Nəsibə Əhməd qızı


Download 6.57 Mb.
Pdf ko'rish
bet17/27
Sana15.12.2019
Hajmi6.57 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

MAQNİT  FIRTINALARI  – 
yerin  maqnit  sahəsinin  bütün 
planet 
miqyasında 
qəflətən 
dəyişməsi. 
MARİNOBİOSFER 
(lat. 
marinus  –  dəniz  və biosfer)  – 
Dünya 
okeanında 
yaşayan 
orqanizmlərin məcmusu. 
MARŞLAR  –  (alm.  Marsch)  – 
ən  yüksək  qabarma  zamanı  dəniz 
sahilboyunun  su  basdığı  zolaqlara 
– ovalıqlara deyilir. M.eni bir neçə 
km-ə 
çatan 
zolaq 
şəklində 
bilavasitə 
vattaların 
üstündə 
yerləşir.  M.  Niderlandda  və 
Almaniyada 
d.s.-dən 
alçaqda 
yerləşir 
və 
dəniz 
suyunun 
basmasından  süni  tirələr  ilə 
qorunur. Bax: vattalar. 
MATERİK 
DAYAZLIĞI 
– 
materikin  dəniz  basmış,  alçaq, 
kənar  hissəsidir.  Dünya  okeanının 
ümumi  sahəsinin  8%-ə  qədərini 
(27,5  milyon  km
2
)  təşkil  edir. 
M.d.-nda  dənizin  dərinliyi,  adətən 
200m-dən  artıq  deyil,  eni  isə  bir 
neçə  km-dən  1300km-ə  qədərdir. 
Bəzi 
sahillərdə 
(məs: 
Cən. 
Amerikanın  Sakit  okean  sahilində) 
M.d.  yoxdur.  Bax:  Hipsoqrafik 
əyrilik. 
MATERİKLƏR, 
KONTİNENTLƏR – Yer qabığının 
hər  tərəfdən  okean  və  dənizlərlə 
əhatələnmiş 
böyük 
quru 
massivləri. Müasir geoloji epoxada 
6  materik  mövcuddur:  Avrasiya, 
Şimali  Amerika,  Cənubi  Amerika, 
Afrika, Avstraliya və Antraktida. M. 
üçün 
Yer 
qabığının  ümumi 
qalınlığının  35-45  km-dək  olması 
və  qranit  qatının  mövcudluğu 
xarakterikdir. 
MEQABİOSFER 
(yun.  megas 
-  böyük)  –  canlı  orqanizmlərin 
daim  yaşadığı  bütün  hidrosfer, 
atmosferin  qatları  (ozon  qatına 
qədər) və litosferin bir hissəsi. 
MEQAPOLİS – əhalisi 10 mln.-
dan  artıq  olan  şəhərlərin  nəhəng 
aqlomerasiyası.  M.-ə  Şanxay, 
Kalkutta, Tehran, Nyu-york, Tokio, 
San-Paulu, 
Meksika, 
Rio-de-
Jeneyro,  London,  Seul  və  b.  aid-
dir. 
MELİORASİYA 
(lat.  meliora-
tio 

yaxşılaşdırmaq) 
– 
(yaxşılaşdırma, yararlı hala salma) 
–  torpaqların  faydalı  istifadəsi 
üçün yararlı olmayan təbii şəraitin 
yaxşılaşdırılmasına 
yönəldilmiş 
təsərrüfat  və  texniki  tədbirlər 
sistemi: əsasən torpağın su, hava, 
qida 
və 
istilik 
rejimlərini 
nizamlamaq  yolu  ilə  həyata 
keçirilir.  M.  təbii  fəlakətlərin 
nəticələrini  aradan  qaldırmağa, 
torpaqlardan  səmərəli  istifadəyə 
imkan  verir.  Tətbiq  sahəsinə  görə 
M. üç əsas qrupa bölünür: 
1)  Su  rejimi  əlverişli  olmayan 
torpaqların  M.-sı.  Bataqlıq,  su 
basmış torpaqların, həmçinin quru 
bozqırların,  susuz  səhra  və 
yarımsəhra 
sahələrinin 
M.-sı. 
Buraya 
izafi 
nəmliyə 
qarşı 
mübarizə  tədbiri  kimi  qurutma  M-
sı,  quraqlığa  qarşı  suvarma  M.-sı 

 
 
132 
(irriqasiya) daxildir. 
2)  Əlverişli  olmayan  fiziki-
kimyəvi 
 
xassələrə 
malik 
(şorakətli,  şor,  ağır  gilli,  lilli) 
torpaqların  M.-sı.  Bu  qrupa 
şorlaşmış 
torpaqların 
duzsuzlaşdırılması  və  şorakətli 
torpaqların kimyəvi M.-sı daxildir. 
3)  Suyun  və  küləyin  mexaniki 
təsirindən 
eroziyaya 
uğramış 
torpaqların  M.-sı.  Su  ilə  səthi 
yuyulmuş, 
həmçinin 
suyun 
yarğanlar 
əmələ 
gətirdiyi, 
sürüşmələr törətdiyi, sahələrin M.-
sı. 
Qurutma,  duzsuzlaşdırma  və 
kimyəvi  M.-da  əsas  mübarizə 
tədbiri 
ərazinin 
drenlənməsi, 
suvarma  M.-sında  isə  əsas  tədbir 
suvarma  şəbəkəsinin  yaradılması 
və 
onun 
su 
mənbəyinə 
birləşdirilməsidir.  Hər  iki  halda 
torpağın  su-duz  rejimi  normal 
saxlanmalı,  lazımi  aqrotexniki, 
fitomeliorasiya  və  hidrotexniki 
üsullarla 
aparılır. 
Azərbaycan 
Respublikasının 
düzənlik 
rayonlarında yarıdan çoxu müxtəlif 
dərəcədə  şor  olan,  suvarılmalı, 
şorakətli,  qurudulmalı  və  su 
eroziyasına 
qarşı 
mübarizə 
aparmalı 
torpaq 
vardır. 
Respublikada  müxtəlif  drenlər, 
Ceyranbatan,  Sərsəng,  Ağstafa, 
Xanbulançay,  Xaçınçay,  Arpaçay, 
Bəhramtəpə  su  anbarları  və 
qovşaqları 
tikilib 
istifadəyə 
verilmişdir.  Muğan-Salyan,  Mil-
Qarabağ,  Şirvan,  Dəvəçi-Xaçmaz 
zonalarında  100  min  hektarlarla 
ərazi  suvarılaraq  duzsuzlaşdırılmış 
və  kənd  təsərrüfatı  üçün  yararlı 
hala salınmışdır. 
METABOLİT 
SU 
–heyvan 
orqanzmində oksidləşən qida (yağ, 
karbohidratlar)  əmələ  gətirən  su. 
M.s. səhralarda yaşayan heyvanlar 
üçün  ətraf  mühitdə  sərbəst  su 
ehtiyatının  olduqca  qıt  olduğu 
şəraitdə  xüsusən  əhəmiyyətlidir 
(dəvə, 
səhra 
gəmiriciləri, 
həşəratlar və s.). 
METEOR  –  (yun.  meteora-
atmosfer  və  göy  hadisələri; 
meteoros-göydə  uçan,  süzən)  – 
bərk 
hissəciklər 
(M.cisimləri) 
atmosferə  daxil  olduqda  onun 
yuxarı  qatlarında  baş  verən 
hadisə.  M.  cisimləri  atmosfer  ilə 
qarşılıqlı təsirdə başlanğıc kütləsini 
itirməyə  başlayır.  Bu  zaman 
işıqlanma  baş  verir  və  onların 
ionlanmış  izi  yaranır.  Çox  parlaq 
olmayan M. qəflətən yaranıb, gecə 
göyündə  sürətlə  hərəkət  edən  və 
sönən  ulduz  kimi  müşahidə 
olunduğundan  «uçan  ulduz»da 
adlanır.  Bolid  törədən  M.  cisminin 
qalığı  Yer  səthinə  meteorit 
şəklində  düşür.  Bu  qalıq  Yer 
atmosferində parçalanır və meteor 
seli  muşahidə  edilir.  Heç  bir  selə 
aid  olmayan  M.sporadik  M. 
adlanır.  M.  insan  tarixində  hələ 
qədim  əfsanələrdən  və  bir  çox 
xalqın  əsatirindən  məlumdur.  M. 
barədə  ilk  yazılı  məlumatlara 
Ermitajda 
(Sankt-Peterburq) 
saxlanan Qədim Misir papirusunda 
(e.ə. 20 əsr), həmçinin qədim Çin 
əlyazmalarında  (e.ə.  1768  il),  rus 
mənbələrində  (1091)  rast  gəlirik. 

 
 
133 
Anaksaqor  M.-u  Günəşin  daş 
kütləsinin  parçaları, 
Aristotel  isə 
Yerin 
 
odlu 
göy 
sferinə 
yaxınlaşdırdıqda 
alovlanan 
buxarlanması  kimi  təsvir  etmişdir. 
İlk dəfə 1798 ildə  iki məntəqədən 
eyni  zamanda  müşahidə  etməklə 
22  M-un  hündürlüyü  ölçülmüşdür. 
M.-un  müasir  fiziki  nəzəriyyəsinin 
əsası 1920-24 illərdə qoyulmuş, ilk 
radiolokasiya  müşahidəsi  1942-44 
illərdə  aparılmışdır.  Ulduz  ölçüsü 
+1  və  -10  arasında  olan  M.-un 
spektrinə görə aşkar edilmişdir ki, 
M.  şüalanması  əsasən  atom 
spektirinin 
parlaq 
emissiya 
xətləridir.  M.-un  spktirindəki  ən 
intensiv xətlər dəmirin, natriumun, 
maqneziumun,  kalsiumun,  xro-
mun,  azotun,  oksigenin  və  s. 
elementlərin  atom  və  ionlarına 
məxsusdur.  
METEOR ASTRONOMİYASI – 
astronomiyanın  bölməsi: 
meteor 
maddəsinin mənşəyini, quruluşunu 
və təkamülünü öyrənir. 
METEOR  İONLAŞMASI  – 
yuxarı 
atmosferə 
meteor 
maddəsinin 
daxil 
olması 
nəticəsində    yaranan  ionlaşma. 
Fəal M.-in, əsasən,  buxar halında 
olan  və  dağınıq  meteor  atomları 
hava  molekulları  ilə  toqquşduqda 
yaranır. Hər belə atomun törətdiyi 
sərbəst  elektronların  sayı  onun 
sürətinin 
4-cü 
dərəcəsi 
ilə 
mütənasibdir,  0,001-1  arasında 
dəyişir.  Meteor  cisminin  buxar 
halına  çox  keçdiyi  hündürlükdə 
(80-120  km)  fəal  M.i.  ən 
intensivdir. 
80-180 
km 
hündürlükdə kütlə spektrometri ilə 
Mg
+
,  Si,  Ca
+
,  Fe
+
  və  b.  meteor  
ionları aşkar edilmişdir. Bu ionların 
ən  böyük  konsentrasiyası  80-
120km  hündürlükdə  müşahidə 
olunur  (atmosferdəki  NO
+
  və  O
2
 
ionlarının 
konsentrasiyasına 
yaxın).  M.i.  meteor  yağışı  zamanı 
güclü  artır.  Meteor  uçduqdan 
sonra  başlanğıc  diametri  bir  neçə 
m.,  uzunluğu  isə  bir  neçə  on  km 
olan  ionlaşmış  iz  qalır.  Bu  iz 
ultraqısa 
və 
qısa 
dalğa 
diapazonlarında 
əks 
etdirir. 
Bundan  meteorların  və  yuxarı 
atm.-in 
radiolokasiya 
müşahidələrində istifadə olunur. 
METEOR 
YAĞIŞI 
– 
qısamüddətli  və  sıx  (dəqiqədə 
1000-dən  çox)  meteor  seli.  Son 
200 
ildə 
Andromedidlər, 
Drakonidlər,  Leonidlər  və  Liridlər 
kimi M.j. müşahidə edilmişdir. 
METEOR 
MADDƏSİ 
– 
(palanetlərarası 
fəzada)-kiçik 
planetlərdən  və  Günəş  ətrafına 
dolanan  kometlərdən  kiçik  olan 
meteor  cismi.  M.m.  Yer  atmosferi 
ilə qarşılaşarkən meteor yaranır və 
Yer  səthinə  meteorit  şəklində 
düşür. 
M.m.-nin 
ən 
kiçik 
hissəcikləri 
Günəş 
şüalarını 
intensiv 
səpələdiyindən 
onlar 
zodiak işığı kimi müşahidə olunur. 
Fotoqrafik 
və 
radiolokasiya 
müşahidləri 
nəticəsində 
on 
minlərlə  M.m.-nin  orbiti    təyin 
edilmişdir.  Onların  əksəriyyəti 
Günəş  ətrafına  eliptik    orbit 
boyunca  dolanır.  Hiperbolik  orbit 
boyunca  dolanan,  yəni  Günəş 

 
 
134 
ətrafına  ulduzlararası  fəzadan 
daxil 
olan 
M.m. 
müşahidə 
edilməmişdir.  
METEOR 
CİSMİ 
kosmik 
fəzada  hərkət  edən  nisbətən  kiçik 
bərk cisim, günəş ətrafına dolanan 
M.c.  çoxluğu   
meteor  maddəsini 
təşkil  edir.  M.c.-nə  bəzən  Yerdə 
rast gəlinir. 
METEORİT  –  Aerolit-planet-
lərarası fəzadan Yerə düşən cisim; 
atmosferdə 
hərəkəti 
zamanı 
meteor 
maddəsinin 
tam 
dağılmayan qalığıdır. Adətən M.ə., 
düşdüyü  yerə  yaxın  məntəqənin 
və  ya  coğrafi  obyektin  adı  verilir. 
(məs., 
Yardımlı  meteoriti,  Tunqus 
meteoriti).  Bir  çox  M.  təsadüfi 
aşkar edilir. M.-in ölçüləri təqribən 
1mm-bir  neçə  m,  çəkisi  isə 
təqribən  1q-bir  neçə  tondur.  Ən 
nəhəng  (təqr.  60ton)  M.Cənub  – 
Qərbi  Afrikada    Qoba  M.-i  (1920) 
ölçüsünə  görə  ikincisi    (34ton) 
Qrenlandiyada  tapılmışdır  (1818). 
Kütləsi  1ton-dan  çox  olan  təqr. 
35M. 
məlumdur. 
M.-in 
parçalanması nəticəsində minədək 
M.-i  olan  qrup  (meteor  yağışı) 
düşür. 1947-ci ildə düşən Sixote-
Alin  meteoriti    yağışı  təqr.  70 
tondur.  
Adətən M. atmosferdə sürtünmə 
nəticəsində  160-180  km  hün-
dürlükdə  alışır  və  yerə  çatmadan 
atmosferdə  yanıb  qurtarır,  lakin 
onlar  bəzən  Yerə  çatır.  1959-cu  il 
noyabrın 24-də Yardımlı rayonuna 
ümumi  ağırlığı  150  kq  olan  dəmir 
M. düşmüşdür. 
M.-in  Yerə  düşməsi  işıq,  səs  və 
mexaniki  hadisələrlə  nəticələnir; 
səmada  quyruğu  səpələnən  qığıl-
cımdan  ibarət  parlaq  bolid    gö-
rünür.  Bu,  gecə  bir  neçə  yüzlərlə 
km  ərazini  işıqlandırır.  Yerdəki 
kimyəvi 
elementlərin 
hamısı 
demək  olar  ki,  M.-də  var.  M.-də 
radioaktiv kimyəvi elementlərin və 
onların 
parçalarının 
olması 
nəticəsində aşkar edilmişdir ki, M. 
maddəsinin  yaşı  4,5  mlrd.  ildir. 
Tərkibinə  görə  M.  üç  növdür:  daş 
M.  (92%),  dəmir-daş  M:  (2%)  və 
dəmir  M.  (6%).  Daş  M.  əsasən 
dəmir-maqnezium  silikatları  və 
dəmir-nikel  ərintisindən,  dəmir-
daş  M.əsasən    pollasitlərdən, 
dəmir-nikel  və  silikatlardan,  dəmir 
M. isə nikelli dəmirdən ibarətdir. 
METEORO…  (yun.  meteoros-
yuxarıya  qaldırılmış,  səmavi)  – 
səma  və  ya atmosfer  hadisələrinə 
aid  mürəkkəb  sözlərin  tərkib 
hissəsi 
(məs., 
meteoroqraf, 
meteorologiya). 
METEOROLOGİYA 
(yun.  me-
teora  –  atmosfer  və  ya  göy 
hadisələri  və  logos  -  elm)  – 
atmosfer  haqqında  elm.  Geofizika 
elmləri 
sisteminə 
daxildir. 
Atmosfer 
fizikası, 
atmosfer 
kimyası, 
dinamiki 
M., 
iqlimşünaslıq, biometeorologiya və 
s. bölmələrə ayrılır. 
Atmosfer  fizikası  M.-nın  əsas 
bölməsi  olub,  atm.-də  baş  verən 
fiziki  proses  və  hadisələri  tədqiq 
edir.  Atmosfer  kimyası  M.-nın 
yeni  və  sürətlə  inkişaf  edən 
bölməsidir 
və 
atmosferdəki 
kimyəvi  prosesləri,  dinamiki  M.- 

 
 
135 
hidroaeromexanikanın 
nəzəri 
müddəalarının  tətbiqi  yolu  ilə 
atmosfer  proseslərini  öyrənir. 
Sinoptik  M.  hava  və  onun 
proqnozu  üsullarını  tədqiq  edir. 
İqlimşünaslıq 
iqlimyaradıcı 
amilləri, 
onların 
yaranma 
səbəblərini,  nəzəri  və  müxtəlif 
sahələrə  tətbiqi  məsələlərini,  canlı 
orqanizmə  təsirini  və  s.  öyrənir. 
Biometeorologiya 
atmosfer 
amillərinin 
bioloji 
proseslərə 
təsirinin tədqiqi ilə məşğuldur. 
M.  termini  antik  dövrlərdə 
yaranmışdır.  Fizikanın  bir  bölməsi 
kimi  17  əsrdən  inkişaf  etməyə 
başlamışdır.  Bu  dövrdə  italyan 
alimləri Q.Qalliley və E.Torriçelli ilk 
meteoroloji cihazlar (termometr və 
barometr)  düzəltmişdir.  M.  elm 
sahəsi  kimi  18  əsrin  2-ci  yarsında 
formalaşmışdır. 
Bu 
dövrdə 
meteoroloji  stansiyalar  şəbəkəsi 
yaradılmış 
və 
müntəzəm 
meteoroloji 
müşahidənin 
aparılmasına başlanılmışdır. M.-nın 
sonrakı 
inkişafı 
bu 
sahədə 
stansiyalar 
şəbəkəsinin 
genişləndirilməsi, 
atmosferdəki 
müxtəlif hadisə və proseslərə dair 
xüsusi  müşahidələrin  yaranması 
və  s.  ilə  əlaqədar  olmuşdur.  M. 
Rusiyada 
yüksək 
inkişaf 
səviyyəsinə  19  əsrdə  çatmışdır. 
1849  ildə  Peterburqda  Baş  fizika 
(indik  geofizika)  rəsədxanası  təsis 
edilmişdir.  KeçmişSSRİ-də  M.-nın 
inkişafında  A.A.  Fridman,  A.İ. 
Voyeykov, N.Y. Koçin, Y.N.Blinova, 
S.P.Xromov  və  digər  alimlərin 
xidməti  böyükdür.  Müasir  M.-da 
fizika 
və 
texnikanın 
yeni 
nailiyyətlərindən 
(meteoroloji 
peyklər,  radiolokasiya  üsulları, 
hesablayan elektron və s.) istifadə 
edilir. 
Azərbaycanda  M.-nın  bir  elm 
sahəsi 
kimi 
formalaşmasında 
hidrometeoroloji 
xidmətin 
(Azərbaycan 
Respublikası 
ekologiya  və  Təbii  Səpvətlər 
Nazirliyinin 
hidrometeorogiya 
xidməti  departamenti)  böyük  rolu 
olmuşdur.  Respublikada  bu  elmin 
inkişafında 
Ə.A. 
Mədətzadə 
Ə.M.Şıxlinski, 
Ə.C.Əyyubov, 
B.H.Məmmədov,  Ə.S.Məmmədov, 
B.Ə.  Məmmədov,  V.A.Nadirov, 
Q.M.  Məmmədov,  X.Rəhimov, 
M.S.  Həsənov,  N.  Uluxanlı  və  b. 
xidməti 
böyükdür. 
M. 
respublikanın 
bir 
neçə 
ali 
məktəbində tədris edilir. 
METEOROBİOLOGİYA 
– 
iqlimin  orqanizmə  təsirini  öyrənən 
kompleks elmi fənn. 
METEOROQRAF 
meteoro…+…. 
qraf)-iki və ya bir neçə meteoroloji 
elementi 
sərbəst 
atmosferdə 
avtomatik  qeydə  alan  aeroloji 
cihaz. Adətən 
termoqraf, baroqraf 
və 
hiqroqraf  (nisbi  rütubətliyi 
ölçür),  bəzən  də  anemoqrafın 
(küləyin 
sürətini 
ölçür) 
birləşməsindən  ibarət  olür.  M. 
şarzond,  təyyarə  və  aerostatlar 
vasitəsilə 
atmosferin 
yuxarı 
təbəqələrinə qaldırılır. 
METEOROLOJİ  CİHAZLAR  – 
meteoroloji elementləri ölçən cihaz 
və  qurğular.  Hər  cür  hava 
şəraitində  işləmək  üçün  nəzərdə 

 
 
136 
tutulur. 
Müxtəlif 
meteoroloji 
stansiyalarda 
aparılan 
müşahidələrin 
nəticələrini 
müqayisə  etmək  məqsədi  ilə  M.c. 
birtipli 
düzəldilir. 
Əksəriyyəti 
meteoroloji st.-ın meydançalarında 
quraşdırılır.  M.c.  özüyazan  və 
vizual 
hesablamalar 
aparan 
cihazlara 
 
ayrılır. 
Aeroloji 
aktinometrik 
və 
atmosferinin 
elektrikliyini 
öyrənən 
cihazlar 
xüsusilə seçilir. 
METEOROLOJİ ELEMENTLƏR 
  atmosfer  prosesləri  vəziyyətinin 
səciyyəsi. 
M.e.-ə 
havanın 
temperaturu, təzyiqi və rütubətliyi, 
küləyin  sürəti  və  istiqaməti, 
buludluq, 
yağıntı, 
atmosferin 
şəffaflığı, həmçinin torpağın və su 
səthinin 
temperaturu, 
günəş  
radiasiyası, 
müxtəlif 
hava 
hadisələri  (tufan,  çovğun  və  s.) 
aiddir:  M.e.atmosfer  proseslərinin 
təsirilə  dəyişilərək  hava  və  iqlimi 
müəyyən 
edir. 
Meteoroloji 
rəsədxanalarda, 
aeroloji 
və 
meteoroloji  stansiyalarda  aeroloji 
və  meteoroloji  cihazların  köməyi 
ilə müşahidə olunur. 
METEOROLOJİ 
MÜŞAHİDƏLƏR  –  meteoroloji 
elementlərin 
və 
onların 
dəyişməsinin 
 
göstəricilərinin 
ölçülməsi. 
METEOROLOJİ  PEYK-  yerin 
süni  peyki  (YSP);  meteoroloji 
məlumatlar almaq məqsədi ilə Yer 
atmosferinin  vəziyyətini  müşahidə 
etmək üçün buraxılır. 
METEOROLOJİ 
RAKET-
atmosfer 
parametrlərini 
(temperaturu,  təzyiq,  sıxlıq  və 
tərkibini)  və  küləyin  istiqamətini 
ölçən 
tədqiqat 
cihazlarını 
atmosferin  yüksək  təbəqələrinə 
qaldırmaq  üçün  raket.  M.r.-in 
kütləsi  300-400  kq,  qalxma 
hündürlüyü isə 100-150 km-dir.  
METEOROLOJİ  STANSİYA  -  
müəyyən 
edilmiş 
vaxtlarda 
meteoroloji  müşahidələr  aparan 
stansiya 
Əksər 
müşahidə 
cihazlarının 
yerləşdirildiyi 
meteoroloji 
meydançadan, 
barometrin,  baroqrafın  qoyulduğu 
və 
avadanlıqların 
saxlandığı 
binadan  ibarətdir.  Müşahidələr 
standart proqram üzrə hər 3 və ya 
6  saatdan  bir,  xüsusi  hallarda  isə 
hər  saatdan  bir  aparılır.  Alınmış 
məlumatlar  şifrələnir  və  rəqəmlər 
şəklində 
müəyyən 
edilmiş 
ünvanlara 
göndərilir. 
M.s.-lar 
gəmilərdə  də  quraşdırılır.  M.s.-
lardakı 
müşahidələrin 
nəticələrindən  hava  proqnozunun 
və k.t. üçün əlverişsiz hava şəraiti 
haqqında 
xəbərdarlıqların 
tərtibində, 
iqlim 
və 
onun 
dəyişkənliyinin 
öyrənilməsində, 
həmçinin 
xidmət 
etdikləri 
təşkilatların 
hava 
haqqındakı 
məlumatlarla  təmin  olunmasında 
istifadə 
edilir. 
Azərbaycanın 
ərazisində 100-ə yaxın M.s. var. 
MEZOEKOSİSTEM 
(yun.  me-
sos  -  orta)  –  orta  ölçülü 
ekosistemlər  (ayrı-ayrı  göllər, 
çaylar, nohur və s.). 
MEZOİQLİM – təbii şəraiti eyni 
olan  nisbətən  kiçik  ərazinin  (məs. 
müəyyən  meşə  massivi,  dağarası 

 
 
137 
çökəklik,  kiçik  şəhər  və  s.)  iqlimi. 
Makroiqlim və mikroiqlim arasında 
keçid təşkil edir. 
MEZORELYEF – relyef forması, 
makrorelyef 
ilə 
mikrorelyef 
arasında orta vəziyyət tutur. Məs., 
dərə, çökəklik və s. 
MEZOSFER 
– 
atmosferin 
stratosfer  ilə  ionosfer  arasındakı 
təbəqəsi.  Təqr.  50  km-dən  80-85 
km-dək  yüksəklikdə  yerləşir.  M. 
temperaturun yüksəkliyə görə təq. 
0°S-dən  90°S-yədək  azalması  ilə 
səciyyələnir. 
MEZOTROF  SU  HÖVZƏSİ  – 
Su 
orqanizmləri 
üçün 
qida 
maddələrinin  orta  dərəcədə  olan 
su  hövzəsi.  Belə  su  hövzələri 
təmiz, şəffaf olur. 
MEŞƏNİN  SU  REJİMİ  – 
atmosfer  və  qrunt  sularının 
meşəyə  daxil  olması  və  onların 
meşə tərəfindən istifadə olunması, 
həmçinin suyun meşə daxilində və 
ondan  kənarda  hərəkət  etməsini 
təyin  edən  hadisələrin  məcmusu. 
M.s.r.  adətən  konkret  sahədə 
müəyyən dövr ərzində (əsasən bir 
il  müddətində)  atmosfer  meşə 
bitkisi-torpaq  sistemi  daxilində  su 
balansı  ilə  xarakterizə  olunur. 
Yağıntının bir hissəsi meşə çətirləri 
arasındakı  boşluqlardan  keçib 
meşə  döşənəyinə  çatır,  bir  hissəsi 
isə ağaclar və aşağı yarus bitkiləri 
tərəfindən  tutulub  saxlanır.  Meşə 
döşənəyinə  və  torpağın  səthinə 
çatan  suyun  bir  hissəsi  sızaraq 
torpağın  alt  qatlarına  gedir  və  ya 
səthi  axım  şəklində  hidroloji 
şəbəkəyə  daxil  olur.  Meşə  altda 
torpaq  çox  məsaməli  olduğundan 
və  çox  zəif  donmaya  məruz 
qaldığından  suyu  bitkinin  və 
torpağın  səthindən  buxarlanma 
hesabına  və  desuksiya,  sonra  isə 
transpirasiya  yolu  ilə  sərf  edir. 
Meşə  formasiyası  ot  və  mədəni 
bitkilərə 
nisbətən 
potensial 
buxarlanma  cəminin  çoxluğu  ilə 
xarakterizə  olunur,  bu  meşənin 
özünün xassələrindən asılıdır. 
MƏRCAN  RİFLƏRİ  (alm.  Riff-
sualtı  qaya)  –  dənizlərdə  mərcan 
poliplərinin  skeletlərindən  əmələ 
gələn  tikintilərə  (ada,  qaya,  tirə) 
deyilir.  M.r.  üç  tipə  bölünür:  sahil 
rifləri,  baryer  rifləri  və  atollar. 
Sahil  rifləri  bilavasitə  sahilin 
yamacına  qovuşur  və  özünün 
kənar  tərəfi  ilə  sahil  xəttini  təşkil 
edir.  Baryer  rifləri  sahilə  paralel 
uzanır və onunla sahil arasında su 
zolağı qalır. Ən böyük baryer rifləri 
Avstraliyanın  şərq  sahil  boyunca 
uzanır  ki,  onun  uzunluğu  2000 
km, orta enliliyi 30 km-dir. Atollar 
üzüyəbənzər adalardan ibarətdir. 
MİKROİQLİM 
 
coğrafi 
landşaft  daxilində  kiçik  ərazinin 
(məs. meşə talası, göl sahili, şəhər 
meydançası, tarla və s.) iqlimi. M. 
dedikdə, əsasən, həmin sahə üçün 
xarakterik  olan  ümumi  iqlim 
şəraitindən  fərqli  iqlim  nəzərdə 
tutulur. M.-ə səth örtüyünün təsiri 
böyükdür.  Buna  görə  də,  əsasən, 
havanın 
yer 
səthinə 
yaxın 
təbəqəsində  əmələ  gəlir  və 
hündürlük  artdıqca  yox  olur.  Yaşıl 
bitkilər  zonasının,  iri  şəhərlərin, 
ayrı-ayrı  binaların  və  s.  M.-i  var. 

 
 
138 
Yaşayış 
yerinin, 
istehsalat 
binalarının,  müalicə  və  uşaq 
müəssisələrinin  və  s.  M.-i  insan 
sağlamlığına 
bilavasitə 
təsir 
göstərir və istənilən vaxt asanlıqla 
dəyişdirilir. 

Download 6.57 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling