Nəsibə Əhməd qızı


Download 6.57 Mb.
Pdf ko'rish
bet20/27
Sana15.12.2019
Hajmi6.57 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

RİPAL  ORQANİZMLƏR 
(lat. 
ripa  –  çayın  sahili)  –  çayların 
sahil 
zonasında 
məskunlaşan 
orqanizmlər 
(qamış, 
bentos 
yosunları,  bir  çox  malyuskalar, 
xərçəngkimilər, 
bir 
çox 
həşəratların sürfələri və s.). 
RİTROBİOLOGİYA 
(lat.  rhy-
tos  -  axan)  –limnologiyanın, 
patomologiyanın  bölməsi:  xırda 
çayların mülayim sürətlə axan dağ 
çaylarının  həyatını  tədqiq  etməklə 
məşğuldur. 
RÜTUBƏT  –  fiziki  cisimlərdə 
suyun  miqdarı.  R.  atmosferdəki 
nisbi 
R.-dən, 
maddələrin 
təbiətindən 
və 
məsaməlilik 
dərəcəsindən, 
bərk 
cisimlərin 
daxili və xarici ölçülərindən asılıdır. 
R.  adətən  faizlə  ifadə  olunur.  R. 
maddənin  quru  hissəsinin  vahid 
həcminə  düşən  suyun  miqdarı 
(mütləq R.) ilə də xarakterizə edi-
lir. 
RÜTUBƏT 
DÖVRANI 
– 
atmosferlə  Yer  səthi  arasında 
daim 
baş 
verən 
rütubət 
mübadiləsi. 
Buxarlanma, 
su 
buxarının  atmosferdə  bir  yerdən 
digər  yerə  aparılması,  onun 
atmosferdə 
kondensasiyası, 
yağıntıların  düşməsi  və  axım 
proseslərindən ibarətdir. 
RÜTUBƏTLİK 
AMİLİ 
– 
orqanizm 
və 
ya 
orqanizm 

 
 
162 
sisteminə 
(ekosistemə) 
təsir 
göstərən  mühit  əmələgətirən  su 
komponenti. 
RÜTUBƏTLİK 
ƏMSALI 
– 
Atmosfer  yağıntılarının  cəminin 
buxarlanmanın  miqdarına  olan 
nisbəti, 
yəni 
müəyyən 
bir 
ekosistemdə  torpağın  səhindən 
buxarlanmanın 
potensial 
miqdarına  nisbəti.  Optimal  əmsal 
vahidə yaxındır. A. Kovdanın R.ə.-
na  görə  aşağıdakı  fasiyalar  ayır-
maq olar: 
RÜTUBƏTLİK  ŞKALASI  – 
L.Q.Ramenski  (1938)  tərəfindən 
hazırlanan bitkinin su ilə təmin ol-
unmasını  qiymətləndirən  ekoloji 
şkala:  1-səhra:  2-səhra-bozqır:  3-
quru  bozqır  rütubətliyi:  4-orta 
bozqır 
rütubətliyi: 
5-rütubətli 
bozqır:  6-quru  və  azrütubətli 
çəmən,  meşə:  7-nəmli  çəmən:  8-
bataqlıq-çəmən:  9-bataqlıq:  10-
sulu sahil rütubətliyi. 
 
 
Superhumid 
– 1,5-3 
Semiarid 
– 0,7-0,5 
Humid 
– 1,2-1,5 
Arid 
– 0,5-0,3 
Normal 
– 1,0 
Ekstraarid 
– 0,2 
 
 
 

 
 
163 

 
SAF SU HÖVZƏSİ – duzluluğu 
0,5%
0
-dən aşağı olan su hövzəsi. 
SAF  SULAR  –  tərkibində  həll 
olan  mineral  maddələr  az  olan 
(0,5-mq/l) sular. 
SAHİL – quru ilə sututar (dəniz, 
göl, su anbarı), yaxud quru ilə su-
axar  (çay,  müvəqqəti  məcra  axını) 
arasında qarşılıqlı əlaqə zolağı. 
SAHİL  AXINI  –  Okean  və 
dənizlərin sahil zonalarındakı axın. 
SAHIL XƏTTININ INKIŞAFI - 
Sahil zonasında gedən proseslərdə 
sahil xəttinin təkamülü. 
SAHİL 
TERRASLARI 
– 
qurunun  qalxması  və  dənizin 
ləpədöymə  işi  nəticəsində  sahildə 
əvvəlki 
səviyyədən 
yuxarıda 
yerləşən  abraziya  platformalarıdır. 
G.t. 
bir-birindən 
hündürdə 
yerləşən bir neçə terrasdan ibarət 
ola  bilər.  Qafqazın  Qara  dəniz 
sahilboyunda  belə  terraslar  aydın 
görünür. 
SANİTAR 
HİDROBİOLOGİYASI  –  ümumi 
hidrobiologiyanın  bölməsi;  suyun 
keyfiyyətinin 
formalaşmasına 
məsul  bioloji  prosesləri,  həmçinin 
içməli  su  hövzələrindən  istifadə 
etdikdə 
insanın 
sağlamlığının 
qorunması 
üçün 
prosesləri 
mümkün  idarə  etmək  yollarını 
tədiq  edir.  S.h.-na  nail  olmaq 
məqsədilə 
içməli 
və 
çirkab 
sularının 
təmizlənməsi 
metodlarından  istifadə  olunur.  Su 
hövzələrinin  sanitar  vəziyyətinə 
qiymət  vermək  üçün  müxtəlif 
kəmiyyət  və  keyfiyyət  metodları 
tətbiq 
olunur, 
onlardan 
bioindiqasiya  metodu  daha  geniş 
yayılmışdır. 
SAPROBİONTLAR, 
SAPROBLAR 
(yun.  sapros  - 
çürük)  –  Üzvi  maddələrlə  bu  və 
ya  digər  dərəcədə  çirklənmiş 
sularda  yaşayan  bitki  və  heyvan-
lar.  Çox  çirkli  sularda  yaşayanlar 
polisaproblar,  orta  çirkli  sularda 
yaşayanlar  mezosaroblar,  az  çirkli 
sularda  yaşayanlar  oliqosaproblar 
adlanır.  S-ın  tərkibi,  miqdarı  və 
bunların  spesifik  qruplaşmasının 
strukturu  su  hövzələrinin  üzvi 
xammal 
istehsal 
edən 
müəssisələrin 
tullantıları 
ilə 
zibillənmə  dərəcəsini  bilmək  üçün 
meyardır. 
SAPROBLUQ 
İNDEKSİ 
– 
hidrobiont  qruplaşmalarının  üzvi 
çirklənmə 
dərəcəsinə 
davam 
gətirməsinin miqdar ifadəsi. 
SAPROPEL 
(yun.  sapros  – 
çürük  və  relos  –  lil,  palçıq)  – 
Şirin 
su 
hövzələrinin 
lilli 
çöküntüləri:  tərkibində  kalloid 
halında  çoxlu  miqdarda  üzvi 
maddə  (liqnin-humus  kompleksi, 
karbohidratlar,  bitumlar  və  s.) 
olur.  Müalicə  məqsədi  ilə  (fiziki 
üsullarla  müalicə)  istifadə  edilir. 
Kənd  təssərrüfatında  gübrə  kimi, 
kompost  hazırlanmasında  tətbiq 
olunur. Qumsuz və azgilli, kalsium, 
dəmir,  fosfor  duzları  ilə  zəngin  S. 
kənd  təsərrüfatında  heyvanların 
yeminə qatılır. 

 
 
164 
SAZAQ,  SIZAQ  –  1.  Qış  və 
payız  aylarında  şimaldan  əsən 
soyuq  külək.  2.  Tutqun  hava, 
xırda yağış. 
SEL 
(ərəb. Cayl – güclü axın) 
–  Dağ  çaylarının  qısa  müddətli 
(bəzən  bir  neçə  saat  ərzində) 
dağıdıcı  qüvvəyə  malik  palçıqlı-
daşlı  daşqını  (axını).  İntensiv 
leysan  yağışları,  buzlaqların  və 
mövsümi  qar  örtüyünün  sürətlə 
əriməsi 
qırıntı 
materiallarını 
yamaclardan 
çayın 
yatağına 
(məcrasına) 
doldurur. 
Bəzən 
qırıntı  materialları  axın  kütləsinin 
ümumi  həcminin  75%-ni  təşkil 
edir.  S.-in  sürəti  15  m/san-yə 
qədərdir.  S.  bir  dəfədə  bəzən  bir 
neçə  mln.  m
3
  qırıntı  materialı 
(bunların  içərisində  bəzi  daşların 
ağırlığı  100  t  olur)  gətirir.  Böyük 
kütləsi  və  sürəti  olan  çox  böyük 
dağıdıcı qüvvəyə malikdir.  
Sel  axınları  palçıqlı,  palçıqlı-daşlı 
və 
sulu-daşlı 
olmaqla 
üç 
kateqoriyaya bölünür. 
Tərkibi  gil  və  lildən  ibarət  olan 
palçıqlı  sel  axınları  böyük  sürətlə 
(4-6 
m/san qədər) hərəkət edir. 
Palçıqlı-daşlı sel axınlarını palçıqlı 
axınlardan fərqləndirən onlarda su 
ilə birlikdə asılı vəziyyətdə hərəkət 
edən 
qumlu 
və 
qumlu-gilli 
hissəciklərin 
olmasıdır. 
Eyni 
zamanda  belə  axınlarda  dib  ilə 
müxtəlif  fraksiyalı  daş,  çınqıl 
hissəcikləri axıdılır. 
Sulu-daşlı sel axınları tərkibcə su 
ilə  daşdan  və  az  miqdarda  kiçik 
fraksiyalı gətirmələrdən ibarətdir.  
Sel 
axınlarının 
əmələgəlmə 
səbəblərini  tədqiq  edən  alimlər 
belə  bir  fikrə  gəlmişlər  ki,  çox 
halda  bu  axınlar  uzun  sürən 
quraqlıqdan  sonra  yağan  güclü 
leysan  yağışlarla,  qar  suları  ilə 
əlaqədardır.Azərbaycan 
Respublikası  ən  fəal  S.  axınları 
sahəsidir.  S.-lər  çayların  yatağını 
və  sahillərini  yuyur,  qarşısındakı 
maneələri,  yaşayış  məntəqələrini, 
körpüləri  və  s.  dağıdır.  İnsan 
tələfatına səbəb olur. Belə fəlakətli 
S.  hadisələri  Azərbaycanın  Şin 
(1510), Kiş (1901, 1982), Kürmük 
(1921)  və  s.  çaylarında  baş 
vermişdir. 
Böyük 
Qafqazın 
Tikanlıçayı,  Dəmiraparançay,  Kiçik 
Qafqazın  və  Qarabağ  yaylasının 
ətəklərində  yerləşən  bir  sıra 
kəndlər və qəsəbələr S.-dən böyük 
zərər  görmüşdür.  S.-lərə  qarşı 
əsas 
mübarizə 
tədbirləri 
hidrotexniki  qurğuların  (selötürən, 
selsaxlayan  və  s.)  tikilməsi, 
fitomeliorativ, 
xüsusilə 
selin 
formalaşdığı 
zonada 
meşəmeliorativ 
işlərin 
yerinə 
yetirilməsi və s.-dən ibarətdir. 
SEMIARID IQLIM, 
YARIMQURU IQLIM  -  Mülayim 
quru  iqlim,  lakin  ayrı-ayrı  illərdə 
kənd təsərrüfatı bitkilərinin normal 
inkişafı üçün rütubət çatışmır, tez-
tez  quru  küləklər  əsir.  Təbii 
şəraitdə  bozqır  və  meşə-bozqır 
bitki örtüyü inkişaf edir. 
SENOCOĞRAFİYA 
– 
1) 
biocoğrafiyanın biogesenozların və 
ekosistemlərin 
yayılması 
qanunauyğunluqlarını 
öyrənən 
bölməsi:  2)  Geobotanikanın  bitki 

 
 
165 
qruplarının 
coğrafi 
yayılması 
qanunauyğunluqlarını  tədqiq  edən 
bölməsi. 
Bura 
geobotaniki 
rayonlaşdırma,  xəritələşdirmə  və 
geobotaniki kartoqrafiya daxildir. 
SEYŞ  (və  ya  DURMUŞ 
DALĞA)  (fr.seiche)  –  göllərdə  və 
qapalı dənizlərdə əsasən atmosfer 
təzyiqinin,  qismən  küləyin,  gur 
yağışın  və  ya  seysmik  hadisənin 
təsiri  altında  su  səthi  sahəsinin 
müəyyən  hissəsinin  tezliklə  o  biri 
hissədə  qalxması,  o  birində  isə 
enməsi  hadisəsinə  deyilir.  Seyş, 
bir  və  bir  neçə  düyünlü  ola  bilər. 
Seyş 
dalğasının 
hesabatında: 
Merian  (1828),  Dyubua  (1891), 
Kristal  (1905),  Defant  (1918), 
Daudav 
(1958) 
və 
s. 
metodlarından istifadə olunur.  
SESTON – suda asılı vəziyyətdə 
olan  üzvi-mineral  hissəciklərin 
(detrit) 
və 
plankton 
orqanizmlərinin məcmusu. 
SƏNAYE  COĞRAFİYASI  – 
iqtisadi  coğrafiyanın  bir  sahəsi: 
sənaye  istehsalının  ərazi  üzrə 
yerləşdirilməsini,  müxtəlif  ölkə  və 
rayonlarda  sənayenin  inkişafı  və 
yerləşdirilməsinin 
qanunauy-
ğunluqlarını, 
şərait 
və 
xüsusiyyətlərini öyrənir. 
SƏHRA  –  Çox  quraqlıq,  isti 
havanın 
gündəlik 
və 
illik 
temperaturu kəskin fərqlənən, illik 
yağıntısı  250  mm-dən  aşağı, 
buxarlanma  yağıntıdan  xeyli  çox, 
güclü  külək  əsən,  daimi  axan 
çayları  olmayan,  çox  seyrək  bitki 
örtüyü  olan  ərazi.  S.-nın  əmələ 
gəlməsinin  ən  başlıca  səbəbi 
yağıntının buxarlana biləcək sudan 
7-30  dəfə  az  olmasıdır.  S.-nın 
özünəməxsus  iqlimi  vardır.  Göy 
üzü 
aylarla 
buludsuz 
olur. 
Maksimum  temperatur  +49,5°, 
+58°-yə  çatır,  gün  altında  qumun 
səthi  90°  qızır,  illik  temperatur 
amplitudası  90°,  gündəlik  30°-yə 
qaxlxır.  Orta  Asiya  S-larında 
yağıntının illik miqdarı 60-150 mm, 
Mərkəzi  Asiya  (Təklə-Məkan)  9 
mm,  tropik  S.-larda  isə  hər  yerdə 
100  mm-dən  azdır.  Şimali  Afrika 
və Ərəbistan S.-larında bir neçə il 
ərzində  yağış  düşməyən  yerlər  də 
vardır.S.-ların  zəbt  etdiyi  ərazi 
bütün  qurunun  təqribən  30%-ni 
tutur. Səth quruluşuna görə S.-lar 
qumlu, daşlı, gilli və şoranlı S.lara 
bölünür.  Azərbaycan  Respublikası 
üçün  S.  xarakterik  deyil.  Burada 
S.-ya  yaxın  landşaft  fraqmentləri 
Abşeron  yarımadasında,  Kür-Araz 
ovalığında, Naxçıvan M.R.-nın Araz 
boyu ərazisində təsadüf edilir. 
SƏHRALAŞMA - Quru və quraq 
yarımrütubətli  rayonlarda  müxtəlif 
faktorların,  o  cümlədən  iqlimin 
dəyişməsi  və  insan  fəaliyyətinin 
təsiri 
altında 
torpağın 
deqradasiyası.  Səhralaşma  yer 
səthinin  susuzlaşması,  torpağın 
deflyasiya,  şorlaşması  və  şo-
rəkətləşməsi,  ağac  və  ot  bitki 
örtüyünün  məhv  olması,  bioloji 
məhsuldarlığıq  və  bioloji  müxtəlif-
liyin  kəskin  aşağı  düşməsi  nəticə-
sində baş verir. 
SƏPƏLƏNƏN RADIASIYA  
Atmosferdə  səpələnməyə  məruz 
qalan  günəş  radiasiyası.  Yerin 

 
 
166 
istilik balansında mühüm rol oyna-
yır. Tutqun hava dövründə (xüsu-
sən  yüksək  enliklərdə)  atmosferin 
yerüstü  qatlarında  yeganə  enerji 
mənbəyi sayılır. 
SƏTH  AXINI  –  Dəniz  səthində 
əmələ gələn axın. 
SƏTH  SULARI  –  Yer  səthi  ilə 
suyun  axması;  çay  yatağı  və 
yamac S.a.-na bölünür. 
S.s. 
özünün 
iki 
genetik 
mənşəyinin  –  qar  və  yağış 
sularının  torpaq  örtüyünə  hopa 
bilməyən  və  onun  səthi  ilə  axan 
suların  cəmindən  ibarətdir.  Bu 
sular  dağlıq  ərazilərdə  daşqınlar 
yaradaraq 
xalq 
təsərrüfatına 
böyük 
ziyan 
vurur. 
Əsas 
ziyanvurucu 
daşqınlar 
Böyük 
Qafqazın 
cənub 
yamacında 
müşahidə olunur. 
SƏVİYYƏ 
ÖLÇMƏ 
MƏNTƏQƏSİ  –  su  hövzələrində 
səviyyə  tərəddüdünü  müşahidə 
etmək üçün cihazlar qurulan yer. 
SİKLON 
(yun.  kuklos  - 
dövrə)  –  atmosferin  alçaq  təzyiq 
sahəsi ilə əlaqədar olaraq havanın 
burulğanlı 
hərəkəti. 
Yerin 
fırlanması 
nəticəsindən 
S.-da 
havanın 
hərəkəti 
şimal 
yarımkürəsində  sağdan  sola,  yəni 
saat  əqrəbinin  əksinə,  cənub 
yarımkürəsində  isə  soldan  sağa, 
yəni  saat  əqrəbi  istiqaməti  üzrə 
olur.  Hərəkətin  sürəti  təxm.  20 
m/s  və  yüksəkdir.  Siklonun 
mərkəzinə doğru külək güclənir və 
orada buludlu hava üstünlük təşkil 
edir. 
SİNXRON  MÜŞAHİDƏLƏR  – 
1) Müxtəlif obyektlər üzərində eyni 
vaxtlar müşahidənin aparılması; 2) 
Müxtəlif 
stansiyalarda 
eyni 
vaxtlarda  müşahidənin  yerinə 
yetirilməsi. 
SİNOPTİK  XƏRİTƏ,  HAVA 
XƏRİTƏSİ  –  üzərində  rəqəmlər 
və 
şərti 
işarələrlə 
hava 
(temperatur,  təzyiq,  buludluq, 
küləyin  istiqaməti,  sürəti  və  s.) 
haqqında məlumat verilmiş xəritə. 
S.x.  meteoroloji  stansiyalarda 
müəyyən  vaxt  ərzində  aparılan 
müşahidələrin  məlumatına  əsasən 
gündə  bir  neçə  (2-8)  dəfə  tərtib 
edilir.  S.x.  havanın  təhlili  və 
qabaqcadan 
xəbər 
verilməsi 
(proqnozu) üçün əsas materialdır. 
SİNOPTİK METEOROLOGİYA 
– meteorologiyanın bölməsi. Hava 
proqnozu 
üsullarını 
işləyib 
hazırlamaq  məqsədilə  hava  şəraiti 
və  onun  dəyişkənliyini  müəyyən 
edən 
atmosfer 
proseslərini 
öyrənir. 
SMOQ ASILQAN 
(ing. smog - 
tüstü)  –  (ingilis  dilində 
tüstülü-duman) 
böyük 
şəhərlərdə 
və 
sənaye 
mərkəzlərində 
çox 
çirklənmiş 
(təhlükəli  dərəcədə)  hava.  İki 
tipdə olur: a) tüstü və istehsalatda 
əmələ gələn az tullantılar qarışmış 
sıx 
duman; 
b) 
yüksək 
konsentrasiyalı  aşındırıcı  qazlar  və 
aerozollarından 
ibarət 
örtük 
(dumansız). 
S. 
görünmə 
dərəcəsini  azaldır,  metalların  və 
qurğuların 
karroziyasını 
gücləndirir,  insanın  sağlamlığına 
mənfi təsir göstərir. 1952-ci ildə S. 

 
 
167 
nəticəsində Londonda 4 min şəhər 
sakini  ölmüşdür.  Bir  vaxtlar 
Sumqayıt  şəhəri  də  S.  vəziyyəti 
təhlükəsi vəziyyətində idi. 
SOLMA 
RÜTUBƏTLİYİ 
– 
Bitkinin  davamlı  solması  zamanı 
bitdiyi  torpağın  rütubətliyi  (bu 
zaman  bitki  solur  və  onu  su 
buxarları  ilə  doymuş  havaya 
çıxardıqda 
turqoru 
bərpa 
olunmur).  S.r.  bitkinin  bu  və  ya 
digər 
dərəcədə 
kserofilliyinin 
göstəricisidir. 
SOYUQ  DALĞA  -  Atmosfer 
havası  temperaturunun  kəskin 
aşağı  düşəcək  bir    istiqamət-də 
müəyyən  vaxt  ərzində  geniş  əra-
zini  əhatə  etməsi.  Soyuq  hava 
kütləsinin  qışda,  həmçinin  soyuq 
kontinental  havanın    şimal  rayon-
lardan daha cənub rayonlara və ya 
Asiyadan Avropaya soxulması.   
SOYUQ SƏHRA  
Bitki  örtüyünün  kasıb  olması 
iqlimin  quraqlığı  ilə  deyil,  ilk 
növbədə  aşağı  (mənfi)  tempera-
turla təyin olunan arktik və yüksək 
dağlıq vilayətidir. 
SOYUQ QÜTB – yer kürəsində 
yer  səthi  yaxınlığında  ən  aşağı 
hava temperaturu olan sahə. Şimal 
yarımkürəsində  S.q.  Verxoyansk-
Oymyakon  rayonunda  (-71
0
)  və 
Qrenlandiyada 
(-70
0
). 
Cənub 
yarımkürəsində 
S.q. 
Şərqi 
Antraktidada,  Rusiyanın  «Vostok» 
elmi 
stansiyası 
rayonundadır. 
Burada  –  89,2
0
C  qeydə  alınmışdır. 
(1983, iyul, 3488m yüksəklikdə) və 
bu rayona yerin S.q. adı verilmişdir.  
SPEKTROFOTOMETRİYA 
(OBSORBSİON) 
– 
spektrin 
ultrabənövşəyi, 
görünən 
və 
infraqırmızı  hissəlrinə  əsaslanaraq 
maye  və  bərk  maddələrin  fiziki-
kimyəvi tədqiqat metodu. Müxtəlif 
birləşmələrin 
(komplekslərin, 
boyaların,  analitik  reagentlərin  və 
b.)  quruluşunu  və  tərkibini, 
maddələrin 
kəmiyyət 
və 
keyfiyyətini  təyin  etmək  üçün  S.-
dən  geniş  istifadə  olunur.  S.-da 
istifadə 
olunan 
cihaz 
spektrofotometr adlanır. 
SPEKTROSKOPİYA 
– 
Elektromaqnit 
şüalarının 
spektrlərini  öyrənən  elm  sahəsi. 
Elektromaqnit  şüaları  dalğalarının 
uzunluq  diapazonuna  görə  S. 
ayrılır:  radiospektroskopiya,  optiki 
S.,  infraqırmızı  S.,  görünən  S., 
ultrabənövşəyi 
S., 
qamma-
spektroskopiya.  Hər  bir  atom  və 
ya  molekula  xarakterik  spektrə 
malik 
olur, 
ona 
görə 
də 
maddələrin  quruluşunu  öyrənmək 
olur. 
STASİONAR  TƏDQİQATLAR 
– 
landşaftların, 
ekosistemin, 
onların 
komponentlərinin 
vəziyətinin 
və 
dəyişməsinin 
öyrənilməsinin uzun müddət (illər) 
bir  yerdə-stasionarda  müşahidə 
edilməsinə  əsaslanan  tədqiqatlar. 
Müşahidələrin bir yerdə aparılması 
mürəkkəb  cihazlardan  və  müxtəlif 
metodikadan istifadə etməyə, həm 
də 
geniş 
yüksək 
ixtisaslı 
mütəxəssisləri  cəlb  etməyə  imkan 
yaradır. 
Uzunmüddətli  müşahidələr  land-
şaftın  və  onun  komponentlərinin 

 
 
168 
fəaliyyətini  və  dinamikasını  də-
rindən  təhlil  etməyə,  ritmik  pro-
sesləri  aşkar  etməyə  imkan  verir. 
Stasionarın  ərazisi  (poliqon)  elə 
hesabla  seçilməlidir  ki,  o,  kifayət 
qədər  tipik  (xarakterik)  landşaftın 
modeli kimi qəbul edilə bilsin. Belə 
olduqda  stasionarda  öyrənilən 
proseslər  bir  sıra  oxşar  landşaftlar 
üçün təmsil oluna bilər. Stasionarın 
ərazisində test sahələri, profillər də 
yerləşdirmək olar. 
Stasionarda  müşahidələr  fiziki, 
kimyəvi  və  bioloji  metodlarla 
yerinə  yetirilir.  Bu  dəqiq  kəmiyyət 
xarakteristikası əldə etməyə imkan 
verir. S.t. uzun illərdən bəri iqlim, 
hidroloji,  geomorfoloji,  bioloji 
proseslərin öyrənilməsində istifadə 
olunur.  Son  illiklərdə  bir  rayonda 
bir sıra proseslərin geniş əlaqədar 
tədqiqatları 
və 
landşaftın 
kompleks  tədqiqatları  aparılır.  Bu 
istiqamətin  inkişafı  landşaftın, 
ekosistemin 
antropogen 
təsir 
nəticəsində  dəyişməsi  üzrə  dəqiq 
məlumat  əldə  etməkdir.  S.t. 
landşaftın 
fəaliyyətinin 
və 
dəyişməsinin 
emprik 
riyazi 
modellərinin qurulması  üçün yaxşı 
material  verir,  bu  isə  landşaftın 
vəziyyətini  proqnozlaşdırmaq  və 
onun  əsasında  landşaftqoruyucu 
tədbirlərin 
hazırlanması 
üçün 
vacibdir. 
STENOBAT 
HEYVANLAR 
(yun. stenos – dar, və bathos - 
dərinlik)  –  dənizlərdə,  göllərdə 
məhdud  diapozonlu  dərinlikdə 
yaşayan heyvanlar. S.h. dənizlərin 
müəyyən  bir  zonasında  (məs., 
litoral,  batial,  abissal)  yaşayırlar. 
Onların  əksinə  olaraq  evribat 
heyvanlar 
dənizlərin 
müxtəlif 
dərinliklərində  yaşayır.  S.h.-ın  ya-
yılma arealı məhduddur. 
STENOQAL  NÖVLƏR  –  su 
formaları:  inkişafı  üçün  xüsusi 
duzlu  su  mühiti  tələb  olunan  və 
mühitin  dəyişilməsinə  dözməyən 
növlər. 
STENOQALİNNİK 
– 
su 
orqanizmlərinin  suyun  duzluluğu 
yalnız  dar  diapozon  dəyişməsi 
mühitində yaşaması qabiliyyəti. 
STRATOSFER 
(lat. stratum – 
qat  və  yun.  spharia  –  kürə
sfer)  –  atmosferin  troposfer  ilə 
mezosfer  arasında  təbəqəsi:  8-16 
km-dən 45-55 km-dək yüksəklikdə 
yerləşir.  S.-də  su  buxarı  azdır. 
Hündürlük 
artdıqca 
ozonun 
miqdarı çoxalır: maks. hissəsi 2-30 
km hünd-dədir. S. üçün buludların 
olmaması,  böyük  sürətli  (60-100 
m/san) küləklər və şırnaqlı axınlar 
xarakterdir. 
STRESS (ing. stress - gərginlik) – 
(Psixologiyada,  fiziologiyada  və 
tibdə) – Gözlənilməz gərgin şəraitin 
törətdiyi  emosional  vəziyyət.  Çətin 
və  təhlükəli  şəraitdə  müxtəlif  fiziki 
və  zehni  gərginlik  halında  iş 
görmək, qısa müddətdə çox məsul 
qərar  qəbul  etmək  zərurəti  S. 
vəziyyəti  törədir.  S.  insanın 
fəaliyyətində mənfi və müsbət təsir 
göstərə  bilər.  S.  vəziyyətində  bəzi 
adamların  fəaliyyəti  nəinki  çox 
çətinləşir,  hətta  tam  tormozlana, 
yaxud  fəaliyyətin  pozulması  halı, 
qavrayışda,  hafizədə  təhriflər  baş 

 
 
169 
verə bilər. Digərlərində isə, əksinə, 
S.  vəziyyəti  fəallığı  gücləndirə, 
xüsusi  fikir  aydınlığı  və  dəqiqliyi 
törədə bilər. 
 
Şəkil 16. Ceyranbatan su anbarı 
 
 
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling