə də ondan yalnız qidalanma zamanı aralanır. Losman balıqlar akulanın yanında hərəkət edir. Yem obyekti görən kimi irəli çıxıb elə bil akulaya onun istiqamətini bildirir, özləri isə yenə akuladan qalan qalığı yeyir.



Simbioz və ya hər iki tərəf üçün xeyirli birgə yaşayış boyca kiçik balıqlarla onların xidmət göstərdikləri boyca irilər arasında baş verir. Adətən tropik sularda yaşayan balıqların üzərində xarici parazitlər, göbələk və bakterial xəstəliklər daha çox olur. Bunların təmizlənməsində kiçik-sarutar balıqların rolu böyükdür. Mərcan polipləri arasında yaşayan kiçik xanıkimilər belə balıqlardır. Bunların 25-ə yaxın növü var. Bu balıqlar "xəstə" (parazitlə yoluxmuş və ya başqa cür xəstə). balığın bədəni üzərində, ağız və qəlsəmə boşluğunda olan parazitləri təmizləyir, onların zədələnmiş toxumasını kəsib aralayır. "Xəstə" balıqlar "sanitarlara" heç vaxt zərər vermir. "Xəstə"lərin belə təmizlənməsi xüsusi yerlərdə aparılır. Elə yerlərə çoxlu "xəstə" yığılır. Sanitar balıq bir saatda 50-уə qədər xəstəni təmizləyə bilir.

Növarası parazitizm balıqlarda az təsadüf edilir. Miksinlərin və minoqaların balıqlarda parazitliyi növarası parazitizmdir. Uzunluğu 9 sm-ə qədər olan naxaların iri balıqların dərisini gəmirərək onların qanı ilə qidalanması daha xarakterikdir. Belə parazit naxalar iri balıqların qəlsəmə boşluğuna, sidik-cinsiyyət axarlanna, çimən adamların eyni adlı axarlanna girərək parazitlik edə bilirlər.

Balıqların başqa heyvanlar və bitkilərlə, о cümlədən bir çox onurğalılarla, su onurğasızlarının və bitkilərinin hamısı ilə, bakteriyalar və viruslarla əlaqəsi vardır. Belə ki, balıqların bir çox xəstəliklərinin törədiciləri viruslar və bakteriyalardır. Məxmərək, su çiçəyi xəstəliklərini viruslar, frunkulyoz xəstəliyini isə bakteriyalar törədir. Göl balıqçılıq təsərrüfatlarında karpın, təbii sularda çəkinin məxmərək, sıfın isə frunkulyoz xəstəliyindən kütləvi qırılması halları məlumdur. Bununla yanaşı yosunlarla qidalanan qalınalıq həm də bakteriya yığınlarını yeyir. Bakteriya yığınları onurğasızların da yemində iştirak edir.

Yosunlar və ali su bitkiləri normal halda suların qaz rejiminin yaxşılaşdırdığı halda yüksək dərəcədə inkişaf etdikdə onu pisləşdirir, temperaturun bərabər yayılmasına mane olur. Fitofil balıqlar (çəki, çapaq, külmə, Sakit okean siyənəyi və s.) kürülərini bitkilər üzərinə tökür, tikan balıq kürü tökmək üçün bitkilərdən yuva tikir. Yosunlar əksər balıqların körpələrinin qidasında iştirak edir, ağ qalmalıq, Peru ançousu əsasən yosunlarla qidalanır. Ağ amur bütün ömrü boyu ali su bitkiləri ilə qidalandığından ondan su bitkilərinə qarşı canlı meliorator kimi istifadə edilir.

İnfuzorlar əsasən balıq körpələrinin qidasında iştirak edir. Bunların əksinə olaraq bəzi ibtidailər xəstəlik törədir. Qamçılıların parazitləri balığın dərisində, qəlsəmələrində, qanında, kökayaqlılar həzm və ifrazat orqanlarında; smorlular dərisində, koksidilər bağırsağında; lsiqospora beynində və skeletin qığırdaq hissəsində parazitlik edir.

Bağırsaq boşluqluların balıqların qidasında əhəmiyyəti azdır. Yalnız mərcan polipləri bəzi balıqlar tərəfindən yeyilir. Lakin poliplərin daldanacaq, qorunmaq yeri kimi balıqlar üçün əhəmiyyəti daha böyükdür, həm də onlar bəzi balıqların qidasında iştirak edir. Bağırsaq boşluqların bəziləri (hidra, meduzlar, daraqlılar) yırtıcıdır, çoxlu balıq sürfəsi və körpəsi məhv edirlər, digərləri zooplanktonla qidalanaraq balıqlarla qida rəqabətinə girir. Onların bəziləri (Polypodium) nərə balıqlarının cinsiyyət vəzilərində parazitlik edir.

Yumru azqıllı və çoxqıllı qurdlar balıqların qidasında mühüm rol oynayır. Bunların azqıllı qurdlardan olan enxiterus balıqartırma zavodlarında canlı yem kimi artırılır, çoxqıllı qurdlardan nereis mühüm qida obyektidir, о Xəzər dənizinə iqlimləşib. Bunlarla yanaşı bir çox qurdlar (monogenetik, dikenetik sorucular, tikanbaşlılar, yumru qurdlar) balıqların parazitləridir.

Zəlilər balıqların qanını sorur. Həm də parazit ibtidailərin keçiriciləridir.

Molyuskaların balıqların qidası kimi əhəmiyyəti böyükdür. Çəki, çapaq, külmə nərə, xullar, kambalalar və s. başlıca olaraq molyuskalarla qidalanır. Molyuska qidası böyümənin sürətlənməsinə səbəb olur. Kərkə kürüsünü ikitaylı ilbizin manti boşluğuna qoyur. İri molyuskaların bəziləri məs. başayaqlılar, karakatislər balıqlarla qidalanır.

Xərçəngkimilərin də balıqların qidasında əhəmiyyəti böyükdür. Bunlar bir tərəfdən əksər balıq körpələrinin müvəqqəti, digər tərəfdən su qatında yaşayan boyca kiçik balıqların daimi, həm də əsas qida obyektidir. Bununla yanaşı xərçəngkimilərin kürəkayaqlılar (sikloplar), qəlsəməquyruqlular (karpyeyən) və yarpaqayaqlılar (qalxan xərçəng) dəstələrinin nümayəndələri balıq təsərrüfatına böyük zərər verir.

Həşəratlar və onların, xüsusilə xironomidlərin, bulaqcıların, iynəcələrin, gündəcələrin sürfələri çox mühüm qida əhəmiyyətinə malikdir. Hava cücülərinin də qidalılıq əhəmiyyəti az deyil. Su böcəkləri, su gənələri balıqlarla, onların körpələri ilə qida rəqabətinə girir. Su gənələrinin bəziləri (su biti) su əqrəbləri, müxtəlif üzən cücülər balıqların kürüsünü, körpələrini məhv edir. İri iynəcələr də balıq körpələrini yeyir.

Dərisitikanlıların da az qismi balıqların yemində iştirak edir, bəzi balıqlar isə holoturilərin bədən boşluğunda yaşayır. Dəniz ulduzları, dəniz kirpiləri dib onurğasızları ilə qidalanaraq balıqlarla qida rəqabətinə girir, bəzən də onların yırtıcılarına çevrilir.

Suda-quruda yaşayanlardan qurbağalar ilanbaş balığın, naxanın, durnabalığının qidasında iştirak edir, eyni zamanda özləri balıq kürüsünü, körpəsini yeyir.

Sürünanlərdən su ilanları, timsahlar, tısbağalar bu və ya digər dərəcadə balıqlarla qidalandıqlan halda, ilanlar özləri də bəzən balıqların qidasına çevrilir.

Quşlarında balıqlarla əlaqəsi var. Su quşları bir tərəfdən çömçəquyruqlar, su cücüləri ilə qidalanaraq balıqlarla qida rəqabətinə girir, digər tərəfdən onların tullantıları (quş peyini) su hövzəsinin gübrələyir, yem orqanizmlərinin inkişafını sürətləndirir. Bəzi yerlərdə karp-ördək təsərrüfatları inkişaf etdirilir. Qaqarlar, iyrəncələr, qarabatdağlar, qutanlar, qağayılar, vağlar və başqaları balıq körpələri və iri balıqlarla qidalanaraq əsaslı zərər verir. Hesablamalara görə qarabatdağlar Peru sahillərində ildə 3 milyon ton balıq yeyir. Kürağzı balıq çoxaldıb yetişdirmə təsərrüfatı göllərindən işlənmiş 13 kiçik qarabatdağın mədəsindən 208 çəki, 52 sıf körpəsi və 398 q balıq balığı çıxarılıb. Qarabatdağın bir dəfəyə 120-150 q balıq körpəsi yediyi qeyd edilir. Balıqlar arasında parazit qurdların yayılmasında da quşların rolu vardır.



Мəməlilərin də balıqlarla əlaqəsi məlumdur. Xarius, durnabalığı, naxa, qaymon və s. balıqlar suda rast gəldikləri xırda quru məməlilərin (siçanlar, yereşənlər) yeyir. Braziliya çaylarında yaşayan piraniya adlı balığın yemində nisbətən iri məmililər iştirak edir. Bunların əksinə olaraq delfinlər, xəmsə, kilkə, stavrid, barbul və s., bığlı balinalar isə moyva, siyənək, ançaus balıqları ilə qidalanır. Bu balinalar həm də xərçəngkimilərlə qidalanaraq balıqlarla qida rəqabətinə girir. Dəniz pişikləri Sakit okeanın şimalında ildə 2 milyon ton balıq yeyir. Bir çox digər məməlilər, о cümlədən ayı, samur, su qunduzu və s. balıqlarla da qidalanır.

Balıqların qidası
Balıqların qidasının öyrənilməsinin çox böyük nəzəri və təcrübi əhəmiyyəti var. Belə ki, hər hansı su hövzəsinin yem bazasını, o cümlədən ayrı-ayrı qida obyektlərinin balıqların yemi kimi yararlılığını yalnız balıqların qidasını öyrənməklə araşdırmaq olar. Bu yolla həm də su hövzəsinin balıq məhsuldarlığını artırmaq tədbirləri işləyib hazırlamaq mümkündür.

Qidanın xarakteristikası. Hər bir növ balıq müəyyən qrup qida obyektbrini daha çox yeyir. Qidanın tərkibi (qida spektoru) başqa sözlə hər hansı obyektin - qidanın ümumi kütləsinə olan nisbəti (adətən faizlə) ilə səciyyələnir. Qidalanmalarına görə balıqlar yırtıcılara və "dinc" balıqlara ayrılır. Yırtıcı balıqlar (naxa, durnabalığı, sıf, qızılbalıq, treska və s.) əsasən balıqlarla, qismən digər orqanizmlərlə qidalanır. "Dinc" balıqlar planktonofaqlara (plankton yeyənlər), bentofaqlara (bentos yeyənlər) və fitofaqlara (bitki yeyənlər) ayrılır. Bentofaqlar özləri də xərçəng yeyənlərə (qumluq xulu), qurd və cücü sürfəsi yeyənlərə (çökə), ilbiz yeyənlərə (külmə, çapaq, çəki) bölünür.

Planktonla qidalananlara okean və dənizlərin açıq hissəsi siyənəkləri, ryapuşka, sayka, şəmayı və s. aiddir. Fitofaqlar qrupuna yosunlarla qidalanan ağ qalınalın; ali su bitkiləri ilə qidalanan ağ amur və qızılüzgəc aiddir. Detritlə (bitki, çürüntüsü) qidalanan xramulya, kefallar, altağız və başqaları da fitofaqlar qrupuna aid edilir. Lakin fitofaqlarla detritofaqların bir-biri ilə qida rəqabətinə girmədiyini nəzərə alaraq ikincilərin ayrıca detritofaq qrup adlandırılması daha düzgün olardı.

Balıqların göstərilən qida qruplarına ayrılması şərtidir. Hər hansı balığın daha çox yediyi qida olmadıqda o başqa obyektlərlə qidalanır. Lakin onun çox yediyi qida olmadiqda o başqa obyektlərlə qidalanır. Lakin belə qidalanma zamanı böyümə zəif gedir. Bir çox balıqlar müxtəlif obyektlərlə qidalanır, hətta bəzi balıqların hər şey yediyini qeyd edirlər. Hər şey yeyənlərə karp və ağ qalınalın misal göstərilir. Karpın həm bitki, həm də heyvani obyektlərlə, ağ qalınalının isə yosunlar və su qatında yaşayan bakteriyalar və onların əmələ gətirdikləri bioloji yığınlarla qidalandığı qeyd edilir. Lakin hətta belə qidalanma hər şey yeyən adlandırılmaq üçün kifayət deyil. Hər hansı növün hər şey yeməsi onun ən çox yediyi qidanın azlığından və ya heç olmamasından irəli gəlir. Bu zaman qidanın tərkibinin çox müxtəlifliyi belə növə hər şey yeyən deməyə əsas vermir, ona görə ki, yeyilmiş qidaların hansısa çoxluq, başqa birisi azlıq təşkil etməsi bəlkə də təsadüfi xarakter daşıyır.

Balıqların qidalanmasında hiss orqanlarının rolu böyükdür. Planktonofaqların (siyənəklər, treskanın körpələri), dənizdə sürü halında yaşayan gündüz yırtıcılarının (stavrida, tuneslər) qidalanmasında görmə; şirin sularda yaşayan gündüz yırtıcılarının (durnabalığı, xanı balığı) qidalanmasında görmə və yan xətt orqanı; toranlıqda və qaranlıqda dibə yaxın su qatında yaşayan yırtıcıların (nalim, çay angvillası, skatlar, naxa, bölgə) qidalanmasında qoxu, dad və yan xətt; dib həyatı keçirən yırtıcıların (kambala-kalkan, dəniz şeytanı) qidalanmasında görmə, yan xətt, qismən hiss və dad; bentos yeyənlərin (çəki) qidalanmasında lamisə və dad orqanları balığın köməyinə gəlir.

Yırtıcı balıqlar qidanı müxtəlif cür tutur. Naxa ovunu su dibində qəfildən tutur. Durnabalığı bu işi su qatında şikarını təqib etməklə yerinə yetirir; akulalar, tuneslər suyun pelegial hissəsində təqibçilik edirlər.

Yırtıcıların əksəriyyəti qidasını başdan tutub bütöv udur. Bəziləri (əksər akulalar) şikardan tikələr qoparır. Balina akula ağzı açıq halda üzür, bu vaxt su ilə birlikdə plankton orqanizmlər (əsasən xərçəngkimilər) onun ağzına dolur, daha sonra qəlsəmə aparatında süzülərək qida borusuna ötürülür. Bir çox bentosyeyən balıqların ağzı boru kimi uzanır və dibdə, hətta lil içərisində olah qida obyektlərini seçə bilir.



Qidalanmada seçicilik. Balıqlarda qidaya qarşı seçicilik vardır. Bunu nəzərə alaraq A.A.Şongin hər hansı növün qidasını seçmə qida və faktiki qida baxımından qiymətləndirir. O, seçmə qidanı ən çox yeyilən, əvəzedici və məcburi yeyilən qidaya ayırır. A.A.Şorginin seçmə indeksi hesablanmasına görə ən çox yeyilən qidanın tərkibində 2-6-dan çox qida obyekti olmamalıdır və belə qida ümumi qidanın 50-70%-ni təşkil etməlidir. Əvəzedici qida 5-6 obyektdən (kütlənin 15-30%), məcburi qida isə çoxlu qida obyektlərindən ibarət olub, ümumi qidanın 10%-dən çox olmur. Faktiki qida balığın yediyi ümumi qidanın miqdarıdır. Bu baxımdan balıqların qidası əsas, ikinci dərəcəli və məcburi qidalara aynlır.

Balıqlarda qidanın seçmə və faktiki qidalara ayrılması bəzən seçmə qidanın azlığı (başqa sözlə qidada faktiki iştirakına görə azlığı) onun əvəzinə isə əvəzedici qidanın həlledici əhəmiyyət kəsb etməsindən irəli gəlir. Məs. külmə körpələrinin seçmə qidası xərçəngkimilərin, yaşlı gülmələrin beb qidası dib orqanizrnləri, xüsusilə molyuskalardır. Körpələrin xərçəngkimilərlə qidalanmadan molyuskalarla qidalanmaya keçmə müddəti həm də xərçəngkimilərin (seçmə qidanın) biokütləsindən asılıdır. Optimal qidalanma şəraitində belə keçid müddəti daha uzun sayıla bilər. Treskaların seçmə qidası moyva və siyənəklər, əvəzedici qidası xərçəngkimilər, məcburi qidası daraqlılardır.

Su hövzələrində qida obyektlərinin ümumi biokütləsi, ayrı-ayrı qrupların və obyektlərin miqdarı həm kütlə, həm də faizlə hesablanır. Dibdə yaşayan və bentos qrupuna daxil olan obyektlərin növ tərkibi və biokütləsi "dibqapan" alət vasitəsilə əldə edilmiş nümunəyə əsasən müəyyənləşdirildiyi halda plankton qida obyektlərinin növ tərkibi və biokütləsi plankton torundan süzülmüş müəyyən həcm su nümunəsi əsasında təyin edilir. Yırtıcı balıqların qida obyektlərinin tədqiqi aktiv balıq ovu aləti olan tral nümunəsinə görə aydınlaşdırılır.

Qeyd etmək lazımdır ki, balıqlarda qida plastikliyi var. Belə ki, seçmə qida olmadıqda növün fərdləri əvəzedici, hətta məcburi qidaya, başqa sözlə digər obyektlərlə qidalanmaya keçir. Pikşanın qidasının tərkibində 300 növdən çox onurğasızlar qeyd edilib. Bunlardan 40-50 növün qidalılıq əhəmiyyəti daha yüksəkdir.



Qidanın yaşdan asılı olaraq dəyişilməsi. Kürüdən yenicn çıxmış sürfələr sarılıq kisəsi hesabına qidalanır ki, buna daxili qidalanma deyilir. Siyənəklərin, çəkikimilərin, xanıkimilərin və başqalarının sürfələrinin daxili qidalanması bir neçə kün (5-6 gün), qızılbalıqların sürfələrininki isə bir neçə həftə davam edir. Xarici qidalanmaya keçmə müvafiq surətdə bir neçə gündən və ya bir neçə həftədən sonra baş verir. Qızılbalıqlarda xaricı qidalanmaya keçmə sarılıq kisəsi tam qurtarmamış baş verir ki, bu müddət (sarılıq kisəsi qalığı və xarici yem hesabına qidalanma) qarışıq qidalanma dövrü adlanır. Əksər balıqların körpələri adətən əvvəlcə ibtidailərlə, sonra xərçəngkimilərlə, daha sonra özünün ömrü boyu yediyi obyektlərlə qidalanmaya keçir. Məsələn çapaq, çəki körpələri birinci yaya qədər və yay aylarında əsasən indicə adı çəkilən obyektlərlə, payızda isə dib orqanizmləri ilə qidalanır. Ağ qalınalının körpələri zooplanktonu, yaşlıları fıtoplanktonu, durnabalığının sürfələri ibtidai xərçəngkimiləri, 1,2-1,5 sm uzunluqda olan körpələri balıq sürfələrini daha çox yeyir. Onun 5-6 sm-lik körpələri qismən tam yırtıcı həyat keçirir.

Sıfın sürfələrinin və yaşılarının da qidalanması belədir. Qida çatışmazlığı zamanı yırtıcı balıqlarda (durnabalığı, xanı balığı və s.) hannibalizm hadisəsi baş verir.



Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling