Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet6/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

71

S A N D I Q

- Düz deyir. Suyu da daimi verərlər? Heyf deyildi əvvəllər. 

Üç saat gələndə sevinirdik. İndi gecə-gündüz su gəlir. Kranlar 

neyləsin? Taqsır  bizim bu Hacıbaladadır.

-  Həyətimizdəki  zibillliyi,  sağ  olsunlar,  vaxtlı-vaxtında 

 təmizləyirlər.

- Ağez, elə bilirsən təmizləyirlər, yaxşı iş görürlər? Aparıb 

tökürlər  Balaxanının  çölünə.  Onlar  da  yandırıb  tüstüsünü 

buraxırlar havaya. Ekologiya da başlayır çirklənməyə. Boğu-

la-boğula qalmışıq. Təmizləməsələr ekologiya da çirklənməz. 

Bütün taqsır bizim  bu Hacıbaladadır.

- İndi də sağolsunlar, yeni liftlər quraşdırırlar.

-  Demə,  bacı,  demə.  Əvvəllər  işləmirdi,  baş-beynimiz  sa-

kit idi. Özümüz də qıvraq idik. İndi lift işləyəni dizlərimiz də 

tutulub, özümüz də halsızlaşmışıq. Gül kimi məcburi  idman 

edirdik  də.  Hardan    lift  dəyişdirmək  gəldi  bunların  ağlına.  

Bütün taqsırlar bizim bu Hacıbaladadır.

-  Nə  isə  mən  çatdım.  Hava  da  yaman  tutulub.  Deyəsən 

yağış yağacaq. Amma, sən Allah, day demə ki, buna da sə-

bəbkar  Bakı  şəhər  İcra  Hakimiyyətinin  başçısı  Hacıbala 

 Abutalıbovdur.

- Ağez, xətrimə dəyirsən. Bura Bakıdır. Mən Bakıda ondan 

başqasını tanımıram. Dilimizin əzbəridir.  Bakıya yağış yox e... 

lap qar yağsın, taqsır elə Hacıbaladadır ki, Hacıbalada... 

   

  

  



  

72

MAHİR QABİLOĞLU

YAZIÇI ANARIN ÖLÜ VƏ DİRİ PROBLEMİ

 

   



 

   


Yazıçılar Birliyinin diri üzvləri - yazırlar, yaradırlar. Daim 

diqqət  mərkəzində  olmaq  istəyirlər.  Özlərini  digərlərindən 

istedadlı sayırlar. Bir az məşhurları Anar müəllimin otağına 

tez-tez girərək özlərini “yada salırlar”. Xüsusilə də Yazıçılar 

Birliyinin yubileyləri, öz yubileyləri və qurultaylar ərəfəsində 

ki, Anar müəllim birdən Prezident Administrasiyasına təqdi-

mat-məktubu göndərsə, onların da adını xüsusi qeyd etməyi 

unutmasın.  Prezident  təqaüdlərinə  təqdimat  ərəfəsində  də 

”dava-dalaş” düşür. Ev almaq üçün qalmaqallar isə artıq ta-

rixə qovuşub.

Anar müəllim də bütün bu tələblərə, iddialara, bəzən də 

hikkələrə diqqətlə, hörmətlə yanaşır. Ara-sıra təqdimatlar ya-

zır, arzu edənlərin adlarını ora salır. Və göndərir yuxarı. Orda 

da baxıb, üstündən xətt çəkib atırlar arxivə. Bununla da Anar 

müəllim  missiyasını  başa  çatdıraraq,  məsuliyyəti  üzərindən 

atır.  Bircə  “bumeranqdırlar  da,  neyləyim?  Atıram,  qayıdır 

dəyir özümə” deyir. Amma ürəyində sevinir. Çünki yazıçıla-

rının,  şairlərinin  qüdrətinə  yaxşı  bələddir.  Bilir  ki,  yuxarıla-

rın zövqü Nizami, Füzuli, Puşkin, Tolstoy, Dostoyevski, İlyas 

Əfəndiyev, Rəsul Rza, Səməd Vurğun, Mirzə İbrahimov, Sü-

leyman Rəhimov, Süleyman Rüstəm, Hüseyn Cavid, Mikayıl 

Müşfiq... və ən nəhayət Anar, Fikrət Qoca, Çingiz Abdullayev, 

Elçinin əsərləri üstdə köklənib. Onları indiki yazarların əsər-

ləriylə heyrətləndirmək qeyri-mümkündür. Nə qədər tərifləsə 

belə. Roman dilində desək, Azərbaycan ədəbiyyatında kulmi-

nasiya nöqtəsi baş verib, artıq razvyazka gedir. Artıq  zəlzələ 



73

S A N D I Q

olub,  ədəbiyyatı  xırda  afteşoklar  bürüyüb.  Anar  müəllim 

Ordubadinin,  Süleyman  Rəhimovun,  İlyas  Əfəndiyevin,  Əli 

Vəliyevin, Bayram Bayramovun, İsa Hüseynovun və ən son 

Yusif Səmədoğlunun, Çingiz Abdullayevin romançı olmasını 

başa düşür. Bəs indiki romançıları necə, anlayırmı?

Tələbəlik illərimdə tanınmaqda olan bir nasirin dalbadal üç 

romanı çapdan çıxmışdı. Yazıçı Elçin atama demişdi ki, nəba-

də Mahiri o kitabları oxumasına imkan verəsən a... zövqü kor-

lanar. Görəsən Anar müəllimin ömür boyu qazandığı zövqü 

korlanmayıb  ki?  Əgər  korlanmasından  qorxaraq  qına  salıb 

qorumağa  çalışıbsa,  çoxdan  korşalıb.  Hər  ikisi  müsbət  hal  

deyil.

Diri,  çox  da  tanınmayan,  lakin  adının  əvvəlində  “Yazıçı-



lar Birliyinin üzvü” yazılanlar isə 50, 60, 70 yaşlarında Anar 

müəllimi narahat edirlər. Anar müəllim də abrına bükülərək 

bəzilərini üzdən belə tanımadığı bu adamlar üçün “Fikrət Sa-

dıq, “Ədəbiyyat qəzeti”ndə bir dənə təbrik yazarsan” deyir. 

Fikrət Sadıq da “Yazıçılar Birliyinin üzvü” adını fəxrlə daşı-

yan, amma əslində təşkilata ləkə olan bu insanlar haqqında 

yazır. Ürəkdən yox, əti tökülə-tökülə yazır.

ÖLÜ YAZIÇILARIMIZ

Burda isə məsələ tam fərqlidir. Onları üç kateqoriyaya böl-

mək  olar.  Həqiqətən  də  görkəmli,  məşhur,  təkcə  ədəbiyyat-

da yox, Azərbaycanın ictimai-siyasi həyatında iz buraxanlar 

birinci yerdə gedir. Prezident başda olmaqla nekroloq imza-

lanır, vida mərasiminin yeri, saatı, harada dəfn ediləcəyi tə-

yin edilir. Vəfat edənin xidmətləri nəzərə alınaraq Prezident 

vida  mərasimində  şəxsən  iştirak  edir,  fəxri  qaroulda  durur. 

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi 

dövründə  prezidentin  vida  mərasimində  iştirakı  hələ  ki,  üç 

yazıçıya  qismət olub:  Məmməd Araz, Qabil  və Bəxtiyar  Va-

habzadə. Bu kateqoriya yazıçılara yazılan nekroloqda bütün 

Azərbaycan xalqına başsağlığı verilir.



74

MAHİR QABİLOĞLU

Bir haşiyə çıxım. Atam gecə saat 12-də rəhmətə getmişdi. 

Səhərin  açılmağını  gözləyirdim.  Saat  10-da  ilk  olaraq  Bakı 

şəhər  İcra  Hakimiyyətinin  başçısı  Hacıbala Abutalıbov  bizə 

gəldi. Yanındakılara tapşırıqlar verməyə başladı. Mən yaxın-

laşıb “dəfn harda, neçədə olacaq?” və digər suallar verəndə, o, 

“Mahir, bunların sənə dəxli yoxdur. Get qapına gələnləri qə-

bul elə, yola sal. Vəssalam. Prezidentin mənə də, mədəniyyət 

naziri Əbülfəs Qarayevə də xüsusi tapşırığı var. Dəfndən 40 

mərasiminədək hamısını Prezident İlham Əliyev öz üzərinə 

götürüb”.

İkinci kateqoriya isə istedadlı, tanınmış, amma görkəmli sə-

viyyəsinə çatmayan yazıçılar barədədir. Belə adamların dəfn 

mərasimini Yazıçılar Birliyi təşkil edir. Yalnız Yazıçılar Birliyi 

rəhbərliyinin imzaladığı, mərhumun şəkliylə “Ədəbiyyat qə-

zeti”ndə nekroloq verilir. Bir-iki dənə də yanıqlı xatirə, ürək 

sözü əlavə olunur.

Üçüncü kateqoriya isə yalnız quru bir başsağlığı ilə o dün-

yaya yola salınır. Ədəbiyyatımız qarşısında xidmətlərinə görə 

yox,  sadəcə  ciblərində  Yazıçılar  Birliyinin  vəsiqəsini  gəzdir-

diklərinə görə.

Bu yazını yazmaqda məqsədim tam başqadır. Amma bu gi-

rişə də ehtiyac duydum. Sonunu gətirmək üçün. Lətifəyə dön-

müş  bir-iki  hadisəni  nəzərinizə  çatdırım.  Sonra Anar  müəl-

limdən bir xahişim olacaq. Axı, qarşıdan Yazıçıların qurultayı 

gəlir.


“İSA, MƏN ÖLÜM, GECƏLƏR YAT”

İsa Hüseynov və Qabil Hüsü Hacıyev küçəsindəki evin 5-ci 

mərtəbəsində şərikli yaşayırlarmış. Yəni, dörd otaqdan ikisi 

İsaya,  ikisi  də  Qabilə  məxsusmuş.  İsa  müəllim  adətincə  ge-

cələr işləyərmiş. Yəni ki, heç vaxt gecələr yatmırmış. Günlə-

rin bir günü Qabil deyir ki, “İsa, sən Allah gecələr yat, gün-

düz işlə”. Bir “mən ölüm” də vurur. İsa da razılaşır. Adətiycə 

gecə yazmaq əvəzinə yatır. Bir də görürlər ki, gecə saat birin 



75

S A N D I Q

 yarısında  qapı  bərkdən  döyülür.  Səsə  ilk  olaraq  Qabil  çıxır. 

Qapını açır. Görür ki, Süleyman Rüstəm qabaqda, arxada da 

şair İskəndər Çoşğun. Əlində də iki butulka araq və bağlama.

- Salam, Qabil. Restoranda yeyib-içirdik. Dedim ki, gedək 

Qabilgildə davam etdirək. İsa da bilirik ki, gecələr yatmır. İki 

araq götürdük, bir də çörək arası kabab.

- Xoş gəlmisiz, Süleyman müəllim. Keçin içəri.

Qonaqları otağa keçirən Qabil gəlib İsa Hüseynovun yataq 

otağının qapısını döyür:

- İsa, ay İsa. Dur ayağa. Sənə gecələr yatmaq yaraşmır.

İTƏ ŞEİR


Günlərin bir günü şair İskəndər Çoşqun növbəti görüşdən 

sonra  nişanlısını  evə  ötürür.  Qız  həyət  evində  yaşayırmış. 

Həyətdə də it. Qapını açıb nişanlısı ilə içəri girəndə it başlayır 

İskəndər Çoşquna hürməyə. Tutmur, dişləmir. Sadəcə hürür. 

Şair bir anlıq duruxur. Daha doğrusu qorxur. Və bədahətən:

Hür! Hür! Bilirəm ki, mənə hürməyin, 

Mənim sevgilimə sədaqətindir.

MƏMMƏD RAHİM, 75... DAY ÜZ VURMA

Qabillə Əliağa Kürçaylı Bulvarda gəzirlərmiş. İkisi də ca-

van, yeyib-içməyə həvəsli. Amma cibdə o qədər pul yox. Bir 

də görürlər ki, qarşıdan 50 yaşlı görkəmli şair Məmməd Rahim 

gəlir. İkisi də sözü bir yerə qoyub qonaqlıq qoparmaq məqsə-

diylə yaxınlaşırlar Məmməd müəllimə. Onu da qeyd edim ki

Məmməd Rahim hamıya borc versə də, qonaqlıq məsələlərinə 

çox da meylli olmayıb.

- Salam, Məmməd Rahim müəllim.

- Salam.

- Gözümüzə bir təhər dəyirsiniz. Neçə yaşınız var?

- 50.


76

MAHİR QABİLOĞLU

- Hə bəsdir də. 50 yaş da pis deyil.

- Uşaqlar, nə bəsdir. Nə demək istəyirsiniz?

-  Heç...  Məmməd  müəllim.  Elə-belə...  Sözdür  də  dedik. 

Nəsə xəstə-hal görünürsünüz e...

Məmməd Rahim isə əl çəkmir. Gənc şairləri “Mirvari” kafe-

sinə aparır. Sifariş verir. Ortaya araq, “xolodnı zakuska” gəlir. 

Bir “rumka” Məmməd Rahimin sağlığına içəndən sonra. Əli-

ağa Kürçaylı:

- Qabil, niyə ki, 50, Məmməd müəllim 55-ə də çata bilər. Nə 

olsun ki, rəngi solub.

- Ay uşaqlar, siz nə danışırsınız. Süzün bir,  yüz də vuraq.

Bir badə də içəndən sonra ortaya kabab gəlir. Bir tikə nuş 

eləyəndən sonra Qabil:

- 60 yaş da olar. Amma bundan o yana keçmək yoxdur.

Bu sözdən sonra Məmməd Rahimin narahatlığı bir az da 

artır.  Qabillə  Əliağa  isə  sadə  insanın  zəif  damarını  tutmaq-

larından  sevinərək,  heç  nə  dinib  danışmırlar.  Özlərini  ciddi 

aparırlar ki, Məmməd Rahim onların bu fəndindən xəbər tut-

masın. Məmməd Rahimin də “uşaqlar bəlkə  bir az da artırası-

nız?” sözlərini qulaqardına vurub, gözlərini boşaltdıqları araq 

şüşəsinə zilləyirlər. Məmməd Rahim də həmən “Ofisiant, bir 

butulka da gətir. Kababı da təkrar elə” deyir. İkinci şüşədən 

də bir badə içəndən sonra, keyfləri kökələn gənclər:

- Məmməd Rahim müəllim, 70. Qurtardıq.

Məmməd  müəllim  bu  cavabdan  sevinsə  də,  yenə  də  razı 

qalmır. Daha artıq yaşamaq istəyir. Bir rumka da süzür. Qa-

billə Əliağa da artıq “qotov” vəziyyətinə çatırlar. Badəni baş-

larına çəkib:

- 75. Məmməd müəllim day üz vurma. Qurtardıq.

... BUNUNLA ÜÇÜNCÜ DƏFƏDİR Kİ, VERİRƏM

Əvvəllər  yazıçılar  əlyazmalarını  qəzet-jurnal  redaksiyala-

rında işləyən makinaçılara yazdırırdılar. Hüseyn Arif də həm-

çinin. Günlərin bir günü gəlir yazısını yazdırmağa  verdiyi qə-



77

S A N D I Q

zetlərdən birinə. Yaxınlaşır makinaçı qıza və şeirlərini çap for-

masında alır. Səhifəsini sayır. 50 rubl zəhmət haqqını verərək 

gedir. Qəzetdə işləyən jurnalistlərdən biri də demə bu qızın 

nişanlısıymış. Növbəti dəfə Hüseyn Arif tamam başqa bir iş 

üçün qəzetə gələndə bu nişanlı oğlan qızdan xəbərsiz iş yol-

daşlarıyla sözü bir yerə qoyub, yaxınlaşırlar Hüseyn Arifə:

-  Hüseyn  qağa,  yetim  olanda  nə  olar?  Gərək  pulunu 

kəsəsən? Yazı yazdırmısan, pulun ver də... Sizinçün 50 rubl 

nədir ki?

- Doğurdan? - deyə Hüseyn Arif cibindən 50 rubl çıxarıb 

verir oğlana ki, bəs apar qıza çatdır.

Nişanlı  oğlan  da  50  rublu  götürüb  əvvəlcə  sözləşdikləri 

kimi dostlarıyla gedir yeyib-içməyə. Üstündən bir müddət də 

keçir. Hüseyn Arif yenidən həmin redaksiyaya gəlir. Ağızla-

rında şirə qalan nişanlı jurnalist və dostları yenidən yanaşırlar 

şairə:

-  Hüseyn  qağa,  yetim  olanda  nə  olar?  Gərək  pulunu 



kəsəsən?  Yazı  yazdırmısan,  pulun  da  verməmisən.  Sizinçün 

50 rubl nədir ki?

- Hə? Doğurdan? Yaxşı, 50 rublu verin o qıza. Deyin ki, “ay 

qəhbə, bununla üçüncü dəfədir ki, verirəm”.

“ƏMRİMİ VERİN, ÇIXARIN!”

80-ci illərin axırlarıydı. Bayram Bayramov Qarabağa Xalq 

Yardımı  Komitəsinin  sədriydi.  Mətbu  orqan  da  yaratmışdı. 

Adını  da  “Azərbaycan”  qəzeti  qoymuşdu.  Demə  “Azərbay-

can”  1918-1920-ci  illərdə  23  ay  hökm  sürmüş  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  rəsmi  orqanının  adıymış.  O  vaxtlar 

çoxu başa düşməsə də, bu, tarixi bir hadisənin 68 ildən sonra 

bərpası demək idi. Bu azmış kimi, Bayram Bayramov sovetin 

hökm sürdüyü bir dövrdə “Azərbaycan” sözünün baş hərfini 

aypara və səkkiz guşəli ulduz formasında verdirib.

Atamla Bayram əmigildəydik. Telefon zəngi gəldi:

- Bəli. 


78

MAHİR QABİLOĞLU

- ..... 


- Arnamentdir. Azərbaycanın milli arnamenti. 

- .......... 

- Necə başa düşürsünüz, düşün. “A” hərfi o cür də gedəcək. 

- ........... 

- Xoşunuz gəlmir, əmrimi verin, çıxardın.

- ........... 

- Sağ ol.

Bayram əmi dəstəyi qoydu:

-  Qabil,  Mərkəzi  Komitənin  1-ci  katibi  Vəzirov  idi.  İndi 

ayılıblar  ki,  ayparayla  səkkiz  guşəli  ulduz  Cümhuriyyətin 

bayrağındakı  ay-ulduz  imiş.  Bəs  onu  çıxart.  Mən  də  dedim 

ki, çıxartmıram. Əgər istəmirsinizsə məni işdən çıxarın. O da 

dedi ki, bəs mən kiməm ki, sizi işdən çıxarım.

SON


Anar müəllim, zaman keçdikcə sizin daşıdığınız vəzifənin 

yükünü daha dərindən başa düşməyə başlayıram. Demə siz 

Yazıçılar Birliyinin üzvü olan min yazıçı-şairin yox, həm də 

Xaqanidən  üzü  bu  yana  dünyasını  dəyişən  mərhum  yazıçı-

larımızın da sədriymişsiniz. Ara-sıra onlar üçün də yubiley-

lərinin  keçirilməsi,  xatirələrinin  əbədiləşdirilməsiylə  bağlı 

yuxarılara təqdimatlar yazırsınız. Dirilərdən çox da narahat 

deyilsiniz. Qapını döyüb içəri girirlər. Əsli və məcazi məna-

da layiqli cavablarını alıb bayıra çıxırlar. Amma ölülər bütün 

bu etiketlərdən uzaqdırlar. Bir vaxtlar şəxsən tanıdığınız bu 

məşhurlar sizin içinizdə, ruhunuzda, ədəbi və əbədi yaddaşı-

nızda, yazıçı ürəyinizdədirlər. İcazəsiz yuxunuza da girirlər. 

Qeyri-iradi yadınıza da düşürlər. Köhnə xatirələri də oyadır-

lar. Bəzən sağ qalan övladları, nəvələri mətbuatda ünvanınıza 

hədyanlar da söyləyirlər.

Bu  yaxında  xalq  yazıçısı,  diri  İsa  Hüseynovun  həyat  yol-

daşı  Firuzə  xanımın  Modern.az  saytına  veriyi  müsahibə-

ni oxudum. Yaman giley-güzar edirdi ki, İsanın 85 illiyində 



79

S A N D I Q

onu heç kim yada salmadı. Əgər dirilər yada düşmürsə, onda 

ölülərdən nə gözləyək. Yox elə bilməyin ki, atamla bağlı nəsə 

xahiş edəcəyəm, əsla. Amma ölünün yiyəsi olmalıdır fikrini 

əldə rəhbər tutaraq ölülərin yiyəsi olan sədr Anara bircə xa-

hiş etmək istəyirəm. Qapıbir qonşum, mərhum Bayram əmi 

haqqında.

XAHİŞ  EDİRƏM,  BAYRAM  BAYRAMOVUN  XATİRƏSİ-

NİN  ƏBƏDİLƏŞDİRİLMƏSİYLƏ  BAĞLI  PREZİDENT  AD-

MİNİSTRASİYASINA TƏQDİMAT YAZASINIZ.

İstəyirəm  ki,  bir  vaxtlar  yaşadığı  Hüsü  Hacıyev  19  saylı 

evin  divarında  İlyas  Əfəndiyev,  Abdulla  Şaiq,  Zeynal  Xəlil, 

Hüseyn Arif və digər görkəmli yazıçılarımızın barelyefləriylə 

yanaşı, onun da nurlu çöhrəsi gülsün. Məncə titullarını say-

mağa ehtiyac yoxdur. Ədəbi yaradıcılığı da gözünüz önündə 

keçib, ictimai fəaliyyəti də. Bircə Qarabağla bağlı yazdığı iki 

cildlik “Karvan yolu” əsərini və “Azərbaycan” qəzetini, ay-ul-

duzu yenidən həyata qaytarmasını qeyd etsəniz yetər.

HÖRMƏTLƏ: MAHİR QABİL OĞLU İMAMVERDİYEV     

  

  



80

MAHİR QABİLOĞLU

REKTOR ABEL MƏHƏRRƏMOV KİMDİR?

 

   



 

   


Darülfunun.  Bu  ad  bəlkə  də  çoxlarına  bəlli  deyil. Amma 

mən 1983-cü ildə Sergey Mironoviç Kirov adına Azərbaycan 

Dövlət Universitetinə daxil olanda müəllimlərimiz ilk olaraq 

bu adı bizə tanıtdılar. Dedilər ki, bu elm-təhsil ocağının adı ilk 

olaraq darülfunun olub. Düzdür Azərbaycan Xalq Cümhuriy-

yəti dilə gəlməsə də, bu ilk, başlanğıc üçün bəs idi.

Sonra  bizi    ikinci  mərtəbədəki  209  saylı  auditoriyaya  yı-

ğıb  qırmızı üzlüklü tələbə biletlərini təqdim etdilər. Filologi-

ya  fakültəsinin  dekanı,  professor  (indi  akademik) Ağamusa 

Axundov bizə uğurlar arzuladı. Tələbə biletini təqdim edən-

də  şəklimizi  də  çəkmişdilər.  Fotonun  arxasında  yazmışdım: 

“Professor  Ağamusa  Axundov  gələcəyin  professoru  Mahir 

İmamverdiyevə tələbə biletini təqdim edir”. 

Elmə çox həvəsli idim. Kamal Abdulla kimi 30 yaşında elm-

lər doktoru olmaq arzusundaydım.

Oğlanlar əsasən ağ rəngli köynək geyinirdilər. Qırmızı tələ-

bə biletini döş cibimizə qoyurduq ki, görsənsin. Elə bilirdik 

ki, kim bu qırmızı üzlüklü bileti cibimizdə görsə, o saat başa 

düşəcək ki, biz universitet tələbəsiyik. Bununla fəxr edirdik. 

Sonra atam başa saldı ki, əvvəllər universitet tələbələri qırmı-

zı tələbə biletlərləriylə tanınmırdılar. Tələbə olan şəxs cavan 

olmasına baxmayaraq əlinə əsa, başına buxara papaq qoyardı. 

Gözündə də eynəyi olardı. Uzaqdan baxanda o saat bilinirdi 

ki, darülfunun tələbəsidir.

Atam Qabil orta məktəbdə olduğu kimi burda da eyni sözü 

deyirdi: “Mahir, məni aldığın qiymətlər yox, başının içindəki 

maraqlandırır”. 


81

S A N D I Q

Düzdür, mən bunu 31 il sonra başa düşdüm. Artıq gec idi. 

Bir söz də dedi ki, “çalış dərsdən qaçma. Bütün mühazirələr-

də iştirak eləsən, diqqətlə qulaq assan bəsindir”. Bunu da 31 

ildən sonra başa düşdüm.

İkinci kursdan əsgərliyə iki illik xidmətə gedib qayıdandan 

sonra alim olmaq həvəsim  itdi. Amma dərsdən qaçmırdım. 

Bir mühazirə də buraxmırdım. Diqqətlə qulaq asırdım.

1983-1987-ci  illərdə  universitetimizin  rektoru  Faiq  Bağır-

zadə idi. 1987-1989-cu ildə isə Yəhya Məmmədov oldu. 1989-

1990-cı illərdə Cəmil Quliyev, 1990-cı ildən isə  Mirabbas Qası-

mov rektor vəzifəsinə təyin edildilər. (Allah hamısına rəhmət 

eləsin).

  Oxuduğum  müddətdə  dörd  rektorum  oldu.  Amma  bu 

rektorlardan heç birini üzdən tanımırdım. Bircə Yəhya Məm-

mədov istisna idi. O da rektor kimi yox, şair Cabir Novruzun 

qudası kimi. 

O vaxt universitet deyəndə yalnız indiki Bakı Dövlət Uni-

versiteti nəzərdə tutulurdu. İllər keçdi. Bir çox institutlar çö-

nüb universitet oldu. Amma mənim universitetimə çatmadı. 

Nə qədimiliyinə, nə də səviyyəsinə görə.

Etiraf etməliyəm ki, çox da güclü, savadlı, fərqlənən tələ-

bə deyildim. Amma təkcə auditoriyada mühazirəyə qulaq as-

maqla çox şey öyrəndim. Çünki dərs deyənlər təkcə müəllim 

yox, həm də Azərbaycanın böyük alimləriydilər. O vaxt fəxrlə 

deyirdik ki, təkcə filologiya fakültəsində 40 elmlər doktoru, 

135 elmlər namizədi var. Bu indi adi görünə bilər. Amma o 

dövrdə bu göstəriciyə, özü də keyfiyyətli göstəriciyə görə hət-

ta Elmlər Akademiyasının da müvafiq sahəsini üstələyirdik. 

Müəllimlərimiz  Ağamusa  Axundov,  Yusif  Seyidov,  Əlövsət 

Abdullayev Azərbaycan SSR Dövlət Mükafatına layiq görül-

müşdülər. Bəzi müəllimlərimizin adı gələndə digər ali təhsil 

ocaqlarında dimdik dururdular.

Universitetim təkcə təhsil ocağı deyildi. Azadlıq hərəkatın-

da öndə gedən mərkəzlərdən idi.  1989-1990-cı ildə təhsilimizi 

də bu yolda qurban vermişdik. O dövrdə müəllimlərimiz bizi 



82

MAHİR QABİLOĞLU

biliyimizə görə yox, azadlıq hərakatındakı  fəal iştirakımıza 

görə qiymətləndirirdilər.

Nəhayət  gələk  yazımın  başlığındakı  suala:  “Rektor  Abel 

Məhərrəmov kimdir?” Çox saymazyana səslənir, elə deyilmi? 

Əslində böyük adamdır, böyük alimdir. Əməkdar elm xa-

dimidir, professordur, elmlər doktorudur, akademikdir, mil-

lət  vəkilidir,  atam  Qabilə  böyük  hörmət  və  rəğbəti  olan  bir 

insandır. Cəmiyyətdə, ictimai-siyasi həyatda, təhsil, elm alə-

mində öz sözünü demiş adamlardandır. İndi Universitet əra-

zisinə  daxil  olanda  oranı  tanımaq  qeyri-mümkündür.  Abel 

Məhərrəmovun sayəsində bu təhsil ocağı xeyli dəyişib. Yeni 

korpuslar, idman zalları tikilib. Bütün bunlar hansı zəhmətlər 

hesabına başa gəlib bilirəm. Atama söhbət edəndə eşitmişəm. 

Əlbəttə ki, mənim onunla bağlı belə sual qoymağım  nadanlıq, 

tərbiyəsizlik kimi qiymətləndirilə bilər.

Abel  Məhərrəmov    nə  müəllimim  olub,  nə  də  rektorum. 

Amma bir etalon var ki, Abel müəllim mənim doğma saydı-

ğım bir təhsil ocağının rəhbəridir, axı. Deməli ona toxunmaq, 

mənə toxunmaq deməkdir.   

İki qızım da universitetin məzunudur. Təhsil aldıqları illər-

də bir dəfə də qapısını döyməmişəm. Daxili mətbəxi də gözəl 

bilirəm. Bircəciyin desəm bəs edər. Qızlarım oxuyan biologiya 

fakültəsində əgər biliyin varsa, bir müəllim də səni kəsə bil-

məz.  İkincisi  də  ki,  mühazirə  oxuyan  biri,  imtahan  götürən 

başqası, cavabları yoxlayan isə qeyrisidir. Bütün imtahan ke-

çirilən  auditoriyalarda  kameralar  da  quraşdırılıb.  Köçürmə-

yin, nəzarətçi-müəllim saxtakarlığının qabağını almaq üçün. 

Savad sız, avara tələbələr, bundan narazısınızmı?

Deyəcəksiniz ki, əgər Abel müəllimi belə yaxşı tanıyırsan-

sa, onda bu nə sualdır verirsən? “Rektor Abel Məhərrəmov 

kimdir?”. Bu sualı mən özümə, universitetin çox minlik mə-

zunlarına, tələbələrinə, müəllimlərinə, professor-dosentlərinə 

vermirəm. 

70 manat rüşvət tələbi ehtimalını əldə rəhbər tutaraq, aləmə 

car  çəkən,  özü  də  Abel  müəllimin  ona  dəfələrlə  hörmətlə 



83

S A N D I Q

 yanaşdığını etiraf edən tələbəyə deyirəm: “Ay qızım, ay mə-

nim doğma universitetimin adına ləkə yaxan tələbə, gələcək 

məzun, Abel  Məhərrəmov  kimdir?  Rektor.  Mən  oxuduğum 

dövrdə Abel müəllim kimi dörd rektor görmüşəm. Hamısı da 

Abel müəllim kimi akademik, deputat, əməkdar elm xadimi. 

Sən və sənin kimilər bu sözləri deməklə, həyətdə çığır-bağır 

salmaqla elə sandınız ki, rektor Abel Məhərrəmovu biabırmı 

etdiniz? Əsla. Siz sadəcə mənim, eləcə də mənim kimi minlər-

lə, on minlərlə məzunun, müəllimin, elm xadiminin universi-

tetini biabır etməyə cəhddə bulundunuz”. 

Bakı  Dövlət  Universitetin  qapıları  oxumaq,  təhsil  almaq, 

elm  öyrənmək  istəyənlərin  üzünə  açıqdır.  Hansısa  müəl-

limlə,  dekan  müaviniylə  ədavəti,  problemi  olanlar,  oxumaq 

istəməyənlər! Azərselin, bakselin, internetin, telefon, kompü-

ter dükanlarının boğazından kəsib kəsirləriyçün pul ödəmək 

istəməyənlər, abrınız olsun. Bu müqəddəs məbədə girib oranı 

çirkaba bulaşdırmayın. 

   

  

  


1   2   3   4   5   6   7   8   9   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling